XIX əsrin ortalarında Abşerona tədqiqatçılar, həvəskarlar, zənginlər və ticarətçilər
tərəfindən ekzotik ağac və kol bitkiləri gətirilməyə başlandı. Əsas məqsəd həyətlərin,
bağların və s. yerlərin gözəlləşməsi və ya bəzədilməsindən ibarət olmuşdur. Bu bitkilədən
əncir, heyva, nar, armud və digər bitki növləri olmuşdur. XVIII-XIX əsrlərdə Abşeronda
zeytun yetişdirilməyə başladı və indiyə qədər bu proses davam edir. Bakıda neft sənayesi
sahələri olması baxımından P.V.Kovalskaya-İlina (1938) göstırir ki, Qubernator bağında
aylant, şeytan ağacı, zeytun, dəmir yolu vağzalı ətrafında tut, kağız ağacı, daş palıdı və s.
kimi bitki nümunələri xüsusi gözəllik verir.
1923-cü ildə Bakıda ilk ağac və kol bitkilərinin yetişdirilməsi üçün şitillik
yaradıldı və 1924-cü ildə Eldar şamını Mərdəkan şitilliyində çoxaltmağa başlamışlar.
A.Ş.Hacıyev tərəfindən 1944-1947–ci illərdə Abşerona palıd, şeytanağacı, pittosporum
və başqa bitkiləri introduksiya edilmişdi.
Bakıda Nəbatat bağı yaradıldıqdan sonra introduksiya işləri daha geniş vüsət aldı.
Ədəbiyyat məlumatlarına görə (Əliyev, 1959) 1957-ci ildə botanika bağında 637 növ
ağac və kol bitkisi introduksiya edilmişdir. Müəllif öz əsərində göstərir ki, Qafqazdan, o
cümlədən Azərbaycanın ayrı-ayrı bölgələrindən 100-ə qədər ağac və kol bitkiləri gətirilib
əkilmişdir. Bu bitkilər içərisində Azərbaycanın nadir bitkiləri də var idi. Hal-hazırda
AMEA Mərkəzi Nəbatat bağında 1000 növdən artıq ağac və kol bitkiləri introduksiya
edilmişdir ki, bunun 100 növə yaxını qorunmağa ehtiyacı olan bitkilərdir. ( İskəndərov,
1993). Mərkəzi Nəbatat bağında introduksiya ilə məşğul olan dendroloqlardan Prilipko
L.İ., Bandin A.P., Ə.Q.Əliyev, Əlizadə M., Əliyev M.M., Əliyev A.R., Əliyev H.Ə.,
Səfərov İ.S., Ağamirov Ü.M., Quliyev K.M., Məsiyev Ə.M., Qurbanov M.R., Kazımova
T.Q., İsgəndərov A.T., Məmmədov F.M., Ağamirova M.İ.Həsənova, X.B.Mehdiyev
T.A., Zeynalov Y.M., İsgəndər E.O. və b.tərəfindən respublikanın və eləcə də müxtəlif
ölkələrin fərqli bölgələrindən ağac və kol bitkiləri gətirilmiş və Mərkəzi Nəbatat bağına
introduksiya edilmişdir. Bu bitkilər içərisində 50 növdən artıq Azərbaycanın «Qırmızı
kitab»ına düşən ağac və kol bitkiləri vardır.( İsgəndər, 1987, 1991)
Abşerona introduksiya olunan bitkilər Avropa, Yapon. Çin, Şimali Amerika,
Aralıq dənizi, Qafqaz, Orta Asiya, Avstraliya mənşəli növləri kimi qruplara bölünmüş və
uzun illərdir ki, buranın iqliminə alışaraq böyümə və inkişaflarını davam etdirirlər.
Hal-hazırda AMEA Mərkəzi Nəbatat Bağındfa Qafqaz florasına daxil olan 100-
dən artıq ağac və kol bitki növü introduksiya olunmuşdur. İntroduksiya olunan bu
bitkilərin yarıdan çoxu Azərbaycanın nadir bitkiləridir. Bu bitkilər
ex situ şəraitində
normal böyüyüb inkişaf edir, çiçəkləyib meyvə verirlər.
ƏDƏBĠYYAT
Dostları ilə paylaş: