Iş adamları olan Bayır şəhərin sakini Teymur Aşurbəyov və
Içəri Şəhərin sakini Məmməd Hənifə Tağıyev öz qoçularını
toplamış və sonra digər şəxsləri də silahlandırmışdılar. Onlar bu
qüvvələri erməni Daşnak hərbi hissələrinə qarşı göndərmişdilər.
Nəticədə minlərlə azərbaycanlının öldürüldüyü zaman Içəri Şəhər
və Bayır Şəhərin bir neçə küçəsi qırğından xilas olmuşdu.
TUT AĞACI. Içəri Şəhərdə, Cümə məscidinin arxasında
çox böyük və qoca tut ağacı var idi. Insanlar deyirdilər ki, bu ağacın
bir neçə yüz il yaşı var. Isti yay günlərində kişilər onun altında
oturar, nərd oynayar və çay içərdilər.
Ağac şəhərdə o qədər məşhur idi ki, ondan işarə kimi
istifadə edirdilər. Məslən, “Gəl Tut ağacının yanında görüşək” və
ya “Tut ağacından sol tərəfdə yaşayıram”. Içəri Şəhərin simvolu
olan bu ağac haqqında məşhur bir mahnı bəstələnmişdi.
Təhminən 25 il bundan əvvəl tikinti işləri aparılan zaman
bu tut ağacı kəsildi. Yerli camaat bu itkidən çox mütəəssir oldular.
Bir neçə ay sonra, kimsə onun yerində başqa bir tut ağacı əkməyi
qərara alır. Həmin vaxtlar, Bakı sakinləri öz şəhərlərinin qeydinə
qalır və onun tarixi görünüşünü və abidələrini saxlamağa
çalışırdılar. Lakin indi həmin yeni tut ağacı da kəsilmişdir. Sadəcə
olaraq Içəri Şəhərdə tut ağacının əhəmiyyətin dərk edən çox az
sayda yerli sakin qalmışdır.
Içəri Şəhərin tarixi ilk Neft Yüksəlişi dövründə (1850-
1920) daha zəngin və cəzbedici olmuşdur. Hüseynqulu Sarabski,
Manaf Süleymanov, həmçinin Içəri Şəhərin yaşlı sakinlərinin
hekayələri, köhnə qəzet və jurnallar, və digər çoxlu sayda mən-
bərlər Bakının tarixi barədə çox maraqlı faktlar aşkarlayır. Bugünkü
tarixçilər bu detalları diqqətlə toplamalı, bərpa etməli və tədqiq
etməlidirlər. Indi Sovet dövrü geridə qaldıqdan sonra, qarşımızda
dövlətimizin tarixini tədqiq etmək və doğru məlumatlar əldə etmək
kimi çox böyük bir iş durur.
Dostları ilə paylaş: