Cənab Prezident!
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının çoxsaylı kollektivi Sizi -
Azərbaycan xalqının sevimli Prezidentini ad gününüz münasibətilə səmimi
qəlbdən Təbrik Edir!
Ədəbiyyat
İnkişaf məqsədimizdir /İ.Əliyev; bur. Məs. R.Mehdiyev.- B.: Azərnəşr, 2008-
2009.-
Birinci kitab.- avqust 2003 - oktyabr 2003: çıxışlar, nitqlər, bəyanatlar, məktublar,
məruzələr, fərmanlar. - 424 s.; İkinci kitab.- oktyabr 2003-fevral 2004.- 432 s.
Üçüncü kitab.- fevral- 2004-aprel 2004.- 416 s.; Dördüncü kitab.- aprel 2004-iyun
2004.- 400 s.
Əliyev, İ.H. İlham Əliyev: Heydər Əliyev haqqında fikirləri /İ.Əliyev
//Azərbaycan.- 2006.- 20 iyun.- S. 7.
Azərbaycan prezidenti /red. V.Yolçiyev.- Bakı: Azərbaycan, 2004.- 264 s.
Böyük yolun davamçısı: Prezidentin yüz günü /tərt. və burax. Məs. E.Abdullayev;
red.: L.Hüseynov, A.Qasımov.- Bakı: Təhsil, 2004.- 304 s.
İlham Əliyevin prezidentlik fəaliyyəti və Azərbaycanda vətəndaş cəmiyyəti:
sosioloji tədqiqat (noyabr-dekabr, 2008) /layih. Rəh. E.Süleymanov, red.
C.Cabbarlı.- Bakı: AVCİYA, 2009.- 188 s.
Quliyev, İ. Sabaha inamla və İlhamla /İ.Quliyev; elmi red. A.Mirzəzadə.- Bakı:
Təhsil, 2003.- 144 s.
Mehdiyev, R. Yeni siyasət: inkişafa doğru.- 2 cilddə /R.Mehdiyev.- Bakı, 2008.-
C.1.- 581 s.; C.2.- 343 s.
Mirzəcanzadə, A. Azərbaycan, zaman, inkişaf /A.Mirzəcanzadə.- Bakı: Azərbay-
can, 2008.- 607 s.
Seyidov, M.H. İnamla, İlhamla sabaha doğru /M.Seyidov; red. M.Abdalov.- Bakı:
Adiloğlu, 2003.- 214 s.
Seyidov, M. Zamanı qabaqlayan dahi /M.Seyidov.- Bakı: Vektor Nəşrlər Evi,
2008.- 287 s.
Ağazadə, Z. Avropanın populyar siyasətçilərindən olan Azərbaycan Prezidenti
İlham Əliyevin xidmətləri Ukraynada da yüksək qiymətləndirilmişdir /Z.Ağazadə
//Azərbaycan.- 2007.- 18 mart.- S. 1.
Elmanoğlu, S. Lider /S.Elmanoğlu //Azərbaycan.- 2007.- 23 dekabr.- S. 7.
347
Kazımlı, X.H. 4 avqust 2003-cü il: böyük yolun başlanğıcı /X.Kazımlı //Xalq
qəzeti.- 2006.- 3 avqust.- S.3.
Rus dilində
Ильхам Алиев: Открытый мир.- М.: Хроникёр, 2008.- 307 с.
Ильхам Алиев: Я верю в мой Азербайджан.- М., 2007.- 349 с.
Агамалы, Ф. Президент-Реформатор.- Спб.: Юридический Центр Пресс,
2010.- 285 с.
Андриянов, В.И. Ильхам Алиев /В.И.Андриянов, Г.Ф.Мираламов.- М.: Мо-
лодая гвардия, 2007.- 395 с.
Зенькович, Н.А. Ильхам Алиев. Взгляд из Москвы.- М., 2008.-506 с.
Digər dillərdə
Azerbaijan-USA: New horizons of strategic partnership: [Official Visit of Ilham
Aliyev to the USA]. Washington April. 25-28, 2006.- Baku, 2006.- 109 s.
Kocatürk, N. İlham Aliyev: İpek yolu uygarlığı ve Azerbaycan diplomasisi.-
İstanbul, 2009.- 323 s.
İnternetdə
www.az.wikipedia.org
www.ilhamlaireli.az
www.president.az
www.yap.org.az
Adilə Abdullayeva
348
Ziya Musa oğlu Bünyadov
1921-ci il dekabr ayının 24-də
Astarada anadan olmuşdur.
O, görkəmli şərqşünas olub,
1964-cü ildə tarix elmləri dok-
toru, 1965-ci ildən professor,
1976-cı ildən Elmlər Akademiya-
sının akademikidir. 1945-ci ildə
Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Z.Bünyadov 1939-cu ildə Bakıda hərbi məktəbə daxil
olmuşdur. Böyük Vətən Müharibəsinin vzvod və
bölük komandiri kimi Berlinədək döyüş yolu keçmiş,
Polşa ərazisində gedən döyüşlərdə fərqlənmişdir.
1946-cı ildə o ordudan tərxis olunduqdan sonra
Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci
ildə oranı bitirmişdir. 1954-1964-cü illərdə Azər-
baycan EA Tarix İnstitutunda baş elmi işçi işləmişdir.
1964-cü ildən 1981-ci ilə kimi Yaxın və Orta Şərq
xalqları institutunda Orta əsrlər tarixi şöbəsinin
rəhbəri olmuşdur. 1981-ci ildən isə EA Şərqşünaslıq
İnstitutunun direktoru, 1990-cı ildə EA vitse-pre-
zidenti seçilmişdir.
Z.Bünyadov Xilafət və Azərbaycanın VII-XIII
əsrlər tarixinin tədqiqatçılarındandır. O, 1960-cı ildə
alban tarixçisi Mxitar Qosun “Alban xronikası”
əsərini ingilis dilindən, Əbdürrəşid Bakuvinin “Abi-
dələr” xülasəsi və “Qüdrətli hökmdarların möcü-
zələri” və Nəsəvinin “Sultan Calələddin Mank-
burəninin həyatının təsviri”
əsərlərini ərəb dilindən rus
dilinə tərcümə etmişdir.
1964-cü ildə “Azərbay-
can VII-IX əsrlərdə” möv-
zusunda doktorluq disser-
tasiyası müdafiə etmişdir.
1965-ci ildə bu işi kitab
şəklində çap etdirmişdir.
Z.Bünyadov 1967-ci ildə
Azərbaycan SSR EA-nın
müxbir üzvü seçilmişdir.
1970-ci ildə Azərbaycan
SSR EA-nın xəbərləri (ic-
timai elmlər seriyası) jur-
nalının baş redaktoru təyin
olunmuşdur.
1976-cı ildə Z.M.Bün-
yadov Azərbaycan SSR
EA-nın akademiki seçilmiş-
dir. 1978-ci ildə “Azərbay-
can Atabəylər dövləti
(1136-1225-ci illər)” adlı
monoqrafiyasını nəşr etdir-
mişdir. Bu əsər 1980-ci ildə
Dövlət mükafatına layiq
görülmüşdür.
Dekabr
90 illiyi
Ziya Bünyadov
1921 – 1997
Tarixçi
24
349
Onun əsərləri İraq, Fransa və Türkiyədə nəşr olun-
muşdur. Z.Bünyadov keçmiş SSRİ-nin Ərəb ölkələri
ilə Dostluq Cəmiyyətinin Rəyasət Heyətinin vitse-
prezidenti seçilmişdir.
1982-ci ildə o, Azərbaycan SSR Əməkdar elm
xadimi fəxri adını almaqla bərabər, Türkiyə Respubli-
kasının Türk Tarix Qurumunun müxbir üzvü seçilmiş-
dir. Fəaliyyəti dövründə Sovet İttifaqın Qəhrəmanı
Ziya Bünyadov, Lenin ordeni,
Qırmızı Ulduz, Qırmızı
Bayraq, II dərəcəli Aleksandr Nevski, və I dərəcəli
Vətən müharibəsi ordenlərinə, medallara, həmçinin
müstəqil Azərbaycanın ən yüksək mükafatı sayılan
“İstiqlal” ordeninə layiq görülmüşdür.
1988-ci ildə Azərbaycan SSR EA-nın Şərqşünaslıq
İnstitutunun direktoru təyin edilmiş alim 1990-cı ildə
akademiyanın vitse-predizenti seçilmişdir.
1990-cı ildə o “Qurani-Kərim”i Azərbaycan dilinə
çevirmiş, 1993-cü ildə A.Bakıxanovun “Gülüstani-
İrəm” əsərini elmi təfsir və şərhlərlə nəşr etdirmişdir.
Azərbaycanın müstəqillik uğrunda başladığı
mübarizə şəraitində, Qarabağ münaqişəsinin qızışdığı
bir dövrdə alim əsl vətəndaş mövqeyi tutaraq müstə-
qilliyimizin və ərazi bütöv-
lüyümüzün təmin olunması
istiqamətində fəaliyyət gös-
tərmiş, 1995-ci ildə o, Milli
Məclisin deputatı seçilmiş-
dir.
Z.Bünyadov Azərbay-
canda mediyevist tarixçilik
məktəbinin banisi və rəhbə-
ri olmuş, ümumilikdə 540
elmi əsər – monoqrafiya,
məqalə və s. yazmış, tər-
cümələr etmişdir. Onun
rəhbərliyi altında 35 disser-
tasiya müdafiə olunmuşdur.
1997-ci il fevral ayının
21-də naməlum cinayətkar
tərəfindən vəhşicəsinə qətlə
yetirilmişdir. Bakı şəhərin-
dəki küçələrdən biri və EA
Şərqşünaslıq İnstitutu onun
adını daşıyır.
Ədəbiyyat
Azərbaycan Atabəylər dövləti /Z.Bünyadov.- Bakı: Elm, 1985.- 268 s.
Azərbaycan VII-IX əsrlərdə /Z.Bünyadov.- Bakı: Azərnəşr, 1989.- 335 s.
Dinlər, təriqətlər, məzhəblər /Z.Bünyadov.- Bakı: Azərbaycan, 1997.- 287 s.
Fətəlixan Xoyski /Z.Bünyadov.- Bakı: Şərq-Qərb, 1997.- 40 s.
Qırmızı terror /Z.Bünyadov.- Bakı: Azərnəşr, 1993.- 329 s.
Öldürülmüş qalaktika /Z.Bünyadov.- Bakı: Elm, 1999.- 341 s.
Əhmədov, S. Ziya Bünyadov //Azərbaycan tarixindən yüz şəxsiyyət
/S.Əhmədov.- Bakı: Ayna Mətbu evi, 2006.-S.251-253.
Yurdumuzun Ziyası.- Bakı: Elm, 1997.- 261 s.
Z.M.Bünyadov: Biblioqrafiya /Azərbaycan EA Şərqşünaslıq İnstitutu. Mərkəzi
Elmi Kitabxana.- Bakı: Elm, 1988.- 85 s.
İnternetdə
www.adam.az
www.az.wikipedia.org
www.science.gov.az
Bəybala Ələsgərov
350
Əlisəttar Ələsgər oğlu Atakişiyev
1906-cı il dekabr ayının 25-də
Bakıda kustar-xarrat ailəsində
anadan olub. 8 yaşında
valideynlərini itirmiş bu kimsəsiz
oğlan orta məktəbi bitirdikdən sonra
jurnallarda rəssam kimi fəaliyyət
göstərmiş, sonra isə Moskva Ali
Rəssamlıq-Texniki Məktəbinin rəngkarlıq şöbəsini
bitirmişdir.
1924-cü ildə orta məktəbi bitirdikdən sonra
Azərbaycan dilindən nəşr olunan “Şərq qadını” və
“Həmkarlar İttifaqı” jurnalları redaksiyasında rəssam-
illüstrator işləyib. 1926-cı ilin sonunda Moskvaya
getmiş, SSRİ Xalq Komissarları Sovetinin İşlər
İdarəsində tərcüməçi düzəlmişdir.
1930-cu ildə Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunun Kinooperatorluq fakültəsinə qəbul olmuş
və 1936-cı ildə burada təhsilini başa vurub,
“Mosfilm” kinostudiyasında operator kimi fəaliyyətə
başlamışdır. Bakıya isə bir az sonra gəlmişdir. “Azər-
film” studiyasına dəvət olunan operator ilkin olaraq
“Bakılılar” filmində baş operator işləmişdir. Amma
sonradan o yenə “Mosfilm”ə qayıtmışdır. Burada ilk
rəngli filmlərin yaradılmasında iştirak etmişdir.
Müharibə illərində Əlisəttar Atakişiyev Bakıya
gəlmiş, burada “Arşın mal alan” filminin çəkilişlə-
rində iştirak etmiş, filmin uğurlu alınması üçün əlin-
dən gələni əsirgəməmişdir. Müstəqil operator kimi
Əlisəttar Atakişiyev “Fətəli
xan” filmində işləmişdir.
Sonra isə o, Tallinə göndə-
rilmiş və burada müharibə-
dən sonra kino istehsalının
bərpa edilməsində xüsusi
xidmət göstərmişdir.
Azərbaycana qayıtdıq-
dan sonra “O olmasın, bu
olsun”, “Uzaq sahillərdə”
və bir neçə sənədli filmdə
operator kimi fəaliyyət gös-
tərmişdir.
O, rejissor kimi “Bir
qalanın sirri”, “Sehrli xa-
lat”, “Qərib cinlər diyarın-
da” kimi filmləri ilə Azər-
baycan uşaq kinosunun əsa-
sını qoymuşdur.
Kinorejissor
Əlisəttar
Atakişiyevin istər operator,
istərsə də rejissor kimi çək-
diyi filmlər Azərbaycan
kino tarixində öz layiqli ye-
rini tutmuşdur. Görkəmli
sənətkar Əlisəttar Atakişi-
yev incəsənətdə heyran olu-
nacaq dərəcədə sadə, lakin
ciddi, güzəştsiz və ibrəta-
Dekabr
105 illiyi
Əlis əttar Atakişiyev
1906-1990
Rejissor
25
351
miz ömür yaşadı. O, özünü təkcə operator və rejissor
kimi deyil, həm də dekorasiya rəssamı, geyim
rəssamı, quraşdırma çəkilişləri rəssamı, ssenarist,
dublyaj rejissoru kimi də təsdiqləmişdi. O özünə xas
olan ustalıqla filmlərinə ifaçıları seçirdi, seçimdə heç
də yanılmırdı, ekranda təkrarsız nağıl dünyası
yaradırdı. Xüsusilə film-nağılları çəkəndə bizim nuh
əyyamından qalma texniki imkanlardan inadla
yararlanmağa çalışırdı. Çəkiliş prosesinin irili-xırdalı
bütün mərhələlərində kinokadrlarda öz görümünü, öz
duyumunu aparıcı xəttə çevirməyi bacarırdı.
“Bizim küçə”, “İstintaq davam edir” filmləri ilə
Azərbaycan kinosunu zənginləşdirən
Əlisəttar
Atakişiyev eyni zamanda rəssam kimi də fəaliyyətini
davam etdirmişdir. Əsərləri ümumittifaq və respublika
sərgilərində dəfələrlə nümayiş etdirilmişdir. O, həm
də uşaqlar üçün “İbrahimin sərgüzəştləri” adlı nağıllar
kitabını da çap etdirmişdi.
Ümumiyyətlə, Ə.Ataki-
şiyev “Azərbaycanfilm“ ki-
nostudiyasında işlədiyi 45
il ərzində operator kimi 11,
2 bədii-sənədli, 4 sənədli,
rejissor kimi 5 bədii film
çəkmişdir.
O, 1960-cı ildə Əməkdar
incəsənət xadimi adı almış-
dır.
1990-cı il noyabr ayının
7-də görkəmli sənətkar
Əlisəttar Atakişiyev Mos-
kvada Kino Veteranları
evində vəfat etmişdir.
Ədəbiyyat
Kazımzadə, A. Əbədi ölməzlik zirvəsi: Azərbaycanın Əməkdar incəsənət xadimi,
kinooperator və kinorejissor Əlisəttar Atakişiyevin anadan olmasının 100 illiyinə
həsr edilir /A.Ə.Kazımzadə; red. M.Bəyişli; Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi.- Bakı: E.L. NPŞ MMC, 2006.- 134 s.
Mükərrəmoğlu, M. “Əbədi ölməzlik zirvəsi”: Azərbaycanın Əməkdar incəsənət
xadimi, kinooperator və kinorejissor Əlisəttar Atakişiyevin anadan olmasının 100
illiyinə həsr edilir /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 30 yanvar.- 2007.- S.7.
İnternetdə
www.az.wikipedia.org
www.xalqqazeti.com/index
www.kinozal.az
Nailə Alışova
352
Abuzər Alı oğlu Xələfov 1931-
ci il dekabr ayının 25-də Qərbi
Azərbaycanın Göyçə mahalının Cil
kəndində anadan olmuşdur. 1938-
1945-ci illərdə Cil kənd yeddiillik
məktəbində təhsil almışdır. 1945-
1946-cı illərdə Krasnoselo rayo-
nunun Cil kəndindəki Əli Bayra-
mov adına kolxozda işləmişdir.
1950-1955-ci illlərdə Bаkı Dövlət Univеrsitеtinin
Filоlоgiyа fаkültəsinin Kitаbхаnаçılıq şöbəsində təhsil
аlmışdır. 1955-1978-ci illərdə Kitаbхаnаçılıq fаkül-
təsində müəllim, bаş müəllim, dоsеnt, 1978-ci ildən
prоfеssоrdur. 1962-ci ildə А.А.Хələfоvun fəаl iştirаkı
ilə BDU-nun Kitаbхаnаçılıq şöbəsi müstəqil Kitаb-
хаnаçılıq fаkültəsinə çеvrilmiş və о, bu fаkültənin ilk
dеkаnı оlmuş, 25 il bu vəzifədə səmərəli fəаliyyət
göstərmişdir. 1962-ci ildən bu günə kimi BDU-nun
Böyük Еlmi Şurаsının üzvü, 1963-cü ildən isə Kitаb-
хаnаşünаslıq kаfеdrаsının müdiridir.
А.Хələfоv SSRİ məkаnındа kitаbхаnа işinin tаriхi
sаhəsində ilk еlmlər dоktоru kimi şöhrət qаzаnmış və
Аzərbаycаn kitаbхаnаşünаslıq еlmi məktəbinin əsаsı-
nı qоymuşdur. Rеspublikаmızdа ХХ əsrin 60-cı illə-
rindən bаşlаyаrаq kitаbхаnаşünаslıq və bibliоqrаfiyа-
şünаslıq sаhəsində dоktоrluq və nаmizədlik müdаfiə
еtmiş аlimlərin dеmək оlаr ki, hаmısı А.Хələfоv еlmi
məktəbinin yеtirmələridir. Milli kitаbхаnаşünаslıq
еlminin bаnisi, Аzərbаycаndа kitаbхаnа işinin tаriхi-
nin ilk tədqiqаtçısı, rеspublikаmızdа аli təhsilli
kitаbхаnаşünаs bibliоqrаf
və kitаbşünаs kаdrlаr hаzır-
lаyаn fаkültənin ilk yаrаdı-
cısı kimi prоfessor А.Хələ-
fоvun аdı vətənimizin sər-
hədlərindən çох-çох uzаq-
lаrdа dа məşhurdur. Оnun
fəаliyyəti 2001-ci ildə
Аmеrikа Biоqrаfiyа İnstitu-
tunun nəşr еtdirdiyi “Gör-
kəmli lidеrlərin bеynəlхаlq
sоrаq kitаbı” nın ХI nəşri-
nin nоminаntı sеçilmiş, fəх-
ri fərmаn və qızıl mеdаllа
təltif еdilmişdir. 1995-ci il-
dən bu günə kimi BDU-nun
Vеtеrаnlаr şurаsının sədr
müаvini, 1998-ci ildən
BDU-nun Nəşriyyаt Şurа-
sının sədri, “Kitаbхаnа işi
hаqqındа” Аzərbаycаn Rеs-
publikаsı Qаnununun lаyi-
həsini hаzırlаyаn işçi qru-
punun sədridir. 1999-cu il-
də ölkəmizdə ilk dəfə оlа-
rаq Аzərbаycаn Kitаbхаnа-
çılаr Cəmiyyəti yаrаtmış və
оnun ilk prеzidеnti olmuş
və “Kitаbхаnа prоsеslərinin
kоmpyutеrləşdirilməsi” el-
Dekabr
80 illiyi
Abuzər Xələfov
1931
Alim
25
353
mi-tədqiqat laboratoriyasının (ЕTL) müdiri; 2000-ci
ildə BMT yаnındа Bеynəlхаlq İnfоrmаsiyаlаşdırmа
Аkаdеmiyаsının müхbir üzvü; 2001-ci ildə BMT yа-
nındа Bеynəlхаlq İnfоrmаsiyаlаşdırmа Аkаdеmiyаsı-
nın həqiqi üzvü (аkаdеmiki); 2008-ci ildə Təhsil hаq-
qındа Аzərbаycаn Rеspublikаsı Qаnununun lаyihəsini
hаzırlаyаn işçi qrupunun üzvü olmuşdur. Görkəmli
alim 270-dən аrtıq еlmi əsərin, 7 mоnоqrаfiyа, 30-dаn
аrtıq kitаbın - dərslik və dərs vəsаitlərinin müəllifidir.
17 еlmlər nаmizədi və dоktоr yеtişdirib. 2000-ci ildə
“Şöhrət” оrdеni, “1941-1945-ci illər mühаribəsi vеtе-
rаnı” nişаnı; 2001-ci ildə “Əməkdаr еlm хаdimi” fəхri
аdı, “Хеyriyyəçilik və mааrifçilik” mеdаlı; 2002-ci
ildə “Təhsil sаhələri üzrə
nаiliyyətlərə görə” mükаfа-
tı almış; 2004-cü ildə Аmе-
rikаdа “İlin аdаmı-2004”
sеçilmiş; 2005-ci ildə “İlin
müəllimi” fəхri аdı; 2006-
cı ildə “Əlаçı təhsil işçisi”
döş nişаnı almış; 2007-ci
ildən Аzərbаycаn Rеspubli-
kаsı Prеzidеntinin Fəхri tə-
qаüdçüsüdür.
Ədəbiyyat
Аzərbаycаndа kitаbхаnа işinin tаriхi: Dərslik (üç hissədə)/A.Xələfov.-Bakı: Bаkı
Univеrsitеti Nəşriyyаtı, 2004-2010. H.1. Ən qədim dövrdən XX əsrə qədər.- Bakı,
2004- 328 s.; H. 2. ХХ əsrin birinci yаrısındа Аzərbаycаndа kitаbхаnа işininin
tаriхi.- 2007.- 552 s.; H. 3. XX əsrin ikinci yarısında və XXI əsrin əvvələrində
Azərbaycanda kitabxana işinin tarixi.-Bakı, 2010.- 431s.
Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il elm və təhsilin xidmətində /A.
Xələfov.- Bakı: Bakı Universiteti, 2009.- 208 s.
Heydər Əliyev: Biblioqrafik məlumat kitabı /A.Xələfov; red. Və ön söz. Müəl.
A.M.Məhərrəmov.- Bakı: Bakı Universiteti Nəşriyyatı, 2003.- 434 s. (S.A.Sadıqova
ilə birlikdə, azərbaycan rus və ingilis dillərində)
Heydər Əliyev və Azərbaycanda kitabxana işi /A.Xələfov.-Bakı: Azərnəşr, 2006.-
312 s.
XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri
(mülahizələr, təkliflər və proqnozlar) /A.Xələfov.- Bakı, 2006.-106 s.
Kitabxanaların kompyuterləşməsinin əsasları: (Dərslik) /A.Xələfov, A.Qurbanov.-
Bakı: Bakı Universiteti Nəşriyyatı, 2007.- 205 s.
Azərbaycan aliminin beynəlxalq uğuru /A.Xələfov //Respublika.-2010.- 1 may.-S.
6.
Görkəmli Azərbaycan aliminin həyat salnaməsi /A.Xələfov //Respublika.-2010.- 3
fevral.-S. 6.
İnformasiya cəmiyyəti və kitabxanaşünaslığın müasir problemləri /A.Xələfov
//Kitabxanaşünaslıq və informasiya : jurnal.-№ 1.- 2010.- S.9-14.
İnternetdə
www.az-muallimi.com
www.azpress.az
www.csl-az.com Adilə Abdullayeva
354
Dekabr
Xankəndinin işğalı günü
26
Ərazisi – 1048 km
2
Əhalisinin sayı – 57000 nəfər
İnzibati mərkəzi – XANKƏNDİ
İşğal tarixi 26.12.1991
Xankəndi Azərbaycanın Dağlıq Qarabağ regionundakı
mərkəz şəhəridir. Şəhərin bünövrəsini Qarabağ xanı Pənahəli
xanın oğlu Mehdiqulu xan qoyduğundan Xankəndi adlan-
mışdır. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdən sonra
buraya gəlmə ermənilər yerləşdirilmişdir. 1923-cü ildə erməni
şovinistlərinin təzyiqi ilə kəndə Stepan Şaumyanın adı
verilmişdir (Stepanakert). 1991-ci ildə şəhərin tarixi adı özünə qaytarılmışdır.
Dağlıq Qarabağın mərkəzi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq
ətəyində, Bakıdan 329 km aralıda yerləşir.
Xan babalarımızın əli ilə ilk bünövrə daşları düzülən, Azərbaycan xalqının varı-
dövləti hesabına tikilib müasir şəhər görkəmi alan Xankəndi Qarabağın başqa
yaşayış məntəqələri kimi Ermənistan ordusunun tapdağı altındadır. 20 il öncəyə qə-
dər Xankəndində yüzlərlə azərbaycanlı ailəsi yaşayırdı, yurd-yuvasından didərgin
düşən soydaşlarımız orada Kərkicahan yaratmışdılar.
Xankəndi ölkənin inkişaf etmiş sənaye mərkəzi idi. Yüngül və yeyinti sənayesi
inkişaf etmişdir. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel
fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları vardır.
Hal-hazırda erməni silahlı qüvvələrinin işğalı altındadır.
Bütün Azərbaycan xalqı inanır ki, Dağlıq Qarabağ problemi ən yaxın zamanlarda
birdəfəlik və ədalətlə həll ediləcək, Xankəndi də, Kərkicahan da, Xocalı da, Şuşa da,
Laçın da əsl sahiblərinə - azərbaycanlı övladlarına qovuşacaq.
Biz torpaqlarımıza qayıdacağıq!
355
Vəzir Surxay oğlu Orucov 1956-cı il
dekabr ayının 26-da Tərtər rayonunun
Xoruzlu kəndində anadan olmuşdur.
Orta təhsilini burada almışdır.
1974-cü ildə Bakı Yüngül Sənaye
Texnikumuna daxil olmuş və bir il-
dən sonra hərbi xidmətə çağırılmışdır.
1977-ci ildə hərbi xidmətdən tərxis olunaraq,
yarımçıq qalmış təhsilini davam etdirmişdir.
V.Orucov ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavo-
dunda başlamışdır.
1984-cü il Rusiyanın Arxangelsk vilayətinə köç-
müşdür. 1992-ci ildə Qarabağ müharibəsində iştirak
etmək üçün könüllü olaraq Vətənə dönmüşdür. 1992-
ci il 4 may Tərtər özünümüdafiə batalyonlarından
birinə daxil olmuşdur. Vəzir sıravi döyüşçü olduğu
halda komandir müavini vəzifəsinəcən yüksəlmişdi.
O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz
üzərinə götürmüşdü. Batalyonun başlayacağı bütün
döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün
seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçmiş,
onların canlı qüvvəsi, texnikası barədə dəqiq
məlumatlar gətirmişdir. Onun həmişə uğurlu keçən
əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları
qələbəyə səsləyirdi.
Vəzir Orucov Marquşevan, Drombon, Levonarx,
Madagiz, Akop Komari, Sərsəng su ambarı, Çıldıran,
Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə kəş-
fiyyatçı olaraq düşmənin saysız planlarını puç etmiş-
di. 1 sentyabr 1992-ci il
Çıldıran kəndi uğrunda ge-
dən döyüşdə ağır yaralan-
mışdır. Bir müddət müalicə
olunan Vəzir yenidən cəb-
həyə dönür. O, cəsur bir
döyüşçü kimi həmişə döyüş
əməliyyatlarının önündə
getmişdir. Yoldaşları onu
əfsanəvi qəhrəman kimi ta-
nıyırdılar. 22 mart 1993-cü
ildə o, Ağdərənin Qlobus
yüksəkliyi uğrunda gedən
ağır döyüşdə qəhrəmanca-
sına həlak olmuşdur.
Evli idi, bir oğlu yadi-
gar qalıb.
Azərbaycan Respub-
likası Prezidentinin 27 mart
1993-cü il tarixli 495 saylı
Fərmanı ilə Orucov Vəzir
Surxay oğluna ölümündən
sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adı verilmiş-
dir.
Bakı şəhərinin Şəhidlər
Xiyabanında dəfn edilmiş-
dir.
Dekabr
55 illiyi
Vəzir Orucov
1956-1993
Milli
Q əhr əman
26
356
Ədəbiyyat
Vəzir Surxay oğlu Orucova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-
qında: [Batalyon komandirinin müavini- Azərbaycan Respublikasının suverenliyi və
ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası
Prezidentinin Fərmanı, 27 mart 1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin
Məlumatı.-1993.- № 6.- S.7.- (Ölümündən sonra).
Ənsər, B. Son Qlobus döyüşü, həyatı, təhsili, döyüş şücaəti haqqında /B.Ənsər
//Ağrıdağlı qəhrəman.-Bakı, 2004.- S.82-83.
Əsgərov, V. Orucov Vəzir Surxay oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.177.
Həsənoğlu, Ş. Vətən sənə oğul dedi: (Poema) /Ş.N.Həsənoğlu //Ağlama, bülbül
ağlama.- Bakı, 1994.- S.246-342.
Orucov Vəzir Surxay oğlu: (1963-1993) //Azərbaycanın Milli Qəhrəmanları
/tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı: 2008.- S.168.
Səmədov,V. Vəzir Surxay oğlu Orucov (1963-1993) /V.Səmədov, S.Aslanov
//Təki vətən yaşasın.- Bakı, 1992.- S.49-54.
Zeynalov, R. Orucov Vəzir Surxay oğlu: (1963-1993) /R.Zeynalov //Azərbay-
canın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.37.
İnternetdə
www.azerbaycanturkleri.com
www.canbaku.net
www.ilhame.azersayt.com
www.zengilan.com
Nailə Alışova
|