آ – 13, ب – 10, ت – 14, ج – 1, خ– 5, د – 4, ر – 48, ز – 74, س – 2, ش – 5, ض– 1, ف – 1, ق –14, ک – 65, ل – 12, م – 75, ن – 48, و – 5, ه – 37, ى – 57, ى – 56.
Bu şeirlərin 52-si haşiyələdə, 395-i mətndədir.
Carullah Velüyiddin nüsxəsində naqisliklər müşahidə olunur ki, biri də fərqli yerlərdə vərəqlərin düşməsidir. 77b-78a, 81b-82a, 119b-120a, 123b-124a və s. vərəqlər arasından vərəqlərin düşməsi, təbii olaraq həm də mətnin naqisliyinə səbəb olmuşdur. Belə ki, bir sıra şeirlərin əvvəli və ya sonu yoxdur. Nüsxədə ağ buraxılmış və ya pozulmuş, oxunmayan, demək olar ki, oxunmayan vərəqlər də az deyil. Bu, haşiyələrdəki şeirlərə də aiddir. Haşiyələrdəki 52-i şeirdən 5-i natamamdır. Ümumilikdə əlyazmada tam və ya qismən oxunmayan, vərəq düşdüyündən yarımçıq qalan 93 şeir vardır.
-
Türk Divanının İstanbul Universiteti kitabxanasındakı T-890 şifrli nüsxəsindən ilkin bilgi verən “İstanbul kitablıqları türkcə yazma divanlar kataloqu”dur (səh.103). Çox əski və tərtibsiz sayılan nüsxənin bəzi vərəqləri yanlış tikilmişdir. Ağ buraxılmış səhifələrə divan sahibinə aid olmayan mənzumələr yazılmışdır. Kataloqda baş tərəfində sayı bilinməyən nöqsanlar olduğundan şeirlərin sayıla bilmədiyi göstərilmişdir. Həcmi 257 vərəq, ölçüsü 15,8x10,9 sm, sətir sayı 15, xətti müxtəlif təliqdir. 54-63-cü vərəqlər qırmızı cədvəlli, qalanları cədvəlsizdir. Kağızı qalın və incə Venesiya kağızıdır. Cildi əbru qablıdır. 254-cü vərəqdə Seyyid Murtəzanın mənzum bir sualı və Seyyid Nemətullanın mənzum bir cavabı. 255-inci vərəqdə Sultan Mustəfanın bir müəşşəri, 256-inci vərəqdə Şeyx Səfinin bir mənzuməsi, 257-ci vərəqdə Xəyalinin mütəsəvvifanə bir qəzəli ilə İbrahim Gülşəninin İstanbula gəlişi tarixi yazılmış və başda kitablıq möhürü basılmışdır.
Başlanır: Əvvəlü axirdən olansən ğəni,
Zatə nəzər, ey Əhədü hey Xuda.
Bitir: Lalə kimi daği-dildən yanduğiçün Gülşəni,
Ol güli-xəndani baqun ta şərəfdən şadiman
Bir sıra səhifələrin haşiyələrində mətnə aid şeirlərdən parçalar və ya ayrıca şeirlər yazılmışdır: 45b, 50a, 55a, 56b, 58a, 59a, 77b, 80b, 95a, 98a, 99b, 100b, 108a, 121a, 148a, 149a, 164a, 173b, 174b, 175a, 183a, 187a, 226a. Əlyazmanın bir sıra vərəqləri mətn yazılarkən ağ buraxılıb. Sonralar bu vərəqlərə müxtəlif şeirlər və qeydlər yazılmışdır ki, bəzisi dəyərli sayıla bilər. 100a, 105a, 114a, 125b, 130b-131a, 140b vərəqlərinin yarısı və ya tamamı ağ buraxılıb. Ümumiyyətlə mətn boyunca başlıqlar yox kimidir. Yalnız bəzi məqamlarda, məsələn, “Şeyx əş-siyux Gülşəni səlləm əllahu təala”, “Məratibi-həzrəti Sultan Gülşəni” və s. yazılıb. Vər. 50a, 54b yarımçıq, 50b-51a tam şəkildə çərçivəyə alınıb. Ardıcıl olmasa da, bəzi məqamlarda şeirlərin arasında “Vələhu aydan” (bu da onundur) yazılıb. Əlyazmada bəzən vərəq düşdüyünü hiss edirik. 16a-b vərəqlərində h.1207 (m.1792) tarixli nəsrlə yazı vardır.
Nüsxədə Gülşəniyə aid 445 şeirdən başqa “Xəlil” təxəllüslü şairin ərəbcə 6 dördlüyü yer alıb. Ola bilsin ki, bu şeirlər də yuxarıda qeyd etdiyimiz kimi Gülşəniyə məxsusdur. Çünki o, yuxarıda göstərdiyimiz kimi ərəbcə şeirlərini Xəlil təxəllüsü ilə yazmışdır və ərəbcə Divanı da Xəlil adınadır. Ərəbcə Divanın tam və dolğun mətni əldə olununca bu şeirlər divandakı şeirlərlə müqayisə olunaraq, daha dəqiq qənaətə gəlməyə imkan verəcəkdir. Əlyazmadakı Gülşəni şeirləri tamlıqla ənənəvi üslubda tərtiblənməyib. Fəqət, ümumilikdə ardıcıllıq gözlənilmədiyinə rəğmən 24 hərfi əhatə etməkdədir:
Dostları ilə paylaş: |