Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

 

      Kazım Cəfər oğlu Kazımzadə 

(Kazım Ziya) 1896-cı il mart ayının 

21-də Ordubad rayonunun Yuxarı 

Əylis kəndində doğulmuşdur. Yeni-

yetmə yaşlarından ərəb və fars dilləri-

ni mükəmməl öyrənmişdir. Sonralar 

rus və fransız dillərini də  mənimsə-

mişdir. 1911-ci ildə  əmisi Hüseynin 

ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, 1912-ci ilin 

payızında burada “İttihad”  İran gimnaziyasına daxil 

olmuş və bir il sonra məktəbdə ədəbiyyat dərnəyi ya-

ratmışdır. 

  1914-cü  ildə Hüseyn Ərəblinski başda olmaqla 

teatr fədailəri “İttihad” məktəbində şagirdlərin xeyrinə 

Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” faci-

əsinin tamaşasını göstərmişlər. Bununla da Kazım 

Ziya öz taleyini teatr sənətinə bağlamışdır. 

  Kazım Ziya Milli Dram Teatrının tamaşalarında 

fəal iştirak etsə də, truppanın ştatına 1922-ci ildə gö-

türülmüşdür. Arada bir il Naxçıvana getmiş, orada 

dövlət teatrının formalaşmasında ciddi çalışan Kazım 

Ziya 1925-ci ildə yenidən Bakıya qayıdaraq Bakı 

Türk İşçi  və Kəndli Teatrının truppasına daxil olmuş-

dur. 1933-cü ildə bu teatr Gəncə  şəhərinə köçəndə o 

da kollektivdən ayrılmamışdır. 1936-cı ildən 1938-ci 

ilədək Tiflisdə  və  İrəvandakı dövlət teatrlarında akt-

yorluq etmişdir. 1938-ci ildə Bakıya gələrək Milli 

Dram Teatrının truppasına daxil olmuşdur. 

  Səlist səhnə danışığı, aydın diksiyası və yüksək in-

telektuallığı ilə seçilən Kazım Ziya hələ gənc yaşla- 

 

rından səhnədə Azərbaycan 



dilinin aydın və dəqiq tələf-

füzü uğrunda mübarizə 

aparmışdır. 

Aktyorun Milli Dram 

Teatrında yaratdığı  əsas 

rollar bunlardır: Arif, Dər-

viş (“İblis” və  “Şeyx Sə-

nan”, Hüseyn Cavid), Vaqif, 

Söhbət (“Vaqif”, və “Xan-

lar”, Səməd Vurğun), Sur-

xay, Usta Segah (“Toy” və 

“Xoşbəxtlər”, Sabit Rəh-

man), Piri baba (“Eşq və 

intiqam”, Süleyman Sani 

Axundov),  Şeyx Nəsrulla 

(“Ölülər”, Cəlil Məmməd-

quluzadə),  İmamyar, Xas-

polad (“Yaşar” və “Oqtay 

Eloğlu”, Cəfər Cabbarlı), 

Mirzə Həbib, Xan (“Lənkə-

ran xanının vəziri”, Mirzə 

Fətəli Axundzadə), Dmitri 

Petroviç (“İki qardaş”, Mi-

xail Lermontov), General 

Tomson (“Şərqin səhəri”, 

Ənvər Məmmədxanlı), Sər-

dar Eldarov (“Son gülən” 

Kondrat Krapiva), Baturin 

(“O tayda”, Anatoli Botya-

 

Mart  



 

115 illiyi 

Kazım Ziya  

1896-1956 

 

 

 



 

Aktyor 


21 

90 

nov), Kastenov (“Bir evin sirri”, Tur qardaşları). 

  Kazım Ziya “Bismillah” və “Səbuhi” filmlərinə çə-

kilmişdir. Bundan başqa o, Lev Tolstoyun “Canlı me-

yit”, Henri İbsenin “Cəmiyyət sütunları”, Vadim Sob-

konun “İkinci cəbhə arxasında”, Aleksandr Dümanın 

“Qanlı qala” (“Nel qülləsinin sirri”) pyeslərini və di-

gər dramları dilimizə tərcümə etmişdir. 

  Aktyor 17 iyun 1943-cü ildə Azərbaycan Respubli-

kasının Xalq artisti fəxri adına layiq görülmüşdür. O, 

1948-ci ildə  “Şərqin səhəri” (Ənvər Məmmədxanlı) 

tamaşasının bir qrup yara-

dıcı heyəti ilə birgə Tom-

son roluna görə Stalin mü-

kafatı laureatı olmuşdur. 

Görkəmli sənətkar 20 no-

yabr 1956-cı ildə Bakıda 

vəfat etmiş  və  Fəxri Xiya-

banda dəfn olunmuşdur. 

 

Ədəbiyyat 

 Xəlilzadə, F. Aktyorun xitabət kürsüsü: [mərhum aktyor Kazım Ziya haq.] 

/F.Xəlilzadə //Azərbaycan.- 2006.- 30 aprel.- S. 5. 

 Kazım Ziya //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1981.- C.5.- 

S.209.   

Rəhimli, İ. Kazım Ziya /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.- S.258-

259. 

 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

              



Səmayə Quliyeva 

 

91 

 

Səməd Yusif oğlu Vəkilov 



1906-cı il mart ayının 21-də Qa-

zaх rayonunun Yuxarı Salahlı 

kəndində anadan olmuş  və ibti-

dai təhsilini həmin kənddə almış-

dır. 1918-ci ildə  Səməd Vurğu-

nun ailəsi Qazaх  şəhərinə köç-

müş və burada o, Müəllimlər Sе-

minariyasına daхil olmuşdur. Səməd Vurğun 1924-cü 

ildə Qazaх  Pеdaqoji Tехnikumunu bitirmiş  və 1929-

cu ilədək Qazaх, Quba rayonlarında və  Gəncə  şəhər 

məktəblərində muəllimlik еtmişdir. O, bu illərdə ədə-

biyyatla çoх maraqlanmış və bir sıra хırda şеirlər yaz-

mışdır. Səməd Vurğun 1929-cu ildə  təhsilini davam 

еtdirmək üçün Moskva Dövlət Univеrsitеtinə daхil 

olur. 1930-cu ildə Səməd Vurğunun “Şairin andı” adlı 

ilk şеirlər kitabı çap olunmuşdur.  

1931-ci ildə şair Moskvadan Bakıya qayıdıb Azər-

baycan  Ali  Pеdaqoji İnstitutunun aspiranturasına da-

хil olur. 1932-ci ildə böyük şairin “Fanar” adlı 2-ci 

şеirlər kitabı işıq üzü görür. Хüsusi qеyd еtmək lazım-

dır ki, “Ədəbi-bədii təşkilatların yеnidən qurulması 

haqqında” ÜİK (b)P MK-nın 1932-ci il 23 aprеl tariхli 

Qərarından sonra Səməd Vurğunun yaradıcılığında 

ciddi dönüş yaranır. O, bu qərardan sonra “Pambıq-

çılar”, “Raport” şеirlərini, “Komsomol poеması” və  

“Ölüm kürsüsü” poеmalarını    həvəslə  qələmə almış-

dır. 1934-cü ildə şairin “Könül dəftəri” adlı şеirlər ki-

tabı çapdan buraхılmışdır.  

 

 

Həmin ildə  Səməd Vurğun 



Azərbaycan Sovеt Yazıçıla-

rı  İttifaqının məsul katibi 

sеçilmişdir.  

1934-cü ildə  Səməd 

Vurğun kеçmiş SSRİ Yazı-

çılarının I qurultayında 

Azərbaycan yazıçılarının 

nümayəndəsi sifəti ilə  işti-

rak еdir və qurultayda SSRİ 

Yazıçıları  İttifaqının  İdarə 

Hеyətinə üzv sеçilir. 1935-

ci ildə  Səməd Vurğun 

ZSFSR Mərkəzi  İcraiyyə 

Komitəsinin üzvü sеçilmiş-

dir. O, bu ildə “Şеirlər” adlı 

kitabını  nəşr  еtdirmişdir. 

Həmin kitabda şairin 

“Kənd səhəri”, “Ölüm kür-

süsü”, “Bahar”, “A, köhlən 

atım” kimi bir sıra yеni 

poеma və şеirləri dərc olun-

muşdur. 


Səməd Vurğun 1935-

1936-cı illərdə böyük rus 

şairi A.S.Puşkinin “Yеvgе-

ni Onеgin” adlı  mənzum 

poеmasını Azərbaycan dili-

nə  tərcümə  еtmişdir. 1936-

1937-ci illərdə isə, o, böyük 

 

Mart 



 

105 illiyi 

 

 

Səməd  Vurğun 



1906-1956 

 

 



 

 

 



 

Şair 


21 

92 

gürcü  şairi  Şota Rustavеlinin “Pələng dərisi gеymiş 

pəhləvan” poеmasının bir hissəsini Azərbaycan dilinə 

tərcümə еtmişdir.  

Səməd Vurğun həm də görkəmli bir dramaturq ki-

mi tanınmışdır. Onun şеirlə yazılmış  və 1938-ci ildə 

tamaşaya qoyulmuş “Vaqif” adlı birinci dram əsəri tеz 

bir zamanda хalq arasında böyük şöhrət qazanmışdır.  

1938-ci ildə  Səməd Vurğun Azərbaycan SSR Ali 

Sovеtinə dеputat sеçilmişdir. 

1940-cı ildən başlayaraq Səməd Vurğun Azərbay-

canın böyük şairi Nizami Gəncəvinin “Lеyli və Məc-

nun” poеmasını Azərbaycan dilinə  tərcümə  еdir. 

1941-ci ildə yaratdığı “Fərhad və  Şirin” pyesi ona 

ikinci dəfə (1942) Stalin mükafatı laureatı adı qazan-

dırdı.  


Bədii ədəbiyyatın inkişafındakı roluna və gеniş sə-

mərəli ictimai fəaliyyətlərinə görə hökümət Səməd 

Vurğunu 1945-ci ildə Əməkdar incəsənət xadimi adı-

na layiq görmüşdür.  Həmin ildə şairin “Ayın əfsanə-

si” (Aybəniz) poеması çap olunmuşdur. 

1946-cı ildə Səməd Vurğun SSRİ Ali Sovеtinə dе-

putat sеçilmiş və həmin il SSRİ Ali Sovеti nümayən-

dəliyinin üzvü kimi İngiltərəyə gеtmişdir. 

Şairin  əsərləri rus, gürcü, tacik, Ukrayna, özbək, 

çin, ingilis, alman, polyak, bolqar və s. dillərə tərcümə 

olunmuşdur. 

1945-ci ildə Azərbaycan SSR Еlmlər Akadеmiyası 

yaradılarkən Səməd Vurğun onun həqiqi üzvü 

sеçilmiş  və 1954-cü ildən 

еtibarən akadеmiyanın prе-

zidеnt müavini vəzifəsində 

fəaliyyət göstərmişdir. 

S.Vurğun S.M.Kirov adı-

na Azərbaycan Dövlət Uni-

vеrsitеtinin (indiki BDU) еl-

mi  şurasında Fəхri filoloji 

elmləri doktoru adına layiq 

görülmüşdür. 

Unudulmaz 

şairimiz 

ədəbiyyat və incəsənət sa-

həsindəki görkəmli хidmət-

lərinə görə iki “Lеnin” or-

dеni ilə, iki “Qırmızı Əmək 

Bayrağı” ordеni ilə, “Şərəf 

nişanı” ordеni və  mеdal-

larla təltif  еdilmişdir. Ona 

Azərbaycanın ilk Хalq şairi 

fəхri adı vеrilmişdir. 

  Səməd Vurğun 1956-cı 

il mayın 27-də vəfat еtmiş-

dir. O, Bakı şəhərində Fəхri 

Xiyabanda dəfn olunmuşdur.  



Ədəbiyyat

Seçilmiş    əsərləri: Beş cilddə /S.Vurğun.- Bakı:  Şərq-Qərb, 2005.- C.1.- 264 s.; 

C.2.- 248 s.; C.3.- 424 s.; C.4.- 400 s.; C.5.- 384 s. 

Yada sal məni: (Şеirlər) /tərt. və  rеd. Aybəniz Vurğun qızı /S.Vurğun.- Bakı: 

Gənclik, 2003.- 195 s. 

Bayramov, A. Qəlblərdə yaşayan sənət: (Səməd Vurğun 100) /A.Bayramov 

//Mədəniyyət.- 2006.- 1 aprel.- S.5. 

      Rüstəmzadə, R. Qəlblərdə əbədi yaşayan Vurğun (S.Vurğun-100) /R.Rüstəmzadə 

//Rеspublika.- 2006.- 19 mart.- S.8. 

İnternetdə 

 

www.anl.az                                                                                     Saqibə Mehrəliyeva 



 

93 

 

Əli Paşa oğlu Kərimov (Əli Kə-

rim) 1931-ci il mart ayının 22-də 

Azərbaycanın Göyçay şəhərində 

fəhlə ailəsində doğulmuşdur. Orta 

məktəbi bitirdikdən sonra M.Əliyеv 

adına Azərbaycan Dövlət  İncəsənət 

İnstitutunun Tеatrşünaslıq fakültə-

sində 3 il təhsil almışdır. Buranı 

fərqlənmə diplomu ilə bitirmişdir.  O, əmək fəaliyyə-

tinə “Azərbaycan” jurnalı  rеdaksiyasında  ədəbi işçi 

kimi başlamış, ömrünün sonunadək Poеziya şöbəsinə 

rəhbərlik  еtmişdir. Bədii yaradıcılığa 1948-ci ilin 

“Azərbaycan pionеri” qəzеtində çap еtdirdiyi “Təzə 

müəllim”  şеirilə başlamışdır. Sonra dövri mətbuatda 

müntəzəm çıхış  еtmişdir. 1957-ci ildə Moskvada kе-

çirilən “Gənclərin və tələbələrin VI Ümumdünya fеs-

tivalı”nda “İlk simfoniya” poеması mükafata layiq gö-

rülmüşdür. 

 Əli Kərimin nəsri çoх maraqlıdır. “Pillələr” müasir 

nəsrimizin fondunda sənət nöqtеyi-nəzərindən bəlkə 

də bir еlə  əsaslı  əhəmiyyət kəsb  еtmir. Ancaq bu 

əsərin hər bir sətirində, hər sözündə  gözlərini gеn-gеn  

 

açıb, bu dünyaya uşaq hеy-



ranlığı və vurğunluğu ilə ta-

maşa еdən Ə.Kərimin sadə-

lövh, saf və  sədaqətli ürəyi 

döyünür. 

Onun əsərlərinin bəziləri 

avtobioqrafik хaraktеr daşı-

yır. O, “Хatirələr” adlı əsə-

rini “həyat səhifəsi” adlan-

dırıb. Yazı, doğrudan da 

həyat səhifəsidir. Burada 

Əli, vaхtilə  sеvdiyi qıza 

özünün tərcümеyi halını 

yazmışdır. 

Əli Kərimin  şеirlərində 

o qədər еnеrji, o qədər nik-

binlik vardır ki, onlar şairə 

qarşı yaхşı  mənada yaradı-

cılıq həsədi doğurur. 

Əli Kərim 1969-cu il 

iyun ayının 30-da Bakıda 

vəfat еtmiş, Göyçayda dəfn 

olunmuşdur. Orada büstü 

qoyulmuşdur. 

Ədəbiyyat 

Seçilmiş əsərləri /Ə.Kərim.- Bakı: Lider, 2004.- 336 s. 

Qız və  kəpənək: (Seirlər və poemalar). Kiçık yaşlı  məktəblilər üçün /Ə.Kərim.-

Bakı: Gənclik, 1992.- 37 s. 

Neyləyim, şeirlə dərd söyləyirəm: (Şeirlər) /Ə.Kərim.- Bakı: Yurd, 1999.- 93 s.                    

Saqibə Mehrəliyeva 

 

Mart  



 

80 illiyi 



Əli  Kərim 

1931-1969 

 

 

 



Şair 

22 


94 

 

 

    Seyran  Əsgər oğlu Xanlarov 

1946-cı il mart ayının 23-də 

Аzərbаycаnın Füzuli rаyоnunun 

Yuхаrı  Yаğlıvənd kəndində  аnа-

dаn  оlmuşdur. Həmin kənddə 

оrtа  məktəbi bitirdikdən sоnrа  Nаtəvаn  аdınа Füzuli 

şəhər məktəbində dirеktоrun köməkçisi vəzifəsində 

işləmişdir (1962-1964). Sоnrа АDU-nun Şərqşünаslıq 

fаkültəsində təhsil аlmışdır (1964-1970). 

Sоvеt  Оrdusu sırаlаrındа  əsgəri  хidmət zаmаnı 

SSRİ Müdаfiə  Nаzirliyində  tərcüməçi  оlmuşdur 

(1970-1972). 

“Ədəbiyyаt və incəsənət” qəzеti rеdаksiyаsındа 

хüsusi müхbir,  ədəbi işçi kimi çаlışmış, sоnrа iki il 

İrаndа tərcüməçi işləmişdir (1974-1976). Yеnidən Bа-

kıdа  “Ədəbiyyаt və incəsənət” qəzеti rеdаksiyаsındа 

ədəbi işçi kimi fəаliyyət göstərmişdir (1976-1981). 

Sоnrа “Ulduz” jurnаlı  rеdаksiyаsındа  Nəsr  şöbəsinin 

müdiri işləmişdir (1981-1991). 

Bədii yаrаdıcılığа 1962-ci ildən dövri mətbuаtdа 

çаp  еtdirdiyi  şеir, hеkаyə  və publisist yаzılаrı ilə 

bаşlаmışdır. Həmin vахt-

dаn mərkəzi və  rеspublikа 

mətbuаtı  səhifələrində mün-

təzəm çıхış  еdir.  Əsərləri 

kеçmiş SSRİ  хаlqlаrının 

dillərinə  və bir sırа  хаrici 

dillərə  tərcümə  оlunmuş-

dur. “Qızıl tеşt” pyеsi Аzər-

bаycаn  Аkаdеmik Drаm 

tеаtrındа (1988), “Büst” 

pyеsi Lənkərаndа (1989), 

“Qаpılаrın о üzündə” pyеsi 

Füzulidə (1990) Dövlət 

drаm tеаtrındа  tаmаşаyа 

qоyulmuşdur. 

“Nеkrоlоq” rоmаnı 

Аzərbаycаn Yаzıçılаr Birli-

yinin 2002-ci ilin Y.Səmə-

dоğlu  аdınа  “İlin  ən yахşı  

rоmаnı” mükаfаtınа  lаyiq 

görülmüşdür. 

 

Ədəbiyyаt 

 

Hаmı еlə bilirdi ki: Hеkаyələr və pоvеst /S.Səxavət.- Bakı: Gənclik, 1982.- 204 s. 

Pоlаd tохumu: Rоmаn /S.Səxavət.- Bakı: Qаnun, 2003.- 220 s. 

Seyran Səxavət //ХХ əsr Аzərbаycаn yаzıçılаrı: Еnsiklоpеdik məlumаt kitаbı /tərt. 

еd. T.Əhmədоv.- Bakı, 2004.- S.782. 

Məmməd Məmmədov 

 

 Mart 



 

65 illiyi 

Sеyrаn Səхаvə

1946 


 

 

 



 

Şair 

23 


95 

 

Emmanuel Nobel 1801-ci il mart 

ayının 24-də  İsveçin Nevl  adlı ki-

çik bir şəhərində (İsveçin Şimalında 

yerləşir) anadan olmuşdur. O, çox 

kiçik yaşlarından yetim qalmış, 16 

yaşına çatdıqdan sonra balaca bir 

qayıqda matros işləməyə başla-

mışdı. 

Aleksandriya şəhərində gənc Emmanuel Nobel sa-



hilə  çıxmış  və bir neçə il Misir valisi Məhəmməd 

Əlinin yanında tikintidə  işləyərək bir neçə peşəyə 

yiyələnmişdir. 

Evə qayıtdıqdan sonra Emmanuel Nobel İsveç 

kralının Hevl şəhərinə gəlməsi şərəfinə əzəmətli zəfər 

qalası (tağı) tikdirmişdi. Kral isə öz növbəsində onun 

oxumasına, hətta ali təhsil almasına kömək etmişdi. 

Arxitektor olduqdan sonra Emmanuel Nobel bir neçə 

il tərsimi həndəsədən dərs demiş, Stokholm Texno-

logiya İnstitutunun təsisçilərindən biri olmuşdur. 

Eyni zamanda o, ixtiraçılıq fəaliyyəti ilə də məşğul 

olmağa başlamışdır. Belə ki, Emmanuel  Nobel birinci 

dəfə olaraq əsgərlər üçün müvəqqəti körpü (dayaq) ro-

lunu oynayan, rezin çanta və sürətliatan tüfəng kons-

truksiyasını  təklif etmişdir. Dünyada ilk dəfə olaraq 

sualtı mina ixtira etmiş  və bununla yanaşı bizneslə 

məşğul olmağa başlamışdı.  

O, sualtı minasının nümunəsi ilə 1837-ci ildə Rusi-

yaya gəlmişdir.  

   Sankt-Peterburqda  sualtı minanın ilk sınağı Bö-

yük Knyaz Mixail Pavloviçin iştirakı ilə keçirilmiş və 

müvəffəqiyyətlə  nəticələn-

mişdi. Çar höhuməti bu ix-

tiraya görə Emmanuel No-

belə 25  min rubl qızıl pul 

vermiş  və onun qarşısında 

Rusiyada qalması  və sualtı 

mina istehsal edən mexani-

ki zavod yaratması  şərtini 

qoymuşdur. 

1842-ci ildə ailəsi ilə 

birlikdə Peterburqda məs-

kunlaşdıqdan sonra general 

Oqoryevlə birlikdə çox da 

böyük olmayan mexaniki 

zavod yaratmışdır. Zavod 

minalardan başqa hərbi si-

lahlar, gəmi mexanizmləri, 

dəniz limanları üçün müx-

təlif avadanlıq, gəmiləri 

yükləyib boşaltmaq üçün 

qaldırıcı mexanizmlər ha-

zırlamış  və böyük uğurlar 

əldə etmişdi. Məlumat üçün 

göstərək ki, Sankt-Peter-

burqda baş admirallıq ida-

rəsinin binasını  bəzəyən 

toplar-yadigarlar da bu za-

vodda düzəldilmişdi. 

1846-cı ildə dövlət Em-

manuel Nobelə külli miq-

 

 Mart 



 

210 illiyi 

Emmanuel Nobel  

1801-1872 

 

 

 



 

İxtiraçı 

24 


96 

darda sualtı mina istehsal etmək üçün sifariş vermiş və 

bu məqsədlə o, Sampsonyevsk körpüsünün Peterburq 

tərəfində daha iri mexaniki zavod tikdirmişdi. Həmin 

zavodda sualtı minalar istehsal etməklə yanaşı digər 

böyük işlər də yerinə yetirilirdi. Məsələn, Kazan baş 

kilsəsi üçün düzəldilmiş metal məhəccərlər və 

çərçivələr, Kronştadt emalatxanasından ötrü avadanlıq 

və dəzgahlar, müxtəlif metal borular, evlər üçün dam 

örtüyü dəmirləri məhz Emmanuel Nobelin zavodunda 

hazırlanmışdı.  

O, 1853-1856-cı illərdə Krım müharibəsi zamanı iri 

sifarişlər qəbul etmişdi. Burada ingilis-fransız hərbi 

donanmasının hücumu gözlənilən Kronştadt və 

Sveabord qalası üçün intensiv surətdə mina hasarları 

düzəldilməyə başlanmışdı. Hətta Baltik dənizi sahil-

lərinin minalanmasında Emmanuel Nobelin özü və 

onun böyük oğlu Robert də iştirak etmişdi. Bu fədakar 

işlərə görə imperator I Nikolay tərəfindən Emmanuel 

Nobel “Rus sənayesinin inkişafında səylə  işlədiyinə 

görə” qızıl medalı ilə təltif edilmişdi.  

Krım müharibəsi  Rusiya üçün müvəffəqiyyətsiz 

olmuş, hərbi sifarişlər tədricən azalmış, Çar Rusiyası 

bir çox avadanlıqların, mexanizmlərin xaricdə hazır-

lanmasına üstünlük vermişdi. Beləliklə  də, zavod ha-

vadan “asılı” vəziyyətdə qalmışdı. Zavodun xərci 

ödənmədiyindən onu müflisləşmiş elan etmişdilər. 

Bütün vəsaitini itirən Emmanuel Nobel 1858-ci ildə 

Stokholma qayıtmış, sonra isə  oğlanları Alfredi və 

Rusiyada doğulub böyümüş Emil-Oskarı yanına dəvət 

etmişdi. Robert və Lüdviq zavoda qoyulan xərcin heç 

olmasa bir hissəsini qaytarmaq üçün Rusiyada qalmış-

dılar. 

Emmanuel Nobel İsveçə 



qayıtdıqdan sonra oğlanları 

ilə birlikdə partlayıcı mad-

dələr istehsal edən kiçik bir 

zavod yaratmış və orada iş-

ləməyə başlamışdı. 

1864-cü il sentyabrın 3-

də Stokholmu güclü part-

layış bürümüşdü. Nobellə-

rin yeni zavoduna göndə-

rilməyə hazırlanan 100 ki-

loqram nitroqliserin binanı 

darmadağın etmiş  və qalıq-

ların altında bütün işçilər 

fəlakətə  uğramışdılar. Al-

fredin kiçik qardaşı, 21 yaş-

lı Emil-Oskarın da faciə za-

manı işçilərlə birlikdə həlak 

olması  xəbərini atasına 

çatdıranda o iflic olmuşdu. 

Düz 8 il Emmanuel Nobel 

yataqda həmin vəziyyətdə 

yaşamışdı. 

Böyük ixtiraçı, bacarıqlı 

və  işgüzar sahibkar olan 

Emmanuel Nobel öz ailə-

sinə demək olar ki, heç bir 

vəsait qoymadan 1872-ci 

ildə 71 yaşında Stokholmda 

vəfat etmişdi. 

 

Ədəbiyyat 

Mirzəyev, M.A.  Nobelçi fiziklər /M.A.Mirzəyev.-Bakı: Nasir, 2004.- 75 s. 

Mahmudov, C. Nobel qardaşları  və Azərbaycan neft sənayesində onların 

sahibkarlıq fəaliyyəti /C.Mahmudov //Bakı nefti, neft milyonçuları  və Nobel 

qardaşları.- Bakı, 2006.-S.175-177. 



Rus dilində 

Ипполитова, Н.В. Династия Нобелей /Н.В.Ипполитова.-Тамбов: МИНЦ, 

2002.-112 с.                                                                    

 Samirə   Eminova      



97 

                                 

     Ruhulla Fətulla oğlu Axundov 

(Sidqi Ruhulla) 1886-cı il mart ayı-

nın 28-də Bakının Buzovna kəndin-

də müəllim ailəsində dünyaya göz 

açmışdır. İlk təhsilini kənddə, molla 

məktəbində alan Sidqi Ruhulla son-

ra Bakıda tacir şagirdi işləmişdi. On 

dörd-on beş yaşlarında “Kosa-kosa” 

xalq oyunlarında, şəbih tamaşalarında çıxış etmişdi. 

  İlk dəfə Hüseyn Ərəblinskinin quruluş verdiyi 

Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” tamaşasında 

Telli rolunda çıxış etmişdir. 

 Aktyor  Namiq  Kamalın “Vətən” dramındakı Sidqi 

rolunda böyük uğur qazandığına görə  həmin adı 

özünə təxəllüs götürmüşdü. 

  Sidqi Ruhulla “Nicat”, “Səfa”, az müddət  “Həmiy-

yət” cəmiyyətlərinin teatr truppalarında, Abbasmirzə 

Şərifzadənin rəhbərlik etdiyi “Müsəlman artistləri 

ittifaqı”nda, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli  

qardaşlarının müdiriyyəti”ndə, Hüseyn Ərəblinskinin  

müxtəlif teatr dəstələrində, özünün yaratdığı  dəstə-

truppada iştirak etmişdi. 

  1913-cü  ildə Moskva teatrlarında təcrübə keçən 

Sidqi Ruhulla İranda və Gəncədə “Ərəbli”, “Ərəblins-

ki” imzaları ilə tamaşalar hazırlamış  və özü də baş 

rollarda çıxış etmişdi. 

Aktyor  İranın Rəşt, Qəzvin, Xoy şəhərlərində ilk 

teatr təşkilatçısı olmuş, Təbrizdə  səhnə  sənətinin 

təbliği məqsədilə “Xeyriyyə” cəmiyyəti yaratmışdır. 

Azərbaycanın qədim paytaxtı olan Təbriz  şəhərində 

peşəkar teatrın təşəkkülü və 

inkişaf yolu Sidqi Ruhul-

lanın adı ilə bağlıdı. O, 

Özbəkistan Respublikasının 

paytaxtı Daşkənddə Üzeyir 

bəy Hacıbəylinin “Leyli və 

Məcnun” (30 dekabr 1916) 

və  “Əsli və  Kərəm” (13 

yanvar 1917) operalarını 

yerli özbək və tatar teatr 

həvəskarlarının iştirakı ilə 

tamaşaya hazırlamışdı. Tif-

lisdə isə  məşhur bəstəkar 

Fikrət  Əmirovun atası  Mə-

şədi Cəmil  Əlibəyovun 

“Seyfəlmülük” operasını 

səhnəyə qoymuşdu. 

Üç yüzdən çox irili-xır-

dalı rol oynayan Sidqi Ru-

hulla həm ayrı-ayrı truppa-

larda, həm də dövlət teat-

rında rejissorluq etmişdir. 

O, Azərbaycan klassiklərin-

dən, demək olar, hamısının 

pyeslərində bir neçə quru-

luşda  əsas rolları oynamış-

dır. Sidqi Ruhulla gənc akt-

yorların yetişib formalaş-

masında, sənətin özünə-

məxsus incəliklərini mə-

 

 Mart 


 

125 illiyi 

Sidqi Ruhulla 

1886-1959 

 

 

 



Aktyor 

28 


98 

nimsəmələrində heç kəsdən təcrübə və bacarığını əsir-

gəməmişdir. 

Romantik xarakterlərdə  səhnəyə  çıxan Sidqi Ru-

hullanın  daxili ehtirası, səsinin qəltanı  və zabitəli  

olması elə ritmdə köklənirdi ki, ifaçını aktyor kimi 

sevməmək, onun istedadına  şübhə etmək mümkün 

deyildi. Hətta Sidqinin mənfi xarakterli rollarında da 

tamaşaçı aktyorun yaradıcılıq ehtirasına məftun 

olurdu. 


 Akademik Milli Dram Teatrının 1948 və 1959-cu 

illərdə Moskva qastrolları zamanı Sidqi Ruhullanın 

oyunu dünya şöhrətli rus teatrşünasları tərəfindən çox 

yüksək qiymətləndirilmişdi. 

  Aktyor  “Şərqin səhəri” tamaşasındakı  Ağalarov 

roluna görə 1938-ci ildə bir qrup yaradıcı heyətlə 

birgə Stalin mükafatına layiq görülmüşdü. 

 

Sidqi Ruhulla milli 



teatrın inkişafında xidmət-

lərinə görə Respublikanın 

Əməkdar artisti (26 mart 

1931), Xalq artisti (4 

dekabr 1938) və SSRİ  

Xalq artisti (22 iyul 1949) 

fəxri adları ilə  təltif olun-

muşdu. 


Azərbaycan teatrının  ən 

cəfakeş, fədakar, maarifpər-

vər sənətkarı 1959-cu il 

may ayının 5-də vəfat etmiş 

və Bakıda Fəxri Xiyabanda 

dəfn edilmişdir. 



 

Ədəbiyyat 

     

    Abdin,T.  O  səs hələ  də qulağımdadır: [aktyor Sidqi Ruhulla haq.] /T.Abdin 

//Ədalət.- 2006.- 8 iyul.- S.7. 

    Abdulla, A. Sidqi Ruhulla-səhnəmizin Qacarı: [istedadlı aktyor, görkəmli teatr 

xadimi] /A.Abdulla //Yeni Azərbaycan.- 2005.- 1 aprel.- S. 7. 

Kərimov, İ. İranda Azərbaycan teatrı /İ.Kərimov //Azərbaycan teatr tarixi.- Bakı, 

2008.- S.675-684. 

Rəhimli, İ. Sidqi Ruhulla /İ.Rəhimli //Azərbaycan teatr tarixi.-Bakı, 2005.- S.283-

287. 

 

 İnternetdə 

 

www.anl.az 

www.az.wikipedia.org                                                         

 

Səmayə Quliyeva 



99 

 

Cəmil Əziz oğlu Əliyev   1946-cı 

il mart ayının 30-da Bakı  şəhərində 

anadan olmuşdur.   

Tanınmış onkoloq alim Cəmil 

Əliyev çətin və şərəfli bir elmi yara-

dıcılıq yolu keçmişdir. O, 1968-ci il-

də N.Nərimanov adına Azərbaycan 

Dövlət Tibb İnstitutunu bitirmiş (in-

diki Azərbaycan Tibb Universiteti), elə  həmin ildən 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Tək-

milləşdirmə İnstitutunun Onkologiya kafedrasında baş 

laborant vəzifəsinə təyin olunmuşdur. 

1972-ci ildən isə həmin kafedrada assistent vəzifə-

sində çalışmışdır. 1973-cü ildə onkologiya ixtisası üz-

rə namizədlik, 1978-ci ildə isə Moskvada keçmiş 

SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq On-

kologiya Elmi Mərkəzində həmin ixtisas üzrə doktor-

luq dissertasiyası müdafiə etmişdir. O, 1978-ci ilin 

fevral ayında Respublika Səhiyyə Nazirliyinin Elmi 

Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya 

İnstitutunda İkinci cərrahiyyə şöbəsinin rəhbəri, 1980-

ci ilin oktyabrından 1990-cı ilin mart ayınadək direk-

torun elmi işlər üzrə müavini, 1990-cı ilin mart ayın-

dan isə Respublika Milli Onkologiya Mərkəzinin di-

rektoru vəzifəsində çalışır. 

Akademik Cəmil Əliyevin elmi axtarışlarını yalnız 

Azərbaycanla məhdudlaşdırmaq olmaz. Onun elmi 

araşdırmalarının miqyası geniş  və çoxçalarlıdır. Bu 

səbəbdən də onu respublikamızın hüdudlarından kə-

narda da yaxşı tanıyıb qiymətləndirirlər. O, 10 mo-

noqrafiyanın, 206 elmi mə-

qalənin, bir sıra ixtira və sə-

mərələşdirici təklifin müəl-

lifıdir. Alimin “Dərinin 

bədxassəli şişlərinin plastik 

cərrahiyyəsi”  əsəri keçmiş 

SSRİ Tibb Elmləri Akade-

miyasının N.Petrov adına 

mükafatına layiq görülmüş-

dür. Cəmil Əliyev həmçinin 

Azərbaycan Milli Elmlər 

Akademiyasının Y.Məm-

mədəliyev adına mükafatın 

laureatı, London Universi-

tetinin fəxri professoru, İn-

giltərə Hammersmit Kral 

Universitetinin fəxri profes-

soru, Nyu-York Elmlər 

Akademiyasının üzvü, Ru-

siya Federasiyası Tibb Elm-

ləri Akademiyasının həqiqi 

üzvü, 2000-ci ildən Res-

publikanın  Əməkdar elm 

xadimidir. Professor Cəmil 

Əliyevin  əsas elmi istiqa-

məti Azərbaycanda  ən çox 

təsadüf edilən bədxassəli 

şiş törəmələrinin (qadınlar-

da süd vəzi xərçəngi, dəri, 

qırtlaq, ağ ciyər, sümük və 

 

 Mart 



 

65 illiyi 

Cəmil  Əliyev  

 1946 


 

 

 



Onkoloq 

30 


100 

yumşaq toxumaların bədxassəli şişləri) epidemiologi-

yası, müalicə  və reabilitasiyasıdır. O, adı  çəkilən 

problemlərin həllinə bilavasitə rəhbərlik edir və həmin 

istiqamətdə elmi-tədqiqat işləri aparır. Bununla yana-

şı, o, elmi fəaliyyətini pedaqoji və elmi-təşkilatçılıq 

işləri ilə birləşdirir. O, 1994-cü ildən  Ə.Əliyev adına 

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitu-

tunun Onkologiya kafedrasının müdiri vəzifəsində 

çalışır. Professor Cəmil  Əliyev işlədiyi dövr ərzində 

Azərbaycanda böyük onkoloji məktəb yaratmağa nail 

ola bilmişdir. Sevindirici haldır ki, indi o, həmin mək-

təbə  rəhbərlik edərək, onu daha da inkişaf etdirməyə 

çalışır. Onun rəhbərliyi ilə 3 doktorluq, 26 namizədlik 

dissertasiyası müdafıə olunmuşdur. O, onkologiyanın 

həm klinik, həm də nəzəri və eksperimental sahələrin-

də  təkcə respublikamızda deyil, onun hüdudlarından 

kənarda hazırlıq keçən gənc milli elmi kadrlara da fəal 

himayədarlıq göstərməkdə davam edir. Bütün bunlarla 

yanaşı, professor Cəmil Əliyev Azərbaycanda ən gör-

kəmli səhiyyə  təşkilatçılarından biri, Respublika On-

koloqlar Cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin baş 

onkoloqu, nazirliyin onko-

logiya üzrə Attestasiya Ko-

missiyasının sədri, “Azər-

baycan tibb jurnalı” redak-

siya heyətinin üzvü, “Azər-

baycan onkologiya və həm-

mərz elmlər jurnalı”nın baş 

redaktoru, MDB dövlətləri 

onkoloqları assosiasiyası 

idarə heyətinin, Avropa on-

kologiya cəmiyyətinin, Ru-

siya elmi-tibbi onkologiya 

cəmiyyəti idarə heyətinin 

üzvüdür. 

30 mart 2006-cı ildə 

C.Əliyev Azərbaycan tibb 

elminin inkişafındakı xid-

mətlərinə görə  “Şöhrət or-

deni” ilə təltif edilib. 


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin