dan olan aqac və kol və bitkilərının inrodukaiyası haqqında məlumat verilir.
Ağac və kol bitkilərinin introduksiya edilməsi qədim tarixə malikdir. Keçmişdə
ağac və kol bitkilərinin introduksiyasını həvəskar insanlar plansız şəkildə həyata
keçirirdilər. Belə ki, varlı insanlar, o cümlədən ticarətçilər müxtəlif yer və ölkələrdən
bitkilər gətirib öz həyət və bağçalarına əkirdilər. Ədəbiyyat məlumatlarına (Nesterenko,
Strepkova, 1949) əsasən demək mümkündür ki, adi nar bir neçə min il bundan əvvəl
yabanı nar şitilliklərindən götürülüb insanların yaşadıqları ərazilərin yaxınlığında
əkilmişdir. Qədimdə insanlar öz məqsədləri üçün bir bitkini bir yerdən başqa yerə
köçürmüş və istifadə etmişlər. Belə ki, Roma tarixçisi Pqinit göstərir ki, nar bitkisi
universal müalicə vasitəsi kimi istifadə edilirdi. Hind ədəbiyyatlarında isə nar şirəsindən
hemofiliya xəstəliyinin müalicəsində istifadə olunduğu qeyd edilir. Yunan yazıçısı
Dioskorid qeyd edirdi ki, nar şirəsindən şərab, Misir ədəbiyyatlarında isə ondan yaxşı
şirələrin hazırlanma məsələlərindən danışılır. Bizim eradan 1600 il əvvəl Misirdə
faronların VIII sülaləsi zamanında Mimusops ağacı sitayiş olunan bitki hesab olunduğu
üçün geniş istifadə edilmişdir. Makedoniyalı İskəndər öz istilaları zamanı Avropa
ölkələrinə bir sıra yeni bitki növlərini- şaftalı, ərik və s. gətirdi.
Qədimdə insanların səyahətləri ilə bağlı bitkilər bir yerdən başqa yerə aparılmışdır.
Ceyms Kuk (1729-1779) Sandviç və Pasxi adalarını aşkar edərkən orada yayılmış bəzi
bitkiləri toplayaraq Avropaya gətirmişdir. Kukdan sonra isə bu introduksiya işlərini Pasxi
adasında tanınmış dənizçi Laperuz XVIII əsrin sonlarına qədər davam etdirmişdir.
Sonralar müxtəlif yerlərin kəşfi ilə əlaqədar XVI-XVII və əsas etibarı ilə XVIII əsrdə
Avropaya müxtəlif mənşəli bitkilər gətirilmiş və introduksiya edilmişdir.
Bir sıra ölkələrin kəşfində, oradan digər yerlərə bitkilər aparılmış, kor-təbii
iuntroduksiya edilmişdir. Həmişə, introduksiya olunan bitkilər maddi maraq baxımından
insanları özünə cəlb etmişdir. Bəzi ədəbiyyat məlumatlarına görə 4000 il bizim eradan
əvvəl ilk introduksiya olunmuş bitkilərdən qızılgül və şanagülləni misal çəkmək olar.
Bizim eradan bir əsr əvvəl Kolumella öz yazısında 17 növ dekorativ kənd təsərrüfatı
bitkiləri haqqında söhbət açır. Keçmiş SSRİ-də bitkilərin introduksiyasına aid məlumatlar
çox az rast gəlinir. Vaxtilə taciklər Məkkədən Pinus prutia Ten. toxumlarını Hissar
rayonuna gətirmiş, hal-hazırda bu bitkilərin boyu 30 metrdən artıq olmuşdır. Bu xalq
tərəfindən bitkilərin introduksiyasına dair bir misaldır. XVII əsrdə Moskvada Zaqor
monastrında bir sıra ağac növlərini (tut və s.) yaydılar. 1713-cü ildə I Pyotr Peterburqda
Aptekos bağını saldırdı. Sonra XVIII əsrin əvvələrində I Pyotr tərəfindən rus meşə
təsərrüfatı idarəsi yaradıldı. Ağac bitkilərinin introduksiysı üçün XIX əsrin ortalarında
tanınmış botanik A.N. Krasnovun rəhbıərliyi ilə ekspedisiyalar təşkil olundu
(1894,1898-1899,1909 və s.). Bu ekspedisiyalarda aqronomlardan İ.Kliqen, Q.Q.Spetkov
və başqaları iştirak edirdilər. Belə ekspedisiyalarda subtropik bölgələrdən bitkilər
gətirildi və rayonlaşdırılaraq introduksiya edildi (Qurskiy, 1957). 1870-ci ildə Kənd
Təsərrüfatı Akademiyasında dendroloji park yaradıldı. Buraya 200 növdən çox ağac və
kol bitkiləri introduksiya edildi.
Ədəbiyyat məlumatlarına (Qurskiy, 1957) əsasən demək mümkündür ki, meyvə
bitkilərinin dekorativ bitkilərə nisbətən kulturada istifadə edilmə tarixi daha qədimdir.
Çində Marko Polo qeyd edir ki, yaşıllaşdırma məqsədilə XIII əsrdə bəzi bitkilərdən
istifadə edilmişdir. Qərbi Avropa ölkələrində isə XVI əsrdən tez olmayaraq, o cümlədən
Aralıq dənizi ölkələri də daxil olmaqla təxminən bu dövrlərdə bitkilərdən yaşıllaşdırma
işlərində geniş istifadə edilmişdir.
XVIII əsrin ortalarında Qafqazın Qara dəniz sahillərində, o cümlədən Soçi,
Suxumi və Batumidə park və bağlar yaradıldı. Buralarda bir sıra qiymətli ağac və kol
bitkiləri introduksiya edildi.
Müxtəlif ölkələrdə bitkilərin introduksiyasında, xüsusi tədqiqat üsulları mühüm
əhəmiyyət kəsb etmişdir. Ağac bitkilərinin introduksiyasının tarixini öyrənərkən bəzi
bitkilərin qədimdə gen mərkəzini müəyyən etmək çətinlik yaradir. Məsələn, zeytunun,
şərq çinarının, yunan qozunun, şərq tuyasının və başqa növlərin vətənini ayırd etmək
çətindir. Misal üçün, Platanus orientalis L. Azərbaycanda Zəngilan rayonunun Bəsitçay
qoruğunda təbii yayilmışdır. Bu bitkinin Azərbaycanla yanaşı Tacikistanda Hissar
vadisində, Yunanıstanda, Türkiyədə, Suriyada, Livanda və başqa yerlərdə təbii yayılması
aşkar edilmişdir. Ölkəmizdə bitkilərin introduksiyası işlərinin aparılması çox qədim
dövrlərə gedib çıxır. Azərbaycan bir sıra müxtəlif qiymətli bitkilərin əsas vətəni
olmuşdur. Belə ki, o dövrdə burada bir sıra meyvə bitkiləri yetişdirilmişdir. Bunlardan
Xəzər dənizi sahillərində narın, adi üzümün, əncirin və s. bitkilərin olması bunların
qədimliyini sübut edən dəlillərdəndir. Keçmiş Sovetlər ölkəsinin florasında 18000-20000
növün olması qeyd edilmişdir. Yabanı və mədəni halında olan növlərin 15000-17000-i
aborigendir. Ölkəmizdə olan bir sıra bitki növləri başqa ölkələrə ilkin material kimi
aparılmış və introduksiya edilmişdir. Məsələn, müasir dənli bitkilərdən arpa, buğda,
vələmir Zaqafqaziya respublikalarından, o cümlədən Azərbaycandan aparılaraq
introduksiya edilmişdir. XIX əsrin əvvəllərində bir sıra ekspedisiyaların təşkil olunması
ilə əlaqədar keçmiş SSRİ respublikalrında, Azərbaycanda daxil olmaqla çoxlu miqdarda
introduksiya materilları toplanmışdır. Belə ki, N.N. Kuleşova Azərbaycanda 1926-cı
illərdə 1200, P.A.Lubensa 1955-ci ildə Qafqazda, M.S.Kolikov və Şebalina 1951-1955-ci
illərdə Altayda ilkin materiallar topladı.1958-ci illin əvvəllərində Ümumittifaq Elmi
Tədqiqat Bitkiçilik İnstitutunda 139926 ədəd bitki nümunəsi toplanmışdı. Bunlardan
135371 ədədi- canlı material, qalanları isə herbarium fonduna daxil edilmişdir. 1960-cı
ildə meyvə bitkilərindən 9430, subtropik bitkilərdən 1394, dekorativ bitkilərdən isə 3153
ədəd canlı əkin materialı kimi istifadə edilmişdir. Bitkilərin introduksiyası ilə elmi-
praktiki olaraq əsasən 1931-ci ildən başlandı. Bu məqsədlə müxtəlif yerlərdən gətirilmiş
1063 növü əhatə edın 17320 ədəd bitki toplanmışdır. Bu nümunələr müxtəlif ekoloji
floristik və iqlim zonalarına görə paylanmışdır. Belə zonalar 1-ci tundra, 2-ci şimalın
iynəyarpaqlı meşələri, 3-cü enliyarpaqlı meşənin mülayim iqlimi, 4-cü çöl, 5-ci səhra və
yarımsəhra, 6-cı enliyarpaq tropik meşə, 7-ci tropik seyrək meşə, 8-ci quru və rütubətli
subtropika, 9-cu rütubətli tropika. Azərbaycan da bu məqsədlə Bakı, Mərdəkan və
Lənkəran 5 və 8-ci zona kimi götürülmüşdür.
Azərbaycanda, eləcə də digər respublikalarda introduksiaya işlərinin nə vaxt
başlandığını demək bir qədər çətindir.Ədəbiyyat məlumatlarına (Bazilevskaya, 1964)
əsasən qeyd olunur ki, keçmiş SSRİ respublikalarında yeni bitkilərin gətirilməsi əsasən
qonşu ölkələrdən ticarət əlaqələri, səyahətlər nəticəsində həyata keçmişdir.Ümumiyyətlə
demək olar ki, introduksiya işləri Azərbaycanda əsasən XIX əsrin II yarısından sonra
başlamışdır.Belə ki, Bakıda 1880-ci ildə bu sahə 20,2 hektara çatmışdır. Sonralar Bakıda
bir sıra parklar salınmağa başlamış bunlardan 1870-1880-ci illərdə salınmış «Villa
Petrolea»nı (Nizami parkı) göstərmək olar. Burada hələb şamı, tut, qarağac, sərv
ağaclarının yaşlı nümunələri indi də parkda qorunub saxlanılmışdır. Nadir bitkilərdən
olan Şərq çinarı Azərbaycanda əsasən dinə sitayiş olunan yerlərdə, məscidlərin
həyətlərində, pirlərin yanında, kölgəsinə görə əkilib becərilirdi. Planlı introduksiya işləri
aparmaq üçün 1926-cı ildə N.İ.Vavilovun təşəbbüsü ilə Ümumittifaq Təcrübi Botanika
və yeni bitkilər İnstitutunun Şərqi Zaqafqaziya (Mərdəkan) filialı yaradılmışdır. 1934-cü
ildə Bakı Nəbatat Bağının təşkilindən sonra introduksiya işləri planlı və elmi şəkildə
aparılmağa başlanmışdır. 1938-ci ildə ədəbiyyat məlumatlarına görə (Kovalskaya-İlina,
1938) Bakının yaşıllaşdırılmasında 19 növ bitkidən istifadə edilmişdir. P.A.Şutov və
S.Q.Ələkbərovun (1962) məlumalarına görə 1960-cı ildə Mərdəkanda 400 növdən artıq
ağac bitkiləri introduksiya edilmişdir. İntroduksiya olunan bitkilərdən 187 növü
öyrənilmiş və nəticədə məlum olmuşdur ki, bu növlərdən yalnız 67 növü Abşeron üçün
perspektivli hesab oluna bilər. Bu bitkilərdən bir neçə növü indi Azərbaycanın nadir
bitkilər siyahısına daxil olan ağac və kol bitkiləri idi. Azərbaycanda adi narı insanlar həm
meyvələrinə, həm də dekorativliyinə görə əkib becərirdilər. Adi nar keçmiş SSRİ
respublikları içərisində ilk dəfə Azərbaycanda kulturada daha geniş istifadə olunmuşdur.
P.V.Kovalskaya-İlinanın (1938) verdiyi məlumata görə Bakının yaşıllaşdırılmasında 18
növ və hər bir növdən 1000 nümunə istifadə edilmişdir. Abşeronda introduksiya işləri
əsasən II dünya mühribəsindən sonra daha geniş vüsət aldı. İnqilabdan əvvəl botaniklər
əsasən bitkilərin sistematikası və coğrafiyası ilə məşğul olurdular. Sovet zamanında isə
belə tədqiqat işləri öz istiqamətini canlı bitkilərə, yəni bitkilərin introduksiyasına yönəltdi
və bu istiqamətdə də Mərkəzi şəhərlərdə botanika bağları yaranmağa başladı, yeni
oduncaqlı bitkilər introduksiya olundu. Bu botanika bağlarından 1840-cı ildə salınmış
Suxumi hərbi-botanika bağını, 1845-ci ildə Tiflis, 1912-ci ildə Batumi 1926-cı ildə
Mərdəkan dendrarisi və 1934-cü ildə yaradılmış hazırki Mərkəzi Nəbatat bağını
göstərmək olar. Abşeronda 1930-cu ildə 160 növə yxın ağac və kol bitkiləri introduksiya
olunmuşdu. Bu bitkilər içərisində Azərbaycanın, eləcə də Qafqazın «Qırmızı Kitab»ına
düşən nadir bitkilər var idi. Botanika İnstitutunun nəzdində olan 1930-cu illərdə mədəni
bitkilərin introduksiyası şöbəsində xeyli sayda elmi əməkdaş var idi. Bu əməkdaşlar
çoxlu sayda bitki növləri gətirib introduksiya etmişlər. Bitkilərin introduksiyası ekoloji-
floristik və iqlim zonalarına görə yerinə yetirilirdi. V zonanın, yəni səhra və yarımsəhra
mərkəzlərindən biri də Mərdəkan seçilmişdi. 1930-cu illərin əvvəllərində buraya 700-ə
yaxın ağac və kol bitkiləri introduksiya olunmuşdu. Bu bitkilər içərisində adi nar, əncir,
innab, xurma, şərq çinarı, itburnu, tut ağacı və s. növlər var idi. İnsanlar şərq çinarını
məscidlərin, meydanların yanında çoxiillik, kölgəsalan bitki kimi bu yerlərdə əkirdilər.
Nar bitkisini dekorativ meyvəverən bir bitki kimi həyətlərdə, parklarda əkirdilər. Qızılgül
bitkisini dekorativ bir bitki olaraq, onun ləçəklərinin suyunu və mürəbbəsini
hazırlayırdılar. İnsanlar öz məqsədlərinə çatmaq üçün bitki növlərini introduksiya etməyə
başlamışdılar.
1923-cü ildə Bakıda ilk dəfə dekorativ ağac və kol bitkilərinin yetişdirilməsi üçün
şitillik təşkil edildi və Eldar şamı Abşeronda ən çox əkilən bitkilərinin biri idi.
Nadir bitkilərdən olan əncir, nar, qafqaz xurması, şərq çinarı, yunan qozu və s.
kulturaya keçməsinin tarixi çox keçmişlərə gedib çıxır.
Bizim eranın I əsrində artıq 23 sort əncirin, V əsrdə isə 29 sortu qeydə alınmışdı.
Rusiyada inqilaba qədər bu bitkinin çoxaldılması ilə məşğul olmamışlar. Bu iş
inqilabdan sonra geniş vüsət almışdır. Adi əncir Orta Asiya respublikalarında kulturada
bizim eranın XV-XVI əsrlərində, Azərbaycanda isə əncir XVI əsrin axırları, XVII əsrin
əvvəllərində kulturada istifadə edilməyə başlanmışdır. Əncir bitkisinin vətəni Kiçik
Asiyanın cənubi-qərb hissəsi hesab olunur. 4000 ildən artıqdır ki, əncir isti iqlimi olan
bölgələrdə mədəni arealını artırmaqdadır, hal-hazırda incirin 500-dən çox sortu
məlumdur. Rusiyada çar höküməti qurudulmuş əncir qurusu almaq üçün başq ölkələrdən
ildə 1 milyona qədər qızıl pul xərcləyirdi. Sonradan keçmiş SSRİ respublikalarında
incirin istifadəsi genişlənməyə başlamış, 1950-ci illərdə onun sahəsi 5743 hektara
çatmışdır.
Azərbaycanın nadir bitkilərindən olan Qafqaz xurmasının introduksiya tarixinə
diqqət yetirdikdə görürük ki, keçmişdə insanlar bu bitkinin yetişdirilməsi ilə məşğul
olmuşlar. A.N. Kriştofoviç (1933) qeyd edir ki, Qafqaz xurması təbaşir dövründə məlum
idi. Qafqazda xurma cinsi ilk dəfə 1902-ci ildə D.V.Qolubyatnikov tərəfindən qazıntı
halında Dərbənd şəhəri yaxınlığında tapılmışdır (Slavkina, 1954). Bu bitki Bakıda
Mərkəzi Nəbatat bağına ilk dəfə 1964-cü ildə Lənkərandan gətirilərək introduksiya
edilmişdir. Dünyada mövcüd olan 200 növ xurmanın Azərbaycanda ancaq bir növü,
Qafqaz xurması təbii halda bitir. Azərbaycanda bu bitki Lənkəran rayonunda, Quba-
Xaçmaz zonasında dəniz səviyyəsindən təxminən 500 m-ə qədər yüksəklikdə
yayılmışdır. Hal-hazırda demək olar ki, Azərbaycanın bütün rayonlarında bu bitkidən
mədəni halda becərilir və ondan müxtəlif məqsədlər üçün istifadə edilir.
Azərbaycanın nadir bitkilərindən olan nar mədəni şəraitdə yetişdirilməsi də çox
qədim tarixə dayanır. Belə ki, Roma tarixçisi Pliney yazır ki, nar hərtərəfli müalicədə
istifadə olunan bitkilərdən biridir. Orta əsrlərdə nardan istifadə haqqında bir çox
mənbələrə rast gəlinir. O zamanlar narın mədəni şəraitdə becərilməsi geniş vüsət
almışdı. Yunan yazıçısı Dioskorid yazır ki, bizim eranın birinci əsrlərində nar şirəsindən
şərab hazırlanırdı. Narın yayılması mədəni şəraitdə əsas Zaqafqaziya və Orta Asiyada
geniş olmuşdur. Ümumiyyətlə keçmiş SSRİ respublikaları içərisində adi narın təbiətdə
yayılması ən çox Azərbaycanda rast gəlinir.
Lənkəran zonasında yayılan qızılağac bitkisinin kulturaya keçməsi tarixinə nəzər
salanda məlum olmuşdur ki, bu təxminən XIX əsrin axırlarına təsadüf edir. Bu bitkinin
kulturaya keçməsinin əsas məqsədi meşəçilik işləri, elmi işlər və s. ilə əlaqədar olmuşdur.
Qızılağac çay sahillərində bitdiyi üçün ondan shillərin bərkidilməsində istifadə
edilmişdir. Azərbaycanda ürəkvariyarpaq qızılağac Mərkəzi Nəbatat bağına ilk dəfə
1959-cu ildə Əlizadə M. tərəfindən introduksiya edilmişdir. Ümumiyyətlə, aparılan
tədqiqat işləri göstərir ki, şərq ölkələrində bitkilərin kulturaya keçməsi qərb ölkələrinə
nisbətən daha tez olmuşdur. Hal-hazırda AMEA Mərkəzi Nəbatat Bağında öyrənilən
bitkilərdən həm də Azərbaycan, eləcədə Qafqaz florasına daxil olan, nadir və nəsli
kəsilməkdə olan 100 növdən artıq oduncaqlı bitkinin 60 növündən çoxu introduksiya
edilmişdir. Ümumiyyətlə isə dünyanın müxtəlif ölkələrindən 1000 növə yaxın ağac və
kol bitkisi Mərkəzi Nəbatat Bağında toplanmışdır. Bura əsasən Şərqi Asiyadan, Uzaq
Şərqdən, Şimali Amerikadan, Qafqazın müxtəlif bölgələrindən, Aralıq dənizi
ölkələrindən və digər yerlərdən bağın əməkdaşları tərəfindən və başqa yollarla gətirilib
itroduksiya edilmişdir.
Bu bitkilər içərisində mühüm əhəmiyyət kəsb edən növlərdən biri də şərq
çinarıdır.- Platanus orientalis L. A.A. Grossheym (1940) və İ.S. Səfərovun (1981)
məlumatlarına görə bu növ təbaşir dövründə meşələrdə geniş yayılan bitki növlərindən
biri olmuşdur. Roma imperatorluğu zamanı Teofrast şərq çinarını bizim eradan əvvəl
390-395-ci illərdə yetişdirmişdi. Siciliya adalarında Denis Tipan çoxlu sayda çinar bitkisi
əkmişdi. Fransada, İngiltərədə XIX əsrin ortalarında yetişdirilməyə başlamışdı.
Azərbaycanda çinar qədim zamanlardan bəri mədəni şəraitdə becərilir. Hal-hazırda 1000-
2500 yaşlı çinarlara Azərbaycanın şəhər və rayonlarında rast gəlmək mümkündür.
Tədqiqat obyektinə aid olan bitkilərin Abşeronda introduksiya tarixini
araşdırarkən ədəbiyyat məlumatlarından aşkar edilmişdir ki, bu bitkilərin bir qisminin
mədəni şəraitdə becərilməsi çox qədim tarixə malikdir.
A.D.Strebkova (1935) göstərir ki, XIX əsrin əvvəllərində Bakı və onun ətraf
kəndlərində 460 növ bitki var idi və bu bitkilər içərisində mədəni şəraitdə yetişdirilən 2
növü, nar və innab xüsusi yer tuturdu.
Abşeronda 1929-30-cu illərdə park və bağlarda nadir bitkilərdən Albizia julibrissin
Durazz., Zelkova carpiifolia (Pall.) Dipp., Hedera pastuchowii Woronov, Diospyros lotus
L., Punica granatum L., Platanus orientalis L., Quercus castaneifolia C.A.Mey.,
Dostları ilə paylaş: |