Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,21 Mb.
səhifə15/72
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#19055
1   ...   11   12   13   14   15   16   17   18   ...   72
Şıxhapıt. Şıxhapıt oykonimi Quba rayonunun Hapıt kədindən gələn ailələr tərəfindən salınmışdır. Tədqiqatçıların fikrincə, Hapıt kəndindəki Baba Dilim adlı şeyxin övladlarından ibarət olan ikinci oba isə Şıx Hapıt adlanır. Verilmiş izahda Şıx sözünün mənasına aydınlıq gətirilsə də Hapıt sözü izah olunmur. Fikrimizcə, Şıxhapıt oykoniminin ikinci komponenti haput sözü etnonimdir. Hapıtlılar isə “Şahdağ etnik qrupları”ndandır.

Prof.Ə.B.Qubatov “Şahdağlılar və dilləri” əsərində bu haqda yazır: “Xınalıqlar, buduqlular, qırızlar, yergüclülər, haputlular və ceklər tədricən özlərinin qədim ata-baba yurdlarından daha əlverişli təbii iqlim şəraiti olan qonşu Xaçmaz rayonuna da köçmüş, burada yeni yaşayış məskənləri salmışlar.

Haputluların xeyli hissəsi isə Azərbaycanın bir sıra rayonlarında – İsmayıllıda, Ağdaşda, Qəbələdə və başqa yerlərdə məskumlaşmışlar”.

Cığatay, Cığatay oykonimi etnotoponimdir. Toponim türkdilli ca­ğ­a­tay/cığatay tayfasının adı ilə bağlıdır. Qeyd etmək istərdik ki, tədqiqatçılar Xaç­maz rayonu ərazisində Cığatay kəndinin salınmasını Qubalı Fətəli xanın adı ilə bağ­­la­yırlar. Belə ki, elmi ədəbiyyatda Cığatayları XVIII əsrdə Fətəli şahın Qa­ra­bağ­dan köçürüb Quba xanlığında yerləşdirilməsi kimi fikirlər yer almışdır.



Qaraqurdlu. Qaraqurdlu oykonim Xaçmaz rayonu ərazisində yerləşən et­no­­toponimlərdəndir. Tədqiqatçıların fikrincə, oykonimi XVIII əsrin sonlarında Qu­­ba xanı Fətəli xanın Qarabağdan köçürdüyü kəngərlilərin qurdlu tayfasına mən­­­sub ailələr salmışlar. Başqa bir versiyaya görə isə kəndin tam adı Qarasu Qurd­­lu olmuşdur. Fikrimizcə, Qaraqurdlu mürəkkəb quruluşlu toponim olub Qa­ra-böyük, Qurdlu-tayfa nəsil mənaları bildirən sözlərin birləşməsindən ya­ran­mış­dır.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin