Xarici ədəbiyyat
Alman yazıçısı Qrünberq Karlın (05.11.1891) anadan olmasının 120
illiyi
Tarixi günlər
Prоkurоrluq İşçiləri Günü (01.10.1998)
Bеynəlxalq Ahıllar Günü (01.10.1992)
Xocavənd rayonunun işğalı günü (02.10.2008)
Müəllim Günü (05.10.1996)
Ümumdünya Poçt Günü (09.10.1970)
267
Azərbaycan Respublikası Ali Soveti “Azərbaycanın milli özünümüdafiə
qüvvələri haqqında” Qanun qəbul etmişdir (09.10.1991)
Dövlət Müstəqilliyi Günü (18.10.1991)
Beynəlxalq Kulinariya Günü (20.10.2004)
Birləşmiş Millətlər Təşkilatı Günü (24.10.1945)
Zəngilan rayonunun işğalı günü (30.10. 1993)
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Nəsibov Kamil Balədə oğlunun
(08.10.1946-29.06.1992) anadan olmasının 65 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Bayramov Soltanağa Nəhmət oğlunun
(17.10.1936-23.08.1993) anadan olmasının 75 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Makeyev İqor Vladimiroviçin
(27.10.1971-02.08.1992) anadan olmasının 40 illiyi
Neft
Neftçi Nağıyev Salman Ağaş oğlunun (14.10.1926) anadan olmasının
85 illiyi
Neftçi alim, texnika elmləri doktoru Qasımzadə Məmmədcavad
Süleyman oğlunun (06.10.1911) anadan olmasının 100 illiyi
Fəxri neftçi, dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı
Abbasov Qurban Abbasqulu oğlunun (26.10.1926-14.09.1994) anadan
olmasının 85 illiyi
Mədəniyyət. Maarif. Təhsil
Azərbaycan Respublikasının Təhsil naziri Mərdanov Misir Cumayıl
oğlunun (03.10.1946) anadan olmasının 65 illiyi
Kimya. Biologiya. Tibb
Əməkdar elm xadimi, pedaqoq Əliyev Tamerlan Əziz oğlunun
268
(03.10.1921-1997) anadan olmasının 90 illiyi
Pediator, tibb elmləri doktoru, professor İsrafilova Nilufər Möhsün
qızının (04.10.1926) anadan olmasının 85 illiyi
Tarix. Din
Etnoqraf Nəsirli Məmməd Nəsir oğlunun (24.10.1911-1979) anadan
olmasının 100 illiyi
Musiqi
Xalq artisti, bəstəkar Mustafayev Ramiz Hacı oğlunun (16.10.1926-
10.04.2008) anadan olmasının 85 illiyi
Rus estrada artisti, rejissor, SSRİ Xalq artisti Raykin Arkadi
İsaakoviçin (24.10.1911-17.12.1987) anadan olmasının 100 illiyi
Rəssamlıq. Heykəltəraşlıq
Xalq rəssamı Əliyev Kamil Müseyib oğlunun (22.10.1921-01.03.2005)
anadan olmasının 90 illiyi
Fransız rəssamı Pikasso Pablonun (25.10.1881-08.04.1973) anadan
olmasının 130 illiyi
Teatr. Kino
Xalq artisti Məlikova Nəcibə Haşım qızının (25.10.1921-06.07.1992)
anadan olmasının 90 illiyi
Xalq artisti Quliyev Nurəddin Əzulla oğlunun (Nurəddin Mehdixanlı)
(06.10.1956) anadan olmasının 55 illiyi
Kitabxana işi. Kitabxanaşünaslıq
Biblioqraf, ədəbiyyatşünas, pedaqoq Qəhrəmanov Əliheydər Bala
oğlunun (25.10.1911-23.03.1959) anadan olmasının 100 illiyi
269
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ
Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və
Hadrut rayonlarının bazası əsasında yaradılmışdır.
Rayonun sahəsi 1458 km
2
əhalisi 41216 nəfərdir. Ərazisi
alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd
rayonunun ümumi sahəsi 145647 hektardır. Rayonda bir
şəhər (Xocavənd şəhəri – rayon mərkəzi), iki iri qəsəbə
(Qırmızı bazar və Hadrut), 83 kənd var.
Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada
tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr
hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid
olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın Azıx kəndinin 1 kilometr
cənub-şərqində yerləşir.
Rayon 2 oktyabr 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.
İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx
mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və
ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq
ermənilər tərəfindən daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə
tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ
və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da
kəsilib.
Məlum Qarabağ hadisələri başlayandan sonra Xocavəndin kəndləri işğal olunmuş,
sakinləri respublikamızın 39 rayon və şəhərində məskunlaşmışlar.
Xocavənd qəhrəman rayondur. Yüzdən çox xocavəndli vətən uğrunda döyüşlərdə
şəhid olmuşdur.
Oktyabr
Xocav əndin işğalı günü
2
Ərazisi – 1,46 min km
2
Əhalinin sayı – 41,8 min nəfər
İşğal tarixi - 02.10.1992-ci il
270
Oktyabr ayının 9-u bütün
dünyada poçt sahəsi işçilərinin
peşə bayramı – Ümumdünya
Poçt Günüdür. Ümumdünya
Poçt İttifaqının (ÜPİ) XIV
konqresinin qərarı ilə Ümum-
dünya Poçt Günü 1874-cü ildə
oktyabrın 9-da beynəlxalq poçt
təşkilatı – Ümümdünya Poçt İttifaqı (ÜPİ) yaradılmış-
dır. Ümumdünya Poçt Günü BPİ-yə üzv olan 191
ölkənin hamısında qeyd olunur.
1939-cu ildə ÜPİ-nin Buenos-Ayresdəki Konq-
resində oktyabrın 9-nun ÜPİ Günü kimi qeyd olun-
ması barədə təklif ilk dəfə səslənmişdir. Lakin həmin
toplantıda bu barədə qərar qəbul olunmayıb. Analoji
addım 1969-cu ildə ÜPİ-nin Tokioda keçirilən 16-cı
Konqresində atılmışdır.
ÜPİ Günü beynəlxalq bayram kimi ilk dəfə 1970-ci
ildə qeyd olunmuşdur. 1984-cü ildə ÜPİ-nin Ham-
burqdakı Konqresində poçt işçilərinin peşə bay-
ramının Ümumdünya Poçt Günü adlandırılması ba-
rədə qərar qəbul edilmişdir. Bayram BMT-nin ümum-
dünya və beynəlxalq günlər sisteminə daxildir.
Azərbaycan 1993-cü ilin aprelində ÜPİ üzvlüyünə
qəbul olunub. Bu hadisə respublikanın poçt sahəsi
üzrə fəaliyyətinin genişlənməsinə böyük imkanlar
yaratmışdır. Azərbaycanda poçt sahəsini “Azərpoçt”
Birgə Müəssisəsi təmsil edir. XX əsrin sonunda SSRİ-
nin dağılması və respub-
likamızın müstəqillik əldə
etməsi ilə poçt rabitəsinin
inkişafında da yeni mər-
hələyə start verilmişdir.
Respublikada poçt və elek-
trik rabitəsinin təşkili və
xidmətlərin göstərilməsi
“Azərpoçt” İstehsalat Bir-
liyi tərəfindən həyata ke-
çirilməyə başlanmışdır.
“Azərpoçt” İstehsalat Birli-
yinin sələfi olan “Azər-
poçt” Dövlət Müəssisəsi isə
Azərbaycan Respublikası
Rabitə Nazirliyinin 23
sentyabr 1999-cu il tarixli
151 saylı “Poçt rabitəsi
sahəsində islahatların dava-
mı və strukturun təkmilləş-
dirilməsi haqqında” əmri
ilə yaradılmışdır. Müəssisə,
“Azərpoçt” İstehsalat Bir-
liyinin bazasında yaradıl-
mış və onun hüquqi varisi-
dir.
Oktyabr
Ümumdünya Poçt Günü
1970
9
271
Ədəbiyyat
Azərbaycan Respublikası Prezidentinin Ümumdünya Poçt İttifaqının
Nizamnaməsinin yeddinci Əlavə Protokolunun təsdiq edilməsi haqqında 1 aprel,
2008-ci il Qanunu //Azərbaycan.- 2008.- 17 may.- S. 2.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr
olunmuş “Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır” devizi altında keçirilən
“Azərbaycan poçtu inkişaf yollarında” adlı Beynəlxalq Elmi-Praktik Konfransın
materialları, may 2005-ci il, Gəncə /elmi red. T.M.Mansurov.-Gəncə: Elm, 2005.-
146 s.
Rabitə tarixindən: (Radiotexnika fakültəsinin tələbələri üçün metodik göstəriş)
/elmi red. L.M.Vəliyev; rəyçi. K.Ə.Hacıyev, L.İ.Hüseynova; tərt. İ.H.Tağıyev;
Respublika Tədris-Metodika Mərkəzi; Ç.İldırım adına APİ.- Bakı, 1991- H. I.- 56 s.
İnternetdə
www.az.wikipedia.org
www.az.trend.az
Nailə Alışova
272
Abbas Fəttah oğlu Zamanov
1911-ci il oktyabr ayının 10-da
Naxçıvan Muxtar Respublika-
sının Şərur rayonunun Maxta
kəndində anadan olmuşdur.
1921-1927-ci illərdə Naxçıvan və
Bakı şəhərlərində uşaq evlərində
yaşamışdır. O, Bakı Pedaqoji
Texnikumunu bitirdikdən sonra,
1929-1937-ci illərdə rəhbər komsomol işçisi kimi
çalışmışdır. İki il (1933-1934) “Gənc işçi” qəzeti
redaksiyasında məsul redaktorun müavini vəzifəsində
işləmişdir. Sonra “Ədəbiyyat” qəzetində məsul katib
və Azərnəşrin Bədii ədəbiyyat şöbəsində müdir
(1937-1939) olmuşdur. 1939-cu ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun (indiki APU) Dil-
ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya
müəllimliyə dəvət olunmuşdur.
Abbas Zamanov 1940-1941-ci illərdə M.F.
Axundov adına Opera və Balet Teatrının direktoru
olmuşdur. 1941-ci ildə Teatrın Təbrizə qastrol
səfərinə rəhbərlik etmişdir. İkinci dünya müharibəsi
illərində Ordu sıralarında xidmət etmiş, tərxis
olunandan sonra Azərbaycan Dövlət Universitetinin
Filologiya fakültəsində baş müəllim (1948-1960),
Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun
elmi əməkdaşı (1960-1968), Azərbaycan EA Nizami
adına Ədəbiyyat Muzeyinin direktoru (1968-1971),
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri
(1971-1979) vəzifələrində çalışmışdır. 1979-cu ildən
universitetdə Azərbaycan
ədəbiyyatı tarixi kafedra-
sının professoru olmuşdur.
Ədəbi fəaliyyətə 1937-
ci ildə çap etdirdiyi pub-
lisist və elmi-kütləvi məqa-
lələrlə başlamışdır. Həmin
vaxtdan ölkəmizdə və ölkə-
mizin hüdudlarından uzaq-
larda XX əsr Azərbaycan
ədəbiyyatına dair elmi-təd-
qiqat əsərləri müntəzəm
dərc olunmuşdur. Bolqa-
rıstan, İran, Türkiyə, İraq,
Avstriya və digər ölkələrdə
məqalələri çıxmışdır. “Sa-
bir və müasirləri” monoqra-
fiyası Əsəd Behrənginin
tərcüməsində
Təbrizdə,
“Cəlil Məmmədquluzadə”
oçerki Ələkbər Qəhrəma-
ninin tərcüməsində Teh-
randa fars dilində nəşr
olunmuşdur. Türk dil Quru-
munun (Türkiyə) müxbir
üzvü (1971), Konya və
Səlcuq Universitetlərinin
(Türkiyə) fəxri doktoru
(1988) seçilmişdir.
Oktyabr
100 illiyi
Abbas Zamanov
1911-1993
T ənqidçi
10
273
Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərmiş,
Cəlil Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev,
N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli,
S.Ə.Şirvani, S.M.Qənizadə və Q.Zakirin əsərlərini rus
və Azərbaycan dillərində tərtib və nəşr etdirmişdir. O,
M.Ə.Sabir, H.Cavid haqqında xatirə və məqalələri
toplayıb ön sözlə “Sabir xatirələrdə” (1982), “Cavidi
xatırlarkən” (1982) adı ilə kütləvi tirajla çap etdir-
mişdir.
Abbas Zamanov 1968-ci ildə filologiya elmləri
doktoru, professor (1971), Azərbaycanın Əməkdar
elm xadimi (1980), 1982-ci ildən Azərbaycan Yazı-
çılar Birliyinin üzvü, Azər-
baycan EA müxbir üzvü
(1983) olmuşdur. I dərəcəli
“Vətən müharibəsi” ordeni,
döyüş xidmətlərinə görə
medalı və bir sıra digər me-
dallarla təltif edilmişdir.
1993-cü il aprelin 1-də
vəfat etmiş, Fəxri Xiyaban-
da dəfn olunmuşdur.
Ədəbiyyat
Seçilmiş əsərləri /A.Zamanov.- Bakı: Çinar-çap, 2003.- 310 s.
Bu dünyadan Rəsul Rza gəlib keçdi: məqalələr-xatirələr /A.Zamanov.- Bakı:
MBM, 2008.- 71 s.
Müasirləri Abbas Zamanov haqqında /topl. Tərt. və müqəd. İ.Həbibbəyli.- Bakı:
Çinar-çap, 2003.- 333 s.
Əhmədov, T. Abbas Zamanov /Teymur Əhmədov //XX əsr Azərbaycan yazıçıları:
ensiklopedik məlumat kitabı.- Bakı, 2004.- S.20-21.
İnternetdə
www. az.wikipedia.orq
www. tourism.az
Səmayə Quliyeva
274
Ramiz Hacı oğlu Mustafayev
1926-cı il oktyabr ayının 16-da
Türkmənistan Respublikasının Cər-
co şəhərində anadan olmuşdur. 1
ildən sonra onun ailəsi Bakı səhə-
rinə köçmüşdür. Uşaq yaşlarından
teatra böyük həvəs göstərən Ramiz
15 yaşına qədər müxtəlif özfəaliy-
yət dram dərnəklərində fəal iştirak etmişdir.
1941-ci ildə teatr texnikumunun aktyorluq şö-
bəsinə daxil olmuş, bu illərdə o, əvvəl Gənc Tama-
şaçılar Teatrında, texnikumu bitirdikdən sonra isə
Azərbaycan Dövlət Akademik Dram Teatrında akt-
yorluq etmişdir.
Vokal sənətinə olan həvəsi onu Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib
çıxarmış və o, burada professor Bülbülün vokal
sinifində müğənnilik sənətinin sirlərinə yiyələnmişdir.
1952-ci ildə konservatoriyanın vokal sinfini bitirən
Ramiz, həmin illərdə bəstəkarlıqla da məşğul olmuş-
dur. O, professor Boris Zeydmanın sinifində təhsil
almış, müəlliminin rəhbərliyi ilə tələbəlik illərində
skripka ilə fortepiano üçün sonata, skerso, viola üçün
variasiyalar, simli kvartet, simfonik orkestr üçün
uvertüra, poema, neçə-neçə mahnı və romanslar yaz-
mışdır.
Əvvəllər teatr sənətinə həvəs göstərən Ramiz mu-
siqi aləminə atıldıqdan sonra səhnə əsərləri ilə maraq-
lanmışdır. 1960-cı ildə Səməd Vurğunun eyniadlı
əsəri əsasında yazdığı “Va-
qif” operasının tamaşası ol-
muşdur. 1966-cı ildə bəstə-
karlıq sahəsində ali musiqi
təhsilini başa vurduqda o,
Səməd Vurğunun “Fərhad
və Şirin” pyesi əsasında bir
pərdəli “Şirin” operasını
bəstələmişdir.
1967-ci ildə R.Mustafa-
yev digər janrlı musiqili
səhnə əsərinə - operettaya
da müraciət etmiş, Ş.Qur-
banov adına Azərbaycan
Dövlət Musiqili Komediya
Teatrında tamaşaya qoyul-
muş “Axırı yaxşı olar” ope-
rettasını yazmışdır.
R.Mustafayevin yaradı-
cılıq tərcümeyi-halında xü-
susi yeri xor musiqisi tutur.
Bu gün xor sənətimizin
nailiyyətlərindən sayılan
“Ana”, “Hüseyn Cavid”,
“Nəriman Nərimanov”,
“İnam”, “Mənim müasi-
rim”, “Salatın”, “Nizami”
oratoriyaları, “Haqq səndə-
dir”, “Şevçenko”, “Səməd
Oktyabr
85 illiyi
Ramiz Mustafayev
1926-2008
B əst əkar
16
275
Vurğun”, “Kür-Abşeron” kantataları və digər əsərlər
məhz R.Mustafayevin qələminin məhsuludur.
50 illik yaradıcılığı dövründə bəstəkar 5 opera, 5
operetta, 9 oratoriya, 8 simfoniya, 5 vokal-simfonik
poema, 500-dən artıq mahnı və romans bəstələmişdir.
Görkəmli bəstəkar, dirijor, pedaqoq və ictimai xa-
dim, Azərbaycanın Əməkdar incəsənət xadimi (1973),
Azərbaycan Respublikasının Xalq artisti (1987), pro-
fessor (2001), “Şöhrət or-
deni” ilə təltif olunmuşdur
(2001).
Ramiz Mustafayev 10
aprel 2008-ci ildə vəfat et-
mişdir.
Ədəbiyyat
Ramiz Mustafayev /R.Zöhrabov.- Bakı: Ergün, 1995.- 23 s.
Aktyorluqdan bəstəkarlığa //Bəstəkarlarımız haqqında söz.- Bakı, 1995.- S.59-62.
Mustafayev Ramiz //Üzeyir Hacıbəyli ensiklopediyası.- Bakı, 2008.- S.161.
İnternetdə
www. apa.az
www. gunaz.tv
www. xalqqazeti.com
Səmayə Quliyeva
276
Soltanağa Nəhmət oğlu Bayramov
1936-cı il oktyabr ayının 17-də Lən-
kəran rayonunun Şürük kəndində
anadan olmuşdur. Orta təhsilini As-
tara rayonunda almışdır. 1957-ci ildə
Lənkəran Tibb Məktəbini bitirərək,
təyinatla hərbi hospitalda əmək
fəaliyyətinə başlamışdır. 1967-ci ildə
fizioterapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində
işləmişdir.
Soltanağa Bayramov hospitalda çalışdığı müddət
ərzində kollektivin dərin hörmətini qazanmışdır. Hamı
onu qayğıkeş, prinsipial, qanunpərəst, ədalətli bir insan
kimi tanıyırdı. “Səhiyyə əlaçısı” adını qazanmışdı.
Milli Ordumuzun neçə-neçə əsgərinin sağalıb fəal
həyata qaytarılmasında Soltanağa Bayramovun böyük
əməyi olmuşdur.
1990-cı il... Xalqımız çətin sınaqlarla üz-üzə dur-
muşdu.
Xarici dövlətlərin havadarlığı ilə daxili düşmənlər,
vətən xainləri, nankorlar, satqınlar respublikanı
parçalamaq üçün hər cür rəzil əməllərə əl atırdılar.
