Azərbaycan miLLİ elmlər akademiyasi


Aşıq İrfanı haqqında axtarışlarım



Yüklə 0,78 Mb.
səhifə3/64
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#1946
1   2   3   4   5   6   7   8   9   ...   64
Qoşma müstəzad

Yeri...... 87


Vücudnamələr

Hal olur 89

Yaş dastanı 90

Ömür dastanı 94


Dеyişmә

İrfаni ilә Xəstə Hаsаnın dеyişmәsi

Dörtdü dörd 98


Aşıq İrfaninin ömür yolu və şeirlərinin yaranması

hаqqındа söhbәtlәr

İrfani və Sənəm xanım 100

Çıldırlı İrfani xoca 106

İrfani xoca ile türkmən qızı 115

Xəstə Hаsаnın qаrdаşı oğlu Dәli Bayramı türmədən

azad etməsi 138

Sözlük 147

İRFANİ” HAVASI VƏ İRFANİ LƏQƏBLİ AŞIQLAR


İrfani henüz çözülmemiş bir bilmecedir. Tarihî kaynaklar, ken­­­­disine dair söz söylemekte ısrar et­tikleri cihetle, onu geçmişin ka­ranlığından çıkar­mak ve hâlin ışığına kavuşturmak oldukça çetindir.
M.Halit Bayrı
Giriş
Radio-televiziya verilişlərində, mətbuatda, sosial mediada, rəs­mi toplantılarda və s. saz havalarımızdan birinin adı “Ruhani” ki­mi təqdim olunur. Yallılarımız arasında isə “Urfani” adlı gözəl bir rəqs havamız var. Keçmişdə isə saz havamızı yaşlı aşıqlar “İr­fani”, “Ürfani”, “Urfani” deyə tanıdırdılar. Bəzi böl­gə­lə­ri­mi­zin aşıq­ları da ənənəyə sadiq qalaraq yenə də “İrfani”, “Urfani” deyirlər.

Ruhani və irfani, urfani, ürfani sözlərinin mənası eynidirmi? Ara­larında məna fərqi varmı? Yoxsa eyni söz bölgələrimizə, ağız­lara görəmi dəyişir?

İslam dini sayəsində dilimizə ərəbcədən keçmiş ruhani və ir­fan sözləri lüğətlərdə belə aydınladılır: «1. ruhani-ruh və cana mən­sub olan, sırf mənəvi, maddi olmayan, yalnız din və mə­nəviy­yat ilə məşğul olan adam, din xadimi. 2. irfan-bilmə, xəbər­dar olma, təsəvvüfdə-Allahı dərk etmə” (Ərəb, 1985:527, 249). Tə­səvvüfə dair ədəbiyyatlarda isə irfan belə aydınladılır: “haqq və həqiqəti tanıma yolu irfan adlanır. Ariflərə görə bəşər öz nəf­si­ni paklaşdırmaqla, batini işıqlanma və əqli-mənəvi yüksəliş tap­maqla haqqı tanıya bilər. Ona görə də irfan təkcə əqli-məntiqi dəlillərlə deyil, həm də ruhu kamillik və mənəvi yük­səliş dəyərlərinə sığı­naraq həqiqətə qovuşmağı mümkün sa­yır” (Göyüşov, 2001:95).

Belə olduqda hansı doğrudur? Saz havamızın adı Ru­ha­ni­dir­mi, yoxsa İrfanidirmi? İrfani, Ürfani, Urfani, Ülfani eyni sözün ağız­lara görə dəyişməsidir. Bəzi araşdırıcılara görə “Urfanı” yallı­sı isə əzəmət, vüqar, mərdlik və qəhrəmanlıq hərəkətləri ilə zəngin olan yallılardandır. Adı “ruh” sözündən götürülən bu yallı ifa edilərkən yallı üzvlərinin bütün bədən əzaları hərəkət edir” (Əzizə­liyev N., 2014: 24 aprel). Akademik Valeh Haclar (Hacılar V., 2015), Prof. M.Qasımlı (Qasımlı, 2011:127), Əli Şamil (Şamil Ə., 2006) və b. “İrfani” havanın və aşığın ləqəbinin su­fi dünyası ilə bağlı olduğunu yazırlar. Azərbaycan Sovet En­sik­­lopediyası kimi ciddi və Sovet ideologiyasının daşıyıcısı olan bir nəşr yazır: “Ürfanı-aşıq havası 18-ci əsr Azərbaycan aşığı Ürfanı tərəfindən bəstələnmişdir. Adı da buradandır. Çox vaxt bu ha­­vanı aşıqlar yanlış olaraq “ruhani”, “ruhanı” da ad­lan­dır­mış­lar” (Aşığın harada doğulduğu, harada yaşadığı ensiklopediyada ya­zılmayıb. Yazılsaydı məqalə bəlkə də nəşr edilməzdi. Necə ki, hə­min bölgədə yaşamış Xəstə Hasan, Qul Qarani, Şenlik və b. aşıqlar haqqında məqalələr nəşr edilmə­mişdir - Ə.Ş.) (ASE, 1986:496, 9-cu cild). Ciddi elmi qaynaqda saz havamızın adının “ru­hani”, “ruhanı” yazılmasının yanlış olduğu göstərilsə də bu yan­lışlıq 60 ildən çoxdur davam edir.

Biz isə yanlışlığı aradan qaldırmaq üçün saz havamızdan, onun müəllifi sayılan aşıqdan söz açanda İrfani yazacağıq. Bu möv­­zudakı qaynaqlara müraciət etdikdə isə orada neçə yazılıbsa o cür də göstərəcəyik.

Ensiklopediyadakı məqalədən də, araşdırmalardan da aydın görünür ki, “İrfani” saz havasının yaradıcısı olan Aşıq İrfani 18-19 yüzillərdə yaşayıb. Aşığın müasirlərinin çoxunun şeirləri top­la­nıb nəşr edilsə də onun şeirlərinin toplanması və ömür yolunun öyrənilib, təbliğ edilməsi kölgədə qalıb.

“İrfani” havasını çalanların sayı çox olduğu halda Aşıq İr­fa­ni­nin sözlərini bilən və öxuyanlar tək-təkdir. Onun şeirlərini ilk də­fə, universitetdə oxuduğum illərdə (1972) eşitmişəm. Azər­bay­can aşıq ədəbiyyatının canlı ensiklopediyası hesab edilən Göyçə, Gən­cə, Qazax, Borçalı aşıqları “İrfani” havasını böyük şövqlə məc­lislərdə çalsalar da, havanın yaradıcısı olan aşığın şeirlərini oxuduqlarına rast gəlməmişdim. Qəribə burası idi ki, sanballı araşdırıcılarımız da Aşıq İrfaninin ömür yolu haqqında ciddi bir mə­qalə yazmamış və şeirlərini toplayıb nəşr etdirməmişdilər.

Araşdırıcılarımız yalnız Aşıq İrfani haqqında deyil, Xəstə Ha­san, Qul Qarani, Usta Polad və b. Axısqa-Çıldır aşıqları haq­qında heç nə yazmamışdılar. Onların şeirləri, ömür yolları haq­qında bil­gi­ni ilk dəfə Aşıq İslam Erdenerdən(1921-2000) aldım.

Aşıq İrfaninin ömür yolu və yaradıcılığını araşdırarkən böl­gə­nin tarixi haqqında da bilgi verməyə çalışacağıq. Çıldır-Axısqa böl­gəsinin tarixini bilmədən sənətkarın ömür yolunun, yara­dı­cı­lı­ğının nədən kölgədə qaldığına aydınlıq gətirmək çətindir.



  1. Yüklə 0,78 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin