Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   2   3   4   5   6   7   8   9   ...   37

 

 

 



Xanəndə 

24 


61 

 

 Abdulla Mustafa oğlu Talıbzadə  

1881-ci il fevral ayının 24-də Tiflis 

şəhərində ruhani ailəsində anadan 

olmuşdur. 

1888-1893-cü illərdə Tiflisdə 

Qafqaz Müsəlmanları Ruhani İdarə-

si nəzdində altı sinifli məktəbdə 

təhsil almışdır. 1894-1900-cü illər-

də  Məşhəddə  mədrəsədə azərbaycan, fars dillərində 

təhsil almış, dini, dünyəvi elmləri, Şərq və rus ədəbiy-

yatını öyrənmişdir. 

1901-ci ildə Bakıda imperator III Aleksandr kişi 

gimnaziyasında komissiya qarşısında imtahan verə-

rək, ibtidai məktəb müəllimi adını almış, Sabunçu və 

Bakı məktəblərində Azərbaycan dili və şəriət fənlərini 

tədris etmişdir. 

Abdulla  Şaiq XX əsrin  əvvəllərində geniş ictimai 

və  ədəbi fəaliyyətə başlamışdır. “Həyat”, “İrşad”, 

“Dəbistan”, “Rəhbər”, “Məktəb”, “Füyuzat”, “İqbal”, 

“Yeni iqbal”, “Açıq söz”, “Qardaş köməyi” kimi qə-

zet və jurnallarda müxtəlif mövzularda bədii, elmi-

publisistik yazılar dərc etdirməklə milli şüurun dirçə-

lişinə yardım göstərmişdir. 

 Abdulla Şaiq ХХ əsr Azərbaycan mədəniyyəti, ic-

timai və bədii fikir tariхində görkəmli yеr tutan sima-

lardan biri olmuşdur. O, хalq müəllimi, ictimai хadim, 

şair, nasir və tərcüməçi kimi də şöhrət qazanmışdır. 

Ümumiyyətlə, millətin varlığı üçün əsas amillərdən 

olan dili - ana dilini Şaiq Azərbaycan  хalqının və-

tənpərvər bir nümayəndəsi 

kimi həmişə mudafiə еtmiş, 

onun tədris və  tərəqqisi 

üçün çalışmışdır. 

1926-cı ildə o, Şəfiqə 

хanım  Əfəndiyеva və Mir-

zə  Məhəmmədin toplamış 

olduqları matеriallar əsasın-

da “Bayatılar” adlı kitabça 

buraхır ki, həmin kitabça 

folklorumuzun tədqiqi və 

nəşri tariхində atılmış 

önəmli addım idi. 

Abdulla  Şaiq  ədəbi fəa-

liyyətə  ХIХ  əsrin sonların-

dan başlamışdır. Onun ilk 

qələm təcrübələri məhəbbət 

mövzusunda yazdığı  qəzəl-

lərdən və rus təmsilçisi Krı-

lovdan еtdiyi tərcümələrdən 

ibarət olmuşdur. 

Onun ilk mətbu  şеiri 

1906-cı ildə Abdulla Talıb-

zadə imzası ilə çap olun-

muş “Ananın oğluna layla 

dеməsi”  şеiridir.  Şеir “Də-

bistan” jurnalının 2-ci nöm-

rəsində çıхmışdır. Qələmini 

bədii yaradıcılığının müхtə-

lif sahələrində sınaqdan kе-

 

Fevral  


 

130 illiyi 

 

Abdulla Şaiq



  

1881-1959 

 

 

 



 

Yazıçı 

24 


62 

çirən Abdulla Şaiq həm romantik, həm də  rеalist üs-

lubda əsərlər yaratmışdır. 

 Onun ilk dəyərli nəsr  əsəri 1908-ci ildə yazdığı 

“Məktub yеtişmədi” hеkayəsidir. 

Abdulla Şaiq dramaturgiya fəaliyyətinə 1910-cu il-

də “Gözəl bahar” mənzum pyеsi ilə başlamışdır. Bu-

nunla o, Azərbaycanda uşaq dramaturgiyasının əsasını 

qoymuşdur. Sonrakı illərdə  “İdеal və insanlıq”, “Al-

danmış ulduzlar”, “Nüşabə”, “Ana” kimi pyеslər, 

uşaqlar və gənclər üçün bir-birindən məzmunlu səhnə 

əsərləri yaratmışdır. 

1917-ci ildə maarif sahəsində milliləşmə başlayar-

kən, Abdulla Şaiq birinci realnı məktəbində “türk sin-

fi” yaratmış, bütün fənlərin ana dilində tədrisinin bü-

növrəsini qoymuşdur. Abdulla Şaiq Azərbaycan Xalq 

Cümhuriyyəti illərində nümunə məktəbində və darül-

müəllimində işləmiş, fəaliyyətini daha da genişləndir-

mişdir. 1919-cu ildə Maarif Nazirliyinin ilk dəfə nəşr 

etdirdiyi beş  dərslikdən ikisinin “Ədəbiyyat dərsləri” 

və “Türk cələngi”nin müəllifi Abdulla Şaiq olmuşdur. 

O, Osmanlı-türk və Azərbaycan ədəbiyyatı nümunələ-

rindən istifadə etməklə ilk milli dərslik örnəklərini ya-

ratmışdır.   

Müstəqilliyi qorumaq üçün vahid cəbhədə birləş-

məyin zəruri olduğunu anlayan Abdulla Şaiq Müsavat 

partiyasına həsr еtdiyi “Marş” şеirini yazmışdı. 

Abdulla Şaiq Böyük Və-

tən müharibəsi dövründə 

“Zəfər bizimdir” (1941), 

“Döyüş  nəğməsi” (1942), 

“Vətən nəğməsi” (1943) və 

s. kimi şеirlərində хalqımızı 

alman faşistlərinə qarşı mü-

barizəyə  səsləmiş, onlarda 

vətənpərvərlik ruhunu daha 

da qüvvətləndirməyə çalış-

mışdır. 


Uşaq ədəbiyyatı kimi çə-

tin bir sahədə uzun müddət 

səmərəli fəaliyyət göstər-

miş, gələcək nəsillərə  zən-

gin irs qoyub gеtmişdir. 

    Əməkdar incəsənət 

xadimi, yazıçı Talıbzadə 

Abdulla Mustafa oğlu 24 

iyul 1959-cu ildə Bakı  şə-

hərində vəfat etmişdir.  



Ədəbiyyat 

Seçilmiş əsərləri: Üç cilddə /Abdulla Şaiq; tərt. Kamal Talıbzadə.- Bakı: Avrasiya 

Press, 2005. (Təkrar nəşr).- C.I.- 495 s.; C.II.-565 s.; C.III.- 534 s. (Klassik 

Azərbaycan ədəbiyyatı) 

Arazdan Turana: Şeirlər, qəzəllər, poemalar, pyeslər /Abdulla Şaiq.- Bakı: Nurlan, 

2003.- 263 s. 

Tülkü Həccə gedir: Nağıl /Abdulla Şaiq.-Bakı: Altun kitab, 2009.- 20 s.  

Abdulla Şaiq //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: İki cilddə.- Bakı, 

2004.- C.1.- S.97. 

Cəfərov, T. Abdulla Şaiq /T.Cəfərov, Ş.Əhmədova, Ç.Məmmədova //Məktəblinin 

ədəbiyyat lüğəti.- Bakı, 2007.- S.6. 

Rus dilində 

Письмо не дошло: (Рассказы и роман) /А.Шаиг.-Баку: Гянджлик, 1984.- 192 с. 



İnternetdə 

www.az.wikipedia.org                                                               Samirə Eminova 



63 

 

Fevral


 

 

Xocalı Soyqırımı  



1992 

 

26 


Ərazisi - 0,936 km

2

 

Əhalisinin  sayı – 25 000  nəfər 

İşğal  tarixi -  26 fevral 1992-ci il 

 

 



 

25000  əhalisi olan Xocalı Xankəndindən 10 km 

cənub-şərqdə, Qarabağ silsiləsində  və  Ağdam-Şuşa, 

Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qara-

bağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin 

Xocalıya  əsas maraqları da Xocalının bu cür strateji 

mövqedə olması ilə əlaqədardır. 

Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ döv-

ründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli 

texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi... Bir günün için-

də yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən güllə-

sinə tuş gəlib qətliamın qurbanı oldu.  

Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 

nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki vali-

deynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 

487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və 

əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində 

ziyan vurulmuşdur. 

 Xocalı Soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkət-

ləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konven-

siyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə 

Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və 

uşaqların müdafıəsi Bəyannaməsinə məhəl qoyulmamasıdır. 

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı Soyqırımı gü-

nü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı Soy-

qırımının qurbanlarının xatirəsini yad edir. 



64 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

1 fevral 

Gün çıxır 

06:43   


Gün batır 

18:33 


28 fevral 

Gün çıxır  

06:52

   


Gün batır 

20:05


 

Mar


 

 



19 fevral- 

20 mart 


Balıq Nişanı 

sudur. Yupiter və 

Neptunun 

himayəsindədir. 

Günəşin Balıqlar 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

incə intuasiyalı 

olmaqla yanaşı, 

daim bir narahatlıq 

hissi də keçirirlər.

 

Ça 1 



Ç 2 

Ca 3 

C 4 

Ş 5 

B 6 

Be 7 

Ça 8 

Ç 9 

Ca 10 

C 11 

Ş 12 

B 13 

Be 14 

Ça 15 

Ç 16 

Ca 17 

C 18 

Ş 19 

B 20 

Be 21 

Ça 22 

Ç 23 

Ca 24 

C 25 

Ş 26 

B 27 

Be 28 

Ça 29 

Ç 30 

Ca 31 

  2011      

 

    Əlamətdar və  



      tarixi günlə

Azərbaycanlıların Soyqırımı 

Günü 

 

 



 

XIX  əsrin  əvvəllərindən başlayaraq ermənilər tarixi 

Azərbaycan torpaqlarında kütləvi  şəkildə  məskunlaşdırılmağa 

başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba 

yurdlarından qovulmuş, onların deportasiyası prosesi 

məqsədyönlü şəkildə həyata keçirilmişdir. 

      Ötəəsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 

və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı tö-

rətdikləri soyqırımı və deportasiya siyasəti bu gün özünü Dağlıq 

Qarabağla bağlı məlum hadisələrdə büruzə verir, həm də onu 

göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyiş-

məyib. 

2. Azərbaycanın BMT-yə qəbul olunması günü  

8. Bеynəlxalq Qadınlar Günü  

10. Milli Tеatr Günü  

12. Daxili Qoşunlar Günü  

20-21. Nоvruz Bayramı   

27. Beynəlxalq Teatr Günü  

28. Milli Təhlükəsizlik Günü  

31. Azərbaycanlıların Sоyqırımı Günü  



 

 

 

 

 

 



 

 


65 

Mart -


 Qriqorian təqvimi ilə ilin üçüncü ayıdır. 31 gündən ibarətdir. 

Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. 

Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə 

bağlıdır. 



   Milli ədəbiyyat  

 

Şairə,  ədəbiyyatşünas Billuri Hökumə  İbrahim qızının (03.03.1926-

22.11.2000) anadan olmasının 85 illiyi 

Əməkdar elm xadimi, tənqidçi,  ədəbiyyatşünas Qarayev Yaşar Vahid 

oğlunun (05.03.1936-25.08.2002) anadan olmasının 75 illiyi 

Nasir Eyvazov Fərman Allahverdi oğlunun (06.03.1931-26.11.1996) 

anadan olmasının 80 illiyi 

Şərqşünas Hüseynov Böyükağa Murtuza oğlunun (07.03.1926-

31.05.1983) anadan olmasının 85 illiyi 

Xalq  şairi, dramaturq Rüstəmzadə Süleyman Əliabbas oğlunun 

(Süleyman Rüstəm) (12.03.1906-10.06.1989) anadan olmasının  105 

illiyi 


Nasir Mustafayev Əmir Gülbala oğlunun (12.03.1936) anadan olma-

sının 75 illiyi 

Şair, tərcüməçi, publisist İsmayılzadə İsa Mustafa oğlunun (15.03.1941-

14.07.1997) anadan olmasının 70 illiyi 

Şair Qasımov Böyükağa Məmməd oğlunun (18.03.1916-29.08.1957) 

anadan olmasının 95 illiyi 

Xalq  şairi,  Vəkilov Səməd Yusif oğlunun (Səməd Vurğun) 

(21.03.1906-27.05.1956) anadan olmasının 105 illiyi 

Şair Kərimov  Əli Paşa oğlunun (Əli Kərim) (22.03.1931-30.06.1969) 

anadan olmasının  80 illiyi 



66 

Şair, nasir Xanlarov Seyran Əsgər oğlunun (Seyran Səxavət) 

(23.03.1946) anadan olmasının 65 illiyi 

Ədəbiyyatşünas, tənqidçi Bəktaşi  İnayət Heydər oğlunun (25.03.1931-

09.09.1989) anadan olmasının 80 illiyi 

Publisist, tənqidçi, tibb elmləri namizədi Qədimov  Şaiq Rza oğlunun 

(26.03.1926) anadan olmasının 85 illiyi 

Nasir, publisist, şair, rəssam Vəliyev Yaşar Hidayət oğlunun 

(30.03.1951) anadan olmasının 60 illiyi 

  Xarici ədəbiyyat    

   Krım-tatar publisisti, pedaqoq, ictimai xadim Qaspralı (Qasprinski) 

   İsmayıl bəy Mustafa ağa oğlunun (21.03.1851-11.09.1914) anadan  

   olmasının 160 illiyi 



 Tarixi günlər 

  Ümumdünya Mülki Müdafiə Günü (01.03.1972) 

  Azərbaycanın BMT-yə qəbul olunması günü (02.03.1992) 

   Bədən Tərbiyəsi və İdman Günü (05.03.2005) 

Qızıl Aypara Günü (07.03.2008) 

Bеynəlxalq Qadınlar Günü (08.03.1910) 

Milli Tеatr Günü (10.03.1873)  

Daxili Qoşunlar Günü (12.03.1995) 

                     Beynəlxalq Novruz Günü (21.03.2010) 

Beynəlxalq Poeziya Günü (21.03.) 

İrqi ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv  edilməsi uğrunda 

Beynəlxalq  Mübarizə Günü  (21.03.1966)  

Beynəlxalq Teatr Günü (27.03.1948) 

Milli Təhlükəsizlik Orqanları  İşçilərinin Peşə Bayramı Günü 

(28.03.1997) 


67 

Azərbaycanlıların Sоyqırımı Günü (31.03.1918) 

      Milli Qəhrəmanlar 

         Azərbaycanın Milli Qəhrəmanı Nəzərli Hikmət Baba oğlunun  

         (07.03.1966-02.1992) anadan olmasının 45 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı  İbrahimov Nurəddin  İslam oğlunun 

(16.03.1951-10.02.1995) anadan olmasının 60 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı  Nəsrəddinov Rafiq Hüseyn oğlunun 

(18.03.1961-06.09.1992) anadan olmasının 50 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı  Əsədov  Əsəd Soltan oğlunun 

(22.03.1956-29.10.1991) anadan olmasının 55 illiyi 

      Mühəndis işi. Texnika  

       Dövlət xadimi, energetik, texnika elmləri namizədi, professor 

Bayramzadə  Əlirza Baxşəli oğlunun (18.03.1911-01.08.1963) anadan 

olmasının 100 illiyi 

Rus fiziki, dövlət xadimi Vavilov Sergey İvanoviçin (24.03.1891-

25.01.1951) anadan olmasının 120 illiyi 

İsveçli ixtiraçı  və  sənaye sahibkarı Nobel Emmanuelin (24.03.1801-

03.09.1872) anadan olmasının 210 illiyi 



     Mədəniyyət. Maarif. Təhsil   

       Akademik  Nağıyev Tofiq Murtuza oğlunun (04.03.1941) anadan 

olmasının 70 illiyi 

      


Rəssamlıq. Heykəltəraşlıq

 

