Azərbaycan Milli Kitabxanası


Xоcalı Sоyqırımı günü (26.02.1992)



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   2   3   4   5   6   7   8   9   ...   37

Xоcalı Sоyqırımı günü (26.02.1992)  

Bakıda I Beynəlxalq Türkoloji Qurultayın (26.02-06.03.1926) keçirilmə-

sinin 85 illiyi 

  Milli Qəhrəmanlar 

    Azərbaycanın Milli Qəhrəmanı Kərimov Bəşir Bəylər oğlunun  

    (02.02.1976-17.03.1995) anadan olmasının 35 illiyi 

   Siyasət. Hərbi iş

 

    Xalq qəhrəmanı Şadlinski Abbasqulu bəy Xanbala oğlunun  



    (24.02.1886- 02.1930) anadan olmasının 125 illiyi 

        


Kimya.Biologiya

 

       Görkəmli patanatom, tibb elmləri doktoru Məlikaslanova Püstə 



       Süleyman qızının (02.02.1926) anadan olmasının 85 illiyi 

39 

 Neft 

  Görkəmli neftçi Əliyev Firudin Əli oğlunun (02.02.1936-1983)  

                    anadan  olmasının 75 illiyi 

                    Dövlət mükafatı laureatı, neftçi Qəmbərov Məmməd Mütəllim oğlunun 

                    (15.02.1926) anadan olmasının 85 illiyi 

                     Əməkdar elm xadimi, geoloq, professor Əzizbəyov Şamil Əbdürrəhim  

                    oğlunun (16.02.1906-14.05.1976) anadan olmasının 105 illiyi 

     Mədəniyyət. Maarif. Təhsil   

    Maarifçi,  pedaqoq  Cuvarlı (Cuvarlinski) Cavad Nəcəf oğlunun 

(15.02.1886-1963) anadan olmasının 125 illiyi 

     Mühəndis işi. Texnika 

       Metallurgiya  sahəsində alim, texnika elmləri doktoru, professor 

 

Qasımzadə Nadir Hacı Yusif oğlunun (23.02.1911) anadan olmasının  



100 illiyi 

Dünya  şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı 

Ələsgərzadə Lütfi Rəhim oğlunun (Lütfi Zadə) (04.02.1921) anadan 

olmasının 90 illiyi 



    Fəlsəfə

 

     Ensiklopediyaçı alim Tusi  Nəsirəddin Məhəmməd ibn Həsənin  



 (18.02.1201-  23.06.1274) anadan olmasının 810 illiyi 

  

Teatr.Kino 

  Xalq  artisti  Qədirov  Əliabbas Gülabbas oğlunun (13.02.1946-

08.03.2006) anadan olmasının 65 illiyi 

                    Xalq artisti Hüseynova Sofiya Həsən qızının (17.02.1926) anadan  

                    olmasının 85 illiyi 



40 

Əməkdar incəsənət xadimi, kino rejissoru İsmayılov Həbib  Ələkbər 

oğlunun (21.02.1906-31.12.1966) anadan olmasının 105 illiyi 

Xalq artisti, rejissor Bədəlbəyli  Şəmsi Bədəl oğlunun (23.02.1911-

23.05.1987) anadan olmasının 100 illiyi 

     Musiqi.Opera.Balet 

     Əməkdar mədəniyyət işçisi, bəstəkar Məmmədov Rəşid Rza oğlunun 

     (02.02.1936) anadan olmasının 75 illiyi 

Əməkdar incəsənət xadimi, bəstəkar Quliyev Məmməd Mehdi 

oğlunun (09.02.1936-02.10.2001) anadan olmasının 75 illiyi 

Xalq artisti, tarzən Mansurov Bəhram Süleyman oğlunun 

(12.02.1911-14.05.1985) anadan olmasının 100 illiyi 

Əməkdar incəsənət xadimi, xor dirijoru, İmanova Gülbacının 

(13.02.1956) anadan olmasının 55 illiyi 

Xalq artisti, müğənni İsmayılova Səkinə Qulu qızının (24.02.1956) 

anadan olmasının 55 illiyi 

 Rəssamlıq. Heykəltəraşlıq 

 İtalyan rəssamı Qverçino Querçinonun (əsl adı Covanni Françesko  

 Barbieri) (08.02.1591-22.12.1666) anadan olmasının 420 illiyi 

Rus mənzərə rəssamı, realist mənzərə janrının banilərindən biri Şedrin 

Silvestr Feodosiyeviçin (13.02.1791-08.11.1830) anadan olmasının 

220 illiyi 

Xalq rəssamı, boyakar Mirzəzadə Böyükağa Məşədi oğlunun 

(21.02.1921-03.11.2007) anadan olmasının 90 illiyi 

Əməkdar incəsənət xadimi, boyakar və qrafik Sadıqzadə Oqtay Seyid 

Hüseyn oğlunun (24.02.1921) anadan olmasının 90 illiyi 

 

 



41 

Vətən torpaqları bizi gözləyir!

 

Qan  yaddaşımız

 ! 

 

1988-ci ilin fevral ayından Ermənis-



tanın Azərbaycana təcavüzü, Azərbay-

can torpaqlarının qəsbkar erməni silahlı 

qüvvələri tərəfindən işğalına başlanıl-

mışdır


.

 Еrmənistan Rеspublikası “Hərbi 

münaqişələr zamanı  mədəni sərvətlərin 

qоrunması haqqında” HAAQA Kоnvеn-

siyasının və ”Mədəni sərvətlərin qеyri-

qanuni dövriyyəsi haqqında” Paris Kоn-

vеnsiyasının müddəalarını  kоbudcasına 

pоzaraq Azərbaycanın mədəni sərvətlə-

rini talamaqla məşğuldur. 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul еdil-

miş 822, 853, 874, 884 saylı Qətnamələrində Azərbaycan Rеspublikasının ərazi bü-

tövlüyünün tanınmasına və işğal оlunmuş Azərbaycan ərazilərinin qеyd-şərtsiz azad 

еdilməsi tələblərinə baхmayaraq Еrmənistan Rеspublikası  bu gün də işğalçılıq siya-

sətini davam еtdirir. 

 

Dağlıq Qarabağın (Şuşa, Хankəndi, Хоcalı, Əsgəran, Хоcavənd, Ağdərə, 

Hadrut): işğal tariхi- 1988-1993-cü illər (sah: 4400 kv.km.) оlmuşdur. 

1991-ci il 26 dekabr  Xankəndinin işğalı (sahəsi-926 kv.km, əhalisi-57000)  

1992-ci il 26 fevral  Xocalının işğalı (sahəsi-970 kv.km, əhalisi-11544 nəfər) 

1992-ci il 8 may  Şuşanın işğalı (sahəsi-289 kv.km, əhalisi-28000) 

1992-ci il 18 may  Laçının işğalı (sahəsi-1875 kv.km, əhalisi-65430) 

1992-ci il 2 oktyabr  Xocavəndin işğalı (sahəsi-1458 kv.km, əhalisi-11000) 

1993-cü il 3-4 aprel  Kəlbəcərin işğalı (sahəsi-1936 kv.km, əhalisi-62000) 

1993-cü il 7 iyul  Ağdərənin işğalı (sahəsi-1700 kv.km, əhalisi-47000) 

1993-cü il 23 iyul  Ağdamın işğalı (sahəsi-1094 kv.km, əhalisi-161000) 

1993-cü il 23 avqust  Cəbrayılın işğalı (sahəsi-1050 kv.km, əhalisi-57000) 

1993-cü il 23 avqust  Füzulinin işğalı (sahəsi-1112 kv.km, əhalisi-110000) 

1993-cü il 31 avqust  Qubadlının işğalı (sahəsi-826 kv.km, əhalisi-38000) 

1993-cü il 29 oktyabr  Zəngilanın işğalı  (sahəsi-707 kv.km, əhalisi-42000) 

Azərbaycanın 1988-1994-cü illərdə işğal еdilmiş əraziləri: Cəmi: 13,110 kv.km. 

оlmuşdur. 

 


42 

  

 Ceyhun  bəy  Əbdülhüseyn oğlu 



Hacıbəyli 1891-ci il fevral ayının 2-

də Şuşa şəhərində anadan olmuşdur. 

Ceyhun bəy Hacıbəyli Üzeyir bəy 

Hacıbəylinin kiçik qardaşıdır.  İbti-

dai təhsilini rus-tatar məktəbində al-

mış, orta təhsilini Bakıda tamamla-

mışdır. 

1908-ci ildə “Leyli və  Məcnun” 

operasının yaradılmasında yaxından iştirak etmiş, ilk 

tamaşada iki rolda - İbn Səlam və Nofəl rollarında çı-

xış etmişdir. 

1908-ci ildə Üzeyir bəylə birlikdə Əli bəy Hüseyn-

zadənin müdir olduğu “Səadət” məktəbində müəllim 

işləmişdir. 

1909-cu ildə Ceyhun bəy Hacıbəyli milyonçu-xey-

riyyəçi Murtuza Muxtarovun vəsaiti ilə Peterburq 

Universitetinin hüquq fakültəsinə daxil olmuş, oradan 

Parisə gedərək, Sorbonna Universitetində oxumuşdur. 

Ceyhun Hacıbəylinin Parisdən göndərdiyi məqalələr 

Bakıda rus dilində çıxan qəzetlərdə dərc olunmuşdur. 

O, 1909-cu ildə “Bakı” qəzetində  dərc olunmuş 

“Müsəlmanlar və incəsənət” məqaləsində dövrün ak-

tual məsələlərinə toxunmuşdur. Ceyhun Hacıbəyli 

“Leyli və Məcnun” operasının yaranması və ilk tama-

şası haqqında Fransa mətbuatında çıxış etmiş, bu barə-

də Qərbi Avropa xalqlarına geniş məlumat vermişdir. 

Onun 1905-1910-cu illər Azərbaycan mətbuatı tari-

xinə dair məqaləsi “Aziatik revyü” jurnalında çap 

edilmişdi. Bu məqalə də xalqımızın mədəniyyətini  

 

 



öyrənən Qərbi Avropa 

alimləri üçün istiqamətverici 

mənbə rolunu oynamışdır. 

1916-cı ildə ali təhsilini 

başa vurub Bakıya qayıdan 

Hacıbəyli mühərrirliklə 

məşğul olmuş, doğma xal-

qının acınacaqlı  vəziyyəti 

haqqında mətbuat səhifələ-

rində çoxlu məqalələr dərc 

etdirmişdir. Məqalələrini, 

əsasən, “C.Dağıstani” tə-

xəllüsü ilə yazmışdır. 

1919-cu ildə Parisdə 

Ceyhun Hacıbəylinin fran-

sız dilində  “İlk müsəlman 

Respublikası Azərbaycan” 

adlı kitabı çapdan çıxmış-

dır. Həmin ildə Ceyhun Ha-

cıbəylinin Parisdə “Revyü 

de Monde müsülman” jur-

nalında 1918-ci ildə Bakı-

da, eləcə  də  Şamaxı, Kür-

dəmir və Xaçmazda erməni 

-daşnak quldur dəstələrinin 

azərbaycanlı əhalini kütləvi 

şəkildə qırmasını kəskin if-

şa edən məqaləsi çap olun-

muşdur. O, Parisdə “Fran-

sa-Qafqaz” komitəsinin işi-

nə  cəlb edilmişdi. Ceyhun 

 

Fevral  



 

120 illiyi 

 

Ceyhun  Hacıbəyli   



1891-1962 

 

 

 



İctimai xadim 



43 

Hacıbəyli 1920-ci il aprel inqilabından sonra Vətənə 

dönə bilməmiş, Parisdə qalmağa məcbur olmuş, öm-

rünü mühacirətdə başa vurmuşdur. Parisdə Azərbay-

can mədəniyyətinin təbliği yönündə  qızğın fəaliyyət 

göstərmişdi. 1920-ci ilin əvvəllərində Üzeyir Hacı-

bəylinin “Arşın mal alan” musiqili komediyasını fran-

sız dilinə tərcümə etmiş və əsər həmin il tamaşaya qo-

yulmuşdur. 

1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriy-

yəti dövründə Hacıbəyli Cümhuriyyət hökumətinin 

rəsmi orqanı olan “Azərbaycan” qəzetinin redaktorla-

rından biri olmuşdur. Həmin ildə Paris sülh konfran-

sında iştirak etmək üçün Azərbaycan Xalq Cümhuriy-

yəti nümayəndə heyətinin tərkibinə müşavir kimi 

“Azərbaycan” qəzetinin redaktoru Ceyhun Hacıbəyli 

də daxil edilmişdi. 

1922-1923-cü illərdə çap etdirdiyi “Ümumi yeni-

dənqurma problemində Azərbaycanın iqtisadi bərpa-

sı”  əsərində Ceyhun Hacıbəyli təbii sərvətlərdən sə-

mərəli istifadə edilməklə Azərbaycanın müstəqil iqti-

sadi inkişafı ideyasını əsaslandırmışdır. 

Ceyhun bəy Hacıbəyli ömrünün son illərində 

SSRİ-ni öyrənən institutun Parisdə fransızca  nəşr et-

diyi “Qafqaz” jurnalının Azərbaycan bölməsində ge-

dən yazıların redaktəsi ilə məşğul olmuşdur. 1959-cu 

ildə həmin institutun xətti ilə Münhendə Ceyhun Ha-

cıbəylinin “Azərbaycanda islam əleyhinə  təbliğat və 

onun metodları” əsəri çap olunmuşdur. 

Ceyhun Hacıbəylinin 

şəxsi fondunu YUNESKO-

nun  əməkdaşı Ramiz Abu-

talıbov böyük zəhmət və 

çətinliklər bahasına topla-

mış  və Azərbaycana gətir-

mişdir. Həmin materiallar 

hazırda Salman Mümtaz 

adına Respublika Dövlət 

Ədəbiyyat və İncəsənət Ar-

xivində mühafizə olunur. 

Adı Azərbaycanın azad-

lıq tarixinə  qızıl hərflərlə 

yazılan Ceyhun Hacıbəyli 

mühacirətdə yaşadığı bütün 

dövrdə  əqidə  və amalından 

dönməmiş, son nəfəsinədək 

sovet imperiyası ilə ideoloji 

mübarizə aparmış, Azər-

baycanın müstəqilliyi üğ-

runda bacarığını  əsirgəmə-

mişdir. 

İctimai xadim, istedadlı 

jurnalist Ceyhun bəy Hacı-

bəyli 22 oktyabr 1962-ci il-

də  vəfat etmişdir. Onun 

qəbri Parisdədir. 



Ədəbiyyat 

Hacıbəyli Ceyhun  //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: 2 cilddə.-

Bakı, 2004.- C.1.- S.403. 

Cəfərov, T. Ceyhun Hacıbəyli /T.Cəfərov,  Ş.Əhmədova, Ç.Məmmədova 

//Məktəblinin ədəbiyyat lüğəti.- Bakı, 2007.- S.61. 

Rus dilində 

Гаджибеков, Дж.  Гаджи Керим: (Этюды из жизни закавказских мусульман) 

/сост.и авт.предисл. А.Таиров.- Баку: Азернешр, 1995.-35 с. 

İnternetdə 

www.adam.az 

www.az.wikipedia.org 

                                                                              Samirə Eminova 



44 

 

 



   Bəşir Bəylər oğlu Kərimov 1976-

cı il fevral ayının 2-də Füzuli rayo-

nunun Qacar kəndində dünyaya göz  

açmışdır. 1983-cü ildə  kənd orta 

məktəbinin birinci sinfinə getmiş, 

1991-ci  ildə  səkkizinci sinfi bitirə-

rək, Füzuli şəhərindəki texniki-peşə 

məktəbində  təhsilini davam etdir-

mişdir. O, doğma kəndinin  müdafiəsi üçün  daim əs-

gərlərlə birgə postlarda olur, ərzaq və patron daşınma-

sında onlara yaxından kömək edirdi. 1993-cü ilin ap-

rel ayında Qacar kəndi işğal olunarkən Bəşir də döyüş 

yoldaşları ilə birlikdə erməni yaraqlılarına qarşı igid-

liklə vuruşurdu. B. Kərimov Qacar kəndinin işğalın-

dan sonra ailəsi ilə birgə Dilagarda kəndində məskun-

laşdı. Sən demə, qaçqınlıq həyatı onun alnına yazılıb-

mış, 1993-cü ilin avqustunda Füzuli rayonu işğal 

olundu. Bundan sonra onlar İmişli rayonunun Yalavac 

kəndindəki texniki-peşə məktəbinin binasında sığına-

caq  tapmağa məcbur oldular. Doğma yerlərin işğalı 

ona rahatlıq vermirdi. O, daim cəbhəyə can atırdı. 

B.Kərimov 1994-cü il may ayının 19-da Beyləqan ra-

yon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıraları-

na çağrıldı. 

   Hərbi xidmətini Pirəküşküldəki hərbi hissədə başla-

dı. Sonra, 3-4 oktyabr 1994-cü il hadisələri zamanı 

Gəncədə 777 saylı hərbi hissədə qulluq etdi. 

    1995-ci  il  mart  ayının 

13-17-də düşmən dəyirma-

nına su tökən bir qrup vəzi-

fə hərislərinin başçılıq etdi-

yi silahlı dəstə Bakıda döv-

lətçiliyimizi  təhlükə altın-

da qoydu. Dövlət tərəfindən 

onlara silahı yerə qoymaq 

təklif olundu. Lakin silahlı 

dəstə  əmrə tabe olmadı, 

qarşıdurma yarandı, qardaş 

qanı axıdıldı. B. Kərimov 

da döyüş  dostları kimi 

dövlətçiliyimizin müdafi-

əsinə qalxdı. Bu qarşıdur-

mada onun gənc ömrü qırıl-

dı. 


   Subay idi. 

   Azərbaycan Respublikası 

Prezidentinin 4 aprel 1995-

ci il tarixli 307 saylı Fərma-

nı ilə Kərimov Bəşir Bəylər 

oğluna ölümündən sonra 

“Azərbaycanın Milli Qəh-

rəmanı” fəxri adı verilmiş-

dir. 

      


 

Fevral  


 

35 illiyi 

 

Bəşir  Kərimov  



1976-1995 

 

 



 

Milli 


Qəhrəman 



45 

      Bakı  şəhərinin  Şəhidlər Xiyabanında dəfn  edil-

mişdir. 

 

 

Ədəbiyyat 

 

Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Kərimov Bəşir Bəylər 

oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət 

quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi 

cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə]: 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.-

1995.- 5 aprel.- S.1.(Ölümündən sonra). 

 

Əsgərov, V. Kərimov Bəşir Bəylər oğlu /V.Əsgərov //Azərbaycanın Milli 



Qəhrəmanları.- Bakı, 2005.- S.109. 

Kərimov Bəşir Bəylər oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.110. 

Kərimov, B. Qəhrəman oğullarla fəxr edirik: [Atası  və qardaşının Azərbaycan 

Respublikası Prezidenti Heydər Əliyevə təşəkkür məktubu] /B.Kərimov,  Q.Kərimov 

//Azərbaycan.- 1995.- 14 aprel.- S.3. 

 

         Saqibə Mehrəliyeva 

 

 



 

Bu ki, vətən yürüşüdü, 

Bu ki, qeyrət vuruşudu, 

Bu ki, namus döyüşüdü 

Qurban gedən oğul varsa, 

Ana yurdun bu sabahla 

görüşüdü. 

...Vətən yoxsa, torpaq yoxsa, 

yaşamağın yeri nədir?! 

Ulu tanrım! 

Sən şərəfli ölümlərə 

öyrət məni. 

Sonra, sonra, 

Torpağımın sabahında, 

Öz qanımdan göyərt məni!. 

 

Musa Yaqub 



46 

 

 

     Lütfi Rəhim oğlu Ələsgərzadə (Lüt-



fi Zadə) 1921-ci il fevral ayının 2-də  

Bakıda ziyalı ailəsində dünyaya gəl-

mişdir. Onun atası I Dünya müharibəsi 

illərində Cənubi Azərbaycanın Ərdəbil 

şəhərindən Bakıya gəlmiş və burada ai-

lə qurmuşdur. Lütfi Bakıda 16 saylı 

məktəbdə təhsil almışdır. 

1932-ci ildə keçmiş Sovetlər dövründə  İran və-

təndaşları olan azərbaycanlıların ya Sovet Azərbayca-

nında qalıb buranın vətəndaşlığını qəbul etmək, ya da 

ölkəni dərhal tərk edib getməklə  əlaqədar çıxarılan 

qərardan sonra Ələsgərzadələr ailəsi Bakını tərk edə-

rək Tehrana köçmüşlər. Balaca Lütfi o vaxt rusdilli 

məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdük-

dən sonra təhsilini amerikalıların Albors missioner 

məktəbində davam etdirmiş, bu məktəbdə böyük alim 

ilk dəfə olaraq Amerika xalqı, Amerika elmi və mədə-

niyyəti haqqında məlumat əldə etmişdi. Lütfi Zadə or-

ta təhsilini tamamladıqdan sonra Tehran Universiteti-

nin Elektrik Mühəndisliyi fakültəsinə daxil olmuş, 

onun Amerika həyatı isə 1944-cü ildən başlamışdır. 

Lütfi Zadə Tehran Universitetini böyük uğurla 

başa vurduqdan sonra Amerika Birləşmiş  Ştatlarına 

gəlmiş  və  təhsilini Massaçusets Texnologiya İnstitu-

tunda davam etdirmişdir. 1947-ci ildə valideynlərini 

də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya 

Universitetində çalışırdı. O, 1948-ci ildə Kolumbiya 

Universitetində elektron mühəndisliyi üzrə magistr, 

1957-ci ildə isə professor 

dərəcəsi almışdır. Həmin 

vaxt Lütfi Zadə  məşhur 

alim, kibernetikanın atası 

hesab olunan Norbert Vine-

rin tövsiyəsilə Kaliforniya-

ya, bu ştatdakı Berkli Uni-

versitetinə  gəlmiş, bu günə 

qədər də Berkli Universite-

tinin professoru olaraq qa-

lır. O, bu ali təhsil müəssi-

səsinin ömürlük professoru 

seçilmiş yeganə şəxsdir. 

    Bu  gün  dünya  elminə 

Lütfi Zadənin 5 mühüm nə-

zəriyyəsi məlumdur. Hazır-

da onlar elm və istehsalatda 

geniş  şəkildə  tətbiq olunur. 

Lütfi Zadəyə dünya şöhrəti 

qazandıran, onun dünya el-

mində inqilab hesab olunan 

qeyri-səlis məntiq (ingilis-

cə: Fuzzy Logic, rusca: Не-

четкая Логика, türkcə: Bu-

lanık Mantık) nəzəriyyəsi-

dir. Aparıcı dünya şirkətlə-

rinə inanılmaz məbləğdə 

gəlir gətirən bu nəzəriyyə 

1965-ci ildə  işlənib ha-

 

Fevral  



 

 

90 illiyi 



 

Lütfi Zadə  

1921 

 

 



 

Alim 




47 

zırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi 

ictimaiyyəti tərəfindən qəbul edilməsə  də, ötən  əsrin 

80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş 

və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qəra-

rına gəlmişlər. L.Zadə  nəzəriyyəsinin tətbiqi gündo-

ğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yapo-

niyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, 

“Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkət-

ləri qeyri-səlis məntiq texnologiyasından foto və vide-

okameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi 

təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, 

sənaye proseslərinin idarə olunmasında geniş istifadə 

edirlər. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzə-

riyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın 

elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” 

mükafatı ilə  təltif olunub. Amerikalılar gec də olsa, 

L.Zadə nəzəriyyəsinin qiymətini anlamağa, ondan ya-

rarlanmağa başlamışlar. Bu gün bu nəzəriyyə Ameri-

kanın “General Motors”, “General Electric”, “Moto-

rola”, “Dupont”, “Kodak” və başqa  şirkətləri tərəfin-

dən istehsalatda geniş tətbiq olunur. 

L.Zadə eyni zamanda “Təəssüratlar nəzəriyyəsi”, 

“Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompyuter nə-

zəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dün-

ya elminin inkişafında, onun yeni əsaslar üzərində qu-

rulmasında mühüm rol oynamış elmi kəşflərin müəlli-

fidir. L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən 

alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlə-

rinə 36000-dən çox istinad edilmişdir. L.Zadə bir çox 

xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda 

mötəbər cəmiyyətlərin və fondların mükafatlarına la-

yiq görülmüş, medallarla təltif edilmişdir. O, onlarla 

xarici dövlət və ictimai təş-

kilatların fəxri doktorudur, 

amma professor Lütfi Zadə 

şəxsiyyətini, Lütfi Zadə  əl-

çatmazlığını müəyyən edən 

bu mükafatlar deyil, bir 

ömürdə beş elmi nəzəriyyə 

yaratması, dünya elmində 

inqilabi çevriliş edib onun 

ümumi mənzərəsini dəyiş-

dirməsi ilə xarakterizə olu-

nur. 

Böyük alim Azərbay-



canda çox az yaşasa da, Və-

təndə onu heç vaxt unutma-

mışlar. Lütfi Zadə haqqında 

“Müasir elmin korifeyi” 

(müəlliflər - Fərhad Tağı-

yev, Şamxəlil Məmmədov), 

“Dünya dahilərsiz yaşaya 

bilmir” (müəllif-Möhbəd-

din Səməd) adlı kitablar ya-

zılmış, “Uzaq və yaxın Lüt-

fi Zadə” (quruluşçu rejisso-

ru - Oqtay Babazadə, sse-

nari müəllifi - Möhbəddin 

Səməd) adlı  sənədli film 

çəkilmiş, Lütfi Zadə irsi və 

Süni  İntellekt Assosiasiya-

sı, Lütfi Zadə adına Bey-

nəlxalq Müasir Elmlər 

Akademiyası yaradılmışdır. 

 

Ədəbiyyat 

 

AzərTac. Azərbaycan Prezidenti İlham  Əliyev “Bakutel-2008” XIV Azərbaycan 

beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları  sərgisində  iştirak 

etmək üçün ölkəmizdə  səfərdə olan dünya şöhrətli alim, həmyerlimiz Lütfi Zadəni 

qəbul etmişdir //Azərbaycan.- 2008.- 11 noyabr.- S.1. 

XXI  əsr intellektual sistemlər dövrüdür /Müsahibəni verən: Lürfi Zadə; 

müsahibəni götürən Möhbəddin Səməd //Respublika.- 2007.- 6 sentyabr.- S.4. 


48 

Zadə, Fey. Qeyri-səlis məntiqin atası ilə  həyatım və  səyahətlərim /F.Zadə; 

seriyanın məsul red. E.İsmayılov; ruscadan çevirəni və çapa hazırlayanı: 

Ü.Hüseynova; red. M.Axundova; ön söz. R.Əliyev; Qafqazın Strateji Tədqiqatlar 

İnstitutu.- Bakı: Qafqaz , 2006.- 368 s. 

Paşayeva, Q. Dahi və sadə azərbaycanlı - Lütfi Zadə /Q.Paşayeva //Xalq cəbhəsi.- 

2008.- 20 sentyabr.- S.11-12. 

Səməd, M. Dünya dahilərsiz yaşaya bilmir /M.Səməd; elmi red. M.Mərdanov; 

red. Ş.Vəliyev.- Bakı: Azərbaycan Ensiklopediyası, 2000.- 224 s. 

Zeynalov, S. Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının 

fəaliyyəti genişlənir /S.Zeynalov //Respublika.- 2008.- 25 iyun.- S.5. 

 

Rus dilində 

    Жизнь  и  путешествия  с  отцом  нечеткой  логики  от  Фей  Заде.-  Баку, 

Чашыоглы, 2001.- 360 с. 

İnternetdə 

www.az.wikipedia.org 

www.elibrary.az 

www.load.az  

www.science.az 

 

Adilə Abdullayeva 



 

49 

   


Nəvai  Əlişir Nizaməddin  

Mir  Əlişir Teymurilər sara-

yına yaxın zadəgan ailəsində 

1441-ci il fevral ayının 9-da 

Heratda anadan olmuşdur.  

Təhsilini Herat, Məşhəd 

və  Səmərqənd  şəhərlərində 

almış,  şəxsi mütaliəsi nəticəsində dövrünün ən gör-

kəmli alimlərindən biri kimi tanınmışdır. Kiçik yaşla-

rından özbək və fars dillərində şeirlər yazmış, 15 ya-

şında  şair kimi şöhrətlənmişdir.1468-ci ildə  məktəb 

yoldaşı Hüseyn Baykara hakimiyyət başına gəldikdən 

sonra Nəvai möhürdar təyin olunmuş, 1472-ci ildə və-

zir rütbəsinə yüksəlib  əmir titulu almışdır. Dövrünün 

alim, şair, musiqiçi, rəssam və xəttatlarını himayə et-

miş, öz hesabına mədrəsə və xəstəxanalar açmış, yol-

lar çəkdirib körpülər saldırmış, kanallar qazdırmış, 

karvansaralar tikdirmiş, sarayda əməkçi xalqın müda-

fiəçisi kimi tanınmışdır. Lakin Nəvainin bu nəcib işlə-

ri irticaçı dairələrdə narazılıq doğurmuş, onlar şair 

haqqında böhtan və iftiralar yaymışlar. 1476-cı ildə 

Nəvai vəzirlikdən imtina etməyə  məcbur olmuşdur. 

Bir müddət Astrabad vilayətinin hakimliyinə göndə-

rilmiş (1487), 1488-ci ildə Herata qayıdaraq, ömrünün 

axırınadək yaradıcılıqla məşğul olmuşdur. 

Ə.Nəvai 6 divan yaratmışdır. İlk şeirlərini “Bədaye 

ülbidayə” (1470-ci ilin əvvələri) adlı divanında topla-

mış, 2-ci divanını “Nəvadir ül-nəhayə” (1476-1483) 

adlandırmışdır. 1498-1499-cu illərdə özbək dilində 

yazdığı lirik şeirlərini “Çahar divan” adlanan 4 cilddə 

“Qəraib üs-sifər” (“Uşaqlı-

ğın qəribəlikləri”), “Nəva-

dir ül-şəvab” (“Gənclik na-

dirlikləri”), “Bədaiy ül və-

sət” (“Orta yaşın gözəllik-

ləri”), “Fəvaid ül-kibar” 

(“Böyüklüyün faydaları”) 

toplanmışdır. Fars dilindəki 

qəzəlləri isə “Divani-Fani” 

adı ilə məşhurdur. 

Şairin yaradıcılığının 

zirvəsi özbək dilində yarat-

dığı “Xəmsə”dir. Bu əsər-

lərdə  Nəvai dövrünün icti-

mai məsələlərindən bəhs et-

miş, Nizami ədəbi məktəbi-

nin davamçılarından biri ki-

mi şöhrətlənmişdir. 

Nəvainin yaradıcılığı 

Azərbaycan  ədəbiyyatı ilə 

yaxından bağlıdır. Şair Xa-

qani, Nizami və  Nəsiminin 

əsərlərini dərindən öyrən-

miş, onlara cavab yazmış-

dır. Onun əsərləri bir sıra 

xalqların dillərinə  tərcümə 

olunmuşdur. Onun əlyaz-

maları dünyanın  ən iri ki-

tabxanalarında mühafizə 

olunur.  

 

Fevral  


 

570 illiyi 

 


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin