Əli bəy:
Gördüm Eldarı!
Toplayıb baĢına qəhrəmanları
Dağlarda yurd salıb Koroğlu kimi (25, s. 46)
Hər iki əsərdə eyni mənzərəni görürük: dağ, qəhrəman və
baĢında igidləri.
Eldarın özü ikinci dəfə səhnəyə artıq Koroğlu kimi çıxır.
Burada Ġlyasın bir qarının inəyini oğurladığı bəlli olur. Eldar qarı-
nın ovucuna pul qoyur ki, gedib inək alsın. Koroğlu da həmiĢə belə
eləyirdi. Bundan sonra Ġlyasın üzünə tüpürüb onu qovur və deyir:
Eldar:
Axmaq! Koroğlunun bir təmiz adı
Xanlarda, bəylərdə tutar qoymadı. (25 s. 72)
Bu misralardan göründüyü kimi, Eldar təkcə igidliyi, qəh-
rəmanlığı ilə deyil, mənəvi dünyası ilə də Koroğluya bənzəyir.
Folklor və yazılı ədəbiyyat
65
Onun ideyası və idealı da, məqsədi və amalı da, hətta duyğusu,
düĢüncəsi də Koroğlu obrazından qidalanır.
“Vaqif” dramında Qacar Qarabağa gəlir. Kəndləri, evləri,
eĢikləri, hətta körpə uĢaqları yandırır. Bir qoca kəndli onun
yanına gəlir:
Yanır od içində körpə uĢaqlar.
Bizim kəndlilərin nə təqsiri var?
Əmr edin dayansın yanğınlar , barı,
Xaraba qoymayın bu obaları!
Bu dağlar qoynunda aslan yatmıĢdır,
Burda Koroğlular at oynatmıĢdır. (25, s. 74)
Sonuncu iki misrada Qacara xəbərdarlıq edilir ki, bura
Koroğlu yurdudur, onu unutma. Nəhayət, Eldar Qacarla döyüĢə
girir. Hər yerdən axıĢıb onun dəstəsinə qoĢulurlar. Zülmlə, za-
lımla barıĢmayan, vətənin azadlığı uğrunda canından keçməyə
hazır olan bütün igid oğlanlar Eldarın baĢına toplaĢırlar. Eldar
onların hamısına qılınca and içdirir. Ġgid və qəhrəman oğulların
Eldarın baĢına toplaĢması da, onların qılınca and içmələri də
“Koroğlu” dastanından gələn motivlərdir.
Koroğlu kimi, Eldarın da Ģöhrəti hər yana yayılır. Bir qoca
kiĢi onun yanına gəlir və Eldara deyir:
Sənə qiymətli bir baxĢayıĢım var,
Mənə də atamdan qalıb yadigar... (25, s. 102)
Görəsən nədir bu qiymətli baxĢayıĢ? Atasından bu qocaya
nə yadigar qalıb ki, indi onu elin-obanın xilaskarı bilib üstünə
gəldiyi Eldara bağıĢlamaq istəyir? Qoca yapıncısının altından bir
qılınc çıxarır və Eldara uzadaraq deyir:
Buyur! Misri qılınc deyərlər buna,
Sadiq yaĢamıĢdır ana yurduna.
Böyük Koroğludan qalmıĢ yadigar.
Budur, dəstəsində barmaq yeri var.
Al, oğlum! Göz üstə saxla sən bunu,
YaĢat ürəyində qoç Koroğlunu!
Folklor və yazılı ədəbiyyat
66
Sənə bata bilməz nə xan, nə paĢa,
Yalnız yoxsulların eĢqilə yaĢa!
Vur, vuran əllərin görüm var olsun,
Qacarın baĢına dünya dar olsun! (25, s. 102-103)
ġeirin ruhu büsbütün “Koroğlu” dastanından gəlir. “Ko-
roğlu” dastanında Misri qılıncı Koroğluya qoca atası Alı kiĢi
verir. Dramda da bir qoca yapıncısının altından çıxardığı qılıncı
Eldara verir və onun Koroğlunun Misri qılıncı olduğunu deyir.
Hər iki əsərdə Misri qılınc və qocaların məqsədi eynidir. Onda
Alı kiĢi də Misri qılıncı Eldara verən qocanın prototipidir. Hətta
qocanın Eldara verdiyi qılıncdakı barmaq yeri də Koroğlunun-
dur. ġeirdəki çox önəmli bir məqamı da açmaq lazımdır. Bunun
üçün “Sənə bata bilməz nə xan, nə paĢa” misrasını Alı kiĢinin
Misri qılıncı Koroğluya verərkən dediyi sözlərlə yanaĢı qoymaq
yetər. Qoca Misri qılıncı Eldara verərkən ona deyir ki, nə qədər
bu qılınc sənin əlindədir, sənə nə xan, nə də paĢa bata bilməz.
Alı kiĢi də Misri qılıncı Koroğluya verərkən ona demiĢdir:
– RövĢən, al bu qılıncı belinə bağla. Bu qılınc sən gör-
düyün qılınclara bənzəməz. Bu qılınca ildırım qılınc deyirlər. Bu
elə bir qılıncdır ki, qabağında heç bir Ģey dayanmaz. Hər nəyə
vursan, kəsər, tökər. Bu qılınc ilə sən xanlara, bəylərə, paĢalara
qan udduracaqsan. Bu qılınc ilə müxənnətlər, namərdlər sənin
əlindən dad çəkəcəklər. Bu qılınc ilə sən qalalar sındıracaqsan.
Ancaq bunun ildırım qılınc olduğunu heç kimə bildirmə. Bun-
dan sonra bunun adına Misri qılınc deyərsən. Nə qədər ki, sən
Qıratın belindəsən, bu qılınc da sənin belindədir, heç bir düĢmən
sənə bata bilməyəcək (27, s. 28-29).
Dastanda da, dramda da vurğulanan əsas fikir budur ki, Misri
qılınc kimin əlindədirsə, o məğlubedilməzdir, heç bir düĢmən ona
bata bilməz. Burada bir sual doğur: Misri qılınc belində olan
qəhrəman niyə məğlubedilməzdir? Alı kiĢinin sözlərindən bilirik
ki, Misri qılınc ildırım qılıncıdır. Dastanda isə deyilir ki, Misri qı-
lınc göydən düĢən ildırım parçasından qayrılmıĢdır. Deməli, birinci
Folklor və yazılı ədəbiyyat
67
növbədə, ildırım qılınc olduğuna görə, Misri qılınc göy mənĢəlidir.
Göy mənĢəli nə varsa, hamısı Tanrıya məxsusdur. Əslində Misri
qılıncı yer üzünə Tanrı göndərmiĢdir. Ona görə də Misri qılıncın
özündə bir Tanrı sehri, Tanrı gücü var. Hətta dramdakı xan və paĢa
sözlərinin də dastandan gəldiyinə heç bir Ģübhə yoxdur.
Burada bir məsələni açmaq lazımdır ki, Ģeirdəki “Koroğlu”
təsirini görmək o qədər də asan deyil. Yuxarıdakı təhlildən gö-
ründüyü kimi, “Koroğlu” dastanının təsirini yalnız Koroğlu və
Misri qılınc adlarında axtarmaq yanlıĢdır. Burada dastandan daha
gözəl bəhrələnmələr var. Səməd Vurğun dastandakı motivlərdən
o qədər böyük ustalıqla bəhrələnmiĢ, oradakı fikirləri, hətta hiss
və duyğuları elə yüksək bacarıqla özününküləĢdirmiĢdir ki, onları
yalnız duymağı, adi gözlə yox, ağılın, düĢüncənin gözüylə gör-
məyi bacarmaq lazımdır. Bəlkə buna görə də Səməd Vurğunun
ağız ədəbiyyatından bəhrələnməsi problemindən yazanların heç
biri məsələnin bu qədər dərinliyinə varmamıĢdır.
