18
Ərazisi – 1,84 min km
2
Əhalisinin sayı -73,1 min nəfər
İnzibati mərkəzi – LAÇIN
İşğal tarixi 18.05.1992
Laçın rayonu Azərbaycan Respublikasının cənub-
qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər,
şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı
rayonları, qərbdən isə Ermənistan Respublikası ilə
həmsərhəddir.
1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi
daxil olmuşdur. Dağlar qoynunda yerləşərək öz gözəlliyi
ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın
düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-
strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə
məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın,
bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vü-
qarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə
olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq
Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaq-
lardan silindi, minlərlə baş mal-qara aparıldı.
Artıq 19 ildir ki, dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında
inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar.
Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət gös-
tərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar. Ölkə başçısı İlham
Əliyevin bu istiqamətdə apardığı siyasət deməyə əsas verir ki, torpaqlarımızın
işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən
laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil.
161
Sabir Xudu oğlu Rüstəmxanlı
1946-cı il may ayının 20-də Azər-
baycanın Yardımlı rayonunun Ha-
markənd kəndində anadan olmuş-
dur. Yardımlıda onbirillik məktəbi
bitirdikdən sonra 1963-1968-ci ildə
ADU-nun (indiki BDU) Filologiya
fakültəsində təhsil almışdır. On bir yaşında yazdığı ilk
mətbu şeiri “Kəndim” 1957-ci ildə “Yeni kənd” rayon
qəzetində dərc edilmişdir. “Azərbaycan gəncləri”
qəzetində çıxan “Kənd yolu” şeiri ilə respublika mət-
buatına ayaq açmışdır (1964).
1967-1978-ci illərdə əmək fəaliyyətinə “Ədə-
biyyat və incəsənət” qəzetində kiçik ədəbi işçi kimi
başlamış, sonra ədəbi işçi, xüsusi müxbir, Teatr və
kino, Tənqid və ədəbiyyatşünaslıq şöbələrinin müdiri
vəzifələrində işləmişdir.
1978-1990-cı illərdə “Yazıçı” nəşriyyatında İncə-
sənət redaksiyasının müdiri, baş redaktorun müavini,
baş redaktor olmuşdur. 1989-1991-ci illərdə Müstəqil
demokratik mətbuatın öncüllərindən olan “Azər-
baycan” qəzetinin təsisçisi və baş redaktoru, Azər-
baycan Respublikası Mətbuat və İnformasiya naziri
olmuşdur. Azərbaycan Yazıçılar Birliyi katibliyinə
seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi idarə he-
yətinin üzvüdür.
Türkiyə, İran, Misir, ABŞ, Hollandiya, Almaniya
və b. ölkələrdə, Quzey Kıprıs Türk Cümhuriyyətində
və Türk-İslam dünyasının müxtəlif qurultaylarında
milli mücadiləmizlə bağlı çıxışlar etmişdir. Demok-
ratik mətbuat ənənələrinin
bərpası və inkişafında xid-
mətlərinə görə Azərbaycan
Jurnalistlər Birliyinin mü-
kafatına (1990) və “Qızıl
qələm” kamil sənətkar dip-
lomuna (1993) layiq görül-
müşdür. 1996-cı illərdə
Azərbaycan ədəbiyyatının
inkişafındakı xidmətlərinə
və ictimai-siyasi fəaliyyə-
tinə görə “Şöhrət” ordeninə
layiq görülmüş, lakin etiraz
əlaməti olaraq ordeni al-
maqdan imtina etmişdir.
1992-ci ildə “Vətəndaş
həmrəyliyi” partiyasını ya-
ratmışdır və bugünədək
onun sədridir.
1990-cı ildə
Azərbaycan Respublikası
Ali Sovetinin deputatı,
Milli Məclisin üzvü (ya-
ranandan bugünədək),
“Vektor” Beynəlxalq Elm
Mərkəzinin direktorudur.
Azərbaycan Respublikası
prezidentliyinə seçkilərdə
namizədliyi irəli sürülmüş-
dür (2003).
May
65 illiyi
Sabir Rüstəmxanlı
1946
Yazıçı
20
162
Ədəbiyyat
Seçilmiş əsərləri /S.Rüstəmxanlı.- Bakı: Şərq-Qərb, 2004.- 344 s.
Atamın ruhu (hekayə, povest və pyeslər) /S.Rüstəmxanlı.- Bakı: “Sabir” yazarlar
ocağı, 2002.- 382 s.
Xətai yurdu (roman) /S.Rüstəmxanlı.- Bakı: Qanun, 2003.- 556 s.
Bəşirov, S. Sabir Rüstəmxanlı: Sərhədsiz ruhumuzun yolçusu: Portret cizgiləri
/S.Bəşirov.- Bakı, 2006.- 228 s.
Əhmədov, T. Sabir Rüstəmxanlı //XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik
məlumat kitabı /T.Əhmədov.- Bakı, 2004.- S.760-761.
İnternetdə
www.az.wikipedia.orq
www.deyerler.orq
Məmməd Məmmədov
163
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin imza-
ladığı sərəncama əsasən, ölkəmizdə
hər il 23 may günü Ekologiya və
Təbii Sərvətlər Nazirliyi işçilərinin
peşə bayramı kimi qeyd olunur.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz ulu
öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin
mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində
onun imzaladığı 2001-ci il 23 may tarixli Sərəncamla
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Son bir neçə ildə ekoloji vəziyyətin sağlamlaş-
dırılması, ətraf mühitin mühafizəsi sahəsində ölkə
Prezidentinin rəhbərliyi altında ardıcıl, məqsədyönlü
işlər görülmüş, uzun illər ərzində yığılaraq müstəqil
Azərbaycana miras qalmış ekoloji problemlər təhlil
edilərək, onların kompleks həllinə yönəlmiş 5 Milli və
Dövlət Proqramı təsdiq edilmiş, ekologiya və ətraf
mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləş-
dirilmişdir.
Əvvəllər bir Milli Parkı belə olmayan Azərbay-
canda son 5 ildə Xüsusi Mühafizə Olunan Təbiət
Ərazilərinin ümumi sahəsi 750 min hektara, yəni ölkə
ərazisinin 8,7 faizinə catdırılaraq 8 Milli Park, 4
Qoruq, 3 Yasaqlıq yaradılmış, 5 mövcud qoruğun
ərazisi genişləndirilmiş, 3 Təbiət Abidəsi təşkil edil-
mişdir.
Respublika Prezidenti İlham Əliyevin imzaladığı
“Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi
tədbirlər haqqında” və “Əhalinin ekoloji cəhətdən
təmiz su ilə təminatının
yaxşılaşdırılması ilə əlaqə-
dar bəzi tədbirlər haqqında”
sərəncamlardan irəli gələn
məsələlərin həlli istiqamə-
tində beynəlxalq standart-
lara cavab verən modul tipli
lokal təmizləyici qurğular
alınmış, Abşeron yarıma-
dasının şimal hissəsinin 61
km-lik sahil zolağında qu-
raşdırılaraq istismara bura-
xılmışdır. Kür və Araz çay-
larının suyundan istifadə
edən ölkənin xeyli yaşayış
məntəqəsində Beynəlxalq
Səhiyyə Təşkilatının stan-
dartlarına cavab verən su
təmizləyici qurğular quraş-
dırılaraq əhalinin istifa-
dəsinə verilmişdir. Hazırda
bu işlər davam etdirilmək-
dədir.
Ölkə Prezidentinin im-
zaladığı “Magistral avto-
mobil yollarının mühafizə
zolaqlarının yaşıllaşdırıl-
ması haqqında” sərəncama
uyğun olaraq, Atbulaq -
Hacıqabul qəsəbəsi avto-
May
10 illiyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
işçilərinin peşə bayramı
23
164
mobil yolunun 28 km məsafəsinin hər iki tərəfində
müxtəlif cinslərdən olan 100 min ağac əkilmiş, eləcə
də tenderdə qalib gəlmiş Bolqarıstan şirkəti ilə
bağlanmış müqavilə üzrə sifariş olunmuş 22 638 ədəd
müxtəlif çeşiddə dekorativ ağac və kol bitkilərinin bir
hissəsi respublikaya gətirilərək həmin ərazidə əkil-
mişdir.
Magistral yol boyu yaşıllaşdırma işlərinə də böyük
diqqət ayrılmışdır. Belə ki, Zığ-Aeroport yolu boyu
144 hektar ərazidə torpaq hamarlama işləri
yekunlaşdırılaraq, yaşıllıqsalma işlərinə başlanmışdır.
Aparılan yaşıllaşdırma tədbirləri nəticəsində 180000
ədədə qədər müxtəlif növ ağac əkilmişdir ki,
bunlardan da 139000-i zeytun, Eldar şamı və akasiya-
dan ibarətdir. Su hövzələrində bioloji resursların
artırılması və mühafizəsi istiqamətində müvafiq
tədbirlər həyata keçirilmişdir. Hidrometeoroloji müşa-
hidə şəbəkəsinin bərpası, inkişafı, yeni texnologiya-
ların tətbiqi və tərtib olunan hidrometeoroloji proq-
nozların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində
bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Şəki,
Ələt, Xınalıq, Mərəzə, Al-
tıağac, Qəbələ, Ağsu stan-
siyaları üçün yeni binalar
tikilmiş, Neftçala, Çilov,
Ələt, Tərtər, Xınalıq, Xal-
dan, Kırız, Mərəzə, Al-
tıağac, Ağsu stansiyalarının
meteomeydançaları müasir
standartlara uyğun yenidən
qurulmuşdur. Finlandiyanın
istehsalı olan 16 ədəd
kompleks avtomat meteo-
roloji stansiyanın 13 ədədi
istismara verilmişdir. Bu
avtomatik stansiyalar inter-
netdən məlumatları alır və
müşahidə
məlumatlarını
birbaşa mərkəzə ötürə bilir.
Ədəbiyyat
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə
bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı, 16 may 2007-ci il //Azərbaycan.- 2007.- 17 may.- S.1.
Ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlər-
dən səmərəli istifadə məsələləri dövlətimizin xüsusi diqqət mərkəzindədir //Yeni
Azərbaycan. - 2009.-21 aprel. - № 69.- S.5.
Cəfərli, R. Ekoloji tarazlığın təminatı Prezidentin nəzarətindədir /R.Cəfərli
//Azərbaycan. - 2009.- 28 aprel.- № 89.- S.1.
Mükərrəmoğlu, M. Gələcəyimizin təminatçıları /M.Mükərrəmoğlu //Xalq qəzeti.-
2009.- 23 may.- S.5.
İnternetdə
www.anl.az
www.azerbaijan-news.az
www.press-release.az
Nailə Alışova
165
Azərbaycan Dövlət Filar-
moniyasının binası 1910-1912-
ci illərdə “İctimai toplantıların
yay binası” layihəsi kimi inşa
edilmişdi. Azərbaycanda Sovet
hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakən-
də fəaliyyət göstərən ansambllar, orkestrlər və musiqi
həvəskarları bu binada fəaliyyət göstərməyə
başlamışdır. 1936-cı il mayın 25-də SSRİ-nin (MDB)
başqa respublikalarında olduğu kimi Azərbaycanda da
filarmoniya yaranmışdı. 1937-ci il avqust ayının 11-
də isə Xalq Komissarları Sovetinin 5021 saylı ic-
lasının qərarı ilə AK (b) MK-dan xahiş edildi ki,
Əməkdar incəsənət xadimi Müslüm Maqomayevin
adını əbədiləşdirmək məqsədilə Azərbaycan Dövlət
Filarmoniyasına bəstəkarın adı verilsin.
Elə həmin ildən Azərbaycan Dövlət Filarmoniya-
sı respublikamızın mədəni həyatında əvəzedilməz rol
oynamağa başlamışdır. Filarmoniya milli və klassik
musiqiçilərin təkrarsız təbliğat ocağıdır.
Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəa-
liyyət göstərir. Bunlar Azərbaycan Respublikasının
Xalq artisti, Dövlət Mükafatı laureatı, professor Rauf
Abdullayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Sim-
fonik Orkestri, Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi Gulbacı İmanovanın rəhbərliyi ilə
Azərbaycan Dövlət Xor Kapellası, Əməkdar incəsənət
xadimi Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev
adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbay-
can Dövlət Fortepiano Tri-
osu, Azərbaycan Dövlət
Simli Kvarteti, F.Əmirov
adına Əməkdar kollektiv,
Azərbaycan Dövlət Mahnı
və Rəqs ansamblı, bu kol-
lektivin nəzdində fəaliyyət
göstərən Azərbaycan Döv-
lət Xalq Çalğı Alətləri or-
kestridir.
Ulu
öndər Heydər
Əliyevin şəxsi səyi və istəyi
nəticəsində 8 aylıq təmir-
dən sonra Dövlət Filarmo-
niyası 27 yanvar, 2004-cü
ildə təntənəli surətdə ta-
maşaçılara təhvil verilmiş-
dir. Açılışda Prezident
İlham
Əliyev, dünya
şöhrətli violonçel ustası
Mstislav Rostropoviç və
başqaları iştirak etmişdilər.
Son illər ərzində Azər-
baycan Respublikası Mədə-
niyyət və Turizm Nazirliyi
filarmoniyanın müxtəlif
kollektivləri ilə çıxış edən
xarici artistləri Respublika-
mıza dəvət edir. Bu siya-
May
75 illiyi
Azərbaycan Dövlət Filarmoniyası
1936
25
166
hıda V.V.Andreyev adına Dövlət Akademik Rus
Orkestrinin bədii rəhbəri və baş dirijoru Dmitri
Xoxlov, Norveç Opera və Balet Teatrının solisti
İngeborq Kosmo, Boyük Britaniya pianoçusu Deniel
Qrimvud, Ukrayna Respublikasının Xalq artisti, Vo-
kalçıların Beynəlxalq Müsabiqələr laureatı Tatyana
Pimenova, “Bazel” Musiqi Akademiyasının professo-
ru, Fransız “Diapazon D′OR” mükafatı laureatı İvan
Moniqetti, Ukrayna Milli Opera Teatrının solisti İrina
Dats, İohan Straüs adına Vyana ansamblı, Ukrayna
Respublikasının Əməkdar artisti Oksana Dika, Rusiya
Dövlət Akademik Boyük Teatrının solisti Marqarita
Maruna, Türkiyə fleytaçısı Sefika Kutluer, Almaniyalı
dirijor Pyer Domenik Pon-
nellenin və digərlərinin adı
var. Bundan əlavə fransız
pianoçu Fransua Saplen,
pianoçuların Beynəlxalq
müsabiqələr laureatı Denis
Matsuyev (Moskva), Mos-
kva solistləri orkestrinin
baş dirijoru və solisti Yuriy
Basmetin filarmoniyada çı-
xışları planlaşdırılır.
Ədəbiyyat
Cahandarov, B. “Filarmoniya” bağı istifadəyə verilib: Prezident İlham Əliyev
bağda aparılan yenidənqurma işləri ilə tanış olub /B.Cahandarov //Paritet.- 2009.- 8-
9 oktyabr.- S.3.
Prezident İlham Əliyev paytaxtın “Filarmoniya” bağında aparılmış əsaslı təmir
və yenidənqurma işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2009.- 8 oktyabr.- S.1.
İnternetdə
www.az.apa.az
www.az.baku-art.com
www.kultaz.com
www.mct.gov.az
www.philarmonia.az
Adilə Abdullayeva
167
Müsəlman Şərqində ilk demokratik respublika olan
Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-
iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli
oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana
çıxmışdır. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin
elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və
fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin -
Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin,
Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa
Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət
xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına
əbədi həkk olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq
mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət
nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika
dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması
və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb
etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mən-
subiyyətdən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, hətta bir
çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azər-
baycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi
diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və
sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət
və mənasını əyani şəkildə səciyyələndirir.
1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Cümhuriyyət süqut etdikdən sonra
da müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi,
azadlıq ideyaları şüurlara hakim kəsildi. XX əsrin 80-ci illərinin sonu - 90-cı illərin
əvvəlində Azərbaycanda başlamış milli-azadlıq hərəkatı bolşevik rejiminin süqutunu
yaxınlaşdırdı. Xalqın təkidi və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali
Sovetinin sessiyası dövlətin adını dəyişdirərək “Azərbaycan Respublikası” adlan-
dırdı. AXC-nin üçrəngli, ay-ulduzlu bayrağı bu respublikanın da dövlət bayrağı kimi
təsdiq olundu. Həmin il mayın 21-də verilmiş xüsusi fərmanla 28 may Respublika
Günü elan edildi.
May
Respublika Günü
1918
28
168
1 iyun
Gün çıxır
06:12
Gün batır
21:05
30 iyun
Gün çıxır
06:10
Gün batır
21:15
İy
un
22 may-
21 iyun
Əkizlər bürcünün
Nişanı Havadır.
Merkurinin
himayəsindədir.
Günəşin Əkizlər
bürcünün keçdiyi
dövrdə doğulanlar
çox ağıllı olub, hər
şeyi bilməyə həvəs
göstərir, şəraitə
asanlıqla
uyğunlaşırlar.
Ç 1
Ca 2
C 3
Ş 4
B 5
Be 6
Ça 7
Ç 8
Ca 9
C 10
Ş 11
B 12
Be 13
Ça 14
Ç 15
Ca 16
C 17
Ş 18
B 19
Be 20
Ça 21
Ç 22
Ca 23
C 24
Ş 25
B 26
Be 27
Ça 28
Ç 29
Ca 30
2011
Əlamətdar və
tarixi günlər
Narkоmaniyaya və Nоrkоbiznеsə
qarşı Bеynəlxalq mübarizə Günü
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
Narkomanlığa və narkotik vəsitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab
edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və
problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni
mərhələyə qədəm qoymuşdur.
Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək
narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə
Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli
Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Azərbaycan
Respublikası Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca
əh əmiyy əti ondan ibar ətdir ki, Az ərbaycanda narkotik t ərkibli
bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop
maddələrin istehsalı, dərman preparatlarının və xammalın
hazırlanması qanunla qadağan edilmişdir.
1. Uşaqları Bеynəlxalq Müdafiə Günü
5. Ətraf Mühitin Mühafizəsi Günü
15. Milli Qurtuluş Günü
17. Səhiyyə İşçiləri Günü
18. İnsan Hüquqları Günü
23. Dövlət Qulluqçularının Pеşə Bayramı
26. Milli Silahlı Qüvvələr Günü
26. Narkоmaniyaya və Nоrkоbiznеsə
qarşı Bеynəlxalq mübarizə Günü
169
İyun -
Qriqorian təqvimi ilə ilin altıncı ayıdır. 30 gündən ibarətdir.
Xarici ədəbiyyat
Rus inqilabçı demokratı, ədəbi tənqidçi, publisist Belinski Vissarion
Qriqoryeviçin (11.06.1811-07.06.1848) anadan olmasının 200 illiyi
Tarixi günlər
Uşaqların Bеynəlxalq Müdafiə Günü (01.06.1950)
Ətraf Mühitin Mühafizəsi Günü (05.06.1972)
Beynəlxalq Qan Donor Günü (14.06.2001)
Milli Qurtuluş Günü (15.06.1993)
Səhiyyə İşçiləri Günü (17.06.2001)
İnsan Hüquqları Günü (18.06.2007)
Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında fərman
verilmişdir (18.06.2001)
Ümumdünya Qaçqınlar Günü (20.06.2000)
Beynəlxalq Olimpiya Günü (23.06.1967)
Dövlət Qulluqçularının Pеşə Bayramı (23.06.2006)
Milli Silahlı Qüvvələr Günü (26.06.1918)
Narkоmaniyaya və Narkоbiznеsə qarşı Bеynəlxalq Mübarizə Günü
(26.06.1987)
Dostları ilə paylaş: |