ƏDƏBĠYYAT
Quliyev A.Ġ. (2009) İntroduksiya olunmuş remontant tipli moruq sortlarının
biomorfoloji xüsusiyyətləri / Biomüxtəliflik və bitkilərin introduksiyası. AMEA
Mərkəzi Nəbatat Bağının 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın
materialları, II hissə. Bakı:183-186
http://www.belsad.by/recommendations/10.doc
Sayta 31.07.2010-cul il tarixdə istinad olunub.
http://www.wikihow.com/Harvest-Raspberries
Sayta 30.07.2010-cul il tarixdə istinad olunub.
http://www.youtube.com/watch?v=HJ2G-EcEDaQ
Sayta 27.07.2010-cul il tarixdə istinad olunub.
http://www.fruitgateway.co.uk/pubs/file.asp?ID=329
Sayta 27.07.2010-cul il tarixdə istinad olunub.
http://www.actahort.org/members/showpdf?booknrarnr=825_61
Sayta 31.07.2010-cul il tarixdə istinad olunub.
https://circle.ubc.ca/bitstream/handle/2429/5864/ubc_1997-0059.pdf?sequence=1
Sayta 31.07.2010-cul il tarixdə istinad olunub.
Cədvəl
Cərgəarası məsafənin saxlanmasının remontant moruq sortlarının biometrik və məhsuldarlıq göstəricilərinə təsiri
Sortlar
1-ci il
2-ci il
Bi
ri
ll
ik
zoğl
ar
ın
s
ayı
, ə
d
əd
Bi
ri
ll
ik
zoğl
ar
ın
boyu
, m
Bi
ri
ll
ik
zoğl
ard
a
buğum
la
rı
n
sa
yı
, ə
d
əd
Bi
ri
ll
ik
zoğl
ard
a
ba
rl
ı
zoğl
arı
n
sa
yə
,
əd
əd
M
əhs
ul
adrl
ığı
, kq
O
dunl
aş
m
ış
buğu
m
la
rı
n
sa
yı
, ə
d
əd
O
ya
nm
ış
(b
ar
lı
)
buğum
la
rı
n
sa
yı
, ə
d
əd
M
əhs
ul
da
rl
ıq,
kq
İki
v
eg
et
as
iya
da
ü
m
um
i
m
əhs
ul
da
rl
ıq
, kq/
kol
I
II
III
nə
za
rə
t
I
II
III
nə
za
rə
t
I
II
III
nə
za
rə
t
I
II
III
nə
za
rə
t
I
II
III
nə
za
rə
t
I
II
III
nə
za
rə
t
I
II
III
nə
za
rə
t
I
II
III
nə
za
rə
t
Babye leto
10
2.0
1.8
1.5
1.0
35
30
25
20
10
8
6
7
1.0
0.9
0.8
0.6
25
22
19
13
14
12
10
7
2.0
1.8
1.5
1.0
3.0
2.7
2.3
1.6
Joltıy qiqant
10
2.2
2.0
1.8
1.5
40
30
25
20
15
10
9
8
2.5
2.2
2.0
1.5
25
20
16
12
6
6
5
4
1.0
0.9
0.7
0.6
3.5
3.1
2.7
2.1
Yantarnoye Sadko
8
2.0
1.8
1.5
1.5
35
25
20
18
10
8
7
5
1.5
1.3
1.0
0.8
25
17
13
13
6
5
5
4
0.5
0.5
0.4
0.3
2.0
1.8
1.4
1.1
Krasavets Sadko
7
2.0
1.7
1.5
1.0
35
30
25
20
10
9
7
6
1.5
1.2
1.0
0.7
25
21
18
14
10
9
8
6
1.0
0.9
0.8
0.7
2.5
2.1
1.8
1.4
Kalaşnik
8
1.8
1.5
1.3
1.0
30
27
24
18
10
9
8
6
2.0
1.8
1.6
1.0
20
18
16
12
6
6
5
4
0.8
0.7
0.6
0.5
2.8
2.5
2.2
1.5
Brilliantovaya
8
1.8
1.6
1.4
1.2
35
30
25
20
12
10
9
8
1.0
1.6
1.4
1.0
20
20
16
12
7
6
6
4
1.2
1.1
1.0
0.7
3.0
2.7
2.4
1.7
Briyanskiye divo
6
1.6
1.5
1.3
1.0
35
30
28
25
15
13
10
8
1.6
1.4
1.1
1.0
20
17
16
15
7
7
7
5
0.9
0.9
0.7
0.6
2.5
2.3
1.8
1.6
Qerakl
6
1.5
1.3
1.2
1.0
30
28
25
23
5
12
10
9
2.2
2.0
1.8
1.6
15
15
15
14
6
6
5
4
0.8
0.7
0.7
0.5
3.0
2.7
2.5
2.1
Kupçixa
7
2.0
1.8
1.5
1.2
40
35
25
20
15
14
12
10
1.4
1.2
1.0
0.8
25
21
13
10
11
10
8
6
0.8
0.7
0.7
0.5
2.2
1.9
1.8
1.3
Osenyaya krasavets
8
2.0
1.8
1.6
1.3
40
35
30
20
15
13
11
8
1.6
1.4
1.2
1.0
25
22
19
12
11
10
9
7
0.9
0.9
0.7
0.6
2.5
2.3
1.9
1.6
Abrikosovaya
10
1.8
1.6
1.5
1.2
35
25
20
18
10
8
7
6
1.2
1.1
1.0
0.8
25
17
13
11
10
8
8
7
1.0
0.9
0.7
0.5
2.2
2.0
1.7
1.3
Zolotoye kupala
10
1.8
1.5
1.3
1.0
30
25
20
17
10
9
7
6
1.2
1.0
0.9
0.7
20
16
13
11
6
6
5
4
0.8
0.8
0.7
0.6
2.0
1.8
1.6
1.3
М.Р.Курбанов, А.И. Кулиев
Влияние Величины Междурядий на Биометрические
Показатели и Продуктивность Ремонтантных Сортов Малины
У ремонтантных сортов малины часть однолетних побегов плодоносят, а часть
интенсивно растут по длине и захватываемых ими пространств. Это в основном
зависит от величины междурядий, что отражается на биометрических показателях и
урожайности побегов в следующей вегетации, когда все однолетние побеги
плодоносят.
В наших опытах, проводимых в условиях Гянджа-Казахской зоны с
междурядьями ремонтантной малины в 1.0, 1.5, 2.0 и 2.5 м эти показатели и
урожайность преобладали в варианте 1.0 м ширины междурядий.
M.R.Gurbanov, A.I. Guliyev
Impact of Inter-Row Distance on Biometric and
Yield Indices of Remontant Raspberry Varieties
Some part of primocanes of remontant raspberry varieties yield from the planting year.
Irrespective of planting scheme the shoots are rapidly grown towards width and length. But
in the next years because all of the primocanes are productive, the biometric indices of them
are differentiated. We conducted an experiment in Ganja-Gazakh region with three variants
of inter-row distance (I-1m, II-1.5m, III-2m, control-2.5m) and the results obtained are
different. In our experiments the aim was to study impact of inter-row distance on biometric
and productivity of remontant raspberry varieties that are mainly harvested manually in our
republic and the results of I variant shows that the height of shoots was 1.6-2.2 m, yields
was 2.0-3.0 kg/bush but in control variant the indices were 1.0-1.5 and 1.3-2.1 kg/bush
correspondingly.
Azərbaycan Milli Elmlər Akademiyası
Mərkəzi Nəbatat Bağının əsərləri, 2011, VIII cild
===============================================================
UOT: 582.5
AbĢerona Ġntroduksiya OlunmuĢ Bəzi Ekzotik Bitkilərin
Struktur Xüsusiyyətləri və Ġlkin Becərmə Qaydalarının Əsasları
A. Bayramov, ġ. Qasımov, Z. Ġslamova
2006 - 2010-cı illərdə Mərkəzi Nəbatat Bağında aparılmış elmi-tədqiqat işlərinin
nəticələrinə əsasən daxili yaşıllaşdırmada istifadə olunan dekorativ bitkilərin assortimentini
zənginləşdirmək məqsədi ilə 13 yeni növ cəlb edilmişdir. Tədqiqat obyekti kimi aşağıdaki
növlər götürülmüşdür: Trichodiadema densum (Haw.) Schwant., Aptenia cordifolia (L.F.)
Schwant., Delosperma echmanii (Ecklon et Zeyh.) Schwant., Lampranthus conspicuus
(Haw.) Schwant., Kalanchoe tubiflora (Harvey) R.Hamet., Aeonium arboreum (L.) Webb.
et Berth., Dyckia remotiflora Otto et Dietr., Pitcairnia xanthocalyx Mart., Puya mirabilis
L.B. Smith., Dyckia brewifolia Baker, Pitcairia bromelifolia L. Herit., Sansevieria grandis
Hook.f., Yucca brevifolia Engelm.
Məlum olduğu kimi bitkilərin inkişaf dövründə ekoloji fon orqanizmin daxili və xarici
quruluşuna müəyyən təsir göstərir. Ona görədə bitkilərin inkişaf dövründə onların həyat
formasını müəyyənləşdirən şəraitin dəyişməsi nəticəsində onun biomorfoloji quruluşu
dəyişəcək, yəni bitmə şəraitinə uyğunlaşacaq. Bunu nəzərə alaraq introduksiya olunan
bitkilərin fenologiyası, vegetativ orqanlarının biomorfologiyası və anatomiyası istifadə
olunmuş ədəbiyyatda adı çəkilən metodikalar əsasında işlənmişdir (Смирнова,1980;
Игнатьева, 1983; Скрипчинский, Дударь, Скрипчинский и Шевченко, 1970).
İntroduksiya olunmuş bitkilər Mərkəzi və Cənubi Afrikadan, Şimali Amerikanın
cənubi – qərbindən və Mərkəzi Amerikadandırlar.
Öyrənilən bitkilərdən bəzilərinin (2006 – 2008–ci illərdə tədqiq olunmuş ) ilkin inkişaf
dövründə baş verən morfoloji struktur xüsusiyyətlərləri və becərilmə üsulları verilmişdir.
Trichodiadema densum. Birinci yarpaq cütü bitkinin çıxış verməyindən 28-32 gün
sonra əmələ gəlir. Sonraki yarpaq cütlüyü hər 9-14 gündən bir əmələ gəlir. Yarpaq cütlüyü
xaç şəkilində düzülür və ilk zaman buğumarası müşahidə olunmur. Bitki rozetka şəkilində
olub Aizoaceae fəsiləsinə aid olan rozetkalı növləri xatırladır. Lakin bir qədər sonra
buğumarasılar inkişaf edir və bitki kolcuq şəklini alır. 8-10 cüt yarpaq əmələ gələndən
sonra yan budaqlanma başlanır – yəni aşağı yarpaqların qoltuğunda yeni yarpaqlar əmələ
gəlir (Şəkil 1).
Şəkil 1. Trichodiadema densum. Bitki inkişafının birinci ilin axırına olan
sxematik təsviri və baş, yan budaqların yerləşməsinin diaqramı.
Bitkinin yarpaqlarının anatomik kəsiyi dəyirmidir. Epiderma birqatdır və tüklüdür.
Tükcüklər sadədir. Epiderma altında 2-3 qatlı mezofil yerləşir. Mezofil prozenximatik
hüceyrələrdən ibarətdir. Yarpağın mərkəz hissəsini parenximatik hüceyrələr tutur.
Bitkinin gövdəsi də dəyirmidir. 2-3 qat mantar əmələ gəlir. Qabıq hissə 15-20 qat
parenximatik hüceyrələrdən əmələ gəlir. Ötürücü sistem qabıq və özək hissələrin arasında
ayrı-ayrı qruplarla yerləşir.
Aptenia cordifolia. Birinci yarpaq cütü 8-12 gündən sonra əmələ gəlir. Yarpaqlar
qarşılıqlıdırlar və morfoloji quruluşuna görə definitiv yarpaqlardan fərqlənmirlər. Düzülüşü
qarşılıqlıdır və gövdə üzərində 4 ortostix əmələ gətirir. Buğumaraları çox inkişaf etmişdir.
Yarpağın ön kəsiyidə uzunvaridir (mezofit bitkilərdə olan kimi). Epidermis birqatlıdır.
Yarpaqda ağızcıqların sayı 1mm
2
-də 25-60 ədəddir. Tüklənmə sadədir. Bu növün
yarpaqlarında sukkulent bitkilərdə nadir hallarda rast gələn saplaqlar müşahidə olunur.
Yarpaqların mərkəz hissəsində floem və ksilemdən ibarət ötürücü sistem yerləşir.
Bitkinin gövdəsi girdəvaridir. Epiderma birqatdır. Qabıq hissə 8-10 qat çoxkünclü
parenxim hüceyrələrdən ibarətdir. Endoderma zəif bilinir. Mərkəz hissəni özək hüceyrələr
tutur.
Kökün anatomik kəsiyidə girdədir. İnkişaf etmiş mexaniki toxumalarda mantar kambi
inkişaf edib.
Çıxışdan 1,5-2 ay sonra aşağı yarpaqların qoltuğunda yeni yarpaqlar cütü və çiçək
qönçəsi əmələ gəlir. Qönçə 20-25 gün inkişaf edir, bir çiçəyin ömrü 5-7 gündür.
Bitkinin inkişaf tsiklində vegetativ orqanlarının morfoloji xüsusiyyətləri 2-ci şəkildə
verilmişdir.
Şəkil 2. Aptenia cordifolia. Vegetativ orqanların morfoloji xüsusiyyətləri.
Delosperma echmanii. Birinci yarpaq cütü toxum cücərti verəndən 16-20 gün sonra,
sonraki yarpaq cütləri isə hər 7-10 gün intervalında əmələ gəlir. Bu növdə də buğumaraları
ontogenezin ilkin mərhələlərində bilinmirlər. Lakin bir qədər sonra əmələ gəlib bütün birici
ilə uzanırlar. Yarpaqların düzülüşü xaç şəklindədir. Bitkinin budaqlanma tipi simpodialdır.
3-cü şəkilidə tədqiq olunan növün vegetativ boyu və generativ inkişafı göstərilir.
Anatomik quruluşcada yarpaq dəyirmidir. Epiderma birqatdır. Bəzi yerdə epidermis
yarpağın mezofilindən ayrılaraq qabarlar əmələ gətirir ki,bunlarında daxili su ilə dolur.
Yarpağın mezofili sütun və dodaq şəkilli parenximə bölünməyib. Yarpaq mezofilini zəif
floema və ksilema bütün istiqamətdə kəsir.
Kökün anatomik kəsiyi dairəvidir. Epidermis soyulur. Kökün qabıq hissəsi çox inkişaf
edib. Endoderma və peritsikl zəif inkişaf edib.
Şəkil 3. Delosperma echmanii. Bitkinin vegetativ boyu və
generativ inkişafının sxematik quruluşu.
Lampranthus conspicuus. Yarpaqların birinci cütü toxum çıxışında 16-20 gün sonra
əmələ gəlir. Yarpaqlar qarşı-qarşıya yerləşib və oturaqdır. 4-5-ci yarpaq cütü əmələ
gəldikdə aşağı yarpaqların qoltuğunda yeni yarpaq əmələ gəlir ki, bunlarda yan
budaqlanmanın əsasını qoyur. Budaqlanma tipi simpodialdır.
Anatomik kəsikdə yarpaqların epidermisi birqatdır. Tüksüzdür. Epidermis qatından
sonra sütun toxumalarına bənzəyən 2-3 qat hüceyrələr yerləşir. Gövdə dairəvidir. Epiderma
ikiqatlıdır. Tüklənmə müşahidə olunur. Epiderma hüceyrələrindən sonra müxtəlif ölçüdə
dairəvi formalı qabıq hissənin parenxim hüceyrələri yerləşir. Enderma zəif bilinir.
Kökün forması dairəvidir. İnkişaf etmiş mantar müşahidə olunur. Mantar qatından sonra
mantar kambisi inkişaf edir. Qabıq hissə bir neçə xırda parenximli hüceyrələrdən ibarətdir.
Kökün mərkəzi hissəsini inkişaf etmiş ötürücü sistem tutur. Ötürücü sistem floema
dairəsinin arasında olan ksilendən ibarətdir (Şək. 4 ).
Şəkil 4. Lampranthus conspicuus. Yarpaq, gövdə və kökün quruluşu.
Pitcairnia xanthocalyx Mart. Şaxələnərək böyük kol əmələ gətirən gövdəsiz və ya
qısa gövdəli çoxillik pleyoxazial, yeraltı kökümsovlu bitkidir. Hündürlüyü 40-45 sm, rozetinin
diametri 1 m-ə qədərdir. Rozeti xətvari formalı, yaşıl rəngli, alt tərəfdən sıx ağ örtüklü,
yumuşaq dərili, çox saylı yarpaqlardan təşkil olunub. Yarpaqların ayaları bir-birinə oxşar olub
uzunluğu 1 m, eni 2,5 sm-dir, kənarları hamar və xırda tikanlıdır. Çiçək oxu düz, yarpaqdan
qısadır. Çiçəkləri (30-35 ədəd) iri, açıq-sarı, salxımşəkilli çiçək qrupunda toplanmışdır.
Çiçəkaltlığı 13 sm uzunluqda geri əyilmiş xətvari-lansetşəkillidir. Kasayarpağı 15 mm
uzunluqda, üçbucaqvari formada iti uclu, yuxarıdan adətən tüklü, açıq sarı rənglidir. Ləçəkləri
solğun-sarı, 45-50 mm uzunluqda olub ucu enlidir. Erkəkciyi ləçəkdən bir qədər uzundur.
Aprel-may ayları çiçəkləyir. Yaxşı toxum əmələ gətirir. Toxumla və il boyu yan zoğların
ayrılaraq əkilməsi üsulu ilə asan çoxaldılır. Becərilmədə çox tələbkar deyil. Vətəni – Böyük və
Kiçik Antil adalarıdır.
Pittcairnia xanthocalyx-in toxumdan cücərməsi və cücərtinin ardıcıl inkişaf
mərhələləri analiz edilərək ilkin struktur xüsusiyyətləri öyrənilmişdir (Şək. 5).
Yuxarıda adları çəkilən və tədqiq olunan bitkilərin aqrotexniki qulluq qaydalarına
gələndə qeyd etmək lazımdır ki,bu bitkilər torpağın qidalığına tələbkardırlar. Əkilmək üçün
istifadə olunan torpaq mexaniki cəhətdən yumşaq keçiricilik və rütubəti saxlamaq
qabiliyyətinə malik olmalıdır. Torpaqda mineral elementlərin tərkibi və suvarma rejimi ilin
mövsümü və bitkilərin yaşından asılı olaraq fərqlənməlidir.
Şəkil 5. Pittcairnia xanthocalyx-in toxumdan ardıcıl inkişaf mərhələləri.
1 – toxum, 2 – 3 – toxumun şişməsi, 4-6 – rüşeyim kökcüyünün və yarpağının
əmələ gəlməsi, 7 – 8 – cücərti, 9 – 4 aylıq cücərti. TT – toxum toru, TR – toxum
rüşeymi, RK – rüşeyim kökcüyü, RY – rüşeyim yarpağı, TQ – toxum qalığı, BRY –
birinci rüşeyim yarpağı, İRY – ikinci rüşeyim yarpağı, ÜRY – üçüncü rüşeyim
yarpağı, K – kök.
Dostları ilə paylaş: |