Siyasət. Hərbi iş
Orta Asiya dövlət xadimi, sərkərdə, əmir, Teymurilər imperiyasının banisi
Əmir Teymurun (09.04.1336-18.02.1405) anadan olmasının 675 illiyi
Mədəniyyət. Maarif. Təhsil
Ziyalı, maarif və teatr xadimi Sultanov Əbülqasımın (12.04.1866-1916)
anadan olmasının 145 illiyi
Əməkdar elm xadimi, dilçi alim Tağıyev Məmməd Tağı oğlunun
(28.04.1921) anadan olmasının 90 illiyi
Coğrafiya. Geologiya
Geologiya-mineralogiya alimi Əlizadə Ələşrəf Əbdülhüseyn oğlunun
(24.04.1911) anadan olmasının 100 illiyi
Geoloq, professor Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlunun (30.04.1911-
1996) anadan olmasının 100 illiyi
Fizika. Riyaziyyat
111
Seysmoloq, fizika-riyaziyyat elmləri namizədi Rəhimov Şamo Süleyman
oğlunun (02.04.1931-24.07.1964) anadan olmasının 80 illiyi
Görkəmli fizik Abaszadə Abasqulu Ağabala oğlunun (10.04.1906-
18.02.1969) anadan olmasının 105 illiyi
Fizika-riyaziyyat elmləri doktoru, professor Abdullayev Aydın Həsən
oğlunun (25.04.1951) anadan olmasının 60 illiyi
Neft
Neft maşınqayırması sahəsində alim Əliverdizadə Kərim Səlim oğlunun
(01.04.1911) anadan olmasının 100 illiyi
Görkəmli neftçi-geoloq, geologiya-minerologiya elmləri doktoru Babazadə
Baba Qurbanqulu oğlunun (25.04.1911-18.08.1962) anadan olmasının 100
illiyi
Kimya. Biologiya. Tibb
Seleksiyaçı alim, Dövlət mükafatı laureatı Vəlizadə İsgəndər Mahmud
oğlunun (15.04.1896-11.05.1974) anadan olmasının 115 illiyi
Teatr. Kino
Xalq artisti Zeynalova Nəsibə Cahangir qızının (20.04.1916-10.03.2004)
anadan olmasının 95 illiyi
Əməkdar artist Axundova Elmiranın (25.04.1911-26.11.1998) anadan
olmasının 100 illiyi
Musiqi.Opera.Balet
İtalyan pianoçusu, bəstəkar, dirijor, yazıçı və pedaqoq Buzoni Ferruçço
Benvenutonun (01.04.1866-27.07.1924) anadan olmasının 145 illiyi
Baletmeyster Nəzirova Nailə Məmməd qızının (04.04.1936) anadan
olmasının 75 illiyi
Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Hüseynli Qəmbər Muxtar
112
oğlunun (16.04.1916-01.08.1961) anadan olmasının 95 illiyi
Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Ağayeva
Xurşid Həsən bəy qızının (20.04.1906-03.12.1953) anadan olmasının 105
illiyi
Əməkdar artist tarzən Hüseynov Əlikram Həsən oğlunun (20.04.1926-
2006) anadan olmasının 85 illiyi
Xalq artisti, pianoçu Mahmudova Tamilla Zahid qızının (21.04.1931)
anadan olmasının 80 illiyi
Rus bəstəkarı, pianoçu, dirijor, Xalq artisti Prokofyev Sergey Sergeyeviçin
(23.04.1891-05.03.1953) anadan olmasının 120 illiyi
Əməkdar artist, kamança ifaçısı Vəzirov Ədalət Səfərəli oğlunun
(27.04.1951-05.10.2002) anadan olmasının 60 illiyi
Əməkdar incəsənət xadimi, bəstəkar Hüseynzadə Ədilə Hacağa qızının
(29.04.1916-2005) anadan olmasının 95 illiyi
Rəssamlıq. Memarlıq
Xalq rəssamı Əliyev Hüseyn Əlirza oğlunun (22.04.1911-25.05.1991)
anadan olmasının 100 illiyi
Amerika rəssamı və teleqrafiya sahəsində ixtiraçı Samuel Finli Briz
Morze (27.04.1791-02.04.1872) anadan olmasının 220 illiyi
Əməkdar incəsənət xadimi, teatr rəssamı Abbasov Əsgər Məmmədismayıl
oğlunun (28.04.1916-09.02.1970) anadan olmasının 95 illiyi
İdman
Əməkdar idman ustası Dadaşov İbrahimpaşa Hüseyn oğlunun
(10.04.1926) anadan olmasının 85 illiyi
113
Ənvər Əliverdi oğlu Əlibəyov
1916-cı il aprel ayının 1-də Bakıda
anadan olmuşdur. Əvvəl tibb tex-
nikumunda, sonra ADU-nun (indi-
ki BDU) fəhlə fakültəsində, Azər-
baycan Dövlət Pedaqoji İnstitutu-
nun (indiki APU) Filologiya fakül-
təsində təhsil almışdır.
1938-ci ildən II Dünya Müharibəsi başlayana qədər
Azərbaycan radiоsunda çalışmışdır. Müharibə dövrün-
də 416-cı atıcı diviziyasının tərkibində döyüş yоlu
keçmiş, Qafqazın və Ukraynanın azad оlunmasında iş-
tirak etmiş, оrden və medallarla təltif оlunmuşdur.
1944-cü ildə ağır yaralandıqdan sоnra Bakıya qayıdıb
yaradıcılığını davam etdirmişdir. Bir müddət “Vətən
uğrunda” jurnalında məsul katib, sonra Azərbaycan
KP MK-da təlimatçı, “Təbliğat” jurnalının, “Ədəbiy-
yat” qəzetinin redaktoru, “İnqilab və mədəniyyət” jur-
nalında şöbə müdiri, nəhayət, 1964-1968-ci illərdə
Azərbaycan Radiо və Televiziya Verilişləri Kоmitə-
sinin sədri оlmuşdur. Cəbhəçi-şairin “Qaranquş” adlı
ilk şeirlər kitabı 1947-ci ildə buraxılmış, sonrakı illər-
də ona qədər kitabı işıq üzü görmüşdür. Onların ara-
sında “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpü-
sü” və başqalarını qeyd etmək olar. Bütün vəzifələrin
öhdəsindən layiqincə gələn şair üçün poetik yaradıcılıq
daha önəmli mahiyyət daşıyırdı.
Şeirlərinə musiqi bəstələnib. Dünya şöhrətli Rəşid
Behbudovun ifasında bəstəkar Rauf Hacıyevin “Azər-
baycanım” mahnısı hər dəfə
səslənəndə xəyallarda ölkə-
mizin al-əlvan təbiət mən-
zərələri - uca dağlar, sıldı-
rım qayalar, gur şəlalələr,
üfüqə doğru uzanan bərə-
kətli düzlər, bəhrəli çöllər,
möhtəşəm sənaye müəssisə-
ləri, neft buruqları canlanır.
Sevgidən süzülüb gələn,
ürəkləri oxşayan, xalqımı-
zın vətənpərvərlik simvolu-
na çevrilmiş həmin nəğmə-
nin sözləri şair Ənvər Əli-
bəylinindir. O, doğma el-
obamızı minbir həvəslə tə-
rənnüm etmiş, insan qəlbi-
nin dərinliklərinə varıb incə
duyğuları, zərif hissləri aş-
kar edən, onları mənalandı-
rıb poetik təsvirlərə çevir-
məyi məharətlə bacaran əsl
söz sərrafı idi.
Şair, tərcüməçi, ictimai
xadim, Əməkdar incəsənət
xadimi Ənvər Əlibəyli 1968-
ci il mayın 7-də vəfat et-
mişdir.
Aprel
95 illiyi
Ənv ər Əlib əyli
1916-1968
Şair
1
114
Ədəbiyyat
Seçilmiş əsərləri /Ə.Əlibəyli; red. M.Şükür.- Bakı: Azərnəşr, 1975.- 286 s.
Ürəyimdəsən: şeirlər, nəğmələr və poemalar /Ə.Əlibəyli.- Bakı: Gənclik, 1971.-
110 s.
Hacıyev, A. Gənclik və gözəllik şairi /A.Hacıyev //Yazıçı şəxsiyyəti və bədii
qanunauyğunluq.- Bakı, 1986.- S.58-65.
Mehdixanlı, T. Nəğməyə bənzər ömür: Ənvər Əlibəyli - 90 /T.Mehdixanlı
//Azərbaycan.- 2006.- S.4.
Məhərrəmova, T. Dağlarda duman gözəldi /T.Məhərrəmova //Kaspi.- 2008.-
2 dekabr.- S.11.
İnternetdə
www.anl.az.
www.az.wikipedia.org
www.kinozal.az
www.medeniyyet.az
Nailə Alışova
115
...Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə
görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox
hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır,
hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı
qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim
soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.
Heydər Əliyev, ümummilli lider
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur.
Ən hündür zirvə Kamış dağındadır (3724m). Ərazisinin
çox hissəsi meşəlikdir. Kəlbəcər rayonunun gözəl və
zəngin təbiətə, yeraltı və yerüstü sərvətlərə, münbit tor-
paqlara malikdir. Kənd təsərrüfatında əsasən heyvan-
darlıq və əkinçilik inkişaf etmişdir.
Rayonun ərazisi 1993-cü ildə erməni silahlı dəstələ-
ri tərəfindən işğal edilmişdir. İşğala qədər rayonda 132 yaşayış məntəqəsi var idi.
Düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutdular. Təkəqaya, Zağalar,
Çıraq kəndlərinə soxulub, evlərə od vurub, dinc əhalini diri-diri yandırmışdılar. Ən
əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Aprelin 2-də Kəlbəcər artıq er-
məni quldurlarının əlində idi.
İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid olmuş, 231 nəfər itkin düşmüş, 100-
lərlə adam şikəst olmuşdur. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatori-
yası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti,
96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min
baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan
olundu. Kəlbəcər rayonunda erməni təcavüzü nəticəsində 24279 uşaq zərər çəkmiş,
onlardan 734 nəfəri yetim qalmışdır.
1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 mln. ABŞ dolları dəyərində ziyan
dəydi. Mənəvi ziyanlar isə heç deyiləsi deyil. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin,
Qubadlının, Cəbrayılın işğalına yol açdı. Bu artıq Qarabağın iflası demək idi.
Aprel
Kəlbəcərin işğalı günü
2
Ərazisi - 3054 km
2
Əhalisinin sayı – 79,0 min nəfər
İnzibati mərkəzi – KƏLBƏCƏR
İşğal tarixi - 02 - 04 aprel 1993-cü il
116
2 Aprel Beynəlxalq Uşaq Ki-
tabı Günüdür. 1953-cü ildən eti-
barən uşaq ədəbiyyatının inkişa-
fındakı xidmətlərinə görə məş-
hur nağılçı Hans Xristian Ander-
senin doğum günü uşaq kitabı
günü kimi qeyd olunur. Hər il bu
günün qeyd edilməsində məqsəd
cəmiyyətin diqqətini uşaq ədəbiyyatına və onun prob-
lemlərinə cəlb etməkdir. Amma nədənsə, uşaq ədəbiy-
yatı sahəsində problemlərin günbəgün artdığı bir vaxt-
da ölkəmizdə 2 aprel xüsusi gün kimi qeyd olunmur.
Kitab mağazalarında əcnəbi uşaq ədəbiyyatı kifayət
qədərdir. Milli ədəbiyyata dair nümunələr isə yox də-
rəcəsindədir. Bununla belə, uşaqların kitaba marağı
azalmayıb. Amma onlar çox vaxt axtardıqlarını tapa
bilmirlər. Psixoloqlar uşaqların kitaba marağını artır-
maq üçün rəng və tərtibat seçiminə ciddi önəm vermə-
yi tövsiyə edirlər. Mağazalarda rast gəldiyimiz əcnəbi
nəşrlər nəinki azyaşlıların, hətta böyüklərin diqqətini
çəkəcək qədər nəfis tərtibata malikdir. Milli ədəbiyyat
qıtlığı kitabxanalara da təsir
edir. Xüsusən də uşaq kitab-
xanalarına müraciət edən
uşaq oxucularımızın tələ-
batlarını ödəmək üçün ki-
tabxananın fondunun milli
ədəbiyyatla komplektləşdi-
rilməsi qarşıda duran başlı-
ca problemlərdəndir.
Uşaqlar üçün yazıb-yara-
dan qələm əhli isə gənc
nəsli uşaq ədəbiyyatına ma-
rağı artırmağa çağırır. Al-
maniyalı pedaqoqlar deyir
ki, nağıllara inamın öldüyü
gün uşaqların inkişafı daya-
nacaq. Bu inamı yaşatmaq
üçün isə uşaq ədəbiyyatının
nəşrini gücləndirmək, sə-
mərəli təcrübələrdən yarar-
lanmaq gərəkdir.
Ədəbiyyat
Elmin. “Uşaq Kitabı Festivalının nəşriyyat və muğam günü “Beşik”
nəşriyyatından ərməğan kitab sərgisinin nümayişi də keçirildi /Elmin //Mədəniyyət.-
2009.- 22 may.- S.2.
İnternetdə
www.azadliq.org
www.azerinter.net Adilə Abdullayeva
Aprel
Beynəlxalq Uşaq Kitabı Günü
1953
2
117
Etibar Firudin oğlu Hacıyev 1971-
ci il aprel ayının 5-də Qərbi Azərbay-
canın Vardenis rayonunun Zod kən-
dində doğulmuşdur. Orta məktəbi bi-
tirdikdən sonra bir müddət sovxozda
işləmişdir. “Böyük Ermənistan” xül-
yası ilə yaşayan ermənilər 1988-ci il-
də orada yaşayan azərbaycanlıları öz dədə-baba yurd-
larından qovduğu zaman Etibar ailəsi ilə birlikdə Kəl-
bəcər rayonuna pənah gətirmişdi.
O, 1989-cu il iyun ayının 13-də hərbi xidmətə ça-
ğırılmışdır. Perm vilayətində hərbi xidmətini başa
vurduqdan sonra ailəsinin məskunlaşdığı Xanlar rayo-
nuna gəlmişdi. Öz dədə-baba yurdlarından zorla qo-
vulması onda ermənilərə qarşı dərin nifrət hissi oyat-
mışdı. Hər zaman mənfur düşməndən qisas almaq ba-
rədə düşünürdü.
1992-ci ildə Etibar Hacıyev könüllü olaraq Milli
Qvardiyaya yazılır və torpaqlarımızın müdafiəsinə
qalxır. O, bir çox döyüşlərdə rəşadətlə vuruşur. Böyük
Canbar, Kiçik Canbar, Buzlaq, Erkəs kəndlərinin düş-
mən tapdağından azad edilməsində xüsusi fədakarlıq
göstərir. E.Hacıyev 1992-ci
il iyun ayının 15-də Goran-
boy rayonunda Ağcakənd
kəndinin azad edilməsi uğ-
runda gedən döyüşlərdə
qəhrəmancasına həlak ol-
muşdur.
Subay idi.
Azərbaycan Respubli-
kası Prezidentinin 23 iyun
1992-ci il tarixli 6 saylı
Fərmanı ilə Hacıyev Etibar
Firudin oğluna ölümündən
sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adı verilmişdir.
Xanlar rayonunun Şə-
hidlər Xiyabanında dəfn
edilmişdir.
Xanlar rayonunun Ye-
ni Zod kəndində küçələrdən
biri onun adını daşıyır.
Ədəbiyyat
Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Hacıyev Etibar Firudin
oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün
Aprel
40 illiyi
Etibar Hacıyev
1971-1992
Milli
Q əhr əman
5
118
qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi
igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 23 iyun
1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 12.- S.35.-
(Ölümündən sonra).
Aslan, Q.Göyçə həsrəti /Q.Aslan //Goranboy qartalları.- Bakı,1994.- S.85.
Əsgərov, V. Hacıyev Etibar Firudin oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.74.
Ənsər, B. Göyçəli Etibar: [Təhsili, həyatı və döyüş şücaəti haqqında] /B.Ənsər
//Ağrıdağlı qəhrəmanlar.- Bakı, 2004.- S.33-37.
Hacıyev Etibar Firudin oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.77.
Zeynalov, R. Hacıyev Etibar Firudin oğlu: (1971-1992) /R.Zeynalov
//Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.55.
İnternetdə
www.az.wikipedia.org
www.azerinter.net.
www.gunaz.tv/xaber
Samirə Eminova
“Şəhid olanları heç də ölü zənn etməyin”..., “Şəhidlər, Allahın nemət verdiyi
peyğəmbərlər, zahidlər və əməli salehlərə tay tutular”.
Qurani-Kərim
119
Bu gün cəmiyyətin bütün
qrupları iqlim dəyişiklikləri-
nin, qeyri-sabitliyinin və kəs-
kin hava şəraitinin təsirinə
məruz qalır. İnsan sağlamlığı-
na olan təsirlər artıq ÜST-nın
Avropa Regionunda müşahidə olunmuşdur. 12 Avro-
pa ölkəsindən alınmış məlumatlara əsasən 2003-cü
ilin yayında havaların həddindən artıq isti keçməsi nə-
ticəsində 70000 nəfərdən artıq insan ölmüşdür. Müqa-
yisə üçün qeyd etmək lazımdır ki, ötən beş il ərzində
yalnız bir həyəcan doğurucu hal baş vermişdir.
1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assam-
bleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılma-
sını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Günü-
nün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci il-
dən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il 7
aprel tarixində qeyd edilir.
Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu
ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkə-
zinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti sə-
hiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən
başlıca problemlərə yönəltmək üçün dünya səviyyə-
sində bir imkandır. Ümumdünya Sağlamlıq Günü 7
apreldən sonra belə davam edən uzunmüddətli ictimai
maarifləndirmə proqramlarının başlanması ilə səciy-
yələnir.
Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər
Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış
agentliyidir. ÜST-ün Ni-
zamnaməsində müəyyən
olunduğu kimi, onun əsas
məqsədi bütün insanların
mümkün ola biləcək ən
yüksək sağlamlıq səviyyə-
sinə nail olmalarını təmin
etməkdir. Sağlamlıq ÜST-
ün Nizamnaməsində yalnız
xəstəliklərin, yaxud fiziki
qüsurların olmamağı ilə de-
yil, tam fiziki, psixi və sosi-
al sağlamlıq vəziyyəti kimi
müəyyən olunur.
ÜST özünün Ümumdün-
ya Səhiyyə Assambleyası
vasitəsilə 193 üzv dövlət tə-
rəfindən idarə olunur. Bu
Assambleya ÜST-ə üzv döv-
lətlərdən olan nümayəndə-
lərdən ibarətdir. Ümum-
dünya Səhiyyə Assamble-
yasının əsas vəzifəsi ÜST-
ün proqramı və növbəti iki-
illik müddət üzrə büdcəsi-
nin təsdiqi və siyasət məsə-
lələri üzrə qərarların qəbul
edilməsidir.
Aprel
Ümumdünya Sağlamlıq Günü
1950
7
120
Ədəbiyyаt
Ümumdünya Səhiyyə Təşkilatı //Аzərbаycаn Sоvеt Еnsiklоpеdiyаsı: 10 cilddə.-
Bakı, 1986.- C.9.- S.488.
Ümumdünya Səhiyyə Təşkilatı //Bеynəlхаlq hüquq: Dərs vəsаiti.- Bakı:
Аzərbаycаn Univеrsitеti nəşriyyаtı, 2000.- 390 s.
Rus dilində
Международные организации /под ред. И.П.Блищенко.- М.: Наука, 1994.-
436 с.
İntеrnetdə
www.ecolex-az.org
www.sehiyye.gov.az
www.az.newsazerbaijan.ru
Məmməd Məmmədov
121
Azərbaycan milli mətbuatının
inkişafında ən uca zirvəni böyük
demokrat, yazıçı və görkəmli icti-
mai xadim C.Məmmədquluzadə-
nin (1869-1932) redaktorluğu ilə
nəşr olunan “Molla Nəsrəddin”
jurnalı təşkil edir. “Molla Nəsrəd-
din” jurnalı ilə Azərbaycanda mil-
li satirik mətbuatın əsası qoyul-
muşdur.
1906-cı il aprelin 7-də (köhnə təqvimlə 20-də)
Azərbaycan mətbuatı tarixində ən önəmli hadisələr-
dən olan “Molla Nəsrəddin” adlı həftəlik satirik jurna-
lı Tiflisdə işıq üzü görmüşdür. Daima məhrumiyyət-
lərlə və çətinliklərlə üzləşən, çar senzurası tərəfindən
təqib olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə,
1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda
nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədqu-
luzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə,
8-i Təbrizdə, 400-ü Bakıda) çap olunmuşdur.
Azərbaycan ədəbiyyatında böyük bir məktəb ya-
ratmış “Molla Nəsrəddin” jurnalı, eyni zamanda təsvi-
ri sənətimizdə də yeni bir məktəbin yaranmasına sə-
bəb oldu. Bilavasitə “Molla Nəsrəddin”in təsiri nə-ti-
cəsində Bakıda Azərbaycan dilində “Bəhlul” (1907),
“Zənbur” (1909-1910),
“Mirat” (1910), “Arı” (1910-
1911), “Kəlniyyət” (1912-1913), “Lək-lək” (1914),
“Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-
Əmir” (1915-1916), “Tar-
tan-partan” (1918), “Şeypur”
(1918-1919), “Məşəl” (1919
-1920) kimi illüstrasiyalı
jurnallarla yanaşı bu dövrdə
Azərbaycanda rus dilində
də çoxsaylı satirik məcmu-
ələr: “Cigit” (1907-1918),
“Vay-vay” (”Bakinskie
streli” (1910), “Baraban”
(1912-1913) və digərləri
nəşr olunurdu. Daha uzun
ömürlü olan “Molla Nəs-
rəddin” jurnalı müəyyən fa-
silələrlə 1931-ci ilə qədər
dərc olunmuşdur.
Bu mübariz jurnal Azər-
baycanın milli istiqlalına
mütəşəkkil, nizamlı bir or-
dudan artıq xidmət göstər-
mişdir. “Molla Nəsrəddin”
jurnalı Azərbaycan xalqının
milli dirçəliş ideyalarından
və səfərbərlik ruhundan yoğ-
rulmuş mənalı bir istiqlal
kitabıdır.
Həftədə bir dəfə nəşr olu-
nan bu jurnal rəngli və şə-
Aprel
105 illiyi
Molla Nəsrəddin jurnalı
1906
7
122
killi satira jurnalı idi. Onun səhifələrində ictimai bəla-
ların tənqid və ifşası əsas yer tuturdu. Hər sayı 8 səhi-
fə olan jurnalda rəngli karikaturalara geniş yer verilir-
di. Nasirlər cəmiyyətdəki kəsirləri açıb göstərməklə
doğma xalqın ictimai-siyasi süurunu inkişaf etdirmək,
onu dünyanın ən qabaqcıl, mədəni xalqları sırasına çı-
xarmaq istəyirdilər. Bunlardan başqa jurnalın səhifələ-
rində gülməli xəbərlər, məktublar, elanlar, atalar söz-
ləri, məsəllər, atmacalar geniş yer tuturdu.
“Molla Nəsrəddin” Azərbaycan xalqının mütərəqqi
qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətra-
fında toplaya bilmişdi. Jurnalda Ömər Faiq Neman-
zadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqver-
diyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid
Ordubadi, Mirzəli Möcüz və başqa şair, yazıçı və jur-
nalistlər, o cümlədən, O.Şmerlinq, İ.Rotter, Əzim
Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.
Səhifələrində beynəlxalq hadisələrə, imperialist
dövlətlərin müstəmləkəçilik siyasətinin tənqidinə,
Şərq xalqlarının azadlıq uğrunda mübarizəsinə geniş
yer verən “Molla Nəsrəddin” jurnalının şöhrəti Rusi-
yanın, Qafqazın, Orta Asiyanın hər yerinə yayılmış,
türk və müsəlman xalqlarının ictimai-siyasi inkişafın-
da əhəmiyyətli rol oynamışdır. Jurnal İran, Türkiyə,
Misir, Hindistan, Mərakes kimi ölkələrə də yayılaraq,
oradakı xalqların sosial-mədəni tərəqqisinə xeyirli tə-
sir göstərmişdir.
Yeni mərhələ və yenidən tanışlıq bir daha göstərir
ki, “Molla Nəsrəddin” jurnalı təkcə öz dövründə de-
yil, bütün zamanlar üçün aktual və müasirdir. “Molla
Nəsrəddin” jurnalının yeni nəşrinin meydana çıxması
Azərbaycan Republikası Pre-
zidenti İlham Əliyevin
”Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlə-
rin həyata keçirilməsi haq-
qında”kı 12 yanvar 2004-cü
il tarixli Sərəncamının işı-
ğında respublikamızda irə-
liyə doğru atılmış daha bir
sanballı addım kimi də mü-
hüm əhəmiyyətə malikdir.
Azərbaycançılıq proqra-
mının həyata keçirilməsin-
də, milli-mənəvi özünüdərk
proseslərinin, müstəqil döv-
lətçilik düşüncələrinin də-
rinləşməsində, dostu və
düşməni düzgün tanıya bil-
məkdə XX əsrin əvvəllə-
rində nəşr olunmuş “Molla
Nəsrəddin” jurnalı bugünkü
oxucusuna da etibarlı su-
rətdə bələdçilik edə bilir.
Heç şübhə yoxdur ki,
“Molla Nəsrəddin” jurnalı
Vətənimizin və xalqımızın
bundan sonrakı yüksəlişinə,
daha da inkişaf edib möh-
kəmlənməsinə şərəflə xid-
mət edəcək, gur işıq sala-
caqdır.
Ədəbiyyat
Molla Nəsrəddin: on cilddə (1906-1931).- Bakı: Çinar-çap nəşriyyatı, 2005.- 700
s.- C.3: 1909- (№ 23-52)- 1910-cu illər; C.4: 1911-1914-cü illər.- 2008.- 882 s.
Ağayev, İ. “Molla Nəsrəddin”in poetikası /İ.Ağayev; red. K.Məmmədov;
Azərbaycan SSR EA, Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm, 1985.
Hüseynov, F. “Molla Nəsrəddin” və mollanəsrəddinçilər /F.Hüseynov.- Bakı:
Yazıçı, 1986.
123
Üzeyir bəy Hacıbəyov və “Molla Nəsrəddin” /tərt ed. T.Aydınoğlu, S.Qarabağlı;
red. M.Nazimoğlu; Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım
Assosiasiyası; Söz Azadlığı Müdafiə Fondu.- Bakı: Adiloğlu, 2007.- 88 s.
Zümrüd. 7 aprel “Molla Nəsrəddin”in yaranma günüdür: Əsrlərin möhtəşəm
abidəsinə çevrilən nəşrin dərcindən 103 il ötür /Zümrüd //Səs.- 2009.- 7 aprel.- S.12.
Rus dilində
Агаев, И. Великое достояние нашей исторической памяти: 100-летие
сатирического журнала “Молла Насреддин” /И.Агаев; ред. Б.Набиев.- Баку:
Элм, 2007.- 64 с.
İnternetdə
www.anl.az
www.az.wikipedia.org
www.forum.azeri
Nailə Alışova
|