“Talış Muğan Respublikası” yaratmaq xülyası ilə
yaşayan Əlikram Hümbətov öz quldur dəstəsi ilə
Azərbaycanın cənub bölgələrində ağır cinayətlər
törədirdi. Soltanağa həkim kimi neçə-neçə insan
separatçı dəstənin şəxsi ambisiyasının qurbanı oldu,
onun haqsız əməllərinin güdazına getdi. Lakin
Azərbaycanın mərd oğulları bütün bu çətinliklərə sinə
gərərək, cinayətkar dəstələri məhv etdi. 23 avqust
1993-cü ildə keçirilən əmə-
liyyatda qəlbi Vətənə, xalqa
sədaqətlə dolu olan Soltan-
ağa Bayramov da öz vətən-
pərvərlik borcunu ləyaqətlə
yerinə yetirdi, quldurlar hər-
bi hospitala hücum edərkən
onlara ciddi müqavimət
göstərdi. Lakin döyüşdə o,
faciəli surətdə həlak oldu.
Ailəli idi. Dörd övladı
var.
Azərbaycan Respublikası
Prezidentinin 24 avqust
1993-cü il tarixli 740 saylı
Fərmanı ilə Bayramov Sol-
tanağa Nəhmət oğlu ölü-
mündən sonra “Azərbayca-
nın Milli Qəhrəmanı” adına
layiq görulmüşdür.
Lənkəran şəhərinin Şə-
hidlər Xiyabanında dəfn
edilmişdir. Lənkəran şəhə-
rindəki küçələrdən birinə
onun adı verilmiş və büstü
qoyulmuşdur. Yaşadığı bi-
nanın önünə xatirə lövhəsi
vurulmuşdur.
Oktyabr
75 illiyi
Soltanağa Bayramov
1936-1993
Milli
Qəhrəman
17
277
Ədəbiyyat
Soltanağa Nəhmət oğlu Bayramova “Azərbaycanın Milli Qəhrəmanı” adı
verilməsi haqqında: [Lənkəran hərbi hospitalının rentgen-texniki-Azərbaycan
Respublikasının dövlətçiliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında,
Azərbaycan xalqına təcavüz edən cinayətkar ünsürlərə qarşı mübarizədə göstərdiyi
igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 24 avqust
1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1993.- №16.- S.19;
Azərbaycan.- 1993.- 26 avqust.- S.1.-(Ölümündən sonra).
Bayramov Soltanağa Nəhmət oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.41.
Əsgərov, V. Bayramov Soltanağa Nəhmət oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.35.
Lənkəran hadisələrinin il dönümü: [Lənkəran şəhərində büstün açılışı haqqında]
//Azərbaycan.- 1997.- 24 avqust.- S.1.
Saqibə Mehrəliyeva
278
Kamil Müseyib oğlu Əliyev
1921-ci il oktyabr ayının 22-də
Oğuz yurdu Qərbi Azərbaycanda,
İrəvan xanlığının mərkəzi İrəvan
şəhərində Əliyevlər ailəsində ana-
dan olmuşdur.
1936-cı ilin sentyabr ayında ana-
sı Xanım, onu Bakı Rəssamlıq
məktəbinə, tanınmış rəssam Əzim
Əzimzadənin yanına aparır. K.Əliyev 3 il burada
Dekorasiya şöbəsində oxuyur və müəllimlərinin məs-
ləhəti ilə oxuya-oxuya “Azərxalça” birliyində eks-
perimental laboratoriyada köçürücü rəssam kimi
işləməyə başlayır.
K.Əliyev Böyük Vətən müharibəsində iştirak
etmiş, Vətənə 22 orden və medalla qəhrəman kimi
dönmüşdür.
Kamil Əliyev Bakı Bədii Rəssamlıq Fondunda
çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən on-
larla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan,
armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam –
müəllifi kimi özünü təsdiqləmişdi. Və Bədii Sənət
Üzrə Fəxri Fərmanın da, Respublikanın Tətbiqi in-
cəsənət ustası adının da (1960) ilk sahibi olmuşdu.
1958-ci ildə toxunan Füzulinin portret-xalçası
Kamil Əliyevə böyük sənət uğuru gətirmişdi. Kamil
Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı
kimi general libasında portret xalçasını yaratmışdır.
Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qar-
şılanmışdır. Ümummilli liderimiz Heydər Əliyev xal-
çaya baxarkən susmuş, əlini
ilmələrə sürtərək demişdi
ki: “Kamil, sənin xalçaların
dil açıb danışır, insanı söh-
bətə çağırır”. Həqiqətən də,
bu xalçada ulu öndərimizin
müdrikliyi, qətiyyəti, qüd-
rəti ən müxtəlif rəng çalar-
ları fonunda elə məharətlə
təsvir olunmuşdur ki, tama-
şa edən hər kəsi heyrətlən-
dirir. Dahi sənətkarın yarat-
dığı əsərlər və naxış alə-
mində apardığı araşdırma-
lar günü bu günə kimi bu
sənətlə məşğul olanlara bö-
yük tövsiyədir. Onun yarat-
dığı əsərlər daima yaddaş-
lardan silinməyəcək. Kamil
Əliyev sənətinin gücünü
göstərən digər bir misal:
Türkiyənin 9-cu Prezidenti
Süleyman Dəmirəl özünün
portreti toxunmuş xalçanı
görəndə heyrətini gizlədə
bilməyərək demişdi: “Bu,
Süleyman Dəmirəldir, onda
bəs mən kiməm?”
Onun yaratdığı “Niza-
mi”, “Füzuli”, “Nəsimi”,
Oktyabr
90 illiyi
Kamil Əliyev
1921–2005
R əssam
22
279
“Atatürk”, “Heydər Əliyev”, “İlham Əliyev”, “Mir
Möhsün ağa”, “A.S.Puşkin”, “İndira Qandi”, “Ra-
bindranat Taqor”, “Mənim anam” və digər onlarla
görkəmli şəxsiyyətlərin portretləri və milli ornament-
lər nəqş olunmuş xalçalar bütün dünyanı heyrətə
gətirmişdir.
Azərbaycanda ilk dəfə xalça muzeyinin açılması da
Kamil Əliyevin adı ilə bağlıdır. Daha çox Abşeron
ornamentlərinə üstünlük verən Kamil Əliyev
ümumilikdə bütün milli naxışlar üzərində işləyərək
onlara yeni bir ruh, yeni nəfəs verirdi.
Mədəniyyətimizin ən qədim növlərindən olan
xalçaçılıq sənətini XX əsrin sonlarında yüksək zirvəyə
qaldırmış, ömrünün son illərini gənc xalçaçıların
yetişməsinə həsr etmiş Kamil Əliyevin çeşniləri
əsasında toxunmuş xalçalar respublikamız müstəqillik
qazandıqdan sonra dünyanın bir çox ölkələrində uğur-
la nümayiş etdirilmişdir. Azərbaycan xalçasının şöh-
rətini daha da artıran bu qədim el sənətinin nümunə-
ləri ən mötəbər muzeylərdə,
o cümlədən Londonun məş-
hur “Viktoriya və Albert”
muzeyində saxlanılır.
Kamil Əliyevin xidmət-
ləri həmişə yüksək qiymət-
ləndirilmiş, o, fəxri adlara:
Xalq rəssamı, Dövlət
mükafatı laureatı, Azərbay-
can Respublikası Preziden-
tinin fərdi təqaüdçüsü adla-
rına layiq görülmüş, müstə-
qil dövlətimizin ən ali mü-
kafatı olan “İstiqlal” ordeni
ilə təltif edilmişdir.
2005-ci il martın 2-də
Kamil Müseyib oğlu Əli-
yev vəfat etmişdir.
Ədəbiyyat
Fuad Esmira (Şükürova). Azərbaycan xalça sənətinin Kamili: (K.Əliyev
haqqında) /F.Esmira.- Bakı: Altun Kitab, 2006.- 125 s.
Xalq rəssamı Kamil Əliyev – naxışlarda əbədiləşən ömür //Xalq qəzeti.- 2007.-
27 oktyabr.- S.5.
Xalçaçı-rəssam Kamil Əliyevin ad günüdür //Xalq qəzeti.- 2007.- 23 iyun.- S.5.
İnternetdə
www.anl.az
www.lidertv.com
Nailə Alışova
|