      Rus rəssamı Vrubel Mixail Aleksandroviçin (17.03.1856-14.04.1910) 



      anadan olmasının 155 illiyi 

Fransız heykəltəraşı Qudon Jan Antuanın (20.03.1741-15.07.1828) 

anadan olmasının 270 illiyi 


68 

Alman rəssamı, qrafikaçı Qrundiq Leanın (23.03.1906) anadan 

olmasının 105 illiyi 

İspan rəssamı Qoyya-i-Lüsyentes Fransisko Xose de Fuendetodosun 

(30.03.1746-16.04.1828) anadan olmasının 265 illiyi 

     Neft 

      Neftçi-geoloq  Bağırzadə Faiq Məmməd oğlunun (20.03.1926-

24.03.1988) anadan olmasının 85 illiyi 

Neftçi, buruq ustası  Məmmədov Abbas Zaman oğlunun (24.03.1916-

01.01.1976) anadan olmasının 95 illiyi 

     Riyaziyyat 

       Fransız filosofu və riyaziyyatçısı Dekart Renenin (31.03.1596-

11.02.1650) anadan   olmasının 415 illiyi 

     Kimya.Biologiya

 

      



AMEA-nın həqiqi üzvü, Milli Onkologiya Elmi Mərkəzinin direktoru  

 Əliyev Cəmil Əziz oğlunun (30.03.1946) anadan olmasının 65 illiyi 

Texnika elmləri doktoru, kimyaçı alim Qəmbərov Yunis Heydər 

oğlunun (05.03.1926-07.09.1991) anadan olmasının 85 illiyi 



Coğrafiya. Geologiya 

Rus coğrafiyaşünası, bioloq, Əməkdar elm xadimi Berq Lev 

Semyonoviçin (14.03.1876-24.12.1950) anadan olmasının 135 illiyi 

Əməkdar elm xadimi, coğrafiyaşünas Kərəmov Nurəddin Kərəm 

oğlunun (20.03.1911-13.08.1981) anadan olmasının 100 illiyi 

Türk səyyahı, coğrafiyaşünas Övliya Çələbi ibn Dərviş  Məhəmməd 

Zillinin (25.03.1611-1679 (1682,1685)) anadan olmasının 400 illiyi 


69 

    


Musiqi.Opera. Balet 

   Əməkdar incəsənət xadimi, bəstəkar Bağırov Zakir Cavad oğlunun  

   (16.03.1916-08.01.1996) anadan olmasının 95 illiyi 

                     Macar bəstəkarı, pianoçu və musiqi folklorçusu Bartok Belanın 

         (25.03.1881-26.09.1945) anadan olmasının 130 illiyi 

Rus aktyoru, rejissor və teatr pedaqoqu Tuqanov Aleksandr 

Aleksandroviçin (31.03.1871-06.03.1960) anadan olmasının 140 illiyi 

Xanəndə, musiqi xadimi Cabbar Məşədi  İsmayıl oğlunun (Cabbar 

Qaryağdı oğlu) (31.03.1861-20.04.1944) anadan olmasının 150 illiyi 

Xalq artisti, pianoçu Babayev Rafiq Fərzi oğlunun (31.03.1936-

19.03.1994) anadan olmasının 75 illiyi 

  Teatr. Kino 

   Polyak  kinorejissoru,  ssenarist Vayda Anjeyin (06.03.1926) anadan 

olmasının 85 illiyi 

Xalq artisti, görkəmli aktyor Qurbanov Ağadadaş Gülməmməd oğlunun 

(08.03.1911-25.06.1965) anadan olmasının 100 illiyi 

Əməkdar artist, aktyor Qafarlı  Əlihüseyn  Əbdülrəhim oğlunun 

(15.03.1911-06.10.1961) anadan olmasının 100 illiyi 

Xalq artisti, aktyor Haqverdiyev Əyyub Məmmədəli oğlunun 

(15.03.1911-12.06.1996) anadan olmasının 100 illiyi 

Xalq artisti, aktyor Seyfi Ələkbər Seyfulla oğlunun (19.03.1901-

15.12.1977) anadan olmasının 110 illiyi 

Aktyor, pedaqoq Kazımzadə Kazım Cəfər oğlunun (Kazım Ziya) 

(21.03.1896-20.11.1956) anadan olmasının 115 illiyi 

Xalq artisti, Dövlət mükafatı laureatı Axundov Ruhulla Fətulla oğlunun 

(Sidqi Ruhulla) (28.03.1886-05.05.1959) anadan olmasının 125 illiyi 

 


70 

 

     Hökumə  İbrahim qızı  Billuri   



1926-ci il mart ayının 3-də Cənubi 

Azərbaycanın Zəncan  şəhərində 

dəmirçi ailəsində anadan olmuş-

dur. 1933-1943-cü illərdə “Azəri” 

orta qız məktəbində təhsil almış və 

həmin məktəbdə müəllim saxlan-

mışdır. Sovet Ordusu İranda oldu-

ğu dövrdə ictimai-siyasi fəaliyyətə başlamışdır. Xəm-

sə vilayət partiya komitəsinin üzvü olmuşdur. İlk şeir-

lərini orta məktəbdə ikən fars, sonra Azərbaycan di-

lində yazmışdır. Onun Azərbaycan dilində qələmə al-

dığı ilk şeirləri, “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” və 

s. məqalələri 1945-ci ildə “Azər”, “Vətən yolunda” 

qəzetlərində  və “Azərbaycan” jurnalında çıxmışdır. 

Azərbaycan Demokrat Partiyası  Zəncan Vilayət Ko-

mitəsi Təbliğat  şöbəsinin sədr müavini və “SSRİ ilə 

İran arasında mədəni rabitə cəmiyyəti” Zəncan şöbəsi-

nin sədr müavini, mədəniyyət evi kitabxanasının mü-

diri vəzifəsində  işləmişdir. Cənubi Azərbaycanda in-

qilabi hadisələrin fəal iştirakçısı olduğuna görə “21 

Azər” medalına  layiq görülmüşdür. 1946-cı ilin deka-

brından  Şimali Azərbaycanda mühacirətdə yaşayır. 

Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul 

olmuş, dövri mətbuatda müntəzəm çıxış etmişdir. 

1955-ci ildə  “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 

1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın” 

və s. kitabları Moskvada və Bakıda rus dilində  nəşr 

olunmuşdur.  

1952-ci ildə ADU-nun (indiki BDU) Filologiya 

fakültəsini bitirmiş, 1952-1954-cü illərdə “Azərnəşr”  

 

də  Ədəbi-bədii  şöbədə re-



daktor işləmiş, 1954-1956-

cı illərdə Azərbaycan KP 

MK nəzdində partiya mək-

təbini fərqlənmə diplomu 

ilə bitirmişdir. Bu dövrdə o, 

iki dəfə Azərbaycan De-

mokratik Partiyası  MK-nın 

üzvü seçilmişdir. 1956-

1960-cı illərdə ADP MK-

nın siyasi orqanı “Azərbay-

can” qəzetinin baş redakto-

ru vəzifəsində  işləmişdir. 

1960-1963-cü illərdə Mos-

kva Sov.İKP MK nəzdində 

olan İctimai Elmlər Akade-

miyasını bitirmiş, orada 

“İran Azərbaycan realist 

demokratik 

ədəbiyyatı” 

mövzusunda dissertasiya 

müdafiə edərək  filologiya 

elmləri namizədi elmi dərə-

cəsini almışdır. 1964-cü il-

də Azərbaycan EA Yaxın 

və Orta Şərq xalqları  İnsti-

tutunda baş elmi işçi vəzi-

fəsində işləmişdir. 

Azərbaycan Ali Soveti 

Rəyasət Heyətinin Fəxri 

fərmanı  və SSRİ medalları 

ilə  təltif olunmuşdur. O, 

 

Mart 



 

85 illiyi 

Hökumə Billuri 

 

1926-2000 

 

 

 



 

 

Şairə 





71 

1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 

1984-cü ildən Əməkdar incəsənət xadimi, 1985-ci il-

dən  Əmək veteranıdır. H.Billuri 2000-ci il noyabrın 

22-də Bakıda vəfat etmişdir.

 

 



Ədəbiyyat 

 

Seçilmiş əsərləri /H.Billuri .- Bakı: Azərnəşr, 1981.- 343 s. 

Apar məni o yerlərə /H.Billuri.- Bakı: Yazıçı, 1981.- 124 s. 

Bir də bahar gəlsə /H.Billuri.- Bakı: Yazıçı, 1984.- 280 s. 

Çinar gözləyir məni /H.Billuri.- Bakı: Azərnəşr, 1975.- 120 s. 

Şeirlər /H.Billuri.- Bakı: Yazıçı, 1980.- 265 s. 

Məhəmmədhüseyn Şəhriyar /H.Billuri.- Bakı: Elm, 1984.- 156 s. 

Nə qəribə dünya imiş /H.Billuri.- Bakı: Azərbaycan, 1997.- 223 s. 



 

İnternetdə 

www.adam.az 

www.az.wikipedia.org 

www.science.gov.az 



 

Bəybala  Ələsgərov 

72 

 

Yaşar Vahid oğlu Qarayev 



 

1936-cı il mart ayının 5-də Şəki şə-

hərində xırda sənətkar ailəsində ana-

dan olmuşdur. 1946-cı ildə Qarayev 

ailəsi Bakıya köçür. O, burada 31 

saylı şəhər orta məktəbini bitirmişdir.  

1954-1958-ci illərdə ADU-nun 

(indiki BDU) Filologiya fakültəsin-

də təhsil almışdır. 1987-ci ildə Azərbaycan EA Niza-

mi adına Dil və  ədəbiyyat  İnstitutunda baş laborant, 

kiçik elmi işçi, baş elmi işçi, sonra Nəzəriyyə və ədəbi 

proses  şöbəsinin müdiri, institutda elmi işlər üzrə di-

rektor müavini, həmin şöbəyə başçılıq etməklə yanaşı, 

institutun direktoru vəzifəsində işləmişdir. 

Ədəbi  fəaliyyətə 1955-ci ildə “Lenin tərbiyəsi uğ-

runda” və “Azərbaycan gəncləri” qəzetlərində  çıxan 

ilk ədəbi qeydləri ilə başlamışdır. Bundan sonra müa-

sir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın di-

gər problemlərinə dair elmi-nəzəri məqalələri ilə dövri 

mətbuatda müntəzəm çıxış etmişdir.  

Onun məqalə  və kitabları 1976-1991-ci illərdə 

“Yaşar”, ”Q.Yaşar”, “Y.Qarayev” imzaları ilə  dərc 

olunmuşdur. Azərbaycan Yazıçılar  İttıfaqının Tənqid 

və  ədəbiyyatşünaslıq  şurasının rəhbəri olmuşdur. 

1990-cı ildən Ali Attestasiya Komissiyasının, Azər-

baycan Milli Yaradıcılıq Akademiyası Rəyasət Heyə-

tinin üzvü və humanitar bölməsinin həmsədri, Azər-

baycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən tən-

qid və ədəbiyyatşünaslıq üzrə)  seçilmişdir. Həmçinin, 

1993-cü ildən Azərbaycan-

da daimi fəaliyyətdə olan 

Şəhriyar konqresi komitəsi-

nin sədri, “Ədəbi proses” 

adlı illik elmi-tənqidi məc-

muənin təşəbbüsçüsü, mü-

əlliflərindən biri və  məsul 

redaktoru olmuşdur. M.Qor-

ki adına Dünya Ədəbiyyatı 

İnstitutunun  hazırladığı 

doqquz cildlik “Dünya ədə-

biyyatı tarixi”, “Çoxmillətli 

Sovet  ədəbiyyatı tarixi (in-

qilaba qədərki dövr)” və 

Nizami adına  Ədəbiyyat 

İnstitutunun hazırladığı 

yeddi cildlik “Azərbaycan 

ədəbiyyatı tarixi” monu-

mental  əsərlərin müəlliflə-

rindən biri idi. Respublika-

nın elmi və  ədəbi-mədəni 

inkişafında fəal çalışmış, 

“Dünya  ədəbiyyatının inki-

şaf qanunauyğunluqları” 

problemi üzrə  əlaqələndir-

mə şurasının sədri, Ədəbiy-

yat  İnstitutu elmi şurasının 

sədri, Memarlıq və  İncəsə-

nət  İnstitutunun, Türkmə-

 

Mart  


 

75 illiyi 

Yaşar Qarayev 

    1936-2002 

 

 

 



 

Tənqidçi 



73 

nistan EA Dil və  Ədəbiyyat  İnstitutu elmi şurasının, 

Azərbaycan Dövlət nəşrkomu yanında redaksiya he-

yətinin, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, 

Mədəniyyət Nazirliyi bədii şurasının, “Yazıçı” nəşriy-

yatının bədii şurasının, “Azərbaycan” və “Ulduz” jur-

nalı redaksiya heyətinin, “Bilik” cəmiyyəti redaksiya 

heyətinin, ensiklopediya elmi redaksiya heyətinin üz-

vü olmuşdur. Eyni zamanda SSRİ Yazıçılar  İttifaqı 

Rəyasət Heyəti yanında Tənqid və  ədəbiyyatşünaslıq 

şurasının, Azərbaycan Yazıçılar İttifaqı M.F.Axundov 

adına mükafat komissiyasının üzvü olmuşdur.  

Yaşar Qarayev XX əsr tənqidinin yeni mərhələsinə 

və nəslinə mənsubdur. Bu mərhələ ötən əsrin 60-cı il-

lərindən sonra başlayır və indi də, yəni yeni əsrin baş-

lanğıc dövründə  də davam edir. Tənqidin bu nəslini 

və mərhələsini öz yaradıcılığında, öz tənqidçi təfəkkü-

ründə və şəxsiyyətində təmsil edən şəxs barədə düşü-

nəndə isə, heç şübhəsiz, ilk olaraq biz Yaşar Qaraye-

vin adını  çəkməli oluruq. Yaşar Qarayev tənqidin bu 

mərhələsini, onun problemlərini və istiqamətlərini, 

ədəbi-estetik və milli dəyərlər sistemini öz tənqidində 

daha dolğun və mükəmməl bir şəkildə, bütöv bir sis-

tem halında əks edən tənqidçi olmuşdur.  

1994-cü ildən “Füzuli 

vəqfi” fondunun rəyasət he-

yətinin üzvü kimi fəaliyyət 

göstərmişdir. 

O, 1982-ci ildə Azərbay-

can Dövlət mükafatı laureatı 

və    Azərbaycanın  Əməkdar 

elm xadimi fəxri adlarına 

layiq görülmüş, 1985-ci 

ildə professor, 1990-cı ildə 

Azərbaycan Milli Yaradıcı-

lıq Akademiyasının həqiqi 

üzvü, 2002-ci ildə Azərbay-

can Milli Elmlər Akademi-

yasının müxbir üzvü seçil-

mişdir. 


2002-ci il  avqustun 25-

də  vəfat etmiş, Fəxri Xiya-

banda dəfn edilmişdir. 

 

Ədəbiyyat 

 

Xarıbülbülün nağılı /Y.Qarayev.- Bakı: Azərnəşr, 1994.- 56 s. 



Şərqin dahisi  /Y.Qarayev; red. İ.Vəliyev.- Bakı: Azərbaycan Ensiklopediyası, 

1996.- 52 s.  

Tarix: yaxından və uzaqdan /Y.Qarayev.- Bakı, 1996.- 710 s. 

Yaşar Qarayev: Biblioqrafik göstərici /red. Z.Əliyeva, tərt. ed. Ə.Əfəndiyev.- 

Bakı: Elm, 2001.- 215 s.  

Paşayev, Q. Ədəbiyyatşünaslıq elmimizin iftixarı /Q.Paşayev //Ədəbiyyat.- 

2007.- 16 mart.- № 9.- S.5.  

Məmmədova,  İ. Görkəmli alimin barelyefi açılmışdır /İ.Məmmədova 

//Azərbaycan.- 2007.- 13 may.- S.5. 

 

Nailə Alışova 



74 

Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin