Ədəbiyyat
1. Философия Мартина Хайдеггера и современность. М., Наука, 1991, с.242.
2. Yenə orada, s.243.
Y.Ə. SÜLEYMANOV
İNTERFERENSİYA DİL HADİSƏSİ KİMİ
Açar sözlər: interfernsiya, dil sistemi, dillərarası əlaqə
Ключевые слова: интерференция, языковые системы, межязыковые
Key words: interference, the communication of interlanguages, language system
Xarici dillərin öyrənilməsinə təlabat durmadan artir. Bu da özünü həyatımızın bütün sahələrində xüsusilə də elmi texniki, iqtisadi və mədəni sahələrində daha parlaq biruzə verir. Müstəqillik əldə etmiş Azərbaycan digər ölkələrlə əlaqələrini gündən-günə genişləndirməkdədir. Xüsusilə yetişməkdə olan gənc nəslin intellekt kimi formalaşmasında beynəlxalq aləmə çıxış, dünya mədəniyyəti ilə elmin müxtəlif sahələrinin inkisafı ilə tanisliq, təhsildə kompyuter texnologiyası imkanından geniş istifadə olunması, Avropaya inteqrasiya cəhdi, dünya təlim-tərbiyə, təhsil və tədris təcrübəsindən faydalanma müstəsna əhəmiyyət kəsb edir.
Bildiyiniz kimi, İngilis dili beynəlxalq aləmdə, eləcə də bütün dünyada böyük nüfuza malikdir. Məhz, bu baxımdan ölkəmizdə də xarici dillərin, xüsusilə də ingilis dilimin öyrənilməsinə maraq artmaqdadır. Ona görə də ingilis dilinin hərtərəfli öyrənilməsi üçün onun Azərbaycan dili ilə müqayisəli şəkildə öyrənilməsi olduqca zəruridir. Bu baxımdan Azərbaycan dilçiliyində müxtəlifsistemli dillərin tədqiqinə son dövrlərdə maraq xeyli artmışdır. Dilçi alimlərimiz xarici dillərin Azərbaycan dili ilə tutuşdurulması və muqayisəli öyrənilməsi istiqamətində xeyli işlər görmüşlər.
Bütün dünyada 3000-ə yaxın dil mövcuddur. Onlar müxtəlif dil qruplarına daxildir və onlar arasında coxlu fərqlər olduğu halda, oxşar cəhətlər də az deyil. Hər bir dil bir xalqın nemətidir. Elə xalqlar vardır ki, onların yazı dili yoxdur, lakin şifahi dil insanlar arasında ünsiyyət vasitəsi kimi qalmaqdadır. Dillər – istənilən fikri səslərlə ifadə etmək üçün insanların istifadə etdikləri ünsiyyət vasitəsidir. Əgər insan öz nitq fəaliyyətində bir neçə dildən istifadə edirsə, deməli həmin dillərlə əlaqədə olur. Dillərarası əlaqələrin baş verməsi vəziyyəti iki və daha cox dillərin kontaktı əsasında olur. Bu əlaqələr zaman dillərin interferensiyası baş verir ki, o da dillərin bütün sferalarına təsir göstərir.
İlk dəfə olaraq Praqa dilçilik məktəbində interferensiya hadisələri haqqında fikir söylənilmişdir. Onlar belə bir fikir söyləmişlər ki, interferensiya prosesi zamanı dillər arasında dil normalarının pozulması baş verir. Bu zaman həm mənfi, həm də müsbət nəticələr əldə edilə bilər. Belə interferensiya anlayışı daha geniş yayılmışdır.
İki müxtəlif dil sistemlərindən-(məsələn Azərbaycan və ingilis dilləri) insan nitqinə əlaqəli təsir göstərən amillərdən biri ana dilinin xarici dilə təsiridir. Biz əsas dil sistemi kimi Azərbaycan dilini interferensiyanın bir mənbəyi kimi, ingilis dilini isə interferensiyanın bir obyekti kimi götürə bilərik. Lakin bu o demək deyildir ki, əsas sistemi biz Azərbaycan dili götürək. Bunun əksi də ola bilər, yəni əvvəllər öyrənilmiş xarici dil də götürülə bilər. Bu da belə bir fikir söyləməyə əsas verir ki, əgər ana dili bütün sahələrdə dəqiq dil normaları əsasında öyrənilirsə, o halda ana dili interferensiyanın əsas mənbəyi ola bilir. Əks halda isə öyrənilən ingilis dili Azərbaycan dilinə təsir göstərməklə gündəlik nitqimizə daxil ola bilir. İnterferensiya məsələsi dilçilikdə əsas problemlərdən biridir. Bu məsələnin öyrənilməsində biz Azərbaycan və ingilis dillərinin bütün səviyyələrinə müraciət etməliyik. Bu məsələnin araşdırılmasını hər iki dili qarşılaşdırmaqla, onların müxtəlif səviyyələrini öyrənməklə həll etmək olar. İstər şifahi nitqdə, istərsə də digər yaruslarda buna şahid olmaqla müxtəlifliyi görmək olar.
İnterferensiya hadisəsi əsasən bir dilin digərinə təzahür etməsi və təsir göstərməsidir. Bu hadisə iki dilin qarşılıqlı əlaqəsi zamanı gedən bir prosesdir ki, bu zaman dil normaları pozulur və digər dil təsirinə məruz qala bilir. Müşahidələr göstərir ki, interferensiyanın müxtəlif növləri mövcuddur.
Xarici dilin öyrənilməsində yeni dil materialının mənimsənilməsi və xarici dilin müxtəlif elementlərinin öyrənilməsi həmin dilin fonetik, leksik və qrammatik normalarının dəyişməsi əsasında baş verir. İlk öncə xarici dili öyrənən həmin dilin xüsusiyyətlərini doğma dil normalarına uyğun öyrənməyə çalışır. Bu zaman hər iki dil həm fonetik, leksik və qrammatik müqayisə olunmalıdır.
Müasir dövrdə ingilis dili beynəlxalq dil səviyyəsində öyrənilir və biz də bunu gündəlik həyatımızda hiss edirik. Beynəlxalq əlaqələrin inkişafı və onlar arasında xarici dilin funksiyasının artması, dünya mədəniyyətlərinin ingilis dilində öyrənilməsi Azərbaycan və ingilis dillərinin interferensiyası prosesində də özünü göstərir. Məhz, bu əlaqələr özünü ən çox xarici şirkətlər,firmalar və təşkilatların fəaliyyət sahəsində biruzə verir. Məsələn: internet, compyuter, marketing, server, pleyer, reyting, limit, market, şou, şoumən, şoubizness, klip, kontur, broker, biznes, brifinq, bos, kontrol, konflikt və s.
Dilimizə daxil olan bu sözlər bəzən dil normalarını pozur,bəzən də olduğu kimi qəbul edilir. Bu zaman iki dil arasında interferensiya hadisəsi baş verir, yəni bir dil digərinə müdaxilə etməklə ona təsir gəstərir. Ona görə də interferensiyanın tədqiqi xarici dillərin öyrənilməsində mühüm rol oynaya bilir. Bu mənada interferensiya əlaqədə olan dillərin daxili mexanizmini açmaqla onların həm mənfi, həm də müsbət nəticələrini üzə çıxarır. Bir məsələyə diqqət yetirmək lazımdır ki, mənfi nəticəli interferensiya sanki bir xəbərdarlıq edirmiş kimi nitqdə təzahür etməklə dil əlaqələrinin inkişafına maneə yaradır. Dil sistemlərinin belə pozulması interferensiyanın təsir nəticəsi kimi xarici dildə nitqin qurulmasının bütün səviyyələrində aşkar edilir.
Beləliklə, interferensiya yavaş-yavaş baş verən prosesin ayrılmaz hissəsi olmaqla, qəbul edilmiş dil sistemində bu və ya digər dillərin hər elementinə təsir göstərməklə nüfuz edir.
Dostları ilə paylaş: |