ildən gedir – red.) iqtisadi vəziyyət bir qədər yaxşılaşdıqdan və
siyasi stabillik əldə oldunduqdan sonra, Bakı Əlyazmalar Institutu
keçid dövründə qırılmış beynəlxalq əlaqələri yenidən qurmağa səy
göstərir. Ilk olaraq, o Iran və Türkiyədəki alimlərlə əməkdaşlıq et-
məyə başladı. Sonra, gürcü alimləri ilə əməkdaşlığı bərpa etməyə
qərar verdi.
Tbilisi Institutu ilə əlaqə yaratmaq o qədər də asan olmadı.
Həmin institutun bizdə olan telefon nömrəsi işləmirdi. Bizdə nə fax
nömrəsi, nə də onların elektron adresi var idi. Bizim hətta
institutun adının dəyişib-dəyişilməməsi barədə belə məlumatımız
yox idi.
Bakı Institutunun direktoru sonda qərara gəldi ki, biz Tbilisi
Institutu ilə əlaqələr yaratmaq üçün hər hansı bir yol tapmalıyıq,
çünki orada bir çox dəyərli azərbaycan əlyazmaları mövcuddur.
Beləliklə, keçən yay (2004 il – red), mən Institutumuzun Tbilisi
Institutu ilə əməkdaşlıq etmək istədiyini bildirən rəsmi məktubla
Gürcüstana yollandım.
Biz gürcü kolleqalarımızı bütün sahələrdə əməkdaşlıq et-
məyə dəvət etdik. Onlara orta əsr əlyazmalarının sürətlərini və mik-
rofilmlərini və son dövrlərdə nəşr olunan kitabların və əsərlərin mü-
badiləsini təklif etdik. Mən onlara alimlərimizin nəşr etdirdiyi bir
neçə kitabı və bizdə olan əlyazmaların ən son kataloqunu hədiyyə
etdim.
78
TBİLİSİYƏ SƏFƏR. Mən Tbilisiyə 2001-ci il iyul ayının
3-də, isti bir yay günündə çatdım. Tbilisi çoxlu sayda tarixi abidə-
lərə malik çox gözəl və füsunkar bir şəhərdir. Oradakı insanlar da
çox qonaqpərvərdir. Lakin iqtisadi böhranın təsiri hər yerdə hiss
olunurdu. Bakı ilə müqayisədə Tbilisidə müasir, qərb üslubunda
olan binalar demək olar ki yoxd idi. SSRI-nin dağılmasından sonra
bütün tikinti işləri dayandırılmış və şəhər binalar, mağazalar və
köhnə model maşınlarla öz Sovet görünüşünü hələ də saxlamışdır.
Mərkəzdə yerləşən Rustavelli Prospekti və ona bitişik bir sıra kü-
çələr Qərbin təsirini bir qədər nəzərə çarpdırır, lakin bu kimi müasir
görünüşlü küçələr çox az idi. Köhnə Tbilisinin sakit küçələri ilə gə-
zinti mənə keçmişə, “köhnə-yaxşı” Brejnev dövrünə sirli bir
səyahəti xatırlatdı.
Bu iqtisadi çətinliklər həmçinin hal-hazırda ciddi şəkildə
təmirə ehtiyacı olan 1970-ci illərdə tikilmiş çox gözəl binada yerlə-
şən Tbilisi Əlyazmalar Institutunun da işini pisləşdirmişdir. Onların
əlyazmalar və kitabları saxlamaq üçün kompyuter, fax və digər mü-
asir texnologiyalar almağa həddən artıq ehtiyacları var idi. Mən
gürcü həmkarlarıma bizim institutun keçən il nəşr etdirdiyi bir neçə
kitab və kataloqu hədiyyə etdim. Gurculər son bir neçə il ərzində
institutlarının heç bir şey nəşr etmədiyi üçün, əvəzində bizə bir şey
verə bilmədiyinə görə mütəəssir oldu.
KOROĞLU ƏLYAZMALARI. Tbilisi Institutunda tədqiq
edilmək üçün çoxlu sayda önəmli azərbaycan əlyazmaları
mövcuddur. Məsələn, orada mistik azərbaycan şairi Imadəddin
Nəsiminin (1417-ci ildə edam edilmişdir) Azərbaycanca yazılmış
məşhur şerlərinin kolleksiyası vardır. Azərbaycan tədqiqatçıları
“Müsahib” təxəllüsü ilə yaratmış 17-ci əsr Azərbaycan şairi Uğurlu
xan Gən-cəvi tərəfindən yazılmış “Divan”a da çox maraq
göstərirlər.
Güman ki, bu yenidən qurulmuş əlaqələr mübadiləsinin ən
önəmli tərəfi nadir “Koroğlu” əlyazmasını əldə etmək imkanının
yaranmasıdır. Koroğlu dastanı Azərbaycana məxsus olsa da, bu
dastan Iran, Türkiyə və Türkmənistan, Qazaxıstan, Özbəkistan,
Tacikistan kimi Mərkəzi Asiya ölkələrində də məşhurdur. Bu
dastan Azərbaycanda ədalətsiz hakimiyyətə qarşı mübarizə aparan
bir qəhrəmanın—Koroğlunun həyatı və qəhrəmanlığı barədədir.
Koroğlu dastanının bütün digər Azərbaycan versiyaları 19-
cu əsrdə və daha sonrakı dövrlərdə yazıya alınmış şifahi folklor nü-
79
munələri üzərində qurulmuşdur. Yarım əsr bundan öncə heç kəs
alternativ Azərbaycan versiyası barədə bir şey bilmirdi. Lakin
1967-ci ildə gürcü alimi L.G. Çlaidze Tbilisi Əlyazmalar
Institutunda sensasiyalı bir tapıntı etdi. O, “Koroğlu” dastanının
nadir əl-yazma versiyasını aşkar etdi. Azərbaycan alimləri
Tbilisidəki əlyazmanın dastanın digər mövcud olan versiyalarına
oxşamadığını və əksinə çox fərqli bir hekayə üzərində qurulduğunu
bildikdə hey-rətlənmişdilər.
Bu dastanın daha tez-tez nümunə gətirildiyi Azərbaycan
folklor versiyasına görə Mirzəbəy adında rəhbər zalım Osmanlı
hakimi Bolubəy tərəfindən kor edilir. (Bolubəy adı “Bolu
Əyalətinin Hakimi” adından götürülmüşdür). Həmin dövrdən
etibarən Mirzəbəyin oğlu Rövşən “Koroğlu” kimi tanınmağa
başlamışdır.
Bolubəyin bu hərəkətindən qəzəblənən Koroğlu qisas
almaq məqsədilə dostlarından və qohumlarından ibarət silahlı bir
dəstə toplayır. Onun şəxsi mübarizəsi tezliklə əyalətlərinin zalim,
ədalətsiz hakimlərinə qarşı geniş mübarizəyə çevrilir. Dastanda
olan tipik hekayədə Koroğlunun dəlilərindən ibarət kiçik dəstəsi
qəflətən şəhər və ya qalaya hücum edir, və düşmən əsgərlərinin
nəhəng bir qarnizonunu məhv edir. Bəzən Koroğlunun Qırat adlı atı
onu döyüşlərdə xilas edir. Düşməni məğlub etdikdən sonra Koroğlu
və onun döyüşçüləri həddən artıq yüksək və əlçatmaz Çənlibel adlı
dağın başında yerləşən iqamətgahlarına geri dönürlər. Orada onlar
ziyafət keçirərək qənimətlərinin kasıblar və məzlumlara verildiyi
uğurlu qələbələrini bayram edirlər.
TARİXİ FAKTLAR. “Koroğlu” dastanının Tbilisi əlyaz-
masında olan versiyasında bu qəhrəman eyni şəkildə təsvir olunur,
lakin bu dəfə onun düşməni Iran Şahı II Şah Abbas Səfəvidir.
Azərbaycan versiyalarında cinayətkar kimi təsvir olunan Osmanlı
hakimi Bolubəy Koroğlunun dostu kimi göstərilir və zülmkarla mü-
barizədə ona bəzən yardım edir.
Tbilisi əlyazması həmçinin Koroğlunun nəsli barədə də mə-
lumat verir. Orada deyilir ki, Koroğlu orta əsrlədə Azərbaycanda
məskunlaşmış mübariz tarixi türk tayfası olan Cəlali tayfasındandır.
Tbilisi əlyazmasına görə Şah Abbas vəzirinə deyir: “Cəlali türk
tayfası xüsusilə şanlıdır və çoxlu igid və cəsarətli gəncləri vardır.
On-lardan hər biri döyüş meydanında ikinci Rüstəmdir (məşhur
Iran qəhrəmanı – red.). Bundan əlavə Mirzəbəy onların rəhbəridir.
80
Sən onu kor etdin. Onlar bunu Qiyamət gününə qədər
unutmayacaqlar.”
Koroğlunun Təkəli tayfasının Cəlali qoluna aid olması bizə
onun mübarizəsinin tarixi məzmununu müəyyən etməyə imkan
verir. Təkəli və onların müttəfiqləri olan Şamlu, Ustaclu və Zül-
qədər tayfaları (onlar orta əsrlər zamanı Azərbaycanda həmçinin
türkmənlər və tərəkəmələr adlandırılırdı) Azərbaycanda 11-ci və
12-ci əsrin əvvəllərində böyük nüfuza malik idilər.
Azərbaycan türkləri 14-15-ci əsrlərdə onlar böyük Ağqo-
yunlu və Qaraqoyunlu imperiyalarını yaratmış və Azərbaycan və
Ermənistanı öz nəzarəti altına alaraq Iran və Iraqın da çox hissəsini
ələ keçirirlər. 15-ci əsrin sonu 16-cı əsrin əvvəllərində onlar Cənubi
Azərbaycanın Ərdəbil şəhərindən olan Səfəvilərə Iranda hakimiy-
yəti ələ keçirməyə kömək edilər. Səfəvi şahlarının ilk iki nəsli türk
döyüşçülərinə tamamilə etibar edirdilər. Bu dövrdə Azərbaycanda
yaşayan türk tayfaları Səvəfilərin Osmanlılara qarşı mübarizəsində
onlara yardım etmiş və Şah Ismayılı özlərinin milli rəhbəri hesab
etmişlər.
Lakin Səfəvi şahlarının 3-cü nəsli bu türk tayfalarından
qorxmağa başladılar, çünki onları həddən artıq müstəqil, qarşısı-
alınmaz və təhlükəli hesab edirdilər. Sonuncu Səfəvi şahları türk
tayfalarının rəhbərlərini həbs edib öldürərək onların hakimiy-
yətlərinə son qoymuşlar.
16-cı əsrin sonu 17-ci əsrin əvvəllərində cəlali tayfaları
Azərbaycanda və Türkiyədə indi “Cəlali hərəkatı” kimi tanınan bir
üsyan qaldırdılar. “Koroğlu” dastanı öz əsasını bu tarixi hadisə-
lərdən götürür.
Ilk öncə cəlali tayfası əsasən Irana qarşı mübarizə aparırdı.
Lakin Osmanlı qoşunları Azərbaycanı işğal etdikdən sonra, onlar
Osmanlılara qarşı da mübarizəyə qalxdılar. Bəs nəyə görə köçəri
türk tayfaları Osmanlı türklərinə qarşı mübarizə aparırdılar? Həmin
dövrlərdə Osmanlı sultanları özlərini türk deyil, kosmopolitan bir
millət—Osmanlı hesab edirdilər. Əslində onlar fars və ərəb adət-
ənənlərinə riayət edərək, köçəri türkləri incidir və onların adətlərini
və mədəniyyətlərini təhqir edirdilər. Osmanlılar özlərini türk
tayfalarının etnik qardaşları kimi deyil, onların düşməni və işğalçı
kimi aparırdılar.
ANTİ-OSMANLI MÖVZUSU. Bəs onda “Koroğlu” dasta-
nının bu iki versiyasını necə izah edək? Bir önəmli şeyi yadda
81
saxlamaq lazımdır ki, Tbilisi əlyazması Azərbaycanda 19-cu əsrdə
qə-ləmə alınan versiyalardan daha qədimdir. Əlyazmada olan su
işarəsi həmin kağızın 1856-cı ildə istehsal edildiyini göstərir. Lakin
əl-yazmanın quruluşu və dilinin özəl keyfiyyətləri bu mətnin gös-
tərilən tarixdən 80 və ya 100 il öncə formalaşdığından xəbər verir.
Beləliklə, Tbilisidə olan əlyzama “Koroğlu” dastanının 18-ci əsr
əlyazmasının surəti olduğunu göstərməklə onun mövcud olan
versiyalar içərisində ən qədimi edir.
Eyni zamanda Tbilisi versiyası tarixi cəhətdən də daha də-
qiqdir. Həmin dövrü nəzərə alaraq demək olar, ki, Koroğlunun
Osmanlı türklərindənsə Iran şahlarına qarşı mübarizə aparması
ağlabatandır. 17-ci əsrdə Osmanlı sultanları uzaqda olduğu halda,
Şah Abbas cəlalilər üçün daha yaxın təhlükə idi.
Zaman keçdikcə isə bu şərh dəyişmişdir. Sonrakı dövrlərin
folklor versiyalarında iranlılar deyil, məhz osmanlılar əsas düşmən
kimi göstərilir. Güman ki, bu 17-ci əsrin ortalarından başlayaraq
Azərbaycanda Iranın təsirinin və şiə təbliğatının güclənməsi ilə
əlaqədardır. Şahları tənqid etmək təhlükəli olduğundan Azərbaycan
aşıqları hekayələri dəyişərək osmanlıları hədəfə götürmüşlər. Daha
az ziddiyət doğuran versiya siyasi və dini nöqteyi nəzərindən
Osmanlıları özlərinin ənənəvi düşmənləri hesab edən Iranın rəsmi
mövqeyi ilə üst-üstə düşürdü. Buna baxmayaraq, dastanda mövcud
olan anti-şah elementləri sonrakı dövrlərdə yaradılan versiyalardan
tamamilə itməmişdir.
STALİNİN SEVİMLİSİ. 20-ci əsrdə “Koroğlu” dastanının
yeni azarkeşi Iosif Stalin oldu. O və digər Sovet lideləri inkişaf
etməkdə olan azərbaycanlı milliyyətçiliyini nəzarətdə saxlamağa
çalışırdılar. Belə milliyyətçilik azərbaycanlıları iranlılar və türklər-
dən ayırmaq üçün çox önəmli idi. Stalin düşünürdü ki, süni
millətçilik hissi yaratmaqla Sovet Ittifaqı kiçik Azərbaycan xalqını
daha asan uda və “həzm edə” bilər. Marksism-leninizm
ideologiyasını “mədə
şirəsi” kimi istifadə edərək o,
Azərbaycanlılara deyirdi ki, türklər və iranlılar onların
düşmənləridir.
Kasıb, məzlum kəndlilərin xan və torpaq sahiblərinə qarşı
üsyanını əks etdirən “Koroğlu” dastanı Stalinin siyasi gündəliyinə
çox yaxşı uyğun gəlirdi. Koroğlu yalnız iranlılar və türklərə qarşı
mübarizə aparmırdı, o həmçinin mömin müsəlmanlardan fərqli
olaraq, şərab içirdi və istədiyi kimi hərəkət edirdi. Buna görə Sovet
82
təbliğatı Koroğlunu varlı torpaq sahiblərinə, müsəlman din xadim-
lərinə və zalım türk və iran işğalçılarına qarşı mübarizə aparan
inqilabçı və vətənpərvər kimi qələmə verirdi.
1932-ci ildə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov
(1885-1948) Koroğlu barədə opera yazmaq qərarına gəlir. Çox ma-
raqlıdır ki, onun versiyasında Koroğlu türklərə və iranlılara qarşı
deyil, adsız hakimlərə və torpaq sahiblərinə qarşı mübarizə aparırdı.
Yəqin ki, Hacıbəyovun məqsədi təbliğatı yaymaq deyil, sadəcə
azərbaycan xalqının öz milli qəhrəmanlarından birini xatırlaması
idi.
“Koroğlu” operasına libretto yazan Məmməd Səid
Ordubadinin söylədiklərinə görə Üzeyir Hacıbəyov ilk əvvəl olaraq
“Ko-roğlunun” yerinə “Dəmirçi Have” operasını yazmaq istəyirdi.
Bir il bu opera üzərində işlədikdən sonra, o qəflətən bu fikrindən
imtina etmiş və Koroğlu mövzusu ətrafında opera yaratmaq
qərarına gəlmişdir. Ordubadiyə görə Hacıbəyov öz xalqını
qəhrəmanlıq hərəkətlər etməyə ruhlandıracaq əsər yaratmaq
istəyirdi. Hacıbəyov deyirdi: “Bizim xalqımız səhnədə feodal
hakimlərinə qarşı insanları üsyana qaldıran həqiqi, məşhur
qəhrəmanı görməlidir.”
Opera 1938-ci ildə Moskvada “Azərbaycan Mədəniyyətinin
Onilliyi” festivalı çərçivəsində göstərilən zaman Stalin tamaşıçılar
arasında idi. Opera onun o qədər xoşuna gəlir ki, Stalin Hacıbəyovu
Sovet Ittifaqının ən yüksək mükafatları— Lenin mükafatı (1938),
Stalin mükafatı (1941), və “SSRI-nin Xalq Artisti” (1941) adı ilə
təltif edir. “Koroğlu” Hacıbəyovun şah əsərinə çevrilir.
AZADLIQ RƏMZİ. Azərbaycanlılar indinin özündə də
Koroğlunu dahi milli qəhrəman hesab edirlər, lakin ona “inqilabçı”
kimi baxmırlar. Stalin və Sovet təbliğatçıları Koroğlu əfsanəsinin
yaşamasına yardım etdilər, lakin onlar başa düşmürdülər ki, azər-
baycanlılar üçün Koroğlu ideoloji büt deyil, universal azadlıq və
müstəqillik müjdəçisi idi.
Sovet Ittifaqının dağılmasından əvvəl bir neçə il ərzində
Hacıbəyovun “Koroğlu” Uvertürası Azərbaycan müstəqillik hərəka-
tının qeyri-rəsmi himni olmuşdur. On minlərlə nümayişçi küçələrdə
mitinqlərə çıxarkən, bu operanın qalib notları səsgücləndiricilər va-
sitəsilə azərbaycanlıları ayağa qalxmağa və öz müstəqilliklərini tə-
ləb etməyə çağırırdı.
83
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra,
“Koroğlu” uvertürası hətta Azərbaycanın yeni himni olmaq üçün
namizəd idi. Amma xalqımız Hacıbəyovun 1919-cu ildə qısa ömür
sürmüş Azərbaycan Demokratik Respublikası (1918-1920) üçün
yazmış himnini yenidən qəbul etdi.
Hətta bugün ilhamverici “Koroğlu” uvertürası Azərbay-
canda konsertlərin açılışında istifadə olunur. Bu bizə xalqımızın çox
çətin şərtlər daxilində azadlıq uğrunda fədakar mübarizəsini
xatırladır. “Koroğlu” xalqın qüvvətlənməsi və yeni başlanğıca
ümidini əks etdirir. Bu heç bir zaman ölməyəcək dastandır.
Dostları ilə paylaş: |