Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə32/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   28   29   30   31   32   33   34   35   ...   143
NƏTĠCƏLƏR VƏ MÜZAKĠRƏ 
Aparılan  tədqiqatlar  zamanı  ayrı-ayrı  hibrid  kombinasiyalar  üzrə  formalaşan 
populyasiyalardakı  bitkilərin  məhsuldarlıq  göstəriciləri  müəyyən  edilmiş,  müvafiq  ballar 
üzrə  qiymətləndirilərək  qruplaşdırılmış  və  popuyasiyalar  üzrə  məhsuldarlıq  göstəricisinin 
heterozis dərəcəsi və dominantlıq əmsalı təyin edilmişdir (cədvəl 1). 
Tədqiqat zamanı məlum olmuşdur ki, məhsuldarlıq göstəricilərinə görə irsilik Ağ şanı 
x Təbrizi hibrid ailəsindəki bitkilərin 36,9%-nə mənfi dominantlıq (hp=-1 və -3), 26,3%-nə 
aralıq (hp=0), 36,8%-nə isə müsbət dominantlıq tipində (hp=+1)  keçmişdir. Ümumiyyətlə, 
bu  populyasiya  üzrə  dominantlıq  əmsalı  zəif  mənfi  xarakter  (hp=-0,7)  daşımış,  hibrid 
nəsildə mənfi heterozis (G=-20,0%) qeydə alınmışdır. 
Ağ  şanı  x  Qara  pişraz  hibrid  populyssiyasındakı  bitkilərin  61,1%-də  mənfi 
dominantlıq (hp=-1 və -3), 38,9%-də isə müsbət dominantlıq (hp=+1 və +3) dərəcəsi qeydə 
alınmışdır.  Bu  populyasiyada  yalnız  38,9%  bitkidə  həqiqi  heterozis  (G%=16,7-50,0%) 
müşahidə edilmişdir. Lakin, ümumi populyasiya üzrə mənfi dominantlıq dərəcəsi (hp=-0,9) 
və heterozis effekti (G=-15,0%) baş vermişdir. 
Tədqiqat  zamanı  aydınlaşdırılmışdır  ki,  məhsuldarlıq  Ağ  şanı  x  Qara  şanı  hibrid 
ailəsindəki  27,8%  bitkiyə    mənfi  dominantlıq  (hp=-2),  27,8%  bitkiyə  isə  müsbət 
dominantlıq (hp=+2 və +4) tipində keçmişdir. Bu ailə üzrə 44,4% bitkidə əlamətlərin irsən 
keçməsi aralıq xarakter kəsb etmişdir. Ağ şanı x Qara şanı hibrid kombinasiyası üzrə yalnız 
27,8%  toxmacarda  həqiqi  heterozis  müşahidə  edilmişdir.  Populasiya  üzrə  isə  orta  hesabla 
dominatlıq əmsalı sıfıra (hp=0) bərabər olmaqla aralıq xarakter daşımış, heterozis effekti isə 
müsbət (G=+2%) xarakter kəsb etmişdir. 
Ağ  şanı  x  İsgəndəriyyə  muskatı  sortlarının  hibrid  kombinasiysı  üzrə  məhsuldarlığın 
irsi  xarakteri  aydınlaşdırılarkən  məlum  olmuşdur  ki,  irsiyyətin  21,6%  bitkidə  mənfi 
dominantlıq  (hp=-1),  37,8%  bitkidə  aralıq,  40,6%  isə  müsbət  dominantlıq  (hp=+1)  tipi 
inkişaf etmişdir. Bu populasiya üzrə 40,6% bitkidə çox yüksək məhsuldarlıq (100 s/ha-dan 
yuxarı) qeydə alınmış və həqiqi heterozis (G=+22,2%) müşahidə edilmişdir.  
Ümumiyyətlə  isə,  Ağ  şanı  x  İsgəndəriyyə  muskatı  hibrid  ailəsində  məhsuldarlıq 
xüsusiyyəti nəslə aralıq tipdə (hp=+0,2) keçmiş, populyasiya üzrə müsbət heterozis effekti 
(G=+5,7%) baş vermişdir. 
Tədqiqatlardan aşkarlanmışdır ki, Ağ şanı x Çəhrayı tayfı hibrid ailəsində çox aşağı və 
aşağı  məhsuldar  toxmacarlar  əmələ  gəlməmiş  və  bitkilərin  18,2%-də  orta  (51-70  s/ha), 
27,3%-də  yüksək  (71-100  s/ha),  54,5%-də  isə  çox  yüksək  (100  s/ha-dan  yuxarı) 
məhsuldarlıq  qeydə  alınmışdır.  Bu  populyasiya  üzrə  toxmacarların  əksəriyyətində  (54,5%) 
həqiqi  heterozis  (G=22,2%)  baş  vermişdir.  Bu  kombinasiya  üzrə  dominantlıq  dərəcəsi 
(hp=+0,35) və heterozis effekti (G%=+10%) müsbət xarakter kəsb etmişdir. 
Tədqiqat  zamanı  müəyyən  edilmişdir  ki,  Ağ  şanı  x  Hamburq  muskatı  hibrid 
kombinasiyasındakı  bitkilərin  10,6%-i  orta  (51-70  s/ha),  48,6%-i  yüksək  (71-100  s/ha), 
40,8%-i  isə  çox  yüksək  (100  s/ha-dan  yuxarı)  məhsuldardır.  Bu  kombinasiyadakı  hibrid 
bitkilərə  məhsuldarlıq  xüsusiyyəti  mənfi  (10,6%  bitki),  aralıq  (48,6%  bitki)  və  müsbət 
dominantlıq  (40,8%  bitki)  tipində  irsiyyətə  keçmişdir.  Bu  kombinasiyada  dominantlıq 
dərəcəsi  +0,3  bərabər  olmaqla,  aralıq  tipdə  təzahür  etmiş,  hibrid  nəsildə  müsbət  heterozis 


 
 
(G=+8,6%) baş vermişdir. Ağ şanı x Moldova hibrid kombinasiyası üzrə məhsuldarlığın irsi 
xarakteri aydınlaşdırılarkən məlum olmuşdur, əlamət 8,8% bitkiyə mənfi dominantlıq (hp=-
1),  52,2%  bitkiyə  aralıq  (hp=0),  39,0%  bitkiyə  müsbət  dominantlıq  (hp=+1)  tipində 
keçmişdir.  Bu  kombinasiyadakı  bitkilərin  39%-də  müsbət  heterozis  (G%=+10%)  baş 
vermişdir. Populyasiya üzrə isə orta hesabla dominantlıq əmsalı +0,3-ə, heterozis effekti isə 
+8,6%-ə bərabər olmuşdur. 
Aparılan  tədqiqatlardan  məlum  olmuşdur  ki,  Ağ  şanı  x  Ağ  Xəlili  hibrid 
kombinasiyasındakı  bitkilərə  məhsuldarlıq  xüsusiyyəti  34,6%  bitkidə  mənfi,  60,8%-də 
aralıq  və  5,6%-də  yüksək  dominantlıq  tipində  ötürülmüşdür.  Bu  kombinasiya  üzrə  66,4% 
bitkidə müsbət heterozis (G=+14,3% və +42,9%) qeydə alınmışdır. 
Tavkveri  x  Xindoqnı  hibrid  kombinasiyası  üzrə  məhsuldarlığın  irsi  xarakteri 
aydınlaşdırılarkən aşkar edilmişdir ki, bitkilərin 7,1%-i çox aşağı (30 s/ha-dan aşağı), 7,1%-
i  aşağı  (31-50  s/ha),  21,4%-i  orta  (51-70  s/ha),  35,8%-i  yüksək  (71-100  s/ha),  28,6%-i  isə 
çox  yüksək  (100  s/ha-dan  yuxarı)  məhsuldarlığa  malikdir.  Bu  kombinasiya  üzrə 
məhsuldarlıq  35,6%  bitkidə  yüksək  mənfi  dominantlıq  (hp=-1  və  -3),  35,8%-də  aralıq 
(hp=0),  28,6%-də  isə  müsbət  dominantlıq  (hp=+1)  tipində  nəslə  keçmişdir.  Ümumi 
populyasiya  üzrə  isə  mənfi  dominantlıq  dərəcəsi  (hp=-0,3)  və  heterozis  effekti  (G=-8,6%) 
qeydə alınmışdır. 
Aliqote  x  Bayanşirə  hibrid  kombinasiyası  üzrə  məhsuldarlığın  irsi  xarakteri 
aydınlaşdırılarkən  məlum  olmuşdur  ki,  populyasidakı  bitkilərin  33,3%-i  ana  valideyn, 
66,7%  isə  ata  valideyn  formasının  əlamətini  daşıyır.  Bu  kombinasiyadakı  bitkilərin 
əksəriyyətində (66,7%) heterozis (G=+11,1%) baş vermişdir. Populyasiya üzrə dominantlıq 
əmsalı orta hesabla +0,3-ə, heterozis isə +3,8%-ə bərabər olmuşdur. 
Tədqiqatlar  zamanı  Tavkveri  x  Qara  lkeni  hibrid  kombinasiyasındakı  bitkilərin 
əksəriyyəti  (69,0%)  çox  yüksək  məhsuldarlığa  (100  s/ha-dan  yuxarı)  malik  olduğu 
aydınlaşdırılmışdır.  Bu  populyasiyadakı  bitkilərin  31%-də  mənfi  (G%=-10%),  69%-də  isə 
müsbət heterozis (G%=+10%)  müşahidə edilmişdir. Kombinasiya üzrə dominantlıq əmsalı 
orta hesabla +0,4-ə, heterozis isə + 5,0%-ə bərabər olmuşdur. 
Tədqiqat  zamanı  müəyyən  edilmişdir  ki,  məhsuldarlıq  Sısaq  x  Bayanşirə  hibrid 
kombinasiyası üzrə 48,3% bitkiyə mənfi dominantlıq (hp=-1 və -3), 34,5%-nə aralıq (hp=0), 
17,2%-nə  isə  müsbət  dominantlıq  (hp=+1)  tipində  nəslə  keçmişdir.  Bu  kombinasiya  üzrə 
dominantlıq əmsalı (hp=-0,7) və heterozis effekti (G%=-20%) orta hesabla mənfi xarakterli 
olmuşdur. 
Tədqiqatlardan  aşkarlanmışdır  ki,  Bayanşirə  x  Semilyon  hibrid  ailəsində  bitkilərin 
12,5%-i orta (51-70 s/ha), 21,9%-i yüksək (71-100 s/ha), 65,6%-i isə çox yüksək (100 s/ha-
dan  çox)  məhsuldarlığa  malikdir.  Bu  kombinasiya  üzrə  yalnız  65,6%  bitkidə  müsbət 
heterozis  (G%=+10%)  baş  vermışdir.  Populyasiya  üzrə  dominantlıq  əmsalı  orta  hesabla 
+0,1-ə, heterozis effekti isə +1,3%-ə bərabərdir. 
Aparılan  yədqiqatlarla  aydınlaşdırılmışdır  ki,  Tankveri  x  Mədrəsə  hibrid 
kombinasiyasındakı  bitkilərin  3,8%-i  orta  (51-70  s/ha),  30-25%-i  yüksək  (71-100  s/ha), 
67,0%-i  isə  çox  yüksək  (100  s/ha  çox)  məhsuldarlığa  malikdir.  Bu  populyasiya  üzrə 
məhsuldarlıq nəslə əsasən aralıq tipdə keçmiş (hp=0), heterozis effekti isə mənfi (hp-7,8%) 
xarakterli olmuşdur. 


 
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin