Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə24/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   20   21   22   23   24   25   26   27   ...   143
 
NƏTĠCƏ və MÜZAKĠRƏLƏR 
 
Remontant moruq sortları müxtəlif sayda birillik  zoğlara malik olurlar. I variantda 
cərgəarası  məsafə  1  m  saxlanmaqla  zoğların  boyu  sortdan  asılı  olaraq  1.5-2.2  m,  II 
variantda 1.3-2.0 m, III variantda 1.2-1.8 m, nəzarət variantında isə 1.0-1.5 m olmuşdur.  


 
 
I və II variantda əkilmiş bitkilərin birillik zoğları III və nəzarət variantına nisbətən 
hündür və çox buğumlu olurlar. Hündür zoğlarda cari vegetasiyada barlı buğumların çox 
olması  dar  cərgələrdə  becərilən  moruq  bitkisindən  vegetasiyada  bol  və  uzun  müddət 
ərzində məhsul yığımına səbəb olur.  
Cədvəldən  göründüyü  kimi,  ümumi  məhsulun  əsas  hissəsini  birillik  zoğlar 
üzərində  formalaşdıran  remontant  moruq  sortlarının  zoğları  ikinci  ilə  yaxşı  odunlaşmış 
keçirlər.  İkinci  ildə  odunlaşmış  zoğlar  üzərindəki  tumurcuqların  bir  qismi  oyanır  ki, 
oyanan tumurcuqların hamısı məhsullu olur.  
Müxtəlif  cərgəarası  məsafələrdə  becərilən  bitkilərin  ikinci  il  məhsuldarlığının 
kəskin  aşağı  düşməsi  zoğ  boyu  oyanmış  tumurcuqların  və  meyvənin  çəkisinin  azalması 
ilə əlaqədardır.   
 
 YEKUN 
 
Təbiətən  yarımkölgə  bitkisi  olan  moruq  bitkisinin  cərgəarası  məsafəsinin  yaxın 
saxlanması cərgələrin bir-birini kölgələndirməsi ilə  nəticələnir ki, bu halda birillik zoğlar 
günəşə  doğru  böyüyərək  hündür  olur.  Cari  vegetasiyada  çox  sayda  buğumlarda  məhsul 
formalaşdırmaqla  bərabər  yaxşı  odunlaşaraq  növbəti  ildə  də  zoğ  boyu  keçən  il  məhsul 
vermiş hissədən aşağıda yerləşən buğumların çoxunda məhsul formalaşdırır. 
 
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin