Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

 

 

  Fyodor  Mixayloviç  Dostoyevski 

1821-ci il noyabr ayının 11-də Ru-

siya Federasiyasının Moskva şə-

hərində atasının həkim olaraq və-

zifə yerinə yetirdiyi Yoxsullar 

Xəstəxanasına aid bir mənzildə 

doğulmuşdur. 1837-ci ildə anası-

nın ölümündən sonra atasının ya-

nından ayrılaraq Sankt-Peterburqa köçmüş  və orada 

Əsgəri mühəndislik məktəbinə  qəbul edilmişdi. 

Mühəndislik məktəbindəki imtahanlarının ardından, 

Dostoyevski baş leytenantlığa gətirilmişdir. Lakin 

akademiyanı bitirdikdən sonra 1848-ci ildə ixtisasını 

atmış, özünü bütövlükdə  ədəbi yaradıcılığa həsr 

etmişdir. Böyük rus yazıçısı Fyodor Mixayloviç Dos-

toyevskinin yaradıcılığı XX əsrin mənəvi həyatına tə-

sir göstərmiş, ədəbi modernizm, ekzistensializm, psi-

xologiya, ilahiyyat və  ədəbi tənqidin müxtəlif 

məktəbləri onun ideyalarının bilavasitə  təsiri altında 

formalaşmışdır. 

1846-cı ildə ilk romanı “İnsancıqlar”ın çap olun-

ması ilə, gənc yazarlar arasında ən böyük gələcək vəd 

edən yazıçı kimi şöhrət qazanmışdır. 1847-ci ildə 

Dostoyevski sosialistlər dərnəyinə getməyə başlamış 

və  tədricən dərnək pərdəsi altında fəaliyyət göstərən 

inqilabi terrorçu təşkilata cəlb edilmişdir. Terrorçular 

çara qarşı sui-qəsd etməyə  cəhd göstərmişlər. Qəsd 

baş tutmamış, 1849-cu ildə  dərnək üzvləri həbs 

olunmuş və ölüm cəzasına məhkum edilmişlər. Lakin 

çar güllələnmə  ərəfəsində 

edamı Sibirə sürgünlə  əvəz 

etmişdir. Yaşanmış iztirab-

lar Dostoyevskinin dünya-

görüşünü büsbütün dəyiş-

dirmişdir. 10 ildən sonra 

sürgündən qayıdan Dosto-

yevski  ədəbi yaradıcılığını 

davam etdirmiş, 1859-cu 

ildə qardaşı Mixail və dostu 

Straxov ilə birlikdə “Vrem-

ya” və “Epoxa” adlı jurnal-

ları  nəşr etdirmişdir. Bu 

dövrdə yazdığı “Alçaldıl-

mışlar və  təhqir olunmuş-

lar”, “Ölü evindən xatirə-

lər” romanları ilə tanınmış-

dır. 1863-cü ildə Avropaya 

səfər etmiş, xəstəliyi və 

qumar səbəbi ilə maddi 

problemlər yaşayan yazıçı 

1864-cü ildə “Yer altından 

məktublar” adlı romanını 

nəşr etdirmişdir. Onun dün-

ya  şöhrətli “Cinayət və  cə-

za” ilə “Qumarbaz” adlı 

əsərləri 1866-cı ildə  işıq 

üzü görmüşdür. 1875-ci il-

də “Dəliqanlı”, 1876-cı ildə 

 

Noyabr 



 

190 illiyi 

Fyodor  Dostoyevski  

1821-1881 

 

 

 



Rus yazıçısı 

11 


303 

“Bir yazıçının gündəliyi”, 1879-cu ildə isə “Kara-

mazov qardaşlar” romanları  nəşr edilmişdir. “Bir 

böyük günahkarın həyatı” adlı  əsərini isə tamamlaya 

bilməmişdir. 1881-ci il yan-

var ayının 28-də  vəfat et-

mişdir.  

 

 

Ədəbiyyat 

 

Alçaldılmış və təhqir edilmiş insanlar: roman /F.Dostoyevski.- Bakı: Şərq-Qərb, 



2007.-374 s. 

Cinayət və cəza / F.Dostoyevski.- Bakı: Öndər, 2004.-558 s. 

İdiot /F.Dostoyevski.- Bakı: Şərq-Qərb, 2006.-727 s. 

Baxtin, M. Dostoyevski poetikasının problemləri /M.Baxtin.- Bakı: “Kitab aləmi” 

NPM, 2005.- 381 s. 

Rus dilində 

 

Нуриев, С.Ш. Проблемы поэтики раннего Достоевского /С.Ш.Нуриев.- Баку, 

2008.- 268 с. 

 

İnternetdə 

www.az.wikipedia.org 

www.elibrary.az 

www.xariciedebiyyat.azeriblog.com 

www.joy.az  



Adilə Abdullayeva 

304 

 

    Güllü  Hacağa qızı Mustafaye-



va 1921-ci il noyabr ayının 12-də 

Türkmənistanın Cərco  şəhərində 

anadan olmuşdur.  

1938-ci ildə Azərbaycan 

Dövlət Rəssamlıq Texnikumunu 

bitirmişdir.  

 “Leyli  və  Məcnun məktəb-

də” (1941), “Şairə  Məhsətinin 

portreti” (1947), “Professor Y.Musabəyovanın por-

treti” (1957), “Paris. Rəssamlar meydanı” (1961) adlı 

tematik tablolar və portretlər yaratmışdır. 

     Güllü  xanım Mustafayevanın yaradıcılığında uşaq 

portretləri, xüsusilə “Bizim uşaqlar” silsiləsi xüsusi 

yer tutur. 

 

1973-cü ildə Azərbay-



can SSR Əməkdar rəssamı 

adına layiq görülmüşdür. 

Hazırda onun əsərləri 

R.Mustafayev adına Azər-

baycan Dövlət  İncəsənət 

Muzeyində  və Azərbaycan 

Dövlət Şəkil Qalereyasında 

saxlanılır. 

Rəssam 1993-cü ildə 

dünyasını dəyişmişdir. 



Ədəbiyyat 

 

Güllü Mustafayevanın doğum günü //Həftə içi.- 2009.- 13 noyabr.- S.7. 

 

İnternetdə 

www.az.wikipedia.org 

www.mct.gov.az 

 

Nailə Alışova 

 

Noyabr 



90 illiyi 

 

Güllü Mustafayeva  



1921-1993 

 

 



 

 

 



Rəssam 

12

 



305 

 

 Diabet – ailələr, dövlət-

lər və bütünlükdə dünya üçün 

ciddi təhlükə törədən, kəskin 

ağırlaşmalarla müşayiət olu-

nan, müalicəsi çoxlu vəsait 

tələb edən xroniki xəstəlik-

dir.  


Dünyada diabetlə  xəstələnmə  dərəcəsinə görə  ən 

yüksək nəticələr Finlandiya, İsveç və Norveçdə qeydə 

alınıb. Azərbaycan diabet cəmiyyəti isə hazırda öl-

kədə  62 mindən artıq diabetli xəstəsinin rəsmən qey-

diyyatda   olduğu barədə  məlumat yayıb. Hər il dün-

yada vəfat edən insanların 5 faizinin ölüm səbəbi 

diabetdir. 

Ümumdünya  diabet günü 155-dən artıq ölkə-

də,  o cümlədən də  Azərbaycanda qeyd edilir. Bu gün 

qeyd edilməsi ilk dəfə 2006-ci ildə BMT tərəfindən 

qəbul edilib. Mütəxəssislərin qənaətinə görə yaxın 

vaxtlara qədər  lazımi   tədbirlər görülməsə,  növbəti 

10 il üçün şəkərli diabetdən dünyasını dəyişən insan-

ların  50 faizə qədər artacağı proqnozlaşdırılır.  

İlin bu günü diabet epidemiyasına ictimaiyyətin 

diqqətini cəlb etmək məqsədilə bir çox ölkələrdə 800-

dən artıq dünya əhəmiyyətli abidə  və binalar mavi 

rənglə  işıqlandırılır. Ümumdünya Diabet Gününün 

rəmzi  mavi rəngdir. Mavi rəng BMT-nin bayrağını və  

səma rəngini əks etdirir və dünya miqyasında yayılan 

bu xəstəliyə qarşı mübarizədə birliyi simvolizə edir.  

   Belə abidələr sırasında Almaniyada “Brandenburq 

qapıları”, Kanadada “Niaqara şəlaləsi”, Yaponiyada  

 

“Tokio qülləsi”, Avstra-



liyada “Sidney opera evi” 

və bir çox digər bu kimi 

abidələri qeyd etmək olar. 

Ümumdünya Diabet Günü 

kampaniyasının  əsas məq-

sədi ictimaiyyətə bu xəstə-

lik haqqında geniş məlumat 

vermək, diabet xəstələrinin 

vəziyyətini yaxşılaşdırmaq, 

insanları bu xəstəliyə qarşı 

birgə mübarizəyə səsləmək-

dir.  


Müasir tibb elmi hazır-

da şəkərli diabetin insan or-

qanizmində   əsasən ürəyə, 

gözə, böyrəklərə  və ayaq-

lara zərərinin öyrənilməsinə 

çalışır. Azərbaycanda dia-

betli xəstələrə kömək məq-

sədilə həyata keçirilən döv-

lət proqramları  çərçivəsin-

də  hər il belə xəstələrə dər-

manların pulsuz verilməsi 

üçün büdcədən vəsait ayrı-

lır. 

Beynəlxalq Diabet Fe-



derasiyasının məlumatına 

görə yer kürəsində  

240 

milyondan artıq insan dia-



 

Noyabr  


 

Ümumdünya Diabet Günü   

2006 

14 


306 

bet xəstəliyindən  əziyyət çəkir. 20 il ərzində bu rə-

qəmin 380 milyona çatacağı gözlənilir.  

 

Ədəbiyyat 

 

  I tip şəkərli diabet xəstələri üçün qidalanma və fiziki iş barədə məlumat kitabçası 

/Azərbaycan Diabet Cəmiyyəti.- Bakı, 2009. 

  Hüseynova, G. Heç bir uşaq diabet nəticəsində  məhv olmamalıdır: 14 noyabr 

Ümumdünya Diabet Günüdür /G.Hüseynova //Respublika.- 2008.- 14 noyabr.- S.6.  

  Ümumdünya  Diabet  Gününə  həsr olunmuş  tədbir keçirilmişdir: 14 noyabr 

Ümumdünya Diabet Günüdür //Azərbaycan.- 2009.- 14 noyabr.- S.6.  

 

Rus dilində 



 

Астамирова, Х.С. Большая энциклопедия диабетика: [основные сведения о 

сахарном  диабете,  лечение  диабета,  новые  марки  инсулина,  диета, 

биологически  активные  добавки,  гликемический  индекс  продуктов, 

организация  помощи  диабетикам,  контроль  диабета] /Х.Астамирова,  М.Ахма-

нов.- М.: Эксмо, 2008.  

 

İnternetdə 

www.azdiabetliqa.org 

www.hayad.org. 

Nailə Alışova  


307 

 

 

     Lətif Hüseyn oğlu Kəri-

mov 1906-cı il noyabr ayının 

17-də Şuşa şəhərində  anadan 

olmuşdur.  

    Onların nəsli bütün “Al-

lahvеrənlər” tayfası toхu-

duqları  qəşəng  хalçaları ilə 

Qarabağ mahalında məşhur olmuşdur. 

1912-ci ildə onların ailəsi  İranın Məşhəd  şəhərinə 

köçmüşdür.  Хalça sənətinə  məhəbbəti Lətifi burada 

Mirzə Ələkbər Hüsеynzadənin еmalatхanasına gətirib 

çıхarmışdır. Müstəsna bacarığı sayəsində üç illik 

şagirdliyi üç aya başa vuran Lətif usta köməkçisi 

vəzifəsinə irəli çəkilmişdir. Sənətini təkcə  Məşhəd 

еmalatхanasında öyrəndikləri ilə  məhdudlaşdırmaq 

istəməyən gənc Lətif, Təbriz və  Ərdəbil  şəhərlərində 

məşhur  хalça mərkəzlərini gəzmiş, hər sənətkardan, 

hər toхucudan bir təkrarsız ilmə vurmaq, bir naхış 

salmaq öyrənmişdir. 

Şuşa  şəhərində “Qarabağхalça” artеlində 1928-ci 

ildə  təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, 

başqa rayonlarda da yеrli хalçatoхuma işinin sirlərini 

öyrənmişdir. 

O, 1930-cu ildən  хalça sənəti mütəхəssisi kimi 

“Azərbaycanхalça” birliyində  rəssam-təlimatçı, son-

ralar oranın bədii-texniki rəhbəri vəzifəsində fəaliyyət 

göstərmişdir. 

1932-1936-cı illərdə ilk 

dəfə olaraq Bakıda və Qu-

bada  хalça məktəblərinin 

açılmasında Lətif Kərimo-

vun böyük zəhmətləri ol-

muşdur. Lətif Kərimov tək-

cə  хalçaçılıq sahəsində  dе-

yil, dеkorativ tətbiqi sənətin 

başqa sahələrində də fəaliy-

yət göstərmişdir. 1932-ci 

ildə onun eskizləri əsasında 

“Əfşar” xalçası toxunmuş-

dur. 


1930-1937-ci illər Lətif 

Kərimovun yaradıcılığında 

хüsusi yеr tutmuşdur. Onun 

Firdovsinin anadan olması-

nın 1000 illiyinə həsr еtdiyi 

хalça,  1934-cü ildə Parisdə 

ümumdünya sərgisində 

uğurla nümayiş  еtdirilmiş-

dir.  O, min illərdən başla-

yaraq  Azərbaycan хalçaçı-

larının müхtəlif növlərinə 

aid kompozisiya və naхış-

ları toplamış  və  bеləliklə 

Quba, Şirvan, Bakı, Qazaх, 

Gəncə, Qarabağ, Təbriz və 

 

 Noyabr 



 

105 illiyi 

Lətif  Kərimov

 

 

1906-1991 



 

 

 



 

 

Rəssam 



17 

308 

Borçalı хalça qruplarına daхil olan 150-dən artıq хov-

lu və хovsuz хalça məmulatı çеşidlərini yığıb, onların 

rəngli rеproduksiyasını hazırlamışdır. 

Lətif Kərimov tanınmış rəssamlarımız K.Kazımza-

də,  İ.Aхundov və başqaları ilə birlikdə 1940-1941-ci 

illərdə dahi Azərbaycan şairi  Nizami Gəncəvinin yu-

bilеyinə  həsr  еdilmiş  bеş  хalça hazırlamışdır. Bu 

хalçalarda şairin “Хəmsə”sinə daхil olan poеmalardan 

götürülmüş еpizodlar təsvir еdilmişdir.  

Azərbaycan  хalça sənətinin qocaman ustadı  Lətif 

Kərimovun onlarca bədii sənət nümunələri sayılan 

хalçaları muzеylərimizin gözəl еksponatlarındandır. 

 Хalq sənətimizin ulu örnəklərindən olan хalçaçılı-

ğın  еlm sahəsi kimi tədqiq  еdilib öyrənilməsində, 

onun profеssional sənət növü kimi yüksək səviyyəyə 

çatdırılmasında və kütləvi istеhsal sahələrindən birinə 

çеvrilməsində ustad sənətkarın  əvəzsiz  хidmətləri 

olmuşdur. 

Еlmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan  Еlmlər 

Akademiyasının Mеmarlıq və  İncəsənət  İnstitutunda 

başlayan Lətif Kərimov 1945-ci ildə ayrıca Xalça şö-

bəsinin açılmasına nail olmuşdur. 

  1947-ci ildə Lətif Kərimovun eskizi ilə “Moskva-

nın 800 illiyinə” xalçası toxunmuşdur.    

Onun “Azərbaycan  хalçalarında ornamеnt” kitabı 

хalçalarımızdakı naхışların, ornamеntlərin öyrənil-

məsi baхımından misilsiz əhəmiyyətə malikdir. 

Böyük еlmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci il-

də  Lətif Kərimova Sankt-Peterburq şəhərində  sənət-

şünaslıq namizədi – alimlik dərəcəsi vеrilmişdir. 

1955-ci ildə Lətif Kərimov Azərbaycanın Əməkdar 

incəsənət xadimi adına layiq  görülmüşdür. 

 Onun monumеntal tədqiqat işlərindən biri də çoх-

cildli “Azərbaycan  хalçası” monoqrafiyasıdır. Dünya 

хalça alimlərinin stolüstü 

kitabına çеvrilən ilk cilddə 

Azərbaycan хalçalarında is-

tifadə olunan 1200 еlеmеnt 

haqqında dəyərli  еlmi mə-

lumat vеrilmişdir. Lətif Kə-

rimovun təşəbbüsü ilə 

1972-ci ildə Bakıda  хalça 

muzеyi təşkil olunmuşdur. 

Həmin ildə onun eskizi ilə 

“Nəsimi”, 1976-cı ildə 

“Əcəmi”, 1977-ci ildə  isə 

“Zərxara” xalçası toxun-

muşdur. 

Lətif Kərimovun bir sə-

nətkar və alim kimi əməyi 

dövlət tərəfindən yüksək 

qiymətləndirilmişdir. O, 

1949-cu ildə  İ.Stalinin ana-

dan olmasının 70 illiyinə 

töhfə olunan nəhəng və nə-

fis  хalçanı toхuyan kol-

lеktivə bacarıqla rəhbərlik 

еtdiyinə görə öz həmkarları 

ilə birgə Stalin mükafatı 

laurеatı adına layiq görül-

müşdür.“Хalqlar Dostluğu” 

ordеni ilə təltif olunmuşdur. 

 Azərbaycan xalça sənə-

tinin yorulmaz təbliğatçısı, 

rəssam Lətif  Hüseyn oğlu 

Kərimov 1991-ci il sentya-

br ayının 9-da  Bakıda vəfat 

etmişdir.

Ədəbiyyat 

Azərbaycan xalçalarının naxış elementlərindən nümunələr /L.Kərimov.- Bakı, 

1983.-130 s. 

Əliyeva, K. Lətif Kərimov: həyat və yaradıcılığı.- Bakı,2007.- 347 s. 

Mehdixanlı, T. İlmələrin nağılı (Azərbaycanın Xalq rəssamı, mahir xalçaçı Lətif 

Kərimov haqqında) /T.Mehdixanlı //Azərbaycan.- 2005.- 16 yanvar.- S.4.  



Samirə Eminova  

309 

 

      Aqşin Əlisəttar oğlu Babayev 

1936-cı il noyabr ayının 23-də 

anadan olmuşdur. Orta məktəbi 

bitirdikdən sonra 1954-1959-cu 

illərdə ADU-nun (indiki BDU) 

Fliologiya fakültəsində  təhsil al-

mışdır.  Ədəbi yaradıcılığa tələbəlik dövrü “Oktyabr 

işıqları” almanaxında çap olunmuş “Azadlıq uğrunda” 

hekayəsi ilə başlamışdır.  Əziz Nesinin hekayələrini, 

Haldun Tenezin “Katanlı  Əli dastanı” pyesini, 

Terensin “Qardaşlar” pyesini, Stefan Sveyqin 

“Naməlum qadının məktubu”  əsərini doğma dilə çe-

virmişdir. 1958-1959-cü illərdə “Avtomobil nəqliy-

yatçısı” qəzetində korrektor işləmişdir. 

1961-1965-ci illərdə ADU-nun Şərqşünaslıq 

fakültəsində Türk ədəbiyyatı üzrə qiyabi aspirantura-

sını bitirmişdir. “Nazim Hikmətin dramaturgiyası” 

mövzusunda namizədlik dissertasiyasını müdafiə et-

mişdir. 1959-1972-ci illərdə Azərbaycan Dövlət Tele-

viziya və Radio Verilişləri Komitəsində kiçik redak-

tor, redaktor, böyük redaktor, baş redaktorun müavini, 

baş redaktor olmuşdur. 1972-1975-ci illərdə Tür-

kiyənin  İskəndərun  şəhərində  tərcüməçilik etmişdir. 

1975-1990-cı illərdə Azərbaycan Dövlət Televiziya 

və Radio Verilişləri  Şirkətində  sədr müavini işləmiş-

dir. Onun “Yaralar”, “Cəza”, “Tufan”, “Düşmən”, 

“Bir parça həyat” səhnə əsərləri tamaşaya qoyulmuş-

dur. 1996-cı ildə “Kişilər az yaşadı” povest və 

hekayələr toplusu Moskvada rus dilində kütləvi tirajla 

nəşr olunmuşdur. 1991-ci ildən Azərbaycan Respub-

likası Milli Məclisinin Mət-

buat xidməti  şöbəsinin 

müdiridir. 

1961-ci ildən Azərbay-

can Jurnalistlər Birliyinin 

üzvüdür. “Ədəbiyyat qəze-

ti”, “Açıq söz” və “Baki-

nets” qəzetləri redaksiya 

heyətlərinin üzvüdür.  

Xidmətlərinə görə 

1970-ci ildə  “Əmək rəşa-

dəti”, 1986-cı ildən  Əmək 

Veteranı medalları, 1986-cı 

ildən Azərbaycan SSR Ali 

Sovetinin Fəxri fərmanı ilə 

tətif edilmişdir. 

O, 1978-ci ildən Azər-

baycan Yazıçılar Birliyinin 

üzvü, 1987-ci ildən Azər-

baycan  Əməkdar Jurnalisti, 

1996-cı ildən filologiya 

elmləri doktoru, 1998-ci 

ildən professordur. 1993-cü 

ildən “Qızıl qələm” və 

1994-cü ildən “Həsən bəy 

Zərdabi”, “Əməkdar sənət-

kar”, “Araz” ali ədəbi mü-

kafatı laureatıdır. 

 

 



Noyabr  

 

75 illiyi 



Aqşin Babayev  

1936  


 

 

 



 

 

Nasir 



23 

310 

Ədəbiyyat 

 

Seçilmiş əsərləri /A.Babayev.- Bakı: Səda, 2005.-  C.1.- 315 s. 

Azərbaycan Parlamenti və beynəlxalq təşkilatlar /A.Babayev.- Bakı: Elm, 2004.- 

185 s. 


Başımıza gələnlər /A.Babayev.- Bakı: Azərnəşr, 1995.- 190 s. 

Dünyanın axırı /A.Babayev.- Bakı: Gənclik, 1992.- 307 s. 

Heydər Əliyev və Azərbaycan Parlamenti /A.Babayev.- Bakı: Azərnəşr, 2003.- 

172 s. 


Qurtuluş /A.Babayev.- Bakı: Azərnəşr, 1998.- 240 s. 

 Müstəqil dövlətimiz və parlamentimiz /A.Babayev.- Bakı: Elm, 2001.- 250 s. 

 Səhnə, Ekran, Efir: pyeslər və s. /A.Babayev.- Bakı: Borçalı, 2008.- 436 s. 

 

 



İnternetdə 

www.adam.az 

www.az.wikipedia.org 

www.science.gov.az 

 

Bəybala Ələsgərov 


311 

 

 



Çox vaxt zorakılıq sözünü eşi-

dəndə mütləq kiməsə fiziki güc 

tətbiq olunduğunu düşünürük. 

Amma bu belə deyil. BMT Baş 

Assambleyası 25 Noyabr Günü-

nü Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü elan 

edib. Bu tarix təsadüfi seçilməyib. Öz hüquqları 

uğrunda mübarizə aparan Dominikan qadınları 1960-

cı ildə, diktator Rafael Truxilyonun əmri ilə  vəh-

şicəsinə qətlə yetiriliblər.  

Bu gün 1999-cu ildən etibarən qeyd edilir. 

Birləşmiş Millətlər Təşkilatı, dünya dövlətləri və 

insan hüquqları təşkilatları qadınlara qarşı zorakılıqla 

mübarizə aparmağa çağırırlar. Qadın hüquqları  fəal-

ları dünyada qadınların təhqir olunmasından döyül-

məsinə kimi zorakılıqları qadağan edən qanunların 

qəbul edilməsini tələb edirlər.  

Qadın hüquqları fəallarının fikrincə, dünyanın heç 

bir regionunda, ölkəsində, mədəniyyətində qadın zo-

rakılıqlardan azad deyil. Fəallar bildirirlər ki, qadın-

lara qarşı zorakılıq qadınların inkişafı üçün ən böyük 

maneələrdən biri olaraq onların əsas insan hüququnun 

pozulmasıdır.  

Qadın zorakılığı ilə bağlı statistik göstəricilər də 

ürəkaçan deyil. Yer üzündə  hər üç qadından biri ən 

yaxşı halda fiziki zorakılığa məruz qalır. Özü də ona 

doğma olan insanlar tərəfindən. Cinsi zorakılığa mə-

ruz qalan qadınların  əksəriyyəti isə  cəmiyyətdə yeni 

problemlərin yaradıcısına çevrilir. Son 50 ildə dünya-

da qadına münasibət müəy-

yən qədər dəyişsə də, prob-

lem demək olar ki, tam həl-

lini tapmayıb. Planetin ayrı-

ayrı nöqtələrində baş verən 

hərbi münaqişələr zamanı 

zorakılığa məruz qalanların 

sırasında qadınlar daha 

çoxdur. Ermənistan – Azər-

baycan Dağlıq Qarabağ 

munaqişəsi nəticəsində zo-

rakılığa məruz qalan həm-

vətənlərimiz arasında qa-

dınlar kifayət qədərdir. Əsir 

və itkin düşmüş, girov gö-

türülmüş  vətəndaşlarla  əla-

qədar Dövlət Komissiyası-

nın 1 iyun 2008-ci ilə olan 

məlumatına görə, əsir, itkin 

düşmüş  və girov götürül-

müş  şəxslərin 262 nəfəri 

qadın, o cümlədən 16 nəfəri 

azyaşlı  qız və 156-sı yaşlı 

qadındır. 

Əsir və girovluqdan 343 

nəfər qadın, o cümlədən 65 

nəfər azyaşlı qız, 112 nəfər 

yaşlı qadın azad edilib. 550 

nəfərin  əsir və girovluqda 

qətlə yetirildiyi və ya 

 

Noyabr  



 

Qadınlara Qarşı Zorakılığa  

Son Qoyulması Günü 

1999 


25 

312 

müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. 

Onlardan 104 nəfəri qadındır. 

 Həm münaqişə, həm də gündəlik həyatımızda fəa-

liyyətini mövcud problemlərin həllinə kömək 

üzərində quran Ailə, Qadın və Uşaq Problemləri üzrə 

Dövlət Komitəsi məhz bu məqsədlə yaradıldı. 

Reallaşdırılan layihələrdən biri də Azərbaycanda qa-

dınlara qarşı zorakılığın azaldılmasına yönəlib. 

25 noyabr – Qadınlara Qarşı Zorakılığın Aradan 

Qaldırılması Günü münasibətilə BMT-nin baş katibi 

Pan Gi Mun dünya ölkələrinə müraciət ünvanlayıb. 

Müraciətdə deyilir: “Dünyanın həm inkişaf etmiş, 

həm də yoxsul ölkələrində qadınların döyülməsi, alı-

nıb-satılması, zorlanması  və öldürülməsi halları baş 

verir. Bu insan hüquqları pozuntuları yalnız fərdlərə 

ziyan vurmur, bütün cəmiyyətin inkişafını, sülhü və 

təhlükəsizliyi sarsıdır. Qadınlar hər yerdə müəyyən 

risk altındadırlar, lakin onların arasında silahlı 

münaqişələrin mövcud olduğu  ərazilərdə yaşayanlar 

daha ciddi təhlükələrlə üzləşirlər. Qadınlar artıq 

nəinki döyüşlər getdiyi zaman, hətta nisbi sakitliyin 

bərqərar olduğu dövrdə belə ordu, hərbi dəstələr, 

üsyançılar, kriminal qruplar və  hətta polislər tə-

rəfindən hücumlara məruz qalırlar”.  

 Zorakılığa məruz qalan 

qadınların dəqiq sayının 

bilinmədiyini vurğulayan 

Baş Katib bütün dünya 

ölkələrini “Zorakılığa son 

qoymaq üçün birləş!” kam-

paniyası başlatmağa çağı-

rıb: “Qadınlara qarşı zora-

kılığa son qoyulmasına yar-

dım etmək üçün biz hamı-

mız – kişilər və qadınlar, 

əsgərlər və sülhməramlılar, 

vətəndaşlar və liderlər mə-

suliyyət daşıyırıq. Hər bir 

dövlət zorakılığın qarşısını 

almaq, təqsirkarları  məsu-

liyyətə  cəlb etmək və qur-

banların hüquqi müdafiəsi-

ni təmin etmək kimi öhdə-

liklərini yerinə yetirməli-

dir”. 


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin