Məşhur Azərbaycan aktyoru Hüseynqulu Rzayev (1879-
1945; adətən ona səhnə adı olan “Sarabski” deyə müraciət edirdilər)
özündən sonra 20-ci əsrin əvvəllərində Bakının mədəni həyatı
barədə geniş məlumat verən dəyərli gündəlik qoyub getmişdir.
Sarabskinin memuarları Bakıının Içəri Şəhərinin adət-ənənləri və
gündəlik həyatı və eyni zamanda Azərbaycan teatrının yaranışına
yaxından nəzər salmaq üçün çox önəmlidir.
Memuarlarında Sarabski öz ilkin dini təhsili barədə söhbət
açır. O, mənasını başa düşməsə də Quranı əzbərdən öyrənməyə
necə məcbur edildiyini xatırlayır. Quran ərəb dilində idi və ona görə
də onun üçün tanış deyildi.
Sarabski belə xatırlayır: “Anam eşitmişdi ki, bir qadım bir
abbasıya (20 Rus qəpiyinə) Quranı öyrədir və o məni Anaqız
adlanan bu qadın mollanın yanına apardı. İlk əvvəl mən çox
sevinirdim.
Mənim valideynlərim hətta mənə əlifba kitabı (ərəb
əlifbası) da almışdılar. Molla mənə 5 ay dərs keçdi, lakin mən heç
bir kəlmə belə yadda saxlaya bilmirdim. Molla daima mənə qışqırır
və məni döyürdü. Mən həmişə evdə bu molladan şikayət edirdim. 5
aydan sonra onlar mənə mollanın yanından çıxmağa icazə verdilər.”
Bundan sonra Sarabski məşhur neft maqnatı və xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyev tərəfindən maliyyələşən və kasıblar üçün
nəzərdə tutulan rus dilində axşam kurslarına getməyə başladı.
Dostları ilə paylaş: