Zeynəb Yəhya qızı Xanlarova
1936-cı il dekabr ayının 28-də
Bakının Qədirli küçəsində - el di-
lində desək, “Dağlı məhəlləsi”n-
də fəhlə ailəsində anadan olmuş-
dur. 161 nömrəli orta məktəbdə
təhsil almışdır. Məktəb vaxtların-
dan ədəbiyyata və musiqiyə böyük maraq göstərən
Z.Xanlarova Bakıdakı Mərkəzi pioner və məktəblilər
sarayında bədii özfəaliyyət dərnəyinə üzv yazılmış və
dərnəkdə “Cücələrim”in ilk dəfə xorla səslənməsində
onun da payı olmuşdur.
1956-cı ildə M.Ə.Sabir adına Bakı Məktəbəqədər
Pedaqoji Məktəbə daxil olmuşdur. Sonuncu kursda
filarmoniyada keçirilən bədii özfəaliyyət həvəskarla-
rının yekun konsertində oxuduğu “Azərbaycan
maralı” xalq mahnısı ilə birinci yeri tutmuşdur.
Münsiflər heyətində üzv olan Əfrasiyab Bədəlbəyli-
nin diqqətini cəlb edən Zeynəb xanım onun təkidi ilə
Pedaqoji Məktəbi bitirdikdən sonra, Asəf Zeynallı
adına Bakı Orta İxtisas Musiqi Məktəbinə, böyük
vokal ustadı Seyid Şuşinskinin sinifinə daxil olur.
Seyid müəllim Zeynəbin səsini dinlədikdən sonra ilk
dəfə olaraq qadın müğənniləri arasında “Çahargah”
muğamını oxumağı ona tövsiyə edir.
1960-cı ildə ilk dəfə olaraq “Çahargah” lentə yazılıb
efirdə səslənir. Beləliklə, sevimli müğənnimiz bütün
musiqisevərlərin diqqətini cəlb edir. Zeynəb Xanla-
rova muğama bütün varlığı ilə bağlanır, repertuarını
yeni-yeni muğam və təsniflərlə zənginləşdirir.
“Çahargah”la yanaşı,
“Şur” və “Dilkəş” təsnif-
lərini, “Mahur-hindi”, “Qa-
tar”, “Xaric segah”, “Hü-
mayun”, “Bayatı-kürd”mu-
ğamlarını ciddi-cəhdlə öy-
rənib oxumuşdu. Zeynəb
əsl novator ifaçı kimi hər
bir vokal əsərini uzun illər
boyu davam edən ənənəvi
halda oxuma tərzində deyil,
tamamilə yeni səpkidə oxu-
muşdu. Bu səbəbdən də
onun muğam oxumaların-
dakı şəksiz üstünlüyü da-
nılmazdır. 1961-ci ildə
məktəbi qurtardıqdan sonra
görkəmli rejissor Şəmsi
Bədəlbəyli onu Azərbaycan
Dövlət Akademik Opera və
Balet Teatrına solist gö-
türür. Əmri verilən günün
sabahı səhnədə Leylinin
məşqinə başlayır.
İlk tamaşa 1961-ci ilin
əvvəllərində olur.
Ölməz sənətkarımız Üze-
yir Hacıbəyovun “Leyli və
Məcnun” operasının həmin
gecəki tamaşanın uğuru
Dekabr
75 illiyi
Zeynəb Xanlarova
1936
Müğənni
28
358
Zeynəb Xanlarovanın teatr yaradıcılığında uğuru idi.
Beləliklə, Zeynəb Xanlarovanın
təkrarsız Leylisi
qəlblərdə yaşayır.
Leylidən sonra “Əsli və Kərəm”dəki Əsli də Zeynəb
yaradıcılığının təqdirəlayiq məhsuludur. Zeynəb
xanımın təfsirində hər iki obraz teatrın yaradıcılıq sal-
naməsinə qızıl hərflərlə yazılmışdır.
Zeynəbin ifaçılığında ümumiləşdirmə, emosionallıq,
sərrast səs həmləsi, plastiklik, müntənasiblik, aydın
tələffüz, zəngin səs palitrası hamını heyran qoyur.
1967-ci il Zeynəb Xanlarovanın həyatında əlamət-
dar oldu; musiqi ifaçılıq mədəniyyəti qarşısında mü-
hüm xidmətlərinə görə istedadlı sənətkar “Azərbay-
can SSR Əməkdar artisti” fəxri adına layiq görüldü.
Bu Z.Xanlarovanın yaradıcılıq məsuliyyətini daha da
artırdı, müxtəlif üslublu bəstəkarlarla yaradıcılıq əla-
qəsinə girdi, onlardan təzə-təzə mahnılar aldı.
Müğənninin repertuarında Fikrət Əmirovun, Cahan-
gir Cahangirovun, Tofiq Quliyevin, Arif Məlikovun,
Ramiz Mustafayevin, Şəfiqə Axundovanın, Emin Sa-
bitoğlunun, Telman Hacıyevin, Tofiq Bakıxanovun,
Ramiz Mirişlinin, Oqtay Kazımovun, Oqtay Rəcəbo-
vun və onlarca başqalarının mahnıları möhkəm yer
tuturdu.
Lirik soprano səsi olan müğəninin ifa tərzində tem-
perament, gur zəngulələri olan yaddaqalan mahnıları
onu xalqın sevimlisinə çevirmişdir. Zeynəb Xanlarova
bir çox mahnıların müəl-
lifidir. O, ABŞ, Fransa, İs-
veç, İtaliya, Kanada, Yapo-
niya, Türkiyə, Danimarka
və s. dünyanın müxtəlif
yerlərində qastrol səfərində
olmuş, konsertlər vermiş-
dir.
Müğənni 1975-ci ildən
Azərbaycanın Xalq artisti,
1980-ci ildən isə SSRİ
Xalq artistidir.1986-cı ildə
ona Ümumittifaq “Melodi-
ya” firmasının “Qızıl valı”
verilmiş, “Şöhrət” ordeni
ilə təltif olunmuşdur.
Arif Qazıyevin rejissorlu-
ğu ilə Zeynəb Xanlarova
haqqında üç seriyalı “Zey-
nəb” adlı sənədli-musiqili
film çəkilmişdir.
Görkəmli müğənni hazır-
da Azərbaycan Respubli-
kası Milli Məclisinin depu-
tatıdır.
Ədəbiyyat
Rəhmanzadə, F. Nəğmə dolu könül /F.Rəhmanzadə.- Bakı: İşıq, 1985.-176 s.
Evdə otururam, burda da olsam, Zeynəb Xanlarovayam: [Millət vəkili ilə
müsahibə] /Z. Xanlarova //Kaspi.-2006.-8-9 mart.-S.3.
Əsgərov, V. “Zeynəb” Ürəklərə yol salır mahnıları: [Xalq artisti Zeynəb
Xanlarova haqqında] /V. Əsgərov // Azərbaycan.-2009.-8 sentyabr.-S.6.
Qazıyev, A. Zeynəb, ürəklərə yol salır mahnıların /A.Qazıyev //Azərbaycan.-
2002.- 8 sentyabr.-S. 6 .
Quliyeva, Z. Xalq artisti haqqında film. [Arif Qazıyevin rejissorluğu ilə Zeynəb
Xanlarova haqqında üç seriyalı “Zeynəb” adlı sənədli-musiqili film haqqında] /Z.
Quliyeva //Azərbaycan.-2006.-17 yanvar.-S.6.
Ülkü, İ. Z.Xanlarovanın sənət yolu /İ. Ülkü //Azərbaycan.- 2002.- 21 iyul.-S.5.
Saqibə Mehrəliyeva
359
Əzizə Məmməd qızı Cəfərzadə
1921-ci il dekabr ayının 29-da Bakı
şəhərində anadan olmuşdur. İbtidai
təhsilini 25 saylı məktəbdə almış,
sonra teatr texniki məktəbində və
ikiillik müəllimlər institutunda oxu-
muş, 1942-1944-cü illərdə Ağsu ra-
yonundakı Çaparlı kəndində müəllim işləmişdir.
1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan
Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş-
dir. 1944-1946-cı illərdə Cəfər Cabbarlı adına “Azər-
baycanfilm” kinostudiyasında Ssenari şöbəsinin rəisi,
1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri,
1950-1955-ci illərdə Pedaqoji institutda dosent, ka-
fedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji
İnstitutunda dosent, 1957-1974-cü illərdə Azərbaycan
Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş
elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət
Universitetinin professoru vəzifələrində çalışmışdır.
Ə.Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin
bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə “XIX
əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətlə-
ri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr
Azərbaycan poeziyasında xalq şeiri üslubu” möv-
zusunda doktorluq dissertasiyaları mudafiə etmişdir.
Ədəbi fəaliyyətə 16 yaşında başlamış və 1937-ci
ildə “Əzrayıl” adlı ilk hekayəsini “Ədəbiyyat” qəze-
tində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə nəşr edil-
miş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxma-
mışdan əvvəl qadağan olunub yandırılmışdır. Əzizə
xanımın nəsr əsərləri əsa-
sən tarixi roman janrında
yazılmışdır. Onun elmi təd-
qiqatların ədəbi yaradıcı-
lığına da güclü təsir göstər-
miş və yazıçının əsərlərini
Azərbaycan dilinin saflığı
və təmizliyi uğrunda müba-
rizənin bariz nümunəsinə
çevirmişdir.
Yazıçınınn yüzlərlə
oçerk, elmi tədqiqat və
publisistik məqalələri dövri
mətbuatda çap edilmişdir.
O, “Natavan” adlı kino sse-
nari, çoxlu sayda radio-tele-
viziya pyesləri, xatirat və
saysız hesabsız bayatı yaz-
mışdır. Əzizə xanım folklo-
rumuzun vurğunu idi, “Ba-
yatı düşüncələrim”, “Xızır
Nəbi”, “Novruz” və başqa
Azərbaycan adət-ənənələri,
etnoqrafiyası ilə bağlı yazı-
ları, televiziya və radioda
çıxışları onu xalqın sevim-
lisi etmişdir. Bir çox xarici
ölkələrdə, o cümlədən Yu-
qoslaviya, Suriya, Kipr,
Hindistan, Sinqapur, Mala-
Dekabr
90 illiyi
Əziz ə C əf ərzad ə
1921-2003
Yazıçı
29
360
ziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli
tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin
kitabxanalarından tarixi əsərlər ilə bağlı məlumatlar
toplamış və səyahət gündəlikləri yazmışdır. Əzizə
xanım bir sıra xarici müəlliflərin, o cümlədən S.Smir-
novun “Brest qalası”, Ş.Rəşidovun “Güclü dalğa”,
A.Lixanovun “Mənim generalım”, Ə.Kabaklının
“Əjdaha daşı”, S.Çokumun “Bizim diyar” və s. əsər-
ləri ana dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru
olmuşdur. Onun əsərləri də bir sıra xarici dillərə, o
cümlədən rus, fars, tacik, ərəb, qazax və s. tərcümə
edilib xaricdə nəşr edilmişdir. Mütəmadi olaraq
televiziya və radioda müxtəlif mövzularda çıxışlar
etmiş, televiziyada “Klassik irsimizdən”, “Aşıq Pəri”
və s. çoxsaylı proqramların müəllifi və aparıcısı
olmuşdur. Bu verilişlər vasitəsilə xalqa Azərbaycan
klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla
yanaşı o radioda Cənubi Azərbaycan üçün verilən
proqramların və “Ana” radio jurnalının uzun illər da-
imi iştirakçısı olmuşdur. 1981-1989-cu illərdə Res-
publika Qadınlar Şurasının sədri vəzifəsində iş-
ləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquq-
larının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş-
dir. O, həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş,
1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kən-
dində öz vəsaiti hesabına orta məktəb və klub binası
tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və
erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal
iştirak edən bir vətəndaş olan Əzizə Cəfərzadənin
Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi
xidmətlər yüksək qiymət-
ləndirilmişdir. O, dönə-dö-
nə müxtəlif fəxri fərmanlar,
“Xalqlar dostluğu” ordeni
və müstəqil Azərbaycanın
ali mükafatı – “Şöhrət”
ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüd-
çüsü idi. Azərtelefilm bir-
liyi onun həyat və yaradı-
cılığı haqqında 2 telefilm
çəkmişdir. Əzizə xanımın
ən böyük mükafatı isə xal-
qın ona qarşı olan böyük
məhəbbəti idi. Bu sevginin
məntiqi nəticəsi kimi, o,
2001-ci ildə “Azərbaycan
Anası” və “Xalq yazıçısı”
kimi yüksək adlara layiq
görülmüşdür. Əzizə Cəfər-
zadə 2003-cü il sentyabrın
4-də ömrünün 82-ci ilində
uzun sürən ağır xəstəlikdən
sonra vəfat etmiş və vəsiy-
yətinə əsasən Tağılı kən-
dində valideynləri, həyat
yoldaşı və qardaşları ilə bir
məzarlıqda dəfn edilmişdir.
Ədəbiyyat
Aləmdə səsim var mənim: tarixi roman/Ə. Cəfərzadə.-Bakı: Şərq-Qərb, 2006.- 432 s.
Eldən-elə: tarixi roman /Ə. Cəfərzadə.-Bakı : Şərq-Qərb, 2006. 384 s.
Əliyeva, İ. El anası-Əzizə Cəfərzadə /İ.Əliyeva.- Bakı: Elm, 2001.- 64 s.
Fateh, Z. Aləmdə səsi qalan yazıçı, müəllim, alim: Əzizə Cəfərzadə-90 /Z.Fateh
//Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.5.
Xəlilzadə, F. Xəyalımızda yanan işıq /F.Xəlilzadə //Mədəniyyət.- 2010.- 29 oktyabr.-
S. 13.
İnternetdə
www.az.wikipedia.org
www.azizajafarzade.com Adilə Abdullayeva
361
Nüsrət Yusif oğlu Kə-
səmənli 1946-cı il dekabrın 29-
da Azərbaycanın Qazaх rayonu-
nun Kalinkənd kəndində fəhlə
ailəsində doğulmuşdur. Orta
məktəbi bitirdikdən sonra
Azərbaycan Dövlət Univеrsitеti-
nin Jurnalistika fakültəsinə daхil olmuşdur. Univеrsi-
tеti bitirdikdən sonra o, Azərbaycan Yazıçılar İttifa-
qında rеfеrеnt və ədəbi məsləhətçi vəzifələrində çalış-
mışdır. O, 60-cı illərin əvvələrindən bədii yaradıcılığa
başlamışdır. Onun yazmış olduğu bir çoх şеirlərinə
musiqi bəstələnmişdir.
Nüsrət Kəsəmənli 1977-ci ildən Yazıçılar İttifa-
qının üzvü kimi fəaliyyət göstərmişdir. O, Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında
baş rеdaktor vəzifəsində işləmişdir.
Nüsrət Kəsəmənlinin poеziyası obrazlı təfəkkürün
ifadəsidir. Onun şеirləri insanı çoх şairanə bir aləmə
qovuşdurur. Bu aləm şairin həyatıgörmə, dərkеtmə
qabiliyyətindən yaranmış sеhirli aləmdir.
Nüsrətin lirikası qoşaqanadlıdır. Onda vətəndaşlıq
lirikası sеvindirici bir vəhdətdə inkişaf еdir.
Gənclərin sеvgi macəraları, tərəddüd və еtirafları,
sеvinc və kədəri N.Kəsəmənli şеirlərinin əsas möv-
zusudur. Onun “Sеvgi hələ ölmüş dеyil”, “Dəli bir
ağlamaq kеçir könlümdən”, “Əllərin nə yaman
soyuqdur gülüm”, “Buraх gözlərinin nəfsindən məni”,
“Sənə güvəndiyim dağlar”, “Sеvə-sеvə”, “Bəlkə bu
təsadüf” kimi məhəbbət
mövzusünda yazmış olduğu
şеirləri daim sеvilə-sеvilə
oхunur.
Nüsrət Kəsəmənli ən po-
pulyar və ən çoх sеvilən
şairdir. Onun şеirləri oхu-
nan andan yadda qalır.
Şairin insanpərvərliyə,
yеr üzərində əmin-amanlığa
həsr еdilmiş şеirləri həra-
rətlə səslənir. Onun doğma
torpağa məhəbbətini əks еt-
dirən “Torpaq haqqında
nəğmə”, “Vətən alov еtsin
odunu sənin”, “Yaddan
çıхmaz Qarabağ”, “Ağlama
Təbrizim Ağlama”, “Bu
bizim vətənimizdir” kimi
poеziya nümunələri çoх də-
yərlidir.
Şair son illərdə öz yara-
dıcılığında ictimai-siyasi
hadisələrlə bağlı düşüncələ-
rinə də yеr ayırmışdır.
Onun “Хocalı”, “20 Yan-
var”, “Cıdır düzü”, “İsa bu-
lağı” kimi əsərləri məhz bu
mövzuda yazılmışdır.
Dekabr
65 illiyi
Nüsrət Kəsəmənli
1946-2003
Şair
29
362
N.Kəsəmənlinin yaratmış olduğu əsərləri oхucula-
rın qəlbinə daim yol tapıb sеvilərək oхunduğu kimi,
bir çoх mahnılarda öz əksini taparaq, nəğmə kimi də
hər zaman dillərdə səslənməkdədir. Təsadüfi dеyil ki,
onun sözlərinə indiyədək 500-dən çoх mahnı bəs-
tələnmişdir. Nüsrət Kəsəmənlinin “Dünya köhnə
dünyadır”, “Unut kədərimi”, “Allahım, ayırma bizi”,
“Unuda bilməyəcəksən”, “Özümü aldadıram”, əsər-
lərinə bəstələnərək sеvilə-sеvilə dinlənən mahnıları
nümunə gətirmək olar.
Nüsrət Kəsəmənli ədəbiyyatımızın tariхində öz
sözünü dеmiş və hеç bir zaman solmayan möhürünü
qoymuş bir şairdir. Məhəbbətdən siyasətədək, еtiraf-
dan еtirazadək, bir sözlə, insan duyğularına təsir еdən
hər bir mövzuda yaratmış
olduğu sənət nümunələri ilə
bədii ədəbiyyatımızda əvəz-
olunmaz irs qoyub gеtmiş
bu sеvilən, unudulmaz şai-
rin qələm inciləri oхucular
tərəfindən daim sеvilmiş və
sеviləcəkdir.
Nüsrət Kəsəmənli 2003-
cü il oktyabr ayının 17-də
vəfat еtmişdir.
Ədəbiyyat
Seçilmiş əsərləri /N.Kəsəmənli.- Bakı: Şərq-Qərb, 2004.- 255 s.
Hamısı sevgidəndir.-B.: Gənclik, 1991.-294 s.
Heyf o sevgiyə... /N.Kəsəmənli.- Bakı: Gənclik, 2000.- 366 s.
Kimə inanasan.- B.: Gənclik, 1995.-154s.
Qapamayın gözlərimi /N. Kəsəmənli.-Bakı : Maarif, 2006.- 287 s.
Cəfərov, N. Nüsrət Kəsəmənli: sevilən şair /N.Cəfərov //Yeni Azərbaycan.-2004.-
18 sentyabr.- S.5.
Hələ çox karvanlar keçəcək: (Şeir)/ N. Kəsəmənli //Yeni Azərbaycan.- 2002.-28
iyun.
Şərif S. Nüsrət Kəsəmənlinin xatirəsinə /S. Şərif //Yeni Azərbaycan.- 2003.- 10
oktyabr.- S.6.
Saqibə Mehrəliyeva
363
Əbülfət Əsəd oğlu Əliyev 1926-cı
il dekabrın 30-da Şuşada anadan
olmuşdur. Onun yeddi yaşı olanda
atası rəhmətə getmişdir. Sonra Füzuli
rayonuna köçərək orada 4 il yaşamış-
dılar. Bu müddətdə Əbülfət Bahadur
bəyin məktəbi deyilən məktəbdə
oxumuşdur.
Əbülfət lap kiçik yaşlarından musiqiyə bağlanmış-
dı. Saatlarla oturub Xan əminin, Zülfünün, Bülbülün,
Seyidin vallarını oxudub qulaq asardı. Evləri 1 saylı
şəhər məktəbinin lap yaxınlığında idi. O, məktəbdə
musiqili dram dərnəyinə yazılmışdı. Elə bu vaxtlar,
1938-1939-cu illərdə Ağdam Müəllimlər evində Xan
Şuşinskinin rəhbərliyi altında muğam sinifi açılmışdı.
Xan, Əbülfəti dinləyib onun məşqlərə gəlməsini məs-
ləhət görmüşdü. 1939-cu ildə Xan Şuşinski Bakıya
köçdükdən sonra Əbülfət səkkiz ay Məşədi Nərimanın
dərnəyində tar çalmağı öyrənmişdi.
Müharibənin ən şiddətli vaxtında, 1942-ci ildə Bö-
yük Oktyabr Sosialist İnqilabının 25-ci ildönümü
münasibətilə onu həmyaşıdları ilə birgə Bakıya gətir-
mişdilər. Opera teatrında keçirilən konsertdə onu məş-
hur tarzən Qurban Pirimov, kamançada Hafiz Mirzəli-
yev müşayiət etmişdir. Tamaşaçılar 16 yaşında olan
xanəndəni heyranlıqla alqışlamışdılar. Ağdama qayı-
dan Əbülfət Əliyev o gecəni uzun müddət unuda bil-
məmişdi.
Əbülfət Əliyev 16 yaşından
başlayaraq Qarabağın toy-
larında tarzən Məşədi Nəri-
manla, kamançaçı Elman
Bədəlovla çox çalıb oxu-
muşdular.
Xanəndə yaradıcılığa 1943-
cü ildə Ağdam Mədəniyyət
evində başlamışdı. O illərdə
Əbülfət teatrda epizodik
rollarda oynamış, tamaşala-
ra yazılmış mahnıları mə-
harətlə oxumuşdu. Ancaq o
zaman səhnədə ona ən çox
təsir edən Bəylər Nəcəfo-
vun oynadığı Məcnun ol-
muşdu. Onun zəngulələri
Əbülfətin qəlbinə od sal-
mışdı.
1944-cü ildə dahi bəstə-
karımız Üzeyir Hacıbəyli
bəstəkar Süleyman Ələsgə-
rovu SSRİ-nin dövlət him-
nini təbliğ etmək üçün Ağ-
dama göndərmişdi. Bəstə-
kar dövlət himnini şagird-
lərin özfəaliyyət kollekti-
vinə öyrətmək üçün Ağdam
Dekabr
85 illiyi
Əbülf ət Əliyev
1926-1990
Xanəndə
30
364
Pionerlər evində bir müddət gərgin məşqlər
aparmışdı. Süleyman müəllim Əbülfətin fitri
istedadını da ilk dəfə burada sezərək ona Bakıya
gəlməsini məsləhət görmüşdü.
Ə.Əliyev Bakıya gələndən sonra bir müddət Res-
publika radiosunda solist işləmişdir. Radiodakı çıxış-
ları onu bir xanəndə kimi daha da məşhurlaşdırmışdı.
1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının
solisti olanda onun 19 yaşı vardı. Gənc Əbülfət filar-
moniyanın səhnəsinə bir xanəndə kimi qədəm basan-
da, bu böyük sənət məbədində Xan Şuşinski, Zülfü
Adıgözəlov, Şövkət Ələkbərova, Sara Qədimova, Fat-
ma Mehrəliyeva, Tükəzban İsmayılova kimi geniş
diapazonlu, gözəl səsli müğənnilər çalışırdılar.
Onun repertuarında 400-ə qədər xalq və bəstəkar
mahnıları var idi.
1956-cı il 7 oktyabrda xanəndənin səsinin ilk dəfə
lentə köçürülməsi “Pəri” xalq mahnısı ilə başlamışdır.
Əbülfət bəstəkar mahnılarının da gözəl ifaçısı idi.
Xanəndənin ifasında səslənən “Segah-zabul”, “Rast”,
“Şur”, “Hümayun”, “Rahab”, “Mahur hindi”, “Bayatı-
Şiraz”, “Çahargah”, “Zabul” muğamları radio və
televiziyanın fonotekasında saxlanılır. Valları xalq
arasında geniş yayılmışdır.
Ə.Əliyev 1956-1962-cı illərdə Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti olmuşdur. Üzeyir
Hacıbəylinin “Leyli və Məcnun” operası Əbülfət
Əliyevin iştirakı ilə lentə
alınaraq Respublika radio-
sunun qızıl fondunda sax-
lanılır.
1971-ci ildə Moskada 153
ölkədən gəlmiş sənətkar-
ların iştirakı ilə keçirilən
“Xalqların musiqi mədəniy-
yəti: ənənə və novatorluq”
adlı VII Ümumdünya mu-
siqi konqresində Əbülfət
Əliyev Azərbaycan profes-
sional musiqi ifaçılığını
ləyaqətlə təmsil etmişdi. O,
yüksək ifaçılığına görə
YUNESKO-nun döş nişa-
nına və diplomuna layiq
görülmüşdü. Xanəndənin
musiqimizin inkişafındakı
xidmətləri yüksək qiymət-
ləndirilərək ona 1958-ci il-
də Respublikanın Əməkdar,
1964-cü ildə isə Xalq artisti
fəxri adı verilmişdir.
Görkəmli xanəndə Əbül-
fət Əliyev 27 dekabr 1990-
cı ildə vəfat etmişdir.
Ədəbiyyat
Çəmənli, M. Nəğməli xatirələr: [Əbülfət Əliyev haq.] /M.Çəmənli.- Bakı: “El”
NPŞ MMC, 2007.- 183 s.
Rəhimli, İ. Əbülfət Əliyev /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.-
S.577-578.
Salmanov, R. Muğam ustadının yubileyi /R.Salmanov //Xalq qəzeti.- 2007.-
18 yanvar.- S.6.
İnternetdə
www.anl.az
www.az.wikipedia.org
Səmayə Quliyeva
365
Dünya Azərbaycanlıları-
nın Həmrəylik Gününün
əsası 1989-cu il dekabrın
axırlarında Naxçıvanda sər-
hədlərin (SSRİ-İran sərhəd-
ləri) dağılması zamanı qo-
yuldu. Şimali və Cənubi
Azərbaycan arasındakı sər-
həd dirəkləri dağıdıldı. Bu
vaxt İstanbulda türk dilli xalqların Konfransı ke-
çirilirdi. Konfrans da dünya azərbaycanlılarının həm-
rəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin sədri Heydər Əliyev dünya
azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini
nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlıları-
nın Həmrəylik Günü elan etdi. Beləliklə, o vaxtdan
bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya
Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.
Bu gün Azərbaycan millətinin birlik şüarının
simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə
yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar
arasında birlik və həmrəylik yaratmaq işində mühüm
rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik
Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları
tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca
çevrilmişdir.
Azərbaycanlıların yaşa-
dıqları, fəaliyyət göstərdik-
ləri və çoxluq təşkil et-
dikləri Avropa ölkələrində
bu tendensiya özünü yük-
sək səviyyədə göstərir. Bu
da ondan irəli gəlir ki, Av-
ropadakı Azərbaycan dias-
por təşkilatları öz qüvvə-
lərini səfərbər etməkdə ar-
dıcıldırlar və bu ayrı-ayrı
cəmiyyət üzvləri üçün bir
araya gəlmək, cəmiyyət və
qurumlar halında birləşmək
baxımından dünyanın sivil
nöqtələrindən biri olan Av-
ropada mühüm əhəmiyyət
kəsb edir. Fəaliyyət dairə-
sindən, məşğuliyyətindən
və dini etiqadından asılı
olmayaraq hər hansı bir
etnosa aid adamların müəy-
yən zaman kəsiyində öz
tarixi vətənlərindən kənarda
məskunlaşmaları və ictimai
fəaliyyəti bilavasitə dias-
porun formalaşması ilə nə-
ticələnir.
Dekabr
Dünya Az ərbaycanlılarının
Həmrəylik Günü
Dostları ilə paylaş: |