Heyvan, həşərat və quş adlarını bildirən arxazimlər: dəvləngəç-çaylaq, çaylaq cinsindən alıcı quş; keyik – maral, qulan – vəhşi at; qarçağay – şahin, qartal; kölük – minik atı; kutəl – yedək atı; üyəz – milçək və s. Sonuncu söz Türkiyə şivələrində üvez şəklində işlənir. (15,890)
Peşə və sənətlə, məişətlə bağlı sözlər: qancuğə - yəhər qayışı, qazuğ – dirək, çadır dirəyi, uzun mıx, sadaq – ox qabı, ükək – kəcavə və s.
Dini anlayışlarla bağlı sözlər: Çələb – Allah, damu/tamu – cəhənnəm, uçmağ/uçmaq – cənnət və s. Bu sözlərə klassik Azərbaycan ədəbiyyatı nümunələrinin çoxunda rast gəlirik.
Əski tərcümə nümunələrinin ən gözə çarpan dil özəlliklərindən biri də türk mənşəli sinonimlərin qoşa işlənməsidir. Məsələn: al-götür, bitun-qamu-varı, doy/toy-dügün, qızıl-altun, düş-uyqu, gecə-dün, geyəsi-don, qum-qayır, oxranmaq-kişnəmək, sağ-əsən, sınmak-ufanmaq, uyumaq-yatmaq-ımızğanmaq, ün-səs, sürmək-çıxarmaq, varmaq-getmək və s. Bu xüsusiyyət İmadəddin Nəsimi əsərlərinin dili üçün də səciyyəvidir. (4,17-18). Maraqlıdır ki, mütərcimlər, bir qayda olaraq, bu cür sözləri eyni beyt və cümlə daxilində işlətmişlər.
Məsələn:
Dostları ilə paylaş: |