Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakir Şamil oğlunun
(15.06.1966-28.01.1992) anadan olmasının 45 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Sədiyev Vəzir İsa oğlunun
(06.06.1961-19.02.1993) anadan olmasının 50 illiyi
170
Azərbaycanın Milli Qəhrəmanı Məcidov Zakir Nüsrət oğlunun
(26.06.1956-06.08.1992) anadan olmasının 55 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Yavər Yaqub oğlunun
(27.06.1956-29.02.1992) anadan olmasının 55 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Elşən İbrahim oğlunun
(30.06.1976-17.03.1995) anadan olmasının 35 illiyi
Siyasət. Hərbi iş
Daxili xidmət general-leytenantı Heydərov Arif Nəzər oğlunun
(28.06.1926-29.06.1978) anadan olmasının 85 illiyi
Mühəndis işi. Texnika
Əməkdar inşaatçı mühəndis, Sosialist Əməyi Qəhrəmanı Abdullayev
Məzahir Ağaverdi oğlunun (03.06.1911) anadan olmasının 100 illiyi
Fizika
İngilis fiziki, klassik elektrodinamikanın banisi Maksvell Ceym
Klerkın (13.06.1831-05.11.1879) anadan olmasının 180 illiyi
Kimya. Biologiya
Neyrocərrahlıq elminin banilərindən biri Burdenko Nikolay Niloviçin
(03.06.1876-11.11.1946) anadan olmasının 135 illiyi
Dövlət mükafatı laureatı, biologiya elmləri doktoru, professor Hacıyeva
Nina Alekseyevnanın (14.06.1926) anadan olmasının 85 illiyi
AMEA-nın müxbir üzvü, Fiziologiya İnstitutu Ekoloji fiziologiya
laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Qasımov
Rafiq Yunisəli oğlunun (26.06.1931) anadan olmasının 80 illiyi
Musiqi
Xalq artisti, dirijor, professor Əzimov Nəriman Abbasqulu oğlunun
171
(01.06.1936) anadan olmasının 75 illiyi
Azərbaycanın Əməkdar artisti, xanəndə Mehrəliyeva Fatma Yusif
qızının (04.06.1926-04.01.2000) anadan olmasının 85 illiyi
SSRİ və Azərbaycanın Xalq artisti, istedadlı müğənni Qasımova
Xuraman Əkrəm qızının (06.06.1951) anadan olmasının 60 illiyi
Xalq artisti, tarzən Bayramov Həbib Əbdülhüseyn oğlunun
(14.06.1926-15.08.1994) anadan olmasının 85 illiyi
Xalq artisti, bəstəkar Cahangirov Cahangir Şirgəşt oğlunun
(20.06.1921-25.03.1992) anadan olmasının 90 illiyi
Teatr.Kino
Rus kino rejissoru, kinodramaturq və kino nəzəriyyəçisi, SSRİ Xalq
artisti Gerasimov Sergey Apollinariyeviçin (03.06.1906-26.11.1985)
anadan olmasının 105 illiyi
Azərbaycanın Xalq artisti Xanızadə Hamlet Bəbir oğlunun (05.06.1941-
23.02.1990) anadan olmasının 70 illiyi
Kitabxana işi. Kitabxanaşünaslıq
Gözdən Əlillər üçün Respublika Kitabxanasının (01.06.1981)
yaradılmasının 30 illiyi
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının
direktoru, filologiya elmləri doktoru Əliyeva-Kəngərli Aybəniz İbrahim
qızının (06.06.1946) anadan olmasının 65 illiyi
172
Fatma Yusif qızı Mehrəliyeva
1926-cı il iyun ayının 4-də Quba
şəhərində anadan olmuşdur. Hələ
12 yaşında ikən Bülbülün seçimi
ilə bu sənətə qədəm qoymuşdur.
Üzeyir Hacıbəyli onu öz hima-
yəsinə götürərək, atalıq etmiş və
sənətin sirlərini ona öyrətməyə
nail olmuşdur. Məhz dahi Üzeyir bəyin onun ya-
radıcılığında böyük rolu olmuşdur. F.Mehrəliyeva
sənət aləmində Ü.Hacıbəylini, S.Rüstəmovu,
X.Şuşinskini, C.Qaryağdıoğlunu, Q.Əsgərovu, A.Ba-
bayevi, Ş.Ələkbərovanı, H.Əliyevi çox sevirdi.
O, əmək fəaliyyətinə 1940-cı ildə “Sazçı qızlar”
ansamblında başlamışdır. Elə həmin ildən Azərbaycan
Dövlət Filarmoniyasının solisti olmuş, geniş konsert
fəaliyyəti göstərmişdir. Ü.Hacıbəylinin “Şəfqət
bacısı” mahnısının ilk ifası ona uğur qazandırmışdır.
Müğənni “Kəsmə şi-
kəstə”nin əvəzsiz ifaçısı
olmuşdur.
F.Mehrəliyevanın ifa
etdiyi muğamlar və mah-
nılar radionun “Qızıl fon-
dun”a daxil edilmişdir.
1945-ci ildə çəkilmiş “Ar-
şın mal alan” filmində Telli
rolunun ifaçısı olmuşdur.
Müğənni 1956-cı ildə
Respublikanın
Əməkdar
artisti fəxri adına layiq gö-
rülmüş, bir çox orden və
medallarla təltif edilmişdir.
Fatma Mehrəliyeva
2000-ci ildə yanvar ayının
4-də vəfat etmişdir.
Ədəbiyyat
Fatma Mehrəliyeva //Azərbaycan musiqi dünyası.- Bakı, 2001.- S.31.
Mehrəliyeva Fatma //Muğam ensiklopediyası;
Heydər Əliyev Fondu.- Bakı,
2009.- S.125.
Təhmirazqızı, Sədaqət. “Kəsmə şikəstə”nin Fatma zirvəsi: (Fatma Mehrəliyeva
haq.) //Mədəniyyət.- 2010.- 9 iyun.- S. 11.
İnternetdə
www.anl.az
www.az.wikipedia.org
Səmayə Quliyeva
İ
yun
85 illiyi
Fatma Mehrəliyeva
1926-2000
Xanəndə
4
173
Hamlet Bəbir oğlu Xanızadə
1941-ci il iyun ayının 5-də Ba-
kıda doğulmuşdur. 1965-ci ildə
Azərbaycan Dövlət Teatr İnsti-
tutunun Dram və kino aktyorluğu
fakültəsini bitirmişdir. Son kursda
oxuyanda institutda oynadığı ma-
raqlı rollara görə Azərbaycan Milli Dram Teatrının
aktyor heyətinə qəbul edilmişdir.
Mürəkkəb faciə rollarını, ziddiyyətli xarakterə malik
romantik-dramatik obrazları ustalıqla yaratmışdır.
1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar
artisti adına layiq görülmüşdür. 1984-cü ildə Hüseyn
Cavidin “İblis” faciəsindəki İblis roluna görə Dövlət
mükafatı ilə təltif edilmişdir.
Aktyor iyirmiyə yaxın
bədii filmə çəkilmişdir.
“Yeddi oğul istərəm”, “Ba-
bək” və “Arxadan vurulan
zərbə” kinolentlərindəki
Gizir, Xəlifə Mötəsim və
İmaş onun ən maraqlı ekran
obrazlarıdır.
Aktyor, 1986-cı il may
ayının 5-dən etibarən teatr-
dan Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostu-
diyasına getmişdir.
Hamlet Xanızadə 23 fev-
ral 1990-cı ildə Bakıda
vəfat etmiş və doğma kəndi
Şağanda dəfn edilmişdir.
Ədəbiyyat
Xanızadə Hamlet //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1987.-
C.10.- S.48.
Mehdixanlı, T. Onu unutmaq olmur: [Əməkdar artist Hamlet Xanızadə haq.]
/T.Mehdixanlı //Azərbaycan.- 2005.- 20 fevral.- S. 5.
Mükərrəmoğlu, M. Dramatik rolların ölməz ifaçısı: [Hamlet Xanızadə haq.]
/M.Mükərrəmoğlu //Xalq qəzeti.- 2005.- 27 yanvar.- S. 5.
Rəhimli, İ. Hamlet Xanızadə /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.-
S.372-373.
İnternetdə
www.az.wikipedia.org Səmayə Quliyeva
İyun
70 illiyi
Hamlet Xanızadə
1941-1990
Aktyor
5
174
Vəzir İsa oğlu Sədiyev 1961-ci
il iyun ayının 6-da Gürcüstan
Respublikasının Marneuli rayonu-
nun Aşağı Qullar kəndində do-
ğulmuşdur. İbtidai təhsilini doğma
kəndlərində, orta təhsilini isə Qərbi
Azərbaycanın Körpülü kəndində
almışdır. Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil
olmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən
sonra onu təyinatla Rusiyanın Qorki şəhərindəki hərbi
məktəblərdən birinə müəllim göndərilmişdir. O, bura-
da üç il müəllimlik etdikdən sonra könüllü olaraq
Əfqanıstana gedir. Batalyon komandiri kimi Əfqanıs-
tan müharibəsində 2 il 4 ay iştirak edir. Döyüşlərin
birində ağır yaralanaraq müalicə alır. Yenidən Zabay-
kal hərbi dairəsinə qayıdır. O, 122 saylı artilleriya və
raket qoşunları məktəbində 41659 saylı hərbi hissənin
qərargah rəisinin müavini vəzifəsinə təyin edilir. Ona
mayor rütbəsi verilir. Bununla yanaşı o, ikinci
dərəcəli “Peşəkar zabit” döş nişanına layiq görülmüş-
dür.
Dəhşətli Xocalı Soyqırımı xəbərini eşidərkən onu
Zabaykalda heç bir qüvvə saxlaya bilməmişdi. O,
Azərbaycanın Müdafiə Nazirliyinə müraciət etmiş,
nazirliyin 26 avqust 1992-ci il 01529 saylı Əmrinə
əsasən Artilleriya və Hərbi Hava Qüvvələri İdarəsində
Döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsinə
təyin edilmişdir. Vəzir Sədiyev Laçın, Qubadlı, Füzu-
li, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak et-
mişdi. Milli Orduda artil-
leriyanın yaradılmasında
böyük rolu olan Vəzir, xü-
susilə, Ağdərə uğrunda ge-
dən dəhşətli döyüşlərdə əsl
hərbçi olduğunu bir daha
sübut etmişdir.
1993-cü ilin fevral ayı-
nın 19-da cəsur komandir
Vəzir Sədiyev Ağdərənin
Aterk kəndi uğrunda gedən
döyüşlərdə qəhrəmancasına
həlak olmuşdur.
Vəzir Sədiyev hərbi xid-
məti zamanı 2 orden, 3 me-
dal və eləcə də keçmiş
SSRİ Ali Sovetinin fəxri
fərmanları ilə təltif edilmiş-
dir.
Ailəli idi. Bir qızı yadi-
gar qalıb.
Azərbaycan Respubli-
kası Prezidentinin 15 yan-
var 1995-ci il tarixli 262
saylı Fərmanı ilə mayor
Sədiyev Vəzir İsa oğluna
ölümündən sonra “Azər-
baycanın Milli Qəhrəmanı”
adı verilmişdir.
İyun
50 illiyi
Vəzir Sədiyev
1961-1993
Milli
Qəhrəman
6
175
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ədəbiyyat
Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Sədiyev Vəzir İsa oğlu –
mayor - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorun-
masında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində
gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz
müqəddəs əsgəri və xidməti borcunu şərəflə yerinə yetirilməsindəki misilsiz
xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 15 yanvar 1995
ci il //Azərbaycan.- 1995.-17 yanvar.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Sədiyev Vəzir İsa oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrə-
manları.-Bakı, 2005.- S.200.
Sədiyev Vəzir İsa oğlu: (1961-1993) //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.187.
Zeynalov, R. Sədiyev Vəzir İsa oğlu: (1961-1993) /R.Zeynalov, R.Sədiyev
//Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.57.
Saqibə Mehrəliyeva
Yazma mənim qismətimə nəhs taleyi, puç günü,
Güllələrdən qaçan günü - günah günüm, suç günüm,
Ölüm nədir - yer üstündən yer altına köç günüm
Tanrım, məni şəhid elə bu torpağın yolunda!
Qəzəbimi şəhid elə qeyrət kimi cücərsin,
Gəncliyimi şəhid elə şəhidliyi becərsin.
Oğul gərək varlıq üçün yox olmağı bacarsın,
Tanrım, məni şəhid elə bu torpağın yolunda,
Bu məsləkin, bu millətin, bu bayrağın yolunda!
Zəlimxan Yaqub,
Xalq şairi
176
Aybəniz İbrahim qızı Əliyeva-
Kəngərli 1946-cı il iyun ayının 6-
da Naxçıvan Muxtar Respublika-
sının Şərur rayonunda ziyalı ailə-
sində anadan olmuşdur.
1968-ci ildə Bakı Dövlət Uni-
versitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə
diplomu ilə bitirərək, elə həmin il təyinat üzrə Elmlər
Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat
Muzeyində kitabxana müdiri vəzifəsində işləməyə
başlamışdır. Bu illər ərzində müxtəlif beynəlxalq elmi
konfranslarda iştirak etmiş, Azərbaycanda kitabxana-
çılığın, informasiya texnologiyalarının inkişafına
xidmət edən simpozium və seminarlarda məruzələrlə
çıxış etmişdir. 1992-ci ildə “Azərbaycan nağıllarında
qadın obrazı” adlı namizədlik dissertasiyası müdafiə
edərək alimlik dərəcəsi almışdır. Bir neçə kitabın,
100-ə yaxın elmi-nəzəri tənqidi məqalənin, 20
biblioqrafik göstəricinin müəllifi, redaktorudur.
2000-ci ildən Azərbaycan Milli Elmlər Akademi-
yasının Mərkəzi Elmi Kitabxanasında direktor müa-
vini, 2002-ci ildən direktor
vəzifəsində çalışır. 2010-cu
ildə “Azərbaycan folklor
kitabı: qaynaqları, təşək-
külü və inkişaf mərhələləri”
adlı doktorluq dissertasi-
yasını müvəffəqiyyətlə mü-
dafiə etmişdir.
Azərbaycan Milli Elm-
lər Akademiyasının Fəxri
Fərmanı ilə təltif edilmiş-
dir.
Azərbaycan “Lider qa-
dınlar” konfederasiyasının
AMEA üzrə idarə heyyəti-
nin sədridir. Ailəlidir. 2
qızı, 2 nəvəsi var.
Ədəbiyyat
Abdulla İsmayıl oğlu Qarayev: biblioqrafiya /AMEA Mərkəzi Elmi Kitabxana;
tərt. A.İ.Əliyeva-Kəngərli; red. T.M.Ağayev.- Bakı: Elm, 2009.- 290 s. - (Azərbayca-
nın elm və mədəniyyət xadimləri)
Aida Nəsir qızı İmanquliyeva: biblioqrafiya /tərt.-müəl. A.Əliyeva-Kəngərli,
İ.Səfərov; red. V.Məmmədəliyev; AMEA, Mərkəzi Elmi Kitabxana.- Bakı: Elm,
2009.- 245 s. (Azərbaycanın elm və mədəniyyət xadimləri)
İ
yun
65 illiyi
Ayb əniz Əliyeva-
Kəngərli
1946
Folklorşünas
alim
6
177
Azərbaycan folkloru və kitab mədəniyyəti /A.Əliyeva-Kəngərli.-B.: Elm, 2008.-
423 s.
Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar /A.Əliyeva-
Kəngərli; elmi red.A.Xələfov; rəyçi. R.Kazımov, X.İsmayılov.- Bakı: Elm, 2007.-
394 s.
AMEA Mərkəzi Elmi Kitabxanası müasir informasiya məkanında /A.Əliyeva-
Kəngərli //Respublika.- 2010.- 1 iyul.- S.8.
Azərbaycan elmi kitabı postsovet məkanında /A.Əliyeva-Kəngərli //Elm .-2007.-
30 oktyabr.- S. 7.
Azərbaycan folklor kitabının hazırlanmasında Hənəfi Zeynallının rolu //AMEA
Mərkəzi Elmi Kitabxanası. Elmi əsərlər.- 2009.- № 10.- S.139-144.
Kitabxana informasiya cəmiyyətinin əsas infrastruktur elementidir /A.Əliyeva-
Kəngərli //Kitabxanalar biliklər cəmiyyətində: (ikidilli Azərbaycan-Rusiya layihəsi).-
Bakı, 2006.- S.128-132.
Müstəqillik dövründə Mərkəzi Elmi Kitabxananın fondlarının formalaşması:
inkişafı və təkmilləşdirilməsi tendensiyaları (tədqiqat materialları əsasında)
/A.İ.Əliyeva-Kəngərli //Kitabxanaşünaslıq və informasiya: jurnal.- 2010.-№ 1.- S.32-
39.
Rus dilində
Алиева-Кенгерли А.И. Книжное дело в средневековом Азербайджане
/А.И.Алиева-Кенгерли, Мамедова Л.Г. //AMEA Mərkəzi Elmi Kitabxanası. Elmi
əsərlər.- 2009.- № 10.- 124-130.
İnternetdə
www.csl-az.com
www.elibrary.az
www.meqale.lit.az
Adilə Abdullayeva
178
Xuraman Əkrəm qızı Qasımova
1951-ci il iyun ayının 6-da Bakı
şəhərində anadan olmuşdur.
1975-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasını bitirmişdir.
1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının
solistidir. Səsinin tembri sopranodur. Çox az müddət
Musiqili Komediya Teatrında işləmişdir.
Birinci mükafatı 1977-ci ildə İfaçıların 5-ci Zaqaf-
qaziya müsabiqəsində almışdır. Həmin ildə vokalist-
lərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin
laureatı olmuşdur.
Onun əsas partiyaları F.Əmirovun “Sevil” opera-
sında Sevil və Dilbər, Üzeyir Hacıbəylinin “Koroğlu”
operasında Nigar, C.Puççininin “Bohema” operasında
Mimi və Müzetta, C.Verdinin “Otello” və “Aida”
operasında Dezdemona və Aida, P.Çaykovskinin
“Yevgeni Onegin” operasında Tatyana, Covanni
Perqomzininin “Xanımın qulluqçusu” operasında
Serpina, Şarl Qunonun “Faust” operasında Marqarita,
Zakir Bağırovun “Qoca Xottabıç” operasında Leyla
və başqa operalarda yaratdığı obrazlar Xuraman
Qasımovanın hərarətli sənət axtarışlarının parlaq
nailiyyətləridir.
1981-ci ildə Mariya Kallas adına Beynəlxalq mü-
sabiqənin laureatı olmış, “Qran pri” mükafatının qızıl
medalına layiq görülmüşdür. 1982-ci
ildə Moskvada keçirilən ifaçıların P.Çaykovski adına
8-ci Beynəlxalq müsabiqəsinin laureatı olmuşdur.
Xuraman Qasımova Opera
və Balet Teatrına solist
götürülməmişdən
əvvəl,
məktəbli vaxtlarından bir
neçə bədii filmdə baş
rollara çəkilmişdir. Buna
görə də hələ vokal sənətin-
də tanınmamışdan əvvəl ki-
no aktrisası kimi populyar
olmuşdur. O, “Liftçi qız”
filmində baş rolu ifa etmiş-
dir. Sonralar “Mən ki, gözəl
deyildim”, “Həyat bizi sı-
nayır” filmlərində də ma-
raqlı rollar oynamışdır. Vo-
kal ifaçılığında isə bir qədər
sonralar uğur qazanmışdır.
1982-ci ildən Bakı Mu-
siqi Akademiyasında peda-
qoji fəaliyyətlə məşğuldur.
Xuraman Qasımova sənət
nailiyyətlərinə görə 1984-
cü ildə Azərbaycan Dövlət
mükafatı laureatı, 1986-cı
ildə isə Azərbaycan Res-
publikasının Xalq artisti
fəxri adlarına layiq görül-
müşdür. 1988-ci ildə 8-ci
İ
yun
60 illiyi
Xuraman Qasımova
1951
Müğənni
6
179
Beynəlxalq Çaykovski müsabiqəsinin gümüş meda-
lına layiq görülmüşdür.
1994-cü ildən İstanbul Dövlət Universitetinin
Konservatoriyasının professorudur. 1996-cı ildən
professor adı almışdır. 2001-ci ildə isə “Şöhrət”
ordeni ilə təltif edilmişdir.
Xuraman Qasımova bir sıra xarici ölkələrdə Bol-
qarıstanda, Çexoslovakiyada, Maltada, Fransada,
Avstriyada, Norveçdə, Türkiyədə, Finlandiyada çı-
xışlar etmişdir.
Xuraman Qasımova hal-
hazırda öz şərəfli sənət
yolunu yorulmadan sevə-
sevə davam etdirir. O, ifa-
çılıq vokal ustalığı ilə vokal
yaradıcılıq sahəsində həm
respublikamızda, həm də
respublikadan kənar ölkə-
lərdə də tanınır.
Ədəbiyyat
Abdultalıbzadə, G. Xuraman Qasımova otuz illik sənət yolu /G.Abdultalıbzadə
//Musiqi dünyası.-2008.- №1-2.-S.127-130.
Bakı Musiqi Akademiyası:Yeni tədris kurslarında solo oxuyan tələbələr üçün /elmi
redaktoru Xuraman Qasımova.- Bakı, 2008.- 39 s.
Musiqini sevirəm deməklə sənətkar olmaq mümkün deyil //Paritet.-2008.-18-19
sentyabr.-S.13.
Nəcəfova, G. O ki, gözəldir /G.Nəcəfova // Mədəniyyət.- 2009.- 26 iyun.- S.4.
İnternetdə
www.anl.az
Samirə Eminova
180
Həbib Əbdülhüseyn oğlu Bayra-
mov 1926-ci il iyun ayının 14-də
Bakı şəhərində anadan olmuşdur.
Həbib Bayramov hələ kiçik yaş-
larından tara bağlanmış, sonralar
ömrü boyu onu doğma balası kimi
sinəsinə sıxaraq “oxşamış”, din-
ləyicilərin də ürəyini oxşaya bil-
mişdir. Onların evində musiqiçi olmamışdır. Atası
onun tara olan sevgisini hiss etmişdi və 13 yaşı tamam
olan günü ona tar hədiyyə almışdı. Elə həmin gün
atası onu musiqi məktəbinə, Əhməd Bakıxanovun
yanına aparmışdı.
H.Bayramov 1941-ci ildən Əhməd Bakıxanovun
rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında
çalışmışdır. 1943-cü ildə Asəf Zeynallı adına Orta
İxtisas Musiqi məktəbində müəllim çatışmadığı üçün
Həbib Bayramov həm muğamat sinfində dərs demiş,
həm də əlaçı tələbə kimi təhsil almışdır.
1949-cu ildən M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının, Azərbaycan Qastrol-konsert
Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti ol-
muşdur.
Həbib Bayramov musiqi aləmində şərəfli həyat
yolu keçmişdir. Bu yolda nə qədər uğur, sevinc, yad-
daqalan konsertlər, xarici səfərlər, maraqlı epizodlar,
təltiflər, fəxri adlar həmişə sənətkarı müşayiət etmiş-
dir.
İstedadlı tarzənin xaricə ilk səfəri 1951-ci ildə ol-
muşdur. O, Berlində keçirilən tələbələrin üçüncü
ümumdünya festivalında
iştirak etmiş, festivalın lau-
reatı adına layiq görülmüş-
dür. Sonralar Polşaya, Ka-
nadaya, İraqa, Suriyaya,
Yəmənə, Küveytə, İordani-
yaya, Əfqanıstana, Türkiyə-
yə, Danimarkaya, Avstriya-
ya, İngiltərəyə, Hindistana,
Nepala, İtaliyaya, İspaniya-
ya, Fransaya qastrol səfər-
ləri etmiş, Azərbaycan mu-
siqisini, Azərbaycan tarını
həmin ölkələrdə bir daha
sevdirmiş, şöhrətləndirmiş-
dir.
Həbib Bayramov həm də
gözəl saz ifaçısı olmuşdur.
Onun sazda ifa etdiyi
“Segah”, “Humayun”, “Ba-
yatı-Qacar” muğamları ra-
dionun qızıl fondunda sax-
lanılır.
1973-cü ildən ömrünün
sonunadək Azərbaycan
Dövlət Televiziya və Radio
Verilişləri Komitəsinin
Əhməd Bakıxanov adına
Xalq Çalğı Alətləri ansam-
blının bədii rəhbəri olmuş-
İ
yun
85 illiyi
H əbib Bayramov
1926-1994
Tarzən
14
181
dur. 1983-cü ildə o, Azərbaycanın Xalq artisti adına
layiq görülmüşdür.
Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adı-
gözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəz-
ban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev,
Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimo-
va kimi sənətkarları tarda müşayiət etmişdir.
Onun sənəti yüksək ifaçılıq mədəniyyəti ilə daim
fərqlənmişdir. Repertuarında “Rast”, “Şur”, “Çahar-
gah”, “Segah”, “Xaric se-
gah”, “Orta mahur” və di-
gər muğamlar əsas yer tut-
muşdur.
Görkəmli tarzən Həbib
Bayramov 15 avqust 1994-
cü ildə Bakı şəhərində vəfat
etmişdir və ikinci Fəxri Xi-
yabanda dəfn olunmuşdur.
Ədəbiyyat
Bayramov Həbib Əbdülhüseyn oğlu //Müğam ensiklopediyası.-Bakı, 2009.- S.39.
Bayramov Həbib Əbdülhüseyn oğlu //Üzeyir Hacıbəyli ensiklopediyası.-Bakı,
2008.- S.33.
Samirə Eminova
|