Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

30 Oktyabr 1993-cü il Zəngilan da digər rayonları-

mız kimi xəyanətin qurbanı oldu. Təqvimimizdə daha 

bir qara günün sayı artdı.  

Zəngilanda itirdiklərimiz – dünyada II, Avropada I nadir Çinar meşələri; torpaq 

üzərində olan bütün var-dövlət; 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 

7 xəstəxana, 6 iri dəmir yol stansiyası, dəmir yol deposu, 2 şərab zavodu, konserv 

zavodu.  

Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 

rayonunda müvəqqəti məskunlaşmışdır. Zəngilan rayonunda erməni təcavüzü 

nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər 

polis işçisi itkin düşmüşdür. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq 

zərər çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə 

müharibə əlilidir.  


291 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 



1 noyabr 

Gün çıxır 

06:49   

Gün batır 

17:38 

30 noyabr    



Gün çıxır  

05:29   


Gün batır 

17:45 


No

yabr


 

 

 



24 oktyabr- 

22 noyabr 

Əqrəbin Nişanı 

sudur.Marsın və 

Neptunun 

himayəsindədir. 

Günəşin Əqrəb 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

güclü xarakterli 

olurlar.  

Ça 1 

Ç 2 

Ca 3 

C 4 

Ş 5 

B 6 

Be 7 

Ça 8 

Ç 9 

Ca 10 

C 11 

Ş 12 

B 13 

Be 14 

Ça 15 

Ç 16 

Ca 17 

C 18 

Ş 19 

B 20 

Be 21 

Ça 22 

Ç 23 

Ca 24 

C 25 

Ş 26 

B 27 

Be 28 

Ça 29 

Ç 30 

 

  2011      

 

   Əlamətdar və  



  tarixi günlə

Azərbaycan Bayrağı Günü 



    Azərbaycan Respublikasının Dövlət bayrağı 

Azərbaycan dövlətinin suverenliyi  rəmzidir.  

   Prezident  İlham  Əliyev 2009-cu ilin noyabr ayında  

Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi 

barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 

noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd 

ediləcək. 

 

6. Tеlеviziya və Radiо İşçiləri Günü  



9. Azərbaycan Bayrağı Günü 

12. Kоnstitusiya Günü 

14. Ümumdünya Diabet Günü  

17. Milli Dirçəliş Günü 

20. Bеynəlxalq  Uşaq Günü  

30. Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 



 

 

 

 

 

 



 

 


292 

Noyabr –


 Qriqorian təqvimi ilə ilin on birinci ayıdır. 30 gündən ibarətdir. 

 

Milli ədəbiyyat

 

 Şair, nasir, jurnalist Mehdiyev Tofiq Mahmud oğlunun (Tofiq 

Mahmud) (06.11.1931-04.04.1907) anadan olmasının 80 illiyi 

Şair, ictimai xadim Abizadə Balaş Allahbaxış (Balaş Azəroğlu) oğlunun 

(11.11.1921) anadan olmasının 90 illiyi 

Ədəbiyyatşünas, nasir, dramaturq, professor Babayev Aqşin  Əlisəttar 

oğlunun (23.11.1936) anadan olmasının 75 illiyi 

Ədəbiyyatşünas, tənqidçi Mahmudzadə Ələkbər Mahmud oğlunun (Əli 

Nazim) (24.11.1906-23.08.1941) anadan olmasının 105 illiyi 

Xalq yazıçısı  Vəliyev  Əli Qara oğlunun ((27.02).28.11.1901-

02.02.1983) anadan olmasının 110 illiyi 

   Xarici ədəbiyyat  

   Rus  yazıçısı Dostoyevski Fyodor Mixayloviçin (11.11.1821-

09.02.1881) anadan olmasının 190 illiyi 

Tarixi  günlər  

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin təsis  



edilməsi  Günü (01.11.1991) 

Tеlеviziya və Radiо İşçiləri Günü (06.11.) 

Qurban bayramı (06-07.11.) 

Azərbaycan radiosunun yaradılmasının (06.11.1926) 85 illiyi 

Dövlət Bayrağı Günü (09.11.2009) 

Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir (09.11.2001) 

Kоnstitusiya Günü (12.11.1995) 

Ümumdünya Diabet Günü (14.11.1991) 



293 

Milli Dirçəliş Günü (17.11.1988) 

                     Ümumdünya Salam Günü (21.11.1973) 

Ədliyyə İşçilərinin Peşə Bayramı Günü (22.11.1999) 

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü (25.11.1999) 

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (30.11.1988

 Siyasət. Hərbi iş  

  Dövlət xadimi Xəlilov Qurban Əli oğlunun (15.11.1906-20.03.2000) 

anadan olmasının 105 illiyi 

 

Coğrafiya. Geologiya  

Geoloq alim, AMEA-nın müxbir üzvü Məmmədov  Ələşrəf Veysəl 

oğlunun (01.11.1931-2003) anadan olmasının 80 illiyi 

Əməkdar mühəndis, geoloq Məmmədov Mirkazım Mirəhəd oğlunun 

(06.11.1911-1997) anadan olmasının 100 illiyi 



    Kimya. Biologiya.Tibb  

     Kimyaçı alim, professor Kəlbəliyev Qüdrət  İsfəndiyar oğlunun 

(13.11.1946) anadan olmasının 65 illiyi 

İlk rus təbiətşünas alimi, fiziki kimyanın banilərindən biri, şair, müasir 

rus  ədəbi dilinin banisi Lomonosov Mixail Vasilyeviçin (19.11.1711-

15.04.1765) anadan olmasının 300 illiyi 

Fizioloq, bioloq alim, professor Qafarova Roza Zeynal qızının 

(29.11.1926) anadan olmasının 85 illiyi 



   Neft 

 

    Neft sənayesi yenilikçisi, dövlət mükafatı laureatı Ağa Nemətullanın 

    (15.11.1896-01.01.1958) anadan olmasının 115 illiyi 

     

 


294 

       Fəlsəfə

 

           



Azərbaycan Respublikası  Mədəniyyət və Turizm nazirinin müavini,

 

AMEA-nın müxbir üzvü, fəlsəfəşünas alim, Məmmədəliyeva Sevda 



Yusif qızının (14.11.1946) anadan olmasının 65 illiyi 

       Mədəniyyət. Maarif. Təhsil 

          

Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri, fəlsəfə doktoru 

Qarayev  Əbülfəs Mürsəl oğlunun (13.11.1956) anadan olmasının  55 

illiyi 

 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru,      



                     Əməkdar mədəniyyət işçisi, fəlsəfə  doktoru Tahirov Kərim 

Məhəmməd oğlunun (12.11.1951) anadan olmasının 60 illiyi 



   Musiqi 

    İtalyan bəstəkarı Bellini Vinçensonun (03.11.1801-23.09.1835) anadan 

    olmasının 210 illiyi 

Alman bəstəkarı  və dirijoru, alman romantik operasının banisi Veber 

Karl Maria Fonun (18(19).11.1786-05.06.1826) anadan olmasının  225 

illiyi 


Rus bəstəkarı Varlamov Aleksandr Yeqoroviçin (27.11.1801-

27.10.1848) anadan olmasının 210 illiyi 



    Teatr. Kino 

 

      İtalyan kino və teatr rejissoru, ssenarist Viskonti Lukinonun 

(02.11.1906-17.03.1976) anadan olmasının 105 illiyi 

Rus kino operatoru, rejissor, jurnalist və ssenarist Karmen Roman 

Lazareviçin (29.11.1906-28.04.1978) anadan olmasının 105 illiyi 

  Rəssamlıq. Heykəltəraşlıq  


295 

 Əməkdar rəssam, boyakar Mustafayeva Güllü Hacağa qızının   

 (12.11.1921-1993) anadan olmasının 90 illiyi  

Xalq rəssamı, dekorativ sənət ustası, ornamentçi rəssam, xalçaşünas və 

sənətşünas Kərimov Lətif Hüseyn oğlunun (17.11.1906-09.09.1991) 

anadan olmasının 105 illiyi 

Azərbaycan Rəssamlar  İttifaqının sədri, xalq rəssamı  Xəlilov Fərhad 

Qurban oğlunun (26.11.1946) anadan olmasının 65 illiyi 



Kitabxana işi. Kitabxanaşünaslıq 

N.Gəncəvi adına Lökbatan qəsəbə kütləvi kitabxanasının (16.11.1976) 

yaradılmasının 35 illiyi 


296 

 

 



  İslam dininin ən vacib ayinləri sırasında Qurban bayramı 

adlanan dini mərasim müsəlmanlar arasında geniş yayılan 

ayinlərdəndir. O, islamın müəyyən etdiyi dini tələbdir, 

müsəlmanların riayət etdiyi ümumi mərasimdir.  

Hər il bu bayram hicri tarixi üzrə Zilhiccə ayının 10-da 

keçirilir. İslam dinində Qurban bayramı böyük bayram (eyd 

əl-kəbir) adlanır. Bayram günü məscidlərdə xüsusi bayram 

namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xa-

tirəsini yad etmək məqsədilə  evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan verilir.  

Şəriətə görə, qurbanlıq heyvanın qüsuru olmamalı  və onu kəsən bıçağa xüsusi 

qurban duası oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna 

görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gə-

lincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı 

tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər, 

lakin fərdi qurban daha savablı sayılır.  

Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (ə.) öz oğlu 

İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. 

Allah öz sevimlisi İbrahim peyğəmbərin (ə.) sadiqliyini sınamaq üçün ondan yeganə 

oğlu  İsmayılı qurban kəsməyi tələb edir və  İbrahim peyğəmbər (ə.) gözünü qırp-

madan oğlunu yerə  yıxıb başını  kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (ə.) 

göydən enib onun əlini saxlayıb, Allahın  İbrahimdən (ə.) razı qaldığını bildirib və 

oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də 

Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Bu andan 

etibarən dindarlar hər il ev heyvanlarından birini Allahın  şərəfinə  kəsib, Ona öz 

itaətkarlıqlarını bildirirlər. Ömründə bir dəfə vacib Məkkə  və ya Həcc ziyarətinə 

getməsi və orada qurban kəsməsi də dindarın mühüm borcu hesab olunur.  

 İslam dünyasının  ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün 

müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən 

sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respub-

likasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də döv-

lət səviyyəsində bayram kimi qeyd edilir.   

Noyabr 


 

 

Qurban bayramı 



 

 

 





297 

 

Tofiq Mahmud oğlu Mehdiyev 



1931-ci il noyabr ayının 6-da 

Naxçıvan Muxtar Respublika-

sının  Şahbuz rayonunda anadan 

olmuşdur. Orta təhsili Bakıda 31 

saylı məktəbdə almış, sonra Bakı 

Dövlət Universitetini (1949-

1954) bitirmişdir.  

Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət və 

Turizm Nazirliyinin Mədəni-Maarif Müəssisələri 

İdarəsində metodiki kabinetin metodisti kimi (1954) 

başlamış, sonra “Azərbaycan müəllimi” qəzeti re-

daksiyasında xüsusi müxbir (1958-1961), “Göyərçin” 

jurnalı redaksiyasında ədəbi işçi olmuşdur (1961).  

1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü  

idi. 

İlk şeiri “Kəsməsəm də, görməsəm də” 1953-cü ildə 



“İnqilab və mədəniyyət” jurnalında dərc olunmuşdur. 

1976-cı ildən “Göyərçin” jurnalının redaktoru vəzi-

fəsində işləmişdir.  

1984-cü ildə Azərbaycan Komsomolu mükafatı 

laureatı adına layiq görülmüşdür. 

Tofiq Mahmud bədii tərcümə ilə də məşğul olmuş-

dur. Məktəblilər onun tərcüməsində Xuta Berulavanın  

“Quş südü”, İsabəy  İsha-

qovun  “Hər şeyi öyrənmək 

istəyən” kitablarını indi də 

sevə-sevə oxuyurlar. Əsər-

ləri xarici ölkə xalqlarının 

dilinə tərcümə olunmuşdur.  

Azərbaycan Respublikası 

Uşaq Fondunun Bakı  şö-

bəsinin sədri, 1989-cu ildən 

həm də  rəyasət heyətinin 

üzvü olmuşdur. Azərbay-

can Yazıçılar Birliyi Uşaq 

və  gənclər  ədəbiyyatı  şu-

rasının sədri seçilmişdir. 

Azərbaycan Ali Soveti Rə-

yasət Heyətinin Fəxri fər-

manı ilə təltif edilmişdir.  

O, 4 aprel 1997-ci ildə 

Bakıda vəfat etmişdir. 



Ədəbiyyat 

Uzaqda ucalan dağlar /Tofiq Mahmud.- Bakı: Yazıçı, 1991.- 310 s. 

Mehdixanlı, T. Yadigar məktub: [şair-publisist Tofiq Mahmud haqqında] /T.Meh-

dixanlı //Azərbaycan.- 2005.- 5 noyabr.- S. 6. 



İnternetdə 

 www.az.wikipedia.org                                                                                                              

Səmayə Quliyeva 

Noyabr 


80 illiyi 

Tofiq Mahmud 

1931-1997 

 

 



 

Şair 




298 

 

 Azərbaycan Respub-



likasının Dövlət bayrağı 

Azərbaycan dövlətinin su-

verenliyinin rəmzidir.  

 Bu  gün  Azərbaycan 

Respublikası üzərində dal-

ğalanan müqəddəs Dövlət 

Bayrağımız – milli bayra-

ğımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər  Şurasının 

yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. 

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç 

rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli 

istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən 

“Türkçülük, islamçılıq və müasirlik” düsturunun 

müəllifi görkəmli Azərbaycan mütəfəkkiri  Əli Bəy 

Hüseynzadədir. 

Azərbaycan Respublikasının dövlət bayrağından 

istifadə müstəqil Azərbaycan Respublikası Kons-

titusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan 

Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbay-

can Respublikasının Qanunu, eləcə  də, həmin Qa-

nunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  

Dövlət bayrağı  haqqında  Əsasnamə”  əsasında tən-

zimlənir. Azərbaycan Respublikasının Dövlət bayra-

ğının rəngli və sxematik təsviri adı çəkilən Qanun və  

Əsasnamə ilə təsdiq edilmişdir.

 

Əsasnaməyə görə Azərbaycan Respublikasının 



Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç  

 

 



üfüqi zolaqdan ibarət düz-

bucaqlı parça şəklindədir: 

üst zolaq mavi rəngdə, orta 

zolaq qırmızı  rəngdə, aşağı 

zolaq yaşıl rəngdədir. Bay-

rağın hər iki üzündə qırmızı 

zolağın ortasında ağ  rəngli 

aypara və  səkkizguşəli ul-

duz təsviri vardır. Bayrağın 

eninin uzununa nisbəti 1:2-

dir. Ayparanın və səkkizgu-

şəli ulduzun təsvirləri tərəf-

lərinin nisbəti 3:4 olan düz-

bucaqlının içərisində yer-

ləşir; düzbucaqlının dia-

qonalı bayrağın eninin 1/2-

nə  bərabərdir. Ayparanın 

təsviri konsentrik (eyni 

mərkəzli) olmayan iki dai-

rənin hissələri  şəklindədir; 

böyük dairənin diametri 

xarici düzbucaqlının eninə, 

kiçik dairənin diametri isə 

bayrağın eninin 1/4-nə  bə-

rabərdir. Kiçik dairənin 

mərkəzi bayrağın həndəsi 

mərkəzindən sol tərəfdə, 

bayrağın eninin 1/60-nə bə-

rabər olan məsafədə yer-

ləşir. Səkkizguşəli ulduzun 

 

Noyabr  


 

Azərbaycan Respublikasının  

Dövlət Bayrağı Günü 

2009 




299 

təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairə-

sinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin 

diametri isə 1/12-ni təşkil edir.  

Azərbaycan Respublikasının Dövlət bayrağı  və 

onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə 

həmişə dəqiq uyğun gəlməlidir.  

Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bay-

rağı Gününün elan edilməsi barədə  sərəncam imza-

layıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycan-

da Dövlət Bayrağı Günü kimi qeyd ediləcək. 

2009-cu ilin noyabr 

ayında Dövlət Bayrağı Gü-

nü ilə bağlı  Əmək Mə-

cəlləsinin 105-ci maddəsinə 

edilmiş  əlavəyə  əsasən, 9 

noyabr Azərbaycanda Döv-

lət Bayrağı Günü elan olu-

nur və bu bayram ölkədə 

qeyri-iş günü olan bayram-

ların siyahısına daxil edilir. 

 

Ədəbiyyat 

Azərbaycan Respublikası Prezidentinin Azərbaycanda Dövlət Bayrağı Gününün 

elan edilməsi barədə (17 noyabr, 2009-cu il) Sərəncamı //Azərbaycan.-2009.-17 

noyabr.-S.12. 

Azərbaycanda dövlətçilik və onun rəmzləri: [kitab-albom] /tərt. ed. və müəl. 

N.Vəlixanlı; Azərbaycan AMEA. Azərbaycan Tarixi Muzeyi.-Bakı, 2000.- 75 s. 



 

İnternetdə 

www.az.wikipedia.org 



Nailə Alışova 

 

Bilirsinizmi ki, 



2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı 

Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının 

– Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli 

açılışı olmuşdur.  

162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın  ən yüksək bay-

rağıdır.  İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, 

bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. 

Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 

kq-dır. Ginnes Dünya Rekordları  Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan 

Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. 

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və 

ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət 

Bayrağı Muzeyi də yaradılıb. 

Dünyada yüksəkliyi 100 metr və ondan çox olan daha altı bayraq var. Həmin 

bayraqlar Braziliya (yüksəkliyi 100 metr), Malayziya (100 metr), Birləşmiş  Ərəb 

Əmirlikləri (123 metr), İordaniya (126,8 metr), Türkmənistan (133 metr) və Şimali 

Koreyadadır (160 metr). 


300 

 

Balaş Allahbaxış oğlu Abizadə  



1921-ci il noyabr ayının 11-də Bakı 

şəhərində anadan olmuşdur. Orta 

təhsilini də burada almışdır. 

 Onun “Dnepr” adlı ilk mətbu 

şeiri 1937-ci ildə Bakıda çapdan 

çıxmışdır. 

1938-ci ildə ailəliklə  Cənubi  

Azərbaycanın  Ərdəbil  şəhərinə köçdüklərindən 

burada ibtidai məktəbdə  təhsil almışdır. 1941-ci ildə 

Milli azadlıq hərəkatına qoşulmuşdur. 1942-ci ildə 

İran Xalq Partiyasına daxil olmuşdur. 1943-cü ildə 

“Azərbaycan zidd faşist cəmiyyəti”nin  Ərdəbil 

vilayəti  şöbəsinə  sədr seçilir. Bu cəmiyyətin orqanı 

“Yumruq” qəzetinin redaktoru olmuşdur. “Vətən 

yolunda”  qəzeti redaksiyasının  müsabiqəsində 

“Səttarxan” şeirinə görə mükafata layiq görülmüşdür. 

1946-cı ildə  Təbrizdə Milli Hökumət tərəfindən 

Azərbaycan  Dövlət Radio Verilişləri Komitəsinin 

sədr müavini təyin olunmuşdur. 1946-cı ildə o, 

həmçinin “Yazıçılar və  şairlər cəmiyyəti”nin  idarə 

heyətinin   üzvü  seçilmişdir. 

1943-1945-ci ildə Ərdəbildə və Təbrizdə ilk şeir 

kitabları  nəşr olunmuşdur. 1947-1952-ci ildə Bakıda 

ADU-nun (indiki BDU) Filologiya fakültəsində təhsil 

almış, eyni zamanda, Cənubi Azərbaycan Yazıçılar 

Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.  

1963-1982-ci illərdə Azərbaycan EA Ədəbiyyat 

İnstitutunun Orta əsrlər ədəbiyyatı şöbəsinin baş elmi 

işçisi işləmişdir. 1981-1991-ci ildə Azərbaycan Ya-

zıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır. 1991-

ci ildə Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin  

 

Cənubi Azərbaycan ədəbiy-



yatı üzrə baş müşaviri təyin 

olunmuşdur. Azərbaycan 

Yazıçılar Birliyi Ağsaq-

qalar  Şurasının üzvü seçil-

mişdir. O, İran Xalq Par-

tiyasının və ADF MK-nın 

üzvü, SSRİ-də yaşayan 

iranlı siyasi mühacirlər cə-

miyyəti Azərbaycan  şöbəsi 

rəyasət heyətinin üzvü ol-

muşdur.  

Çoxcildlik “Azərbay-

can  ədəbiyyatı”nın   müəl-

liflərindən biridir. Farsca-

dan dilimizə çevirdiyi Ni-

zaminin “Yeddi gözəl” po-

emasını, Füzulinin qəzəllə-

rini çap etdirmişdir.  Şəhri-

yardan tərcümələri vardır. 

Onun  ərəb  əlifbası ilə “Se-

çilmiş  əsərləri” buraxılmış-

dır. 


Əsərləri SSRİ və xarici 

ölkə xalqlarının dillərinə 

tərcümə olunmuşdur. 

Xidmətlərinə görə “Şə-

rəf nişanı”, “Xalqlar dost-

luğu” ordenləri ilə ”21 

Azər”, ”Firdovsi” və digər 

medallarla, iki dəfə Azər-

baycan SSR Ali Soveti Rə-

Noyabr 


90 illiyi 

 

 



Balaş Azəroğlu   

1921 


 

 

 



 

Şair 


11

 


301 

yasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. 

1981-ci ildə ona Azərbaycanın Xalq şairi adı ve-

rilmişdir. 

 

Ədəbiyyat 

 

          Seçilmiş əsərləri: Şeirlər. Poemalar /B.Azəroğlu.- Bakı: Öndər, 2004.- 288 s.- 



(Müasir Azərbaycan ədəbiyyatı). 

Xatirələrim:  məqalə /B.Azəroğlu //Ədəbiyyat qəzeti.- 2009.- 14 avqust. -№ 31. -

S.3.  

Lirika: poeziya /B.Azəroğlu; tərt. ed. B.Bərdəli.- Bakı: Şirvannəşr, 2004.- 96 s.  



Bərdəli, B. Balaş Azəroğlunun yaradıcılıq yolu  /B.Bərdəli; elmi red. S.Əmirov; 

AMEA, Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Nurlan, 2007.  

“Ədəbiyyat qəzeti” mənim həmsöhbətimdir: [Xalq şairi Balaş Azəroğlu ilə 

söhbət] /yazdı S.Hüseynoğlu //Ədəbiyyat qəzeti.- 2009.- 17 aprel.- S.1-2.  

 Əliqızı, A. Cənubi Azərbaycan  ədəbiyyatı  məsələləri /A.Əliqızı; elmi red. 

C.Abdullayev.- Bakı: Azərnəşr, 2007.- 268 s. 



 

Nailə Alışova  

302 

Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin