Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən
tərcümə etdi: Aytən Əliyeva
Redaktə etdi: Ülviyyə Məmmədova
149
MEMARLIQ ABİDƏLƏRİ
_________________________________________________
BAKI MEMARLIĞI, MEMARLARI, VƏ BU
MEMARLARI MALİYƏLƏŞDİRƏN
ŞƏXSİYYƏTLƏR
Mənbə: Azerbaijan International jurnalı - AI 9.4 (Qış 2001) © 2004,
Azerbaijan İnternarional
akını gəzərkən siz müxtəlif növ binalara rast gələcəksiniz.
Daş qalalar, heyranedici saray iqamətgahları, orta əsr məs-
cidləri ilə yanaşı müasir yaşayış binaları, müasir bank
binaları və otellər. Müasir həyatın hay-küyü və qarışıqlığı içərisində
hər tərəfdən tarixlə əhatə olunmaq kimi gözəl bir hiss duyulur.
B
Lakin, çox maraqlıdır ki, azərbaycanlıların çox az bir his-
səsi Qız Qalası və 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində ucal-
dılan möhtəşəm binalar da daxil olmaqla şəhərin əsas qədim tiki-
lilərinin tarixi barədə məlumata malikdir. Bu tikililərin çoxu barədə,
xüsusilə də Kommunist hakimiyyətindən (1920-1991) əvvəl, Birin-
ci Neft Yüksəliş dövründə tikilən binalar barədə ətraflı məlumat
Sovet dövründə ya gizlədilmiş, ya da təhrif olunmuşdu.
Qız Qalası Bakının ən məşhur və heyranedici abidələrindən
biridir. O çox nadir bir quruluşa malikdir: Silindr formalı 8 mər-
təbəli daş qala iri bir daş çıxıntısına və ya başqa cür desək “quy-
ruğa” birləşdirilib. Yuxarıdan ona nəzər yetirdikdə binanın nəhəng
bir vergül işarəsinə bənzədiyini söyləmək olar.
Qız Qalasının yaranmasının mənbəyi indiyədək sirr olaraq
qalmaqdadır. Azərbaycan tarixçiləri hələ də bina bərədə ən bəsit
suallar üzərində belə müzakirələr aparırlar. Buraya bu tipli suallar
daxildir: Bina nə vaxt tikilib? Nə məqsədlə istifadə olunub? Nə
üçün belə spesifik formaya malikdir?
Sovet arxeoloqları və tarixçiləri Qız Qalası ilə bağlı tədqi-
qatlar apararkən, müəyyən etmişdilər ki, bu tikili memar Məsud ibn
Davud tərəfindən 12-ci əsrdə hərbi qala kimi tikilimişdir. Məsud
ibn Davudun adı tikilinin divarına salınmış daşın üzərinə həkk edil-
mişdi. Sonralar tarixçi Sara Aşurbəyli müəyyən etmişdi ki, bu daş
sadəcə olaraq tikilinin təmiri zamanı istifadə olunan qırılmış
150
sərdabə daşıdır. Çox güman ki, Məsud ibn Davud hətta memar belə
olmamış və qalayla heç bir əlaqəsi olmamışdır.
Azərbaycan müstəqilik əldə etdikdən sonra (1991-ci ilin
sonları) tarixçi memar Şamil Fətullayev özünün “Bakının Memarlıq
Ensiklopediyası” ında (1998) yazırdı ki, qala 1300 il bundanəv əvəl,
islama qədərki dövrdə tikilmişdir.
Professor Davud Axundov daha maraqlı bir nəzəriyyə irəli
sürmüşdür. O deyir ki, bu bina heç bir zaman hərbi məqsədlər üçün
istifadə edilməmiş, ancaq qədim Zərdüşt atəşpərəst məbədi
olmuşdur. Axundov özünün “Qədim və Erkən Orta Əsr Azərbaycan
Memarlığı” kitabında (1986, Bakı, səh. 287) yazır: “Eramızın ilk
miniliyyinin başlanğıcında yeddi tanrıya həsr edilən həmin dövrlər
üçün möhtəşəm, səkkiz mərtəbəli qala məbədi (Qız Qalası) ucal-
dıldı. Orada yeddi müqəddəs mərtəbə var idi. Divarlar Panteonda
Ahuraməzda (Hörmüzd) və Mitra tanrılarının şərəfinə yanan rəngli
atəşləri ilə bir yerdə olan ibadətgahları gizlədirdi.”
Heç kəs Qız Qalasının nə zaman tikildiyini bilməsə də,
ancaq bir şey məlumdur ki, bu tikili 12-ci əsrdə deyil, ondan bir ne-
çə əsr öncə inşa edilmişdir.
ŞİRVANŞAHLAR SARAYI. Orta əsrlərin Şirvanşahlar Sa-
rayı Azərbaycanlılar üçün çox önəmli bir rəmzdir, çünki o, onlara
Azərbaycanın müstəqil bir dövlət kimi tarixini xatırladır. SSRI-dəki
bəzi şovinist akademiklər sübut etməyə çalışırdılar ki, Azərbaycan
ayrıca dövlət kimi heç vaxt mövcud olmamış və o, 1918-ci ilə qədər
rus və iranlılar kimi başqa xalqların hakimiyyəti altında olmuşdur.
Əslində bəzi düzgün məlumatlandırılmamış azərbaycanlılar və
əcnəbilər hələ də bu fikrə inanırlar. Lakin bu saray da daxil olmaqla
bütün tarixi faktlar sübut edir ki, Şirvan dövləti (Şimali Azər-
baycan) 9-cu əsrdən 16-cı əsrədək olan 700 illik bir dövrdə
müstəqil bir dövlət olmuşdur.
Bakıdaki Şirvanşahlar sarayı 15-16-cı əsrlərdə Şirvan döv-
lətinin başçıları tərəfindən tikdirilimişdir. Bu orta əsrlər dövründə
bütün Azərbaycan ərazisində dağıdılmamış yeganə qədim iri saray
idi. Saray kompleksi içərisində iki mərtəbəli əsas bina yerləşir. Bir
zamanlar bu binada qızıldan hazırlanmış çox gözəl bir taxt var idi.
Əsas binanın qarşısında 15-ci əsr alimi Seyid Yəhya Baküvinin
məqbərəsi yerləşir. Yaxınlıqda yerləşən Divanxananın giriş qapısı
gözəl daş oymalar ilə bəzədilmişdir. Sarayın aşağı həyətində
151
Şirvanşahların sərdabələri, məscid və qədim hamam qalıqları
yerləşir.
Şirvanşahlar Sarayı həqiqi bir saray kimi uzun müddət
xidmət göstərməmişdir. 16-cı əsrdə Bakı Cənubi Azərbaycanın
(hal-hazırda Iran) Ərdəbil əyalətindən olan Şah İsmayıl Səfəvi
tərəfindən işğal edildi. O Şirvan dövlətini tamamilə ələ keçirir,
hakim şah nəslinin bütün nümayəndələrini öldürtdürür və
Şirvanşahlar Saray kompleksinə aid bəzi binaları yandırtdırır.
19-cu əsrdə rus əsgərləri Sarayın əsas binasından kazarma
kimi istifadə etmişdilər. İki məsciddən biri hərbi arsenal kimi
istifadə olunmuş və 1918-ci ildə partlamışdı. Hal-hazırda sarayın
həyətində yalnız bir məscid qalmışdır.
Sovet dövründə Şirvanşahlar Sarayı muzey kimi istifadə
olunmuşdur. Bugün də muzey və onun tikililəri bağlıdır və sarayda
geniş miqyaslı təmir işləri aparılır (məqalə 2004 ildə yazılmışdır).
Təssüflər olsun ki, maliyyə çatışmazlığı bu təmir işlərinin
dayandırılmasına səbəb olmuşdur.
SOVET DÖVRÜNƏ QƏDƏRKİ MEMARLAR. Sovet
dövründə orta əsr Azərbaycan memarları nisbətən yaxşı tədqiq
olunmuşlar. Bunlardan ən məşhuru 12-ci əsr memarı Əcəmi ibn
Əbubəkir, və ya sadəcə Əcəmi Naxçıvani kimi tanınan memardır.
Onun şərəfinə Bakıda bir metro stansiyası adlandırılmışdır. Əcəmi
Naxçıvani Naxçıvanda daş oymalar və şüşə ilə bəzədilmiş iri qala
tipli türbə tikmişdir. O, bu türbəni 1186-cı ildə Cənubi Azərbaycan
və Naxçıvanda hakimlik edən Eldənizlər dövlətinin başçısı Sultan
Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə Xatunun şərəfinə
ucaltmışdır. Əcəmi Naxçıvani həmçinin Naxçıvanda Yusif ibn
Küseyir türbəsini tikmişdir.
13-14-cü əsr digər qabaqcıl Azərbaycan memarları Zeynal-
abdin Şirvani, Mahmud ibn Maqsud, Hacı Əlişah Təbrizi, Ömər,
Nizam Təbrizi, Cəmaləddin, Əbdül Mömin Təbrizi, Tacəddin və
Arif olmuşlar. Sovet dövrü tarixçiləri Mərdəkan Qalasını tikən
Əbdül Məcid və Bakı yaxınlığında Nardaran Qalasını inşa edən
Mahmud ibn Səad kimi 13-cü əsr məşhur Bakı memarlarını tədqiq
etmişlər. Bizə həmçinin Azərbaycan memarlarının Hindistandakı
Tac Mahal sarayının və Mərkəzi Asiya və Şərqdə digər memarlıq
abidələrinin tikintisində iştirak etmələri də məlumdur.
Sovet dövründə orta əsr memarları təriflənsə və tədqiq
edilsə də, kapitalizm dövründə fəaliyyət göstərən bir çox Azərbay-
152
can memarları unudlur və diqqətdən kənar saxlanılırdı. Əslində
Stalin dövründə heç kəs onların adını belə çəkə bilməzdi.
Azərbaycan müstəqillik qazandıqdan sonra Şamil Fətul-
layev kimi alimlər 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində fə-
aliyyət göstərən istedadlı memarların işlərini daha geniş tədqiq
etməyə başladı. 1998-ci ildə nəşr etdirdiyi “Bakının Memarlıq
Ensiklopediyası”nda Fətullayev çoxdan unudulmuş Qasım Hacıba-
babəyov, Məşədi Mirzə Qafar Ismayılov, Zivər Əhmədbəyov, G.
Axundov, Ömər Abuyev, Ismayıl Qacar və Mirzə Həsən Hacınski
kimi memarların işlərini əks etdirmişdi.
Sovet dövründə rus memarları Bakının orta ərs qala şəhə-
rini yenidən qurduqları və müasirləşdirdiklərindən diqqət mər-
kəzində idilər. 1859-cu ildə Bakı Rusiya Imperiyasının Bakı vilayə-
tinin paytaxtı olduqdan sonra rus memarları barokko, qotik, renes-
sans, modern və mavritan kimi qərb memarlıq üslublarını Bakıya
gətirdilər.
Lakin Azərbaycan inşaatçıları da bu işdə əmək sərf etmiş-
dilər. Planlaşdırma və tikinti işlərinin çoxu Qasım Hacıbababəyov
(1811-1874) və Məşədi Mirzə Qafar Ismayılov tərəfindən həyata
keçirilmişdi. 1862-ci ildən 1867-ci ilə qədər Hacıbababəyov mər-
kəzi Bakının bütün sahil bölgəsində tikinti işlərini tamamladı. Bu
bölgə hal-hazırda şəhərin ən gözəl hissələrindən biri hesab olunur.
O, dənizkənarı parkı saldı, su təchizatı sistemi yaratdı və çoxlu say-
da fontanlar tikdirdi. Hacıbababəyov həmçinin indi Bakının
mərkəzi parklarından biri olan kölgəli Sisiyanov parkının planını
hazırladı.
Hacıbababəyov indi Fontanlar Meydanı kimi tanınan və şə-
hərin mərkəzi meydanı olan Parapet meydanının layihəsini də
hazırlamışdı. 1868-ci ildə o, bu meydan yaxınlığında geniş kar-
vansaray tikdirdi. Indi bu binada Araz kinoteatrı yerləşir. Qoslavski,
Ploşko, Eyxler və Fon der Nonne kimi rus, polyak və alman me-
marları Sovet dövrünə qədərki dövrdə Bakıda Bakı Şəhər Du-
masının (hal-hazirda orada Baknın icra hakimiyyəti yerləşir) Icra
Hakimiyyətinin, Muxtarov Sarayı, Tağıyev Sarayı və Ismailliyyə
Binası kimi bir sıra memarlıq şedevrlərinin tikilməsində əhəmiy-
yərli rol oynamışlar.
NEFT MAQNARTLARI. 19-cu əsrin sonu 20-ci əsrin əv-
vəllərində tikilən möhtəşəm binaların çoxu Azərbaycanda ilk Neft
Yüksəlişi dövründə əldə edilmiş vəsait hesabına maliyyələşdiril-
153
mişdir. Lakin buna baxmayaraq, bu binaları tikən iş adamları və
neft maqnatları Sovet dövründə çox nadir hallarda yada salınırdı.
Azərbaycan müstəqilliyini əldə edənə qədər, onun vətəndaşlarının
çoxu Bakının küçələrini bəzəyən bu əzəmətli binaların kim tərəfin-
dən tikdirildiyini bilmirdi.
Tağıyev, Nağıyev, Əsədullayev, Muxtarov, Aşurbəyli və
Guliyev kimi neft maqnatları və xeyriyyəçiləri Bakı memarlığının
sifətini dəyişə bilərdilər, lakin Sovet dövründə onların bu cəhdlərinə
etinasızlıq göstərilmişdi. Onların adını çəkmək “siyasi nöqteyi-nə-
zərdən doğru” deyildi. Tarixçilər yazırdılar ki, Bakının kapitalistləri
özlərinə dəbdəbəli saraylar tikirdilər, amma fəhlələr və kəndlilər
aclıq və xəstəliklərdən əziyyət çəkir və yoxsulluq içərisində yaşa-
yırdılar.
Bu tarixçilər adətən neft maqnatlarının kasıblar üçün mək-
təblər, kitabxanalar, xəstəxanalar tikdirməsini qeyd etmirdilər. Əgər
onların bu hərəkətləri xatırlansa idi, onda onlar “hakim sinfin
riyakarları” sırasına aid edilirdi. Sovet tarixçilərinin sözlərinə əsa-
sən neft maqnatları fəhlələrin əməyindən yüksək gəlir əldə etdiyi
halda, bu sahibkarlar öz gəlirlərinin çox kiçik bir hissəsini əmək
haqları və xeyriyəçilik məqsəd ilə sərf edirdilər.
HACI ZEYNALABDİN TAĞIYEV. Neft maqnatı və
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev hal-hazırda Milli Tarix
Muzeyinin yerləşdiyi zəngin Tağıyev iqamətgahı da daxil olmaqla
Bakıda çoxlu sayda binalar tikdirmişdir. Tağıyev iqamətgahı 1893-
1902-ci illərdə polşalı memar Yosef V. Qolsavski (1865-1904)
tərəfindən tikilmişdir və bu tikili şəhərin bütöv bir məhəlləsini əhatə
edir. Bakıda keçən il baş verən zəlzələ nəticəsində ziyan dəymiş
bina hal-hazırda təmir məqsədilə bağlanmışdır (məqalə 2004 ildə
yazılmışdı – red.).
Tağıyev kasıb azərbaycanlıların və qadınların təhsil al-
maları üçün çalışırdı. Bu məqsədlə o, 1898-ci ildə Bakının mərkəz
hissəsində müsəlman qızlar üçün internat məktəb tikdirir. 3
mərtəbəli, mavritan (Məğrib) üslubunda tikilmiş bu məktəb
Müsəlman Şərqində ilk qız məktəbi olmuşdur. Tağıyevin
maliyyələşdirdiyi bu məktəbin də memarı Qoslavski olmuşdur.
Lakin heç də hamı Tağıyevin bu səylərini qiymətləndir-
mirdi. Tağıyevin Rus çarı III Aleksandrın razılığının almasına
baxmayaraq, Bakıdakı müsəlman mövhumatçıları məktəbin tikil-
məsinin qarşısını almağa çalışırdılar.
154
Yenidənqurma illərində bu hadisələrlə bağlı materiallar üzə
çıxmağa başladı. Belə məlum olur ki, fanatiklər Tağıyevin dostu
olan və öz qızlarını bu məktəbə göndərən Molla Ruhullanın evinə
daxil olmuş və o namaz qılarkən onu öldürmüşlər. Dini ekstremist-
lər küçələrə toplaşaraq çadra geyməyən Azərbaycan qadınlarına
hücum edir, onları Avropa tipli ayaqqabılarını çıxarmağa və qara
çadra geyinməyə məcbur edirlər. Məktəbə gedən qızlar və onların
valideynləri qorxu içərisində yaşayırdılar.
Tağıyevin məsləhəti ilə məktəbli qızlar Rus Imperatriçası
Aleksandra Fyodorovnaya məktub yazaraq, ona məktəb açmağa
icazə verdiyinə görə təşəkkür edirlər. Cavab teleqramında imperat-
riça bu qızların öz ölkələrinin faydalı və xoşbəxt vətəndaşları
olacağına ümid bəslədiyini bildirir. Bu məktubdan sonra fanatiklər
hökümətə qarşı getməkdən qorxaraq, artıq qızlara hücumu dayandı-
rırlar. Məktəb “Aleksandra adına rus müsəlman qadın internat
məktəbi” adlandırılmağa başlayır.
Azərbaycanın erkən müstəqilliyi illərində (1918-1920) Ta-
ğıyev məktəbin binasını Azərbaycan Demokratik Respublikasının
hökümətinə təhvil verir. Sonralar burada bolşevik höküməti fə-
aliyyət göstərir. Bu gün bu gözəl binada Əlyazmalar Institutu yer-
ləşir.
Tağıyev həmçinin müsəlman Şərqində ilk Avropa üslublu
teatr olan musiqili komediya teatrının tikintisini maliyyələşdirmiş-
dir. Hacıbəyovun operalarının çoxu bu teatrda ifa olunmuşdur. La-
kin Sovet dövründə azərbaycanlıların bu binanın Tağıyevi tərə-
findən tikdirildiyini söyləməkdən çəkinirdilər. Bu çox təhlükəli idi.
Hal-hazırda bina yenidən təmir edilib və daha da gözəlləşib.
AĞA MUSA NAĞIYEV. Bakının memarlığına böyük
töhvə verən digər bir neft maqnarı Ağa Musa Nağıyev (1848-1919)
olmuşdur. O, şəhər xeyriyyə cəmiyyəti olan “Cəmiyyəti-Xeyriyyə”
üçün Bakının ən gözəl binalarından biri olan Ismailiyyə Sarayını
tikdirmişdir. Bina Nağıyevin cavan ikən vərəmdən vəfat etmiş oğlu
Ismayılın şərəfinə “Ismailiyyə” adlandırılmışdır.
Nağıyev Ismailiyyəni Venesiya qotikası üslubunda tikəcə-
yinə dair söz verən polyak memarı I. K. Ploşkonu işə götürür.
Tikinti işləri 1913-cü ildə başa çatır, lakin 5 il sonra erməni daş-
nakları binanı yandırırlar. Azərbaycanlılar onu təmir etdirirlər və
1919-cu ildə burada ADR-in Parlamenti yerləşir. Bir il sonra parla-
mentin hakimiyyəti təhvil verməsini tələb edən bolşeviklər yaxın-
155
lıqda yerləşən gəmilərdən binaya atəş açmağa başlayırlar.
Xoşbəxtlikdən binaya heç bir zərər dəymir.
Sovet dövrünün ilk illərində bolşeviklər Ismailliyənin fasa-
dındakı hikmətli sözləri kommunist şüarları və qızıl ulduzlarla əvəz
etdilər. Elmlər Akademiyası bura köçərkən binanın üzərinə
“Azərbaycan SSR Elmlər Akademiyası” sözləri yazılır. Binaya
girəcəkdə onun adı latın əlifbası ilə ingiliscə yazılmasına baxma-
yaraq, ornament kimi binanın üzərinə həkk edilən iri metal qızıl
ulduzlar və hərflər hələ də oradan kənarlaşdırılmayıb.
Nağıyevin Bakıda ən varlı neft maqnatlarından biri olma-
sına baxmayaraq, öz yoldaşları onu xəsis kimi tanıyırdılar. Məsələn,
o öz torpaqlarında aparılan tikinti işlərinə diqqətlə rəhbərlik edirdi.
O, işçilərinə və onların işlərinə diqqətlə nəzarət edərdi, hətta mis-
mar qutusunu açıb onları özü sayardı.
Mərhum yazıçı Manaf Süleymanovun yazdığına görə, bir
dəfə Nağıyev günorta yeməyi zamanı tikinti yerinə baş çəkir və
görür ki, podratçı və tikintidə işləyən işçilərin bəzisi tonqalın ətra-
fına toplaşıb yemək yeyirlər. Podratçı siqaretini kibritlə yandırır.
Nağıyev ona baxır və deyir: “Sabah işə gəlmə. Sabah idarəyə get və
işdən çıxarılmağın barədə sənədi al.”
“Niyə görə, Ağa Musa?”, deyə podratçı ümidsiz vəziyyətdə
soruşur.
“Sənin qarşında iri tonqal olduğu halda, buna ehtiyac ol-
masa da sən kibrit yandırdın. Əgər sən öz mülkiyyətinin qeydinə
qalmırsansa, onda mən öz mülkiyyətimi sənə necə etibar edə bilə-
rəm?”, deyə Nağıyev cavab verir.
Xəsis kimi tanınmasına baxmayaraq, Nağıyev xeyriyəçi idi
və bir sıra önəmli binaları və layihələri maliyyələşdirmişdi. Məsə-
lən, o, çox böyük bir xəstəxana tikdirmişdi və bu xəstəxana Azər-
baycan müstəqillik qazandıqdan sonra onun adı ilə Musa Nağıyev
adına Təcili Tibbi Yardım Xəstəxanası adlandırılmışdır. O, həm-
çinin Bakının su təchizat sisteminin—Şollar su zavodunun
maliyyələşdirilməsinə yardım etmişdir. O, Bakıda bir sır mək-
təbələrin tikintisinə yardım etmiş və kasıb ailədən olan 25 azər-
baycanlı məktəblinin xərcini öz üzərinə götürmüşdür.
Sovet dövründə Nağıyevin Bakı memarlığına verdiyi tövhə
demək olar ki, unudulmuşdur. Onun gördüyü işlər yalnız Yenidən-
qurma və müstəqillik illərindən sonra qiymətləndirilməyə başlan-
mışdır.
156
MURTUZA MUZTAROV. Şəhərin mərkəzində yerləşən
ən iri yaşayış evlərindən biri olan Bakının Səadət Sarayı bir zaman-
lar neft maqnatı Murtuza Muxtarovun (1855-1920) dəbdəbəli iqa-
mətgahı olmuşdur. Avropaya səyahət etdikdən sonra Muxtarov
özünə fransız qotik üslubunda tikilmiş saraya bənzər bir iqamətgah
tikdirmək qərarına gəlir. Polşalı memar I. K. Ploşko 1911-1912-ci
illərdə bu binanın tikintisinə nəzarət etmişdir.
Muxtarov həmçinin Bakı şəhərinin ətrafındakı Əmircan qə-
səbəsində yerləşən və Azərbaycanın ən böyük məscidlərindən biri
olan Əmircan məscidini tikdirmişdir. Rus höküməti ona şəhərin
mərkəzində belə böyük bir məscid tikdirməyə icazə verməmişdi.
Muxtarov həmçinin Şimali Qafqazın Vladivostok şəhərində böyük
bir məscid inşa etdirmişdi. Bu gün Muxtarovun iri şəhərkənarı
villasında Bakının Botanika Bağının Mərdəkan filialı (Dendropark)
yerləşir.
AĞA BALA QULİYEV. 1899-cu ildə Ağa Bala Quliyev
Bakının mərkəzində gözəl bir saray tikdirir. Müxtəlif Avropa
üslublarından istifadə edən neft maqnatları olan dostlarından fərqli
olaraq, Guliyev Şirvanşahlar Sarayının giriş qapısındakı bəzək
ornametlərindən istifadə edərək Bakı-Abşeron memarlıq üslubunda
ev tikdirməyə üstünlük verdi. Onun iqamətgahı bu üslubda tikilən
yeganə binadır. Polşalı memar Skibinski bu iqamətgahın layihəsini
hazılamışdı.
Az sayda azərbaycanlı un maqnatı kimi tanınan Quliyevin
Xəzər neftinin kəmər vasitəsilə Qara dəniz sahillərində yerləşən
Batumi (Gürcüstan) limanına nəqli layihəsini çəkilməsinə təşəbbüs
edən bir şəxs olduğunu bilir. O, Bakı-Batumi səhmdar şirkəti
yaradaraq 1897-ci ildə kəmərin tikintisinə başlamış və 1907-ci ildə
bu işi başa çatdırmışdır.
İTİRİLMİŞ NƏQŞLƏR. Neft maqnatlarının saraylarının
zalları, tavanları və qapıları rəngli və yağlı nəqşlərlə bəzədilmişdir.
Bu rəsmlərə müxtəlif çöl təbiət mənzərələri, güllər, heyvanlar ilə
yanaşı ənənəvi müsəlman ornamentləri, Bibliyadan səhnələr və 19-
cu əsrin sonu və 20-ci əsrin əvvəllərindəki gündəlik həyatdan
şəkillər əlavə edilmişdi.
Sovet dövründə bolşeviklər bu rəsmləri “kapitalist memar-
lığının israfçılığı” kimi qəbul edərək onların üzərini boyamış və ya
onları silmişlər. Bir çox hallarda, onlar həmçinin binaların içəri-
sində yerləşən lepka bəzəklərini və oyma işlərini yox etmişdilər.
157
Onlar binaların fəhlələrin həyatı kimi sadə və adi olması şərtinin
qoyurdular.
Ismailiyyə Sarayında bir otaq və zal və Tağıyev Sarayının
Şərq Zalı da daxil olmaqla çox az tikililərdə orijinal interyer işlə-
mələri olduğu kimi qalmışdır. Bu gün 70 il Sovet hakimiyyəti döv-
ründə dağıdılmış rəsmləri bərpa etmək mümkün deyil. Bəzi əski
fotolar və rəsm işlərinin nadir nümunələri saxlanılıb, lakin onlar
mövcud olan yeganə şeylərdir.
STALİN DÖVRÜ. 1953-cü ilə kimi Sovet təbliğatı Azər-
baycanın nəhəng memarlıq nailiyyətlərinin “millətlərin atası” olan
Stalinin rəhbərliyi altında əldə edildiyini yayırdı. Əlbəttə ki,
Stalinin hakimiyyəti illərində bir çox gözəl və cəlbedici binalar ti-
kilmişdir. Bu sıraya Azərbaycan ənənəvi memarlıq üslubundan
istifadə edilərək Sovet dövrünün ilkin illərində inşa edilmiş Bakı
Vağzalı da daxildir.
Eyni zamanda II Dünya Müharibəsinin sonunda L. Rudnev,
V. Muns və K. Tkaçenko kimi memarlar tərəfindən tikilən və Lenin
meydanında (hal-hazırda Azadlıq Meydanı) Azərbayan Hökümət
evini də qeyd etmək lazımdır. Əsir alınmış alman əsgərləri burada
işçi kimi istifadə olunurdular və Bakı camaatı bu barədə bunları
deyirdi: “Bu bina çox yüksək keyfiyyətlidir, çünki onu alman
əsgərləri tikib. O, çox dəqiq və səliqəli tikilib.”
Stalin dövründə Azərbaycanın ən məşhur memarları Sadıq
Dadaşov və Mikayıl Hüseynov olmuşdur. Onlar Nizami küçəsində
yerləşən “Buzovnaneft”, Azərbayan Elmlər Akademiyası, Nizami
Kinoteatrı, Hacıbəyov Konservatoriyası (indi Musiqi Akademiyası
adlanır), Nizami Muzeyi, Nazirlər Kabinetinin binası, Axundov
adına Milli Kitabxana kimi şah əsərləri yaratmışlar. Məcidov nə-
həng Lenin Muzeyini (hal-hazırda burada xalça muzeyi və bir sıra
başqa obyektlər yerləşir) inşa etmişdir. Azərbaycan memarları
Əlilzadə və Mədətov Azərbaycan Dram Teatrını inşa etmişdir. Bu
binaların tikintisinin çoxunun Xruşovun zamanında başa çatdırıl-
masına baxmayaraq, onlar iri həcminə, möhtəşəmliyinə və gözəl-
liyinə görə “Stalin binaları” hesab olunur (Sovet dilində “stalin-
kalar”).
Stalin dövründə Azərbaycanda “mədəniyyət sarayı” adla-
nan yeni tip bina növü peyda oldu. Bu saraylar fəhlələrin və digər
zəhmətkeşlərin əylənmək məqsədilə oyunlar oynamaq, mühazi-
rələrə qulaq asmaq, şahmat oynamaq, idman yarışlarında iştirak
158
etmək və Sovet və ya xalq musiqisi konsetlərinə qulaq asmaq üçün
nəzərdə tutulmuş xüsusi teatr mərkəzləri idi. Bu əzəmətli mə-
dəniyyət mərkəzlərinin çoxu qədim yunan məbədlərini xatırladırdı.
1920-ci illərdə Bolşeviklər fəhlələr üçün şəhər bağları
salmağa başladılar. Elmlər Akademiyasının Icraiyyə binasına bitişik
olan Sabir bağı və dənizkənarı bulvar yenidən tikildi və genişlən-
dirildi. Bu bağların çoxunda Marks, Lenin, Engels, Stalin və məş-
hur Azərbaycan şair və yazıçılarının heykəlləri qoyuldu.
Bu heykəllərin heç də hamısı müasir dünyagörüşü baxı-
mından estetik deyildi. Fəhlə kişinin və kəndli qadının nəhəng ma-
lalı bürüncdən olan heykəlləri real həyatdan çox “böyük kommunist
ideyalarını” xatırladırdı. Kişi əlində iri çəkic, qadın isə oraq tutaraq
Sovet Ittifaqındakı bütün fəhlə və kəndlilərin birliyini simvolizə
edirdi. Hər iki heykəldəki insanlar atletik və qüvvətli görünürdü və
onların sifətindəki laqeyd, duyğusuz bir ifadə onları manekenə
bənzədirdi. Digər heykəllər idmançı kişi və qadınlara həsr olun-
muşdu və, bəzən, belə bir yazılı şüarla təchiz edirdilər: “Axmaq
olma, idmanla məşğul ol!”.
Stalin dövründə həyat şəraiti ideal həyat şəraitindən çox-
çox uzaq idi. Bir çox Sovet vətəndaşları ümumi mətbəxi, hamam və
tualetləri olan kommunal mənzillərdə yaşamalı olurdular. Stalinin
siyasəti müxtəlif insanları vahid ailə kimi bir yerdə yaşamağa
məcbur etmək idi.
Azərbaycan müstəqillik qazandıqdan sonra tarixçilər Stalin
dövrü memarlığının müsbət və çatışmaz cəhətləri barədə danışmaq
azadlığı əldə etdilər. Stalinin nəhəng inzibati binalar tikdirmək
tendensiyası indi gigantomaniya (nəhəngbazlıq) kimi qəbul edilir.
Digər tərəfdən, alimlər qəbul edirlər ki, Bakıdakı bir çox yüksək
keyfiyyətli və gözəl binalar məhz Stalin dövründə inşa edilmişdir.
XRUŞOV DÖVRÜ. Xruşov hakimiyyətə gələndə Stalin
dövrü memarlığının bütün nailiyyətlərini rədd etdi. O, elan etdi ki,
250 milyonluq Sovet xalqının hamısının öz şəxsi mənzili (kom-
munal mənzillərin əksinə olaraq) olmalıdır. Bu məqsədə nail olmaq
üçün çox qısa zamanda keyfiyyətsiz və ucuz materialdan binalar
tikilməyə başlanıldı. Keyfiyyət və estetikaya, görünür, heç önəm
verilmirdi. Sovet dili ilə “xruşovkalar” adlanan və “Xruşovsayağı
ev” mənasını verən bu 5 mərtəbəli eybəcər binalar Bakıda hələ də
mövcuddur. Bəzən insanlar bu evləri “xruşoba” adlandırırdılar. Bu
159
isə rus dilində “truşoba” (çirkli, kasıb daxma) və Xruşovun
familiyasının kombinasiyasdır.
Bu ucuz mənzillər tikilən zaman Xruşov demişdi: “Narahat
olmayın. Bu evlər yalnız müvəqqətidir. 25 ildən sonra Sovet Ittifaqı
dünyanın ən varlı ölkəsi olanda, bu binalar söküləcək və fəhlələr
üçün həqiqi saraylarla əvəz ediləcək.”
Bu binaların keyifyyətinin çox aşağı olmasına baxmayaraq,
Xruşovun layihəsi Sosializmin böyük qələbəsi kimi qiymətlən-
dirildi. Biz indi bu binaların həqiqi simasını görürük. Lakin eyni
zamanda xatırlamalıyıq ki, onlar minlərlə azərbaycanlıya Stalininin
kommunal evlərini tərk etmək və öz şəxsi mənzillərinə malik olmaq
imkanı verdi.
BREJNEV DÖVRÜ. Brejnevə görə Xruşovun çox qısa
zaman ərzində bütün vətəndaşları şəxsi mənzillərlə təmin etmək
istəyi “volüntarizm”, yəni qeyri-real şeylərə nail olmaq üçün atılmış
bir təşəbbüs idi. Brejnev Bakıda bu ucuz və görkəmsiz binaların
tikintisini dayandırdı.
Onların əvəzinə bütün respublika ərazisində 5 və 9 mər-
təbəli daha keyfiyyətli binalar tikilməyə başlandı. Həmin dövrdə
Azərbaycana rəhbərlik edən Heydər Əliyev Gülüstan Sarayı, Res-
publika Sarayı, Xalq Sənaye Nailiyyətləri Sərgi Salonu, Kommunist
Dostları ilə paylaş: |