Genotipik cəhətdən, yəni mənşəyinə, ekoloji-coğrafi, kompleks morfoloji və bioloji,
habelə təsərrüfat-texnoloji xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən nümunələri
hibridləşdirdikdə yüksək heterozislik meydana çıxır və növlərarası və növdaxili, həmçinin
insuxt sortlardan alınan hibridlərdə yaxşı ifadə olunur (Amanov və b., 2003; 2006; Quliyev,
1993; Zeynalov, 2003; Авидзба и др., 2009; Зенищева, 1968; Лазеревский, 1963;
Масюкова, 1973; Студенников, 2007, 2009; Трошин, Федоров, 1988; Трошин,
Радчевский, Цирканенко, 1997).
Yeni üzüm sortlarının yaradılması üzrə seleksiya işlərində qarşıya qoyulan
vəzifələrdən biri də yüksək məhsuldar sortların yaradılmasıdır. Üzümün məhsuldarlığı
poligen əlamət olub, müxtəlif amillərin (genetik, ekoloji, abiotik, biotik, antropogen və s.)
qarşılıqlı təsiri altında formalaşır. Üzümün məhsuldarlığı ayrı-ayrı məhsuldarlıq
elementlərinin (barlı zoğların miqdarı, tənəyin gözcük yükü, zoğun bar əmsalı, barlı
zoğların bar əmsalı, tənəkdə salxımların miqdarı, salxımın orta kütləsi və s.) inkişafından
asılıdır. Bu göstəricilərin hibrid nəsilə keçmə xüsusiyyətləri və inkişafı da müxtəlif
xarakterliliyi ilə səciyyələnir. Bunu nəzərə alaraq 1998-2010-cu illər ərzində quru suptropik
iqlimə malik olan Abşeron yarımadası şəraitində AzETÜŞİ-nin ampeloqrafik kolleksiya
bağında üzümün kompleks biomorfoloji, aqrobioloji, seleksiya və toxumçuluq konteksində
apardığımız elmi-tədqiqat işlərinə üzümün birinci nəsil (F
1
) hibridlərində məhsuldarlığın
irsən keçməsi və dəyişkənliyinə dair tədqiqatlar aparılmış və alınan nəticələr verilmiş
məqalədə öz əksini tapmışdır.
Dostları ilə paylaş: