Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,21 Mb.
səhifə17/72
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#19055
1   ...   13   14   15   16   17   18   19   20   ...   72
A. RÜSTƏMOVA
MODERNLƏŞMƏ ŞƏRAİTİNDƏ KOMMUNİKASİYADA DİL AMİLİ
Açar sözlər: modernləşmə, kommunikasiya, mentalitet, novasiya, ənənə, sosio­mə­də­ni proseslər

Ключевые слова: модернизация, коммуникация, менталитет, новация, тра­ди­­ция, социокультурные процессы

Key words: modernization, communication, mentality, novation, tradition, sociocultural processes
Modernləşmə mürəkkəb xarakterə malik prosesdir və həyatın bütün sa­hələrini əhatə edir. Modernləşməyə xas olan sosiomədəni dinamklik cəmiyyəti mo­difikasiya edir, onu dəyişdirir. Sosiomədəni təcrübənin stereotipləşməsi ənə­nə­vi mexanizmlər zəminindən kənarlaşır, getdikcə daha çox innovasion yaradıcı təc­rü­bənin sayəsində formalaşır. Ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid, bü­töv­lükdə, istər cəmiyyət, istərsə də ayrı-ayrı fərdlər üçün təzadlı xarakter daşıyır. De­mək olar ki, həyat haqqında bütün təsəvvürlər, prioritetlər sistemi və s. dəyişir. Bu­nunla yanaşı modernləşmənin cəmiyyətin, mədəniyyətin inkişafının ümumi po­ten­sialının artırılmasında mühüm rolu vardır.

Müxtəlif sosiomədəmi sahələrdə həyata keçən modernləşmə prosesləri eyni sə­viy­yədə reallaşdırıla bilmir. Lakin uğurlu inkişafın əldə edilməsi üçün so­si­o­mə­də­ni dinamikanın ahəngdarlığının təmin edilməsi mühüm şərtlərdən biridir. Qeyd edi­lən inkişafdan geri qalan sahələr bu və ya digər şəkildə inteqrasiya proseslərinə ma­ne olurlar. Bu baxımdam cəmiyyətin ümumi inkişafı naminə bütün sahələrin mo­dernləşdirilməsinin həyata keçirilməsi məqsədyönlü nəticələrin əldə edil­mə­si­nə şərait yarada bilər. Müvafiq şəraitin formalaşmasında və inkişafında kom­mu­ni­ka­siyanın rolu ölçüyəgəlməzdir. Bu gün sosial fenomen kimi kommunikasiya mə­sə­lələrinə maraq olduqca artmışdır. Kommunikasiya problemləri müxtəlif səviyyə və konsepsiyalarda tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. Bu istiqamətdə fəl­səfi, linqvistik, sosioloji, kibernetik, siyasi, psixoloji, kulturoloji və s. sahələri qeyd etmək olar. Mövcud şərait tamamilə qanunauyğundur. Belə ki, müasir dün­ya­da sənaye cəmiyyətinin sürətlə informasion-kommunikativ cəmiyyətə keçidi pro­sesi həyatın bütün sahələrinə kommunikasiyanın sirayət etməsi ilə müşayiət olu­nur. Həmçinin sosial reallığın kommunikativ təbiətinin yenidən dəyər­lən­di­ril­mə­si zərurəti cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıyan kom­mu­ni­ka­si­ya­nın yerinin və rolunun müəyyənləşdirilməsini aktuallaşdırır.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin