Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

C 1 

Ş 2 

B 3 

Be 4 

Ça 5 

Ç 6 

Ca 7 

C 8 

Ş 9 

B 10 

Be 11 

Ça 12 

Ç 13 

Ca 14 

C 15 

Ş 16 

B 17 

Be 18 

Ça 19 

Ç 20 

Ca 21 

C 22 

Ş 23 

B 24 

Be 25 

Ça 26 

Ç 27 

Ca 28 

C 29 

Ş 30 

B 31

 

   2011      



 

      Əlamətdar və  

      tarixi günlə

Milli Mətbuat və Jurnalistika 

Günü 

   

1991-ci il iyulun 5-dən Azərbaycanın ilk mətbu orqanı 

Əkinçi” qəzetinin nəşrə başladığı gün - iyulun 22-si ölkə 

jurnalistlərinin peşə bayramı kimi qeyd edilir.

 

Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsə



bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator 

mətbəəsində Azərbaycan dilində  “Əkinçi” qəzetinin nəşrinə 

nail olur. Bununla da milli mətbuatın əsası qoyulur. 1877-ci ilin 

29 sentyabrına qədər çapını davam etdirən qəzet ayda iki dəfə 

300-400 tirajla nəşr olunurdu. Bu illər  ərzində  qəzetin 56 

nömrəsi çıxıb.

 

 

 



 

2.    Azərbaycan Pоlisi Günü   

22.  Milli Mətbuat və Jurnalistika Günü 

23.  Ağdam  rayonunun işğalı günü 



 

 

 

 

 

 



 

 


194 

İyul -


 Qriqorian təqvimi ilə ilin yeddinci ayıdır. 31 gündən ibarətdir. 

 

 



   Milli ədəbiyyat

 

 

   Nasir  Azayev  Əlisəfa Soltan oğlunun (01.07.1951) anadan olmasının  



60 illiyi 

Nasir, “Qızıl qələm” mükafatı laureatı Rəhimov Arif Süleyman oğlu-

nun (Şamo Arif) (09.07.1936) anadan olmasının 75 illiyi 

       Xarici ədəbiyyat 

         Fransız  şairi Lafonten Janın (08.07.1621-13.04.1695) anadan 

olmasının 390 illiyi 

İngilis dramaturqu, Nobel mükafatı laureatı  Şou Corc Bernardın 

(26.07.1856-02.11.1950) anadan olmasının 155 illiyi 

Türk yazıçısı, dövlət xadimi Uşaqlıgil Xalid Ziyanın (31.07.1866-

27.03.1945) anadan olmasının 145 illiyi 

Tarixi  günlər 

Azərbaycan Pоlisi Günü  (02.07.1998) 

Bakı-Sabunçu-Suraxanı  xəttində SSRİ-də ilk dəfə olaraq elektrik 

qatarının hərəkət etməsinin (06.07.1926) 85 illiyi 

Məhəmməd Əleyhissalamın (s.) mövludu (08.07) günü 

Milli Mətbuat və Jurnalistika Günü (22.07.1875) 

Almaniya SSRİ-yə hücum etmişdir (22.07.1941) 

Ağdam  rayonunun işğalı (23.07. 1993) günü 

       Milli Qəhrəmanlar 

         Azərbaycanın Milli Qəhrəmanı Kərimov Kərim Məhəmməd oğlunun  

         (02.07.1971-05.05.1992) anadan olmasının 40 illiyi 


195 

Azərbaycanın Milli Qəhrəmanı Zülfüqarov Samir Xəlil oğlunun 

(03.07.1976-17.03.1995) anadan olmasının 35 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Sadıq Dayandur oğlunun 

(29.07.1961-13.04.1992) anadan olmasının 50 illiyi 

    Siyasət. Hərbi iş 

     Azərbaycan Respublikası Fövqəladə Hallar naziri Heydərov  

     Kəmaləddin Fəttah oğlunun (15.07.1961) anadan olmasının 50 illiyi 

  

      Tarix 

          Azərbaycan tarixçisi Tağıyeva Şövkət Əzizağa qızının (11.06.1926)  

          anadan olmasının 85 illiyi 



     Mədəniyyət. Maarif. Təhsil  

       Ziyalı, jurnalist, alim və ictimai xadim Şahtaxtinski  İsasultan 

Nəcəfqulu oğlunun (05.07.1851-18.10.1894) anadan olmasının  160 

illiyi 


Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki, Əməkdar ali 

məktəb işçisi Əhmədov Hüseyn Mustafa oğlunun (17.07.1926) anadan 

olmasının 85 illiyi 

    Mühəndis işi. Texnika  

      Əməkdar elm xadimi, istilik texnikası sahəsində alim Məmmədov 

Əliqulu Məmmədqulu oğlunun (09.07.1906-10.03.1982) anadan olma-

sının 105 illiyi 

Əməkdar mühəndis, neftçi-geoloq Səmədov Fuad İbrahim oğlunun 

(09.07.1926-22.12.1969) anadan olmasının 85 illiyi 

Əməkdar elm və texnika xadimi, maşınqayırma texnologiyası sahə-

sində alim Mustafayev Əbdüləli Cabbar oğlunun (23.07.1906) anadan 

olmasının 105 illiyi 


196 

AMEA-nın Neft və Qaz yataqları Problemləri  İnstitutunun direktoru, 

texnika elmləri doktoru, professor Abbasov Midhət Teymur oğlunun 

(31.07.1926) anadan olmasının 85 illiyi 



    Riyaziyyat. Fizika 

      Riyaziyyatçı alim, professor Rəsulov Məcid Lətif oğlunun 

(09.07.1916-11.02.1993) anadan olmasının 95 illiyi 

Coğrafiya. Geologiya. 

Rus alimi, səyyah və etnoqraf  Mikluxo-Maklayın (17.07.1846- 

     14.04.1888) anadan olmasının 165 illiyi 

    Kimya. Biologiya 

      Kimyaçı alim, Dövlət mükafatı laureatı Rəfiyev Mahmud 

 Məmmədtağı oğlunun (20.07.1916) anadan olmasının 95 illiyi 

      Musiqi 

        Xalq artisti, müğənni Kərimova Flora Ələkbər qızının (23.07.1941) 

       anadan olmasının 70 illiyi 

    Teatr. Kino 

      İtalyan kino rejissoru və kino aktyoru De Sika Vittorionun 

(07.07.1901-14.11.1974) anadan olmasının 110 illiyi 

Əməkdar incəsənət xadimi, kino operator İsmayılov Rasim Rza 

oğlunun (13.07.1936) anadan olmasının 75 illiyi 

Xalq artisti Mustafayeva Sədayə  İsmayıl qızının (15.07.1926-

13.08.2004) anadan olmasının 85 illiyi 

    Rəssamlıq. Heykəltəraşlıq  

      Xalq  rəssamı  Nərimanbəyov Vidadi Yaqub oğlunun (13.07.1926-

2001) anadan olmasının 85 illiyi 


197 

Holland boyakarı  və qrafiki Rembrandt Harmens Van Reynin 

(15.07.1606-04.10.1669) anadan olmasının 405 illiyi 

Azərbaycanın Xalq rəssamı, qrafik Rəhmanzadə Maral Yusif qızının 

(23.07.1916-16.03.2008) anadan olmasının 95 illiyi 

Rus boyakarı  və qrafiki, Xalq rəssamı Reşetnikov Fyodor Pavloviçin 

(26.07.1906-1988) anadan olmasının 105 illiyi 

      Fəlsəfə

 

        Alman filosofu, riyaziyyatçı, fizik, hüquqşünas Leybnits  



                        Qotfrid  Vilhelmin (01.07.1646-14.11.1716) anadan olmasının 365  

                         illiyi 



     İdman  

      Əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim, boksçu Ağalarov 

Abbas Fərhad oğlunun (15.07.1911-05.03.1969) anadan olmasının 100 

illiyi 


 

198 

 

Kərim Məhəmməd oğlu Kərimov  



1971-ci il iyul ayının 2-də Şərur rayo-

nunun Qarahəsənli kəndində anadan 

olmuşdur.  

Orta məktəbi bitirdikdən sonra Tü-

menə getmiş və Ali Hərbi Mühəndis - 

Komandirlər Məktəbinə  qəbul olun-

muşdur. Siyasi və hərbi  hazırlıq əlaçısı idi. Ürəyi hər 

zaman Vətən eşqi ilə döyünürdü.  

Qarabağda hadisələr  şiddətlənəndə onunla təhsil 

alan 15 nəfər azərbaycanlı kursantı ətrafına  toplayaraq 

“Uşaqlar, bu gün Vətənimizin ağır günüdür. Ölkənin 

hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz 

günahsız  insanların Qarabağda axıdılan qanına biganə 

qalsaq, onda torpaq bizi bağışlamaz” demişdi. 

Beləliklə, Tümen Ali Hərbi Mühəndis-Komandirlər 

Məktəbinin son kursunda təhsil alan tələbələr 

Azərbaycana qayıdıb, təhsillərini Bakı Ali Birləşmiş 

Komandirlər Məktəbində davam etdirirlər. Onlar 

Biləcəridə  təlim keçdikdən sonra aprelin 15-də 

Goranboy rayonuna yola düşürlər.  İlk gündən 

“Tümendən gələn zabit” kimi  tanınan 21 yaşlı 

K.Kərimov  istehkamçılar bölməsinə komandir təyin 

olunur. O, verilən bütün tapşırıqları itki vermədən, 

layiqincə yerinə yetirirdi. 

1992-ci il mayın 1-də Tap-Qaraqoyunlu kəndi 

ətrafında minalanmış sahələrin  zərərsizləşdirilməsi 

əməliyyatı başlanmışdı.  Əməliyyat zamanı bir nəfər 

əsgərimiz yaralanmışdı. Döyüşçüyə birinci qrup qan 

lazım olanda ilk dəfə Kərim özü  qan vermişdi. Mayın 

5-də  Kərim bir neçə döyüş 

yoldaşı ilə birlikdə quldurlar 

yuvası Talış  təpəsinə qalx-

mış, onların döyüş hünəri 

sayəsində 40 nəfərə yaxın 

erməni qulduru məhv edil-

mişdi. Bölmə döyüşə-döyü-

şə  yüksəkliyi  ələ keçirir. 

Səhər saat 5 radələrində Ta-

lış  kəndindən baş qaldıran 

düşmən, güclü  hərbi texni-

kanın köməyilə onları mü-

hasirəyə salır.  Şiddətli dö-

yüş başlanır. Kərim öz avto-

matını yoldaşına verir və 

qumbaraatanla hücuma ke-

çir. Düşmənin bir döyüş 

maşını  vurulur. İkinci ma-

şına atəş açılanda artıq Kə-

rim yaralanmışdı. O, əsir 

düşməmək üçün odlu siqnal 

fişəngini sinəsinə  sıxır. 

Erməni quldurları  Kərimin 

və onun bir neçə döyüş 

yoldaşının cəsədlərini götü-

rüb aradan çıxartmışdılar. 

İyunun 12-də  kəndlərin 

erməni silahlı quldur dəstə-

lərindən təmizlənməsi  əmə-

liyyatı başlanıldı. Qısa müd-

 

İyul  



 

40 illiyi 

Kərim Kərimov      

  1971-1992  

 

 

 



Milli 

Qəhrəman 



199 

dət ərzində 14 kənd geri alındı. Ayın 16-da səhər 12-

də Talış kəndinin azad olunması barədə əmr veriləndə 

Kərimin atası və əmisi də döyüşlərə qoşulmuşdu. Milli 

Ordumuzun tutduğu iki erməninin köməyi nəticəsində 

Kərimin fermanın yanında basdırılmış  cəsədi tapıldı. 

Onun cəsədi Gəncə aeroportuna gətirilərək Naxçıvana 

yola salındı. 

1992-ci il mayın 5-də Goranboy döyüşlərində 

qəhramancasına  şəhid olmuş  Kərim Kərimov iyunun 

17-də doğma kəndi Qarahəsənlidə torpağa tapşırıldı. 

Subay idi. 

Azərbaycan Respublikası 

Prezidentinin 11 sentyabr 

1992-ci il tarixli 193 saylı 

Fərmanı ilə Kərimov Kərim 

Məhəmməd oğlu ölümün-

dən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” adına la-

yiq  görüldü.  Qarahəsənli 

kəndində onun büstü qoyu-

lub. Goranboy və  Şərur ra-

yonlarında adına məktəb və 

küçə var. 

