Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,21 Mb.
səhifə38/72
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#19055
1   ...   34   35   36   37   38   39   40   41   ...   72
N.E. HƏSƏNOVA
ANA DİLİNİN ORFOFONİYA MƏSƏLƏLƏRİ
Açar sözlər: dil, nitq, tələffüz, tədris .

Ключевые слова: язык, речь, обучение, произношение.

Key words: language, speech, educational, pronunciation
Azərbaycan dili dünya dilləri içərisində xüsusi yer tutan mütərəqqi dildir. Bu dilin elmin, texnikanın, fəlsəfi fikrin nailiyyətlərini dəqiq, aydın, mükəmməl ifa­də etmək gücü vardır. Azərbaycan dili zəngin və rəngarəng söz ehtiyatına ma­lik­dir.

Nəsillər bir-birini əvəz edir. Lakin dildə onların həyatı, duyğuları, həyə­ca­n­la­rı bizə miras olaraq qalır. Dil keçmiş, indiki və gələcək nəsilləri bir-birinə sıx bağ­layan ən canlı bağlardan biridir. Dil olmadan mühakimə və təfəkkür üçün la­zım gələn ünsürlər heç bir zaman əldə edilə bilməz.

Hər bir xalqın dili onun milli sərvətidir və bu sərvət abidə kimi qo­run­ma­lı­dır. Buna görə də ana dilinə məhəbbət, bu dili qorumaq hissi kiçik yaşlarından uşaq­larda tərbiyə olunmalıdır. Ana dili nağıllarımızın, bayatılarımızın, lay­la­la­rı­mı­zın, oxşamalarımızın dilidir. Ana dili elə bir məhvərdir ki, uşağın öyrədilməsi və tərbiyələnməsi bu məhvər ətrafında toplanmalıdır. Bunun üçün evdə ata-ana, mək­təbdə isə hər bir müəllim, xüsusilə Azərbaycan dili müəllimi bu məsuliyyətli işi müqəddəs, şərəfli bir borc kimi yerinə yetirilməlidir.

Dil məsələlərinin həlli üçün düzgün istiqamətləndirmədə, zəruri biliklər əldə edil­məsində ana dili dərsliklərinin də rolu böyükdür. Şagirdin intellektual sə­viy­yə­si­nin yüksəlməsində, nitq qabiliyyətinin və danışıq mədəniyyətinin inkişaf et­mə­sində əvəzolunmaz vasitədir. Ona görə də ana dili dərslikləri müasir tələblərə ca­vab verməlidir. Bu gün kurikulum islahatı üzrə görülən işlər ana dili dərslərinin ye­ni məzmunda təşkilini, informasiya-kommunikasiya texnologiyalarından is­ti­fa­də olunmasını və s. ciddi vəzifə kimi qarşıya qoyur. Bu mərhələ ana dilinin tədrisi pro­sesində müəllimlərdən yaradıcı olmalarını tələb edir.

Orta məktəbdə Azərbaycan dilinin tədrisinin qarşısında qoyulan başlıca və­zi­fə şagirdləri mükəmməl ədəbi dilə -nitq mədəniyyətinə yiyələndirməkdən iba­rət­dir. Bunun əsas şərtlərindən biri şagirdlərə düzgün tələffüz vərdişlərinin aşı­lan­ma­sı­­dır. Bu gün məktəblərimizdə şagirdlərin qiymətləndirilməsi zamanı orfoqrafik səhv­lərin əsas götürüldüyünü müşahidə edirik. Lakin nəzərə alınmalıdır ki, or­fo­e­pik məsələləri həll etmədən bu sahədə uğur əldə edilməsi mümkün deyildir.

Orta məktəblərdə Azərbaycan dili nəzəri və praktik yolla tədris edilir, yəni həm nəzəri bilik verilir- dilin qanunları, normaları öyrədilir, həm də çalışmalar üzə­rində işlər aparılır. Ana dilinin tədrisinin mükəmməlliyi üçün zəruri praktik ma­teriallar olmalıdır. Ana dili fənninin tədrisində fəal (interaktiv) təlimdən is­ti­fa­də edilməsi şagird fəallığının artırılmasına, məntiqi təfəkkürün inkişaf et­di­ril­mə­si­nə, yaradıcılıq qabiliyyətlərinin formalaşmasına və bütövlükdə təlimin yaxşılaş­ma­sına şərait yaradır. Hər bir dərsin gedişi şagirdlərin qavrama qa­bi­liyyətlərindən ası­lıdır. Bu gün məktəbə qədəm qoyan şagirdin aldığı bilik dinləmə, eşitmə, mü­şa­hi­dəetmə yolu ilə əldə edilir. O fikirlərini danışaraq nümayiş etdirir. Şagirdin söz eh­ti­yatının zənginləşməsində, nitq bacarıqlarının formalaşmasında səlis, rəvan da­nı­şıq əsas rol oynayır. Məhz danışıq prosesində şagirdin nitqi formalaşır, inkişaf edir.Ana dili fənni şagirdlərin nitq mədəniyyətinin formalaşmasında aparıcı möv­qe tutur. Dərs prosesində şagird diqqətlə dinlənilməli, söylədiyi fikrə hörmətlə ya­na­şılmalı, ona sərbəst mühakimə yürütmək imkanı yaradılmalıdır. Şagirdin fikir­lə­ri­ni yaradıcı şəkildə ifadə etməsi üçün zəngin söz ehtiyatına malik olması, bu fi­kir­lərin yazılı ifadəsi üçün dil qanunlarına yiyələnməsi ana dili fənnindən göz­lə­ni­lən təlimin nəticəsidir.

Bəlli olduğu kimi, dil ictımai hadisədir. Hər bir uşaq da başqalarına mü­ra­ci­ət etmək ehtiyacından dildən ünsiyyət vasitəsi kimi istifadə etməyə məcburdur. Uşaq məktəbə gəldiyi ilk gündən onun əhatəsindəki insanların – valideynlərin, ya­xın­larının, o cümlədən məktəbəqədər tərbiyə müəssisəsindəki mü­əl­­lim­lərinin tə­ləf­füzünü özü ilə gətirir.Əgər bu insanlar yerli şivədə danışırlarsa, birinci sinfə gə­lən şagird də o cür danışır. Yerli şivə şəraitində düzgün yazı və tələffüz qay­da­la­rı­nın öyrədilməsi müəllimdən xüsusi zəhmət tələb edir. Məsələn, Yevlax şivəsində da­nışan bir şagird cib əvəzinə civ, çoban əvəzinə çovan, alıb, gəlib əvəzinə alıf, gə­lif, ağac əvəzinə ağaş söyləyəcək və yazacaqdır. Be­lə­liklə, düzgün yazı qay­da­la­rına riayət olunmasında, bu qaydaların mənim­sən­il­mə­sində qarşıya çıxan mane­ə­lərdən biri kimi yerli şivələrin dilə sirayət etməsini gös­tərə bilərik. Bu­nun aradan qal­dırılması, şagirdlərin düzgün ədəbi tələffüz qay­da­larına yiyə­lən­mə­si üçün mək­təb­də vahid nitq qanun-qaydalarının möhkəm ol­ma­sı vacib şərt­dir. Çünki müəllim da­nı­şarkən onun nitqində şivə xüsusiyyətləri mü­şa­hidə edilirsə, şagirdlər də bunun səhv olmadığını düşünürlər. Müəllimin nitqi düz­gün, dolğun, nümunəvi olarsa, tə­ləf­füz qaydalarına düzgün riayət edilərsə, bu, şa­gird­lərə müsbət təsirini gös­tə­rə­cək­dir. Təkcə Azərbaycan dili müəllimləri deyil, bütün fənn müəllimlərinin şa­gird­lərin nitqinə nəzarət etməyi sayəsində istənilən nəticəni əldə etmək mümkün olar. Həmçinin sinifdə deyil, sinifdən xaricdə də şagirdlərin nitqinin düz­gün­lü­yü­nə nəzarət edilərək, qüsurların yerindəcə düzəldilməsi vacibdir. Bu zaman şagir­din yoldaşlarının da bu işə cəlb edilməsi təsirli ola bilər. Belə ki, şagirdlər qar­şı­lıq­lı olaraq öz nitqləri üzərində müşahidə aparmaqla bir-birinin tələffüz səhvlərini dü­zəldə bilərlər.

B.Vahabzadənin öz övladını əcnəbi dildə oxudan ana dili müəlliminin dö­nük­lüyündən bəhs edən “Riyakar” şeiri əsasında hərfi və ədəbi tələffüz arasnda mü­qa­yisə aparaq.





Hərfi tələffüzlə:

Ədəbi tələffüzlə:

Bir- nədir, beş-altı dil bilsin gərək,

Bir- nədir, beş-altı dil bilsin gərə[x`],

Bizim sabahımız – körpələrimiz.

Bizim sabahımız – körpələrimiz.

Vətən dilinə də dodaq büzməyək,

Vətən dilinə də doda[x] büzməyə[x`],

Burdan ayaq açıb, yola çıxaq biz.

Burdan aya[ğ] açıb, yola çıxa[x] biz.

Evdə ayaq açır əvvəlcə hər kəs,

Evdə aya[ğ] açır əvvəlcə hər kəs,

Sonra uzaqlara düşür qədəmlər.

Sonra uza[x]lara düşür qədəmlər.

Yazılı dil – kitab dili şagirdləri hərfi- orfoqrafik tələffüzə meyil etdirir. Nü­mu­nədən göründüyü kimi, oxu prosesində ədəbi tələffüz qaydalarını gözləmək qi­ra­ətin təbiiliyini təmin edir.Təəssüf ki, müəllimlərimizin çoxu bu məsələyə diqqət ye­tirmirlər, əsərin şifahi nitqdə təbii səslənməsinə xələl gətirən hərfi tələffüzlə oxu­manın qarşısını almırlar. Halbuki şagirdlər yalnız sinifdə bu cür tələffüzdən is­ti­fadə edirlər. Dərsdən sonra isə yenə öz şivələrində danışırlar. Onu da qeyd edək ki, yazılı dil ədəbi tələffüzün mənimsənilməsinə,öyrənilməsinə əngəl olduğuna bax­mayaraq, istiqamətverici rola da malikdir.

B.Çobanzadə türk dillərinin və ədəbiyyatlarının tədrisi və tədqiqi me­tod­la­rı­nın öyrənilməsinə həsr olunmuş “Türk dili və ədəbiyyatının tədris üsulu” (Bakı, 1926-1927) kitabında yazır:”Dil tədrisindən məqsəd doğru oxuyub-yazmağı öy­rət­mək deyildir. Filvaqe bu da mühüm bir məsələdir, lakin bundan əvvəl dilin me­xa­nizması, üzviyyatı və təşəkkülatı ilə tələbələri az-çox aşina etməkdir.Bu da an­caq cocuqların öz dilini, ana və ailə dillərini onlara tədqiq etdirmək, onların ruh və ze­hinlərinə, ictimai istedadlarına yaxın bir surətdə rəhbərlik və müəllimlikdə bu­lun­maqla olur.”

Bəli, dilin tədrisi zamanı təkcə orfoqrafiya və orfoepiya məsələləri deyil, di­lin quruluşunu və bu quruluşu əmələ gətirən ayrı-ayrı ünsürlərin təhlil olunaraq öy­rənilməsi gərəkdir. Dilimizin incəliklərini gənc nəslə sevərək öyrədək, ana di­li­mi­zin saflığını qorumaq naminə laqeydlik göstərməyək, onun təmizliyi uğrunda ge­dən mübahisələrdən və mübarizələrdən kənarda qalmayaq. Bu sahədə uğur əldə edil­məsi üçün orta və ali məktəb auditoriyası qədər hər bir ziyalının həssas və diq­qət­li yanaşması əhəmiyyətlidir.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin