218
Bəstəkar Əliverdibəyov Nazim Ağalar oğlunun (24.08.1926-
16.02.1986) anadan olmasının 85 illiyi
Teatr. Kino
Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafiki Mustafayev
Həsənağa Hacağa oğlunun (01.08.1896-22.04.1977) anadan olmasının
115 illiyi
Rejissor və teatr xadimi, aktyor Hidayətzadə İsmayıl Hüseyn oğlunun
(19.08.1901-11.11.1951) anadan olmasının 110 illiyi
Kitabxana işi. Kitabxanaşünaslıq
Bakı şəhəri Ş.İ.Xətai adına kütləvi kitabxananın (01.08.1991)
yaradılmasının 20 illiyi
Azərbaycan Milli Konservatoriyasının kitabxanasının (10.08.2001)
yaradılmasının 10 ili
219
Nazim Ağalar oğlu Əliverdibəyov
1926-cı il avqust ayının 4-də Bakıda
anadan olmuşdur.
N.Əliverdibəyov yaradıcılıq yo-
luna 1940-cı illərin axırlarında qədəm
qoymuş və təxminən 30 il ərzində
Azərbaycan musiqisində müəyyən yer
tutan əsərlər yaratmışdır. Bəstəkarın atası dövrünün
qabaqcıl ziyalısı, mahir muğam bilicisi və ifaçısı
Ağalar Əliverdibəyov doğma bacısı oğlu balaca
Üzeyirin ilk musiqi müəllimi olmuş, muğamatın
sirlərini ona sevə-sevə öyrətmişdi. O dövrün görkəmli
xanəndələri, sazəndələri Əliverdibəyovlar evində tez-
tez toplaşırdılar. Bu evdən həmişə musiqi sədaları
eşidilirdi. Onillik musiqi məktəbinin buraxılış im-
tahanı zamanı Nazim özünün bəstələdiyi ilk
pyeslərindən birini çalmış, Ü.Hacıbəyli onu dinləmiş,
əsər onun xoşuna gəlmişdi. Üzeyir bəyin məsləhəti ilə
o, Azərbaycan Dövlət Konservatoriyasına daxil
olmuşdur. Konservatoriyada o, violonçeldə çalmağı
gözəl müəllim A.Şvartsdan, sonralar İ.Turindən
öyrənmiş, Ü.Hacıbəylinin sinfində isə bəstəkarlıq
fənni keçmişdir. Sonralar o, Simli alətlər fakültəsində
təhsilini yarımçıq qoyaraq bəstəkarlığa meyl etmişdir.
1964-1985-ci illərdə Bülbül adına orta ixtisas mək-
təbində direktor işləmişdir.
Nazim Əliverdibəyov Konservatoriyada bir vaxt-
lar Üzeyir bəyin özünün yaratdığı və tədris etdiyi
“Azərbaycan xalq musiqi-
sinin əsasları” fənninin
aparıcı mütəxəssislərindən
biri kimi böyük hörmət
qazanmışdır. Xalq yaradı-
cılığının köklərini və üslu-
bunu həssaslıqla duyan
Nazim müəllim onun təd-
risi sahəsində rəhbərlik et-
diyi məktəbdə də xeyli iş
görmüş, bir sıra islahatlar
aparmışdır. Onun təşəbbüsü
ilə təməli 1960-cı ildə qo-
yulmuş Xalq çalğı alətləri
şöbəsi xeyli genişlənmiş,
1980-ci ildə burada xa-
nəndə bölümü açılmışdır.
Bu münasibətlə ustad sə-
nətkarlar - Şövkət Ələkbə-
rova, İslam Rzayev, Arif
Babayev, Əlibaba Məm-
mədov məktəbdə dərs de-
mək üçün dəvət olunmuş-
dular. Hal-hazırda bu şöbə-
nin yetirmələri xalq arasın-
da sevilən məşhur çalğıçı
və xanəndələrdir.
Avqust
85 illiyi
Nazim Əliverdibəyov
1926-1986
Bəstəkar
4
220
Azərbaycan Dövlət Konservatoriyasında dərs de-
mişdir. Eyni zamanda Konservatoriyanın dosenti olan
N.Əliverdibəyov tələbələrinə Azərbaycan xalq
musiqisinin əsasları fənnindən dərs demişdir.
Nazim Əliverdibəyovun yaradıcılığı opera və
simfoniya bəstələmələri, uşaqlar üçün musiqi,
kamera-instrumental və vokal əsərləri səmimiliyi,
emosional ifadəliliyi ilə fərqlənir. Bu əsərlərdən bir
çoxu, o cümlədən “Qəhrəmanlıq uvertürası”, “Min-
gəçevir” simfonik poeması, “Cırtdan” uşaq operası,
“Muğam” xoreoqrafiya lövhəsi, “Bayatı Şiraz” xoru
və başqa əsərlər ifaçı kollektivlərin repertuarına
möhkəm daxil olmuşdur.
O, Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və
Məcnun” operalarını yenidən orkestrləşdirmişdir.
Ü.Hacıbəylinin nəşr edilmiş “Leyli və Məcnun”
(1983), “Koroğlu” (1985) operalarının partituralarının
redaktoru və tərtibçisi olmuşdur.
“Bayatı-şiraz” muğamı əsasında kapella xoru
üçün əsər yaratmış, sonradan onu orqan aləti üçün
işləmişdir. Əsər həm xor kapellasının, həm də orqan-
ifaçılarının konsert repertuarında görkəmli yer tutur.
Bu əsərin orqan versiyası əsasında “Muğam” adlı
xoreoqrafik lövhə balet artistləri tərəfindən səhnə-
ləşdirilmişdir.
Bəstəkar uzun müddət
onillik musiqi məktəbinin
direktoru olmuş, müəllim-
lərin və şagirdlərin dərin
hörmətini və məhəbbətini
qazanmışdır. Nazim Əliver-
dibəyovun yaradıcılıq yolu-
nun müəyyənləşdirilməsi-
nin, uşaqlar üçün musiqi
yaratmasının səbəbini də
məhz bununla izah etmək
lazımdır.
Azərbaycan musiqi sə-
nətinin istedadlı xadimlə-
rindən olan Nazim Əliver-
dibəyovun musiqisi və xe-
yirxah işləri bu gün də unu-
dulmur, onun əsərləri kon-
sert salonlarında səsləndi-
rilir.
Nazim Əliverdibəyov 16
fevral 1986-cı ildə Bakıda
vəfat etmişdir.
Ədəbiyyat
Əliverdibəyov Nazim Ağalar oğu //Muğam ensiklopediyası; Heydər Əliyev
fondu.- Bakı, 2008.- S.64.
Əliverdibəyov Nazim Ağalar oğlu //Üzeyir Hacıbəyli ensiklopediyası;
Azərbaycan Mədəniyyətinin Dostları Fondu.- Bakı, 2008.- S.47.
Rus dilində
Абдуллаева, М. Назим Аливердибеков /М.Абдуллаева.- Баку, 1981.- 23 с.
İnternetdə
www.anl.az
www.az.wikipedia.org
www.musigi-dunya.az
Nailə Alışova
221
Söhrab Əbülfəz oğlu Tahir 1926-
cı il avqust ayının 6-da Cənubi
Azərbaycanın Astara şəhərində
sənətkar ailəsində anadan olmuşdur.
Burada həkim Nizam məktəbinin
hazırlıq sinfində ikən İran şah
hakimiyyəti onu ailəlikcə Kirman-
şah şəhərinə sürgün etmişdir. 1939-
1943-cü illər sürgün dövründə “Səadət” və “Şahpur”
məktəblərində 9-cu sinifədək oxumuş, ailə vəziyyəti-
nin ağırlığı üzündən atası ilə “İran-İngilis neft
şirkəti”ndə işləməyə məcbur olmuşdur. Burada torna-
çı, qaynaqçı, motorçu işləmişdir.
1941-ci ildə Sovet Ordusunun İrana daxil olması,
ailəliklə sürgündən Təbrizə qayıtmalarına imkan ver-
mişdir. Təbrizdə bir müddət atasının qaynaqçı sexində
işləmişdir. Azərbaycanda Milli hökumət qurulan za-
man Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitə-
si təşkilat şöbəsinin partiya bilet bölməsində möhürdar
işləmişdir.
“Yaşa qüdrətli qoşun” adlı ilk mətbu şeiri “Azər-
baycan” qəzetinin 30 aprel 1949-cu il tarixli sayında
dərc olunmuşdur. O vaxtdan dövri mətbuatda şeir,
hekayə, ədəbi-tənqidi və publisistik məqalələrini dərc
etdirir.
O, 1946-cı ildə Bakıya təhsil almağa göndərilmiş-
dir. 1950-ci ildə Bakı diş həkimliyi və feldşerlik mək-
təbini də bitirmişdir. O, 1952-1957-ci illərdə Azər-
baycan Dövlət Universi-
tetinin Filologiya fakültə-
sində təhsil almışdır. 1959-
1961-ci illərdə Moskvada
M.Qorki adına Ali Ədəbiy-
yat kurslarında müdavim
olmuşdur. Eyni zamanda
ADF MK-da (Azərbaycan
Demokrat Firqəsi Mərkəzi
Komitəsində) təlimatçı,
ADF-nin Bakı şəhər komi-
təsinin birinci katibi, Cənu-
bi Azərbaycan Yazıçılar
Cəmiyyətinin sədri vəzifə-
sində işləmişdir.
1962-1966-cı illərdə
ADF-in Bakı komitəsində
birinci katib, 1967-1973-cü
illərdə “Azərbaycan” jurnalı
redaksiyasında məsul katib,
1974-1980-ci illərdə ADF
MK orqanı “Azərbaycan”
qəzetinin və “Azərbaycan”
jurnalının redaksiyalarında
bədii
şöbələrdə müdir,
ADF-in nəzdində çıxan
“Səhər” ədəbi-tarixi jurna-
lında baş redaktor müavini,
Avqust
85 illiyi
Söhrab Tahir
1926
Şair
6
222
1984-cü ildə isə ADR MK-nın siyasi-nəzəri orqanı
olan “Azərbaycan” jurnalının redaktoru olmuşdur.
1986-1991-ci illərdə Azərbaycan Yazıçılar Birliyi
idarə heyətinin, “Literaturnı Azerbaydjan” jurnalı
redaksiya heyətinin, “Yazıçı” nəşriyyatının bədii şu-
rasının, Azərbaycan Ədəbiyyat fondu idarə heyətinin
üzvü, SSRİ Ədəbiyyat fondu plenumunun üzvü,
Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri ol-
muşdur.
1991-ci ildən Bədii ədəbiyyat təbliğat bürosu idarə
heyətinin sədri təyin olunmuşdur.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü-
dür.
1993-2003-cü illərdə Azərbaycan Respublikası
Elmlər Akademiyasının Milli Münasibətlər İnstitu-
tunda aparıcı elmi işçi olmuşdur. 2003-cü ildən hal-
hazıra kimi Azərbaycan Milli Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunun böyük elmi işçisidir.
Ölkəmizdə ümumittifaq
səviyyəsində keçirilən ədə-
bi tədbirlərdə, poeziya gün-
lərində, Azərbaycan ədəbiy-
yatı ongünlüklərində, yubi-
ley təntənələrində və bir
sıra tədbirlərdə iştirak et-
mişdir. İnqilabi, ədəbi-icti-
mai fəaliyyətinə görə Təb-
rizdə “21 Azər” medalı və
bir sıra medallarla, Azər-
baycan SSR Ali Soveti
Rəyasət Heyətinin Fəxri
fərmanı ilə təltif olunmuş-
dur.
1998-ci ildən Azərbay-
canın Xalq şairidir.
Ədəbiyyat
Ata: Poema-epos: 2 kitabda /Söhrab Tahir.- Bakı: Ağrıdağ, 2000.- Kitab 1.- 386 s.;
2002.- Kitab 2.- 207 s.
Qonşu qızın məktubları. İki dəfə yox olmuş adam: Romanlar /Söhrab Tahir.- Bakı:
Yazıçı, 1988.- 383 s.
Sevgi, sevinc, ayrılıq /Söhrab Tahir.- Bakı: Qartal nəşriyyatı, 1996.- 184 s.
Sevgisində itən qız /Söhrab Tahir.- Bakı: Ağrıdağ, 2001.- 434 s.
Sonuncu şah /Söhrab Tahir.- Bakı: Ağrıdağ, 2001.- 498 s.
Quliyeva, Z. Yaradıcılıq gecəsi: Xalq şairi Söhrab Tahirin 80 yaşı münasibətilə
/Z.Quliyeva //Azərbaycan.- 2007.- 25 aprel.- S.8.
İnternetdə
www.anl.az
www.az.wikipedia.orq
www.google.az
Samirə Eminova
223
Əlisa Qulam oğlu Hüseynov
(Əlisa Nicat) 1936-cı il avqust ayının
10-da Azərbaycanın Lerik rayonu
Yuxarı Gədik kəndində anadan ol-
muşdur. 1957-1963-cü illərdə Lən-
kəran şəhər orta məktəbini bitirdikdən
sonra Azərbaycan Dövlət Universite-
tinin Filologiya fakültəsinin Biblioqrafiya şöbəsində
təhsil almışdır.
Bədii yaradıcılığa orta məktəbdə ikən başla-
mışdır. Onun “Bircə söz” adlı ilk mətbu şeiri 1956-cı
ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olun-
muşdur.
1967-1972-ci illərdə Azərbaycan Dövlət Televi-
ziya və Radio Verilişləri Komitəsində redaktor vəzifə-
sində çalışmışdır.
1974-1983-cü illərdə
“Elm və həyat” jurnalında
ədəbi işçi və daha sonra
şöbə müdiri olmuşdur.
Bir müddət Lənkəran
rayonunun Şağlaküçə kən-
dində yaşamışdır. Orada
olarkən yaradıcılıqla məş-
ğul olmuşdur. 1990-cı ildən
“Turan” jurnalının təsisçisi
və baş redaktorudur.
Ədəbiyyat
Seçilmiş əsərləri /Ə.Nicat.- Bakı: Qanun, 2000.- 759 s.
Dünya fəlsəfi irsindən yarpaqlar /Ə.Nicat.- Bakı: Azərnəşr, 1991.- 164 s.
Dünya filosofları /Ə.Nicat.- Bakı: Sabah, 1995.- 541 s.
Dünya tarixçiləri /Ə.Nicat.- Bakı: Qanun, 1998.- 375 s.
Qızılbaşlar: Roman /Ə.Nicat.-Bakı: Azərnəşr, 1993.- 229 s.
Karvan: Seçilmiş əsərlər /Ə.Nicat.- Bakı: Qanun, 2000.- 759 s.
Plutarx. İsgəndər Zülqərneyn /Ə.Nicat.- Bakı: Azərnəşr, 1993.- 163 s.
Samirə Eminova
Avqust
75 illiyi
Əlisa Nicat
1936
Şair
10
224
Qabil Allahverdi oğlu İmamver-
diyev 1926-cı il avqust ayının 12-
də Bakıda dəmiryolçu ailəsində
anadan olmuşdur.
1948-ci ildə Pedaqoji İnstitutun
(indiki APU) Dil və ədəbiyyat fa-
kültəsini bitirmişdir. Tələbə ikən, 2 aprel 1944-cü ildə
“Ədəbiyyat qəzeti”ndə “Gəl, baharım!” adlı ilk şeiri
çap olunmuşdur. Bir müddət Yardımlı rayonunda
müəllimlik etmişdir, sonra isə Bakıdakı 40 saylı fəhlə
gənclər orta məktəbində dərs hissə müdiri işləmişdir.
1950-ci ildə “Səhər açılır” adlı ilk kitabı nəşr olun-
muşdur.
1951-1954-cü illərdə respublika qəzetlərində əmək-
daşlıq etmiş, redaksiyaların tapşırığı ilə yazılar
hazırlamaq üçün Azərbaycanın bölgələrini qarış-qarış
gəzmişdir.
1956-cı ildə Moskvada ikiillik Ali ədəbiyyat
kurslarını bitirmişdir. Bakıya gəlib Radio və Te-
leviziya Komitəsində redaktor, “Ədəbiyyat və incə-
sənət” qəzeti redaksiyasında şöbə müdiri, “Azər-
baycan” jurnalının redaksiyasında redaktor müavini
işləmişdir.
1957-1958-ci illərdə Bakıda Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində Ədəbi-
dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-
1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti re-
daksiyasında Poeziya şöbəsinin müdiri, 1970-1975-ci
illərdə isə “Azərbaycan” jurnalı redaksiyasında şeir
üzrə ədəbi işçi, baş redak-
torun müavini vəzifəsində
işləmişdir.
Qabil lirik şair olmuşdur.
Azərbaycan poeziyasının
sevilən və təqdir edilən nü-
munələrindən olan “Saman
çöpü”, “İki şair”, “Sonuncu
kibrit çöpü”, “Paravoz”,
“Təndir”, “Vətəndaş sərni-
şinlər”, “Cırtdan”, “Məhəb-
bət deyil”, “Qarışdırma”,
“Səhv düşəndə yerimiz” ki-
mi elə xrestomatik şeirləri
də var ki, ədəbi prosesin
faktı olmaqla yanaşı, məişə-
timizin, zehniyyətimizin,
bütünlükdə xalq mənəviy-
yatının faktına çevrilmişdir.
Qabil uşaq şairi kimi
məşhur olmasa da onun
uşaqlar və yeniyetmələr
üçün əsərlərindən ibarət
“Nağaraçı” adlı xüsusi ki-
tabı çapdan çıxmışdır. Bu
kitabda toplanmış şeirlər
şairin uşaq psixologiyasına
yaxından bələd olması, on-
ların qavrayış imkanlarına
Avqust
85 illiyi
Qabil İmamverdiyev
1926-2007
Şair
12
225
uyar təsvir və ifadə vasitələri, maraqlı qafiyələri ilə
cazibədardır.
Onun klassik ənənələrimizə əsaslanıb yeni məzmun
aşıladığı rübailəri, “Nəsimi” mənzum romanı, “Ömür
həbləri” satirik romanı, bir sıra ədəbi məqalələri bu
fikri söyləməyə ciddi əsas verir. O, təqribən minə
yaxın rübai yazıb onların böyük bir hissəsini ayrıca
kitabda nəşr etdirmişdir.
Qabil ömrünün təqribən on ilini sərf edərək saysız-
hesabsız ədəbi, tarixi mənbələr oxumuş, “Nəsimi”
mövzusu ətrafında böyük axtarışlar aparmalı
olmuşdur. O, Nəsiminin faciəli ölümünün şahidi olan
qədim Hələbdə onun qərib şəhid qəbrini ziyarət etmiş,
şairin məzar torpağından bir ovuc götürüb Bakıya,
onun böyük istedadının və təkrarsız qəhrəmanlığının
pərəstişkarı olan həmyerlilərinə ərməğan gətirmişdir.
1974-cü ildə Nəsiminin 600 illik yubileyi ərəfə-
sində bu bir ovuc müqəddəs torpağı, şeirsevənlərin
tutiya sandığı bu ərməğanı Nizami muzeyinə bağış-
lamışdı.
O, 1976-cı ildə Azərbay-
can Dövlət mükafatı lau-
reatı, 1984-cü ildə Əməkdar
incəsənət xadimi, 1992-ci
ildə isə Azərbaycan Xalq
şairi adlarına layiq görül-
müşdür.
1996-cı ildə anadan ol-
masının 70 illiyi münasi-
bətilə Qabil, Azərbaycan
Prezidentinin fərmanı ilə
“Şöhrət” ordeni ilə təltif
edilmişdir.
2001-ci ildə “Azərbay-
can Telefilm Yaradıcılıq
Birliyi”ndə şairə həsr edilən
“Qabil” adlı film istehsal
edilmişdir.
Şair 3 aprel 2007-ci ildə
vəfat etmişdir.
Ədəbiyyat
Q.A.İmamverdiyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı //Azərbaycan.- 2006.- 12 avqust.- S.1.
Seçilmiş əsərləri /Qabil.- Bakı: Şərq-Qərb, 2004.- 247 s.
Dənizlər mavidir, meşələr yaşıl: Şeirlər və hekayə /Qabil.- Bakı: Şirvannəşr,
2003.- 216 s.
Dostlarım, tanışlarım: (Şeirlər, məqalələr, çıxışlar və povest) /Qabil.- Bakı:
Şirvannəşr, 2002.- 572 s.
Rübailər /Qabil.- Bakı: Şirvannəşr, 2004.- 280 s.
İbrahimova, A. Ömür sona çatır, əməllər isə daim yaşayır?: Şair Qabilin ölümü
haqqında /A.İbrahimova //Hərbi and.- 2007.- 14 aprel.- S.15.
İnternetdə
www.azeribaijan.az
www.google.az
Samirə Eminova
226
Ələviyyə Hənifə qızı Babayeva
1921-ci il avqust ayının 12-də Bakıda
anadan olmuşdur. Orta məktəbi bitir-
dikdən sonra S.M.Kirov adına ADU -
nun (indiki BDU) Fılologiya fakül-
təsində təhsil almışdır. Ələviyyə
xanım bədii yaradıcılığa çox erkən
yaşlarından başlamışdır. Bir uşaq yazıçısı kimi ədə-
biyyat aləminə qədəm qoymuş, uzun illər uşaqlar
üçün kiçik hekayələr yazmış, onların mənəvi
dünyasının zənginləşməsinə, vətənpərvərlik ruhunda
tərbiyələnməsinə kömək etmişdir. Ədəbi fəaliyyətə
1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki
həyat” adlı hekayəsi ilə başlamışdır. Onun “Mənim
müəllimim”, “Kənd yoları”, “Yenə baharda”, “Sehrli
pillələr” kitablarına toplanmış hekayələr kiçik yaşlı
uşaqların həyatından bəhs edir.
Ələviyyə Babayevanın yaradıcılığında ikinci xətt
gənclərin həyatı, problemləri və taleyi məsələsidir.
Yazıçı “Kölgə”, “Yarpaqlar nə haqda pıçıldaşır”,
“Tut” adlı hekayələr kitabını, “Adamlar və talelər”,
“Hardasan dost, harada”, “Anadil ağlayırdı”, “Yanar
su”, “Ölürəm, a dağlar” povest və romanlarını bu
mövzulara həsr etmişdir.
Hekayə, povest və romanlar yazmaqla yanaşı,
müasir rus ədəbiyyatından tərcümələr etmişdir.
A.Qaydarın “Uzaq ölkələr” (1950), V.Biankinin “İz
ilə” (1947), “Ayı balası” (1959), “Qırmızı təpə”
(1963), K.Paustovskinin “Oğru pişik” (1951),
V.Q.Korolenkonun “Satın alınmış uşaqlar” (1962),
Y.Sotnikin “Əcaib quş”
(1964), V.Astafyevin “Ul-
duz xəzanı” (1970), Y.Ça-
ruşinin “Nikitanın oyun-
caqları” (1984) və b. onun
tərcüməsində kütləvi tirajla
çap olunmuşdur.
Ələviyyə xanımın bir
sıra əsərləri rus, ingilis,
türk, bolqar, çin, yapon və
başqa dillərə tərcümə olun-
muş və həmin ölkələrin
nəşriyyatlarında çapdan
çıxmışdır.
Ə.Babayeva 25-dən ar-
tıq kitabın müəllifidir.
O, 1951-1973-cü illər-
də “Azərbaycan qadını”
jurnalında məsul katib,
1973-1976-cı illərdə
“Gənclik” nəşriyyatında
Müasir ədəbiyyat şöbəsinin
müdiri, 1976-1985-ci illər-
də baş redaktor olmuşdur.
Moskvada Azərbaycan ədə-
biyyatı ongünlüyündə,
həmçinin ölkəmizin bir çox
yerlərində ədəbi tədbirlərdə
iştirak etmişdir.
Avqust
90 illiyi
Əl əviyy ə Babayeva
1921
Yazıçı
12
227
O, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvü, 1979-cu ildən Azərbaycanın Əməkdar mədə-
niyyət işçisidir.
Ədəbiyyat
Cırtdan şəhərdən qaçıb (povest və hekayələr) /Ə.Babayeva.- Bakı: Turan, 2001.-
110 s.
Dəli Sona (roman) /Ə.Babayeva.- Bakı: Şirvan, 1998.- 419 s.
Yanar su: roman /Ə.Babayeva; red. Z.Şahsevənli.- Bakı: Qapp-Poliqraf Npk,
2002.- 216 s.
Rəngbərəng yuxular: 60 ildə gördüklərim, sevdiklərim və sevmədiklərim:
Həyat-behişt və cəhənnəm əzabı /Ə.Babayeva; red. Arif Şamo.- Bakı: Araz, 2000.-
232 s.
Son döngə: roman /Ə.Babayeva.-Bakı: Azərnəşr, 2000.- 430 s.
Rəssam Rasim haqqında sözlərim: rəssam Rasim Babayev haqqında
/Ə.Babayeva //Ədəbiyyat qəzeti.- 2008.- 8 avqust.- S.3.
Ələviyyə Babayeva /S.Gəncəli //Qadın, Gözəllik və Ülviyyət: Ensiklopedik
toplu.- Bakı, 2001.- S.265.
İnternetdə
www az.wikipedia.org
www big.az
www.kitab.az
Nailə Alışova
228
Emin Ələkbər oğlu Quliyev
1976-cı il avqust ayının 12-də Bakı-
nın Qaradağ rayonunun Sahil qəsə-
bəsində doğulmuşdur.
25 avqust 1994-cü ildə Qaradağ
rayon Hərbi Komissarlığı tərəfindən
Milli Orduya çağırılmışdır. O, Ya-
lamada hərbi təlim keçdikdən sonra
776 saylı hərbi hissəyə göndərilmişdir.
E.Quliyevin xidmət etdiyi batalyonun əsgərləri
1995-ci ilin fevral ayının əvvəllərində Şubanıya ezam
olundu. Artıq bu ərəfədə ölkədə siyasi sabitlik pozul-
muşdu. Bir dəstə hakimiyyət hərisi dövlət çevrilişinə
can atırdı. Bunun qarşısı vaxtında alınmasaydı, ölkə
ağır fəlakətlərlə üzləşə bilərdi. 13 mart 1995-ci ildə
çağırışlara tabe olmayan bu dəstə öz çirkin əməllərini
həyata keçirmək üçün silahlı əməliyyata başladı.
Eminin xidmət etdiyi alayın əsgərləri bu qarşıdurmanı
yatırmaq üçün hadisə yerinə göndərildilər. Milli
Ordunun əsgərləri hadisə yerinə çatanda silahlı
toqquşma artıq başlamışdı. Emin cinayətkarlara qarşı
aparılan əməliyyatda fəal iştirak edir, yaralıların
döyüş meydanından çıxarıl-
masında əsl qəhrəmanlıq
nümunəsi göstərirdi. Lakin
güllələrdən biri ondan yan
keçmədi. O, gözlərini əbədi
yumdu.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel 1995-
ci il tarixli 307 saylı Fər-
manı ilə Quliyev Emin
Ələkbər oğluna ölümündən
sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adı verilmış-
dir.
Məzarı doğulduğu Sahil
qəsəbəsindəki Şəhidlər Xi-
yabanındadır.
Bakının Qaradağ rayo-
nunun Sahil qəsəbəsindəki
14 saylı Xüsusi İnternat
məktəbi, Qaradağ rayonun-
da küçə və park onun adını
daşıyır.
Ədəbiyyat
Emin Ələkbər oğlu Quliyev //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.121-122.
Əsgərov, V. Quliyev Emin Ələkbər oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.121.
Bəybala Ələsgərov
Avqust
35 illiyi
Emin Quliyev
1976-1995
Milli
Q əhr əman
12
|