İqtisadiyyat
Pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı Bağırova Bəsti Məsim
qızının (1906. 27.02.1962) anadan olmasının 105 illiyi
Neft
Neft sahibkarlarından biri, milyonçu Əsədullayev Şəmsinin (1841-
21.04.1913) anadan olmasının 170 illiyi
Neftçi, qazma sahəsində mütəxəssis, Əməkdar mühəndis Rüstəmov
Nəbi Rüstəm oğlunun (1911-1964) anadan olmasının 100 illiyi
Kimya. Biologiya. Tibb
Təbiətşünas alim, təbib, filosof, musiqiçi Şirazi Qütbəddin Mahmud ibn
Məsudun (1236-1321) anadan olmasının 775 illiyi
Əməkdar elm xadimi, oftalmoloq Axundova-Bağırbəyova Sona Əbdül
qızının (23.1896) anadan olmasının 115 illiyi
Biologiya elmləri namizədi Məmmədov Ziyad İsgəndər oğlunun (1911)
anadan olmasının 100 illiyi
379
Maarif. Təhsil. Elm
Alim və mütəfəkkir Naxçıvani Həsənin (1206-1298) anadan olmasının
805 illiyi
Maarif xadimi İsmayıl bəy Qutqaşınlının (1801-1861) anadan olmasının
210 illiyi
Publisist, şərqşünas, pedaqoq, ictimai xadim Şahtaxtinski Məhəmməd
ağa Məhəmmədtağı Sultan oğlunun (Şahtaxtlı) (1846-12.12.1931)
anadan olmasının 165 illiyi
İlk azərbaycanlı ziyalı qadınlardan biri Şahtaxtinskaya Leyli İsasultan
qızının (1886-1907) anadan olmasının 125 illiyi
Heykəltəraşlıq. Rəssamlıq
İtalyan heykəltəraşı, İtaliyada intibah dövrünün banilərindən biri
Donato di Nikkolo di Betto Bardinin (Donatello) (1386-13.12.1466)
anadan olmasının 625 illiyi
Qədim Şərq rəssamı Nəqqaş Maninin (216-274 (276)) anadan
olmasının 1795 illiyi
Xalça mütəxəssisi, dövlət mükafatı laureatı Əhmədov Həsən Əbdüləli
oğlunun (1876-10.12.1966) anadan olmasının 135 illiyi
Teatr. Kino. Estrada
Azərbaycan aktyoru və rejissoru, professional teatr sənətinin
banilərindən biri Xələfov Hüseynbala Məmməd oğlunun (Hüseyn
Ərəblinski) (1881- 17.03.1919) anadan olmasının 130 illiyi
Musiqi
Şərqin böyük musiqiçisi və musiqişünası Səfiəddin Urməvinin (1216-
1294) anadan olmasının 795 illiyi
380
Xanəndə, teatr xadimi Məmmədov Mirzə Muxtar Mirzə Əli Əsgər
oğlunun (1841-16.01.1929) anadan olmasının 170 illiyi
Xanəndə, Əmək Qəhrəmanı Zülalov Əbdülbağı Kərbəlayı Əli oğlunun
(Bülbülcan) (1841-08.1927) anadan olmasının 170 illiyi
Tarzən, müasir Azərbaycan tarının yaradıcısı Sadıq Əsəd oğlunun
(Sadıqcan) (1846-1902) anadan olmasının 165 illiyi
Tarzən Haqverdiyev Məşədi Zeynalın (1861-1918) anadan olmasının
150 illiyi
Xanəndə Abdullayev Ələsgər Baba oğlunun (Şəkili Ələsgər) (1866-
01.04.1929) anadan olmasının 145 illiyi
Qarmonçalan Kərbəlayı Lətif Hüseyn oğlunun (1876-06.12.1944)
anadan olmasının 135 illiyi
Xanəndə Abdullayev İslam Əbdül oğlunun (1876-22.09.1964) anadan
olmasının 135 illiyi
Bəstəkar Nəcəfova Hökumə Yusif qızının (1911-2002) anadan
olmasının 100 illiyi
Balaban ifaçısı Mövsümov Məhərrəm Ağabala oğlunun (1916-
04.10.1957) anadan olmasının 95 illiyi
Xalq artisti, müğənni, pianoçu Atakişiyev Rafiq (Rauf) İsrafil oğlunun
(1926-1994) anadan olmasının 85 illiyi
Xanəndə Haşımov Bakir Musa oğlunun (1926-1989) anadan olmasının
85 illiyi
Folklor
Aşıq şeirinin görkəmli nümayəndəsi, türk aşığı Qaracaoğlanın (1606-
1679) anadan olmasının 405 illiyi
381
Aşıq poeziyasının ən görkəmli nümayəndələrindən biri Ələsgər
Alməmməd oğlunun (Aşıq Ələsgər) (1821-07.03.1926) anadan
olmasının 190 illiyi
Şair, aşıq Əliyev Hüseyn Mikayıl oğlunun (Aşıq Hüseyn Cavan) (1916-
14.11.1985) anadan olmasının 95 illiyi
Əməkdar mədəniyyət işçisi, şair, aşıq Rüstəmov Əhməd Ədil oğlunun
(Aşıq Əhməd) (1921) anadan olmasının 90 illiyi
Əməkdar mədəniyyət işçisi, aşıq-şair Zeynalov Mikayıl Cabbar oğlunun
(Aşıq Mikayıl Azaflı) (1926-1990) anadan olmasının 85 illiyi
Kitabxana işi. Kitabxanaşünaslıq
Maarifpərvər ziyalı, kitabşünas alim və ictimai xadim Naxçıvani Hacı
Məhəmməd Hacı Abbas oğlunun (1881-1963) anadan olmasının 130
illiyi
Polis Akademiyasının Ümumi kitabxanasının (1921) yaradılmasının 90
illiyi
Bakı Musiqi Akademiyasının kitabxanasının (1921) yaradılmasının 90
illiyi
Bakı şəhəri M.Əzizbəyov adına kütləvi kitabxananın (1921)
yaradılmasının 90 illiyi
M.Əzizbəyov adına Buzovna qəsəbə kütləvi kitabxanasının (1926)
yaradılmasının 85 illiyi
Suraxanı rayonu A.A.Bakıxanov adına Əmircan qəsəbə kütləvi
kitabxanasının (1926) yaradılmasının 85 illiyi
Ş.İ.Xətai adına Mədəniyyət sarayının kitabxanasının (1931)
yaradılmasının 80 illiyi
Bakı şəhəri M.Ə.Sabir adına Balaxanı qəsəbə kütləvi kitabxanasının
(1936) yaradılmasının 75 illiyi
Nizami adına Ədəbiyyat İnstitutunun kitabxanasının (1936)
yaradılmasının 75 illiyi
382
Nəsimi adına Dilçilik İnstitutunun kitabxanasının (1936) yaradılmasının
75 illiyi
Bakı Slavyan Universitetinin kitabxanasının (1946) yaradılmasının 65
illiyi
Bakı şəhəri Binəqədi qəsəbə uşaq kitabxanasının (1951) yaradılmasının
60 illiyi
Şahbuz rayon Mərkəzi kitabxanasının (1951) yaradılmasının 60 illiyi
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Elmi kitabxanasının (1956) yaradılmasının 55 illiyi
Bakı şəhəri Zirə qəsəbə kütləvi kitabxanasının (1956) yaradılmasının 55
illiyi
Bakı şəhəri A.P.Çexov adına kütləvi kitabxananın (1956) yaradılma-
sının 55 illiyi
Bakı şəhəri A.Şaiq adına Maştağa qəsəbə uşaq kitabxanasının (1956)
yaradılmasının 55 illiyi
Bakı şəhəri T.Şahbazi adına kütləvi kitabxananın (1961) yaradılmasının
50 illiyi
Sumqayıt Dövlət Universitetinin kitabxanasının (1961) yaradılmasının
50 illiyi
Azərbaycan Dövlət İqtisad Universitetinin kitabxanasının (1966)
yaradılmasının 45 illiyi
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976)
yaradılmasının 35 illiyi
Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976)
yaradılmasının 35 illiyi
Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976)
yaradılmasının 35 illiyi
383
Mingəçevir Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1956-cı ildə
yaranan M.P.Vaqif adına şəhər mərkəzi kitabxanası əsasında) (1976)
yaradılmasının 35 illiyi
Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976)
yaradılmasının 35 illiyi
Babək rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976)
yaradılmasının 35 illiyi
N.Gəncəvi adına Naftalan şəhər kitabxanasının (1981) yaradılmasının
30 illiyi
Naxçıvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1981)
yaradılmasının 30 illiyi
Bakı şəhəri H.Cavid adına kütləvi kitabxananın (1981) yaradılmasının
30 illiyi
Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (1991)
yaradılmasının 20 illiyi
Bakı şəhəri Nizami rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
(1991) yaradılmasının 20 illiyi
Azərbaycan Universitetinin kitabxanasının (1991) yaradılmasının 20
illiyi
Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1991)
yaradılmasının 20 illiyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tədris Mərkəzinin
kitabxanasının (2001) yaradılmasının 10 illiyi
İstiqlal Muzeyinin yaradılmasının (1991) 20 illiyi
384
Cavanşir Qafqaz Albaniyası-
nın hökmdarlarından biri, həm-
çinin Mehranilər sülaləsinin ən
parlaq nümayəndəsi olmuşdur.
Onun hakimiyyəti dövründə Qaf-
qaz Albaniyası uğurlu xarici
siyasət nəticəsində güclənmiş və
Şərqin ən önəmli dövlətlərindən
birinə çevrilmişdir.
Eramızdan qabaq IV əsrdə, bəlkə də daha əvvəl
Azərbaycan Respublikasının indiki ərazisində
Albaniya, yaxud hazırda adlandırıldığı kimi, Qafqaz
Albaniyası deyilən bir dövlət yaranmışdır. Albaniya
dövləti Qafqazda və Ön Asiyada baş verən
hadisələrdə fəal şəkildə iştirak etmişdir. VII əsrdə
Qafqaz Albaniyası öz ağır günlərini yaşamışdır. Cə-
nubdan Sasani İranı hücum çəkərək, xristianlığı qəbul
etmiş Qafqaz Albaniyasında zərdüştlüyü yenidən bər-
pa etmək istəmiş, Qərbdən Bizans təzyiq göstərərək,
Alban kilsəsini öz nəzarətinə almağa çalışmış,
şimaldan türk-xəzərlər ölkəyə soxulmağa can atmış,
cənubdan isə ərəblər Məhəmməd peyğəmbərin (s.ə.s.)
yeni və yenilməz dini ilə yürüş etmişdilər.
Ərəblərlə son döyüşlərdə gənc alban şahzadəsi,
Girdman çayının sahillərində yerləşən eyniadlı feodal
vilayətinin hakimi Mehrani Qriqor Varazın oğlu
Cavanşir, Sasanilərlə birgə döyüşə girmişdir.
Girdman hakimliyinin əsası Sasanilərdən qaçmış
Mehran adlı bir şəxs tərəfindən qoyulmuşdu. Mehra-
nilərin zərdüştlüyə etiqad etmələrinə baxmayaraq və
bəlkə də elə buna görə on-
lar qısa bir müddətdə öz
nüfuzlarını bütün Albani-
yaya yayaraq, hətta paytaxtı
da Bərdəyə köçürməyə mü-
vəffəq olmuşdular.
Bizansla müharibədə
zəifləmiş Sasanilər, ərəblə-
rin hücumu qarşısında çox
böyük çətinliklə dayanmış-
lar. Ərəblərə qarşı mübari-
zədə, qeyd etdiyimiz kimi,
Varaz Qriqorun oğlu Ca-
vanşirin başçılığı ilə alban
qoşunları da iştirak etmiş-
dir. Alban tarixçisi Moisey
Kalankatlı xəbər vermişdir
ki, Cavanşir 7 il sərasər öz
dəstəsi ilə ərəblərə qarşı dö-
yüşmüş, özünü cəsur əskər,
istedadlı sərkərdə kimi gös-
tərmişdi. 636-cı ildə Sasa-
nilərin qədim paytaxtı
Mədain yaxınlığında fars-
larla ərəblər arasında daha
bir döyüş olur. Bu, ərəblər-
dən ötrü olduqca əhəmiy-
yətli bir döyüş idi. Sasani
sərkərdəsi Rüstəmin ko-
mandanlığı altında 80
2011
1395 illiyi
Cavanşir
616-680/81
Sərkərdə
385
minlik Atropatena ordusunun tərkibində Cavanşirin
dəstəsi də vuruşmuşdu. Fars ordusu bu döyüşdə məğ-
lubiyyətə uğramış, Cavanşirin dəstəsi isə Atropate-
naya doğru çəkilmişdir.
Tarixi salnamələr Cavanşirin bu döyüşdən sonra da
bir neçə parlaq qələbə qazandığını göstərmişdir. İran
şahənşahı Yezdəgerd, Cavanşirin xüsusi xidmətlərini
nəzərə alaraq, ona dəstəsinin önündə aparmaq üçün
bayraq, zil səsli şeypurlar, iki qızıl mizraq və qızıl
suyuna çəkilmiş qalxanlar vermişdir. Şahənşah
Cavanşiri bütün qoşun başçılarından əziz tutmuş, onu
qiymətli daş-qaşlarla işlənmiş qızıl kəmərlə, qızıl
dəstəkli qılıncla, qızıl qolbaqla və çox gözəl bir tacla
mükafatlandırmışdır.
639-cu ildə ərəblər tərəfindən darmadağın olunmuş
Sasani qoşunlarının tör-töküntüləri onun ölkəsinə gir-
mək istəyəndə Cavanşir gürcülər və Sünik (Zəngəzur)
vilayətinin hakimi ilə ittifaqda onlarla gərgin döyüşə
girmişdir. Tarixçilər onun bu döyüşdə göstərdiyi
igidliyi belə qeyd edirlər: “O, məşhur qoşun başçısı
Qeqmazini şəxsən məğlub etdi. O, özü və qoşunu
əllərində qılınc onlarda (farslarda) dəhşətli bir vahimə
doğurdular. Onlardan xeyli əsir, at, qatır, başqa
qənimətlər alaraq geri döndülər. Onlar dağlarda yenə
qarşılaşdılar və qələbə yenə ona qismət oldu.” Farslar
hiylə işlədib, Cavanşirin qohumlarını əsir almış və
yenə Albaniyanın hüdudlarına soxulmuşlar. Nəhayət,
Cavanşir onlar üzərində tam və qəti qələbə çala
bilmişdi. Bundan sonra Cavanşir Sünik knyazının qızı
ilə evlənmişdi. Lakin Albaniyanın müstəqilliyini uzun
müddət əldə saxlamaq Cavanşirə nəsib olmamışdı.
Cavanşirin müsəlman xilafəti ilə yaxınlaşması
Azərbaycan tarixində, ölkənin islamlaşması baxımın-
dan mühüm rol oynamışdır. Bəlkə də xristian meyilli
feodalların ona qarşı sui-qəsd hazırlamaları da elə bu-
nunla şərtlənmişdi.
Cavanşir həmin qəsd iştirakçılarından birinin ona
vurduğu ağır yaralardan 680-(681)-ci ildə vəfat et-
mişdir.
Cavanşir Azərbaycan tarixində olduqca çətin şəra-
itdə ölkənin müstəqilliyini qoruyub saxlamış və möh-
kəmləndirmiş görkəmli sər-
kərdə və müdrik dövlət xa-
dimi, özünün ərəblər, xə-
zərlər, bizanslılarla qarşı-
lıqlı münasibətlərində or-
taya çıxan problemləri sülh
və danışıqlar yolu ilə yo-
luna qoymuş istedadlı dip-
lomat kimi daxil olmuşdur.
Cavanşir, xüsusən özü-
nün Xilafət və Bizansla
münasibətləri sayəsində Al-
baniyanın maddi və mənəvi
mədəniyyətinin inkişafı
üçün çox iş görmüşdür. Da-
hi alban tarixçisi Moisey
Kalankatlı onun dövründə
yaşayıb-yaratmışdı. Güman
ki, o, “Alban tarixi” əsərini
məhz Cavanşirin göstərişi
ilə yazmışdır. Moisey Ka-
lankatlı burada özündən əv-
vəlki tarixçilərin əsərlərin-
dən başqa, ixtiyarına veril-
miş saray arxivinin mate-
riallarından da bol-bol isti-
fadə etmişdir. Sonuncu sə-
nədlərə misal olaraq, Vaça-
qanın yepiskoplara, Cavan-
şirin Bizans imperatoru
Konstantinə, Konstantinin
Cavanşirə
məktublarını
göstərmək mümkündür.
Əsərdə həmçinin saray şairi
Dəvdəkin Cavanşirin ölü-
münə yazdığı ağı da veril-
mişdir. O, burada öz mər-
hum hökmdarını ağlayaraq,
qatilləri lənətləmişdir. Dəv-
dək mərsiyəsinin sonunda
demişdir: “O, bizim üçün
386
həqiqət dünyasının işığı idi. İlhamverici, sükançı idi –
coşqun dalğaları ram edərdi – cəsur Cavanşir, düşmə-
nin qaraküruhunu zəbun edən!”
Moisey Kalankatlı göstərir ki, Cavanşir Bərdədə və
ölkənin çox şəhərlərində saray və məbədlər tikdir-
mişdi.
Ədəbiyyat
Bəkirov, N. Cavanşir (616-680) /N.Bəkirov //Dahi sərkərdələr... Dahi
şəxsiyyətlər.- Bakı, 2001.- S.8-9.
Əhmədov, S. Cavanşir (642-681) /S.Əhmədov //Azərbaycan tarixindən yüz
şəxsiyyət.- Bakı, 2006.- S.13-15.
Həbiboğlu, V. Cavanşir /V.Həbiboğlu //Türk dünyasının qüdrətli hökmdarları,
xaqanları, sərkərdələri; red. S.Hüseynqızı; elmi red. E.Əlibəyzadə.- Kitab I.- Bakı,
1995.- S.113-118.
Nəsib, D. Cavanşir: (Tarixi roman) /D. Nəsib; Red.S.Sərxanlı;
Rəssam.H.Qasımov.-Bakı:Araz,2000.-229s.
Vəkilov, M. Cavanşir: tarixi roman /M.Vəkilov; Xüsusi red. M.İsmayılov; Red.
S.Sərxanlı; Çapa hazırlayan. C.Vəkilov.-Bakı:Gənclik, 1992.-224 s.
İnternetdə
www. az.wikipedia.org
Adilə Abdullayeva
387
Əbu Bədil Əfzələddin İbrahim
ibn Əli Nəccar ibn Osman ibn
İbrahim Həqaiqi Həssanül-Əcəm
Xaqani Şirvani 1126-cı ildə Şa-
maxı şəhərində sənətkar ailəsində
anadan olmuşdur.
Hələ kiçik yaşlarından əmisi Ömər Osman oğlu
İbrahimi öz himayəsinə götürüb onun tərbiyəsilə şəх-
sən məşğul olmuşdur. O, əmisinin yanında mükəmməl
savad almış, Şərq хalqlarının mədəni irsi ilə yaхından
tanış olmaqla bərabər, хristian mədəniyyətini də öy-
rənmişdir.
Böyük Azərbaycan şairi Əfzələddin Хaqani şir-
vanlı olduğu üçün təхəllüsünə Şirvani sözü artırılmış-
dır.
Şair son dərəcə zəngin bir ədəbi irs qoymuş və
bədii ədəbiyyata gətirdiyi ölməz ənənələrlə bütün
Yaхın Şərq şеirinin inkişafına güclü təkan vеrmişdir.
