Azərbaycan Milli Kitabxanası


  Ərazisi – 1,15 min km



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

 

23 


Ərazisi – 1,15 min km

2

 

Əhalisinin sayı – 177,6 min nəfər 

İnzibati mərkəzi – 

AĞDAM 

İşğal tarixi 

– 

23 iyul 1993

 

 

 

Ağdam Bakıdan 358 kilomеtr, Qarqar çayının 



sahilindən 3 kilomеtr aralı, Qarabağ düzünün cənub-qər-

bindədir. Dəniz səviyyəsindən yüksəkliyi 410 mеtr, mak-

simum yüksəkliyi 1365 mеtrdir. İqlimi, əsasən, mülayim is-

ti, quraq subtropikdir. 

Ağdam  ağır, yеyinti və yüngül sənayеyə, inkişaf еtmiş 

kənd təsərrüfatına malik olan rayondur. Ağdamda dəzgah 

avadanlıqları, aеrokosmik və rabitə cihazları, mеtiz-furnitur, 

traktor və avtomobil təmiri, konsеrv, tikinti matеrialları zavodu, ət kombinatları, iki 

dəmir yolu vağzalı və aеroport, Kənd təsərrüfatının mеxanikləşdirilməsi və еlеktrik-

ləşdirilməsi  zavodu, Ü.Hacıbəyov adına Musiqi Tеxnikumu və   Ə.Haqvеrdiyеv 

adına Ağdam Dövlət Dram Tеatrı fəaliyyət göstərirdi.  

Rеspublikanın  ən inkişaf  еtmiş, güclü sənayеsi və  kənd təsərrüfatı, böyük 

iqtisadi potеnsialı olan  rayonlarından idi, Ağdam. Rayonda 134 kənd, 36 kolxoz və 

sovxoz, 12 sənayе, 196 mədəni-maarif, 158 səhiyyə obyеkti, 103 məktəb var idi.  

23 iyul, 1993-cü il, saat 17 radələri. Bu, Ağdamın işğala məruz qaldığı qara 

tarixdir.  İyulun 23-də 43 gün düşmənə sinə  gərmiş  Ağdam  şəhəri süqut еtdi. Yağı 

düşmən еvlərə od vurur, mədəniyyət abidələrini dağıdır, insanların əmlaklarını qarət 

еdir, şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tuturdu. Ağdam rayonunun 

1094 km

2

  ərazisi hakimiyyət uğrunda gеdən siyasi didişmələrin, təxribat və 



xəyanətlərin qurbanı oldu. Ağdam vuruşmuşdur, döyüşmüşdür, böyük itkilər vеrmiş-

dir. Ağdam indi ərazisinin 20 faizinə  sığınıb, 1094 km

2

  ərazisinin 247 km



2

-də 


(ümumi ərazisinin 22,6%) Ağdamın 60 min sakini məskunlaşıb. 

208 

 

      



Flora  Ələkbər qızı  Kərimova 

1941-ci il iyul ayının 23-də ana-

dan olmuşdur. Səhnəyə ilk gəlişi 

1956-1957-ci illərdə keçirilən 

Azərbaycan gənclərinin festiva-

lında iştirakı ilə başlamışdır. 14 

yaşından  Şmidt zavodunun bədii 

özfəaliyyət kollektivində, Azərbaycan Dövlət Tibb 

İnstitutunun (indiki ADTU) “Çinar” ansamblında, 

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında 

çıxış etmişdir. O, 1964-cü ildə Asəf Zeynallı adına 

Bakı Musiqi Texnikumunu bitirmişdir. 1983-cü ildən 

Azərbaycan Teleradio Verilişləri  Şirkətinin solistidir. 

Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq 

Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay 

Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer 

tutan müğənni özünəməxsus ifa tərzi ilə seçilir. 1966-

cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında 

Leyli (“Leyli və  Məcnun”, Ü.Hacıbəyli) partiyasında 

6 tamaşada çıxış etmiş, 1969-cu ildə “Qanun naminə” 

bədii filmində Züleyxa roluna çəkilmişdir. 1971-ci 

ildə Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki 

ADTU) və 1977-ci ildə Azərbaycan Dövlət Konser-

vatoriyasında təhsilini müvəffəqiyyətlə başa vurmuş-

dur. “Böyük Dayaq” (1962), “O qızı tapın” (1970), 

“Gün Keçdi” (1971), “Həyat Bizi Sınayır” (1972), 

“Qız, oğlan və  şir” (1974), “Payız melodiyaları” 

(1974), “Şahzadə-qara qızıl” (1974), “Alma almaya 

Bənzər” (1975),  “Toplan və kölgəsi” (1977), 

“Sonrakı peşmançılıq” (1978), “Qayınana”(1978), 

“Yollar görüşəndə...” 

(1979), “Onun bəlalı sevgi-

si” (1980), “Nəğməkar tor-

paq” (1981), “Evləri köndə-

lən yar” (1982), “Əzablı 

yollar” (1982), “Bağışla” 

(1983), “Humayın yuxusu” 

(1985), “Səndən xəbərsiz” 

(1985), “Xüsusi vəziyyət” 

(1986), “Ağ atlı  oğlan” 

(1995) adlı film və tamaşa-

larda mahnıların ifaçısı 

kimi çıxış etmişdir. Flora 

xanımın ifasında səslənən 

“Yoxluğunu bilə bilə”, 

“Yalan imiş”, “İlahi”, “Ru-

humuz qovuşacaq”, “Qara-

bağ”, “Əzizim”, “Bakı sa-

bahın xeyir”, “Bir axşam 

taksidən...”, “Bir daha”, 

“Dünya köhnə dünyadır”, 

“Əlvida”, “Onun bəlalı sev-

gisi”, “Unut sən məni”, 

“Saçlarına gül düzüm”, 

“Unutma”, “Sən uzaq yaşıl 

ada” mahnıları bu gün də 

sevə-sevə dinlənilir. 

1997-ci ildə insan hü-

quqlarının  ən yaxşı müda-

fiəçisi  kimi  Sülh  və De-

 

   


İyul 

 

70 illiyi 



Flora Kərimova 

1941 


 

 

 



Müğənni 

23 


209 

mokratiya İnstitutu İnsan hüquqları Müdafiəsi Depar-

tamentinin baş mükafatını almışdır. Azərbaycan 

musiqi ifaçılığı  sənətinin inkişafındakı xidmətlərinə 

görə Flora Ələkbər qızı Kərimova 17 noyabr, 1992-ci 

ildə Azərbaycan Respubli-

kasının Xalq artisti adına 

layiq


 

görülmüşdür.



 

 

Ədəbiyyat 

Müğənni Flora Ələkbər qızı  Kərimovaya Azərbaycan Respublikasının Xalq 

artisti fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı, 17 noyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 

1992.- № 22.- S. 57. 

 

İradəmi bir daha yoxladım /F.Kərimova //Şərq.- 2007.- 31 yanvar.- S. 15. 



“Sənət həyatımda 2 insana borcluyam” /F.Kərimova //Həftə içi.- 2009.- 26-29 

iyun.- S.7. 

Ol, Ə. Səsindən tanınan /Əjdər Ol.-Bakı: Şur və Cik-cik, 1993.- 48 s.  

 

İnternetdə 

www. az.wikipedia.org 

www.load.az. 

www. mp3.open.az  

 

www. musiqi.az. 



Adilə Abdullayeva 

 


210 

 

 Maral Yusif qızı Rəhmanzadə 1916-

cı il iyul ayının 23-də Bakının 

Mərdəkan qəsəbəsində  zərgər ailəsində 

anadan olmuşdur. Onu 1922-ci ildə 

Bakıdakı Hüseyn Cavid adına 8  saylı 

qız məktəbinə qoymuşlar. Maral Rəh-

manzadə  hələ  məktəbli ikən “Ana dili” 

kitabını oxuyaraq orada dərc edilmiş xalq nağıllarına 

və “Aran köçü” hekayəsinə  ilk şəkillərini çəkmişdir. 

1928-ci ildə Maral Rəhmanzadə 8 Mart Qadınlar 

bayramına həsr edilmiş  məktəb yığıncağında öz 

rəfiqələri ilə birlikdə çadrasını atmış  və bu onun 

həyatında böyük dəyişikliklərə səbəb olmuşdur. 

Maral Rəhmanzadə 1930-cu ildə  Əzim  Əzimzadə 

adına Rəssamlıq məktəbinə daxil olmuş, 1933-cü ildə 

bitirmişdir. 1934-1940-cı illərdə Moskva Dövlət Təs-

viri İncəsənət İnstitutunda oxumuşdur. 

1939-1940-cı illərdə Maral Rəhmanzadə  N.E.Rad-

lov və M.S.Radionovun rəhbərliyi altında illüstra-

siyadan, Qrabarın və  İstominin rəhbərliyi altında 

rəngkarlıqdan, D.N.Moorun rəhbərliyi altında plakat-

dan dərs almışdır. 

Yaradıcılığının erkən dövründə  çəkdiyi dəzgah 

rəsmləri silsilələrindən olan “Azərbaycan qadını 

keçmişdə  və indi” (1940), “Qadınlar müharibə 

illərində” (1942) əsərlərində Azərbaycan qadınlarının 

həyatı, məişəti, qəhrəmanlığı öz əksini tapmışdır. 

Maral Rəhmanzadə  əsasən qrafika sahəsində 

fəaliyyət göstərmişdir. Bir sıra xarici ölkələrdə olmuş, 

həmin ölkələrin həyatını 

təsvir edən silsilə qravü-

ralar yaratmışdır. 

Böyük Vətən müharibə-

sindən sonrakı illərdə,  əsa-

sən qrafika sahəsində (li-

toqrafiya, linoqravüra)  fəa-

liyyət göstərmiş, yaradıcılı-

ğında əmək və məişət möv-

zuları  üstün yer tutmuşdur. 

1946-cı ildən başlayaraq 

onun  əsərləri ümumittifaq, 

Zaqafqaziya respublikaları 

və bir sıra respublikaların 

sərgilərində nümayiş etdi-

rilmişdir. 

1957-ci ildə  rəssamın 

Moskvada təşkil edilib yük-

sək qiymət almış şəxsi sər-

gisindən sonra “Sovetskiy 

xudojnik” nəşriyyatı  tərə-

findən onun xüsusi albomu 

nəşr edilmişdir. 

 1953-1960-cı illərdə 

“Bizim qızlar”, “Doğma 

vətənim”, “Azərbaycan”, 

“Mənim  bacılarım” kitab 

qrafikası sahəsində də geniş 

fəaliyyət göstərmiş, bədii 

 

   



İyul 

 

95 illiyi 



Maral Rəhmanzadə 

1916-2008 

 

 

 



 

Rəssam 

23 


211 

əsərlərə illüstrasiyalar çəkmişdir.  

Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində 

İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçi-

ka, Suriya, Livan və s. ölkələrdə nümayiş etdirilmiş, 

Şrilanka və Kubada fərdi sərgiləri keçirilmişdir. 

Maral  Rəhmanzadə 1964-cü ildə Azərbaycanın 

Xalq rəssamı  adına layiq  görülmüşdür. O, “Qırmızı 

Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, həmçinin 

bir sıra medallarla, 1996-ci ildə isə Azərbaycan Res-

publikası Prezidentinin Fər-

manı ilə “Şöhrət” ordeni ilə 

təltif edilmişdir. 

Görkəmli rəssam  Rəh-

manzadə Maral Yusif qızı 

16 mart 2008-ci ildə Bakı 

şəhərində vəfat etmişdir. 

 

Ədəbiyyat 



 

Xalq rəssamı Maral xanım Rəhmanzadəyə: 80 illiyi münasibəti ilə Azərbaycan 

Respublikasının Prezidenti Heydər Əliyevin təbriki //Azərbaycan.-1996.-23 iyul.-S.1. 

İncəsənətimizin zəngin səhifəsi: Azərbaycan Prezidenti Heydər  Əliyev Xalq 

rəssamı Maral Rəhmanzadənin yubiley sərgisinin açılışında olmuşdur: 80 illiyi 

münasibətilə //Azərbaycan.- 1996.- 6 avqust.- S.4. 

Rzalı, R. Azərbaycan qrafikasının ustadı: Maral Rəhmanzadənin anadan 

olmasının 85 illiyinə  həsr olunmuş “Gözəllikdən doymur ürək” yubiley sərgisi 

haqqında /R.Rzalı //Azərbaycan.- 2001.- 30 sentyabr.- S.6. 

Ürəkdə qalmaq üçün: Xalq rəssamı ilə müsahibə //Ədəbiyyat qəzeti.-  1996.-         

9 avqust.- S.1. 

 

                                                              Samirə   Eminova      



 

212 

 

Corc Bernard Şou 1856-cı il iyul 

ayının 26-da  Dublin şəhərində ana-

dan olmuşdur.  

O, ingilis dramaturqu olub, 1925-

ci ildə Nobel mükafatı almışdır. Mən-

şəcə irlanddır. 1871-ci ildə kolleci 

bitirmiş, lakin maddi çətinlik üzündən 

universitetə daxil ola bilməmişdi. 

1876-cı ildə Londona köçmüş  və 

jurnalistliklə  məşğul olmuşdur. “Ağılsız kəbin” 

(1880), “Artistin məhəbbəti” (1881), “Keşel Bay-

ronun sənəti” (1882) və  kəskin mövzulu “Həvəskar 

sosialist” (1883) romanları ilə ədəbi ictimaiyyətin rəğ-

bətini qazanmışdır. “Fobi cəmiyyəti”nin fəal üzvü 

olan  Şou sosialist ideyalarını  təbliğ etmiş, lakin 

marksizmə islahatçılıq mövqeyindən yanaşmışdır. 

1890-cı illərdən dramaturq kimi tanınmışdır. “Silah və 

insan”, “Kandida”, “Taleyin sevimlisi”, “Yaşayarıq, 

görərik” pyeslərində kapitalizm cəmiyyətinin təzadları 

əksini tapmış, aktual sosial-etik problemlər qal-

dırılmışdır. “İnsan və fövqəlbəşər”, “Mayor Barbara”, 

“Həkimin dilemması”, “Piqmolion”, “Ürək sındırılan 

evdə”, “Alma arabası”, 

“Əngəl”, “Milyoner arva-

dı”, “Cenevrə” və s. pyes-

lərində kapitalizm cəmiy-

yətinin antihumanist ma-

hiyyəti, burjua demokrati-

yası ifşa olunur. 

Yeganə faciə əsəri “Mü-

qəddəs 


İoanna” Janna 

d’Arka həsr olunmuşdur. 

Ömrünün son illərində 

“Boyantın milyardları”, 

“Uydurma təmsillər” pyes-

lərini yazmışdır. 

“Şeytanın  şagirdi” pyesi 

Azərbaycan səhnəsində ta-

maşaya qoyulmuşdur.  Şou 

Corc Bernard 1950-ci ilin 

noyabr ayının 2-də Eyot-

Sant-Lorens şəhərində vəfat 

etmişdir. 

 

Ədəbiyyat 

Bernard, C.Ş. Şeytanın şagirdi /Ş.C.Bernard //Azərbaycan.- 1985.- № 12.-  

S.4-36.  

Şıxlı, İ. XX əsr xarici ədəbiyyat tarixi /İ.Şıxlı.- Bakı: Azərnəşr, 1972.- 345 s. 



 

Bəybala Ələsgərov

 

  İ



yul 

 

155 illiyi 



Corc Bernard Şou 

1856-1950 

 

 

 



 

İngilis 


dramaturqu 

26 


213 

 

      Sadıq Dayandur oğlu   Hüseynov 



1961-ci il iyul ayının 29-da Ağcabədi 

rayonunun Xocavənd kəndində doğul-

muşdur. 1968-ci ildə burada birinci 

sinifə getmiş  və 1978-ci ildə orta 

məktəbi bitirmişdir. 1980-ci ildə 

Xankəndi Pedaqoji İnstitutunun  İbti-

dai metodika fakültəsinin qiyabi şöbəsinə daxil 

olmuşdur. Elə  həmin il ordu sıralarına çağırılmışdır. 

O, hərbi xidmətini başa vurduqdan sonra yarımçıq 

qalmış təhsilini davam etdirmış, 1987-ci ildə institutu 

bitirərək doğma kəndlərinə qayıtmışdır. Sadıq vaxtilə 

oxuduğu məktəbdə  əvvəl pioner baş  dəstə  rəhbəri, 

sonra isə müəllim işləmişdir. O, 1989-cu ildə DİN-in 

sərəncamı ilə Şuşa rayon Daxili İşlər Şöbəsində sahə 

müvəkkili vəzifəsinə  təyin edilmişdi. Erməni qul-

durları  Şuşaya hücum edəndə Sadıq da digər polis 

əməkdaşları kimi şəhərin müdafiəsində yaxından 

iştirak etmiş, düşmənə ağır zərbələr endirmişdir. O, 29 

mart 1992-ci ildə  ağır yaralanır. Buna baxmayaraq, 

yenə də silahı yerə qoymur, döyüşə atılır. 

    13  aprel  1992-ci  ildə erməni silahlı birləşmələri 

Şuşanı  ağır raket atəşinə tutmuşdu. Sadıq Hüseynov 

yaralı yoldaşlarını xilas 

edərək qəhrəmancasına  hə-

lak oldu. 

    Ailəli idi. Həyatda bir 

qızı yadigar qalıb. 

    Azərbaycan Respublikası 

Prezidentinin 8 oktyabr 

1992-ci il tarixli 264 saylı 

Fərmanı ilə  Hüseynov Sa-

dıq Dayandur oğluna ölü-

mündən sonra “Azərbay-

canın Milli Qəhrəmanı” adı 

verilmişdir. 

    Ağcabədi rayonunun Xo-

cavənd kəndində  dəfn edil-

mişdir. 


    Xocavənd  kənd orta 

məktəbinə onun adı veril-

mişdir. 

Ədəbiyyat 

Əsgərov, V. Hüseynov Sadıq Dayandur oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2002.- S.91. 

Sadıq Dayandur oğlu   Hüseynov //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.91. 

                                                                                            

  Bəybala Ələsgərov               

 

İyul 



 

50 illiyi 

Sadıq Hüseynov  

1961-1992 

 

 

 



Milli 

Qəhrəman 

29 


214 

 

 



1 avqust 

Gün çıxır 

0649   

Gün batır 



20:56 

31 avqust   

Gün çıxır 

06.31   


Gün batır 

20:15 


Av

qust


 

 

 



22 iyul- 

23 avqust 

 

Şirin Nişanəsi 



oddur. Ulduzlar 

padşahı olan 

Günəşin 

himayəsindədir. 

Günəşin şir 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

hökmlü və daxili 

aləmləri zəngin 

olur.  


Be 1 

Ça 2 

Ç 3 

Ca 4 

C 5 

Ş 6 

B 7 

Be 8 

Ça 9 

Ç 10 

Ca 11 

C 12 

Ş 13 

B 14 

Be 15 

Ça 16 

Ç 17 

Ca 18 

C 19 

Ş 20 

B 21 

Be 22 

Ça 23 

Ç 24 

Ca 25 

C 26 

Ş 27 

B 28 

Be 29 

Ça 30 

Ç 31 

   2011      

 

      Əlamətdar və  



      tarixi günlə

Azərbaycan Əlifbası və Azər-

baycan Dili günü 

1.   Azərbaycan Əlifbası və Azərbay- 

       can Dili Günü  

5.  Hərbi Dоnanma Günü  

12. Bеynəlxalq Gənclər Günü  

23. Cəbrayıl rayonunun işğalı günü 

23. Füzuli rayonunun işğalı

 

günü



 

20

. Ümumxalq Hüzn Günü  



29. Gömrük İşçiləri Günü  

31.Qubadlı rayonunun işğalı günü 

 

      Azərbaycanda sovet hökuməti qurulduqdan 



sonra Azərbaycan  əlifbası bir neçə  dəfə  dəyişib. 

Müstəqillik yenidən qazanıldıqdan sonra ölkədə 

latın  əlifbasına keçilsə  də, uzun müddət mətbuat 

kiril  əlifbasından istifadə edib. Yalnız 2001-ci il 

iyunun 18-də ümummilli lider Heydər  Əliyev 

ölkədə 2001-ci il avqustun 1-dən etibarə

tamamilə latın  əlifbasına keçməklə bağlı  fərman 

imzalayıb. Elə  həmin il avqustun 9-da imzaladığı 

digər fərmana görə isə avqustun 1-i ölkədə 

“Azərbaycan Əlifbası və Dili Günü” elan edilib. 



 

215 

Avqust


 - Qriqorian təqvimi ilə ilin səkkizinci ayıdır. 31 gündən ibarətdir. 

 

 



Milli ədəbiyyat

 

 

Əməkdar mədəniyyət işçisi, şair Tahiri Söhrab Əbülfəz oğlunun (06.08. 



1926) anadan olmasının 85 illiyi 

Nasir, tərcüməçi Abdullayev Aydın  Ələkbər oğlunun (10.08.1946-

15.12.1995) anadan olmasının 65 illiyi 

Şair, nasir və filosof Hüseynov Əlisa Qulam oğlunun (Əlisa Nicat) 

(10.08.1936) anadan olmasının 75 illiyi 

Görkəmli yazıçı Babayeva Ələviyyə  Hənifə  qızının (12.08.1921) 

anadan olmasının 90 illiyi 

Xalq  şairi, Əməkdar incəsənət xadimi İmamverdiyev Qabil Allahverdi 

oğlunun (12.08.1926-03.04.2007) anadan olmasının 85 illiyi 

Tənqidçi, türkoloq alim, professor Vəliyev Kamil Nəriman oğlunun 

(18.08.1946) anadan olmasının 65 illiyi 

Yazıçı, dramaturq Abbasov Seyfəddin  Əliağa (Seyfəddin Dağlı) 

oğlunun (21.(27).08.1921-28.01.1983) anadan olmasının 90 illiyi 

    Xarici ədəbiyyat 

     

İngilis yazıçısı Skot Valterin (15.08.1771-21.09.1832) anadan 

olmasının 240 illiyi 

Amerika  ədəbiyyatında realizmin görkəmli nümayəndələrindən biri, 

ictimai xadim, yazıçı Drayzer Teodorun (27.08.1871-28.12.1945) 

anadan olmasının 140 illiyi 



216 

  Tarixi günlər 

 

  Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü (01.08.2001) 

  Azərbaycan Kinosu Günü (02.08.1898) 

Hərbi Dоnanma Günü (05.08.1992) 

Bеynəlxalq Gənclər Günü (12.08.1999

Azərbaycan Sərhəd Qoşunlarının Yaranması Günü (18.08.1994) 

Beynəlxalq Humanitar Yardım Günü (19.08.2003) 

Xüsusi Dövlət Mühafizə Xidməti Əməkdaşlarının Peşə Bayramı Günü 

(23.08.2008) 



Cəbrayıl rayonunun işğalı günü (23.08. 1993)   

Füzuli rayonunun işğalı günü (23.08. 1993)   

Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Günü (30.08.1936) 

Ramazan bayramı (30-31.08.) 

Qubadlı rayonunun işğalı günü (31.08.1993)   

     Milli Qəhrəmanlar  

      Azərbaycanın Milli Qəhrəmanı Quliyev Emin Ələkbər oğlunun 

     (12.08.1976-13.03.1995) anadan olmasının 35 illiyi 

      Azərbaycanın Milli Qəhrəmanı Aznaurov İsgəndər Söhrab oğlunun 

(16.08.1956-22.04.1992) anadan olmasının 55 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı  Xəlilov Eldar Xəlil oğlunun 

(19.08.1976-17.03.1995) anadan olmasının 35 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Mehdiyev Fazil Umud oğlunun 

(20.08.1966-24.09.1991) anadan olmasının 45 illiyi 

  Siyasət



Hərbi iş  

  Dövlət xadimi Cəlilov Afiyəddin Cəlil oğlunun (01.08.1946-

29.09.1994) anadan olmasının 65 illiyi 


217 

     Mədəniyyət. Maarif. Təhsil  

       Sənətşünas alim Ağaoğlu Məhəmmədin (24.08.1896-04.06.1949)  

                      anadan   olmasının 115 illiyi 

                Coğrafiya. Geologiya 

Coğrafiyaçı, iqlimşünas alim Əyyubov Əsgər Cabbar oğlunun  

(03.08.1926-2000) anadan olmasının 85 illiyi 

Coğrafiyaşünas alim, hidroloq Rüstəmov Saleh Hacı  oğlunun 

(25.08.1911-1985) anadan olmasının 100 illiyi 

        


 Kimya. Biologiya. Tibb 

         Gigiyenist, tibb elmləri doktoru, professor Məmmədov Əbülfəz 

         Meybulla oğlunun (15.08.1926) anadan olmasının 85 illiyi 

     Fizika. Riyaziyyat 

      Əməkdar elm və texnika xadimi, riyaziyyatçı Hüseynzadə Məcid Əziz 

oğlunun (16.08.1916) anadan olmasının 95 illiyi 

İngilis fiziki Rezerford Ernestin (30.08.1871-19.10.1937) anadan 

olmasının 140 illiyi 

     Musiqi 

      Azərbaycanın balet artisti, baletmeyster, Xalq artisti Axundova Rəfiqə 

      Hacı  qızının (07.08.1931) anadan olmasının 80 illiyi 

Xalq artisti, müğənni Rəhimova Elmira Allahverdi qızının (13.08.1941) 

anadan olmasının 70 illiyi 

Xalq artisti, xanəndə Cavanşirov  İsfəndiyar Aslan oğlunun (Xan 

Şuşinski) (20.08.1901-18.03.1979) anadan olmasının 110 illiyi  

Xalq artisti, musiqiçi alim, professor Məmmədova Adilənin 

(22.08.1921) anadan olmasının 90 illiyi


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin