MİRZƏ FƏTƏLİ AXUNDOV: ÖZ DÖVRÜNÜ
QABAQLAYAN ƏLİFBA İSLAHATÇISI
Mənbə: Azerbaijan International jurnalı - AI 8.1 (Yaz 2000) © Azerbaijan
International.
lyazmalar Institutunun arxivləri içərisində Mirzə Fətəli
Axundova (1812-1878) həsr olunmuş xüsusi bir bölmə var.
Bura onun həm nəşr olunmuş, həm də nəşr olunmamış əl-
yazmaları daxildir. Axundovun əsasən teatr
və dram sahəsində özül
qoyduğuna görə xatırlanmasına baxmayaraq, onun əlifba islahatına
da yardımı çox böyük olub.
Ə
Axundov Tiflisdə (Gürcüstan) tərcüməçi kimi işləmiş və
əlifba islahatı üzərində işinə 1850-ci ildən başlamışdır. Onun ilk
cəhdi ərəb əlifbasında onun azərbaycan dilinin fonetik tələblərinə
uyğun olması üçün bəzi dəyişikliklər etməsi oldu. Əvvəlcə o, təkid
etdi ki, hər bir səs ayrı simvol ilə göstərilməlidir
- heç bir ikiləşdir-
mə və ya buraxılmalar olmamalıdır. Ərəb əlifbasında yalnız üç sait
səs göstərilib, Azərbaycan dilində isə doqquz sait səs göstəril-
məlidir.
Ikinci olaraq o, əlifbadan “nöqtə və hərəkələr” kimi hər-
füstü və hərfaltı işarələri yox etməyə ümid edirdi, çünki, onun
fikrincə bu işarələr yazı prosesini yavaşıdırdı. Üçüncü,
onun fik-
rincə əgər yazı qrafikası bir yerdə, sözlərdə ara buraxılmadan
yazılsa bu, savadlılığı artırar. Bu, insanlara sözlərin harada başlayıb
harada bitməsini asan ayırmaq imkanı verər.
1863-cü ildə Axundov Istanbula getdi və öz fikirlərini
şəxsən Osmanlı Elmi Cəmiyyətinə təqdim etdi. Onun təklifləri Tür-
kiyə qəzetlərində ciddi mübahisələrə səbəb oldu. Bir çox naşir və
ziyalılar bu islahatın əksinə idilər. Lakin şair Namiq Kamal təkidlə
onun cəhdlərini müdafiə edirdi.
Qızğın mübahisələr yarandı, Türk dillərini saflaşdırmaq və
türk lüğətindən bütün ərəb və fars sözlərini təmizləmək tərəfdarları
bu mübahisələri daha gücləndirdi. Sonda təkcə Azərbaycanda deyil,
Türkiyədə də mühafizəkar qüvvələr qalib gəldi. Belə də fikir-
ləşənlər var idi ki, Qur’an ərəb dilində yazıldığından bu əlifba mü-
qəddəsdir və ona müdaxilə edilməməlidir.
Elə ən böyük müqavimət
137
də onlar tərəfindən göstərildi. Axundov sonda dərk etdi ki, ərəb
əlifbası barəsində hətta cüzi dəyişiklik etmək belə qeyri-mümkün
olacaq. Arxiv materialları Iranın Türkiyədəki səfirinin şərh etdiyi
fikirlərə əsasən göstərir ki, Iran tamamilə bu layihəyə zidd gedirdi.
1878-ci ilədək Axundov ərəb əlifbasında islahatlar etmək
fikrindən daşınmışdı və fikrini bir neçə kiril işarəsi olan latın əlifba-
sını təqdim etməkdə cəmləşdirmişdi. Axundov deyirdi: “Ənənəvi
ərəb əlifbasından istifadə etmək istəyənlər
ondan istifadə edə bilər,
digərləri isə, yeni əlifbanı seçə bilər.” Hər halda onun təklif etdiyi
əlifbaya bir neçə kiril işarəsi əlavə etməsinə baxmayaraq Rus
höküməti onun cəhdlərinə heç bir dayaq göstərmədi. Və yenidən bu
layihə də uğursuzluqla nəticələndi.
Bununla belə, o, bu məsələləri ictimayətin müzakirəsinə çı-
xara bildi və bəzi ziyalılar onu mətbuat orqanlarında müzakirə
etməyə başladılar. 1886-cı ildə Axundovun vəfatından 7 il sonra
“Qafqaz” qəzeti Mirzə Əliməmmədin ərəb əlifbasının dəyişdiril-
məsinə çağıran məqaləsini nəşr etdirdi. 1898-ci
ildə həmin qəzetin
bir neçə nömrəsində Firudin bəy Köçərlinin yazdığı “Ərəb əlifbası
və onun qüsurları” adlı uzun bir məqalə nəşr olundu.
Məşhur “Molla Nəsrəddin” jurnalının (1906-1931) redakto-
ru Cəlil Məmmədquluzadə ərəb əlifbası və islahatın zəruriliyi
barədə qeydlər etmişdi: “Bu heroqlifləri latın əlifbası ilə əvəz etmək
lazımdır.”
Əsrin əvvəllərində hökümətin fəal üzvlərindən olan Nə-
riman Nərimanov da ərəb əlifbasını tənqid edirdi. Nərimanov kiril
əlifbasını qəbul etməyi təklif edirdi. O, romanlarının bəzilərini özü-
nün yaratdığı azəri fonetikasının xüsusiyyətlərini əks
etdirən
dəyişdirilmiş əlifbada yazmışdı.
Axundov fikirləri yalnız yarım əsr keçdikdən sonra qəbul
edilən uzaqgörən bir şəxs idi.
Azərbaycan latın əlifbasını rəsmi olaraq 1923-cü il oktyab-
rın 20-si qəbul etdi. Əvvəlcə həm ərəb, həm də latın əlifbasının
kütləvi şəkildə istifadə edilməsinə icazə verilirdi. Lakin artıq 1929-
cu il yanvarın 1-dən ateist Sovet höküməti Azərbaycanda ərəb
əlifbasının istifadəsini qadağan etdi. Bu əlifbanı yaddaşdan silmək
üçün böyük kitab yandırma kampaniyaları həyata keçirildi.
Azərbaycanın latın əlifbasını təqdim etdiyindən 5 il sonra
Türkiyə də 1928-ci ilin noyabrında eyni qərara gəldi.
Bu qanun
1929-cu ilin 1 yanvarından qüvvəyə mindi.
138
Lakin Türkiyənin Sovet Türk xalqlarının oxuya biləcəyi
əlifbanı seçməsi Stalini narahat edirdi. Çünki, o, qorxurdu ki, bu
xalqlar onun hakimiyyətinə qarşı Türkiyə ilə birləşər. O, Türkiyənin
də latın əlifbasını qəbul etməyini gözləmirdi. Buna görə də 10 il
sonra 1939-cu ildə Stalin təcili olaraq belə cəhdləri pozdu və tez
Sovet dövlətinin bütün islam respublikalarında kiril əlifbasının
geniş istifadəsini qəbul etdirdi.
Heç şübhə yox ki, Axundov yeni müstəqil Azərbaycan Res-
publikasının Parlamenti tərəfindən atılmış ilk mühüm addımlardan
birinin latın əlifbasının yenidən qəbul edilməsi
olduğunu bilsəydi
gülümsəyərdi. Bu qərar müstəqillikdən yalnız bir neçə həftə sonra –
1991-ci il dekabrın 25-də verildi. Axundovun mirası hələ də
yaşamaqdadır.
Dostları ilə paylaş: