Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə26/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   22   23   24   25   26   27   28   29   ...   143
Şansevieria  grandiş.  Dekorativ  otaq  bitkiləri  içərisində  bu  cinsə  aid  olan  bitkilər 
xüsusi maraq kəsb edir. Cins Aqava fəsiləsinə (Agavaceae Endl) daxil olub özündə 60 növ 
birləşdirir.  Cinsin  növlər  çoxillik  ot  və  yarımkol  olub  Afrikanın,  Asiyanın  tropik 
rayonlarında  yayılmışdır.  Bu  bitkilər  qısa  yoğun  kökümsova  malik  olurlar.  Böyük 
sansevieria  budaqlanmış  kökümsovu  yerüstü  sürünən  gövdəyə  keçən  rozetkalı  çoxillik 
bitkidir.  Yarpaqları  növbəli  düzülmüş,  əsasından  qın  şəkillidir.  Yarpaq  ayası  geniş 
ellepsivari, dəri şəkilli və iridir. Uzunluğu 35-40 sm, eni 10-15 sm-dir. Üzərində eninə tünd 
yaşıl zolaqlar olur. Bir metrəcən hündürlüyü olan çiçək oxunda çiçəkləri sünbülçiçəkli çiçək 
qrupunda toplanmışdır. Çiçəkləri açıq yasəməni, meyvələri isə sarı rəngdə olur. 
       Vətəni  tropik  Afrikadır.  19-cu  əsrin  axırlarında  kulturaya  keçirilmişdir.  Azərbaycana  
isə (AMEA Mərkəzi Nəbatat Bağına) cinsin başqa bir növü Sansevieria cylindrica Bojer ilə 
birlikdə  keçən  əsrin  ortalarında  gətirilmişdir.  Kulturada  qulluğa  tələbkar  olmayan  bitkidir, 
yay  və  qış  ayları  gün  tutan  yerdə  yerləşdirmək  lazımdır.  Bu  halda  yarpaqların  rəngi 
intensivləşir.  Yay  və  qış  ayları  sulama  rejimi  orta  olmalıdır.  Bu  bitki  üçün  suyun  çoxluğu 
daha zərərlidir, nəinki azlığı. Kök sistemi torpağın yuxarı qatında inkişaf edir və buna görə 
bu bitkini yastı və enli dibçəyə əkmək lazımdır.  
            Bitki  bölmə  yaxud  yarpaq  qələmi  yolu  ilə  çoxaldılır.  Yarpaq  qələmi  yolu  ilə 
artırmaq üçün tam formalaşmış yarpaqlardan kəsiklər götürülür. Götürülmüş yarpaq əvvəlcə 


 
 
funqsidlə  dezinfeksiya  edilir.  Sonra  yarpaq  10-12  sm  uzunluqda    hissələrə  doğranır. 
Doğranmış hissələr 2-3 sm intervalda xüsusi hazırlanmış qablara əkilir və sulandıqdan sonra 
üzəri şüşə ilə örtülür. Əkilmiş qələmlər bir daha funqsidlə çilənir və isti, işıqlı yerə qoyulur. 
Sonra  qələmlər  dövrü  olaraq  su  ilə  nəmləndirilir.  Qələmlər  bir  ay  ərzində  kök  verməyə 
başlayır.  Kök  vermiş  yarpaq  qələmi  6-10  sm-lik  dibçəklərə  köçürülür  və  isti  (18
0
C) 
oranjereyalara yerləşdirilir. 
       Bitkinin  becərməsi  üçün  2  hissə  çimli,  1  hissə  yarpaq  çürüntülü  torpaq  və  iri  dənəli 
qumun qatışığı götürülür. Torpağın drenajı yaxşı olmalıdır. 
       Sansevieria grandis-in toxumdan cücərməsi və virginil dövründə morfoloji quruluşunda 
baş verən  struktur xüsusiyyətlərinin dəyişmə dinamikası öyrənilmişdir (Şəkil 6). 
 
 
Şəkil 6. Sansevieria grandis. Bitkinin toxumdan virginil dövrünə  
qədər  olan morfoloji xüsusiyyətlərinin dinamikası. 
 
       Tədqiq olunan bitkilərin struktur xüsusiyyətlərinin analizi  göstərir  ki, dəyişmiş ekoloji 
şəraitdə  bitki  dəyişən  ətraf  mühitə  uyğun  öz  reaksiya  normasında  əsas  strateji  adaptasiya 
istiqamətini  müəyyənləşdirir.  Bu  adaptiv  modifikasiya  şəkilində  özünü  göstərir  (Grime, 
1979). Graym (Grime,1974) hətta bitkinin xarici dəyişməsinin dərəcəsini əks etmək üçün  “ 
morfoloji indeks ” termini  müəyyənləşdirib.  Seçilmiş adaptasiya istiqaməti dəyişən şəraitə 
daha  adekvat  olur.  Bitki  öz  fenoloji,  morfoloji,  struktur  və  sair  xüsusiyyətlərində  dəyişmiş 
mühitə  uyğunlaşma    reaksiyasını  göstərir.  İntroduksiya  olunmuş  bitkinin  bioekolioji  və 
struktur tədqiqi məhz bu məqsəddən irəli gəlir. 
      Beləliklə,  6  növ  bitkinin  introduksiya  şəraitində  morfogenez  və  struktur  əlamətləri 
öyrənilmiş,  onların  bu  xüsusiyyətləri  əsasında  uyğunlaşma  imkanları  aşkar  edilmiş  və 
ontogenez  dövründə  becərilmə  üsulları  bu  xüsusiyyətlərin  nəzərə  alınması  şərti  ilə 
aparılmışdır. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin