Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

 

Аrkаdi  İsааkоviç  Rаykin 1911-ci 

il oktyabr ayının 24-də Riqа şəhərində 

аnаdаn  оlmuşdur.  Оrtа  məktəbi bitir-

dikdən sоnrа 1935-ci ildə  Lеninqrаd 

(indiki Sаnkt-Pеtеrburq) Tеаtr Tехni-

kumunu bitirmişdir.  Əvvəllər Lеnin-

qrаd fəhlə-gənclər tеаtrındа, sоnrаlаr 

Lеnin kоmsоmоlu  аdınа  tеаtrdа,  еyni 

zаmаndа  еstrаdаdа  çıхış  еtmişdir. 

1939-cu ildə Mоskvаdа kеçirilən Ümumittifаq еstrаdа 

аrtistləri müsаbiqəsinin lаurеаtı  оlmuşdur. 1939-cu 

ildə  Lеninqrаd  Еstrаdа  və Miniаtür Tеаtrının  аrtisti, 

sоnrаdаn bədii rəhbəri və quruluşçu rеjissоru 

оlmuşdur. 1982-ci ildən tеаtr Mоskvаdаdır.  

Rаykinin yarаdıcılığı üçün zəngin ifаdə vаsitələri, 

dərin ictimаi kəskinlik, güclü sаtirа  səciyyəvidir. 

Rаykin həmçinin pаntоmimа və lirik mоnоlоq ifаçısı 

kimi də  məşhur  оlmuşdur. Rаykin tеаtrının  ən yахşı 

tаmаşаlаrı  аşаğıdаkılаrdır: “80 günlük dünyа 

səyаhəti” (1956), “Məhəbbət və üç pоrtаğаl” (1956), 

“İkidən  əlliyədək” (1961), “Svеtоfоr” (1969), “Sеç-

mələr-73” (1973), “Əlаhəzrət tеаtr” (1981) və s. 

О, istər kеçmiş  sоvеt 

ittifаqındа, istərsə də хаrici 

ölkələrdə  məşhur idi. Оnа 

görə  də  хаrici ölkələrə  tеz-

tеz səfərlər  еdir və  tаmа-

şаçılаrı  kоmik rоllаrı ilə 

sеvindirirdi.  

Qаzаndığı  sənət uğur-

lаrınа görə o, 1968-ci ildə 

SSRİ  Хаlq  аrtisti, 1981-ci 

ildə Sоsiаlist Əməyi Qəhrə-

mаnı kimi fəхri аdlаrа lаyiq 

görülmüşdür. 1980-ci ildə 

məşhur gülüş ustаsı  Lеnin 

mükаfаtı  lаurеаtı  аdını  аl-

mışdır. 

Аrkаdi Rаykin 

1987-ci il dеkаbr ayının 17-

də  Mоskvа  şəhərində  vəfаt 

еtmişdir. 

 

Ədəbiyyаt 

Arkadi Raykin //Аzərbаycаn Sоvеt  Еnsiklоpеdiyаsı:  Оn cillddə.- Bakı,  1984.-      

C.8.- S.77. 



Rus dilində 

Уварова, Е.Д. Аркадий Райкин /Е.Д.Уварова.- М.: Искусство, 1986.- 311 с. 



İnternetdə 

www.az.wikipedia.org 

www.anl.az                                                                    

Məmməd Məmmədov 

 

Oktyabr  



 

90 illiyi 

Аrkаdi Rаykin 

1911-1987 

 

 

 



 

Aktyor 


24 

281 

 

Nəcibə Haşım qızı Məlikova 1921-

ci il oktyabr ayının 25-də Bakının 

Buzovna kəndində anadan olmuşdur. 

İlk təhsilini kənddə  və Bakıda al-

mışdır. Sonra Bakı  Teatr Məktəbin-

də Xalq artisti Fatma Qədrinin 

(1940-1943)  sinifini bitirmişdir. Bir 

müddət Gəncə Dövlət Dram Teat-

rında işləmişdir. Burada bir neçə tamaşada çıxış edə-

rək Bakıya gəlmiş və təzəcə təşkil olunmuş Azərbay-

can Dövlət Teatr İnstitutuna daxil olmuşdur. 1951-ci 

ildə ali məktəbi bitirmişdir.  

 Nəcibə  Məlikova klassik və çağdaş Azərbaycan 

dramaturqlarının, dünya ədiblərinin,  əsasən, dram 

əsərlərində  və bir qədər də komediyalarında rollar 

oynamışdır. Hüseyn Cavidin “Şeyx Sənan” (Xumar), 

“Səyavuş” (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin 

“Pəri cadu” (Şamama cadu), Cəfər Cabbarlının 

“Aydın” (Böyükxanım), “1905-ci ildə” (Sona), “Se-

vil” (Dilbər), Mirzə  İbrahimovun “Həyat” (Atlas), 

İlyas Əfəndiyevin “Büllur sarayda” (Qönçə), “Qəribə 

oğlan” (Məlahət), Sabit Rəhmanın “Əliqulu evlənir”  

(Yasəmən), “Küləklər” (Fi-

ruzə) və s. tamaşalarda çı-

xış etmişdir. 

Aktrisa bir sıra kinofilm-

lərə  çəkilmişdir. “Ögey 

ana”da Dilarə, “Aygün”də 

Aygün, “Arşın mal alan”da 

Cahan xala, “Əhməd hara-

dadır?”da Nərgiz xala rol-

larının mahir ifaçısı kimi 

şöhrət qazanmışdır. 

 Nəcibə Məlikova 10 iyun 

1959-cu ildə Azərbaycan 

Respublikasının  Əməkdar 

artisti, 1 iyun 1974-cü ildə 

isə Xalq artisti fəxri ad-

larına layiq görülmüşdür. 

Aktrisa 6 iyul 1992-ci 

ildə Bakıda vəfat etmiş  və 

ikinci Fəxri Xiyabanda 

dəfn olunmuşdur. 



Ədəbiyyat 

Mükərrəmoğlu, M. İstedad və  şəxsiyyət vəhdətdə olanda: [Xalq artisti Nəcibə 

Məlikova haq.] /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 2007.- 26 oktyabr.- S.8. 

Rəhimli,  İ. Nəcibə  Məlikova /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı,  2005.-   

S.351-352.  

                                                       İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

              

Səmayə Quliyeva 

 

Oktyabr  



 

90 illiyi 

 

 

Nəcibə Məlikova  



              1921 – 1992 

 

 



 

 

 



Aktrisa 

25 


282 

 

Əliheydər Baba oğlu Qəhrəmanov 

25 oktyabr 1911-ci ildə Bakının 

Biləcəri kəndində (indiki Binəqədi 

rayonunun Biləcəri qəsəbəsi) anadan 

olmuşdur. 1925-ci ildə 50 saylı I 

dərəcəli məktəbi bitirdikdən sonra 

BXMŞ-nin Pedaqoji texnikumuna 

daxil olmuş  və 1929-cu ildə  həmin 

texnikumu bitirmişdir. O, təhsil aldığı 

illərdə  və texnikumu qurtardıqdan sonra A.Səhhət 

adına kitabxanada kitabxanaçı  və orta məktəbdə 

müəllim işləmişdir. 

Ə.Qəhrəmanov 1932-ci ildə  Azərbaycan Pedaqoji 

Universitetinin Azərbaycan dili və  ədəbiyyatı fakül-

təsinə daxil olmuş və oranı 1932-ci ildə bitirmişdir. 

Bu dövr ərzində  Ə.Qəhrəmanovun  ədəbiyyat və 

biblioqrafiya sahələrinə olan marağı daha da artmış-

dır. 

1937-ci ildə  Ə.Qəhrəmanov Azərbaycan Dövlət 



Kitab Palatasına işləməyə  dəvət edilmişdir. Həmin 

vaxtdan etibarən onun adı Azərbaycan dövlət bib-

lioqrafiyası ilə ayrılmaz surətdə bağlı olmuşdur. O, 

bütün qüvvəsini Kitab Palatasının və kitabxanaçı 

kadrların hazırlanması işinə sərf etmişdir. 

Dövlət biblioqrafiyası sahəsində  işləməklə yanaşı 

o, 1932-ci ildən Bakıda kitabxanaçılıq kurslarında 

biblioqrafiya fənnindən dərs demişdir. 1940-cı ildən 

Bakı Mədəni-Maarif Texnikumunda müəllimlik etmə-

yə başlayan  Ə.Qəhrəmanov 1942-ci ildən 1948-ci ilə 

kimi texnikumun direktoru vəzifəsində işləmişdir. 

 

1944-cü ildən başlaya-



raq  Ə.Qəhrəmanov həm 

Bakı Dövlət Universitetin-

də, həm də Azərbaycan Pe-

daqoji Universitetində 

müəllimlik etmişdir. 

1947-ci ildə onun səyi 

nəticəsində Bakı Dövlət 

Universitetinin (keçmiş 

S.M.Kirov adına ADU) Fi-

lologiya fakültəsində Kitab-

xanaşünaslıq şöbəsi açılmış 

və həmin ildən də Ə.Qəhrə-

manov orada biblioqrafiya 

kursu üzrə mühazirələr 

oxumağa başlamışdır. O, 

1948-ci ildən ömrünün axı-

rına kimi universitetin Ki-

tabxanaşünaslıq və biblioq-

rafiya kafedrasına rəhbərlik 

etmişdir. 

1937-ci ildən Kitab Pa-

latasında  əməkdaşlıq edən 

Ə.Qəhrəmanov 1942-ci ildə 

elmi katib, 1941-1942-ci il-

lərdə palatanın çapdan bu-

raxdığı “Azərbaycan kitab 

letopisi”, “Azərbaycan qə-

zet məqalələri letopisi”nin 

tərtibçisi, 1943-cü ildən pa-

 

Oktyabr  



 

100 illiyi 



Əliheydər Qəhrəmanov 

1911 – 1959 

 

 

 



Alim 

biblioqraf 

25 


283 

latanın direktoru, 1946-cı ildən başlayaraq ömrünün 

axırına kimi müntəzəm olaraq Kitab Palatasının 

çapdan buraxdığı letopislərin redaktoru olmuşdur.  

Ə.Qəhrəmanov Azərbaycan Dövlət Kitab Palata-

sının salnamələrindən başqa həm palatanın, həm də 

digər nəşriyyatların müxtəlif müəlliflərin tərtibi ilə 

çap edilən bir neçə göstəricisini də redaktə etmişdir. 

Ə.Əliyevin tərtib etdiyi “Nə oxumalı” (1949) bib-

lioqrafik göstəricinin və S.Əliyevin tərtibi ilə Respub-

lika Kitab Palatası  tərəfindən çapdan buraxılan 

“Azərbaycan kitabı” biblioqrafik göstəricisinin  

(1951) redaktoru və giriş  məqaləsinin müəllifi də 

Ə.Qəhrəmanovdur.  

Görkəmli biblioqraf Ə.Qəhrəmanovun Azərbay-

canda həm də sahəvi retrospektiv biblioqrafiyanın 

inkişafında böyük xidmətləri olmuşdur. 

Ötən  əsrin 40-cı illərindən başlayaraq  Ə.Qəhrə-

manovun bədii  ədəbiyyata, görkəmli  ədəbi simaların 

bədii irsinə aid tərtib etdiyi 8 retrospektiv və  şəxsi 

biblioqrafik göstəricilər daima böyük marağa səbəb 

olmuşdur.  

Ə.Qəhrəmanov yalnız biblioqrafik göstəricilər 

tərtib etməklə kifayətlənməmişdir. O, eyni zamanda 

tarixi və  əlamətdar günlər, yazıçıların yubileyləri 

münasibətilə dövri mətbu-

atda fəal çıxış edərək res-

publikada biblioqrafik  fik-

rin təbliğində, geniş yayıl-

masında böyük xidmətlər 

göstərmişdir. 

Azərbaycan xalqının ilk 

görkəmli biblioqraf alimi 

Ə.Qəhrəmanovun vəfatın-

dan sonra onun dissertasiya 

işinin birinci hissəsi 1962-

ci ildə Azərnəşr tərəfindən 

“Rus-Azərbaycan 

ədəbi 

əlaqələrinə dair” adı altında 



çapdan buraxılmışdır. 

Azərbaycan dilində bib-

lioqrafiyadan ilk dərsliklə-

rin, “Kitabxana-biblioqrafi-

ya terminləri lüğəti”nin 

müəllifi, istedadlı alim-bib-

lioqraf 

Ə.Qəhrəmanov 

1959-cu il mart ayının 23-

də 48 yaşında vəfat etmiş-

dir. 

 

Ədəbiyyat 

 

Kitabxana-biblioqrafiya terminləri lüğəti.- Bakı: Azərnəşr, 1964.- 96 s. 

Kitabxanaçılıq-informasiya fakültəsi – 60:  biblioqrafik məlumat kitabı /BDU.- 

Bakı, 2008.- S.7-11. 

Qəhrəmanov Əliheydər //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı,  

1979.-C.3.- S.145. 



Rus dilində 

 

 Исламова, Э. Известный Азербайджанский ученый-литературавед и 

библиограф А.Каграманов /Э.Исламова //Mütərcim.- 2005.- № 1.- С.93-94. 

                                                                                   



Səmayə Quliyeva 

284 

 

       Pablo  Pikasso  1881-ci  il  okt-

yabr ayının 25-də  İspaniyanın Ma-

laqa şəhərində anadan olmuşdur.  

O, fransız rəssamı olub, mən-

şəcə ispandır. Rəssamlığı  əvvəlcə 

atası X.Ruisdən öyrənmiş, sonra 

1894-1895-ci illərdə La-Korunya, 

1845-ci ildə Barselona, 1897-1898-

ci illərdə Madrid Zərif sənətlər məktəbində oxu-

muşdur.  

1904-cü ildən Parisdə yaşamışdır. Pikassonun 

yaradıcılığı mürəkkəb ziddiyyətli və çoxcəhətlidir. 

Müxtəlif dövrlərdə yaratdığı  əsərlərdə ekspres-

sionizm, neoklassizm, kubizm, sürrealizm və s. 

cərəyanların yaradıcılıq prinsiplərinə  əsaslanmışdır. 

1936-1939-cu illərdə ispan xalqının faşizmə qarşı 

mübarizəsində  fəal iştirak etmiş Pikasso, II Dünya 

müharibəsi illərində Fransa Müqavimət hərəkatına 

qoşulmuş, müharibədən sonra sülh və demokratiya 

uğrunda mübarizələrin ön cərgəsində olmuşdur. 

Pikassonun mütərəqqi, humanist görüşləri onun 

əsərlərində öz əksini tapmışdır: “Gerniko”,“Sülh 

göyərçini”, “Sülh məbədi”, “Müharibə” nonnaları  və 

s. üslub, bədii forma, mövzu və obrazların qayəsinə 

görə müxtəlif boyakarlıq  əsərləri ilə yanaşı heykəl-

təraşlıq, keramika və qra-

fika  əsərləri yaratmışdır. 

Müasir burjua incəsənətinin 

qabaqcıl təmayüllərini və 

ziddiyyətlərini  əks etdirən 

Pikasso mürəkkəb yaradıcı-

lıq yolu keçmişdir.  

1944-cü ildən Fransa 

Kommunist Partiyasının 

üzvü, 1950-ci ildə Beynəl-

xalq Sülh mükafatı  və 

1962-ci ildə “Xalqlar ara-

sında sülhü möhkəmləndir-

məyə görə” mükafatlarına 

layiq görülmüşdür. 1950-ci 

ildə Ümumdünya Sülh Şu-

rasına seçilmişdir.  

P.Pikasso 1973-cü il 

aprel ayının 8-də Fransanın 

Mujen 


şəhərində 

vəfat 


etmişdir. Madriddə Pikas-

sonun abidəsi və adına 

meydan var. 

Ədəbiyyat 

Дмитриева, А.И. Пабло Пикассо (Албом) /А.И.Дмитриева – М., 1976. 

Зорнов, В.А. Пабло Пикассо против фашизма /В.А.Зорнов.- М., 1971. 

Шедевр Пикассо в Испании //За рубежом.- 1981.-№ 43. 



Bəybala Ələsgərov 

 

Oktyabr  



 

130 illiyi 

Pablo Pikasso  

1881 – 1973 

 

 

 



 

 

Rəssam 



25 

285 

 

Qurbаn  Аbbаsqulu  оğlu  Аbbа-

sоv 1926-cı il oktyabr ayının 26-da 

indiki Bаbək rаyоnunun Pаiz 

kəndində anadan olmuşdur.  

Əmək fəаliyyətinə 1944-cü ildə 

“Аrtyоmnеft” trеstində  fəhlə kimi 

bаşlаyаn  Аbbаsоv Qurbаn “Аzər-

nеft” Birliyinin qаzmа  kоntоrundа 

qаzmаçı, buruq ustаsı, “Gürgаnnеft” Nеft Mədənləri 

İdаrəsinin  Şimаl qаzmа  sаhəsi kоntоrunun rəisi 

vəzifələrində işləmişdir.  

1967-1983-cü illərdə  “Хəzərdəniznеftkəşfiyyаt” 

trеstinin müdiri, “Хəzərdəniznеft” 

İstеhsаlаt 

Birliyinin (İB) bаş dirеktоr müаvini, “Nеft dаşlаrı” 

Nеft və  Qаzçıxаrmа  İdаrəsinin rəisi, 1980-1988-ci 

illərdə  “Хəzərdəniznеftqаzsənаyе” Ümumittifаq  İB-

nin bаş dirеktоru, 1988-1992-ci illərdə  “Хəzərdə-

niznеft”  İB-nin bаş dirеktоru, 1992-1994-cü illərdə 

Аzərbаycаn Dövlət Nеft  Şirkətinin bаş müşаviri 

оlmuşdur.  

Qurbаn  Аbbаsоv  аçıq dənizdə  nеft və  qаz çı-

хаrılmаsının ilk təşkilаtçılаrındаndır. “Şеlf-1” tipli 

yаrımdаlmа

 

üzən qаzmа qurğulаrının  Хəzər dənizi 



şərаitində  mənimsənilməsində, “Günəşli”, “Çırаq”, 

“Аzəri”, “Kəpəz” və s. iri yаtаqlаrın kəşf еdilməsində 

хüsusi хidmətləri vаr. SSRİ Аli Sоvеtinin (6-11-ci çа-

ğırış) və Аzərbаycаn SSR Аli Sоvеtinin (6-9-cu çа- 

 

ğırış) dеputаtı  оlmuşdur. 



Аdınа krаn-gəmi, mədəniy-

yət sаrаyı, küçə, məktəb, 

körpü vаr. Bəstəkаr А.Rzа-

yеvаnın məşhur “Nеftçi 

Qurbаn” mаhnısı  оnа  həsr 

оlunmuşdur. Tələbə  və  аs-

pirаntlаr üçün “Nеftçi Qur-

bаn” təqаüdü təsis  еdil-

mişdir. 

Xidmətlərinə görə o, 2 

dəfə  Lеnin  оrdеni, Qırmızı 

Əmək Bаyrаğı və Şərəf ni-

şаnı оrdеnləri ilə təltif еdil-

miş, 1959-cu ildə  Sоsiаlist 

Əməyi Qəhrəmаnı, 1975-ci 

ildə  Аzərbаycаnın  Əmək-

dаr mühəndisi, 1951-ci ildə 

SSRİ-nin fəхri nеftçisi, 

1972-ci ildə SSRİ  və Аzər-

bаycаn Rеspublikаsı  Döv-

lət mükаfаtlаrı  lаurеаtı ad-

larına layiq görülmüşdür. 

 14 sentyabr 1994-cü 

ildə  Bаkıda vəfat etmişdir. 

 

Ədəbiyyаt 

Qurban Abbasov //Naxçıvan Milli Еnsiklоpеdiyаsı.- Bakı, 2005.- S.9. 



Məmməd Məmmədov 

 

Oktyabr  



 

85 illiyi 

Qurbаn Аbbаsоv  

1926 – 1994 

 

 

 



 

 

Neftçi 



26 

286 

 

       İqor Vladimiroviç Makayev 1971-



ci il oktyabr ayının 27-də Gəncə şəhə-

rində  fəhlə ailəsində doğulmuşdur. 

1979-cu ildə Mir Cəlal adına Kəpəz 

rayon 19 saylı  məktəbin birinci 

sinifinə getmiş, 1987-ci ildə  həmin 

məktəbin səkkizinci sinifini bitir-

mişdir. 1987-1990-cı illərdə 8 saylı texniki-peşə 

məktəbində avtomobil çilingəri peşəsinə yiyələn-

mişdir. 1990-ci il noyabrın 26-da Kəpəz Rayon Hərbi 

Komissarlığından hərbi xidmətə göndərilmişdir.  İqor 

Bakıda desant qoşunları hissəsində xidmət edirdi. 

Sonra onu Rusiyanın Rostov vilayətinə göndərmiş-

dilər. Burada 6 ay çavuş məktəbində təhsil almışdı. 

    O, Bakıya gəlmiş və Daxili İşlər Nazirliyinin qoşun 

hissələrindən birinə yazılmış, elə  həmin gündən də 

həyatını  cəbhəyə bağlamışdı. O, çox mərd, cəsur 

döyüşçü idi. Tez bir zamanda bütün silahlardan 

istifadə etməyi öyrənmişdi. Çox keçmədi ki, onu 

taqım komandirinin müavini vəzifəsinə təyin etdilər. 

   1992-ci il iyunun 5-də erməni quldurları Naxçivanik 

kəndinə  qəflətən hücuma keçmişdilər.  İqorun qoru-

duğu post kənd qəbiristanlığının yaxınlığında yerlə-

şirdi. 

   Bu  zaman  o,  istirahətdə olan bütün əsgərləri ayağa 



qaldırıb postu möhkəmləndirdi. Ermənilər xeyli canlı 

qüvvə ilə hücuma keçmişdilər. Döyüş bir saata yaxın 

davam etdi. İqor öz əsgərləri ilə postu qoruyurdu. La-

kin əsgərlərdən 7-8 nəfəri yaralandı. Qalanları isə  

 

 

geriyə  çəkilməyə  məcbur 



oldular.  İqorla birlikdə 3-4 

əsgər öz yaralı dostlarını 

maşına çatdırdılar. Həmin 

döyüşdə ermənilər kəndi 

aldılar. Lakin bu cəmi 3-4 

saat çəkmişdi. Döyüşçü-

lərimiz yenidən hücuma ke-

çərək kəndi geri aldılar. 

       2  avqust  1992-ci  ildə  

“Vışka” yüksəkliyi alınmalı 

idi. Düşmən çox güclü idi. 

İqor  “Nikulin” ləqəbli bir 

azərbaycanlı igidlə birlikdə 

pulemyotla ön cərgədə 

düşmənə öz gücünü göstə-

rirdi. O, 28 nəfərin müha-

sirədən çıxmasına kömək  

edərək onların həyatını xi-

las etmişdi. Lakin onun özü 

xilas ola bilmədi. Bu ağır 

döyüşdə  İqor qəhrəmanca-

sına həlak oldu. 

   Subay idi. 

  Azərbaycan Respublikası 

Prezidentinin 6 noyabr 

1992-ci il tarixli 290 saylı 

Fərmanı ilə Makayev İqor 

Vladimiroviçə ölümündən 

sonra  “Azərbaycanın Milli 

 

Oktyabr  



 

40 illiyi 

İqor  Makayev 

1971-1992 

 

 

 



 

Milli 


Qəhrəman 

27 


287 

Qəhrəmanı” adı verilmişdir. Gəncə şəhərinin Şəhidlər 

Xiyabanında dəfn edilmişdir. 

  Sadıllı  qəsəbəsində adına 

küçə var. 

Ədəbiyyat 

 

   Makayev  İqor Vladimiroviç //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.129.   

   Əsgərov, V. Makayev İqor Vladimiroviç /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 1996.- S.128-129. 

   Zeynalov,  R.  Makayev  İqor Vladimiroviç /V.Zeynalov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 1996.- S.107. 

    


 

Bəybala Ələsgərov 

 

288 

 

Mirzə  Əjdər oğlu  İbrahimov 

1911-ci il oktyabr ayının 28-də  Cə-

nubi Azərbaycanın Sərab  şəhəri 

yaxınlığındakı Evə  kəndində yoxsul 

kəndli ailəsində anadan olmuşdur. 

Kiçik yaşlarında ikən anasını itir-

mişdir. 1918-ci ildə atası Əjdər neft 

mədənlərində  işləmək üçün iki oğlu 

ilə  bərabər Cənubi Azərbaycandan 

Bakıya gəlmiş, az sonra atası  və qardaşı da vəfat et-

mişdir. Valideynlərini erkən itirən kiçik Mirzə, dayı-

sının himayəsində böyümüşdür. 

1926-cı ildə o,  Suraxanıda açılan ilk sovet Fabrik-

zavod məktəbinə daxil olmuşdur. Bu məktəbi bitir-

dikdən sonra Mirzə  mədəndə usta köməkçisi işləmiş, 

sonra Neft Sənaye Texnikumuna daxil olmuşdur. 

1929-1930-cu illərdə Mirzə  İbrahimov “Qazılan 

buruq”  şeiri ilə  bədii yaradıcılığa başlamışdır. O 

zaman Zabratda təşkil olunmuş  fəhlə  ədəbiyyat 

dərnəyində iştirak etmişdir. 

1930-cu ildə texnikumu bitirərkən Mirzə İbrahimov 

partiyanın üzvü olmuşdur. Sonralar Mirzə İbrahimovu 

müxtəlif vəzifələrə irəli çəkmişlər.  

1932-1933-cü illərdə Sovet Yazıçılar  İttifaqı 

təşkilat komitəsinin məsul katibi vəzifəsinə seçilmiş 

və Azərbaycan Dövlət Elmi-tədqiqat  İnstitutunun 

hazırlıq şöbəsində oxumuşdur. 1933-cü ildə partiyanın 

tapşırığı ilə Mirzə  İbrahimov Naxçıvanda çapdan 

çıxan “Sürət” qəzetinin redaktoru vəzifəsində  işlə-

mişdir. Bu illərdə o, “Həyat üçün”, “Sənət aşiqləri”, 

“Qorxulu səs”, “Yol ayrı-

cında”, “Üfüqlər qızaran-

da”, “Qaçaq” adlı hekayə-

lərini və  məşhur “Həyat” 

dramını yazmışdır. 

Mirzə  İbrahimov bütün 

yaradıcılığı və şəxsiyyəti ilə 

XX əsr Azərbaycanını təm-

sil etmişdir. “Cənub heka-

yələri” və “Gələcək gün” 

Mirzə  İbrahimovun  şah 

əsərlərindəndir. Bu günün 

özündə  də o əsərlər öz və-

tənpərvərlik missiyasını 

uğurla yerinə yetirirlər. 

Onun “Pərvanə” romanı 

klassik Azərbaycan romanı-

nın  ən möhtəşəm nümu-

nələrindən biri və  bəlkə  də 

sonuncusudur. 

Mirzə  İbrahimov bütün 

janrlarda yazıb yaratmış  və 

heç bir janrda bədii söz 

ustası kimi kəsəri azalma-

mışdır. “Həyat”, “Madrid”, 

“Məhəbbət”, “Kəndçi qızı”, 

“Közərən ocaqlar” Azər-

baycan teatrlarının bəzəyi 

olmuşdur. O, 1950-ci illər-

də Azərbaycan SSR Ali 

 

Oktyabr  



 

100 illiyi 

Mirzə İbrahimov  

1911-1993 

 

 

 



 

Yazıçı 


28 

289 

Soveti Rəyasət Heyətinin sədri işləmişdir. 

Moskvada keçirilən birinci Azərbaycan  İncəsənəti 

dekadasının müvəffəqiyyətləri ilə  əlaqədar olaraq 

“Qızıl  Əmək Bayrağı” ordeni ilə  təltif edilmişdir. 

Azərbaycan Yazıçılar  İttifaqının birinci katibi və 

Azərbaycan Elmlər Akademiyasının Nizami adına 

Ədəbiyyat və Dil İnstitutunun XIX əsr  ədəbiyyatı 

şöbəsinin müdiri işləmişdir. 

Mirzə  İbrahimov çox ölkələr gəzib dolaşmışdır. 

1979-cu ildə Hindistanın Cəvahirləl-Nehru mükafatını 

almışdır. Dünyada baş verən ictimai-siyasi olaylardan 

yazmış, Xosrov Ruzbehin həyatını  qələmə almış, 

Çandranın üsyanına səs vermişdir. Lakin onun bütün 

yaradıcılığı Azərbaycanla bağlı olmuşdur. Onun 

akademikliyi Azərbaycan ədəbi nəzəri fikrinin uğurla-

rını, yetişdiyi yüksək inkişaf mərhələsini  əks etdir-

mişdir. Görkəmli yazıçı 

həm də ictimai xadim ol-

muşdur. 


Ədəbiyyat və incəsənət 

sahəsində göstərdiyi xid-

mətlərinə görə 1961-ci ildə 

Xalq yazıçısı, 1965-ci ildə 

Azərbaycan Dövlət müka-

fatı laureatı, 1981-ci ildə 

Sosialist  Əməyi Qəhrəmanı 

adlarına layiq görülmüşdür. 

Mirzə  İbrahimov 17 

dekabr 1993-cü ildə Bakıda 

vəfat etmişdir. 

 

Ədəbiyyat 



 

Mirzə  Əjdər oğlu  İbrahimovun 90 illik yubileyi haqqında: Azərbaycan Respub-

likası Prezidentinin Sərəncamı //Azərbaycan.- 2001.- 28 oktyabr.- S.1. 

 

Seçilmiş əsərləri:  İki cilddə /M.İbrahimov.- Bakı: Şərq-Qərb, 2005.- C.1- 432 s. 



Anama deyərəm ha!: Hekayələr və povestlər /M.İbrahimov.-Bakı: Gənclik, 1986.- 

336 s. 


Niyəsiz, necəsiz bir yazısan sən /M.İbrahimov.-Bakı: Yazıçı, 1985.- 552 s. 

Rəhimqızı, S. Bir görüşün xoşbəxtliyi: [M.İbrahimov haqqında] /S.Rəhimqızı 

//Xalq qəzeti.-2002.- 16 yanvar.- S.5. 

İbrahimova, S. Atamın dostları və xeyirxahları: Mirzə İbrahimov-90 /S.İbrahimo-

va //Azərbaycan.- 2002.- 26 iyul.- S.6. 

Niftəliyev, E. Elmi sessiya keçirilmişdir: Mirzə İbrahimovun anadan olmasının 90 

illiyi münasibətilə /E.Niftəliyev //Azərbaycan.- 2001.- 21 dekabr.- S.5. 

 

İnternetdə 

www.anl.az 

www.wikipedia.org  

                                                                                 Samirə   Eminova    


290 

 

Oktyabr 



 

Zəngilanın işğalı günü  

30 

Ərazisi – 0,71min km

2

 

Əhalisinin sayı – 39,8 min nəfər 

İnzibati mərkəzi – ZƏNGİLAN  

İşğal tarixi 30 oktyabr 1993-cü il 

 

 

 

 



Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr 

var. Zəngilanda keçmiş  əsrlərdə  də xalqımızın çox hörmətli, dəyərli insanları 

yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq 

üzərində insanların qurduqlarına, yaratdıqlarına görə  və bugünkü nəsillərə 

çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir. 

Heydər Əliyev, ümummilli lider  

 

 Zəngilan rayonunun ərazisi  ən qədim insanların 

yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində 

mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən 

dağlarında) burada ibtidai insanların yaşayışından xəbər 

verir. Ancaq rayon kimi Zəngilan 1930-cu ildə  təşkil 

olunmuşdur.  


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin