QAYNAQLAR:
1. Atalar sözü. Bakı, Yazıçı, 1985.
2. Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. II cild, Bakı:
“Elm”, 2007.
3. Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç
cilddə, I cild. Bakı, “ġərq-Qərb”, 2005.
4. Xaqani ġirvani. SeçilmiĢ əsərləri. Bakı, "Lider
nəĢriyyat", 2004.
5. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı,
“Maarif”, 1982.
6. ġərur folklor örnəkləri (ġəxsi arxiv).
Folklor və yazılı ədəbiyyat
80
PAġA ƏFƏNDĠYEV: SƏMƏD VURĞUN VƏ
XALQ YARADICILIĞI
Xəyalə ORUCQIZI
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutunun
“Folklor və yazılı ədəbiyyat”
şöbəsinin böyük elmi işçisi
Azərbaycan folklorĢünaslığına nəzər saldıqda PaĢa Əfən-
diyevin öz xüsusi yeri və çəkisi görünür. O, folklorumuzun ayrı-
ayrı sahələrini tədqiq etməklə yanaĢı, bunları gələcək nəsillərə
ötürmək üçün dərsliklər hazırlamıĢdır. Azərbaycan elminə də-
yərli töhfələr verən PaĢa müəllimin yaradıcılığında folklor və
yazılı ədəbiyyat məsələlərinə xüsusi diqqət yetirilir. Bu iki sahə-
ni bir-birindən ayrı təsəvvür etmək olmaz. Yazılı ədəbiyyatımız-
dakı əksər əsərlərdə Ģifahi xalq yaradıcılığının izi görünür. Folk-
lorumuzdan bəhrələnmə güclüdür. Bu da onu sübut edir ki, bi-
zim xalqımız öz geninə nə qədər bağlı bir xalqdır.
Səməd Vurğun yaradıcılığının ilk illərindən ömrünün so-
nuna qədər folklordan özünəməxsus Ģəkildə istifadə etmiĢdir.
Onun poeziyasında xalq ədəbiyyatımızın güclü təsiri dərhal hiss
olunur. Dahi Ģairimiz Səməd Vurğun bütün yaradıcılığı boyu
folklorumuzdan məharətlə istifadə etməklə yanaĢı, Ģifahi xalq
ədəbiyyatı, onun ideya və bədii xüsusiyyətləri, ondan istifadə
yolları haqqında dəyərli fikirlər söyləmiĢdir. M. Qorkinin xalq
ədəbiyyatının kütləvi Ģəkildə toplanıb öyrənilməsi çağırıĢına
Azərbaycanda ilk dəfə səs verən gözəl Ģairimiz Səməd Vurğun
olmuĢdur. ġair xalq ədəbiyyatımızın toplanması və elmi Ģəkildə
öyrənilməsini çox ciddi irəli sürürdü. Hal-hazırda Azərbaycanda
bu iĢi Folklor Ġnstitutu yerinə yetirir. Professor PaĢa Əfəndiye-
vin də fəaliyyət göstərdiyi Ġnstitutumuzda müxtəlif regionlardan
Folklor və yazılı ədəbiyyat
81
folklor materialları toplanır. Çox cildli antologiyalar çap olunur.
Xalq ədəbiyyatı nümunələri tədqiqata cəlb olunur.
Son dövrlərdə Folklor Ġnstitutu tərəfindən nəĢr olunmuĢ
“Folklor da bir tarixdir” (Qarabağ) kitabı iĢğal altında olan tor-
paqlarımızın folklorunun öyrənilməsinə xidmət edir. Xüsusən
iĢğalda olan torpaqlarımızın folklorunun öyrənilməsi ona görə
vacibdir ki, məkrli düĢmənimizə xalqımızın qədimliyini sübut
edən materiallardır. Gələcək nəsillər xalq ədəbiyyatımızı, folklor
mühitimizi öyrənmək üçün bu kitablardan yararlanacaqlar.
Səməd Vurğun 1934-cü ildə keçirilən Sovet yazıçılarının
Birinci Ümumittifaq Qurultayında iĢtirak etmiĢdir. Orada yazıçı
M. Qorki Ģifahi xalq ədəbiyyatından xüsusi məruzə etmiĢdir.
Onun xalq yaradıcılığına verdiyi qiymət dünya folklorĢünaslığı
tarixində yeni hadisə idi. Bu qurultaydan sonra Sovet ölkələ-
rində folklorun toplanması, nəĢri və öyrənilməsi sahəsində bö-
yük dönüĢ əmələ gəldi. Səməd Vurğun Moskvadan qayıdan kimi
Azərbaycan Yazıçıları Ġttifaqının iclasında “Oktyabr və Azər-
baycan ədəbiyyatı” adlı geniĢ məruzə etdi. O, məruzə edərkən
M. Qorkinin fikirlərini önə çəkərək qeyd etdi ki, öz folklor
ədəbiyyatınızı yığın, toplayın – bu, söz sənətinin baĢlanğıcıdır.
Sənət, yazılı ədəbiyyat olmayan vaxt insan tarixində folklor ədə-
biyyatı inkiĢaf etmiĢdir. Ona görə də öz folklor ədəbiyyatınızı
öyrənin. Ondan siz çox Ģey götürə bilərsiniz. S. Vurğun çıxı-
Ģında onu da vurğulayır ki, folklorda xalqın iztirabları, mübari-
zəsi, istismarçılara qarĢı kin və nifrəti öz əksini tapır. “Bu ədə-
biyyat əsas istiqaməti etibarilə əzilən siniflərin, məzlum təbə-
qələrin əhvali-ruhiyyəsini ifadə etmiĢdir. Məsələn:
Əzizinəm gül əllər,
Gül barmaqlar, gül əllər,
Dəryaca ağlın olsa,
Yoxsul olsan güləllər.
Əzizinəm gülən az,
Bülbül eylər gülə naz,
Folklor və yazılı ədəbiyyat
82
Dünya bir qəmxanadır,
Ağlayan çox, gülən az.
Səməd Vurğuna görə xalq yaradıcılığından yazıçılar yalnız
xalqın iztirablarını, əhvali-ruhiyyəsini, psixologiyasını öyrənmir-
lər, xalqın bu mənəvi sərvəti eyni zamanda gözəl sənət nümunə-
ləridir. Səməd Vurğun qeyd edir ki, bəzi yazıçılarımız əcnəbi söz-
lərdən istifadə etməklə elə bilirlər ki, “yenilik” yaradırlar, əksinə
onların Ģeirimizin sahib olduğu Azərbaycan türkcəsini pozmaq tə-
Ģəbbüsləridir ki, biz bunlarla ciddi mübarizə etməliyik. Xalq sə-
nəti, folklor və yazılı ədəbiyyat məsələsindən Səməd Vurğun digər
məqalə və məruzələrində də danıĢmıĢdır. Həmin problemi o, Niza-
mi, Füzuli, Vaqif, C. Cabbarlı, Ü.Hacıbəyov və baĢqa böyük sə-
nətkarların yaradıcılıq təcrübəsi əsasında üzə çıxarırdı. Səməd
Vurğunu bütün yaradıcılığı boyu xalq həyatı, xalq sənəti və sənət-
kar problemi maraqlandırmıĢdır. Səməd Vurğun qeyd edir ki,
xalqdan öyrənmədən böyük poeziya yaratmaq olmaz. Lakin xalqa,
onun bədii təfəkkürünə yaxınlıq xalq mahnılarını və nağıllarını sa-
dəcə təkrar etmək demək deyildir. “PuĢkinin “Çar Soltan haqqında
nağıl” əsərinə nisbətən “Tunc atlı”sında daha çox xəlqilik vardır”.
Səməd Vurğunun əfsanə haqqında mülahizələri də çox
maraqlıdır. ġair hər bir əfsanə, rəvayət, hekayənin özündə real
həyat, arzu, istək görür. ġairə görə əfsanə, rəvayət həyat hadisə-
lərinin, tarixin xalq dilində bədii ifadəsidir. ġair müxtəlif
dövrlərdə yaranan əfsanələrin məqsəd və qayəsinin, xalqın həya-
tı, məiĢəti, mübarizəsi, dünyagörüĢü ilə əlaqədar olduğunu çox
yaxĢı bilirdi. O, müasir qəhrəmanlarımızı da əfsanələrin dili ilə
rəngləməyi bacarmağı təklif edirdi. Səməd Vurğun öz əsərlərin-
də nəzəri fikirlərini həyata keçirməyə çox zaman müvəffəq olur-
du. Vaqif, Qızyetər, Fərhad, Azər baba, Vidadi və baĢqa surət-
ləri buna misal çəkmək olar. ġair yazırdı: “Biz əsrimizin əfsa-
nəvi qəhrəmanlarının surətini əfsanəvi bir qüdrətlə, bir dillə
yaratsaq günahmı olar? Bunu yalnız bacarmaq lazımdır! Yüksək
sənət dili üçün standart forma yoxdur. Sənətin məna üfüqləri
Folklor və yazılı ədəbiyyat
83
sonsuz olduğundan onun formaları da sonsuz və heç bir məngə-
nəyə, hüdud çərçivəsinə sığıĢa bilməz.”
“Balalarımız üçün gözəl əsərlər yaradaq” adlı silsilə məqa-
ləsində də bu fikirləri xalq Ģairimiz söyləmiĢdir. Səməd Vurğuna
görə uĢaqlar üçün yazılan əsərlərdə xalqın nağıl və əfsanələrin-
dən bacarıqla istifadə etmək lazımdır. “Əfsanə sözündən qorx-
maq lazım deyil, hər hansı bir əfsanə olursa olsun, biz onda hə-
qiqət Ģəfəqləri görməliyik. Çünki onu insan yaratmıĢdır. Bütün
əfsanələr həyat və insan yaranandan sonra yaranmıĢdır”.
Səməd Vurğun müharibə dövründə yazdığı məqalələrində
qılıncın, sazın, sözün həmiĢə döyüĢ meydanlarında birgə cövlan
etdiyini qeyd edir. Xalqımıza aid olan bu xüsusiyyət Böyük
Vətən müharibəsi illərində də görünürdü. Səməd Vurğun həmin
dövrdə yazıya aldığı məqalələrində bu qədim ənənəni yaĢadan
qəhrəmanları yad edir və Azərbaycan oğullarını Vətən uğrunda,
azğın düĢmənə qarĢı böyük qəhrəmanlıqlara çağırırdı: “Bizim
xalqımızın təfəkküründə yaĢayan bədii söz, məfhum, insanlığın
böyük idealları, humanizm və idrakın tərəqqisi uğrunda aparılan
mübarizədə hər zaman mübariz bir vasitə olmuĢdur. Bizim xal-
qımızın tarixində qılıncla qələmin çox qədim bir qardaĢlığı var:
Hoydu dəlilərim hoydu,
Yeriyin meydan üstünə,
Havadakı Ģahin kimi,
Tökülün al qan üstünə.
Qoyun bədöylər kiĢnəsin,
Misri qılınclar iĢləsin,
Kimi tənab qılınclasın,
Kimisi düĢmən üstünə.
Bəlkə də zaman gəlib keçdikcə Koroğlunun bu və ya digər
hərbi məharəti unudulacaqdır. Lakin Ģair Koroğlunun bu qızıl
sözləri xalqımızın sinəsində nəsildən-nəslə keçib yaĢayacaq,
özünə daha parlaq bir gələcək qazanacaqdır”.
Folklor və yazılı ədəbiyyat
84
Müasir dövrümüzdə də belə təbliğatları gənc nəsillə aparma-
lıyıq. ġagirdlərimiz orta məktəb dövrlərindən qəhrəmanlarımız
haqqında məlumatlı olmalı, onları özlərinə ideal seçməlidirlər. Bir
sözlə xalq ruhunda böyüməlidirlər. Dərsliklərimizdə baĢqa xalqla-
rın Ģifahi xalq ədəbiyyatı nümunələrinə yox, öz xalq ədəbiyyatımı-
za daha çox yer ayrılmalıdır. Bizim gələcəyimiz olan məktəblilər
xalq ruhunda böyüməlidirlər. Xalq qəhrəmanlarımızın Vətən, tor-
paq uğrunda etdikləri fədakarlıqlar onlar üçün nümunə olmalıdır.
Səməd Vurğun poeziyada daim xalq ruhu, milli etnik xüsu-
siyyətlər görmək istəyirdi. ġairə görə yalnız bu yolla xalqın qəl-
binə yol tapmaq olardı. ġair yazırdı ki, “yazıçı dünya meydanına
hər Ģeydən əvvəl, öz xalqının milli aləmini, səciyyəsini, məiĢətini,
məfkurəsini və mənəviyyatını təbii surətdə tərənnüm etmək yolu
ilə çıxa bilər”. Səməd Vurğun yaradıcılığını dünya miqyasına çı-
xaran da ömrü boyu sadiq qaldığı həmin xüsusiyyətlər olmuĢdur.
1951-ci ildə Sofiyada keçirilən sovet-bolqar dostluğu aylı-
ğında iĢtirak edən Səməd Vurğuna bolqar yazıçısı Stoyan Das-
kalov söhbət zamanı sual verir ki, müasir texniki tərəqqi əsrində
bizim ədəbiyyatın xalq yaradıcılığına münasibəti necə olmalıdır?
Səməd Vurğun bu suala çox mənalı və poetik bir tərzdə cavab
verib: “Övladın anaya olan münasibəti kimi”. Bunun nəticəsi
olaraq Səməd Vurğun haqqında əsər yazmaq qərarına gəlib və
əsərin adını da belə müəyyən edib: “Övladın anaya münasibəti”.
Səməd Vurğun elə sənətkarlarımızdandır ki, öz poeziyasını
xalqın həyat və mübarizəsi ilə bağlayıb. Sənətkar üçün ən mühümü
öz xalqının arzularını, düĢüncələrini, psixologiyasını öyrənməkdir.
Bunun üçün ən zəngin mənbə isə xalq yaradıcılığıdır. Milli olma-
yan, öz xalqına bağlı olmayan sənətkar heç vaxt xəlqi ola bilməz.
AyaqlaĢ dövranın sürətilə sən,
ÇalıĢ ki, karvandan üzülməyəsən.
Özün yaratsan da bütün varlığı,
Özündə axtarma bəxtiyarlığı.
Elin məclisində ney tut, dilə gəl,
Folklor və yazılı ədəbiyyat
85
BeĢgünlük aləmə gülə-gülə gəl.
Doldur piyaləni haqq Ģərbətindən,
Sən el bağçasında Ģur tutub, səs sal.
Elin ciyərilə yalnız nəfəs al.
ġairin öz elinə, Vətəninə necə bağlı olduğu bu poetik
nümunədə də aydın Ģəkildə öz əksini tapıb.
Səməd Vurğunun formaca qoĢma olan Ģeirlərində klassik Ģeir
ənənələri ilə el ədəbiyyatı ənənələri birləĢmiĢ, Ģairin həyata olan
yeni baxıĢı ilə əlaqədar, köhnə forma yeni məzmun kəsb etmiĢdir.
Ġnsanı ucaldan əməyə, zəhmətə böyük qiymət verən gözəl
Ģairimiz “Sənət” qoĢmasında yazır:
Düyünlü dağları kökündən vuran,
Əmək cəbhəsində amansız duran,
Əqrəbli çöllərdə bağ, bostan quran,
Zəhməti güldürən sənət olacaq.
Azəri yurdunun zəhmətkeĢ oğlu,
Ürəyi sevinclə, ümidlə dolu,
Çəlikdən duruĢu, dəmirdən qolu,
Zəhməti güldürən sənət olacaq.
Ey göylər suları, sən boĢalma, dol!
Tutduğun çiçəkli, reyhanlı bu yol,
Hər qəlbə sevinclər vəd edən bol-bol,
Zəhməti güldürən sənət olacaq.
Səməd Vurğun ilk Ģeirlərində təbiət gözəlliklərini xüsusi
bir ilhamla tərənnüm etmiĢdir. Fitrətən istedadlı gənc Ģair doğma
vətəninin möhtəĢəm gözəlliklərini ifadə etməyə çalıĢmıĢdır.
“Dilcan dərsi”, “Dağlar”, “Dağların”, “Səyahət”, “Çiçək”, “Kür
çayı” və s. bu tipli qoĢmalar Ģairin ilk Ģeirləri içərisində özünə-
məxsus yerə malikdir.
Çıxım gədiklərdən izin izləyim,
Ucalardan alçaqları gözləyim,
Folklor və yazılı ədəbiyyat
86
Ağır qəflə vurum, səndə gizləyim,
Heç kimsə bilməsin, sirdaĢım dağlar!
PaĢa Əfəndiyev yazır: “Dağlara sənətkarın da öz müna-
sibəti olmuĢdur. Koroğlunun dağlara müraciətlə dediyi bir sıra
Ģeirləri var. Ana vətən rəmzi kimi dağlar Koroğlu üçün müqəd-
dəsdir: ən müqəddəs dağ, ən toxunulmaz dağ doğma Azərbay-
canın timsalı kimi dastana salınmıĢ Çənlibeldir. Ona görə də
Koroğlu dağların qoynunu “Ana vətən qoynu” adlandırır. Dağlar
bu el qəhrəmanını boya-baĢa çatdırıb; dağlar onun sevinci,
qüruru, xilaskarıdır. Dağlar Koroğlunun hər bir anında – həm
sevincli, həm də qəmli anında sirr yoldaĢı olmuĢdur. Dağlar yal-
nız sinəsi ormanlı laləzar, göy meĢəli məskən deyil, eyni zaman-
da sığınacaqdır; dağlar dost, yoldaĢ, sirdaĢdır. Əndəlib Qaraca-
dağinin yazıb saxladığı nümunələrdən misal göstərək:
Yaz olsun ərisin dağların qarı,
Gözünə görünsün qardaĢım dağlar!
Koroğlu deyər bu dünyaya gəlmiĢəm,
Bir at, bir qılıncım dağlar”.
Dağlar el üçün vuruĢan igidlərimizi öz qoynunda gizlədib,
onları ölümdən xilas edib.
Böyük Ģairimiz el yaradıcılığının, aĢıq poeziyasının bu ənə-
nəsinə sadiq qalaraq dağlara qoĢmalar həsr etmiĢdir. Yaradıcılığının
müxtəlif vaxtlarında yazmıĢdır. Yəni dağ mövzusu Səməd Vurğun
üçün keçici olmamıĢdır. Ġlk qələm təcrübəsinə “Gözlərin”, “Xanım”
adlı qoĢmaları da aiddir. Bu qoĢmaların mövzusu sevgidir. PaĢa
Əfəndiyev qeyd edir ki, bu Ģeirlərdə vəfasızlıq, dönüklük, həsrət ilk
plana çəkilmiĢdir. Yaxıb, yandıran, gözəl, cazibədar, eĢqə mübtəla
gözlər eyni zamanda dönükdür. “AĢiqlər könlünə yağı gözlərin”,
“ÇəkmiĢdir sinəmə dağı gözlərin”, “Axtarır bir özgə yarı gözlərin”
– Ģair “binadan məftun olduğu gözləri vəsf edir. Lakin bu gözlərin
onun imdadına çatmaq fikri yoxdur. QoĢma belə tamamlanır:
Ey xəyalı dilbər, cahan pərisi,
YetiĢirmi sənə naləmin səsi,
Folklor və yazılı ədəbiyyat
87
Öldürüb cəsədi, alıb nəfəsi,
Niyə salmır məni yada gözlərin.
Həddindən artıqdır könlün vərəmi,
Məhv elədi məni hicran ələmi,
Zavallı Vurğunun yazır qələmi,
ġöhrət qazana dünyada gözlərin”.
Klassik aĢıqlarımızın iĢlətdiyi rədiflər üzərində ənənəvi
yeni Ģeirlər yaradan Səməd Vurğunun lirik qoĢmaları içərisində
“BənövĢə”, “Gözlər”, “Gözlərin”, “Gəlin” və. s aĢıq poeziyası
ənənələrinə söykənməsi baxımından səciyyəvi xarakter daĢıyır:
Mən aĢıq kimi gözlər,
Gözlərin kimi gözlər,
QaĢın kimi qaĢ olmaz,
Gözlərin kimi gözlər.
Səməd Vurğunun AĢıq Hüseyn Bozalqanlıya həsr etdiyi
qoĢma Ģair və aĢıqlar tərəfindən rəğbətlə qarĢılandı:
AĢıq Hüseyn, köklə sədəfli sazı,
Min cavablı bir sualdan danıĢaq,
Məclis quraq, söhbət açaq, söz tutaq,
Gül yanaqlı qoĢa xaldan danıĢaq.
Qoy söz alım bir günahsız dodaqdan,
DüĢmən baxıb həsəd çəksin uzaqdan,
Yar bəzənib çıxan kimi otaqdan,
BaĢındakı güllü Ģaldan danıĢaq.
Vurğun deyər bir dərd bilən yar olsun,
Zülfü bulud, ağ sinəsi qar olsun.
YaxĢı gündə, yaman gündə var olsun,
Qədir bilən əhli-haldan danıĢaq.
Səməd Vurğun bir sıra Azərbaycan aĢıqları ilə yaxından
dostluq etmiĢdir. Bu dostluq tezliklə sənət, Ģeir, saz, söhbət yarıĢ
dostluğuna çevrilmiĢdir. ġairin yazıb yaratdığı illərdə aĢıq yara-
Folklor və yazılı ədəbiyyat
88
dıcılığına xüsusi qayğı göstərildi. 1928 və 1938-ci illərdə iki də-
fə Azərbaycan aĢıqlarının qurultayı keçirilmiĢdir. Ġkinci qurulta-
yın rəyasət heyətində Ü.Hacıbəyov, H.Sarabski ilə yanaĢı əyləĢ-
miĢdir. “Bu illərdə Səməd Vurğun aĢıq yaradıcılığına xüsusi
fikir verir və qabaqcıl aĢıqların Yazıçılar Ġttifaqına üzv qəbul ol-
malarına çalıĢırdı”. Onlardan bir qrupu – Bozalaqanlı AĢıq Hü-
seyn, AĢıq Əsəd, AĢıq Mirzə, AĢıq Avaq, AĢıq Nəcəf, AĢıq Ġs-
lam Yazıçılar Ġttifaqı üzvlüyünə qəbul olunmuĢdular.
Otuzuncu illər mədəniyyətimiz tarixində aĢıq Ģeirlərinin ən
çox toplandığı və nəĢr olunduğu illərdir. Bu illərdə Ģairlərimizdən
S.Rüstəm və M.Rahim Azərbaycanın bir sıra rayonlarını dolaĢmıĢ,
aĢıq qoĢmaları və dastan yaradıcılığından ibarət ayrıca bir kitab
çap etdirmiĢdilər (1938). ġübhəsiz, daha bir sıra amillər aĢıq ya-
radıcılığının inkiĢafına öz təsirini göstərirdi. AĢıqlara bütün ədəbi
ictimaiyyət diqqət və qayğı göstərirdi. Səməd Vurğun aĢıq sənəti-
nin, sazın vurğunu olduğu kimi aĢıqlar da dağ vüqarlı Ģairi sevir,
adını dillərindən salmır, eldə, obada, məclislərdə ondan söhbət sa-
lır, Ģeirlərini oxuyur, haqqında rəvayətlər düzəldib söyləyirdilər.
Səməd Vurğun folklorun baĢqa janrları kimi, xalq mahnı-
larına da yaxından bələd olmuĢdur. Onun hafizəsində müxtəlif
məzmunlu və müxtəlif biçimli mahnılar özünə yer tapmıĢdır.
ġair bu mahnılardan yeri gəldikcə əsərlərində istifadə etmiĢdir.
Səməd Vurğun əsərləri üçün xüsusi bayatılar və mahnılar
yaradırdı. “Vaqif” dramında Gülnarın, gürcü qızı Tamaranın dili
ilə verilən mahnılar dediyimizə misaldır; onları el mahnılarından
seçmək qeyri-mümkündür. Gürcü qızı Tamaranın həzin Ģərqisi:
Ayrı düĢdü tərlan könlüm,
Öz mehriban yuvasından,
Göy üzünün durnaları,
Deyin, vətən havasından.
Bir dustağam qolum bağlı,
Bir qəribəm sinəm dağlı,
Folklor və yazılı ədəbiyyat
89
Bir xəstəyəm qəm otaqlı,
Ürəyimin yarasından.
Külək əsər, bel bükülər,
Könül yanar, can sökülər,
Gecə-gündüz yaĢ tökülər,
Gözlərimin qarasından.
PaĢa müəllim yazır ki, Səməd Vurğunun bütün poeziya-
sında bir musiqilik, ahəng, ritm, melodiklik vardır. ġair xüsusilə
sırf lirik və epik-lirik planda yazdığı əsərlərdə buna xüsusi əhə-
miyyət vermiĢdir. Belə çıxmasın ki, Ģair Ģeirlərini yazanda əvvəl-
cədən fikirləĢmiĢ, onların ahəng və musiqililiyinə diqqət ye-
tirmiĢdir. Xeyr, Səməd Vurğun Ģeir üçün dünyaya gələn əsl iste-
daddır. ġeir onun sinəsindən büllur çeĢmədən axan su kimi süzü-
lüb gəlirdi. AĢıq poeziyası üslubunda mahnı formasında olan
Ģeirləri Ģair və bəstəkar istedadını özündə üzvi Ģəkildə birləĢdirən
bir sənətkar qələminin məhsuludur. Çox maraqlıdır ki, bu Ģeirlər
də aĢıq Ģeirləri kimi tez yadda qalır, hafizəyə həkk olunur”.
Böyük bəstəkarımız Üzeyir Hacıbəyov deyirdi: “Mən poe-
ziyanı musiqisiz təsəvvür edə bilmirəm. Bu mənada Səmədin
Ģeirləri əvəzsizdir”.
Səməd Vurğun bayatılarımızdan böyük qürur və fərəh hissilə
danıĢmıĢ, onları dinləməkdən zövq almıĢdır. Cinaslı bayatılar Ģairi
valeh etmiĢdir. Filologiya elmləri doktoru, professor Əzizə Cəfər-
zadə Səməd Vurğunla görüĢünü xatırlayaraq yazır: “O, mənim xalq
Ģeirinə məftunluğumu bildiyindən söhbəti bayatılardan salırdı. Bir
neçə bayatı dedi. Mən xalq Ģeirinin qiymətli incilərindən söyləmə-
yə baĢladım. Mən bayatı dedikcə, Səməd Vurğun onların gözəl-
liyinə heyranlıqla qulaq asır, baĢını həmahəng yelləyirdi.
Bayatılarımızda nə qüvvətli cinaslar var, dedi – Nahaq
yerə cinası gözdən salmıĢıq. O, təkcə əllaməlik deyil, Ģairdən
yüksək sənətkarlıq tələb edir. Üç cinas kəlmə tapmıĢam, onları
Ģeirlərimdən birində iĢlədəcəyəm:
Folklor və yazılı ədəbiyyat
90
Ürəkdə yandı,
Ürək də yandı,
Ürək dayandı.
– Hə necədir? Bir qulaq as – Sonra da bu bəndi oxudu:
Uca-uca dağ baĢını qar alar,
Sönər Ģəmi könlüm evi qaralar,
Fələk bir gün yazdığını qaralar,
Çəkər məni baxt bu yana-o yana.
Xalqımızın dərdi, kədəri, iztirabları bayatılarımızın böyük
bir qismində ifadə olunmuĢdur. Onlar keçmiĢin acınacaqlı həya-
tından qalan yadigarlardır. Səməd Vurğun hətta xalqın zülmün-
dən, ədalətsizlikdən Ģikayətini ifadə edən bayatıları dəyiĢdirmək,
müasirləĢdirmək istəyirdi. O, belə bir bayatını misal çəkirdi:
Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi,
Xəzəl olub tökülləm,
Viranə bağlar kimi.
ġair həmin bayatını dəyiĢdirərək müasir dövrümüzə uyğun
Ģəklə salmıĢdır:
Ağlaram ağlar kimi,
Gücüm var dağlar kimi,
Gündə min bar yetirrəm,
Bülbüllü bağlar kimi.
Anam, bacım, qız gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.
Bu bayatını Səməd Vurğun “Bəsti” poemasında və “Va-
qif” pyesində iĢlətmiĢdir. Yaxud “Komsomol” poemasında
“Qızyetər” adlı bir surəti təsvir edir. Ananın bütün həyatı boyu
əkib-biçdiyi, yeriĢi ilə fəxr edib, boyuna and içdiyi yeganə oğlu
vardı. Lakin tezliklə o, övladsız qalır:
Folklor və yazılı ədəbiyyat
91
Qızılgül olmayaydı,
Saralıb solmayaydı,
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı.
“Vaqif” pyesinin 6-cı Ģəklində Kürd Musa iki bayatı oxuyur:
Qərənfiləm qələmsiz,
Qərarım yoxdur sənsiz,
Yorğanına od düĢsün,
Necə yatırsan mənsiz.
Ceyranam düzə gəlləm,
Otlaram düzə gəlləm,
Yüz il qəzəmət çəksəm,
Qurtarsam sizə gəlləm.
PaĢa müəllim qeyd edir ki, Ģair bayatılardan daha çox
“Xanlar” pyesində istifadə etmiĢdir. “Qızyetər” surəti Ģairin kəĢ-
fi, nadir tapıntısıdır. Onun sinəsi el sözü, məsəl və mahnıları ilə
doludur. O, gözəl, sədaqətli anadır. Yeganə övladı Xanlar onun
üçün bir dünyadır. Əsərin bir yerində göstərilir ki, Xanların
niĢanlısı Mehriban onlara gəlir. Qızyetər onu əzizləyir, oxĢayır,
sinəsindən dediyi sözlərlə ovundurur:
Nə gəlinim var!
Can gözümün iĢığı!
Evimin yaraĢığı,
Sən ol ağız ləzzətim,
Dindir qoca aĢığı,
Kəmər bağla belinə,
ġərbət töküm dilinə,
Sən gəlinim olanda,
Xına qoyum əlimə.
“Aygün” poemasında:
Qum təpəsi kimi yeridikcə qar,
Buludlar kiĢnədi, göylər ağardı.
Folklor və yazılı ədəbiyyat
92
Burada ikinci misra bayatıdan götürülmüĢdür.
Səməd Vurğun xalqın yaratdığı nağıl və əfsanələrdən də
əsərlərində yüksək məharətlə istifadə etmiĢdir. “Ayın əfsanəsi”,
“Qız qayası”, “Bulaq əfsanəsi”, “Aslan qayası” və s. əsərləri
misal göstərmək olar.
“Bulaq əfsanəsi” poemasının əsasında əfsanə durur. Mə-
lumdur ki, dirilik suyu “abi-kövsər”, “zəmzəm” suyu haqqında
çoxlu əfsanələr var. Guya bu suyu içən adam əbədi yaĢayıĢa nail
olur. Qədimdən bəri ölüm hadisəsi insanlığı düĢündürmüĢdür.
Bu təbii hadisəni insanlar müxtəlif Ģəkildə dərk edib məna-
landırmıĢ, necə deyərlər ona çarə axtarmıĢlar:
Qızılgül olmayaydı,
Saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı.
Sonralar insanlar ölümün hamı üçün olduğu qənaətinə
gələrək axırıncı misraları belə demiĢlər:
Ölüm Allah əmridi,
Ayrılıq olmayaydı.
Poemada Ģair susuz çöllərə həyat gətirən kanalları xalqın
əfsanələrdə uydurduğu “dirilik çeĢməsi” ilə müqayisə etmiĢdir.
Müasir dövrümüzdə əfsanələrə olan arzular insanların öz əlləri
ilə həqiqətə çevrilir.
“Fərhad və ġirin” pyesində Azər babanın dediyindən öyrə-
nirik ki, ġirvanın dirilik suyu yalnız əbədi həyat, can bəxĢ etmir,
eyni zamanda elin qəhrəmanlarına güc, qüvvət verir, onları məğ-
lubedilməz edir.
Səməd Vurğunun xalq yaradıcılığından qidalanaraq yaz-
dığı poemalarından biri də 1937-ci ildə qələmə aldığı “Yazla
qıĢın deyiĢməsi”dir. Bu poemada Ģairin xəyalı seyrə çıxır, “o
dağ-bu dağ mənim deyə-deyə hər yeri qarıĢ-qarıĢ gəzir. Gəldiyi
nəticə isə bu olur:
Folklor və yazılı ədəbiyyat
93
Dünya deyir: mən ikiyəm,
Sağımda yaz, solumda qıĢ.
Yazla qıĢın deyiĢməsində hərə özünü tərifləyir. Onların
sözünü Ģair belə tamamlayır:
Adım yazdır, yazılmıĢ taleyimə nə dərd, nə qəm,
Səhərlərin ney səsiyəm,
Könlümdədir sədəfli saz.
QıĢ deyir:
Mən faĢistəm, yaranmıĢdır üzüm qara,
Zülm edirəm insanlara,
Qan içirəm, həzz alıram,
Bu dünyanı mən salıram,
Boranlara, tufanlara.
Səməd Vurğunun əfsanə əsasında yazdığı ən yaxĢı poema-
larından biri də “Aslan qayası”dır. Əsərdə Ģair Mahniyar adlı gözəl
bir qız surətini yaratmıĢdır. O, xan qızı olsa da atasının ona təklif et-
diyi xanlardan, bəylərdən özünə ər seç, qüvvəmiz çoxalsın təklifi ilə
razılaĢmır. Azərbaycan nağıllarında, dastanlarında çox vaxt gözəl
qızlar sevgilini adına, dövlətinə görə deyil, məhz igidliyinə, qəh-
rəmanlığına görə seçirlir. ġair poemada xalq yaradıcılığının bu
xüsusiyyətindən bacarıqla istifadə edir. Mahniyar niĢanlı kimi ancaq
qəhrəman Aslanı qəbul etsə də, atası “çölün bu gədəsini görmək
belə istəmir. Ġki sevgili bir-birinə qovuĢur. Aslan xəncəri Bakıya
hücuma keçən knyazın ürəyinə sancır. Yenə illər keçir. Çar orduları
ikincə dəfə Bakıya hücum edir. Bu zaman Aslan Ağ at üstündə, ağ
çuxa əynində tərkində də Mahniyar sarayı tərk etməyə məcbur olur.
Aman Ağ at, can Ağ at,
Dənizin qoynuna yat,
Bizi vermə düĢmənə.
Onlar dənizin lap kənarına gəlirlər, qayanın üstündən Ağ
at özünü dənizə atır:
Onlar çəkildi yoxa,
Bir də Ağ at, ağ çuxa.
Folklor və yazılı ədəbiyyat
94
Atalar sözlərində xalq öz fikir və duyğularını lakonik Ģə-
kildə ifadə etmiĢdir. Səməd Vurğun da xalqın bu hikmət xəzinə-
sindən – atalar sözü, məsəl və aforizmlər, müdrik ifadələrdən mə-
harətlə istifadə etmiĢdir. “Vaqif” pyesində Vaqifin dili ilə deyir:
Atalar sözüdür, yaxĢı qulaq as,
Aslanın erkəyi, diĢisi olmaz.
Yaxud Ģair belə atalar sözü iĢlədir: “Qurddan olan qurd
olar”. Bu, çox qədim dövrlərlə səsləĢən məĢhur atalar sözüdür.
“Koroğlu” dastanında da iĢlənmiĢdir:
Sarp qayalarda yurd olmaz,
Müxənnətdə söz dərd olmaz,
Çaqqal əniyi qurd olmaz,
Yenə qurd oğlu, qurd oğlu.
“Xanlar” pyesində: Ana, el içində bir məsəl də var:
“YaxĢı dost qardaĢdan irəli olar”.
Bundan baĢqa Səməd Vurğun dram əsərlərində “Elə köhnə
hamam, köhnə tasdır”, “Dəlidən doğru xəbər”, “Donqarı qəbir
düzəldər” və s. atalar sözlərini iĢlətmiĢdir.
“Fərhad və ġirin” dramında Azər baba elin igid oğlu
Fərhadla söhbətində böyük Nizaminin aforizmlərindən istifadə
edir. O, Fərhadın ucaltdığı hasara baxıb deyir:
Gözəldir, canlıdır qurduğun hasar,
Lakin diqqət yetir, bir nöqsanı var,
“Hər elmi öyrənmək istədikcə sən,
ÇalıĢ ki, hər Ģeyi kamil biləsən,
Kamil bir palançı olsa da insan,
YaxĢıdır yarımçıq papaqçılıqdan”.
“Vaqif “ dramında:
Dostları ilə paylaş: |