                        

Ədəbiyyat 

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Kərimov Kərim 

Məhəmməd oğlu - istehkamçılar bölməsinin komandiri - Azərbaycan Respublikasının 

suverenliyinin və  ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının 

erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə  qəhrəmanlıqla 

vuruşaraq göstərdiyi  şəxsi igidlik və  şücaətə, öz müqəddəs  əsgəri və xidməti 

borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə]: Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 

sentyabr.- S.1.- (Ölümündən sonra). 

 

Əsgərov, V. Kərimov Kərim Məhəmməd oğlu /V.Əsgərov //Azərbaycanın Milli 



Qəhrəmanları.- Bakı, 2005.- S.112-113. 

Yusifoğlu,  İ. Yarımçıq ömrün son  akkordu /İ.Yusifoğlu  //Ölümü tanrıdan 

gələnlər.- Bakı, 1999.- S.10-14.   

Kərimov Kərim Məhəmməd oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.133.                                    

          

Saqibə Mehrəliyeva 


200 

 

       Samir  Xəlil oğlu  Zülfüqarov  



1976-cı il iyul aynın 3-də  Dəvəçi 

rayonunun Ağbaş kəndində anadan 

olmuşdu. O, səkkizinci sinifə kimi 

burada oxumuşdu. Ailə  vəziyyəti 

ağır olduğu üçün, məktəbi yarımçıq 

qoyaraq atası ilə  bərabər işləmiş, 

ailələrinə dayaq olmuşdu. 1994-cü ilin avqustunda 

Dəvəçi rayon Hərbi Komissarlığı  tərəfindən Milli 

Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdi. 

    Samir  Zülfüqarov  Yaşma qəsəbəsində yerləşən 

hərbi hissələrin birində xidmət etmişdi. Komandirləri 

nizam-intizamlı, nümunəvi  əsgər olduğunu nəzərə 

alaraq ona qısamüddətli məzuniyyət vermişdilər. Bu 

vaxt respublikada vəziyyət yenidən gərginləşmişdi. 

Bir qrup cinayətkar ünsürlərdən ibarət silahlı  dəstə 

hakimiyyəti ələ keçirmək üçün dövlət çevrilişi etmək 

istəyirdi. Baş verən hadisələrə biganə qala bilməyən 

Samir, məzuniyyətini yarımçıq qoyub döyüş yoldaş-

larının yanına qayıtmışdı. Milli Ordunun əsgərləri 

dövlət çevrilişinə cəhd edən qüvvələrlə üz-üzə dayan-

mışdı. Onlarla aparılan danışıqlar nəticə vermədi. Qan 

töküldü. Samir dövlətçiliyimiz, suverenliyimiz uğrun-

da canını qurban verdi. 17 

mart 1995-ci ildə o əbədiy-

yətə qovuşdu. 

   Subay idi. 

   Azərbaycan Respublikası 

Prezidentinin 4 aprel 1995-

ci il tarixli 307 saylı  Fər-

manı ilə Zülfüqarov Samir 

Xəlil oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmiş-

dir. 


   Dəvəçi rayonunun Ağbaş 

kəndində dəfn edilmişdir. 

   Dəvəçi rayon 3 saylı orta 

məktəb onun adını daşıyır. 

Məktəbdə büstü qoyulmuş-

dur. 


 

 

 

 

 

Ədəbiyyat 

Əsgərov, V. Zülfüqarov Samir Xəlil oğlu /V.Əsgərov  //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.219. 

Zülfüqarov Samir Xəlil oğlu //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya 

/tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.203. 

 

                                                             Bəybala Ələsgərov               



 

İyul  


 

35 illiyi 

 

 

Samir Zülfüqarov 



1976-1995 

 

 



 

 

 



Milli 

Qəhrəman 



201 

 

Arif Süleyman oğlu Rəhimov 



(Şamo Arif) 1936-cı il iyul ayının 

9-da Qubadlı rayonunun Əyin 

kəndində anadan olmuşdur. O, qar-

daşının xatirəsini əziz tutaraq, özü-

nə  Şamo Arif təxəllüsünü götür-

müşdür. 


 Bakıda 7 saylı orta məktəbi 

bitirdikdən sonra 1954-1959-cu illərdə Azərbaycan 

Dövlət Neft və Kimya İnstitutunun Geoloji Kəşfiyyat 

fakültəsində  təhsil almışdır. 1959-2003-cü illərdə 

Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat Layihə 

İnstitutunda kollektor-fəhlə, texnik, baş mexanik, 

mühəndis, aspirant, baş mühəndis, kiçik elmi işçi, baş 

elmi işçi, aparıcı elmi işçi, eyni zamanda 

“Azərekspertiza” Birliyinin direktoru vəzifələrində 

işləmişdir. 1965-ci ildə o, ölkəmizdə ilk dəfə olaraq 

“Yer səthinin geotekton inkişafının öyrənilməsində 

Elektron Hesablama Maşınlarının tətbiqi” mövzusun-

da namizədlik dissertasiyası müdafiə edib. Neft geolo-

giyasına dair 50-dək elmi məqalələrin, “Xəzər və 

neft” adlı elmi-kütləvi monoqrafiyanın müəllifidir. 

Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan qadını” 

jurnalında çap olunan “Qoşa çinar”  hekayə-əfsanəsi 

ilə başlamışdır. Çoxlu sayda roman, povest və 

hekayələrin müəllifi olan  Şamo Arifin əsərləri dövri 

mətbuatda da vaxtaşırı  dərc edilmişdir. Bu əsərlər 

arasında “Səhra”, “Mənim payız çiçəyim”,  

 

 



 

“Qınamayın məni”, “Ki-

şi kimi olmalı” və digər-

lərini göstərmək olar.   

“Qınamayın məni” ro-

manının motivləri  əsasında 

yazdığı pyes səhnələşdiril-

mişdir.  Şamo Arif  “Qızıl 

qələm” mükafatına layiq 

görülmüşdür.  

1990-cı illərdə baş verən 

ictimai-siyasi hadisələr 

haqqında mülahizələri ölkə-

də və xarici mətbuatda dərc 

olunmuş, efirdə yayılmış-

dır. Bakıda Qanlı Yanvar 

günlərində “Azadlıq” ra-

diosu ilə “İnsanlığa bəla gə-

lir”, “Qorbaçova açıq mək-

tub” ittiham bəyanatlarına 

etiraz  əlaməti olaraq Kom-

munist partiyası  sıralarını 

tərk etdiyinə görə  təqib 

olunmuş, tutduğu vəzifə-

lərdən kənar edilmişdir. 

Sonradan ona qarşı  səhvən 

cinayət işi açılması  rəsmən 

etiraf edilsə  də, uzun müd-

dət işsiz qalmışdır. Nəhayət 

1995-ci ildə öz doğma 

 

İyul  


 

75 illiyi 

Şamo  Arif  

  1936 


 

 

 



Yazıçı 



202 

institutuna bərpa olunmuşdur.  

Hazırda orada geoloji-kəşfiyyat ümumiləşdirilməsi 

laboratoriyasında aparıcı elmi işçidir. 



 

Ədəbiyyat 

 

     Dədə Süleyman dünyası: Xatirələr /tərt. ed. və ixtis. red. Şamo Arif; red. Əbülfəs 



Naxçıvanlı.- Bakı: Maarif, 2002.- 400 s. 

    Qınamayın məni... : [Roman] /Ş.Arif; red. M.Ələkbərli.- Bakı: Gənclik,  1992.-   

516 s.  

     Etiraflarla tarixi həqiqətləri xatırlayarkən: Azərbaycanın özü qədər əbədi  /Ş.Arif 

//Azərbaycan. - 2008.- 29 aprel.- S.4. 

 

İnternetdə 

 

www.anl.az 

www.bizimyol.az 

www.gelgor.azeriblog.com 

 

 

Nailə Alışova  



203 

 

 

 

   Rembrandt  Harmens  Van  Reyn 

1606-cı il iyul ayının 15-də    Ley-

den şəhərində dəyirmançı ailəsində 

doğulmuşdur. Bir müddət Leyden 

Universitetində oxumuş (1620), 

sonralar Leydendə Y.Van Svanen-

bürxdən (təqr. 1620-1623) və 

Amsterdamda P.Lastmandan (1623) rəssamlıq dərsi 

almışdır. 

O, 1627-ci ildə xüsusi emalatxana açmış  və ora 

şagirdlər toplamışdır. Qısa müddətdə  məşhurluq qa-

zanmışdır. 

1627-1631-ci illərdə Leydendə  işləmiş, 1632-ci 

ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın 

Saskiya van Eylenbürx (1634-1642), sonra isə 

Hendrikye Stoffels (təqr. 1649-1663) ilə evlənməsi 

onun sonrakı həyat və yaradıcılığına mühüm təsir gös-

tərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-

tez onun obrazını  əks etdirməsi, hər iki qadının 

həyatdan vaxtsız getməsi və s.). 1630-1640-cı illərin 

əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və 

şəxsi həyatının xoşbəxt çağları olmuşdur. Bu illərdə 

portretlər ustası kimi şöhrət qazanan Rembrandt külli 

miqdarda sifariş almış, yanına çoxlu şagird gəlmişdir. 

Rembrandt yaratdığı portretlərdə (“Doktor Tülpün 

anatomiya dərsi”(1632), “Saskiyanın portreti” (təqr. 

1634), “Saskiya ilə avtoportret” (təqr. 1635 və s.) 

obrazların səciyyəvi cizgilərini məharətlə verə bil-

mişdir. Onun bu dövrdə 

çəkdiyi süjetli kompozisi-

yalarda (“Çarmıxdan endi-

rilmə” (1634), “İbrahimin 

qurban verməsi” (1635), 

“Danaya” (1636), “Samso-

nun gözlərinin çıxardılma-

sı” (1636)) bir tərəfdən ba-

rokko incəsənətinə xas de-

korativ  əlamətlər, digər tə-

rəfdən isə obrazların realist 

şərhi özünü büruzə vermiş-

dir. 1642-ci ildə Rembrandt 

“Gecə gözətçisi” əsərini ba-

şa çatdırmışdır. Rembrandt 

ümumilikdə 250 şəkil, 300 

qravür, 1000 rəsm yarat-

mışdır. 

Sənətşünasların fikrin-

cə, Rembrandtın üç məşhur 

əsəri onun üç üslubundan, 

üç yaradıcılıq manerasın-

dan xəbər verir. Bu əsərlə-

rin birincisi ilə sonuncusu 

arasında 30 illik bir zaman 

məsafəsi var. Birinci əsər- 

“Anatomiya dərsi” 1632-ci 

ildə, ikincisi - “Gecə gözət-

 

   



İyul 

 

405 illiyi 



Rembrandt Harmens Van 

Reyn 


1606-1669 

 

 



 

Holland 


boyakarı 

15 


204 

çisi” 1642-ci ildə, üçüncüsü “Sindiki” tablosu isə 

1661-ci ildə  fırçaya alınmışdır. Böyük zaman 

fasilələrinə baxmayaraq hər üç tabloda eyni ruh 

hakimdir. Bu göstərir ki, Rembrandtın bir üslubu var, 

onun manerası  dəyişməyib, sadəcə  fırçası kamil-

ləşib. “Saksiya  ilə avtoportret” kompozisiyasını 

rəssam 1636-cı ildə çəkmişdir. Əsər Drezden Qalere-

yasının kolleksiyasında saxlanılır.  

Görkəmli rəssam Rem-

brandt Harmens Van Reyn 

4 oktyabr 1669-cu ildə 63 

yaşında vəfat etmişdir.  

 

 

Ədəbiyyat 

 

Rembrandt Harmens Van Reyn (15.07.1606-04.10.1669) //Azərbaycan Sovet 

Ensiklopediyası: 10 cilddə.- Bakı, 1984.- C.8.- S.111. 

 

İnternetdə 

www.antiqbook.com 

www.archive.org 

www.az.wikipedia.org 

www.ekspress.az 

www.filestube.com 



Adilə Abdullayeva 

205 

 

Hüseyn Mustafa oğlu  Əhmədov  



1926-cı il iyul ayının 17-də  Qərbi 

Azərbaycanın qədim Göyçə maha-

lında - Krasnoselo rayonunun Toxluca 

kəndində anadan olmuşdur.  

1947-1951-ci illərdə H.Zərdabi 

adına Kirovabad (Gəncə) Pedaqoji 

İnstitutunun Tarix fakültəsində oxumuş  və oranı 

bitirmişdir. 1958-ci ildə professor Ə.Y.Seyidovun 

rəhbərliyi altında “İbtidai məktəb  şagirdlərinin kom-

munist  əxlaqı  tərbiyəsində nümunənin rolu və ondan 

istifadə etmək yolları” mövzusunda dissertasiya 

müdafiə edərək pedaqoji elmlər namizədi alimlik  

dərəcəsi almışdır.  

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 

1946-cı ildə  “Böyük Vətən müharibəsində (1941-

1945-ci illər) rəşadətli  əməyə görə” medalı ilə  təltif 

edilmişdir. 

1973-cü ildə Azərbaycan SSR “Qabaqcıl maarif 

xadimi” döş nişanı ilə  təltif edilmişdir. 1977-ci ildə 

ona Ali Attestasiya Komissiyası  tərəfindən pe-

daqogika kafedrası üzrə professor adı verilmişdir. 

1972-ci ildə pedaqoji elmlər doktoru, 1977-ci ildə 

SSRİ-nin Maarif əlaçısı,  1978-ci ildə Azərbaycan 

SSR-nin Qabaqcıl maarif xadimi, 1981-ci ildə Azər-

baycan SSR-nin Əməkdar ali məktəb işçisi, 1990-cı 

ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Bey-

nəlxalq PEA-nın akademiki, 1999-cu ildə Rusiya 

Təhsil Akademiyasının xarici üzvü seçilmişdir. 1999-

cu ildə  “Əmək veteranı” adına layiq görülmüşdür. 

2000-ci ildə “Böyük Vətən 

müharibəsində 

qələbənin 

55 illiyi” döş    nişanına la-

yiq görülmüşdür. 

2005-ci ildə Türk Dün-

yası Araşdırmaları Ulus-

lararası Elmlər Akademi-

yası  tərəfindən “Türk Dün-

yasına Hizmet” qızıl medalı 

ilə təltif edilmişdir. 2006-cı 

ildə Amerika Beynəlxalq  

Ekspert və Bioqrafiya 

Araşdırmalar  İnstitutu tə-

rəfindən pedaqogika elmi-

nin məharətli bilicisi elan 

edilmiş  və ona ixtisaslaşdı-

rılmış bilik sertifikatı  gön-

dərilmilşdir.  

Əmək və müharibə ve-

teranı Hüseyn Mustafa oğlu 

Əhmədov özünün zəngin 

elmi-pedaqoji fəaliyyəti ilə 

haqlı olaraq daha bir titul - 

Azərbaycan pedaqoji elmi-

nin ağsaqqalı titulunu qa-

zanmışdır. H.Əhmədov bu 

gün təkcə özünün çoxsaylı 

yetirmələrinin deyil, həm 

də bütünlükdə Azərbaycan 

və MDB ölkələrinin elmi-

 

   


İyul 

 

85 illiyi 



Hüseyn Əhmədov  

1926 


 

 

 



 

Akademik 

17 


206 

pedaqoji ictimaiyyətinin nəzərində pedaqogikanın ko-

rifeylərindən biridir. Azərbaycan Beynəlxalq Univer-

sitetində onun adına pedaqoji muzey yaradılmış, uni-

versitetin  əsaslı kitabxana-

sına onun adı verilmiş  və 

kitabxananın girəcəyində 

onun büstü qoyulmuşdur.  

 

Ədəbiyyat 

 

Seçilmiş pedaqoji əsərləri: 12 cilddə /H.Əhmədov.- Bakı: Təhsil, 2006.- C.1.-



456 s.;  C.2.- 504 s.; C.3.- 440 s.; C.4.- 580 s.; C.5.- 366 s.; C.6.- 284 s.; C.7.- 320 s.; 

C.8.- 320 s.; C.9.- 212 s.; C.12.- 272 s. 

XIX əsr Azərbaycan məktəbi /H.Əhmədov.- Bakı: Nurlan, 2006.- 580 s. 

 

Bəybala Ələsgərov 



207 

 

İyul 


 

 

Ağdamın işğalı günü



Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin