Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə34/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   30   31   32   33   34   35   36   37   ...   49
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Aytən Əliyeva 
Yoxladı: Ülviyyə Məmmədova 
Redaktə edən: Aydan Nəcəfova
 
 
 
 97


AZƏRBAYCAN – ODLAR YURDU  
QƏDİM DÖVRLƏRDƏKİ MÜŞAHİDƏLƏR
 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 11.2 (Yay 2003) © 2004. 
Azerbaijan International AZERI.org 
 
zərbaycan uzun zamanlardan bəri yerin səthində yerləşən 
boşluqlardan sızan qazın yaratdığı “yanar yamaclar” 
fenomeninə görə “Odlar Diyarı” adlandırılmışdır.    
V ƏSR. Qədim əlyazmalarda “Bakının əbədi alovu” barədə 
ən ilkin məlumatlara eramızın V əsrində Bizans müəllifi Paniyalı 
Prisk tərəfindən qələmə alınan “Hekayələr” əsərində rast gəlinir. O, 
Romaya elçi göndərilən Romuldan sitat gətirir. Romulun söylədik-
lərinə görə Hun rəhbərləri Romaya müqavilə imzalamağa gələn za-
man, onlar Qafqazdan keçərək Xəzər dənizi boyunca səyahət etmiş 
və burada “suyun altında yerləşən qayalardan qalxan alovu” 
görmüşlər. Aydındır ki, bu mənbə indi istifadə olunmayan və ya 
yanar qaza istinad edir. 

X  ƏSR. X əsr  ərəb müəllifi  əl-Məsudi özünün “Qızıl və 
Qiymətli Daş  Mədənləri”  əsərində vulkan aktivliyi və yanar mə-
şəllər barədə yazır. O, Azərbaycan da daxil olmaqla bir sıra öl-
kələrin tarix və coğrafiyasını təsvir edir. Onun Azərbaycana səyahət 
etməsi və ya məlumarları başqa mənbələrdən toplaması  məlum 
deyil. O, həm palçıq vulkanlarının baş qaldırmasını, həm də  mən-
bəyi yerin təkindən qaynaqlanan yanar neftin fontan vurmasını 
təsvir edir. Bu məlumat doğru ola bilər, belə ki, neft fontanları və 
palçıq vulkanları  hələ  də Abşeron yarımadasında və Xəzər dənizi-
nin bir sıra adalarında indi də mövcuddur. Əl-Məsudi 
müşahidələrini belə  təqdim edir: “Neft istehsal edən  Şirvanda bir 
vulkan vardır. Bu vulkan alov ixrac edir və o heç bir zaman 
sönmür.” 
Daha sonra o, Xəzərin sahillərindən bir o qədər də uzaqda 
yerləşməyən adalarda gecələr çox uzaq məsafələrdən də görünən 
nəhəng atəş fontanlarının təsvirini verir. Bu təsvirində  Məsudi 
“vulkan” sözünün qədim azərbaycanca istifadə olunan “atma” ifa-
dəsini istifadə edir. Bu vulkanlardan biri sahildən üç günlük mə-
safədə yerləşir və  həmin vulkan ilin müəyyən dövrlərində  fışıltılı 
səslər çıxarır. Nəhəng alovun dilləri həmin vulkanın içərisindən 
 98


əzəmətli dağ kimi baş qaldırır. Həmin alov dənizinin böyük bir his-
səsini işıqlandırır. Bu hadisəni sahildən müşahidə etmək olar.” 
XIV  ƏSR. Bakılı  Əbdürrəşid 14-15-ci əsrlərdə “Tanrının 
Yaratdığı Abidələrin və Möcüzələrin Təsviri” adlı bir əsər 
yazmışdır. O, həmçinin yanar qazın mənbəyinin təsvirini verir: 
“Müəyyən illərdə Bakı  əhalisi dənizdən gələn və yuxarıya dögru 
baş qaldıran atəşi müşahidə edirlər. Bu atəş iki günlük və daha çox 
məsafədən də görünə bilir. Müəyyən bir müddət yandıq-dan sonra, 
alov yox olur.” 
XVII ƏSR. Bugün Bakının şəhərkənarında Atəşgah adlı bir 
yerdə eyni adlı bir kompleks yerləşir. Atəşgah atəşpərəstlər tərəfin-
dən istifadə olunurdu və indi muzeyə çevrilmişdir. Bu tikili 
Abşeron yarımadasında yerləşən “Suraxanı” adlanan ərazidə 
yerləşir. Bu söz fars sözü olan “Surax” (deşik) və “xanı” “fontanın 
mənbəyi” sözlərindən  əmələ  gəlmişdir. Tarixi mənbərlərə görə, 
burada hindli atəş  məbədinin (Atəşgahın) tikintisinə  qədər, yerli 
camaat bu yerdə ibadət edirdilər, çünki “burada yanar yeddi 
müqqədəs çuxur” var idi. Və buradan da “Suraxanı”—“yanar 
fontanlı deşiklər” adı yaranmışdır. 
Atəşgahı 1683-cü ildə  səyahət edən ingilis səyahətçisi 
Engelbert Kempher yazır: “Əvvəllər, məbəddən 500 addımlıq mə-
safədə eyni sıra boyunca yerləşən 7 deşiyi müşahidə etmək olardı. 
Ilkin zamanlarda alov bu deşiklərdən bayıra çıxardı. Sonralar alov 
yox oldu və başqa yerdə üzə  çıxdı ki, həmin yerdə  də sonralar 
Atəşgah tikildi.” 
 
 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin