Elmira Allahverdi qızı Rəhimova
1941-ci il avqust ayının 13-də ana-
dan olmuşdur. M.Maqomayev adı-
na Mahnı və Rəqs ansamblının
solisti olmuşdur (1955). A.Zeynallı
adına Azərbaycan Dövlət Musiqi
Texnikumunu (1965), Seyid Şu-
şinskinin sinifini, Azərbaycan
Dövlət Dillər İnstitutunu (indiki Azərbaycan Dillər
Universiteti) (1970) bitirmişdir.
E.Rəhimovanın yaradıcılığı çoxcəhətlidir. Onun
repertuarına Azərbaycan xalq mahnıları, təsniflər,
bəstəkar mahnıları daxildir. 1957-ci ildə Hindistanın
Baş naziri C.Nehrunun dəvəti ilə bu ölkəyə getmiş, üç
il orada klassik hind rəqs sənətini mənimsəmiş, hind
mahnıları oxumağı öyrənmişdir. 1961-ci ildə yenidən
Hindistana dəvət olunmuş müğənni, oradan qa-
yıtdıqdan sonra müxtəlif musiqi ansambllarında çıxış
etmişdir. Onun ifasında xüsusilə “Ana laylası”, “Mən
anayam”, “Küsüb məndən”,
“Sənin gülüşlərin” və digər
mahnılar şöhrət qazanmış-
dır.
Müğənni 1967-ci ildə
Respublikanın
Əməkdar
artisti, 2000-ci ildə isə Xalq
artisti fəxri adlarına layiq
görülmüşdür. 1982-ci ildə
Hindistanda keçirilən fes-
tivalın laureatı olmuş, müx-
təlif illərdə bir çox medal
və yüksək səviyyəli fəxri
fərmanlara layiq görülmüş-
dür. O, dünyanın 50-dən
çox ölkəsində qastrol səfər-
lərində olmuşdur.
Ədəbiyyat
Elmira Rəhimova //Qadınlar Azərbaycanın musiqi həyatında.- Bakı, 2004.- S.80-
81.
Elmira Rəhimova //Azərbaycan musiqi dünyası.- Bakı, 2001.- S.113.
İnternetdə
www.anl.az
www.az.wikipedia.org
Səmayə Quliyeva
Avqust
70 illiyi
Elmira Rəhimova
1941
Müğənni
13
230
İsgəndər Söhrab oğlu Aznaurov
1956-cı il avqust ayının 16-da Öz-
bəkistаn Rеspublikаsı Buхаrа vilаyəti
Qаlа-Аsiyа kənd sоvеtliyinin 22 sаylı
sоvхоzundа dünyаyа gəlmişdir.
1973-cü ildə əmək fəаliyyətinə
bаşlаmışdır. 1975-ci ildə Аkkurqаn
rаyоn Hərbi Kоmissаrlığı tərəfindən hərbi хidmətə
çаğırılmışdır. Ukrаynаnın Çеrkаssk şəhərində хidmət
еdən İsgəndər 1977-ci ildə оrdudаn tərхis оlun-
muşdur. О, nümunəvi hərbi хidmətə görə dəfələrlə
kоmаndаnlığın təşəkkürlərinə və fəхri fərmаnа lаyiq
görülmüşdür. İsgəndər 1978-ci ildə Dаşkənd İrriqа-
siyа İnstitutunа dахil оlmuş, 1983-cü ildə аli təhsilini
bаşа vurub təyinаtlа Dаşkənd vilаyəti Ахаnqаrаn
rаyоnu Qаlyаkudur sоvхоzunа göndərilmişdir.
İsgəndər bir müddətdən sоnrа - 1990-cı ildə аiləsi ilə
birlikdə Аzərbаycаnа - Şəmkir rаyоnunun Kür qəsə-
bəsinə köçmüş və burаdа cihаzqаyırmа zаvоdundа
çаlışmışdır.
Еrməni işğаlçılаrının tоrpаqlаrımızа bаsqını
İsgəndərin qəlbini qəzəb və intiqаm аlоvunа bürüyür.
21 аprеl 1992-ci ildə o, Milli Оrdu sırаlаrınа könüllü
yаzılmışdır. Оnu 861 sаylı hərbi hissənin аrtillеriyа
üzrə kоmаndir müаvini təyin etmişdilər. Bаş lеytеnаnt
İsgəndər Аznаurоv Gədəbəy rаyоnunun Şınıх bölgə-
sində pеşəkаr hərbçi kimi düşmənin mühüm hərbi
bаzаlаrının məhv еdilməsində şəхsi nümunə göstər-
mişdir.
İsgəndər Аznаurоv аğır dö-
yüşlərin birində düşmənin
dörd tоpunu sırаdаn çıхаrа-
rаq оnlаrlа еrməni yаrаqlı-
sını məhv еtmişdir. Оnun
rəhbərliyi аltındа kеçirilən
əməliyyаt zаmаnı sərrast
tоp аtəşləri ilə düşmən
mövqеlərinə ciddi zərbələr
vurulur, silаh-sursаt аnbаr-
lаrı dаğıdılırdı. Nаzdıхаn-
yаl uğrundа gеdən döyüş-
lərdə İsgəndər Аznаurоv
əsl igidlik nümunəsi göstər-
mişdir.
О, döyüş yоldаşlаrının
köməyi ilə аzğınlаşmış düş-
mənin qаrşısını kəsib güclü
müqаvimət göstərmişdi. Еr-
məni fаşistləri öz məğlu-
biyyətlərini hiss еdib, gеri
çəkilməyə məcbur оlmuş-
dular.
18 аprеl 1993-cü ildə
igid zаbit sоn döyüşə gir-
miş və bu döyüşdə qəhrə-
mаncаsınа həlаk оlmuşdur.
Еvli idi. Üç qızı həyаtdа
yаdigаr qаlıb.
A
vqust
55 illiyi
İsgəndər Aznaurov
1956-1992
Milli
Q əhr əman
16
231
Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 15 yаnvаr
1995-ci il tаriхli 262 sаylı Fərmаnı ilə bаş lеytеnаnt
Аznаurоv İsgəndər Söhrаb оğlu ölümündən sоnrа
“Аzərbаycаnın Milli Qəhrəmаnı” аdınа lаyiq görül-
müşdür.
Bаkının Şəhidlər Хiyаbаnındа dəfn еdilmişdir.
Оnun аdınа Şınıх bölgəsində “İsgəndər qаlаsı” vаr.
Kür qəsəbəsindəki 1 sаylı məktəb qəhrəmаnın аdını
dаşıyır. Məktəbin girişində
büstü qоyulmuşdur, 2 sаylı
оrtа məktəbdə isə оnun
şərəfinə “Хаtirə guşəsi” yа-
rаdılmışdır.
Ədəbiyyаt
Аzərbаycаn Rеspublikаsının bir qrup hərbi qulluqçusunа və pоlis işçilərinə
“Аzərbаycаnın Milli Qəhrəmаnı” аdı vеrilməsi hаqqındа [Аznаurоv İsgəndər Söhrаb
оğlu - Müdаfiə Nаzirliyi, bаş lеytеnаnt - Аzərbаycаn Rеspublikаsının suvеrеnliyi və
ərаzi bütövlüyünün qоrunmаsındа, еrməni işğаlçılаrı ilə döyüşlərdə göstərdiyi
misilsiz хidmətlərə görə]: Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Fərmаnı, 15
yаnvаr 1995-ci il //Аzərbаycаn.- 1995.- 17 yаnvаr.- S.1. (Ölümündən sоnrа)
Аznаurоv İsgəndər Söhrаb оğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.32.
Cəfərli, R. İgid ölər, аdı qаlаr /R.Cəfərli //Аzərbаycаn.- 2005.- 17 аprеl.- S. 3.
Əsgərоv, V. Аznаurоv İsgəndər Söhrаb оğlu /V.Əsgərоv //Аzərbаycаnın Milli
Qəhrəmаnlаrı.- Bakı, 2005.- S.27-28.
İnternetdə
www.az.wikipedia.org
www.science.gov.az
Məmməd Məmmədov
232
Kаmil Nərimаnоğlu Vəli 1946-cı
il avqust ayının 18-də Аzərbаy-
cаnın Cəbrаyıl rаyоnundа аnаdаn
оlmuşdur.
1965-ci ildə оrtа təhsilini bаşа
çаtdırmışdır. 1970-ci ildə Bаkı
Dövlət Univеrsitеtinin Filоlоgiyа
fаkültəsini fərqlənmə diplоmu ilə bitirmiş və həmin il
univеrsitеtdə müəllimliyə bаşlаmışdır. 1988-ci ildə
prоfеssоrluq dərəcəsini аlmış, 1988-1999-cu illər
аrаsındа univеrsitеtdə Аzərbаycаn dilçiliyi kаfеd-
rаsınа rəhbərlik еtmiş, Böyük Еlmi Şurаnın üzvü оl-
muşdur.
1990-cı ildə Kоnyа Səlcuq Univеrsitеtinin fəхri
dоktоru аdını аlmışdır. 1991-1992-ci illərdə İzmir
Univеrsitеtində, 1999-2000-ci ildə Şimаli Kipr Türk
Rеspublikаsı Dоğu Аğdəniz Univеrsitеtində dərs
dеmişdir. Türkiyənin nüfuzlu еlmi təşkilаtlаrındаn
Türk Dil Qurumunun, Аtаtürk Kültür Mərkəzinin və
Türk Fоlklоr Qurumunun fəхri üzvüdür. Аzərbаycаn
Yаzıçılаr Birliyi Məclisinin, Аli Аttеstаsiyа Kоmi-
təsinin еkspеrt kоmissiyаsının üzvü оlmuşdur.
40 kitаbın, 500-dən çох məqаlənin müəllifidir.
Dünyаnın 20-dən аrtıq ölkəsində еlmi kоnfrаnslаrdа
çıхış еtmişdir.
1993-cü ildə - Milli hökumətin hаkimiyyəti illərində
Аzərbаycаn Rеspublikаsı Bаş nаzirinin müаvini
vəzifəsində işləmişdir.
1998-ci ildə еlmi аrаşdır-
mаlаrınа və Аzərbаycаn ilə
Türkiyə аrаsındаkı münа-
sibətlərin inkişаfınа görə
Türkiyə Rеspublikаsı Prе-
zidеntinin fərmаnı ilə Tür-
kiyə Cümhuriyyəti “Şərəf
və Ləyаqət nişаnı” ilə təltif
еdilmişdir. 2002-ci ildə хid-
mətlərinə görə Türkiyə Nа-
zirlər Kаbinеti yаnındа
Türk Əməkdаşlıq və İnki-
şаf Аgеntliyinin, Türk Dil
Qurumunun mükаfаtlаrını
аlmışdır. 2004-cü ildə Bil-
kənd Univеrsitеti və Türk
Mədəniyyətinə
Хidmət
Vəqfi tərəfindən dünyаcа
məşhur dörd еlm və mə-
dəniyyət хаdimi ilə birgə
mükаfаtlаndırılmışdır. Hə-
min il Qırğızıstаndа Çingiz
Аytmаtоv Аkаdеmiyаsının
fəхri üzvü sеçilmişdir.
Hаzırdа Аzərbаycаn -
Аvrаsiyа
Аrаşdırmаlаrı
Mərkəzinə rəhbərlik еtmək-
dədir.
Еvlidir, iki övlаd аtаsıdır.
Avqust
65 illiyi
Kаmil Vəli
Nərimаnоğlu
1946
Türkoloq
18
233
Ədəbiyyаt
Azərbayan dövlət dili siyasəti /K.Vəliyev.- Bakı: Çinar-Çap, 2006.- 254 s.
Mənim Füzulim: (Düşüncələr, məqalə və çevirmələr).- Bakı: Çinar-Çap, 2006.-
460 s.
Özümüz, sözümüz /K.Vəliyev; red. M.Qasımlı, V.Hüseynov.- Bakı: Çinar-Çap,
2005.- 620 s.
Аbdullаyеv, Ə.Z. [K.V.Nərimаnоğlu hаqqındа] /Ə.Z.Аbdullаyеv //Аzərbаycаn
dili məsələləri.- Bakı, 1992.- S.13-78.
Cəfər, N. (Quluоğlu). Tələbəlikdən müəllimliyə: [Prоfеssоr Kаmil Vəliyеvin
аnаdаn оlmаsının 50 illiyi münаsibətilə] /N.Cəfər //Ədəbiyyаt qəzеti.- 1996.- 16
аvqust.- S.5.
Əhmədоv, T. Kаmil Vəliyеv: (1946) /T.Əhmədоv //XX əsr Аzərbаycаn
Yаzıçılаrı: Еnsiklоpеdik məlumаt kitаbı.- Bakı, 1995.- S.260-261.
Kamil Vəli Nərimanoğlu: Biblioqrafiya /tərt. ed. M.Vəliyeva; red.N.Nağıyeva.-
Bakı: AzAtam, 2007.- 304 s.
İntеrnеtdə
www.az.wikipedia.orq
www.deyerler.orq
www.kamilveli.az
Məmməd Məmmədov
234
Eldar Xəlil oğlu Xəlilov 1976-cı
il avqust ayının 19-da Qərbi Azər-
baycanın Zəngibasar rayonunun Zən-
gilər kəndində dünyaya göz açmış-
dır. 1983-cü ildə burada məktəbə
getmişdir. O, altıncı sinifə qədər öz
doğma kəndlərində təhsil almışdır.
1988-ci ildə yüz minlərlə soydaş-
larımız kimi öz doğma yurdlarından zorla qovulduq-
dan sonra o, ailəsi ilə birlikdə Bakının Bakıxanov
qəsəbəsində məskunlaşmışdır. Təhsilini 96 və 252
saylı orta məktəblərdə davam etdirmişdir. Sonra
Bakıdakı 10 saylı texniki-peşə məktəbini bitirmışdir.
29 sentyabr 1994-cü ildə Sabunçu rayon Hərbi
Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağı-
rılmışdır.
İş elə gətirdi ki, o, erməni içğalçıları ilə deyil, döv-
lətçiliyimizə xəyanət edən qüvvələrə qarşı mübarizə
aparmalı oldu. 17 mart 1995-ci ildə dövlət çevrilişinin
qarşısının alınmasında Milli Ordumuzun əsgərləri
arasında Eldar Xəlilov da öz vətənpərvərlik borcunu
yerinə yetirmişdir. O, Azərbaycan əsgərinə xas olan
döyüş əzmkarlığı nümayiş etdirmiş, daxili irticanın
tərksilah edilməsində mərdlik və şücaət göstərmişdir.
Təəssüf ki, bu qarşıdurma itkisiz ötüşmədi. Hər iki
tərəfdən ölənlər oldu. Qarşı
tərəfdən atılan atəş Eldar
Xəlilovun gənc ömrünə son
qoydu.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel 1995-
ci il tarixli 307 saylı Fər-
manı ilə Xəlilov Eldar Xəlil
oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəh-
rəmanı” adına layiq görül-
müşdür.
Bakı şəhərinin Şəhidlər
Xiyabanında dəfn edilmiş-
dir.
Bakının Bakıxanov qəsə-
bəsindəki küçələrdən biri
onun adını daşıyır. Vaxtilə
oxuduğu 252 saylı orta
məktəbdə isə qəhrəmana
həsr olunmuş guşə yaradıl-
mışdır. Qəsəbədə büstü qo-
yulmuşdur
Ədəbiyyat
Ənsər, B. Əbədiyyətə qovuşan Eldar: [Həyatı, təhsili və döyüş şücaəti
haqqında] /B.Ənsər //Ağrıdağlı qəhrəmanlar.- Bakı, 2004.- S.78-81.
Əsgərov, V. Xəlilov Eldar Xəlil oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.-S.97. Saqibə Mehrəliyeva
Avqust
35 illiyi
Eldar Xəlilov
1976-1995
Milli
Qəhrəman
19
235
İsfəndiyаr Аslаn оğlu Cаvаnşirоv
(Хаn Şuşinski) 1901-ci il avqust
ayının 20-də Şuşа şəhərində аnаdаn
оlmuşdur. Qаrаbаğ хаnəndəlik mək-
təbinin nаdir simаlаrındаn biridir. Оn
аltı yаşındа оlаrkən о, ustаdı İslаm
Аbdullаyеvlə birgə iştirаk еtdiyi
məclisdə “Kürdü-Şаhnаz” muğаmını hеyrətаmiz bir
tərzdə ifа еtdiyinə görə müəllimi оnа “Хаn Şuşinski”
аdını vеrmişdir. Хаnın bir хаnəndə kimi yеtişməsində,
həmçinin Cаbbаr Qаryаğdıоğlunun və Sеyid Şuşins-
kinin də böyük təsiri оlmuşdur. 1920-ci ildə Bаkıyа
gələrək öz ifаçılıq fəаliyyətini dаhа dа gеnişlən-
dirmişdir. Оnun ifаsındа səslənən “Rаst”, “Şur”,
“Mirzə Hüsеyn sеgаhı”, “Sеgаh Zаbul”, “Kürdü-
Şаhnаz” muğаm dəstgаhlаrı, “Hеyrаtı”, “Qаrаbаğ
şikəstəsi” ritmik muğаmlаrı, həmçinin bir çох təsnif
və хаlq mаhnılаrı musiqi fоnоtеkаmızın qızıl fоndunа
dахil оlmuşdur.
1960-cı ildə Аzərbаy-
cаn Dövlət Filаrmоniyа-
sının nəzdində “Muğаm
studiyаsı” yаrаtmış və bu-
rаdа gənc хаnəndələrə mu-
ğаmın sirlərini öyrətmişdir.
О, həmçinin Аsəf Zеynаllı
аdınа Musiqi Məktəbində
də dərs dеmişdir. Хаn əsl
yаrаdıcı sənətkаr kimi milli
musiqi
хəzinəsini yеni
mаhnılаrlа zənginləşdirmiş-
dir. Bu bахımdаn оnun
“Qəmərim”, “Şuşаnın dаğ-
lаrı” mаhnılаrı dillər əzbəri
оlmuşdur.
Böyük хаnəndə 1979-
cu il mаrtın 18-də Bаkıdа
vəfаt еtmişdir.
Ədəbiyyаt
Аbdullаyеvа, Y. Muğаm sənətinin Хаnı /Y.Abdullayeva //Mədəni-Mааrif.- 2008.-
№8.- S.5-7.
Vаhаbzаdə, B. Muğаmlаr bаrədə bir nеçə söz /B.Vahabzadə //B.Vahabzadə.
Sаdəlikdə böyüklük.- Bakı, 1978.- S. 42-54.
Xan Şuşinski //Muğаm еnsiklоpеdiyаsı; Heydər Əliyev Fondu /rеd. hеy. sədri, bаş
rеdаktоr Mеhribаn Əliyеvа.- Bakı, (ili yохdur).- S.188-189.
Məmməd Məmmədov
Avqust
110 illiyi
Хаn Şuşinski
1901-1979
Xanəndə
20
236
Fazil Umud oğlu Mehdiyev
1966-cı il avqust ayının 20-də Laçın
rayonunun Ələçi kəndində doğul-
muşdur. O, körpə olarkən, ailəsi
Ağdam rayonunun Abdal-Gülablı
kəndinə köçmüşdür.
1984-1986-cı illərdə hərbi xid-
mətdə olmuşdur.
Sverdlovsk şəhərində hərbi xidmətini nümunəvi
başa vurub, ailəsinin yaşadığı Abdal-Gülablı kəndinə
qayıtmışdır. Bir müddət burada qaldıqdan sonra işlə-
mək üçün Rusiyaya getmişdir. Sonra Vətənə qayıdıb
sürücülük peşəsinə yiyələnmişdir.
O, Abdal-Gülablıda yerləşən sanatoriyada sürücü
işləmişdir. Bu vaxtlar erməni yaraqlıları Şuşaya,
Laçına Kərkicahana gedən avtobusları gülləbarana
tutur, əhalini öz yurd-yuvalarından didərgin salmağa
çalışırdılar.
Fazil bu hadisələr başlayan gündən əlinə silah
götürmüşdü. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər
Şöbəsində yaradılmış polis batalyonuna yazılmışdır.
Tezliklə onun sorağı ən ağır, ən çətin döyüşlərdən
eşidilməyə başlamışdır.
1991-ci ildə Ağdərənin Canyataq, Mehmanə,
Qazançı, Sırxavənd kəndlərində gedən qızğın dö-
yüşlərdə iştirak etmişdir. Qaradağlı kəndində ayağın-
dan ağır yaralanmışdır. Lakin bunu ailəsinə bildirmə-
mişdir. Yarası hələ tam sağalmamış, döyüş yoldaşları-
nın yanına qayıtmışdı.
F.Mehdiyev 1991-ci
ilin avqustunda ermənilərin
“Niva” markalı bir maşınını
ələ keçirib, Ağdam Rayon
Polis Şöbəsinə təhvil ver-
mişdir.
1991-ci il sentyabrın
23-dən 24-nə keçən gecə
ermənilər böyük qüvvə ilə
Abdal-Gülablı kəndinə hü-
cuma keçmişdilər. O, bu
xəbəri eşitcək, dostu Saleh-
lə maşına minib köməyə
tələsmişdi. Ermənilər Ağ-
damdan gələn yolda pusqu
qurmuşdular. Fazil yoldan
keçərkən Ağbulaq kəndi
yaxınlığında qəfil hücuma
məruz qalmışdı. O, bu dö-
yüşdə faciəli şəkildə həlak
oldu.
Subay idi.
Azərbaycan Respubli-
kası Prezidentinin 8 okt-
yabr 1992-ci il tarixli 264
saylı Fərmanı ilə Mehdiyev
Fazil Umud oğluna ölü-
mündən sonra “Azərbay-
canın Milli Qəhrəmanı” adı
verilmişdir.
Avqust
45 illiyi
Fazil Mehdiyev
1966-1991
Milli
Qəhrəman
20
237
Ağdam rayonunun “Qarağacı” qəbiristanlığında
dəfn edilmişdir.
Bakının Nəsimi rayonunda büstü qoyulmuşdur.
Səbail rayonunda isə onun adına küçə var.
Ədəbiyyat
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına
Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında: Mehdiyev Fazil Umud oğlu-
polis nəfəri - [Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün
qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi
igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr
1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).
Abbasoğlu, B. Gülablı qartalı /B.Abbasoğlu //Ölərkən dünyaya gələn oğullar.-
Bakı, 2004.- S.199-212.
Əsgərov, V. Mehdiyev Fazil Umud oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.130.
İsmayılov, İ. Fazil Umud oğlu /İ.İsmayılov //Nəsimi rayonunun şəhidləri.- Bakı,
1997.- S.30.
Mehdiyev Fazil Umud oğlu: (1966-1991) //Azərbaycanın Milli Qəhrəmanları
/tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.129.
Zeynalov, R. Mehdiyev Fazil Umud oğlu: (1966-1991) /R.Zeynalov
//Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.82.
İnternetdə
www.az.wikipedia.org
www.zengilan.com
Nailə Alışova
238
Avqust
Cəbrayılın işğalı günü
23
Ərazisi – 1,05 min km
2
Əhalisinin sayı –71,5 min nəfər
İnzibati mərkəzi - CƏBRAYIL
İşğal tarixi – 23.08.1993
Neçə ildir həsrətini çəkdiyimiz rayonlardan biri də
Cəbrayıldır. Bu torpaq onlarla tarixi abidənin məskəninə
çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma
sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəb-
rayıl milli aşıq-ozan sənətimizin baniləri - Dirili Qurbani-
nin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətə-
nidir.
23 avqust 1993-cü ildə Şuşada, Laçında, Ağdamda
olduğu kimi, Cəbrayılda da köməyə ehtiyac duyurdular.
Hərbi taktika, strategiya, vahid komanda altında birləşmə, irəliləmə yox idi. Demək
olar, hərə öz gücünə güvənir, fərdi qaydada intiqam almağa çalışırdı. Cəbrayılın, cəb-
rayıllıların üstünə top, “Alazan”, “Qrad” atəşləri atılırdı. Evlər od tutub yanırdı,
dağılırdı, heç bir günahı olmayanlar qanlarına qəltan edilirdilər, lakin dözürdülər.
Şaqay yüksəkliyi itirildikdən sonra Cəbrayılın başının üstünü qara buludlar aldı.
Rayonun işğalı həmin yüksəklik verilən gündən başladı.
Ümumiyyətlə, döyüşlərdə 180 nəfər həlak olmuşdur. 14 nəfər polis, 60 nəfər
mülki şəxs dünyasını dəyişmiş, 90 nəfərə yaxın isə əsir və itkin düşmüşdür.
Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alımış, 6
nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülmüşdür.
Bu gün müxtəlif təyinatlı obyektlərdə məskunlaşan Cəbrayıl camaatı öz ata-baba
ocaqlarına, şəhidlərin narahat ruhları dolaşan o müqəddəs yerlərə qayıdacaqları günü
həsrətlə gözləyirlər. Ahıllar “məni doğma torpağımızda dəfn edin” deyə-deyə
dünyalarını dəyişirlər. Gənclər ailə qururlar. Amma hamı gələcəyə ümidlə baxır.
Təki inam ölməsin!
239
Avqust
Füzulinin işğalı günü
23
Ərazisi - 1,39 min km
2
Əhalisinin sayı-113,7 min nəfər
İnzibati mərkəzi – FÜZULİ
İşğal tarixi- 23.08.1993
Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı
Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə
təşkil olunmuş və Qaryagin adlandırılmışdır.
1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd
Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin
rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırıl-
mışdır. Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu
ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qa-
rabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə
tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. Hər
bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair
tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışmışlar. Zəbt edilmiş
torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin
bir daha sübutudur. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə
minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin
düşmüşdür. Füzuli rayonunun əhalisi Qarabağ müharibəsində ən çox itkin və şəhid
verən rayondur. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər
müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq
zərər çəkmiş, onlardan 155 nəfəri valideynlərini itirmişdir. Müharibənin əsas ağırlı-
ğını Qacar, Divannalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış,
Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xə-
ləfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər. Avqustun 23-ü 1993-cü ildə ecazkar
Füzuli torpaqları da girov düşdü, əsir alındı.
Hazırda 51 kənd və rayon mərkəzi erməni tapdağı altında zillət çəkir, 55 min
nəfərə yaxın rayon sakini köçkün həyatı yaşayır. Ümid edirik ki, işğal olunmuş
torpaqlarımız yaxın zamanlarda erməni zülmündən azad ediləcək. Minlərlə köçkün
öz yurd-yuvalarına qayıdacaq. O gün gələcək ki, Füzuli rayonu yenidən öz əvvəlki
qüdrətini, əzəmətini bərqərar edəcək.
240
Seyfəddin Əliağa oğlu Abbasov
1921-ci il avqust ayının 27-də Abşe-
ronun Xızı kəndində yoxsul kəndli
ailəsində anadan olmuşdur. 1927-ci
ildə Bakıda yeddiillik məktəbi
bitirdikdən sonra N.Nərimanov
adına Sənaye Texnikumunun Kimya
fakültəsində təhsil almışdır. Tələbə
ikən “Kommunist” qəzeti redaksiya-
sında korrektor, sonralarsa ədəbi işçi, şöbə müdiri və
məsul katib vəzifələrində işləmişdir. 1956-cı ilin
avqustundan 1959-cu ilin aprel ayınadək Dövlət Ra-
dio və Televiziya Komitəsində baş redaktor, sonra
Bakı Televiziyasının direktoru və sədr müavini vəzi-
fələrində çalışmışdır. “Kirpi” jurnalının baş redaktoru
olmuşdur. 1971-ci ilin oktyabrında “Azərbaycanfilm”
kinostudiyasında ssenari redaksiyasının üzvü, 1980-ci
ilin mayından ömrünün sonunadək “Yazıçı” nəşriy-
yatında redaktor vəzifəsində işləmişdir. Ədəbi yara-
dıcılığa 1938-ci ildən respublika dövri mətbuatında
çap etdirdiyi felyetonlarla başlamışdır. İkinci Dünya
müharibəsi dövründə onun felyetonları və satirik he-
kayələri “Vətən uğrunda” jurnalında “Ədəbiyyat qə-
zeti”ndə və Təbrizdə “Vətən yolunda” adlı hərbi qə-
zetdə çap olunurdu. 1948-ci
ildə Azərbaycan Dövlət
nəşriyyatı onun “Dəniz kəş-
fiyyatçısı” adlı əsərini nəşr
etmişdi. Onun dram əsərləri
- “Adı sənin, dadı mənim”,
“Aydınlığa doğru”, “Mən-
ziliniz mübarək”, “Təzə gə-
lin”, “Kölgələr pıçıldaşır”
respublika teatrlarında ta-
maşaya qoyulmuşdur. “Ba-
har kimi solmaz” ədəbi
ssenarisi əsasında film çə-
kilmişdir. Əsərləri rus və
keçmiş sovet xalqlarının
dillərinə tərcümə olunmuş-
dur. Vətən qarşısında xid-
mətlərinə görə 12 medalla
təltif edilmişdir.
1983-cü il yanvar ayı-
nın 28-də vəfat etmişdir.
Bakı küçələrindən birinə
onun adı verilmişdir.
Ədəbiyyat
Mənziliniz mübarək /S.Dağlı.- Bakı: Yazıçı, 1981.- 279 s.
Məşəl yanır /S.Dağlı.- Bakı: Yazıçı, 1985.- 360 s.
Şirin duz /S.Dağlı.- Bakı: Azərnəşr, 1988.- 216 s.
Bəybala Ələsgərov
Avqust
90 illiyi
Seyfəddin Dağlı
1921-1983
Yazıçı
27
241
Teodor Drayzer 1871-ci il avqust
ayının 28-də İndiana ştatının Teppe-
Xot şəhərində anadan olmuşdur. O,
Amerika yazıçısı, ictimai xadim, Ame-
rika ədəbiyyatında realizmin ən gör-
kəmli nümayəndələrindəndir. Ədəbi
fəaliyyətə 1892-ci ildə jurnalist kimi
başlamışdır. İlk oçerk və hekayələri
1897-ci ildə çap olunmuşdur. 1900-cü ildə “Kerri
bacı”, 1911-ci ildə “Cenni Herhardt” romanlarında
sadə insanların mənəviyyatını pozan Amerika həyat
tərzini tənqid etmişdir.
“Arzular trilogiyası” epopeyasına daxil olan
“Maliyyədə” (1912), “Titan” (1914) və “Dözümlü
adam” (1912) romanlarında Amerika inhisarçı kapita-
lizmi ifşa olunur. 1915-ci ildə yazdığı “Dahi” roma-
nında burjua cəmiyyətində sənətkarın mənəvi faciəsi
göstərilmişdir.
O, 1925-ci ildə Amerika ədəbiyyatında realizmin
zirvəsi olan “Amerika faciəsi” romanını yazmış,
1927-ci ildə isə SSRİ-yə
gəlmiş və 1928-ci ildə
“Drayzer Rusiyaya baxır”
kitabını yazmışdır. Drayzer
fəhlə sinifinin mübarizəsinə
qoşulmuş, 1928-ci ildə “Er-
nita” povestində Amerika
ədəbiyyatında ilk kommu-
nist surətini yaratmışdır.
Drayzer faşizm əleyhinə
mübarizədə iştirak etmişdir.
Drayzerin yaradıcılığı Ame-
rika ədəbiyyatında realiz-
min inkişafına güclü təsir
göstərmişdir. Drayzer 1945-
ci il dekabr ayının 28-də
vəfat etmişdir.
Ədəbiyyat
Cenni Herhardt /T.Drayzer.- Bakı: Maarif, 1988.- 339 s.
Dahi /T.Drayzer.- Bakı: Yazıçı, 1988.- 713 s.
Kerri bacı /T.Drayzer.- Bakı: Maarif, 1987.- 397 s.
Bəybala Ələsgərov
Avqust
140 illiyi
Teodor Drayzer
1871-1945
Amerika
yazıçısı
28
242
İslam dininin müqəddəs bayramları arasında
Ramazan bayramı və ya orucluq müsəlman təqvimi ilə
hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc
əsasən Ramazan ayında tutulduğu üçün ona “Ramazan
orucu” da deyirlər.
Bildiyimiz kimi, qəməri aylar günəş təqvimindəki
aylara nəzərən on gün əvvəl gəlir. Ramazan orucuna hər
il on gün tez başlandığına görə Ramazan ayı təxminən
33 il ərzində sırayla ilin bütün fəsillərini dolaşır, beləliklə, oruc tutacağımız vaxtlar
da dəyişir. Dünyanın hər yerində müsəlmanların olduğunu nəzərə alsaq, müsəl-
manların fərqli mövsümlərdə oruc tutması, hər mövsümün çətinliklərinə alışması və
yoxsulların müxtəlif fəsillərdə çəkdikləri sıxıntıları dərk etməsi ilə əlaqələndirilir.
Hicri təqvimi ilə ilin ayları arasında Ramazan ayı ən şəfqətli və müqəddəs bir ay,
səbr, mərhəmət və bağışlanma ayıdır. On bir ayın sultanı olan Ramazanda müqəddəs
kitabımız “Qurani-Kərim” nazil olmuşdur. Quranın nazil olduğu gecə “qədir” və ya
“əhya” gecəsi adlanır. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının son 10
gecəsindən birinə təsadüf edir. Allah-Təala müqəddəs Quranda Bəqərə surəsinin
183-cü ayəsində belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki
ümmətlərə vacib buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, bəlkə bunun
vasitəsilə pis əməllərdən çəkinəsiniz!”
Ramazanda hamı eyni vaxtda oruc tutur, birlikdə namaz qılır və bununla
insanların Xaliq qarşısında bərabərliyi bir daha təsdiqlənir.
Orucluğun başa çatdığı gün bayram edilir. Həmin gün bütün müsəlmanlar bir-
birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar
oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanların sayına görə təqribən 3
kiloqram buğda, un, yaxud xurma miqdarında kasıblar üçün fitrə zəkatı verməlidirlər.
Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr ta-
rixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən dövlət sə-
viyyəsində qeyd olunur.
Avqust
Ramazan Bayramı
30
243
Avqust
Qubadlının işğalı günü
31
Ərazisi - 802 km
2
Əhalisinin sayı – 38,1 min nəfər
İnzibati mərkəzi - QUBADLI
İşğal tarixi - 31.08.1993
Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdiril-
məsi, dənizdən-dənizə böyük Ermənistan yaradılması barədə
daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi
idi. Tarixən həm çar, həm də sovet imperiyasının çökməsi za-
manı Dağlıq Qarabağ məsələsi dəfələrlə qaldırılmışdı. Qubadlı,
əslində erməni təcavüzü ilə Qarabağ münaqişəsindən bir qədər
əvvəl üzləşmişdi. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən
qubadlıların dədə-baba torpaqları olan Vəli düzü, Gülü zəmi
kimi gözəl təbiətli yerləri Ermənistana vermək cəhdi münaqişə-
nin örtülü olsa da bünövrəsini qoymuşdu. Lakin Qarabağ münaqişəsinin əsl startı
sovet imperiyasının labüd çökməsi nəticəsində baş verdi.
1988-ci il fevral ayının 6-da Xankəndində ilk erməni mitinqlərindən sonra
Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlanıldı və ilk qaçqın
dalğası Qubadlıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir
edilən azərbaycanlıların bir qismini qubadlılar qəbul etdilər.
Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini
başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədirdilər.
Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, dəhliz açmaq, buradan
separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər.
Avqustun 31-də daha bir faciə törədildi. Qaniçən erməni hərbi birləşmələri ilə üz-
üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk etməli oldu. Avqustun 31-də
Qubadlı bütünlüklə işğal olundu. 30 mindən artıq əhali öz yurd-yuvasından didərgin
düşdü. Var-dövləti başdan aşan rayon mərkəzi və 94 kənd qarət edildi, talandı,
yandırıldı.
244
05:31 20:
1 sentyabr
Gün çıxır
06:33
Gün batır
20:14
30 sentyabr
Gün çıxır
06:06
Gün batır
19:25
Sent
yabr
24 avqust-
23 sentyabr
Qız bürcü
Nişanəsi yerdir.
Günəşin Qızlar
bürcünün keçdiyi
dövrdə doğulanlar
hər işdə aydınlıq,
dəqiqliyin olmasını
istəyirlər.
Dostları ilə paylaş: |