Хaqani Azərbaycan ictimai-bədii fikir tariхində fəlsəfi
qəsidənin banisi kimi məşhurdur.
Хaqani gənc yaşlarından şеir yazmağa başlamış,
ilk şеirlərini o zaman Azərbaycanda da çoх sеvilən
Qəznəvi Sənainin əsərlərinin təsirilə “Həqayiqi”
təхəllüsü ilə qələmə almış və böyük istеdadı ilə çoх
tеz bir zamanda sarayın diqqətini cəlb еtmişdi. Şirvan
hökmdarı Mənuçöhrün tapşırığı ilə o zaman saray
vəziri Əbül-Üla Gəncəvi gənc İbrahimi saraya gə-
tirmişdir. Хaqani bu illərdə ölkənin хarici siyasətilə
bağlı olaraq başqa
saraylarla da ədəbi əlaqələr
saхlamış, Şirvan dövlətini
hər yеrdə şöhrətləndirməyə
çalışmışdır. Şairin az vaхt-
da qazandığı bu müvəffə-
qiyyətlər onun bədхahları-
nın sayını artırmış, düşmən-
ləri dülgər oğlunun şöhrət-
lənməsinə dözə bilməmiş-
lər. Şirvan sarayında onun
nüfuzunu sarsıtmağa, Mə-
nuçöhrün gözündən salma-
ğa çalışmışlar.
Хaqani ölkədən qaçmaq-
da ittiham еdilərək, Mənu-
çöhrün əmrilə həbsə alın-
mışdı.
Şairin silsilə təşkil еdən
“Həbsхana şеirləri” onun
mühitə, dövrə qarşı kəskin
еtirazının sədaları kimi səs-
lənmişdir. Saray dеdi-qodu-
sundan təngə gəlmiş sənət-
kar həbsdən sonra da zin-
dan kimi qaranlıq və işgən-
cəli mühitdən, doğulduğu
şəhərdən müvəqqəti də olsa
uzaqlaşmaq üçün İraqa gеt-
2011
885 illiyi
Əfz əl əddin Xaqani
Şirvani
1126 – 1199
Şair
388
məyi qərara almış, Mənuçöhrün razılığı ilə səfərə
çıхmışdır. Səfər zamanı olduğu şəhərlərin adlı-sanlı
alim və şairlərilə görüşən Хaqani böyük təəssüratla
vətənə qayıtmış və saraydan tamamilə uzaqlaşmaq
arzusu ilə yaşamışdır. Dərbəndə, Gəncəyə, Bərdəyə,
Bеyləqana, saray nümayəndəsi kimi isə başqa
хanlıqlara gеtmişdir. Bütün bunlara baхmayaraq saray
həyatı onun üçün zindana çеvrilmişdi. Şair Kəbə
ziyarəti bəhanəsilə bir daha Yaхın Şərqi gəzmək
qərarına gəlmiş və bunun üçün hökmdardan yеnə
icazə istəmişdir. O, Yaхın Şərqin mədəniyyət mərkəzi
sayılan Bağdada gəlmiş, bu yеrlərin görkəmli alim və
şairlərilə görüşmüş, Məkkə, Mədinə, Şam, Mosul şə-
hərlərində olmuş və hər yеrdə hörmətlə qarşılanmış-
dır. Onun əsərlərinin mühüm hissəsi itmiş olsa da, di-
vanı, “Töhfətül-İraqеyn” adı ilə məşhur məsnəvisi
“Хətmül-qəraib” başlığı altında yazılmış şеirləri və bir
sıra məktublarını əhatə еdən “Münşəat” əsəri bizə gə-
lib çatmışdır. Хaqani yaradıcılığa məhəbbət mövzu-
sunda yazılmış kiçik həcmli lirik şеirlərlə başlamış və
ömrünün aхırına qədər klassik şеirin bu növündə ya-
zıb yaratmışdır.
Хaqaninin əsərləri ilk dəfə ХIХ əsrdə Hindistanda
çap olunub yayılmışdır. Sonra dəfələrlə İranda nəşr
еdilib, tənqidi mətnləri ya-
yılmışdır. Bu əsərlər rus və
Qərbi Avropa хalqları dil-
lərinə tərcümə еdilmişdir.
Böyük şair vətən həs-
rətilə, ağır kədər içərisində
1199-cu ildə 75 yaşında
Təbrizdə vəfat еtmişdir.
Onun ölümü müasirləri tə-
rəfindən kədərli mərsiyə-
lərlə qarşılanmışdır. Nizami
Gəncəvi şairin vəfatını şеir
və sənət aləminin ağır itkisi
kimi mənalandırıb bir mər-
siyə yazmışdır. Хaqani
Təbrizdəki “Məqbərətüşşü-
əra” qəbiristanında dəfn
еdilmişdir.
Rеspublikamızda bir çoх
küçələrə, kitabхanalara,
mədəniyyət еvlərinə Хaqa-
ninin adı vеrilmişdir.
Ədəbiyyat
Seçilmiş əsərləri: Fəxriyyə, Məahiyyə, Töhvətül-İraqeyn /Ş.Xaqani.- Bakı: Oka-
Ofset NPS, 2005.- 327 s.
Seçilmiş əsərləri /Ş.Xaqani.- Bakı: Lider nəşriyyatı, 2004.- 670 s.
Canım nə qədər var, mənə canan Sən olarsan.../Xaqani //Qobustan.- № 4.-2006.-
S. 3-4.
Etibar, İ. Mənaların yaradıcısı Xaqani //Kaspi.-2009.- 4 iyun.- S. 14-15.
Rus dilində
Алиева, С. Певец нравственной красоты В Баку отметят юбилей одного из
величайших поэтов и мыслителей Востока - Хагани Ширвани /С. Алиева
Зеркало. - 2009.- 11 декабря. - С. 8.
Афзаладдину Хагани посвящается: [О научной конференции к 810-летию
поэта и мыслителя А.Хагани, которая пройдет в Национальной Библиотеке]
//Каспий.- 2009.- 10 декабря.- С. 8.
İnternetdə
www.adam.az
www.az.wikipedia.org Samirə Eminova
389
İlyas Yusif oğlu Gəncəvi
(Nizami Gəncəvi) 1141-ci ildə
Azərbaycanın qədim şəhərlərindən
biri olan Gəncə şəhərində sənətkar
ailəsində anadan olmuş, bütün öm-
rü boyu orada yaşayıb yaratmışdır.
Nizami təhsilini Gəncə mədrəsə-
lərində almış, daha sonra şəxsi
mütaliə yolu ilə orta əsrin elmlərini mükəmməl
öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və
yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk
dilindən başqa ərəb və fars dillərini də mükəmməl
bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin
qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və
həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən
aydın görünmüşdür. Ömrü boyu Gəncədə yaşamış,
saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal
zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə
Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi
hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə
evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan ol-
muşdur.
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə baş-
lamışdır. Əsərlərindən məlum olur ki, şair böyük
divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi
şöhrətlənmişdir (dövrümüzə 6 qəsidə, 120 qəzəl, 30
rübai gəlib çatıb). Lakin Şərq təzkirəçilərinin 20 min
beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı
şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəb-
bətə dünyəvi münasibəti,
insan taleyi haqqında hu-
manist düşüncələri ilə se-
çilir. Lakin Nizami Gəncəvi
dünya ədəbiyyatı tarixinə
məsnəvi formasında yaz-
dığı 5 poemadan ibarət
“Xəmsə” (“Beşlik”) müəl-
lifi kimi daxil olmuşdur.
1177-ci ildə bitirdiyi “Məx-
zənül-əsrar” (“Sirlər xəzi-
nəsi”) adlı ilk poeması şairə
böyük şöhrət qazandırmış-
dır. Şair “Xosrov və Şirin”
poemasını 1180-ci ildə bi-
tirmiş
və
Məhəmməd
Cahan Pəhləvana göndər-
mişdir. Cahan Pəhləvanın
ölümündən sonra taxta çı-
xan Qızıl Arslan Gəncənin
yaxınlığında öz çadırında
şairlə görüşmüş və onun
nəsihətlərini dinləmiş, şairə
Həmdünyan adlı bir kənd
bağışlamışdır. 1188-ci ildə
Şirvan hökümdarı I Axsitan
şairə “Leyli və Məcnun”
mövzusunda bir əsər yaz-
mağı sifariş etmişdir. Ni-
zami Gəncəvi bundan bo-
2011
870 illiyi
Nizami Gəncəvi
1141-1209
Şair
390
yun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul
edib az müddətdə Şərqdə ilk dəfə “Leyli və Məcnun”
poemasını yaratmışdır. 1196-cı ildə Marağa hakimi
Əlaəddin Körpə Arslanın adına “Yeddi gözəl” əsərini
yazmış, nəhayət, ömrünün sonlarına yaxın bütün
ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaş-
dırdığı “İsgəndərnamə” (təqr.1203) poemasını qələmə
almışdır. Nizami Gəncəvinin ilkin Şərq intibahının
zirvəsi olan yaradıcılığında dövrünün ən humanist,
ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi
idealları parlaq bədii əksini tapmışdır. Nizami
Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq
idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd
edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb,
çinli, hindli, yunan, gürcü və s. xalqların nüma-
yəndələrinə rast gəlirik. Nizami Gəncəvinin əsərləri
dünyanın bir çox xalqlarının dilinə tərcümə olun-
muşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox
şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,
Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris
və s.) məşhur kitabxana,
muzey və əlyazmaları fond-
larında qiymətli incilər ki-
mi qorunub saxlanılır.
Nizaminin yaşadığı
dövrdən əsrlər və illər keç-
sə də onun haqqında ərəb,
fars, rus, ingilis, alman və
başqa dillərdə onlarla elmi
əsərlər yazılmış, şairin ədə-
bi irsi öyrənilməkdə davam
edir. Ona gərə də Nizami
ölməzdir, o, həmişə bizim-
lədir.
Nizami Gəncəvi 1209-
cu il martın 12-də Gəncə
şəhərində vəfat etmişdir.
Dəfn olunduğu yerdə Niza-
mi Gəncəvinin möhtəşəm
məqbərəsi ucaldılmışdır.
Ədəbiyyat
Xosrov və Şirin /Nizami Gəncəvi; tərc.ed. Rəsul Rza; izah. Müəl.: M.Sultanov;
ön söz. Müəl. Həmid Araslı.- Bakı: Lider, 2004.- 392 s.
İskəndərnamə: Şərəfnamə /N.Gəncəvi; tərc. ed. Abdulla Şaiq.- Bakı: Lider, 2004.-
432 s.
İskəndərnamə: İqbalnamə /N.Gəncəvi; tərc.ed. M.Rzaquluzadə.-Bakı: Lider,
2004.- 256 s.
Leyli və Məcnun /N.Gəncəvi; tərc. ed. S.Vurğun.- Bakı: Lider, 2004.- 288 s.
Lirika /N.Gəncəvi; elmi red. X.Yusifli.- Bakı: Lider, 2004.- 160 s.
Sirlər xəzinəsi /N.Gəncəvi; farscadan tərc.ed. və izah. Müəl. X.Rza Ulutürk; ön
sözün müəl. X.Yusifli.- Bakı: Lider, 2004.- 264 s.
Yeddi gözəl /N.Gəncəvi; farscadan tərc. ed. M.Rahim.- Bakı: Lider, 2004.-336 s.
–(Klassik Azərbaycan ədəbiyyatı)
Babayeva, T. Nizami Gəncəvinin ədəbi irsində şəxsiyyət problemi /T.Babayeva.-
Bakı, 2000.- 200 s.
Əlibəyzadə, E. Nizami və tariximiz /F.Əlibəyzadə.- Bakı, 2004.- 186 s.
İnternetdə
www.az.wikipedia.org
www.ganca.net
Adilə Abdullayeva
|