Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə13/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   9   10   11   12   13   14   15   16   ...   232
Azadə Musayeva

(Əlyazmalar İnstitutu)
İbrahİm Bərdəİnİn türk “Dİvan”ı əlyazmalarının paleoqrafİyası, struktur özƏllİklərİ və tekstolojİ müqayİsəsİ

Türkdilli təsəvvüfi poeziyanın mükəmməl örnəklərini həm də 30 ildən artıq yaşadığı Misirdə yaratmış, nadir istedadı ilə seçilən Şeyx İb­rahim Gülşəni Bərdəinin vətənində əlyazması mövcud olmayan türk “Di­van”ının fərqli xarici məmləkətlərdə üzə çıxardı­ğı­mız 14 nüsxəsin­dən 6-sının surətini əldə etməyə müvəffəq olmuşuq. Bunlar 3-ü İs­tanbul (1 Universitet, 2 Mil­lət kitabxanası) olmaqla, Sankt-Peterburq, Vatikan Apos­­tol və Ankara nüsxələridir. Burada anılan əyazma nüsxələrinin pa­leoq­rafiyası, struktur özəllikləri və tekstoloji müqayisəsin­dən qısaca bilgi veririkirik:



  1. Türk “Divan”ı. Ankara Milli kitabxanası F.B.–127 şifrli nüsxə­dən “Milli ki­tab­­xana yazmalar kataloqu”nun Türkcə “Divan”lar)”ı əha­tələyən 2001-ci ildə An­ka­rada nəşr olun­muş VI cildində bilgi veril­miş­dir (səh. 40-41, №81). Kö­çü­rülmə ta­rixi h.925 (1520)-ci il, həcmi 206 və­rəq, ölçüsü 19,4x13,4 sm, xətti təliq, katibi Ali bin Məhəmməd, sətir sayı müxtəlif, kağızı vaza şəkilli filiqranlıdır. Frontispisi ənənəvi üslub­da (qırmızı çiçəklər və yaşıl yarpaqlarla) bəzədil­miş­dir. Cildi qara də­­ri­­dir. Kataloqda məzmunca bir müna­cat, 281 qəzəl, 108b-158a-da məsnə­vilər, 157a-171a vərəqlərində qəsidələr və 171a-203a vərəqlərində ye­ni­­dən qəzəllərin yer aldığı göstərilir.

Başalnır: Ey məhəbbətdən təcəlla eyləyən eynül-bəqa,

Elminin eynin görən latəyindən liqa.

Bitir: Gülşəniyə zuyi-ziya verəli nuri-Mustəfa,

Deyər: ümmət olan millət, ver səlavat Məhəmmədə.

6b vərəqində bir sətir üzərindən xətt çəkilib, üstündə daha doğru variant olduğu dü­şü­­nülən yeni bir misra yazılıb. Bu misranın digər bir nüsxədən götürüldüyünü dü­şün­mək olar. 32b, 33a vərəqlərinin hər bi­rində 2, 107a vərəqindəki 1 mis­ra üzə­­rin­dən xətt çəkilib. Haşiyələrdə bir sıra əlavələr şəklin­də­yazılar nəzərə çarpır. Əlyaz­ma boyunca sırf şeir­lər­lə bağlı dü­zə­lişlər də nəzərə çarpır. Haşiyələrdə, mətnin köçürül­düyü xət­lə yazılmış şeir­lə­rin köçürücü tərəfindən son­radan başqa nüs­xədən götü­rü­­lüb əlavə edildiyini düşü­nü­rük. Əslində bu nüs­xədə fərqli janr­lar­da 450 şeir vardır. Qəzəllər 17 hərfi əhatə edir. Mətndəki şeirlər divan üslu­bun­­da ardıcıl düzülməyib, biz əlifba sırası ilə qrup­laş­dırıb veririk:


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin