Azərbaycan Milli Kitabxanası
Əlamətdar və tarixi günlər təqvimi
2011
Respublikanın kütləvi və ixtisas-
laşdırılmış kitabxanaları, Mərkəz-
ləşdirilmiş Kitabxana Sistemləri
üçün
BAKI - 2010
2
REDAKSİYA HEYƏTİ:
Baş redaktor:
K.Tahirov,
fəlsəfə doktoru
Baş redaktorun müavini:
F. Məmmədov,
pedaqoji elmlər namizədi
Redaktor:
D.Bayramov
Məsul
katib: N.Alışova
Əlamətdar və tarixi günlər təqvimi - 2011 /baş red. K.M.Tahirov; M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2010.- 436 s.
©
M.F.Axundov adına Milli Kitabxana, 2010
3
rthrt
1 yanvar
Gün çıxır
06:26
Gün batır
17:25
31 yanvar
Gün çıxır
06:18
Gün batır
17:57
Yanvar
22 dekabr-
20 yanvar
Oğlaq
bürcü-
nün ünsürü tor-
paq, planeti
Saturn, düşərli
günü çərşənbə
axşamı, şənbə,
düşərsiz günü
bazar ertəsi,
cümə axşamı,
metalı
dəmir,
uğurlu rəngi
tünd-yaşıl, qara,
göy, uğursuz
rəngi ağ, uğurlu
daşı
rubin,
oniks,
enerji
verən çiçəyi ağ
qərənfil, qara
lalə, uğurlu
rəqəmi isə 3 və
5-dir.
Ş 1
B 2
Be 3
Ça 4
Ç 5
Ca 6
C 7
Ş 8
B 9
Be 10
Ça 11
Ç 12
Ca 13
C 14
Ş 15
B 16
Be 17
Ça 18
Ç 19
Ca 20
C 21
Ş 22
B 23
Be 24
Ça 25
Ç 26
Ca 27
C 28
Ş 29
B 30
Be 31
2011
Əlamətdar və
tarixi günl ər
Ümumxalq Hüzn Günü
1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü
pozmaq c əhdl ərin ə etiraz əlam əti olaraq küç əl ər ə çıxmış dinc
əhaliy ə divan tutmaq m əqs ədil ə Bakıya v ə respublikanın dig ər
rayonlarına sovet hərbi hissələri yeridildi.
Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində
heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər
yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların
arasında qadınlar, uşaqlar və qocalar da var idi. Bu hadisə sovet
rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı
yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.
1-2. Yeni il bayramı
20. Ümumxalq Hüzn Günü
29. Gömrük İşçiləri Günü
4
Yanvar - Qriqorian təqvimində ilin birinci ayıdır. 31 gündən ibarətdir.
Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma allahı
Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin
on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı
olmuşdur.
Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir.
Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı" deməkdir.
Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar
ayında kəşf etmələri durur.
Milli ədəbiyyat
Nasir, ssenarist, publisist İbrahimov Sadıq Qurban oğlunun (Sadıq
Elcanlı) (12.01.1956) anadan olmasının 55 illiyi
Şairə Ələkbərzadə Mədinə Nurulla qızının (Mədinə Gülgün)
(17.01.1926-17.02.1991) anadan olmasının 85 illiyi
Nasir, publisist, tərcüməçi Afiyət Məmmədrza Abdulla oğlunun
(Mərəndi) (22.01.1926-12.05.1995) anadan olmasının 85 illiyi
Əməkdar elm xadimi, ədəbiyyatşünas, tənqidçi Dadaşzadə Araz
Məmməd oğlunun (30.01.1936-04.11.1990) anadan olmasının 75 illiyi
Xarici ədəbiyyat
Litva yazıçısı, Əməkdar incəsənət xadimi Ventslova Antanasın
(07.01.1906-28.06.1971) anadan olmasının 105 illiyi
Amerika yazıçısı London (Qriffit) Cekin (12.01.1876-22.11.1916)
anadan olmasının 135 illiyi
Ukrayna yazıçısı, şərqşünas, akademik Krımski Aqafangel Yefimoviçin
(15.01.1871-25.01.1942) anadan olmasının 140 illiyi
5
Rus yazıçısı Saltıkov-Şedrin Mixail Yevqrafoviçin (27.01.1826-
10.05.1889) anadan olmasının 185 illiyi
Fransız yazıçısı, ictimai xadim, alim-musiqişünas Rollan Romenin
(29.01.1866-30.12.1944) anadan olmasının 145 illiyi
Tarixi günlər
Yeni il bayramı (01.01.)
Ümumxalq Hüzn Günü (20.01. 1990)
Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzvlüyə
qəbul olunmasının (25.01.2001) 10 ili
Gömrük İşçiləri Günü (29.01.1992)
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Kərimov Elgiz Kərim oğlunun
(05.01.1971-12.03.1992) anadan olmasının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Ramazanov Şamil Ağasəf oğlunun
(19.01.1976-17.03.1995) anadan olmasının 35 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Nəsirov Yalçın Canhəsən oğlunun
(23.01.1976-24.03.1995) anadan olmasının 35 illiyi
Tarix
Əməkdar elm xadimi, tarixçi, şərqşünas Əlizadə Əbdülkərim Əli
oğlunun (11.01.1906-03.12.1979) anadan olmasının 105 illiyi
Görkəmli tarixçi, tarix elmləri doktoru Aşurbəyli Sara Balabəy qızının
(27.01.1906-17.07.2001) anadan olmasının 105 illiyi
Mədəniyyət. Maarif. Təhsil
Publisist, pedaqoq, tədqiqatçı alim Hacıyev Aydın Səfər oğlunun
(10.01.1936) anadan olmasının 75 illiyi
Amerika maarifçisi, dövlət xadimi, alim Franklin Bencaminin
(17.01.1706-17.04.1790) anadan olmasının 305 illiyi
6
Riyaziyyat. Fizika
Əməkdar elm və texnika xadimi, riyaziyyatçı, mexanik Xəlilov Zahid
İsmayıl oğlunun (14.01.1911-04.02.1974) anadan olmasının 100 illiyi
Əməkdar elm xadimi, riyaziyyatçı Həbibzadə Əmir Şamil oğlunun
(23.01.1916) anadan olmasının 95 illiyi
Fransız riyaziyyatçısı və mexaniki Laqranj Jozef Luinin (25.01.1736-
19.04.1813) anadan olmasının 275 illiyi
Mühəndis işi. Texnika
Əməkdar elm və texnika xadimi, neft-mədən işləri sahəsində alim
Tağıyev Əyyub İsmayıl oğlunun (27.01.1911-17.01.1966) anadan
olmasının 100 illiyi
Biologiya. Kimya
Əməkdar həkim, mikrobioloq-immunoloq Mahmudbəyova
Məryəm Fərəməz qızının (02.01.1921-1992) anadan olmasının
90 illiyi
İqtisadiyyat
Əməkdar elm xadimi, iqtisad elmləri doktoru Vəliyev Teymur
Süleyman oğlunun (15.01.1926-2002) anadan olmasının 85 illiyi
Teatr. Kino
Xalq artisti Dadaşov Rafael Məlik oğlunun (04.01.1946) anadan
olmasının 65 illiyi
Rus aktyoru, Xalq artisti Kryuçkov Nikolay Afanasyeviçin
(06.01.1911-13.04.1994) anadan olmasının 100 illiyi
Xalq artisti, kinorejissor Quliyev Eldar Tofiq oğlunun (18.01.1941)
anadan olmasının 70 illiyi
7
Əməkdar artist Məmmədov Sabir Novruz oğlunun (24.01.1961)
anadan olmasının 50 illiyi
Musiqi
Əməkdar artist, müğənni Səfurə Əziminin (06.01.1946-
27.11.2001) anadan olmasının 65 illiyi
Kamança ifaçısı, sənətşünaslıq doktoru İmrani Rafiq Hüseyn oğlunun
(23.01.1951) anadan olmasının 60 illiyi
Avstriya bəstəkarı Motsart Volfqanq Amadeyin (27.01.1756-
05.12.1791) anadan olmasının 255 illiyi
Fəlsəfə
Filosof,
akademik Aslanov Aslan Məmməd oğlunun (01.01.1926-
23.08.1995) anadan olmasının 85 illiyi
Kitabxana işi. Kitabxanaşünaslıq
İlk sahəvi kitabxanalardan Respublika Elmi Kənd Təsərrüfatı
Kitabxanasının yaradılmasının (21.01.1921) 90 illiyi
8
Maraql
ı
Təqvimin yaranma tarixindən
İndiyə qədər hər bir kə-
sin istifadə etdiyi təqvim
insanlığın ən vacib ixti-
ralarından biridir. Dünya-
da hər il küllü miqdarda,
müxtəlif ölçüdə, müxtəlif
mövzuda təqvimlər bu-
raxılır. Onlar böyük və kiçik ölçülü, parça, plastik,
kağız əsaslı, ucuz və bahalı olurlar. Həftəlik və
birgünlük təqvimlər hər menecerin stolüstü iş aləti,
kiçik cib təqvimi isə hər kəsin yol yoldaşıdır. Biz
müxtəlif təqvimlərə baxarkən hec düşünmürük ki,
onlar necə yaranmışdır. Buradakı ayları, günləri kim
yaratmış, tərtib etmişdir. Halbuki, təqvim yaranıb
müasir dövrdəki formalara gəlib çatana qədər müəy-
yən təkamül yolu keçmişdir.
“Kalendar” sözünün yaranması qədim Roma
dövrlərinə təsadüf edir. O vaxt hər ayın birinci
gününü “kalenda” adlandırırdılar ki, o da borcların
qurtarılması günü idi. Borclar haqqında bütün
məlumatlar xüsusi kitabda-kalendarlarda öz əksini
tapırdı. O, vaxtdan bu söz kiçik dəyişikliklərlə bütün
dünya xalqlarının dilində işlənməyə başlandı.
Bu gün hamımızın istifadə etdiyimiz təqvimin
tarixi çox qədimlərə - daş dövrünə gedib çıxır. Hələ
daş dövründən insanlar başa düşürdülər ki, onların
həyatı bir çox faktorlardan, o cümlədən, təbiətin fəsil
dəyişikliklərindən asılıdır. Bir gün o birisi ilə əvəz-
lənir, günəş hər gün üfüqə qalxır, lakin dünənki kimi
yox, bir qədər fərqli surətdə. Ay Yer ətrafında ciddi
qaydada fırlanaraq həcmcə gah böyüyür, gah kiçilir.
İsti yay günlərini yağışlı
payız, payızı qış, qışı bahar
əvəz edir. Sonra yenə yay,
payız, qış, yaz...
Adamlar həmişə göydə
nələrin baş verməsilə ma-
raqlanmışlar. Astronomik
işarələr əsasında müxtəlif
xalqlar özünün vaxt hesab-
lamaları sistemini yaradır-
dı. İndiyə qədər şumerlərin
gildən hazırlanmış təqvim-
ləri mayya indularının daş,
qədim misirlilərin papirus,
qədim çinlilərin kağız və
ipək üzərində həkk edilmiş
təqvimləri hazırkı dövrə qə-
dər gəlib çatmışdır. Bir sıra
xalqların təqviminin əsasını
Günəşin, Ayın hərəkəti, di-
gərlərini isə hər ikisinin
hərəkəti təşkil edirdi. Belə-
cə Günəş, Ay və Ay-Günəş
təqvimləri yarandı. Lakin
bunların heç biri tam dəqiq
olmurdu. Ona görə də təq-
vimi daim təkmilləşdirir-
dilər.
İlk dəfə vaxtın hesab-
lanması sistemi Yaxın Şərq
ölkələrində yaranmışdır.
9
Şumer münəccimləri ilk olaraq hesablamışlar ki, iki
yeni ayların arasındakı vaxt 29,5 gün olur. Bu, vaxtın
yeni hesablanmasının təməlini qoydu. Yəni, Ayın Yer
ətrafında dövr etməsi üzrə hesablanan vaxt Ay
təqvimi kimi qəbul edildi. Şumerlərin ay təqvimində
12 ay olurdu. Hər yeni il yazdan, səmada ilk ayın
görünməsindən hesablanırdı.
Vavilon astronomları ili 12 ay hesablayaraq hər
ili növbə ilə 29, 30 günə ayırırdılar. Bu təqvim üzrə
hər il 354 gün, yəni əslində olduğundan 11 gün az
ayın axırından hesablanırdı. Yalnız yeni eranın VI
əsrindən qəbul edilən günləri ayın əvvəlindən hesabla-
mağa başladılar.
Çin təqvimi də dünyanın ən qədim təqvimlərin-
dən biridir. Bizim eradan 6 əsr əvvəl Çində 19 illik
Çjan təqvimi qəbul etmişdilər. Ay təqviminə görə
onda 228 ay, Günəş təqvimi üzrə 235 ay hesab
edilirdi. Lakin bu təqvim də dəqiq deyildi. Ona görə
bu təqvimlər 50 dəfədən artıq dəqiqləşdirilmişdir.
Bizim əsrdən 3 əsr əvvəl bir ili 24 fəsilə bölürdülər.
24 fəsildən ibarət olan təqvim dövrümüzə qədər gəlib
çatmışdır.
İndiyə qədər Çin təqvimində daha bir əlamət
mövcuddur. Bu illərin müəyyən bir heyvanın adı ilə
bağlanmasıdır ki, avropalılar da bunu qəbul etmişlər.
20 əsr əvvəl 12 heyvanın adı ardıcıl olaraq müvafiq
illərə aid edilir.
Bütün təqvimlərin bir-birinə bənzədiyinə bax-
mayaraq, hamı üçün vahid təqvim yox idi. Ona görə
də, təqvimdə dəyişiklik yaratmaq lazım idi. Belə bir
dəyişikliyi yeni eradan 46 il əvvəl Qay Yuli Sezar
həyata keçirdi. Yeni Günəş təqvimini öz dövrünün ən
böyük astronomu Sozigen yaratdı. Öz təqviminin
əsasını Günəşin ulduzlar arasındakı yerdəyişməsindən
götürdü ki, bu zaman hər il 365 gün, dörddə bir sut-
kadan ibarət olurdu. Sozugen hesabladı ki, 3 il ardıcıl
olaraq 365 gün, dördüncü il isə 366 gün olur. İli 12
aya bölür və bir sutkanı çıxırdı. Hər yeni il yanvarın
1-dən hesablanırdı. Sayılarkən tək aylar 31, cüt aylar
isə 30 gün hesab edilirdi. Fevral ayı isə qısa ay hesab
edilərək 29 gün olurdu. Yeni eradan əvvəl 45-ci ildən
yeni Günəş təqvimi tətbiq
edilməyə başlandı. Roma
senatı bu münasibətlə Yuli
Sezara təşəkkür etdi. Və
onun şərəfinə ayların birini
“kvintilius yulies” (iyul),
təqvimi isə “Yulian”
təqvimi adlandırdı. Bu təq-
vim indiyə qədər mövcud
olan müasir təqvimin əsa-
sını qoydu. Yulian təqvimi
romalıların zəbt etdikləri
bütün yerlərdə tətbiq edi-
lirdi. Yeni eranın 325-ci
ilində Nikes şəhərində keçi-
rilmiş xristian kilsələrinin
tədbirində Yulian təqvimi
bütün xristian dünyası üçün
qəbul edildi. Xristianlıq ya-
yıldıqdan sonra vaxt dün-
yanın yaradılması dövrün-
dən hesablanmağa başlandı.
Bibliyada göstərilirdi ki,
dünya İisus Xristosun ana-
dan olduğu gündən 5508 il
əvvəl yaranmışdır. XVI əsr-
dən başlayaraq İisus Xristo-
sun həyata gəldiyi dövrdən
əvvəlki vaxt yeni eradan
əvvəl, sonrakı vaxt isə yeni
era hesab edilir. Bu zaman
yeni eradan əvvəlki illər
çoxdan aza, yeni eradan
sonrakı illər isə azdan çoxa
doğru hesablanır. Rusiyada
da bu təqvim I Pyotrun
əmri ilə o dövrə qədər he-
sablanan 7209-cu il 1700-
cü illə əvəz edildi, yeni il
isə yanvarın 1-dən başlandı.
10
Lakin haqqında danışılan bütün təqvimlərdə bu
və digər dərəcədə müəyyən nöqsanlar mövcud idi. Bu
nöqsanları aradan qaldırmaq üçün Papa XII Qriqori
1582-ci ildə ən görkəmli italyan astronomu və riya-
ziyyatçılarından ibarət komissiya yaradır. Astronom-
lar təyin edirlər ki, hər 400 ildən bir Yulian təqvimin-
də 3 gün əlavə vaxt qalır. Onlar qərara alırlar ki, hər 4
əsrdən bir bu üç günü hesabdan silsinlər. Bu yeni təq-
vim Papa XII Qriqorinin şərəfinə “Qriqorian” təqvimi
adlandırıldı. Hal-hazırda bütün xristian dünyası Qri-
qorian təqvimindən istifadə edir.
Müsəlman ölkələrinə gəldikdə, indiyə qədər ora-
da vaxt Ay təqvimi ilə hesablanır. Müsəlman Ay təq-
vimində illər Günəş təqvimindən qısa olur. Bu təq-
vimdə yaz, yay, payız və
qış fəsilləri ayrılmır. İllər
Məhəmməd Peyğəmbərin
(s.ə.s.) Məkkədən Mədinə-
yə köçdüyü vaxtdan - yeni
eranın 12 iyul, 622-ci ilin-
dən başlanır. Avropa təqvi-
minə çevirmək üçün müsəl-
manlar xüsusi cədvəldən
istifadə edirlər.
Beləliklə, hamının tanı-
dığı, istifadə etdiyi təqvim
dəfələrlə təkmilləşdirilərək
müasir səviyyəyə çatmışdır.
Ədəbiyyat
Xalq təqvimi //Azərbaycan etnoqrafiyası: üç cilddə.-Bakı: Şərq-Qərb, 2007.- C.3.-
S.507-538.
Qasımova, Ü. Təqvimin yaranma tarixindən //Kitabxana.az.-2008.- №1.- iyun.-
S.40-41.
İnternetdə
www.astro.aznet. org
www.bakllar. az
www.xazar. com
www.rambler. ru
Nailə Alışova
11
Yaponiyada və digər Şərq ölkələrində qəbul edilmiş təqvimə əsa-
sən 12 illik tsikl daxilində hər bir il müəyyən heyvan işarəsi altında
keçir. Müəyyən ildə dünyaya gəlmiş adam bir sıra fitri xassələrə
malik olur və taleyi bu xassələrdən asılı olur. Şərqdə çox məşhur
olan bu təqvimə əsasən 2011-ci il Pişik (dovşan) ilidir.
Pişik həmişə pəncələri üstünə yıxılır. Xoşbəxtdir. İstedadlıdır,
müəyyən dərəcədə şöhrətpərəstdir, yaxşı yoldaşdır, təvazökar, təmkinli, incə qəlbli,
xeyirxahdır. Bunu hamı bilir. Yaxşı danışır, özünə qiymət verməyi bacarır. Pişik
dayaz adamdır və onun ən yaxşı keyfiyyətləri də dayazdır. O, cəmiyyəti sevir,
cəmiyyət də onu sevir. Kübar məclisləri xoşlayır və bəzən qeybət qırır, bunu incəlik,
ustalıq və ehtiyatla edir.
Qonaq-qara xoşlayır, evində hər işini incə bir zövqlə görür. Kübar adamdır.
Bəziləri onu ədabaz adlandıra bilər. Xırdaçı və vasvasıdır.
Pişik mühafizəkardır. Həyatını sarsıda bilən, gərginlik yaradan hər şeyə nifrət
edir. Hər şeydən çox rahatlığa və təhlükəsizliyə can atır. Hərtərəfli götür-qoy
etmədən bir addım da atmır. Belə ehtiyatlı olduğuna görə adamlar ona heyran qalır
və ehtiyat edirlər.
Maliyyə cəhətdən həmişə xoşbəxtdir. İşdə diribaş və çevikdir, onunla müqavilə
imzalayan heç vaxt büdrəməz. Yaxşı möhtəkirdir, fürsəti əldən verməmək istedadı
vardır. Uzun sözün qısası, sakit və dinc Pişik işgüzar bir adam kimi təhlükəlidir. Ti-
carətdə müvəffəqiyyət qazanacaqdır. Yaxşı zövqə malikdir və əntiqfürüş mağazası-
nın sahibi ola bilər. Hüquqçu (vəkil, notarius) və ya diplomat ola bilər, bu şərtlə ki,
həyatı təhlükəyə məruz qalmasın.
Əgər müstəsna vəziyyətlərə, dramatik hadisələrə, aşılmaz maneələrə rast gəlmə-
sə, Pişiyin həyatı sakit keçəcəkdir. Müharibələr, inqilablar, fəlakətlər onun işi deyil-
dir, düşmən olmaq onun xoşuna gəlmir. Müqavimət göstərməsə, ağlı başından çıxa
bilər, intihar edə bilər, yaxud əldən düşüb vətəni tərk edə bilər.
Sevdikləri adamlarla incə rəftar edirlər. Lakin yaxın qohumları ilə cox nadir hal-
larda yaxın munasibət saxlayırlar.
Ədəbiyyat
Pişik (dovşan) //Ulduz falları: Ensiklopediya lüğəti.-Bakı, 1991.-S.61.
Nailə Alışova
2011
Ş ərq T əqvimi Pişik (Dovşan) ili
12
Aslan Məmməd oğlu Aslanov
1926-cı il yanvar ayının 1-də Ağstafa
şəhərində anadan olmuşdur. Ağstafa
Dəmiryol orta məktəbini bitirdikdən
sonra orada müəllim saxlanmışdır.
1942-ci ildə ADU-nun (indiki
BDU) Fizika-riyaziyyat fakültəsinin
qiyabi şöbəsinə daxil olmuşdur. 1945-ci ildə ADU-
nun Tarix fakültəsinin Fəlsəfə şöbəsinə dəyişilmişdir.
Sonra onu Fəlsəfə kafedrasında müəllim saxlamışlar,
Filologiya fakültəsinin tələbələrinə estetika və tarixi
materializm fənnindən mühazirələr oxumuş, həm də
qiyabi aspiranturada təhsil almışdır. 1953-1954-cü
illərdə eyni zamanda “Lenin tərbiyəsi uğrunda”
çoxtirajlı universitet qəzetinin redaktoru olmuşdur.
1958-ci ildə fəlsəfə üzrə namizədlik dissertasiyası
müdafiə etmiş, 1962-ci ildə dosent vəzifəsində
işləmişdir. 1961-1980-ci illərdə ADU-nun (indiki
BDU) Estetika və etika kafedrasına rəhbərlik etmişdir.
1977-1987-ci illərdə M.A.Əliyev adına Azərbay-
can Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU)
rektoru vəzifəsində işləmişdir.
1987-1989-cu illərdə Azərbaycan EA Fəlsəfə, hü-
quq və iqtisad elmləri bölməsinin akademik katibi
əvəzi, 1989-cu ildən akademik katibi seçilmişdir. Ey
ni zamanda 1987-ci ildən
1995-ci ilədək Azərbaycan
Respublikası EA-nın Fəlsə-
fə Hüquq İnstitutunun di-
rektoru vəzifəsində çalış-
mışdır. “Azərbaycan kom-
munisti” jurnalı redaksiya
heyətinin, SSRİ Elmlər
Akademiyası Rəyasət He-
yətinin nəzdində olan Este-
tika Şurasının və ADU-nun
Fəlsəfə elmləri üzrə ixtisas-
laşmış şurasının üzvü seçil-
mişdir.
“SSRİ-nin Ali təhsil
əlaçısı”, “ADR Ali təhsil
əlaçısı” və digər medallarla,
Azərbaycan SSR Ali Sove-
tinin Rəyasət Heyətinin
Fəxri fərmanı ilə təltif edil-
mişdir.
1995-ci il avqustun 23-
də Bakıda vəfat etmişdir. II
Fəxri Xiyabanda dəfn olun-
muşdur.
Ədəbiyyat
Estetika aləmində /A.Aslanov.- Bakı: Yazıçı, 1987.-248 s.
Nəğməli günlərim /A.Aslanov.- Bakı: Yazıçı, 1985.-177 s.
Nailə Alışova
Yanvar
85 illiyi
Aslan Aslanov
1926-1995
Filosof
1
Dostları ilə paylaş: |