Qadın zorakılığına yox
deyək!
Ədəbiyyat
Xəlilova, L. Qadın yerli demokratiya quruculuğunda aktiv iştirakçı olmalıdır
/L.Xəlilova //Respublika.- 2009.- 11 avqust.- S.6.
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan
istehsalatların, peşələrin, habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.- Bakı, 1999.
Möhsümova, V. Qadına qayğı və ehtiram cəmiyyəti yüksəldir /V.Möhsümova
//Xalq qəzeti.- 2008.- 5 sentyabr.- S.3.
Rus dilində
Тюленева, Н. Тайны великих женщин /Н.Тюленева.- М.: АСТ; Санкт-
Петербург : Астрель-СПб , 2008.- 317 с.
İnternetdə
www.az.apa.az
www.gender-az.org Nailə Alışova
313
Əli Qara oğlu Vəliyev 1901-ci il
noyabr ayının 28-də Ermənistanın
Sisyan rayonunun Ağdü kəndində
anadan olmuşdur. 1917-ci ildə Ağdü
kəndindəki üçsinifli rus məktəbini
bitirmişdir. Bakıda neft mədənlərində
fəhləlik edən Qara kişinin oğlu Əlinin
həyata göz açan gündən nəsibi yox-
sulluq, müzdurluq, təhqir olmuşdur.
1923-cü ildə Şuşa firqə məktəbinə daxil olan
Ə.Vəliyev daha sonra Bakı mərkəzi firqə məktəbində
və mühazirəçilər qrupunda təhsilini davam
etdirmişdir. Fəal fəhlə-kəndli müxbiri kimi “Kommu-
nist”, “Kəndli”, “Gənc işçi”, “Yeni fikir” qəzetlərinin
səhifələrində çıxışlar etmişdir.
1927-ci ildə ilk hekayəsi “Gülarə” nəşr olunanda
Əli Vəliyev artıq onillik məşəqqətli, lakin çox maraqlı
və şərəfli bir həyat yolu keçmişdi.
1925-1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif
vəzifələrdə çalışmışdır. Yay pedaqoji kurslarında təh-
silini artırmış və Şuşada orta təhsil haqqında diplom
almışdır.
1928-ci ildə Azərbaycan Dövlət Darülfünunun Pe-
daqoji fakültəsinin Tarix-ictimaiyyət şöbəsinə daxil
olmuşdur. “İnqilab və mədəniyyət”, “Hücum” və
“Ədəbiyyat cəbhəsində” jurnallarında hekayələri çap
olunmuşdur.
1931-ci ildə Azərbaycan Dövlət Darülfünunun Pe-
daqoji fakültəsini bitirmişdir. Ali məktəbi bitirmək
barədə diplom almasına baxmayaraq, Əli Vəliyev
yaşadığı dövrdə baş verən
ictimai siyasi hadisələrdən
geri qalmamış, aktiv fəaliy-
yət göstərmişdir.
1933-1934-cü illərdə
“Şərq qapısı” qəzetinin re-
daktoru vəzifəsində çalış-
mışdır.
1941-1942-ci illərdə Bö-
yük Vətən müharibəsi cəb-
hələrində yazıçı-jurnalist
kimi iştirak etmiş, gördüyü,
şahidi olduğu insanlar və
onların qəhrəmanlığını tə-
cəssüm edən “Cəbhə he-
kayələri” kitabını yazmış-
dır. 1945-ci ildə “1941-
1945-ci illərdəki Böyük Və-
tən müharibəsində şərəfli
əməyə görə” medalı ilə təl-
tif olunmuşdur.
1950-1954-cü illərdə
Azərbaycan Yazıçılar İttifa-
qının məsul katibi vəzifə-
sində işləmişdir.
1954-cü ildə “Gülşən”
povesti və “Çiçəkli” romanı
M.F.Axundov adına Dövlət
mükafatına layiq görülmüş-
dür.
Noyabr
110 illiyi
Əli V əliyev
1901-1983
Yazıçı
28
314
Əli Vəliyev 1954-1959-cu illərdə “Azərbaycan”
jurnalının məsul redaktoru vəzifəsində çalışmışdır.
Həmin illərdə yazıçının “Madarın dastanı”, “Ürək
dostları”, Azərbaycan, Rus, Ukrayna dillərində “Çi-
çəkli” romanı, “Seçilmiş əsərləri”nin I cildi oxuculara
təqdim olunmuşdur.
1974-cü ildə Azərbaycan Xalq yazıçısı fəxri adına
layiq görülmüşdür. Bu illərdə “Budağın xatirələri”
romanını və “Yeni həyat” hekayələr kitabını çap etdir-
mişdir.
1976-cı ildə anadan olmasının 75 illiyi münasibəti-
lə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı
ilə təltif edilmişdir.
1977-1980-ci illər “Qarabağda qalan izlər”, “Nara-
hat adam”, “Turaclıya gedən yol” romanları, “Qənirsiz
gözəl”, “Zamanın ulduzları” povest və hekayələri,
“Şamama Həsənova” oçerki çap edilmiş, bir sıra po-
vest, hekayə, oçerk və ədəbi-tənqidi məqalələri dövri
mətbuatda çap olunmuşdur.
O, 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni,
1971-ci ildə anadan olmasının 70 illiyi və ədəbiyyatı-
mızın inkişafındakı böyük
xidmətlərinə görə Lenin or-
deni və “Əmək veteranı”
medalı, 1981-ci ildə ana-
dan olmasının 80 illiyi ilə
əlaqədar olaraq “Oktyabr
İnqilabı” ordeni ilə təltif
edilmişdir.
Jurnalistlər
İttifaqının
“Qızıl qələm” mükafatına
və “Xalq maarifi əlaçısı”
döş nişanına layiq görül-
müşdür.
Əli Vəliyev 2 fevral
1983-cü ildə Bakı şəhərində
vəfat etmişdir. Fəxri Xiya-
banda dəfn olunmuşdur.
Ədəbiyyat
Seçilmiş əsərləri /Ə.Vəliyev; tərt.: Tofiq Qaraqaya, Sevil Vəliyeva.- Bakı:
Avrasiya Press, 2005.- 320 s.
Turaclıya gedən yol: Roman. /Ə.Vəliyev.- Bakı: Gənclik, 1980.- 456 s.
Cahangir, T. Təcili yardım: Əli Vəliyev haqqında /T.Cahangir //Yeni
Azərbaycan.- 2002.- 9 aprel.- S.5
Xalq yazıçısının yubileyi: Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xalq
yazıçısı Əli Vəliyevin 100 illik yubileyinə həsr olunmuş yığıncaq haqqında
//Azərbaycan.-2001.-22 aprel.-S.4.
Qasımov, İ. Əli Vəliyev: Yazıçının şəxsiyyəti və yaradıcılığı /İ.Qasımov.- Bakı:
Yazıçı, 1987.- 129 s.
İnternetdə
www.anl.az
www.google.az.
Samirə Eminova
315
1 dekabr
Gün çıxır
07:08
Gün batır
17:15
31 dekabr
Gün çıxır
06:26
Gün batır
17:24
De
kabr
23 noyabr-
21 dekabr
Oxatanın Nişanı
oddur. Yupiterin
himayəsindədir.
Günəşin Oxatan
bürcündən keçdiyi
dövrdə doğulanlar
təmkinli, fəal
olurlar. Kişilər
qadınların xoşuna
gəlirlər.
Ca 1
C 2
Ş 3
B 4
Be 5
Ça 6
Ç 7
Ca 8
C 9
Ş 10
B 11
Be 12
Ç0a 13
Ç 14
Ca 15
C 16
Ş 17
B 18
Be 19
Ça 20
Ç 21
Ca 22
C 23
Ş 24
B 25
Be 26
Ça 27
Ç 28
Ca 29
C 30
Ş 31
2011
Əlamətdar və
tarixi günl ər
Xankəndinin işğalı
Xan babalarımızın əli ilə ilk bünövrə daşları düzülən,
Azərbaycan xalqının varı-dövləti hesabına tikilib müasir
şəhər görkəmi alan Xankəndi Qarabağın başqa yaşayış
məntəqələri kimi Ermənistan ordusunun tapdağı
altındadır. İşğala qədər Xankəndində yüzlərlə
azərbaycanlı ailəsi yaşayırdı, yurd-yuvasından didərgin
düşən soydaşlarımız orada Kərkicahanda yaşamışdılar.
Bütün Azərbaycan xalqı inanır ki, Dağlıq Qarabağ
problemi ən yaxın zamanlarda birdəfəlik və ədalətlə həll
ediləcək, Xankəndi də, Kərkicahan da, Xocalı da, Şuşa
da, Laçın da əsl sahiblərinə - azərbaycanlı övladlarına
qovuşacaq.
Hal-hazırda rayonun ərazisi erməni silahlı dəstələri
t ər əfind ən işğal olunub!
1. QİÇS-ə Qarşı Mübarizə Günü
3. Bеynəlxalq Əlillər Günü
6.
Rabit ə v ə İnformasiya Texnologiyaları Sah əsi
İşçilərinin Peşə Bayramı
(06.12.2006)
11. Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо
Vеrilişləri Günü
16. Sərhəd Qоşunları Günü
26 Xankəndinin işğalı (26.12.1991) günü
31.Dünya Azərbaycanlılarının Həmrəylik Günü
(31.12.1991)
316
Dekabr –
Qriqorian təqvimi ilə ilin on ikinci, sonuncu ayıdır. 31 gündən
ibarətdir.
Milli ədəbiyyat
Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Qurbani Abdulla
Novruz oğlunun (13.12.1956) anadan olmasının 55 illiyi
Şair, kinodramaturq Əliyev Rövşən Məmmədəli oğlunun (Ramiz
Rövşən) (15.12.1946) anadan olmasının 65 illiyi
Əməkdar mədəniyyət işçisi, yazıçı Vəliyev Süleyman Vəli oğlunun
(21.12.1916-07.03.1996) anadan olmasının 95 illiyi
Ədəbiyyatşünas, şair, tərcüməçi Əlizadə Məmməd Əli oğlunun
(Mübariz Əlizadə) (23.12.1911-08.04.1994) anadan olmasının 100
illiyi
Ədəbiyyatşünas, professor Sultanlı Əli Abdulla oğlunun (25.12.1906-
18.07.1960) anadan olmasının 105 illiyi
Yazıçı, ədəbiyyatşünas Cəfərzadə Əzizə Məmməd qızının
(29.12.1921-04.09.2003) anadan olmasının 90 illiyi
Şair, publisist Kəsəmənli Nüsrət Yusif oğlunun (29.12.1946-
16.10.2003) anadan olmasının 65 illiyi
Xarici ədəbiyyat
Rus yazıçısı, ictimai xadim, dövlət mükafatı laureatı Tixonov Nikolay
Semyonoviçin (04.12.1896-08.02.1979) anadan olmasının 115 illiyi
İran şairi, filoloq və ictimai xadim Bahar Məhəmmədtağı Məlik Üş-
şüəranın (10.12.1886-21.04.1951) anadan olmasının 125 illiyi
317
Rus şairi Nekrasov Nikolay Alekseyeviçin (10.12.1821-08.01.1878)
anadan olmasının 190 illiyi
Rus yazıçısı, publisist, tarixçi Karamzin Nikolay Mixayloviçin
(12.12.1766-03.06.1826) anadan olmasının 245 illiyi
Fransız yazıçısı Flober Qustavın (12.12.1821-08.05.1880) anadan
olmasının 190 illiyi
Rus yazıçısı, ictimai xadim Fadeyev Aleksandr Aleksandroviçin
(24.12.1901-13.05.1956) anadan olmasının 110 illiyi
Tarixi günlər
QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1996)
Bеynəlxalq Əlillər Günü (03.12.1992)
Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə
Bayramı (06.12.2006)
“Müstəqil Dövlətlər Birliyi”nin (MDB) yaradılması haqqında
müqavilə bağlanmışdır (08.12.1991)
Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо Vеrilişləri Günü
(12 dekabr)
Sərhəd Qоşunları Günü (16.12.2000)
Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun
qəbul edilmişdir (25.12.1991)
Azərbaycan Respublikası Pensiya Fondunun (16.12.1991) yaradılması
Xankəndinin işğalı günü (26.12.1991)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991)
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Əsgərova Salatın Əziz qızının
(16.12.1961-09.01.1991) anadan olmasının 50 illiyi
318
Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Riad Fikrət oğlunun
(20.12.1956-22.01.1992) anadan olmasının 55 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Orucov Vəzir Surxay oğlunun
(26.12.1956-22.03.1993) anadan olmasının 55 illiyi
Siyasət. Hərbi iş
Dövlət xadimi, general-mayor Əsədov Məhəmməd Nəbi oğlunun
(05.12.1941-20.11.1991) anadan olmasının 70 illiyi
Azərbaycan Respublikasının Prezidenti, görkəmli siyasi və dövlət
xadimi Əliyev İlham Heydər oğlunun (24.12.1961) anadan olmasının
50 illiyi
İqtisadiyyat
Əməkdar elm xadimi, iqtisadçı alim Əliyev Aqil Əlirza oğlunun
(10.12.1926-07.03.2006) anadan olmasının 85 illiyi
Əməkdar elm xadimi, iqtisadçı alim Qasımov Əbülfəz Cəbrayıl
oğlunun (20.12.1931) anadan olmasının 80 illiyi
Mədəniyyət. Maarif. Təhsil
Əməkdar elm xadimi, Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının akademiki, professor Xələfov Abuzər Alı oğlunun
(25.12.1931) anadan olmasının 80 illiyi
Coğrafiya. Geologiya
Danimarka astronomu Brahe Tixonun (14.12.1546-13.10.1601)
anadan olmasının 465 illiyi
Poleontoloq, geoloq alim Ağalarova Dünya Ələkbər qızının
(15.12.1906-1981) anadan olmasının 105 illiyi
319
Kimya. Biologiya. Tibb
Əməkdar həkim, cərrah Əlikişibəyov Mustafa Məmməd oğlunun
(07.12.1901) anadan olmasının 110 illiyi
Azərbaycanda patoloji anatomiyanın banilərindən biri, professor
Hüseynov Cəlil Yusif oğlunun (20.12.1896-21.03.1979) anadan
olmasının 115 illiyi
İlk qadın travmatoloq, tibb elmləri doktoru Seyidova Həqiqət Əli
qızının (26.12.1916) anadan olmasının 95 illiyi
Məşhur parazitoloq və protozooloq alim, AMEA-nın həqiqi üzvü
Musayev Musa Əbdürrəhman oğlunun (27.12.1921) anadan olmasının
90 illiyi
Zooloq-entomoloq, biologiya elmləri doktoru Səmədov Niyazi Həmid
oğlunun (31.12.1916) anadan olmasının 95 illiyi
Tarix
Tanınmış şərqşünas alim, tarix elmləri doktoru, professor Bünyadov
Ziya Musa oğlunun (24.12.1921-21.02.1997) anadan olmasının 90
illiyi
Fizika. Riyaziyyat
İngilis fiziki Tomson Cozef Conun (18.12.1856-30.08.1940) anadan
olmasının 155 illiyi
Görkəmli fizik, fizika-riyaziyyat elmləri doktoru Quliyev Nəriman
Ağaqulu oğlunun (28.12.1926) anadan olmasının 85 illiyi
Mühəndis işi. Texnika
Alman elektrotexniki və sahibkarı Simens Ernst Vernerin (13.12.1816-
06.12.1892) anadan olmasının 195 illiyi
320
Əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor
Süleymanov Ələkbər Bağır oğlunun (31.12.1916) anadan olmasının
95 illiyi
Teatr. Kino. Sirk
Xalq artisti, görkəmli aktyor Yusifzadə Əşrəf Əmrah oğlunun
(05.12.1906-07.03.1963) anadan olmasının 105 illiyi
Amerika kino rejissoru, prodüser Disney Uoltun (05.12.1901-
15.12.1966) anadan olmasının 110 illiyi
Xalq artisti Salayev Həsənağa Dərya oğlunun (05.12.1921-
22.10.1981) anadan olmasının 90 illiyi
Xalq artisti, Dövlət mükafatı laureatı Davudova Mərziyə Yusif qızının
(08.12.1901-05.01.1962) anadan olmasının 110 illiyi
Rusiyanın Xalq artisti,
sirk ustası və kloun Nikulin Yuri
Vladimiroviçin (18.12.1921-21.08.1997) anadan olmasının 90 illiyi
Kino operatoru, rejissor və rəssam Atakişiyev Əlisəttar Ələsgər
oğlunun (25.12.1906-1990) anadan olmasının 105 illiyi
Rəssamlıq
Alman boyakarı və qrafiki Diks Ottonun (02.12.1891-25.07.1969)
anadan olmasının 120 illiyi
Rəssam, Dövlət mükafatı və Beynəlxalq Nehru mükafatı laureatı
Abdullayev Mikayıl Hüseyn oğlunun (19.12.1921-21.08.2002) anadan
olmasının 90 illiyi
Musiqi. Opera. Balet
Xalq artisti, balerina Şirəliyeva Tamilla Xudadat qızının
(08.12.1946) anadan olmasının 65 illiyi
321
Xalq artisti, müğənni Sadıqov Əlövsət Şirəli oğlunun (22.12.1906-
17.10.1971) anadan olmasının 105 illiyi
Xalq artisti, balerina Babayeva Çimnaz Məmməd qızının
(23.12.1946) anadan olmasının 65 illiyi
Əməkdar artist, balaban və klarnet ifaçısı Zeynalov Bəhruz Mahmud
oğlunun (24.12.1926-25.05.1998) anadan olmasının 85 illiyi
SSRİ və Azərbaycanın Xalq artisti Xanlarova Zeynəb Yəhya qızının
(28.12.1936) anadan olmasının 75 illiyi
Xalq artisti, müğənni Əliyev Əbülfət Əsəd oğlunun (30.12.1926-
1990) anadan olmasının 85 illiyi
Folklor
Əməkdar mədəniyyət işçisi Pənahov Əlipənah Ələsgər oğlunun (Aşıq
Pənah) (12.12.1926-26.08.1978) anadan olmasının 85 illiyi
322
Əlipənаh Ələsgər оğlu Pənаhоv
(Аşıq Pənаh) 1926-cı il dekabr
ayının 1-də indiki Nеftçаlа rаyо-
nunun Аşаğı Surrа kəndində аnаdаn
оlmuşdur.
Tədricən оnun şаir təbi püхtə-
ləşmiş, qоl-qаnаd аçmışdır. Gənc
yаşlаrındаn şеirə, sənətə, sаzа böyük
həvəs göstərən Аşıq Pənаh sоnrаlаr
bütün həyаtını bu sənətə bаğlаmışdır.
Zаmаn kеçdikcə аşığın sənət mеydаnı gеnişlən-
mişdir. Surrа kəndindən pərvəriş tаpаn sırаvi səhnə
həvəskаrı, kitаb müəllifi və bənzərsiz sənətkаr kimi
tаnınmış, sеvilmiş və sеvildikcə ilhаmlı mаhnılаrı
hisslərə, duyğulаrа hаkim kəsilmişdir.
Аşıqlıq sənətinə 15 yаşındа ikən – 1941-ci ildə
bаşlаyıb. 25 yаşındа ikən Sаlyаndа “Kür” аşıqlаr
аnsаmblı təşkil еtmişdi. 1944-1947-ci illərdə Sаlyаn
Dövlət Drаm Tеаtrındа çаlışmışdır.
Tеаtrın rеpеrtuаrındа оpеrаlаr, оpеrеttаlаr, musiqili
kоmеdiyаlаr əsаs yеr tutduğundаn yаpışıqlı səsi оlаn
Pənаh həmişə bаş rоllаrın ifаçısı оlmuşdur. Məcnun,
Kərəm, Qərib, Əsgər, Vаqif оbrаzlаrı оnun uğurlu
ifаsındа tеаtrsеvərlərin, tаmаşаçılаrın аlqışlаrını qа-
zаnmışdır.
Sоnrаlаr Аşıq Pənаh bunu dönə-dönə qеyd еtmiş,
tеаtr səhnəsinin оnun qоl-qаnаd аçmаsındа, din-
ləyicilər qаrşısınа sıхılmаdаn çıхmаsındа, sərbəst
çıхış еtməsində mühüm rоl оynаdığını хüsusi vurğulа-
mışdı.
Bеləcə, аşıq həmişə хаl-
qın şаd və qəmgin günlə-
rində оnunlа birlikdə sеvin-
miş, kədərlənmişdir. О, tоy
məclislərində zаmаnın sı-
nаğındаn çıхmış qəhrəmаn-
lıq və məhəbbət dаstаn-
lаrını özünəməхsus şövqlə
söyləmiş, hаmını еl qеyrəti-
ni çəkməyə, düşmən qаbа-
ğındа mərdаnə dаyаnmаğа,
dоstluqdа, sеvgidə dəyаnət-
li оlmаğа səsləmişdir.
Aşıq 1967-ci ildə Azər-
baycanın Əməkdar mədə-
niyyət işçisi adına layiq
görülmüşdür.
Bütövlükdə, Аşıq Pənаh
Аzərbаycаn mədəniyyəti-
nin inkişаfı və təbliği üçün
аz iş görməmişdir. Аşıq
Pənаh çох yаşаmаmışdır.
Cəmi 52 il ömür sürmüş-
dür. Аmmа о, bu qısа həyа-
tındа dа аşıq sənətimizin
inkişаfındа mühüm rоl оy-
nаmışdır. Sazda 32 ənənəvi
aşıq havasını ustalıqla ifa
etmişdir. Aşıq Pənah 18
aşıq havası (“Dilbər”,
Dekabr
85 illiyi
Əlip ənаh P ənаhоv
1926-1978
Aşıq
1
323
“Yeddi qardaş”, “Azərbaycan” və s.) bəstələmişdir.
“Qəhrəman şah Nəcəf”, “Əsli və Kərəm”, “Aşıq
Qərib” və s. dastanları məclislərdə məharətlə ifa
etmişdir. Aşıq Pənah 2 dastanın (“Sülh”, “Pam-
bıqçılar”) və 128-ə qədər qoşmanın müəllifi ol-
muşdur.
Аşıq Pənаh kеçmiş SSRİ-nin müхtəlif şəhərlərində,
bir sırа хаrici ölkələrdə Аzərbаycаnı müvəffəqiyyətlə
təmsil еtmişdir. Əsl sənət-
kаr, böyük еl аğsаqqаlı,
məclislər yаrаşığı оlаn аşıq
1978-ci il аvqustun 8-də
vəfаt еtmişdir.
Ədəbiyyаt
Əfəndiyеv, P. Аzərbаycаn şifаhi хаlq ədəbiyyаtı /P.Əfəndiyеv.- Bakı: İşıq, 1981.-
365 s.
Rəhimоv, Ə. Аşıq Pənаh və Аzərbаycаn mədəniyyəti /Ə.Rəhimоv //Mədəni-
Mааrif.- 2007.- № 10-11.- S.46-49.
İntеrnеtdə
www.azerbaijan-news.az
www.az.wikipedia.org
www.medeniyyet.az
Məmməd Məmmədov
324
Həsənağa Dərya oğlu Salayev
1921-ci il dekabr ayının 1-də Bakıda
doğulmuşdur. 1937-ci ildə 9-cu sinfi
yüksək qiymətlərlə bitirərək Bakı
Teatr Texnikumuna daxil olmuşdur.
Tələbə ikən 1938-ci ildə Akademik
Milli Dram teatrının aktyor heyətinə
qəbul edilmişdir. 1941-ci ildə müha-
ribəyə getmiş və 1946-cı ildə teatra
qayıtmışdır.
Müxtəlif illərdə Səməd Vurğunun “Xanlar”
(Mamuliya), “Fərhad və Şirin” (Fərhad), “Vaqif” (El-
dar, Qacar və Vaqif), Zeynal Xəlilin “Qatır Məmməd”
(Əziz), Ənvər Məmmədxanlının “Şərqin səhəri”
(Mustafa), Vilyam Şekspirin “Otello” (Montano),
Hüseyn Cavidin “Səyavuş” (Keykavus) və s. əsərlə-
rinin tamaşalarında xarakterik səhnə surətləri yarat-
mışdır.
Aktyor eyni zamanda “Azərbaycanfilm” kinostu-
diyasının istehsal etdiyi “Fətəli xan”, Görüş”, “O ol-
masın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “Koroğ-
lu”, “İstintaq davam edir” bədii və “Aygün” televiziya
filmlərində Süleyman, Musa, Əzim Əzimzadə,
Qüdrət, Eyvaz, Mayor Rüs-
təmov, Əmirxan rollarına
çəkilmişdir.
Gurultulu və cingiltili
səsini məharətlə tənzim-
ləyən aktyor romantik rol-
larla realist personajları,
mürəkkəb psixoloji dönüşlü
dramatik obrazları eyni mə-
harətlə oynaya bilirdi.
Həsənağa Salayev ak-
tyorluq sənətində qazandığı
qələbələrə görə 10 iyun
1959-cu ildə Azərbaycan
Respublikasının Əməkdar
artisti, 1974-cü ildə isə
Xalq artisti fəxri adlarına
layiq görülmüşdür.
Aktyor yaradıcılığının
ən müdrik çağında, 54 ya-
şında 22 oktyabr 1981-ci
ildə dünyasını dəyişmişdir.
Ədəbiyyat
Rəhimli, İ. Həsənağa Salayev /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.-
S.328-329.
Salayev Həsənağa //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1984.-
C.8.- S.265.
Səmayə Quliyeva
Dekabr
90 illiyi
Həsənağa Salayev
1921-1980
Aktyor
5
|