Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə15/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   11   12   13   14   15   16   17   18   ...   232
1. № 349 ن; 2. № 350 ه; 3. № 351 ل; 4. № 352 ر; 5. № 283 ل; 6. № 355 ن; 7. № 356 ک; 8. № 357 ک; 9. № 358 ک; 10. № 359 ن; 11. № 360 آ; 12. № 361 Tərcih; 13. № 362 Tərcih; 14. № 363 ز; 15. № 364 ن; 16. № 365 ه; 17. № 366 آ;

  1. Türk “Divan”ı. Rusiya Federasiyası EA Şərqşünaslıq İns­ti­tutunun Sankt – Pe­­ter­­burq­dakı Əlyazmalar bölmə­sində B-1206 şifri ilə qorunan Gülşəni “Divan”ı keçmiş Sovetlər İttifaqı məkanında yega­nə məlum əlyazması ol­muş­dur. Bu əlyazma haqqında L.Dmitriyeva 1980-cı ildə Moskvada nəşr olun­muş “Şərq­şü­nas­lıq İnstitutu türk əlyaz­malarının təsviri” kataloqunda ilk dəfə mə­lu­mat ver­miş­dir (səh. 68-69). Daha sonra sözü gedən müəllifin hazır­la­dı­ğı “Ru­si­ya EA Şərq­şünaslıq İnstitutunun türk əlyazmaları kataloqu”nun özü­nün vəfa­tın­dan son­ra 2002-ci il Moskva nəşrində həmçinin həmin əlyazmadan söz açıl­mış­dır (səh.298-299). L. Dmitriyeva hər iki nəşrdə nüsxənin bütövlükdə Gül­şəni “Divan”ı kimi təqdim etmişdir. Bu səbəbdən də Rövşəni Diva­nında yer alan mü­na­cat, nət, müxəmməs, qəzəl, müfrədat və məsnəvilər də Gülşə­niyə aid edil­mişdir.

Kataloqda Gülşəni “Diva­n”ının köçürülmə tarixi kimi gös­tə­rilən h.884 (1484)-cü il isə Rövşəninin “Çoban­namə”sinin yazılma tarixidir. Təs­virdə “Ço­ban­­­namə”nin mexaniki olaraq nüsxəyə əlavə edildiyi gös­tərilir. Hal­buki, Röv­şə­ni Divanı nüs­xələrinin əksəriy­yətində ona məx­sus “Çobannamə” məs­nə­vi­si yer al­­maq­­da­dır. Və bu məs­nəvini onun Mövlananın “Məs­nə­vi”sin­dən ya­ra­dı­cı tər­cümə etdiyi də məlum fakt­dır. L.Dmit­riyeva daha 4 “Çoban­namə” təs­vi­­rini də buraya əlavə et­mişdir.

Əslində isə bu nüsxə Rövşəni və Gülşəni “Divan”la­rının naməlum birgə əl­yaz­­ma­sıdır. Mətnşünaslıq tari­xin­də iki yerə ayrılmış bir abidə və ya əlyaz­ma­nın iki, bir əlyaz­mada bildiril­miş iki əsərin bir abidə kimi təqdim edilməsi təsa­düf­ləri az olmamışdır (Lixaçev, 11). Eyni zamanda yaradıcılıqları, mənə­vi dün­yaları bir-birinə ya­xın sayılan neçə-neçə sənətkarın əsər­lə­ri­nin bir əlyaz­ma­da birləş­dirilməsi, daha da doğmalaş­dırıl­ması faktları da möv­cuddur (Nizami Gən­cə­vi və Əmir Xosrov Dəhləvi; Nəvai və Füzuli və s.: ƏYİ, M-500; M-275 və s.). Frontispis yerində “Həzə divani-Gülşəni” (Bu Gül­şəni divanı­dır) yazılmasına baxmayaraq, əlyazma müəl­lim və tələbənin Divanlarının birgə əl­yaz­masıdır. Baş­lı­ğın isə nüsxəni köçürən katib tərəfindən yazıl­madığını, sonra­lar başqa biri tərəfindən əla­və olundu­ğunu düşü­nürük. Belə ki, az qala hər sə­hifə­sin­də Rövşə­ninin adı yazılmış divanı da katib məntiqi olaraq, sadəcə Gül­şəni divanı kimi təqdim edə bilməzdi. Rövşəni di­vanının əlimizdə olan digər 6 nüsxəsi ilə teks­to­loji müqayisələr apara­raq, haqqında danışılan nüsxənin 1b-125b vərəq­lərindəki əsər­lə­rin məhz ona aidliyini aydınlaşdırdıq.

Ümumi həcmi 148 vərəq olan əlyaz­ma­nın yalnız 126a-148a vərəq­lərindəki mətn Gülşəni Diva­nı­dır. Cildi üzərinə dəri çəkilmiş kartondur, ölçüsü 19x13 sm-dir. Başdan-başa rüq`ə xəttilə, başlıqları qır­mızı, mətn qara mürəkkəblə rəngli Şərq kağızına köçü­rül­müşdür. Divan tam deyil. 135b-136a vərəqləri ara­sın­da çatışmazlıqlar vardır. Burada Gülşəninin ən`ənəvi di­van quruluşunda 69 qəzəl və qəsidəsi yazılmışdır. Əlyaz­ma­nın birinci hissəsinin sonundakı qeyd onun “Əmir Əhmədin ayağı­nın torpağı, bəndəsi Mahmud tərə­findən Qustən­təniy­yədə (Kon­stan­ti­no­polda-İstan­bul­da) köçürüldüyü” yazıl­mışdır (B-1206, 125b). Araş­dır­malar göstərir ki, Əmir Əhməd, İbrahim Gülşəninin “Xəyali” təxəl­lüsü ilə şeirlər yazan oğludur. O, 1569/70-ci illərdə dünyasını dəyişmişdir. Bu tarix bizə əlyaz­manın L.Dmitriyevanın əsaslandırmadan yazdığı kimi təkcə “1831-ci ildən gec olmayaraq” deyil, XVI əsrdə, bəlkə 1570-ci ildən belə qabaq köçürüldüyünü söyləməyə im­kan versə də, katib qeydindən kənarda, eyni xətlə xüsusi üslubda yazılmış “zilhiccə 1023-cü il” qeydi onun 1614-cü ilin sonlarında başa çatdırıldığını gös­tərir. 148b vərə­qin­də köçürü­cü­nün belə bir qeydi də vardır: “Bu kitabı yaz­duranə Həqq Təala Rəsulul­la­hın pak, münəvvər, mütəh­hər ruhiçün neçə yıllar ömrlər ver­digdən sonrə cənnət müyəssər eyləyə. Amin ya Rəb­bül-alə­min”.

Başlanır: Ey məhəbbətdən təcəlla eyləyən eynül-bəqa,

Elminün eynin görən latəyindən liqa. (126a)

Bitir: Rövşəninin eşqiylə, Gülşəni, degil bana,

Kim olupdur səncılayin bir dəxi rüsvayi-eşq.


  1. Türk Divanının Vatikan Apostol kitabxanasındakı Vat. Turco.216 şifrli nüs­xə­sindən ilk söz açan Ettori Rossidir. O, 1953-cü ildə Vatikanda nəşr olunan “Va­tikan Apostol kitabxanası türk əlyaz­ma­ları kataloqu”nda əlyazmanın təs­vi­ri­ni verib (səh.189). Nüsxənin həcmi 148 vərəq, ölçüsü 20,2x15 sm, sətir sayı 13 (iki sütun), xətti nəsx, köçürülmə tarixi h.XII (XVIII) əsrdir. Şərq üslubunda ha­zır­lanmış dəri və karton cildlidir. Ən`ənəvi divan üslubunda deyil. Bu nüs­xə­də 277 şeir vardır. Əvvəli naqisdir. Beləki ilkin beyt düşən vərəq­dəki şeirin son beytidir.

Başlanır: Rövşənidən özgə netə görməz səni gönlümə kim,

Deyəm ana tişrə sənlikli andən özgə hər nə var (1a)

Bitir: Sən səni sən bilmə, anı bil sən,

Sən səni bildün isə bildün anı (146a)



  1. Türk Divanının İstanbul Millət kitabxanası Carullah Vəliyüd­din əfəndi-1661 şifrli nüsxəsi. Bu nüsxədən Təhsin Yazıçı və Himmət Konur məlumat vermiş, əl­yaz­manın Rövşə­ni və Gülşəni divanlarının bir­gə nüsxəsi olduğunu yazmışlar. Həc­mi 272 vərəq, ölçüsü 14,2x10,2 sm, kağızı müxtəlif, sətir sayı ortada və kə­nar­da olmaqla 53, xətti nəsx və təliqdir. Kati­bi və köçürülmə tarixi bəlli deyil. Cil­di alba­lı çürüyü rəngində meşindir. Cədvəllər qırmızı və ya­­şıl rənglidir. Nüs­­xənin əvəlli və sonu yoxdur, həm­çi­nin aradan da vərəqlər düşüb.

Röv­şəni və Gülşəninin türkcə Divanlarının birgə əl­yaz­­ma­larının 2 nüs­xəsi aşkarlanmışdır. Biri, yalnız Gülşəni Divanı adı ilə təqdim olunmuş, naməlum Sankt-Peterburq nüsxəsidir, ikincisi isə “İstanbul kitablıqları yazma divanlar kataloqu”nda Rövşəni Divanı kimi təq­dim olunmuşdur. Yalnız araşdırmalar nəticəsində müəl­lim və tələbənin hər ikisinin divanlarını əhatə etdiyi aş­kar­lanıb. “Divanlar” kataloqunda 5.000-ə qədər beyt olduğu göstərilib (vərəqlərin və hər bir səhifədəki sətirlərin sayına görə isə 13.716 beyt olmalıdır).

“Divanlar” kataloqundakı təsvirdə və H.Konurun yazdı­ğı­na görə hər səhifədə haşıyələrdə də olmaqla 53 sətir yazılıb. Lakin digər nüsxələr­dən fərqli olaraq bu nüsxədə mətn əksərən 2 deyil, bir sütunda yazılıb və haşiyələrində də 2 beyt vardır. Sütunlarda 13 sətir və ya misraya, haşiyələ­rindəki iki beyti – 4 sə­tiri də əlavə etdikdə, hər səhifədə, ümu­mi­likdə əksər səhi­fə­lərdə sətirlərin sayı 17 sətir və ya 17 misra yazılıb. 1a və 271b vərəqlərinin aşağısında dairəvi formada əski şəx­si mö­hürlər basılmışdır.

Başlanır: Dövr ilə xəlqə məkanilə zamanı göstərən,

Şani-vəchündür təcəllidən səna ilən səfa. (1a)

Sonu: Dilərsən Gülşəni kimi bir ola eydü novruzun,

Qıla gör gecəli gündüz ki, novruz ilə eyd olur.

“Divanlar” kataloqunda bu nüsxə Rövşəni divanı əlyaz­maları sı­rasında və Röv­şəni divanı kimi təsvir olun­muş­dur. Rövşəni ilə bağlı təd­qiqatımızda həmin ka­ta­loqa söykə­nərək, vaxtilə biz də sözü gedən nüsxəni Rövşəni divanı kimi təq­dim et­miş­­dik. Fəqət surətini əldə etdikdən sonra artıq əli­miz­də olan 7 Rövşəni və 6 Gül­şəni Divanları əlyaz­maları ilə müqayisə nəticəsində nüsxənin məhz Gül­şəninin türk divanı olduğunu dəqiqləşdirmişik. Divanın Carullah Veliyüd­din nüsxə­sindəki ümumi sayı 447 olan şeirlər 20 hərfi əhatə edir:


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin