آ - 27, ب - 15, ت - 8, ث - 1, خ- 1, ح - 9, د - 12, ذ - 1, ر - 88, ز - 44, ق - 15, س - 5, ش - 9, ع- 1, غ - 1, ص - 1, ض - 1, ط - 3, ک - 40, ن - 58, ل - 19, ه - 37, و - 55, ى - 59.
İstanbul Universitet nüsxəsi Gülşəninin türk Divanının ən mürəkkəb tərkibli və tərtibatlı nüsxəsidir. Əvvəla, tərkibinə müxtəlif şairlərin şeirləri daxil edilib. Nəqşi Hicazi, Şəmsi Bəyani ilahiləri (26b;27b), Fazil (21), Seyfullah (37), Şərəfoğlu (38), İbrahim (86a) adlı şairlərə aid şeirlər yazılıb. Əlyazmada Yunus Əmrənin “Eşq bəzirgani-sərmayə cani, Bəhadır gördüm canə qıyani” (135a) beytilə başlayan və “Göründü” (86a) rədifli şeirləri də yer alıb. Əlyazmada Xəlili (XV) “Firqətnamə”sindən” Ey bilən həqqün sifatın sirri-əsmasi nədir? Ya bu əsmadən murad olan müsəmmasi nədür?” beytilə başlayan bir şeir vardır (D.,T- 890,250a). Bu şeir əsərin əlyazmalarını əldə edərək müqayisəli mətnini 2006 və 2011-ci illərdə nəşr etdirdiyimiz Almaniya, Sankt-Peterburq, İstanbul nüsxələrində belə yoxdur. Şeir Faiq Rəşada əsasən İsmayıl Hikmət daha sonra Araslı və b. tərəfindən xatırlanmışdır. Faiq Rəşad, İsmayıl Hikmət, H. Araslı, C. Qəhrəmanov və b. şeirin yalnız 5 beytini örnək vermişlər. Gülşəni Divanı əlyazmasında isə sözü gedən şeir 11 beytdir. 2, 3, 6, 9, 10,11-ci beytləri Rəşadda yoxdur. Və Rəşaddakı 5 beyt isə müvafiq olaraq bu şəkildədir. 1=1, 2=7, 3=5, 4=8, 5=4.
Sözü gedən nüsxədə bir silsilənamə yazılmışdır. Məşhur Xəlvətilik təriqətinin və ya ümumiyyətlə təriqət silsilənaməsi adlandıra biləcəyimiz farsca qələmə alınmış silsilənamənin orijinal mətni həmçinin Gülşəni “Divan”ının bu əlyazmasına da salınıb. Rövşəninin əlyazmalarında da bu əsərə təsadüf olunduğundan şairin hazırladığımız elmi-tənqidi mətninə də əlavə etmişik (R., I c., 423-425).
Daha çətini isə odur ki, nüsxədə şeyxi Rövşəninin şeirləri elə bir tərzdə Gülşəninin şeirləri ilə qarışdırılıb ki, onları sadəcə sıradan, hər hansı, yəni hər ikisinin irsindən xəbərsiz olan kimsənin ayıra bilməsi imkansız olub, deyə bilərik. Gülşəninin digər əsərləri kimi əlyazmalarındakı türk divanı da araşdırılmayıb. Rövşəninin əsərləri isə ilk və yeganə dəfə bizim tərəfimizdən 7 nüsxə əsasında müqayisəli şəkildə tədqiq olunub və elmi-tənqidi mətni hazırlanaraq nəşr edilib. Bu baxımdan biz bu işi, yəni Gülşəni divanındakı məhz Rövşəniyə aid şeirləri üzə çıxara bilmişik. Göstərdiyimiz kimi, çünki əlimizdə Rövşəni Divanının 7 nüsxəsinin surəti vardır. Beləliklə, bu nüsxələrdəki Rövşəni şeirləri ilə Gülşəni divanının Universitet nüsxəsinin müqayisəsi nəticəsində aşkarladığımız Rövşəni şeirlərinin aşağıdakılardan ibarət olduğu məlum oldu ki, ilk misra, beyt, rədif və sairəsini təqdim edirik:
-
Cəhanın Aydın eli gülşənidir. (61b; R, I,371-372)
-
Dilbər, (60b, 62a)
Qəsidə:
-
Əya sultani kovneyn sözün cumlə həqaiqidir. (66b; D., I, 339-340)
-
Ey həbibim hər nə kim etsən möhübbə xubdur. (67b; R., I, 367)
-
Varlığından aşiqin bir dideyi-giryanı var. (67b-68a; D., I, 372)
Dostları ilə paylaş: |