QAYNAQLAR:
1. Azərbaycan nağılları. BeĢ cilddə. I cild, Bakı, “ġərq-Qərb”,
2005, 360 səh.
2.
Əliyev K. Açıq kitab-“Dədə Qorqud”, Elm və təhsil, 2015,
116 səh.
3.
Əfəndiyev R. SeçilmiĢ əsərləri. Bakı, “ġərq-Qərb, 2006, 120
səh
.
4. Səhhət A. SeçilmiĢ əsərləri, Bakı, Lider nəĢriyyatı, 2005, 456
səh.
5.
Seyidov M. Azərbaycan mifik təfəkürün qaynaqları.
Bakı,”Yazıçı”,1983, 326 səh
6. ġaiq A. SeçilmiĢ əsərləri. 3 cilddə. III cild. Bakı,
”AVRASĠYA PRESS”, 2005, 536 səh.
Folklor və yazılı ədəbiyyat
198
RƏYLƏR
FOLKLORUN YAZILI ƏDƏBĠYYATDA ĠNĠKASI
Tahir ORUCOV
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi
Azərbaycan ədəbiyyatında folklor dəyərləri ilə yazılı ədə-
biyyatın qarĢılıqlı əlaqəsi öyrənilməyə baĢlandığı vaxtdan eti-
barən o, milli ədəbiyyatın silsilə problemlərini əks etdirə bilən
yaradıcılıq sahəsi kimi özünü göstərməyə baĢladı və daim diqqət
mərkəzində oldu. Azərbaycan ədəbiyyatının getdikcə bu yeni
dəyərlərə daha möhkəm söykənməsi, Ģübhəsiz ki, onun bəh-
rələndiyi qaynaqlar və xüsusilə əvəzsiz folklor dəyərləri ilə sıx
bağlı idi. Əgər XIX əsrin maarifçi ədəbiyyatı, xüsusilə A.Bakı-
xanov, Ġ. QutqaĢınlı, M.ġ. Vazeh, M.F.Axundov, Q.Zakir,
S.Ə.ġirvani və baĢqaları bu qaynaqdan bəhrələnib milli nəsr,
dramaturgiya və poeziyaya xalqın milli-mənəvi düĢüncəsinin
qeyri-mütəĢəkkil axınını yaratmıĢdılarsa, XX əsr ədəbiyyatında
folklor, folklorizm özünü yeni məzmunda, daha mütəĢəkkil for-
mada göstərməyə baĢladı.
Azərbaycan ədəbiyyatında folklorizm, əsasən, üç formada
– mətnaltı qəlibdə, mətndaxili üslubda və müstəqil folklor
süjetlərinin, eləcə də folklor motivlərinin ədəbiyyata gətirilməsi
formasında özünü göstərdi. Amma təəssüf ki, bir sıra istisnalara,
xüsusilə ayrı-ayrı ədiblərin folklor süjetlərindən öz əsərlərində
istifadəsin əks etdirən bir çox tədqiqatların aparılmasına baxma-
yaraq, ümumilikdə problemin geniĢ tədqiqinə, Azərbaycan ədə-
biyyatında folklorizmin meydana gəlməsi və nəzərə çarpan üç
Folklor və yazılı ədəbiyyat
199
mühüm qəlibdə geniĢ Ģəkildə öyrənilməsinə, demək olar ki,
indi-indi baĢlanılmıĢdır.
Folklor süjetləri və folklorizm Azərbaycan ədəbiyyatının
qüdrətli yüksəliĢinin, xalqın milli-mənəvi, eləcə də dini-əxlaqi
dəyərlərinin ədəbiyyatımızda bədii təcəssümünün baĢlıca vasitə-
lərindən biridir. Folklor süjet və motivlərinin bu gün ayrıca
tədqiqata cəlb edilməsi bu ədəbiyyatın təkcə törəniĢ və inkiĢaf
istiqamətlərini öyrənməyə deyil, eyni zamanda sonrakı mərhə-
lələrdə, ayrı-ayrı epoxal dönəmlərdə milli həyatı əks etdirmək,
özünün etik-estetik dəyərini qoruyub saxlamaq, xalqın yeni
Ģəraitdə davam və inkiĢaf edən həyatının yazılı ədəbiyyatda
ənənəvi ardıcıllıqda əks olunmasına, inikasına imkan verir.
Təbii ki, bunlar bütövlükdə XX əsr Azərbaycan ədəbiy-
yatını dəyərləndirməyə, ona yeni baxıĢların formalaĢmasına və
ədəbiyyatımızın ayrı-ayrı dövrləri, mərhələləri və ədəbi simaları
barədə müasir mərhələdə daha doğru qənaətlərə gəlməyə yol
açır. Azərbaycan yazılı ədəbiyyatı və folklorun qarĢılıqlı əla-
qələri ədəbiyyatımızı təkcə məzmunca tamamlamamıĢ, eyni
zamanda ona yeni mündəricə vermiĢ, etik və estetik cəhətdən
onu zənginləĢdirmiĢdir. Folklorla yazılı ədəbiyyatın qarĢılıqlı
əlaqəsi onun mövcud olduğu bütün dövrlərdə ədəbi-nəzəri
fikrin aktual problemlərindən olmuĢdur. Yazılı ədəbiyyat və
folklor probleminin öyrənilməsi bu gün daha önəmli, daha
aktual məsələ olduğundan, Azərbaycan folklorĢünaslığında
son zamanlar bu məsələnin araĢdırılmasına, problemlərin
elmi-nəzəri baxımdan ümumiləĢdirilməsinə maraq daha da
artmıĢdır. Çünki ədəbiyyatımızı, o cümlədən folklorumuzu yeni
istiqamətdə araĢdırmaq, onun daxili məzmun və məna əhəmiy-
yətini, xalq həyatına dərin köklərlə bağlılığını öyrənmək üçün
folklor və yazılı ədəbiyyat əlaqələrinin qarĢılıqlı Ģəkildə araĢ-
dırılması çağdaĢ dönəm üçün çox aktualdır.
Bu baxımdan, 2013-cü ildə AMEA Folklor Ġnstitutunda
çapdan çıxan, elmi redaktoru filologiya üzrə elmlər doktoru
Folklor və yazılı ədəbiyyat
200
Muxtar Ġmanov (Kazımoğlu) olan 236 səhifəlik “Folklor və
yazılı ədəbiyyat” (I hissə), (Bakı, “Nurlan”, 2013) kitabı folklorla
yazılı ədəbiyyatın qarĢılıqlı əlaqəsinin tədqiqi sahəsində irəliyə
doğru atılmıĢ böyük bir addımdır. Kitaba daxil edilən və ayrı-
ayrı müəlliflər tərəfindən yazılan 12 müxtəlif mövzulu elmi-
tədqiqat məqaləsi AMEA Folklor Ġnstitutunun “Folklor və yazılı
ədəbiyyat” Ģöbəsində, həmin Ģöbənin müdiri, filologiya üzrə
elmlər doktoru, professor Kamran Əliyevin rəhbərliyi ilə hazır-
lanmıĢdır.
“Folklor və yazılı ədəbiyyat” kitabına daxil edilən birinci
məqalə professor K.Əliyevin “Məhəbbət əfsanəsi: faciə və das-
tan” məqaləsidir. K.Əliyev Azərbaycan çağdaĢ filoloji elm tari-
xində xüsusi üslubu, özünəməxsus dəst-xətti olan, məĢğul oldu-
ğu sahələri professional səviyyədə və dərindən bilən dəyərli elm
xadimlərimizdəndir. Orijinal və maraqlı yazı manerası olan bu
alimin, demək olar ki, bütün yazılarında hökmən bir yenilik, bir
novatorluq olur. K.Əliyevin ədəbiyyat tariximizin müxtəlif, eyni
zamanda az öyrənilmiĢ sahələrinə marağı hər zaman böyük
olmuĢdur. O, yazdığı bütün əsərlərində həmiĢə aktual olan elmi
məsələlər barəsində daim orijinal fikirlər, mülahizələr söyləmək
xüsusiyyəti ilə də daim diqqət mərkəzində olmağı bacarmıĢdır.
K.Əliyevin "Məhəbbət əfsanəsi: faciə və dastan" məqaləsi
də bu nöqteyi-nəzərdən istisna deyil. Müəllif bu məqaləsində
görkəmli Azərbaycan ədibi, taleyinə faciəli bir ömür yaĢamaq
qismət olan H.Cavidin "ġeyx Sənan" faciəsindən söz açıb və
əsəri eyni adlı əfsanə ilə müqayisə edib. Hüseyn Cavid Azərbay-
can ədəbiyyatının ən yaxĢı ənənələrini inkiĢaf etdirən və
zənginləĢdirən qüdrətli söz ustasıdır. O, öz yaradıcılığı ilə, dərin
hikmətli və fəlsəfi poeziyası, təkrarsız dram əsərləri ilə Azər-
baycanda milli Ģüurun intibahına misilsiz xidmət göstərmiĢdir.
H.Cavid mütəfəkkir Ģair, görkəmli dramaturq və Azərbaycan
ədəbiyyatı tarixinin orijinal ədəbi simalardan biridir. Azərbay-
can ədəbiyyatının əsas inkiĢaf mərhələlərindən sayılan XX əsr
Folklor və yazılı ədəbiyyat
201
Azərbaycan romantizmi daha çox Hüseyn Cavidin adı ilə
bağlıdır. “ġeyx Sənan” faciəsi dramaturgiya tariximizdə roman-
tizmin bütün problematikliyi, ideya və məzmun xüsusiyyətləri
ilə təzahür etdiyi əsərlərdəndir. H.Cavid bu əsəri ilə Azərbaycan
dramaturgiyasının mövzu sərhəddini daha da geniĢləndirmiĢ,
faciəvi xarakterin, romantik qəhrəmanın və dramatik konfliktin
yeni tiplərini yaratmıĢ, ədəbiyyatımızı humanist, nəcib və bəĢəri
ideyalarla daha da zənginləĢdirmiĢdir.
Kamil və ülvi bir sevgi dastanı olan “ġeyx Sənan” faciəsi
(1914) Hüseyn Cavidin ən qüvvətli faciələrindən biridir. Əsər
Azərbaycan teatrlarında uzun müddət müvəffəqiyyətlə tamaĢaya
qoyulmuĢ, Ģərəfli bir səhnə yolu keçmiĢ, tamaĢaçıların böyük
rəğbətini və məhəbbətini qazanmıĢdır. Faciənin belə xoĢbəxt
sənət taleyinə səbəb ondakı yüksək sənətkarlıq, gərgin dramatik
münaqiĢə, parlaq xarakterlər, nəcib bir məhəbbət və insanlıq
fəlsəfəsi idi. Hələ faciəni qələmə almazdan öncə yazdığı “ġeyx
Sənan” Ģeirində Cavid öz bədii-estetik qayəsini bu cür ifadə
edirdi:
“Nədir mənası eĢqin?” söyləyənlər nerdə, bir gəlsin,
Görüb qüdsiyyəti-Sənanı lal olsun xəcalətdən!..
Məhəbbətsiz bütün mə’nayi-xilqət Ģübhəsiz hiçdir,
Məhəbbətdir əvət, məqsəd Ģu pürəfsanə xilqətdən (1, s.58)
K.Əliyev bu Ģeir barədə yazır: “H.Cavid bu Ģeiri vasitəsilə
ġeyx Sənan obrazına və onun adı ilə bağlı əfsanəyə öz rəğbətini
bildirir. ġeirdən məlum olur ki, romantik sənətkar ġeyx Sənanı
ən böyük məhəbbət simvolu hesab edir. Onun yaxından və
hərtərəfli dərki ilə insanlar daha böyük mənəvi dəyərlərə sahib
ola bilər... Beləliklə, romantik sənətkar "ġeyx Sənan" Ģeiri ilə bu
mövzuda yeni bir əsər yazacağına imkan açmıĢdır. Onun nəzə-
rincə, ġeyx Sənanın adı ilə bağlı əfsanə Leyli və Məcnunun adı
ilə bağlı əfsanədən heç də əhəmiyyətsiz deyildir. Ümumiyyətlə,
Azərbycan romantizmində əfsanəyə sənətkar diqqəti H.Cavidin
"ġeyx Sənan" faciəsi ilə yeni zirvə qazanır” (2, s.3-4). Daha
Folklor və yazılı ədəbiyyat
202
sonra K. Əliyev fikrini əsaslandırmaq üçün Məmməd Cəfərin
belə bir fikrini də misal gətirir: “Cavid … eyni əfsanənin maya-
sında olan reallığa yeni bir məzmun vermiĢ, əfsanəni təbliğ et-
mək istədiyi fikrə böyük insan məhəbbəti qarĢısında milli və
dini təəssübkeĢlik heçdir, gücsüzdür ideyasına tabe etmiĢdir” (3,
s. 185-186).
Bu bir həqiqətdir ki, H.Cavid “ġeyx Sənan” faciənin möv-
zusunu “ġeyx Sənan” əfsanəsindən, onun müxtəlif variantların-
dan götürmüĢdür (4, s.100-239). Lakin baĢqa bir cəhəti də unut-
maq olmaz ki, H.Cavidin “ġeyx Sənan” faciəsinin süjeti və
obrazları ilə “Əsli-Kərəm” dastanının süjet və obrazları arasında
xeyli yaxınlıq vardır. Deməli, “ġeyx Sənan” əfsanəsinin seçil-
məsində “Əsli-Kərəm” dastanının müəyyən qədər rolu olmuĢ-
dur. K.Əliyev məqalədə H.Cavidin “ġeyx Sənan” faciəsi ilə
“Əsli-Kərəm” dastanının müqayisə edərək onlar arasındakı tam
yaxınlığı təsdiq edir. Müəllifin fikrincə, hər iki nümunənin bir-
birinə oxĢarlığı ilk növbədə bədii təsvirlərdə özünü göstərir.
Belə ki, hər iki qəhrəman – həm Kərəm, həm də ġeyx Sənan
Tiflisə gəlib çıxırlar. Faciə və dastandan gətirilmiĢ nümunələrə
nəzər salmaqla K. Əliyev bu qənaətə gəlir: “Açıq-aydın görünür
ki, Kərəmin Tiflisi tərif etməyi ilə ġeyx Sənanın Tiflisə mü-
nasibəti arasında ciddi bir oxĢarlıq vardır. Doğrudur, bu oxĢar-
lığı, yəni hər iki obrazın müəyyən bir obyektə eyni münasibətini
həmin obrazların əhval-ruhiyyəsi ilə də izah etmək olar. Ona
görə də Kərəm və ġeyx Sənanın təbiətə münasibətində kifayət
qədər yaxınlıq vardır. Hətta onların deyimlərində bəzi təbiət
obrazları da eyniyyət təĢkil edir.
Kərəmlə ġeyx Sənanın – bu iki qeyri-adi aĢiqin bir-birinə
yaxınlığını və doğmalığını təsdiq edən faktlardan biri də onların
öz sevgi və məhəbbətləri yolundan dönməzliyidir. Bu fikir, bu
dönməzlik sadəcə olaraq, ümumi təsvirlərlə deyil, həmçinin
onların öz dilləri ilə də oxuculara çatdırılır” (2, s.6).
Folklor və yazılı ədəbiyyat
203
“ġeyx Sənan” eĢqin qüdsiyyəti haqqında mahnı, lirik,
Ģairanə bir nəğmə idi.
Poeziyamızda “eĢqin mənası” haqqında böyük mahnını
hələ XII əsrdə dahi Nizami oxumuĢdu. “Xosrov və ġirin”də ali
bir sevginin qüvvəti mənəviyyatsız bir hökmdarı əsil insana
çevirirdi (5). “ġeyx Sənan” isə eĢqin mövhumat və xurafat üzə-
rində təntənəsi idi. BaĢqa sözlə, “ġeyx Sənan” faciəsi əqidə və
zehniyyətdə olan puçluğun və saxtalığın üzərində qələbəsi idi.
Süjetin bədii həllində əksini tapan əsas dramatik hadisə də məhz
bu qələbənin ifadəsi idi: əsərdə “böyük Ģeyx” “böyük aĢiqə”
çevrilirdi...
Məhəbbəti tərənnüm etmək üçün H.Cavid əvvəlcə öz
fəlsəfəsini dünyəvi eĢqə qarĢı çevirmiĢ bir filosofdan bəhs edir.
Bu filosof həm də din və təriqət baĢçısıdır. Maraqlıdır ki, əsərin
qadın qəhrəmanı da baĢqa cinsə könül verməməyi qərara almıĢ-
dır. ġeyx Sənan “eĢqi-ruhani” xatirinə Zəhranın odlu məhəb-
bətini rədd edərək səhralara üz tutduğu kimi Xumar da mo-
nastıra hazırlaĢır. Lakin əsər hər iki qəhrəmanda bu saxta inamın
sarsılması və böyük, təmiz bir məhəbbətin hər Ģey üzərində
qələbəsi, üstünlüyü ideyası ilə bitir.
Görkəmli alman Ģair-dramaturqu, mütəfəkkir və naturalisti
Ġohann Volfqanq Höte alman ədəbiyyatının ensiklopediyası
sayılan və 57 il ərzində yazdığı “Faust” faciəsində (1774-1831)
alim və filosof obrazını- Faust obrazını yaratmıĢdır. Y.V.Höte-
nin yaratdığı bu obraz dünyəvi elmlərin və biliklərin zirvəsinə
qalxmıĢ, Mefistofelin köməyi ilə göyləri və əbədiyyəti dərk
etmiĢdir. Faust bütün bunlardan sonra isə bataqlıqdan qurudub
əldə etdiyi bir parça torpaqda əkinçiliklə məĢğul olmuĢdur.
Faust axtardığı böyük həqiqəti, həyatın mənasını, dünyada ən
“bəxtiyar anı” yalnız bu zaman tapmıĢ və yalnız bu zaman
“dayan, ey an, sən gözəlsən, dur!” – demiĢdir.
H.Cavidin “ġeyx Sənan” faciəsində yaratdığı ġeyx Sənan
obrazı da “min dürlü” və “pərdəli” hikmətlərə nüfuz etmiĢ, din
Folklor və yazılı ədəbiyyat
204
və islam rəhbəri olmuĢ, ölkələr, məmləkətlər dolaĢmıĢ və ən
nəhayət, təmiz, təbii, dünyəvi bir hissin naminə iki il donuzlara
çobanlıq etmiĢdir. “Aradım nurihəqqi ta buldum” – deyə Sənan
yalnız bu zaman həqiqi müdrik, əsil bəxtiyar bir insan kimi tən-
tənə etmiĢdi! Hər iki əsərdəki ideya – Sənanın “azad duyğuların
təbiiliyi və sərbəstliyi hər Ģeydən yüksəkdir” və Faustun
“əkinçilik sxolastik fəlsəfəçilikdən yaxĢıdır” ideyası bir nöqtədə
birləĢirdi: insan fəaliyyətində realizmi, əməli istiqaməti, həyat
sevgisini təsdiq edirdi!.. Sonda Sənanın sevgisi ideallaĢsa da,
xəyali, əfsanəvi mənalar kəsb etsə də, bütövlükdə əsərin pafosu,
onun həyat sevgisini təsdiq edən fəlsəfəsi idi.
K.Əliyev "Məhəbbət əfsanəsi: faciə və dastan" məqaləsi
boyu apardığı müqayisələr və hər iki əsərdən: “ġeyx Sənan”
faciəsindən və “Əsli-Kərəm” dastanından gətirdiyi faktlarla bu
fikrə gəlir: “Kərəmin Əsli yolunda dözdüyü bütün cəfalara ġeyx
Sənan da Xumarın yolunda dözür. Bu iki məhəbbət fədaisi
arasındakı mənəvi yaxınlıqlar yuxarıdakı faktlarla sübut olunur
və bunlar kifayət qədərdir. Lakin baĢqa bir mühüm cəhət də var-
dır ki, həmin cəhət iki bədii nümunənin ortaq cəhətlərini ortaya
çıxarmaq üçün yuxarıda sadaladıqlarımızdan az əhəmiyyət kəsb
etmir. Bu da ondan ibarətdir ki, H.Cavid "ġeyx Sənan" faciəsin-
də sanki "Əsli-Kərəm" dastanına (bütövlükdə folklora!) öz mə-
həbbət və rəğbətini bildirmək üçün yeri gəldikcə qoĢma for-
masından istifadə etmiĢdir... Bu poetik nümunələr bir tərəfdən
"ġeyx Sənan" faciəsi ilə "Əsli-Kərəm" dastanı arasında müəyyən
paralellər aparmağa imkan verirsə, digər tərəfdən də H.Cavidin
özünün heca vəzninə olan diqqət və marağını sübut edir” (2,
s.15-19).
“Folklor və yazılı ədəbiyyat " kitabına daxil edilən ikinci
məqalənin müəllifi tanınmıĢ KoroğluĢünas alim Ġslam Sadıqdır.
Onun məqaləsi “Koroğlu”dastanının Azərbaycan Ģeirinə poetik
təsiri" adlanır. XVII əsr Azərbaycan ədəbiyyatının ən möhtəĢəm
xalq abidəsi olan “Koroğlu” eposu qədim türk oğuz dastan
Folklor və yazılı ədəbiyyat
205
ənənələri əsasında Azərbaycan ərazisində, təxminən, 400 il bun-
dan əvvəl formalaĢmıĢdır. “Koroğlu” eposu Azərbaycanda XVI-
XVII əsrlərdə yaransa da, XVII-XVIII əsrlərdə zəngin inkiĢaf
yolu keçmiĢdir. Bu epos bütün türk dünyasında geniĢ yayılaraq
ozanların repertuarının əsasını təĢkil etmiĢdir. Tarixi qəhrəman-
lıq dastanı “Koroğlu” eposu yalnız Azərbaycan xalqının, türk
xalqlarının deyil, ümumən, dünya ədəbiyyatının ən qiymətli ədə-
bi abidələrindən sayılır. Azərbaycan ədəbiyyatında «Dədə Qor-
qud»dan sonra Ģifahi xalq ədəbiyyatının ən möhtəĢəm əsəri “Ko-
roğlu” eposudur. «Dədə Qorqud» dastanı Azərbaycan xalqının,
“Koroğlu” eposu isə Azərbaycan millətinin formalaĢdığı tarixi
dövrlərdə təĢəkkül tapmıĢdır.
Ġslam Sadıq məqalənin əvvəlində "Koroğlu" dastanının
belə populyar olmasından, onun sevilmə səbəblərindən bəhs
edərək yazır: “Koroğlu” dastanı dünya epik söz sənətinin Ģah
əsərlərindən biridir. Dünyada yayılma coğrafiyasının geniĢ-
liyinə, variantlaĢma və versiyalaĢma zənginliyinə görə ikinci
belə əsər tapmaq mümkün deyil. Bunun iki mühüm səbəbi var.
Birinci səbəb dastanda xalqın bütün arzu və ideyalarının öz
dolğun təcəssümünü tapması, epik qəhrəmanların idealları ilə
xalqın ideallarının üst-üstə düĢməsi, onun bədii siqləti, poetik
gözəlliyi ilə bağlıdır. Ġkinci səbəb Koroğlunun Ģəxsiyyəti ilə
bağlı olub dastanın sevilə-sevilə yaddaĢlarda yaĢamasını və belə
geniĢ coğrafiyada yayılmasını təmin etmiĢdir. Koroğlunun Ģəx-
siyyəti deyəndə gözlərimiz önündə iki obraz canlanır: Qəhrəman
Koroğlu və aĢıq-Ģair Koroğlu. Koroğluya ümumxalq məhəbbə-
tinin böyüklüyünü bu iki obraz birlikdə yaratmıĢdır. Koroğlunun
aĢıqlığı-Ģairliyi onun Ģöhrətlənməsində heç də qəhrəmanlığından
az rol oynamamıĢdır. Birincisi, Koroğlunun aĢıqlığı-Ģairliyi
dastanın bədii siqlətini, poetik dolğunluğunu təmin etmiĢdir,
ikincisi, Koroğlu həm də sinəsindəki saza, düzüb qoĢduğu bən-
zərsiz qoĢma və gəraylılara görə sevilmiĢdir” (2, s. 20).
Folklor və yazılı ədəbiyyat
206
Məqalə müəllifi folklorun bütün zamanlarda və bütün
xalqlarda yazılı ədəbiyyatın tükənməz ilkin qaynağı olmasını,
dünyanın ən böyük Ģair və yazıçılarının, ilk növbədə, Ģifahi xalq
yaradıcılığından bəhrələndiyini vurğulayır. Ġslam Sadıq Azər-
baycan ədəbiyyatının da ilkin qaynağının həmiĢə Ģifahi xalq
yaradıcılığı olduğunu qeyd edir: “Azərbaycanda yazılı ədəbiy-
yatın ən tükənməz, ən zəngin qaynaqlarından biri “Koroğlu”
dastanı olmuĢdur. Bu dastan yüzillər boyu aĢıqların repertuarın-
dan düĢməmiĢ, xalqın yaddaĢında yaĢamıĢ, dillər əzbərinə çev-
rilmiĢdir. Ona görə də “Koroğlu” dastanı həm aĢıq yaradıcılı-
ğına, həm də yazılı Ģeirimizə çox güclü poetik təsir göstərmiĢdir.
Azərbaycanda “Koroğlu” dastanının poetik gözəlliyindən, ideya
zənginliyindən, məzmun dolğunluğundan az və ya çox dərəcədə
bəhrələnməyən Ģair tapmaq çətindir. Hətta bizim elə Ģairlərimiz
var ki, onun yaradıcılığındakı xəlqilik büsbütün “Koroğlu” das-
tanının təsiri ilə yaranmıĢdır” (2, s. 21).
Daha sonra Ġslam Sadıq doğru olaraq, "Koroğlu" dastanı-
nın Azərbaycan yazılı ədəbiyyatına poetik təsirlərinə müxtəlif
aspektlərdən yanaĢmıĢdır. Tədqiqatçı bu təsirin ideya və məz-
mun baxımından daha qabarıq nəzərə çarpdığına görə bir neçə
bölgü apararaq qruplaĢdırmanı da bu istiqamətdə aparmağı məq-
sədəuyğun hesab edib:
1. Koroğlu qəhrəmanlıq rəmzidir.
2. Koroğlu mərdlik rəmzidir.
3. Azərbaycan Ģeirində Qırat obrazı.
Ġslam Sadıq məqalədə ilk olaraq Koroğlunun qəhrəmanlıq
rəmzi olması fikrini əhatəli Ģəkildə əsaslandırıb. Müəllifin qə-
naətinə görə, Ģairlərimiz qəhrəmanlıq ruhlu Ģeirlər yazarkən, ilk
növbədə, “Koroğlu” dastanından bəhrələniblər. Məsələn, Ġ.Sadıq
qeyd edir ki, S.Vurğunun Böyük Vətən müharibəsi dövründə
yazdığı Ģeirlərində qəhrəmanlıq ruhu Koroğlu obrazına görə da-
ha da qüvvətli olub. Böyük Vətən müharibəsi dövründəki yara-
nan ədəbi nümunələrdə qəhrəmanlıq ruhu daha da güclənmiĢ, bir
Folklor və yazılı ədəbiyyat
207
çox Ģairlərimiz öz arzu və fikirlərini dolğun ifadə etmək üçün
“Koroğlu” dastanından ustalıqla bəhrələnmiĢlər. Həmin dövrdə
bir çox ədiblər, xüsusilə Səməd Vurğun “Koroğlu” dastanına tez-
tez üz tutmuĢdur. Belə ki, S.Vurğun "Koroğlu" dastanından, Ko-
roğlu obrazından təsirlənərək, “Azərbaycan balası”, “Partizan
BabaĢ”, “Yandırılan kitablar”, “Ukrayna partizanları”, “Qafqaz-
dan Dona doğru” və s. Ģeirlərini yazıbdır.
Ġ.Sadıq Xalq Ģairi B.Vahabzadənin “Dörd yüz on altı”,
M.Günərin “Ġlyana haqqında nəğmə”, M.Ġsmayılın “Əsir saz”
poemalarında, Ə.Cəmilin Böyük Vətən müharibəsi dövründə
yazdığı Ģeirlərdə, O.Sarıvəllinin, H.Arif, X.Rza kimi Ģairlərin bir
sıra Ģeirlərində də “Koroğlu” dastanındakı epizodlarla müqa-
yisələr aparır, bu nümunələrdə Koroğlu qəhrəmanlığının, Koroğlu
mərdliyinin izlərini axtarır. Tədqiqatçı vurğulayır ki, hər zaman
Koroğlu yada düĢəndə onun qəhrəmanlıqlarla dolu həyatı gözlə-
rimiz önündə canlanır. “Bunları düĢündükcə içimizdə bir qürur
hissi oyanır, bizim də qəlbimizdən bir igidlik, qəhrəmanlıq keçir.
Millət keçmiĢini qürur hissi ilə andıqca, içində qəhrəmanlıq hiss-
ləri doğduqca gələcəyə daha inamla addımlayır” (2, s. 41).
Tədqiqatçı, bundan baĢqa, R.Rzanın, H.Arifin, X. Rzanın,
M.Arazın, F.Mehdinin və Abbasağanın yaradıcılığında rast gəli-
nən Koroğlu, Qırat mövzularını tədqiqata cəlb edərək, bu nü-
munələrə də öz araĢdırmaçı münasibətini və mövqeyini ifa-
də edib.
Kitaba daxil olan üçüncü məqalə filologiya üzrə fəlsəfə
doktoru, Fidan Qasımovanın “Folklor və klassik ədəbiyyat” mə-
qaləsidir. Azərbaycan ədəbiyyatının mühüm tərkib hissələrindən
olan klassik ədəbiyyatımızın zəngin ədəbi ənənələri vardır. Bu
ənənələr ədəbi inkiĢafın müxtəlif dövrlərində zənginləĢib inkiĢaf
etmiĢ, xalqın məiĢətini və mədəni həyatını, estetik dəyərlərini,
eləcə də qabaqcıl görüĢlərini özündə əks etdirmiĢdir. Klassik
ədəbiyyatımızın təbii ki, müəyyən yaranma dövrü, inkiĢaf mər-
hələləri və xüsusiyyətləri də olmuĢdur. Onun yaranma zəmini
Folklor və yazılı ədəbiyyat
208
isə Ģübhəsiz ki, xalq ənənələri üzərində meydana çıxmıĢ, zaman
keçdikcə həm mövzu, həm də məzmun etibarı ilə daha da
zənginləĢmiĢdir.
Azərbaycan ədəbiyyatĢünaslığının son illərdə ciddi əhə-
miyyət verdiyi mühüm problemlərdən biri də ədəbiyyat və Ģifahi
söz sənəti, yazıçı və folklor əlaqələri məsələsidir. Aydındır ki,
klassiklərin, eləcə də müasir yazıçıların yaradıcılığının fərqli
qaynaqlardan bəhrələndiyini göstərmədən onların dəyərini tam
üzə çıxarmaq çətindir. Azərbaycan klassik irsi ilə yanaĢı, xal-
qımızın Ģifahi söz sənəti bu qaynaqlardandır. Dahi Azərbaycan
Ģairi Nizami Gəncəvinin əsərləri özündə qədim mədəniyyətin
incilərini qoruyub saxlayan və əsrlər keçərək bu möhtəĢəm
mənəvi mirasın günümüzə qədər itki və zədə görmədən gəlib
çıxa bilməsini təmin edən mühüm mənbədir.
Məlumdur ki, yazılı ədəbiyyatla Ģifahi xalq yaradıcılığı
arasında hər zaman sıx əlaqələr mövcud olmuĢdur. Ədəbiyyatın
bu iki qolu müxtəlif vaxtlarda bir-birlərindən bəhrələnmiĢ, qarĢı-
lıqlı surətdə inkiĢaf etmiĢlər. Fidan Qasımova yazır: “Yazılı ədə-
biyyat və folklor problemi iki məsələdən ibarətdir. Bunlardan bi-
ri yazılı ədəbiyyatda folklordan istifadə, digəri isə yazılı ədəbiy-
yatın folklora təsiridir. Ümumiyyətlə, Azərbaycan yazılı ədəbiy-
yatı tarixi inkiĢafın bütün mərhələlərində folklorla çox sıx əlaqə-
də olmuĢdur. Bu əlaqə ikitərəfli Ģəkildə özünü göstərmiĢdir. Be-
lə ki, yalnız yazılı ədəbiyyat folklorun mövzu, süjet, ideyaların-
dan istifadə etmirdi, həmçinin folklor da öz növbəsində yazılı
ədəbiyyatın bədii forma, obrazlarından bəhrələnirdi” (2, s. 43).
Folklorun hər zaman – bütün dövrlərdə yazılı ədəbiyyatın
ilk qaynağı olduğu, yazılı ədəbiyyata təsir etdiyi bir həqiqətdir.
Folklor – yazılı ədəbiyyat münasibətinin uzun tarixinə baxma-
yaraq yazılı ədəbiyyatdakı folklorizmin rolu, semantikası hələ
də müasir elmin uğurları baxımından araĢdırılmamıĢdır. Yazılı
ədəbiyyat-folklor əlaqələri metodoloji baxımdan sovet humani-
tar elmində fərqli Ģəkildə qoyulsa da, bugün aparılan tədqiqatlar
Folklor və yazılı ədəbiyyat
209
bu istiqamətdədir. Bu baxımdan Fidan Qasımova yazır: “Folklor
klassik ədəbiyyat üçün əsas mənbələrdən biridir. Xalq yara-
dıcılığından istifadə ilə ədəbiyyata yeni süjet, obrazlar daxil ol-
muĢdur. Folklor janrları ədəbiyyatın inkiĢafının bütün mərhə-
lələrində ona təkan vermiĢdir. Belə ki, yazılı ədəbiyyat folklorun
rəvayət, məsəl, atalar sözü, ağı, bayatı kimi janrlarına müraciət
etmiĢdir. Həm klassik ədəbiyyatda, həm də folklorda köhnə
ənənəvi obrazlı ifadələrdən, simvol və məcazlardan istifadə
edilmiĢdir” (2, s. 44).
F.Qasımova daha sonra məqalədə Nizami Gəncəvi, Məh-
səti Gəncəvi, Məhəmməd Füzuli kimi klassik Ģairlərin yara-
dıcılığında folklor məsələlərini tədqiq etmiĢ, onların əsərlərin-
dən müqayisəli nümunələr vermiĢdir. Məqalə müəllifi məqalədə
həmçinin bu mövzuda yazılan digər araĢdırmalara da nəzər
salmıĢ, onlara münasibət bildirmiĢdir. Sonda Fidan Qasımova
ümumiləĢdirmələr apararaq bu qənaətə gəlmiĢdir: “...hər iki tə-
rəf, istər folklor, istərsə də klassik ədəbiyyat müxtəlif zaman-
larda bir-birlərinə təsir etmiĢ, biri digərinin mövzu və süjet
cəhətdən inkiĢafına təsir göstərmiĢdir” (s. 56).
Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Orucqızının kitaba
daxil edilmiĢ məqaləsi “Professor PaĢa Əfəndiyev folklor və
yazılı ədəbiyyat haqqında” adlanır.
PaĢa Əfəndiyev XX əsr Azərbaycan folklorĢünaslığının
görkəmli nümayəndələrindən biridir. Onun Azərbaycan folklo-
runun toplanması, nəĢri və xüsusən tədqiqi sahəsində böyük
fəaliyyəti olmuĢdur. PaĢa Əfəndiyev Azərbaycan folklorĢünaslı-
ğının ən mütərəqqi ənənələrini öz elmi fəaliyyətində birləĢdirən,
dövrünün qabaqcıl elmi-nəzəri nailiyyətlərini milli folklorĢünas-
lığımıza tətbiq edən görkəmli Azərbaycan alimlərindən biridir.
Alimin Azərbaycan Ģifahi söz xəzinəsinin toplanması, yazıya
alınması, tərtibi, nəĢri və tədqiqi sahəsində geniĢ və çoxĢaxəli
fəaliyyəti olmuĢdur.
Folklor və yazılı ədəbiyyat
210
Məqalədə Xəyalə Orucqızı bütün həyatını Azərbaycan
folklorĢünaslığının inkiĢafına xidmət edən PaĢa Əfəndiyevin bir
sıra nəzəri fikirlərinə, o cümədən “Cəfər Cabbarlı və xalq
yaradıcılığı”, və “Səməd Vurğun və xalq yaradıcılığı” monoqra-
fiyalarına ətraflı nəzər salır. Müəllif folklorĢünas alimin bu
əsərlərdə folklor və yazılı ədəbiyyat mövzusuna olan müna-
sibətini araĢdırır və ədəbiyyatın bu iki qolunun bir-birinə qırıl-
maz tellərlə bağlandığını vurğulayır.
“Səməd Vurğunun “Vaqif” dramında epik ənənələr” mə-
qaləsinin müəllifi AMEA Folklor Ġnstitutunun “Folklor və yazılı
ədəbiyyat” Ģöbəsinin elmi iĢçisi, filologiya üzrə fəlsəfə doktoru
Aynur Ġbrahimovadır. Aynur Ġbrahimova məqaləsində ilkin
olaraq Səməd Vurğun yaradıcılığında yer alan folklor nümu-
nələrindən bəhs edir. Məlumdur ki, xalq ədəbiyyatı ilə yazılı
ədəbiyyatı yaradıcılığında ən yüksək səviyyədə uzlaĢdıran dahi
Ģair S.Vurğun, əsasən, heca vəznində yazdığı seirləri və dram
əsərləri ilə, o cümlədən “Vaqif” dramı ilə dilimizin bütün zən-
ginliyindən və sirinliyindən bəhrələnərək dillər əzbəri olan
poeziya örnəkləri yaratmıĢdır. Tədqiqatçı S.Vurğunun xalq
poetik düĢüncə tərzinə yaxın olan bir üslubda-daha çox heca
vəznində yazıb-yaratmasını təqdir edir. A.Ġbrahimova vurğula-
yır ki, Səməd Vurğun yaradıcılığı Azərbaycan folkloru ilə elə
qaynayıb qarıĢmıĢdır ki, çox zaman bunları bir-birindən ayır-
maq, təcrid etmək, kimin kimdən faydalandığını müəyyən etmək
mümkün olmamıĢdır. Müəllif Səməd Vurğun haqqında fikirlə-
rini ümummilli lider Heydər Əliyev S.Vurğunun 90 illik yu-
bileyinə həsr edilmiĢ gecədəki nitqi ilə tamamlayır: “Səməd
Vurğun Ģeirinin böyüklüyü, eyni zamanda, gözəlliyi ondan iba-
rət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəl-
binə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı.
Səməd Vurğunun Ģeiri bu gün də müasirlərimizə, gənc nəslə il-
ham, ruh verir, onları coĢdurur, daha da vətənpərvər edir, onlara
vətəni, milləti, torpağı sevməyi öyrədir.
Folklor və yazılı ədəbiyyat
211
Səməd Vurğunun yaradıcılığı dəryadır, indiyədək yazı-
lanlar bunun hamısını əks etdirə bilməyib. Hesab edirəm ki,
onun yaradıcılığı və qoyduğu irs bu gün də, gələcəkdə də tədqiq
olunacaq və bu barədə yeni-yeni əsərlər yaranacaqdır. Səməd
Vurğun böyük Ģairdir. ġərq aləmində Ģair həmiĢə ən yüksək
hörmətə layiq olubdur. Səməd Vurğun isə öz dövrünün Ģairlə-
rinin Ģairi olubdur” (6; 7).
“Folklor və yazılı ədəbiyyat " kitabına daxil edilən altıncı
məqalənin müəllifi filologiya üzrə fəlsəfə doktoru, Nizami
Muradoğludur. Onun tədqiqat obyekti böyük Azərbaycan Ģairi
Əhməd Cavaddır. Məqalə “Əhməd Cavad poeziyası və folklor”
adlanır. Məqalənin əvvəlində müəllif Əhməd Cavad Ģəxsiyyəti
və poeziyası, onun özəllikləri haqqında məlumat verərək yazır:
“Əhməd Cavad (1892-1937) XX əsrin əvvəllərində yazıb-
yaradan, Ģəxsiyyəti Ģairliyinə, Ģairliyi Ģəxsiyyətinə heç bir xələl
gətirməyən, əksinə, bir-birini tamamlayan Azərbaycan ədəbiy-
yatının ən görkəmli nümayəndələrindən biridir... Məlum olduğu
kimi, Əhməd Cavad da 37-ci ilin repressiya qurbanlarındandır.
ġairin faciəli taleyi əsərlərinin də taleyindən yan keçməmiĢdir.
Çoxlu əsərləri yandırılıb məhv edilsə də, hazırda qalan əsərləri
də Ģairin Azərbaycan poeziyasındakı yüksək yerini qoruyub
saxlamağa kifayət edir” (2, s. 91-92).
Sonra Nizami Muradoğlu məqaləsində Ə.Cavad yaradı-
cılığının folklor qaynaqlarını Ģairin “Elin bayrağı”, “Bismillah”,
“Allahu Əkbər”, “Dağlar”, “Gəncəm hey”, “Ağlayırdım, gülü-
rəm!”, “Əfəndiyə”, “Göy-göl” və digər Ģeirləri əsasında araĢdı-
rır, onun əsərlərinin folklorla bağlılığını, xalqın Ģifahi söz təfək-
kürü ilə Ģairin düĢüncə oxĢarlıqlarını müəyyənləĢdirməyə çalıĢır.
N.Muradoğlu bu araĢdırmalarından sonra Ə.Cavad və
onun poeziyası haqqında fikirlərini belə yekunlaĢdırır:”...Əhməd
Cavadsız Azərbaycan ədəbiyyatının da bir tərəfi boĢ qalardı.
Əhməd Cavad Azərbaycan ədəbiyyatının bəĢəriyyətə bəxĢ etdiyi
özü, sözü bir olan, sağlam məfkurəli, əbədiyaĢarlıq qazanan,
Folklor və yazılı ədəbiyyat
212
“Göy göl”ü ilə qəlbimizə həmiĢə sərinlik gətirən, mavi göylər
qədər dərin olan bir sənətkardır” (2, s. 108).
Kitaba yuxarıda adları çəkilən məqalələrlə yanaĢı, Gül-
nar Osmanovanın mifoloji obrazların folklor nümunələrində,
habelə yazılı ədəbiyyatda oynadığı roldan bəhs edən “ÇağdaĢ
Azərbaycan nəsrində mifoloji obrazlar”, Gülsümxanım Hasilo-
vanın görkəmli yazıçı Əzizə Cəfərzadənin əsərlərində istifadə
etdiyi folklor nümunələrindən bəhs edən “Əzizə Cəfərzadənin
bədii yaradıcılığı və xalq ədəbiyyatı”, Tahir Rzayevin məĢhur
Azərbaycan yazıçısı Ġsmayıl ġıxlının “Dəli Kür” romanının
dilini, obrazlar aləmini sistemli Ģəkildə tədqiqata cəlb edən,
surətlərin milli-etnoqrafik xüsusiyyətlərini obrazlı folklor
təfəkkürü müstəvisində təhlil edən “Ġsmayıl ġıxlının "Dəli Kür”
romanında epos ənənəsi" adlı məqalələri də daxil edilmiĢdir.
Bunlardan baĢqa, “Folklor və yazılı ədəbiyyat" kitabında
doktorant Aytac Abbasovanın həm folklor, həm də tarixilik ba-
xımından mühüm əhəmiyyəti olan “Göl obrazı: əfsanə və yazılı
ədəbiyyatda” adlı məqaləsi, Folklor Ġnstitutu “Klassik folklor”
Ģöbəsinin elmi iĢçisi Vüsal Səfiyevanın Azərbaycan xalqının ən
möhtəĢəm qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud”un
akademik Həmid Araslının elmi irsində tutduğu mövqedən bəhs
edən “Akademik Həmid Araslının elmi irsində “Kitabi-Dədə
Qorqud”, eləcə də Sevinc Əliyevanın “Heyvanla haqqında nağıl
və təmsillərin janr xüsusiyyətləri” adlı maraqlı məqalələri yer
almıĢdır.
“Folklor və yazılı ədəbiyyat” (I hissə) kitabı 2013-cü ildə
AMEA Folklor Ġnstitutunda çapdan çıxan və maraqla qarĢılanan
nəĢrlərdən biridir. Həmin institutun Folklor və yazılı ədəbiyyat
Ģöbəsində hazırlanan bu nəĢrin hazırda II hissəsi oxuculara
təqdim olunur. II kitabda da xeyli sayda elmi tutumu böyük,
folklor və yazılı ədəbiyyatın qarĢılıqlı əlaqələrindən və təsirin-
dən bəhs edən maraqlı, diqqəti cəlb edən elmi məqalələr toplan-
mıĢdır. Ġnanırıq ki, AMEA Folklor Ġnstitutunun “Folklor və yazılı
Folklor və yazılı ədəbiyyat
213
ədəbiyyat” Ģöbəsində, həmin Ģöbənin müdiri, filologiya üzrə
elmlər doktoru, professor Kamran Əliyevin rəhbərliyi ilə hazırlan
“Folklor və yazılı ədəbiyyat” (II hissə) kitabı da elmi ictimaiyyat,
eləcə də oxucular tərəfindən maraqla qarĢılanacaqdır.
QAYNAQLAR:
1. Hüseyn Cavid. Əsərləri. BeĢ cilddə. I cild. Bakı: “Lider
nəĢriyyat”, 2005, 256 səh.
2. Folklor və yazılı ədəbiyyat. Bakı: “Nurlan”, 2013, 236 səh.
3. Məmməd Cəfər. Azərbaycan ədəbiyyatında romantizm.
Bakı: Azərb.SSR EA nəĢriyyatı, 1963.
4. Hüseyn Cavid. Əsərləri. BeĢ cilddə. II cild. Bakı: “Lider
nəĢriyyat”, 2005, 352 səh.
5. Nizami Gəncəvi. Xosrov və ġirin. Bakı: “Lider nəĢriyyat”,
2004, 392 səh.
6. Əliyev H. S.Vurğunun 90 illik yubileyinə həsr edilmiĢ
gecədəki nitq.Bakı:1996
7. Əliyev H.ebooks.preslib.az/pdfbooks/azbooks/H.Aliyev-
kul/9.pdf
Folklor və yazılı ədəbiyyat
214
FOLKLOR VƏ YAZILI ƏDƏBĠYYAT
Məlahət BABAYEVA
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor Ġnstitunun “Folklor və yazılı ədəbiyyat”
adlı birinci kitabı iĢıq üzü görmüĢdür. Kitabdakı məqalələr
“Folklor və yazılı ədəbiyyat” Ģöbəsinin müdiri, filologiya üzrə
elmlər doktoru, professor Kamran Əliyevin gərgin əməyi və
bilavasitə rəhbərliyi ilə hazırlanmıĢdır. 216 səhifə olan bu top-
luda professor K.Əliyevin də məqaləsi daxil olmaqla 12 məqalə
daxil edilmiĢdir. Bütün məqalələr elmi mənbələrlə, isinad edil-
miĢ ədəbiyyatla əsaslandırılmıĢ və zənginləĢdirilmiĢdir.
Professor Kamran Əliyevin “Məhəbbət əfsanəsi: faciə və
dastan” məqaləsində H.Cavidin “ġeyx Sənan” faciəsindən bəhs
edilmiĢ və əfsanə ilə əsər müqayisə olunmuĢdur. K.Əliyev ilk
öncə H.Cavidin “ġeyx Sənan” faciəsini yazmaq səbəbini açıqla-
mıĢ və müəllifin baĢ qəhrəmana olan rəğbətini əsaslandırmağa
nail olmuĢdur. Professorun qənaətinə görə H.Cavid ġeyx Sənanı
ən böyük məhəbbət simvolu hesab edir. K.Əliyev dastanla
əlaqədar yazılmıĢ bütün tədqiqat iĢlərini analiz etmiĢ, əsərin
süjetində “Əsli və Kərəm” dastanının rolunu göstərmiĢdir.
Müəllif, bu əsərlər arasındakı oxĢarlığı bütün müstəvilərdə ana-
liz etmiĢ və fikrini konkret nümunələrlə əsaslandırmıĢdır. Belə
ki, tədqiqatçı bu əsərləri müqayisə edərkən ilk növbədə bədii
təsvirlər arasında olan oxĢarlığı ön plana çəkmiĢdir. K.Əliyev
bundan sonra ġeyx Sənanla Kərəmin qeyri-adi aĢiq kimi bir-
birinə olan yaxınlığını qeyd edir. Daha sonra müəllif Kərəmin
Əsliyə olan münasibətilə ġeyx Sənanın Xumara olan münasibəti
arasındakı doğma çalarların olduğunu deyir.
K.Əliyev bu dastan arasında oxĢarlığı, əlbəttə ən əsas hər
iki gəncin islam dininə mənsub olmayan bir qıza aĢıq olduğunu
Folklor və yazılı ədəbiyyat
215
qeyd edirdi. Belə ki, bu dastanlarla əsas problem dinlərarası
izdivacın doğurduğu səddlər və maneələrdir: “Beləliklə, aydın
olur ki, bu iki klassik bədii nümunəni ortaq mövqəyə gətirən ən
əlamətdar cəhət elə məhz inikas etdirilən məsələlərdən doğan
ideya yaxınlığı və ideya edilmiĢdir”.
“Folklor və yazılı ədəbiyyat” adlı I kitabın “Koroğlu” das-
tanının Azərbaycan Ģeirinə poetik təsiri” adlı ikinci məqaləsinin
müəllifi Ġslam Sadıqdır. Müəllif haqlı olaraq, Azərbaycanda
“Koroğlu”dastanının poetik gözəlliyindən, ideya zənginliyindən,
məzmun dolğunluğundan az və çox dərəcədə bəhrələndiyini
qeyd edir: “Hətta bizim elə Ģairlərimiz var ki, onun yaradıcılı-
ğındakı xəlqilik büsbütün “Koroğlu” dastanının təsiri ilə yaran-
mıĢdır”. Ġslam Sadıq,“Koroğlu” dastanının Azərbaycan yazılı
Ģeirinə poetik təsirinin öyrənilməsinə müxtəlif aspektlərdən ya-
naĢmıĢ və bir neçə bölgü aparmıĢdır. Burada birinci yerdə Ko-
roğlunun qəhrəmanlıq rəmzi olması durur. Belə ki, Ģairlərimiz
qəhrəmanlıq ruhlu Ģeirlər yazarkən, birinci növbədə, “Koroğlu”
dastanından bəhrələnmiĢlər. Ġ.Sadıq, S.Vurğunun Böyük vətən
müharibəsi dövründə yazdıqrı Ģeirlərində də qəhrəmanlıq ruhu
Koroğlu obrazına görə daha da güclənmiĢdir. S.Vurğunun
“Koroğlu” dastanından, Koroğlu obrazından təsirlənərək, onun
da qəhrəmanlığını vurğuladığı “Azərbaycan balası”, “Partizan
BabaĢ”, “Yandırılan kitablar”, “Ukrayna partizanları”, “Qafqaz-
dan Dona doğru” Ģeirlərini yazmıĢdır.
Xalq Ģairi Bəxtiyar Vahabzadənin “Dörd yüz on altı” poe-
masında “416-cı Taqanroq” diviziyası haqqında poemada “Dü-
nən-bu gün” fəslində Koroğlu dastanındakı səhnələrlə müqa-
yisələr var. ġair burada Koroğlu ilə Bolu bəy qarĢılaĢdığı səh-
nəni göz önündə canlandırır.
Məstan Günərin “Ġlyana haqqında nəğmə” poemasında da
“Koroğlu” dastanın motivləri var. Məmməd Ġsmayılın “Əsir
saz” poemasını AĢıq Qaranın Gədəbəydən müharibəyə əlində
sazla getməyindən bəhs etmiĢdir. Bildiyimiz kimi, Koroğlu da
Folklor və yazılı ədəbiyyat
216
döyüĢlərə bir əlində saz, bir əlində tüfəng iĢtirak edərmiĢ. M.Ġs-
mayıl AĢıq Qaranın bu hərəkətini Koroğlu ilə müqayisə etmiĢ və
Azərbaycan əsgərlərinin qələbədən sonra bu dastanı aĢığa
oxutdurduğunu vurğulamıĢdır.
Əhməd Cəmilin Böyük Vətən müharibəsi dövründə yaz-
dığı Ģeirlərdə də, “Koroğlu” dastanının poetik təsiri açıq-aydın
duyulur. Müəllifin Əhməd Cəmil Sovet Ġttifaqı Qəhrəmanı
Ġsrafil Məmmədova həsr etdiyi “Qəhrəman qardaĢıma” adlı Ģeir-
də qəhrəmanın göstərdiyi hünərlərdən vəcdə gələrək, vətənin
ağır günündə köməyə gələn Koroğluya bənzətmiĢdir.
Ġslam Sadıqin apardığı bölgüyə görə ikinci yerdə Ko-
roğlunun mərdlik rəmzi olduğu önə çıxarılır. Müəllif, Səməd
Vurğunun “Qəhrəmanın hünəri” Ģeirində əsas obrazı Koroğlu ilə
müqayisə etmiĢ, öz qəhrəmanını da mərdlikdə ona bənzətmiĢdir.
Məmməd Ġsmayıl “Əsir saz” poemasında, B.Vahabzadə “Özgə
limanlarda” adlı Ģeirlərində Koroğlu dastanının, ümumiyyətlə
onun mərdlik konsepsiyasının böyük rolu var.
Tədqiqatçı apardığı üçüncü bölgüyə əsasən Azərbaycan
Ģeirində Qırat obrazı da önə çəkilmiĢ mövzulardandır. Belə ki,
Ġ.Sadıqa görə S.Vurğunun “A köhlən atım” Ģeiri bütünlüklə Qı-
rata həsr olunub. Məmməd Ġsmayılın “Qırat da bir at idi” Ģei-
rində Qıratın məziyyətləri vəsf olunub.
AraĢdırmaçı Hüseyn Arifin, Abbasağanın, Xəlil Rzanın,
R.Rzanın, M.Arazın, Famil Mehdinin yaradıcılığında da Qırat
mövzusunu, Qıratla olan bənzətmələrini aĢkar edib tədqiq et-
miĢdir.
Fidan Qasımova "Folklor və klassik ədəbiyyat" məqalə-
sində yazılı ədəbiyyatla Ģifahi xalq yaradıcılığının mövcud oldu-
ğu əlaqələrdən söz açmıĢdır. Tədqiqatçı, yazılı ədəbiyyat və
folklor probleminin iki məsələdən ibarət olduğunu qeyd etmiĢ-
dir: "Bunlardan biri yazılı ədəbiyyatda folklordan istifadə, digəri
isə yazılı ədəbiyyatın folklora təsiridir". F.Qasımova Nizami
yaradıcılığında folklor məsələlərini tədqiq edərkən bu mövzuda
Folklor və yazılı ədəbiyyat
217
yazılan digər araĢdırmalara da nəzər salmıĢ, onlara da münasibət
göstərmiĢdir. Nizami yaradıcılığında folklor nümunələrini necə
istifadə etməsini, onların müqayisəsini konkret misallarla verə-
rək o, Tağı Xalisbəylinin, Vəhdət Sultanzadənin bu istiqamətdə
apardığı tədqiqatlarından da faydalanmıĢdır. F.Qasımova Məh-
səti Gəncəvinin, Məhəmməd Füzulinin yaradıçılığında da folk-
lor nümunələrini araĢdırmıĢ, onların xalq deyimləri ilə eyniyyət
təĢkil etdiyini sübut etmiĢdir. Fidan Qasımovanın bu tədqiqatı
folklor nümunələrinin qədimliyini, bizim xalqa mənsubluğunu,
ilkin variantını öyrənmək baxımından böyük əhəmiyyət kəsb
edir.
Xəyalə Orucqızının "Professor PaĢa Əfəndiyev folklor və
yazılı ədəbiyyat" məqaləsində tədqiqat obyekti folklorĢünas
alimin öz əsərlərində bu mövzuya olan münasibətidir. Belə ki,
hörmətli professor "Cəfər Cabbarlı və xalq yaradıcılığı", "Səməd
Vurğun və xalq yaradıcılığı" monoqrafiyalarında sırf bu məsə-
lələrə toxunmuĢdur. Lakin tədqiqatçının da qeyd etdiyi kimi
P.Əfəndiyevin bu mövzuda yazdığı ilk məqalə A.ġaiqə həsr
olunmuĢdur. X.Orucqızı PaĢa Əfəndiyevin Nizami, M.F.Axun-
dov, M.Ə.Sabir və digər sənətkarların əsərlərində folklor nümu-
nələrini tədqiq etməsini yüksək qiymətləndirmiĢ, onun: "folklor
və yazılı ədəbiyyat ikiəsirlik folklorĢünsalıq elmimizin ilk
mərhələsidir" fikrini sitat gətirmiĢdir.
Aynur Ġbrahimovanın “Səməd Vurğunun “Vaqif” dramın-
da epik ənənələr” adlı məqaləsində ilkin olaraq Səməd Vurğun
yaradıcılığında yer almıĢ folklor nümunələrindən bəhs edilir.
Tədqiqatçı, Ģairin xalq poetik düĢüncə tərzinə yaxın olan bir
üslubda yazıb-yaratmasını təqdir edir və “S.Vurğun xalq yara-
dıcılığı qaynaqlarından bəhrələnərək öz ideyalarının, bədii yolla
demək istədiklərinin bir qismini xalq sənəti nümunələrinin kö-
məyi ilə əks etdirmiĢdir” deyə söyləmiĢdir.
Bundan sonra A.Ġbrahimova Vaqifin tarixi Ģəxsiyyəti,
S.Vurğunun nə üçün Vaqif obrazını yaratmasını elmi Ģəkildə
Folklor və yazılı ədəbiyyat
218
əsaslandırmıĢdır. Tədqiqatçı S.Vurğunun “Vaqif” dramında xalq
həyatının özünəməxsus təsvirini, toy adət ənələrini, ailə mü-
nasibətlərini və əsərdə istifadə olunan bayatı, atalar sözlərini
ayrı-ayrı tədqiq və təhlil etmiĢdir.
“Əhməd Cavad poeziyası və foklor” adlı məqaləsində Ni-
zami Muradoğlu Azərbaycan ədəbiyyatının ən görkəmli nüma-
yəndələrindən olan Əhməd Cavadın həyat və yaradıcılığına
ekskursiya etmiĢdir. Tədqiqatçı Əhməd Cavad haqqında yazılan
bütün monoqrafiyalarla, məqalələrlə tanıĢ olmuĢ, yalnız qarĢıya
qoyduğu mövzuya yox, bütünlükdə Əhməd Cavad Ģəxsiyyəti,
yaradıclığı haqqında araĢdırma aparmağa nail olmuĢdur. N.Mu-
radoğlu, Ģairin “Elin bayrağı”, “Bismillah”, “Allahu Əkbər”,
“Dağlar”, “Gəncəm hey”, “Ağlayırdım, gülürəm!”, “Əfəndiyə”
(M.C.Bağırova ünvanlanıb), “Göy göl” və digər Ģeirlərini ayrı-
ayrı böyük həssaslıqla tədqiq və təhlil etmiĢdir.
Gülnar Osmanova “ÇağdaĢ Azərbaycan nəsrində mifoloji
obrazlar” adlı məqaləsində folklor nümunələrində, habelə yazılı
ədəbiyyatda mofoloji obrazların oynadığı roldan bəhs etmiĢdir.
Məlum olduğu kimi, müasir nəsrimizdə bir sıra yazıçılar
öz əsərlərini xalq nağıllarının, dastanların, əfsanələrin əsasında
yazmıĢlar. Tədqiqatçı, Ġ.Əfəndiyev, M.Süleymanlı, K. Abdulla-
nın əsərlərində təsvir etdiyi mifoloji obrazları tədqiqat obyektinə
cəlb etmiĢdir. Məqalədə Ġ.Əfəndiyevin “Apardı sellər Saranı”,
“Geriyə baxma qoca”, “Qarı dağı”; M.Süleymanlının “ġeytan”,
“Quru kəllə”, “Köç”; K.Abdullanın “Yarımçıq əlyazma” əsərlə-
rindəki mifoloji obrazlar, mifoloji düĢüncə, mifik elementlər, o
cümlədən etnoqrafik cizgilər araĢdırılmıĢdır.
Bundan əlavə müəllif, bu əsərlərdəki mifoloji obrazları
folklor nümunələrindəki obrazlarla müqayisə etmiĢ, oxĢar və
fərqli cəhətləri göstərmiĢdir.
Gülsümxanım Hasilovanın “Əzizə Cəfərzadənin bədii ya-
radıcılığı və xalq ədəbiyyatı” adlı məqaləsində görkəmli yazı-
çımızın əsərlərində istifadə etdiyi folklor nümunələrindən bəhs
Folklor və yazılı ədəbiyyat
219
edilir. Müəllif Ə. Cəfərzadənin romanlarında folklor janrından
istifadəsini aĢağıdakı Ģəkildə qruplaĢdırır:
1. Mətnlərdə xalq bayatı, layla-oxĢamalarına istinad;
2. Xalq mərasimləri;
3. Mərasim rituallarına bağlı ovsun, fallar və inanclar;
4. Lətifələr;
5. UĢaq oyunları, oyun nəğmələri;
6. Bu və ya digər fikir, mətləbin açılmasında atalar sözü,
zərbi-məsəllərdən istifadə;
7. Mahnı mətnləri.
G.Hasilova məqalədə Əzizə Cəfərzadənin “Aləmdə səsim
var mənim”,“Bakı-1501”, “Gülüstandan öncə”, “Bəla”, “Eldən-
elə” və s. romanlarında istifadə etdiyi zəngin folklor qaynağını
tədqiq etmiĢdir. Tədqiqatçı bundan əlavə bu romanlarda atalar
sözü, məsəlləri, alqıĢ və qarğıĢları da sistemləĢdirmiĢdir.
Tahir Rzayev “Ġsmayıl ġıxlının “Dəli Kür” romanında
epos ənənəsi” adlı məqaləsində əsərin dilini, obrazlarını, etno-
qrafik xüsusiyyətlərini milli folklor təfəkkürü müstəvisində təd-
qiq etmiĢdir.
Bildiyimiz kimi, XX əsrin ortalarından baĢlayaraq nəsri-
mizdə milli təfəkkür, xalq dili, əsl insan xarakterləri və onun iç
dünyası ön plana çəkilmiĢdir. Müəllif də bunları nəzərə alaraq
öz qənaətlərini görkəmli alim, f.ü.e.d. Muxtar Ġmanovun “Müa-
sir Azərbaycan nəsrində psixologizm” (Bakı: Elm, 1991) kita-
bından istifadə edərək əsaslandıra bilmiĢdir. Belə ki, M. Ġma-
novun fikrincə, “...Nəsrin yeni mərhələsində qəhrəman müəllifin
oxucuya çatdırmaq istədiyi idealların ruporu olmaqdan xilas
edilir. Yeri gəldi-gəlmədi istər müəllif, istərsə də qəhrəman
nitqində hansısa problemin qeyri-bədii ifadə edilməsi, publisis-
tik tonun bəsitlik dərəcəsinə endirilməsi halları tədricən aradan
qalxır. Ġnandırıcı boyalar, real cizgilərlə iĢlənmiĢ bədii xarak-
terlər sosial problemləri ifadə etməyin səmərəli yolu sayılır”.
Folklor və yazılı ədəbiyyat
220
Onu da qeyd edək ki, T.Rzayev “Dəli Kür” romanının
epos təfəkkürünü araĢdırarkən ilk öncə roman və epos müna-
sibətlərinə nəzər salır. Müəllif burada roman janrının xüsusiy-
yətləri barədə söhbət açmıĢ, daha sonra isə roman-epos müna-
sibətlərinin tipoloji modelini nəzərimizə çatdırmıĢdır. Tədqiqat-
çı, roman yaradıcılığında epos təfəkkürünü üç formada özünü
göstərdiyini qeyd etmiĢdir:
1. Epos təfəkkürünə məxsus universallıq, diapazonluluq,
mürəkkəb süjet xətti və çoxsaylı obrazlar aləminə məxsusluq;
2. Epos təfəkkürünün süjet və motivlər, detal və faktlar
Ģəklində əks olunması;
3. Epos təfəkkürünün epik düĢüncə modeli Ģəklində özünü
göstərməsi.
Müəllif məqalədə “Dəli Kür” haqqında yazılan bütün
sanballı mənbələrə istinad etmiĢ və Cahandar ağa obrazını epos
qəhrəmanı kimi səciyyələndirilmiĢdir. Bundan əlavə, əsərin epos
ənənələri baxımından tədqiqata cəlb edilməsinin zəruri olduğu-
nu qeyd etmiĢdir.
Doktorant Aytac Abbasovanın “Göl obrazı: əfsanə və
yazılı ədəbiyyatda” adlı məqaləsi də həm folklor, həm də tari-
xilik baxımından son dərəcə əhəmiyyətlidir. Müəllif, vətənimi-
zin müxtəlif bölgələrində yerləĢən göllərlə bağlı əfsanələr
haqqında fikir söyləmiĢ, hətta onların bir neçə variantda olan
versiyalarının mövcud olduğunu göstərmiĢdir. Bundan sonra
tədqiqatçı, yazılı ədəbiyyatda N.Gəncəvinin, M.Füzulinin, Ġ.Nə-
siminin, Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin, C.Cabbarlı-
nın, S.Vurğunun, S.Rəhimovun, Ġ. Məlikzadənin, Ġ.Əfəndiyevin
və baĢqaların əfsanələr əsasında əsərlər yazdığını və yaxud da
əsərlərində əfsanə motivindən istifadə etdiyini qeyd etmiĢdir.
Vüsal Səfiyevanın “Akademik Həmid Araslının elmi irsin-
də “Kitabi-Dədə Qorqud” mövzusu” adlı məqaləsi görkəmli
folklorĢünas alim haqqında yazılan ən yaxĢı araĢdırmalardandır.
Tədqiqatçı alimin “ AĢıq poeziyası və klassiklər”, “Kitabi-Dədə
Folklor və yazılı ədəbiyyat
221
Qorqud”, “Koroğlu”, “AĢıq yaradıcılığı” və s. əsərlərini, “Kita-
bi-Dədə-Qorqud”un təkmilləĢmiĢ nəĢrlərini burada tədqiqata
cəlb etmiĢdir. Müəllif, H.Araslının “Kitabi-Dədə Qorqud” das-
tanı haqqında söylədiyi bütün mülahizələrini konkret nümu-
nələrlə əsaslandıraraq incələmiĢdir.
Sevinc Əliyevanın “Heyvanlar haqqında nağıl və təmsil-
lərin janr xüsusiyyətləri” adlı məqaləsində folklor və yazılı
ədəbiyyat arasındakı sıx əlaqələrdən bəhs edilmiĢdir. Müəllifin
qeyd etdiyi kimi heyvanlar haqqında nağıllar janr xüsusiyyətinə
görə Ģifahi xalq ədəbiyyatına, təmsillər isə yazılı ədəbiyyatla
bağlıdır. Məhz buna görə də, heyvanlar haqqında nağıllar Ģifahi
xalq ədəbiyyatının janr xüsusiyyətini, təmsillər isə yazılı ədə-
biyyatın janr xüsusiyyətini daĢıyır. Tədqiqtçı məqaləsində ayrı-
ayrı nağıl və təmsillərdən nümunələr gətirərək həm bu heyvan-
ların oxĢar və fərqli xüsusiyyətlərini göstərmiĢ, həm də uĢaqların
tərbiyələndirilməsində heyvanlar haqqında yazılan əsərlərin
əhəmiyyəti haqqında maraqlı mülahizələr yürütmüĢdür.
Sonda onu da qeyd etmək istərdik ki, AMEA Folklor
Ġnstitutunun “Folklor və yazılı ədəbiyyat” Ģöbəsinin I toplusu
olan bu kitabda yer alan bütün tədqiqatlar həmin institutun eyni
adlı Ģöbəsinin yalnız bir ayda hazırladığı materialların məcmu-
sudur.
AMEA Folklor Ġnstitununu direkroru, kitabın elmi redak-
toru, dəyərli alimimiz, filologiya üzrə elmlər doktoru Muxtar
Ġmanovdur. M.Ġmanovun qeyd etdiyinə görə bu toplunun növbə-
ti saylarının da nəĢri planlaĢdırılır və bundan əlavə olaraq eyni
zamanda tematik topluların da yaxın zamanlarda nəĢri göz-
lənilir.
Folklor və yazılı ədəbiyyat
222
MÜNDƏRĠCAT
Kamran ƏLĠYEV. Atalar sözləri və aforizmlər .................. 3
Cəlal QASIMOV. Bəkir Çobanzadə və folklor .................... 14
Pərvanə BƏKĠRQIZI (ĠSAYEVA) “Xortdanın
cəhənnəm məktubları”: o biri dünyaya səyahət ................... 45
Ġslam SADIQ. Azərbaycan dramaturgiyasında
“Koroğlu” motivləri ............................................................ 54
Fidan QASIMOVA. Folklor və klassik ədəbiyyat
(Xaqani Şirvani yaradıcılığı əsasında) ................................. 72
Xəyalə ƏLĠYEVA. Paşa Əfəndiyev: Səməd Vurğun
və xalq yaradıcılığı.............................................................. 80
Aynur ĠBRAHĠMOVA. Səməd Vurğunun
“Fərhad və Şirin” dramında folklor motivləri ...................... 96
Nizami MURADOĞLU. Yeni şeir şəkli: layla-elegiya ....... 108
ƏpoĢ VƏLIYEV. Qurd obrazı ............................................ 121
Gülnar OSMANOVA. Təbiət kultları ilə bağlı
inanclar və müasir nəsr ........................................................ 142
Gülsümxanım HASĠLOVA. Mərasim folkloru və roman
(Əzizə Cəfərzadə yaradıcılığı əsasında)................................ 154
Aytac ABBASOVA. Xalq adət-ənənələri və roman
yaradıcılığı (Y.V.Çəmənzəminlinin “İki od arasında”
əsəri əsasında) .................................................................... 168
Sevinc ƏLĠYEVA. Təmsil və nağıllarda
müştərək motivlər ................................................................. 181
Gülnar MƏMMƏDOVA. Əmək nəğmələri
və uşaq şeirləri ..................................................................... 191
RƏYLƏR
Tahir ORUCOV. Folklorun yazılı ədəbiyyatda inikası........ 198
Məlahət BABAYEVA. Folklor və yazılı ədəbiyyat.............. 214
Folklor və yazılı ədəbiyyat
223
Folklor və yazılı ədəbiyyat.
II kitab
Bakı, Elm və təhsil, 2017.
NəĢriyyat direktoru:
Prof. Nadir Məmmədli
NəĢriyyat redaktoru:
fil.ü.f.d. Fidan Qasımova
Kompüterdə yığdı:
Gülnurə Canməmmədova
Korrektoru:
Gülnar Osmanova
Aytac Abbasova
Kompüter tərtibçisi və
Texniki redaktoru:
Aygün Balayeva
Kağız formatı: 60X84 1/16
Mətbəə kağızı: №1
Həcmi: 224 səh.
Tirajı: 300
Folklor və yazılı ədəbiyyat
224
Kitab AMEA Folklor Ġnstitutunun Redaksiya-nəĢr
bölməsinin Kompüter Mərkəzində yığılıb səhifələnmiĢ,
“Elm və təhsil” NPM-də hazır deopozitivlərdən
ofset üsulu ilə çap olunmuĢdur.
Document Outline
Dostları ilə paylaş: |