Azadə Musayeva
(Əlyazmalar İnstitutu)
İbrahİm Bərdəİnİn türk “Dİvan”ı əlyazmalarının paleoqrafİyası, struktur özƏllİklərİ və tekstolojİ müqayİsəsİ
Türkdilli təsəvvüfi poeziyanın mükəmməl örnəklərini həm də 30 ildən artıq yaşadığı Misirdə yaratmış, nadir istedadı ilə seçilən Şeyx İbrahim Gülşəni Bərdəinin vətənində əlyazması mövcud olmayan türk “Divan”ının fərqli xarici məmləkətlərdə üzə çıxardığımız 14 nüsxəsindən 6-sının surətini əldə etməyə müvəffəq olmuşuq. Bunlar 3-ü İstanbul (1 Universitet, 2 Millət kitabxanası) olmaqla, Sankt-Peterburq, Vatikan Apostol və Ankara nüsxələridir. Burada anılan əyazma nüsxələrinin paleoqrafiyası, struktur özəllikləri və tekstoloji müqayisəsindən qısaca bilgi veririkirik:
-
Türk “Divan”ı. Ankara Milli kitabxanası F.B.–127 şifrli nüsxədən “Milli kitabxana yazmalar kataloqu”nun Türkcə “Divan”lar)”ı əhatələyən 2001-ci ildə Ankarada nəşr olunmuş VI cildində bilgi verilmişdir (səh. 40-41, №81). Köçürülmə tarixi h.925 (1520)-ci il, həcmi 206 vərəq, ölçüsü 19,4x13,4 sm, xətti təliq, katibi Ali bin Məhəmməd, sətir sayı müxtəlif, kağızı vaza şəkilli filiqranlıdır. Frontispisi ənənəvi üslubda (qırmızı çiçəklər və yaşıl yarpaqlarla) bəzədilmişdir. Cildi qara dəridir. Kataloqda məzmunca bir münacat, 281 qəzəl, 108b-158a-da məsnəvilər, 157a-171a vərəqlərində qəsidələr və 171a-203a vərəqlərində yenidən qəzəllərin yer aldığı göstərilir.
Başalnır: Ey məhəbbətdən təcəlla eyləyən eynül-bəqa,
Elminin eynin görən latəyindən liqa.
Bitir: Gülşəniyə zuyi-ziya verəli nuri-Mustəfa,
Deyər: ümmət olan millət, ver səlavat Məhəmmədə.
6b vərəqində bir sətir üzərindən xətt çəkilib, üstündə daha doğru variant olduğu düşünülən yeni bir misra yazılıb. Bu misranın digər bir nüsxədən götürüldüyünü düşünmək olar. 32b, 33a vərəqlərinin hər birində 2, 107a vərəqindəki 1 misra üzərindən xətt çəkilib. Haşiyələrdə bir sıra əlavələr şəklindəyazılar nəzərə çarpır. Əlyazma boyunca sırf şeirlərlə bağlı düzəlişlər də nəzərə çarpır. Haşiyələrdə, mətnin köçürüldüyü xətlə yazılmış şeirlərin köçürücü tərəfindən sonradan başqa nüsxədən götürülüb əlavə edildiyini düşünürük. Əslində bu nüsxədə fərqli janrlarda 450 şeir vardır. Qəzəllər 17 hərfi əhatə edir. Mətndəki şeirlər divan üslubunda ardıcıl düzülməyib, biz əlifba sırası ilə qruplaşdırıb veririk:
Dostları ilə paylaş: |