Misri qılıncı qoca kiĢidən alan Eldar özünün Koroğlu ol-
duğuna daha çox inanır. Koroğlunun hissləri, duyğuları da həmin
andan axıb Eldarın qanına, iliyinə hopur. Bəlkə də bu hisslər,
duyğular körpəlikdən onun canında yuva salmıĢdır, sadəcə olaraq
Misri qılıncı əlinə alanda qəlbində bir oyanıĢ oldu, qollarına güc
gəldi, ürəyinə təpər doldu. Bunu Eldarın Misri qılıncı əlinə alan-
dan sonra söylədiyi aĢağıdakı sözlərdən aydın görmək olur:
Qıratın yalında qıvrılıb yatan,
Xanların, bəylərin gözünə batan,
Zalıma göz dağı, bizə Ģan qılınc,
Azadlıq uğrunda vuruĢan qılınc!
Ġndi dayansın Qacar!
Cəngi çalın, hücum var! (25, s. 103)
ġeirdə hər Ģey güzgü kimi aydındır. Artıq Eldara elə gəlir
ki, Qıratın belindədir, Misri qılınc da əlindədir. Ġndi gəlin onun
Ģeirin sonundakı hücum nidasına baxaq. Bu misraların mayası
Koroğlunun:
Folklor və yazılı ədəbiyyat
68
“Hoydu, dəlilərim, hoydu,
Yeriyin meydan üstünə.
Havadakı Ģahin kimi.
Tökülün al qan üstünə!” –
misralarından tutulmayıbmı? Onları söyləyən ürəklər eyni hava
üstündə köklənməyibmi?
“Koroğlu” dastanının bir çox qollarında paĢalar, xanlar
Koroğlunun dəlilərini tuturlar. Koroğlu da gedib onları azad
edir. Bağdadda Aslan paĢa Eyvazı, Bəlli Əhmədi və Dəmirçioğ-
lunu, Ərzurumda Cəfər paĢa Dəmirçioğlunu, Bəyaziddə Xəlil
paĢa Eyvazı, Halaypozanı və Toxmaqvuranı həbs edirlər. “Va-
qif” dramının sonuncu səhnəsində də Qacar Vaqifi zindana sal-
dırıb öldürtmək istəyir. Eldar öz dəstəsi ilə Vaqifi zindandan çı-
xarmağa gəlir və Qacarla qarĢılaĢır. Qacar Eldarı çulu çırıq
kəndli hesab edir və deyir:
“Mənlə vuruĢmağa Koroğlu gərək! (25, s. 110)
Qacar burada özünü “Koroğlu” dastanındakı xanlara, pa-
Ģalara tay tutur və hətta xanların, paĢaların qorxduğu Koroğlu ilə
vuruĢmaq istəyir. Guya xotkardan, xanlardan, paĢadan fərqli
olaraq heç Koroğludan qorxmur. Bu zaman Eldar Misri qılıncı
çıxardır və deyir:
Eldar:
Dayan! Misri qılınc gəlir üstünə...
Qacar (çaşaraq):
Nə? Nə? Misri qılınc? Nə? Nə? Koroğlu? (25, s. 110)
Fikir verin. Bir az öncə Koroğlu ilə döyüĢmək istəyən,
guya onunla vuruĢmaqdan qorxmayan Qacarı Misri qılıncın
adını eĢidəndə əsməcə tutur. Misri qılıncın, Koroğlunun adını
eĢidəndə Qacarın keçirdiyi qorxu hissini “Koroğlu” dastanında
xanlar, paĢalar çox keçiriblər. “Koroğlunun Ġstanbul səfəri”ndə
Koroğlu bir qarının evində qonaq qalır. Qarı qonağının Koroğlu
olduğunu biləndə özündən gedir, ayılanda durub qaçmaq istəyir.
Koroğlu ondan soruĢur ki, məndən niyə qorxursan? Qarı deyir:
Folklor və yazılı ədəbiyyat
69
– Niyə səndən qorxuram? Mən çox igid arvadam ki, sənin
adını eĢidəndə qorxudan bağrım çatlamayıb. Sənin adını eĢidəndə
paĢalar qorxuya düĢür. Pəhlivanlar gizlənmək üçün siçan deĢiyi
axtarırlar. Mən bir özümdən getmiĢəm, çox görürsən? (27, s. 51).
Göründüyü kimi, hər iki əsərdəki qorxu hissi də eynidir.
Səməd Vurğunun digər dramlarında da “Koroğlu” dastanın-
dan bəhrələnmələrə rast gəlinir. Lakin onlar ötəri səciyyəli olub,
“Vaqif” dramındakı qədər qabarıq nəzərə çarpmır. Məsələn, “Ġn-
san” dramındakı Eldar obrazı, “Vaqif” dramındakı Eldara oxĢayır,
“Vaqif” dramındakı Eldarın dilindən Qacara deyilmiĢ:
Gəl, gəl çulu cırıq kəndliyəm mən də
ġahla vuruĢaram yeri gələndə (29, s. 552) –
misraları “Ġnsan” dramında da olduğu kimi Eldarın dilindən
təkrarlanır. “Fərhad və ġirin” dramında da “Koroğlu” dastanının
təsirini duymaq olur. ġirinin dilindən deyilmiĢ aĢağıdakı Ģeir
Koroğlu nəfəsi, Koroğlu ruhu ilə yoğrulmuĢdur.
Fəqət Fərhadda da bu qüvvətdən var,
Onun qarĢısında diz çökür dağlar.
Ġldırım əriyir hər nərəsindən,
ġahlar da tac tökür onun səsindən. (29, s. 411)
AraĢdırmalar göstərir ki, Azərbaycan ədəbiyyatı “Koroğ-
lu” motivləri ilə çox zəngindir. Poeziyamızın, nəsrimizin və
dramaturgiyamızın daha çox qidalandığı ilkin qaynaqlardan biri
“Koroğlu” dastanı olmuĢdur. Bu baxımdan Səməd Vurğunun
yaradıcılığı xüsusilə seçilir. Onun poeziyası “Koroğlu” dastanı-
nın motivləri ilə çox zəngindir. “Vaqif” dramı isə “Koroğlu”
dastanı ilə səsləĢmə baxımından Azərbaycan dramaturgiyasında
istisna təĢkil edir. Cəsarətlə demək olar ki, “Koroğlu” dastanının
bütün bədii, poetik dəyərləri “Vaqif” dramının süjet və kompo-
zisiyasına, ideya və məzmununa, qəhrəmanların idealına, psixo-
logiyasına, hətta duyğu və düĢüncələrinə hopmuĢdur. “Vaqif”
dramındakı bütün motivlərin “Koroğlu” dastanında oxĢarı var.
Dramın bütün obrazlarının dastanda prototipləri mövcuddur.
Folklor və yazılı ədəbiyyat
70
Eldar isə Səməd Vurğunun illərlə qəlbində yaradıb-yaĢatdığı
Koroğlu obrazından baĢqa bir Ģey deyil. Deməli, “Vaqif” dramı
yazılı ədəbiyyatımızın “Koroğlu” dastanıdır.
QAYNAQLAR:
1. Ġslam Sadıq. “Koroğlu” dastanının Azərbaycan Ģeirinə poetik
təsiri // Azərbaycan ġifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər.
AMEA Folklor Ġnstitutu. Bakı. 2013. Sayı XLII, səh 58-69.
2. Ġslam Sadıq. “Koroğlu” dastanının Azərbaycan Ģeirinə poetik
təsiri // “Folklor və yazılı ədəbiyyat”. 1 kitab. AMEA Folklor
Ġnstitutu. Bakı. 2013. Səh. 20-42
3. Ġslam Sadıq. “Koroğlu” dastanının Azərbaycan Ģeirinə poetik
təsiri. Əlyazması. Müəllifin Ģəxsi arxivi. 72 səh.
4. Ġslam Sadıq. “Koroğlu” dastanının Azərbaycanın qadın Ģairlə-
rinin yaradıcılığına poetik təsiri. Əlyazması. Müəllifin Ģəxsi
arxivi. 20 səh.
5. “YoldaĢ Koroğlu”. AMEA M.Füzuli adına Əlyazmalar Ġnsti-
tutu Əbdürrəhim bəy Haqverdiyevin Ģəxsi arxivi. F.9, s.v.14,
42 vərəq+8 vərəq.
6. “YoldaĢ Koroğlu”. AMEA M. Füzuli adına Əlyazmalar Ġnsti-
tutu. F 9, s.v.13, 13 vərəq
7. Mehri Məmmədova. Əbdürrəhim bəy Haqverdiyevin izahlı
arxivi. Bakı 2012.
8. Ə.Haqverdiyev. SeçilmiĢ əsərləri. Ġki cilddə. 1 c. Bakı “Azər-
nəĢr” 1956. Səh. 451-497
9. Ə.Haqverdiyev. SeçilmiĢ əsərləri. Ġki cilddə. 1 c. Bakı “Azər-
nəĢr” 1971. Səh. 481-523
10. Kamran Məmmədov. Ə. Haqverdiyev// Ə. Haqverdiyev. Se-
çilmiĢ əsərləri. 2 cilddə. 1c. Bakı. “AzərnəĢr. 1971. Səh. 5-24
11. Səbri Saleh. Abbas və Gülgəz Tufarqanlı. F. 9,s.v. 192. 28 vərəq
12. Türk dili haqqında. AMEA M. Füzuli adına Əlyazmalar
Ġnstitutu. Əbdürrəhim bəy Haqverdiyevin Ģəxsi arxivi. F 9.
s.v. 38. 62 vərəq
Folklor və yazılı ədəbiyyat
71
13. Mehdixan Vəkilov. Səməd Vurğunun tərcümeyi-halı //
Səməd Vurğun. Əsərləri. 6 cilddə. 1 c. AMEA NəĢriyyatı.
Bakı. 1960. Səh. XXXIII-LIV
14. Səməd Vurğunun aforizmləri (Tərtib edəni və ön sözün
müəllifi Ġslam Sadıq). Bakı. AzərnəĢr”. 1987
15. Ġslam Sadıq. Koroğlu kim olub. Bakı. “AzərnəĢr”. 1998.
16. Səməd Vurğun. Azərbaycan ədəbiyyatı haqqında //
“Ədəbiyyat qəzeti”. Bakı. 1943, 21 oktyabr, № 26 (362)
17. Mehdi Hüseyn. Səməd Vurğun // Səməd Vurğun. Əsərləri. 6
cilddə. 1 c. AMEA NəĢriyyatı. Bakı. 1960. Səh. V-XXXI
18. Məmməd Arif. Azərbaycan xalqının ədəbiyyatı. Bakı. 1958
19. Mirzə Ġbrahimov. Səməd Vurğunun həyatı və yaradıcılığı
haqqında // Səməd Vurğun. Əsərləri. 7 cilddə. 1c. AMEA
“Elm” nəĢriyyatı. Bakı. 1985. Səh. 5-21
20. Bəxtiyar Vahabzadə. Səməd Vurğun. Bakı. “AzərnəĢr”.
1968. 348 səh.
21. Cəlal Abdullayev. Səməd Vurğun poetikası. Bakı. “Gənclik”.
1976
22. Rafiq Vəkilov. Səməd Vurğunun ədəbi tənqidi görüĢləri.
Bakı. “Yazıçı”. 1982
23. PaĢa Əfəndiyev. Səməd Vurğun və xalq yaradıcılığı. Bakı.
24. Məmməd Arif. Səməd Vurğunun dramaturgiyası. AMEA
NəĢriyyatı. Bakı. 1964
25. Səməd Vurğun. Dram əsərləri və poemaları. Bakı. “Azər-
nəĢr”. 1974
26. “Koroğlu”. Bakı. Gənclik. 1982
27. Azərbaycan dastanları (Tərtib edəni M.N.Təhmasib). 5
cilddə. IV c. Bakı. AMEA NəĢriyyatı. 1969
28. Maarifə Hacıyeva. Folklor poetikası. “AzərnəĢr”. Bakı. 2005.
240 səh.
29. Səməd Vurğun. Əsərləri. 7 cilddə. IV c. AMEA NəĢriyyatı.
“Elm”. Bakı. 1988.
Folklor və yazılı ədəbiyyat
72
FOLKLOR VƏ KLASSĠK ƏDƏBĠYYAT
(Xaqani ġirvani yaradıcılığı əsasında)
Fidan QASIMOVA
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutunun
“Folklor və yazılı ədəbiyyat”
şöbəsinin böyük elmi işçisi
Bildiyimiz kimi, folklor bir ölkə, ya da müəyyən bir bölgə
xalqına məxsus müxtəlif mövzuları əhatə edən, bunları özü-
nəməxsus üsulla toplayıb sistemləĢdirən, Ģərh edən bir elmdir.
Folklor xalq ənənələrini, adətlərini, inanclarını, mərasimlərini və
s. özündə birləĢdirir. O, bu gün də fəaliyyətini davam etdirir və
xalq mədəniyyəti, milli dəyərlərinə məxsus yeni mövzular,
mətnlər yaradır. Ġctimai həyatdakı dəyiĢikliklər mədəniyyətdə də
öz əksini tapmıĢdır. Folklor müxtəlif mədəniyyətlər arasında
əlaqə yaradır. Bu mənada folklor, keçmiĢlə gələcək arasındakı
əlaqənin itməməsi, möhkəmlənməsində əhəmiyyətli bir funksiya
yerinə yetirir.
Əlbəttə ki, Ģifahi xalq yaradıcılığının belə mühüm əhəmiy-
yətini dərk edən ədəbiyyat nümayəndələri də ondan yan keçə
bilməzdilər. Məhz folklor nümunələri sayəsində istər klassik,
istərsə də müasir ədəbi-bədii nümunələr oxucuların nəzər diqqə-
tini özünə cəlb edir, onların müəlliflərinin yaradıcılığına daha da
maraq artırır.
Azərbaycan klassik ədəbiyyatında, xalq ədəbiyyatı məh-
sullarının mövzu, forma və janrlarından faydalanaraq dil və
mövzu cəhətdən daha güclü əsərlər yaradan nümayəndələr içə-
risində Xaqani ġirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli və
s. adları ağıla ilk gələn sənətkarlardır. Onların yalnız ölkəmizdə
Folklor və yazılı ədəbiyyat
73
deyil, həm də dünya ədəbiyyatında mühüm bir mövqe qazanma-
larının səbəbi də məhz xalq yaradıcılığından bəhrələnmədir.
Özünün zəngin, çoxcəhətli yaradıcılığı ilə Azərbaycan
ədəbiyyatının inkiĢafında müstəsna xidmətləri olan, klassik yazı-
çılar arasında öz dəst-xətti ilə seçilən Xaqani ġirvani folklorun
gözəl bilicilərindən olmuĢdur. Bunu yazıçının əsərlərində iĢlət-
diyi folklor nümunələri, yaradıcılığının təbiiliyi, axıcılığı, xalq
ruhuna yaxınlığı təsdiq edir. Məlum olduğu kimi, artıq folklorla
yazılı ədəbiyyatın qarĢılıqlı əlaqəsi danılmaz bir faktdır. AraĢ-
dırma sahəmiz olaraq yalnızca klassik dövr yazıçıların əsərlərinə
nəzər saldıqda da bu əlaqələrin müxtəlif cəhətləri, tərəfləri ilə
rastlaĢmaq olar.
Kiçik folklor janrlarından olan atalar sözü və məsəllər Xa-
qani ġirvani yaradıcılığında tez-tez istifadə edilən nümunələrdir.
ġair bu nümunələrə yaratdığı bədii əsərlərin dilinin lazımlı bədii
elementi kimi baxmıĢdır. O, qəhrəmanlarının xarakterik xüsu-
siyyətlərini, cərəyan edən hadisələrə öz münasibətini ifadə et-
mək, milli koloritin yaradılmasına imkan yaratmaq üçün onlar-
dan yeri gəldikcə istifadəni labüd saymıĢdır. Məsələ, Xaqaninin
bir beytində oxuyuruq:
Bir məsəl var, deyərlər: toyuq dən yedi, sonra,
Onun yumurtasından ləlu mərcan doğuldu (4, 114).
Var bir məsəl ki, oğlağa qaçmağı təklif etdilər,
Qəssabı göstərdi, dedi: oğlaq hara, qaçmaq hara? (4, 280).
Xalq öz yaratdığı nümunələrə daha yaxĢı bələd olduğu
üçün, onu sevərək yaddaĢlarda saxladığı üçün Ģairin ifadə etmək
istədiklərini tamamilə aydın Ģəkildə dərk edir:
Süfrəmin artığın yeyər Cəm kimilər, rəvamıdır,
Mənsə olum qarıĢqatək rizə yığan? Yazıq mənə! (4, 305)
ġairin əsərlərində atalar sözünü xatırladan misralar çoxluq
təĢkil edir. O, bu misralarla insanlarda gözütoxluq, ağıllılıq kimi
sifətlərin daha üstün olmasını arzuladığını bildirir. Xəlil Yusifo-
Folklor və yazılı ədəbiyyat
74
vun da yazdığı kimi, “orta əsrin xüsusiyyətçi qanunlarına qarĢı
Ģair gözütoxluq, ağıllılıq tələb edir. Xaqaniyə görə o adam ki,
zahirini bəzəyir, əlvan paltarlarla öyünmək istəyir, o, ilandan da
əskikdir. Qoy belə adamlar heç olmasa əfi ilandan ibrət alsınlar,
çanaqlı bağaya bənzəməsinlər:
Nolardı bircə bilsəydim bu dünyada nəyin artar
Yeyib-içsən gecə-gündüz, Ģərabi, noğlu, reyhanı?
Əmirə söylə bilsin ta ki, nəfs - it, cifə sərvətdir,
Ġtə həmkasə olmaqla gedər badə Ģərəf, Ģanı.
Ölər bağa çanağında, çıxar əfi qılafından,
Ġlandan kəm deyilsənsə, soyun bu rəxti-əlvanı.
Süleymanam demə, əvvəl yanından divləri rədd et,
Və ya zəncirlə, ya öldür, ya qov quli-biyaban.
Əlvan geyimlərlə, ləzzətli yeməklərlə öyünmək, onların
əsiri olmaq divlər, Ģeytanlar əlində qul olmaqdır, öz insanlığını,
dəyanətini itirməkdir. Nə üçün insanın ruhu tamah, həvəs zinda-
nında dustaq olmalıdır” (5, 71). Bədii nümunədən də göründüyü
kimi, Ģair folklorun mühüm bir hissəsini təĢkil edən nağıllardan
gələn obrazlarla öz fikirlərini daha təsirli Ģəkildə çatdırmağı
bacarır.
ġairin ümumən ġərq poeziyasında mühüm mövqeyə malik
olan "Töhfətül-Ġraqeyn" əsəri öz bədiiliyi ilə daima diqqət mər-
kəzində olmuĢdur. ġair bu poemasında özünün ictimai, fəlsəfi
fikirlərini ifadə etmiĢdir. Bu fikirləri ifadə edərkən də xalqın
zəngin xəzinəsindən bəhrələnməyi unutmamıĢdır. Poemanın
baĢlanğıcından etibarən folklor nümunələri diqqəti cəlb edir.
ġair dövrdən Ģikayət xarakterli misralarında “Ġndi din göyündə
Dəccallar çoxdur; Heyf ki, xilaskar bir Mehdi yoxdur” (4, 23)
ifadəsi mifoloji mətnləri yada salır. Dünyanın sonu haqqında
olan mifoloji mətnlərin birində deyilir ki, dünya sonu yaxın-
laĢanda bir gözü olan Dəccal gələcək, insanları öz doğru yolun-
dan azdıracaq. Ancaq ona qarĢı Mehdi Sahib əl Zaman peyda
Folklor və yazılı ədəbiyyat
75
olacaq, insanları öz arxası ilə düzgün yola çəkəcək və dünyanı
xilas edecəkdir (6).
Azərbaycan əfsanələrində, nağıllarında tez-tez rast gəlinən
yeddibaĢlı ilanlara Ģairin misralarında da rast gəlinir:
AltıbaĢlı dünya arzular insan,
Qızıl yeddibaĢlı ilandır, ilan.
Kimin gözlərində qızıl tutub yer,
O, aynaya baxıb, özün görməyir (4, 26).
Son iki misradakı ifadə isə xalqda “Aynaya baxan öz ca-
malını görər” (1, 48.) Ģəklində rast gəlinir. Müəllif bu ifadəni
Ģeirin tələbi ilə bir qədər fərqli Ģəkildə iĢlədərək, insanlarda
qızıla, pula hərisliyin mənfi tərəflərini izah edir.
Xaqani “Birə dözən, minə yetər” (1, 137) atalar sözünü
“"Bir" gəlib "min" olar” Ģəklində iĢlədir (4, 30).
ġairin bu poemasında mifoloji dünyagörüĢün məhsulu
olan dünyanın qatları haqında fikirlərə (yeddi, doqquz), Dirilik
suyu, rənglərin anlamı ilə bağlı ifadələrə də rast gəlmək müm-
kündür. Məsələn, “Torpağı o dünya torpağındandır // Dirilik su-
yu tək suyu dərmandır” (4, 31).
Dəryanın yanında bir damla nədir?
Sən heçsən, Ģah zəngin bir xəzinədir.
Xəzinəni bağlı gördüyün zaman,
YatmıĢ əjdahanı oyatma, aman! (4, 39)
Bu dörd misrada həm atalar sözü, həm də nağıl ünsürlərini
görmək olar. “Dəryadan bir damcı” (1, 265) kimi atalar sözü və
nağıllarda suyun qarĢısını kəsək divlər, xəzinəni qoruyan əj-
dahalar yada düĢür. ġair böyük bir məharətlə folklorun hər iki
janrı vasitəsilə qəhrəmanına nəsihətlər verir.
Dillə bağlı xalqda xeyli ifadələrə rast gəlmək mümkündür:
“Dil baĢı saxlar”, “Dil yarası qılınc yarasından yamandır”,
“Dilini saxlayan, baĢını saxlar” və s. (1, 267-270)
Bu tipli atalar sözləri Xaqani yaradıcılığında özünəməxsus
Ģəkildə iĢlənir. AĢağıdakı misralar baĢdan-baĢa atalar sözüdür.
Folklor və yazılı ədəbiyyat
76
ġair onları hətta mifoloji mətnlərlə də əlaqəndirərək yeni bir hə-
yat verir:
Hər kim acıdildir, yaxĢı bil bunu,
ġahın qapısına qoymazlar onu.
Dil gülünc etməsin deyə insanı,
Ġnsan ağzı olmuĢ dilin zindanı.
Bəzən dil sıyrılmıĢ qılınca bənzər,
Ayıq ol, baĢını bədəndən üzər.
Can cəhənnəminə qapıçıdır dil,
Dilsizlik behiĢtin açarıdır, bil.
Balıq dilsizliklə tapdı gücünü,
Tutdu göy üzündə Balıq bürcünü.
Ġlan iki dilli olduğu üçün,
Cənnətdən qovuldu nifrətlə bir gün.
Canını saxlamaq istəsən əgər,
ÇalıĢıb dilini saxla birtəhər (4, 39).
Ġnsanın yaranmasından bəhs edən mifoloji mətndə ilan
behiĢtin qapısında duran qanadlı bir mələk kimi təsvir edilir.
Ancaq Ģeytanı cənnətə ötürdüyünə görə cəzalandırılır və qanad-
ları yox edilir, özü də cənnətdən qovulur (6). Bu mifoloji mətn-
dən xəbərdar olan Ģair dillə bağlı fikirlərini belə mətnlərin, xalq
ifadələrinin gücü ilə daha da təsirli və inandırıcı Ģəkildə ifadə
etməyi bacarmıĢdır.
Qeyd etdiyimiz kimi Xaqaninin "Töhfətül-Ġraqeyn" əsəri
folklor motivləri ilə zəngindir. Bu əsərdə el ədəbiyyatının müx-
təlif janrlarına rast gəlmək mümkündür. “XII yüzillikdə əxiliklə
bağlı olan mənqəbəvi-mifik anlayıĢlarda, el ədəbiyyatında Xızır
obrazı, dirilik suyu, Xeyrəvan Ģəhəri ayrıca bir yer tutmuĢdur.
Xızır obrazı ġirvanla, Xəzər dənizi ilə bağlı təsəvvür olunur. Di-
rilik suyunun Muğanda, ġirvanda axdığından danıĢılır. Xaqani
bu bədii-mifik və mənqəbəvi anlayıĢlara "Töhfətül-Ġraqeyn"də
yer vermiĢ, el içərisində yayılmıĢ mifik anlayıĢlarla əsərinin bə-
diiliyini artıra bilmiĢdir” (2, 460).
Folklor və yazılı ədəbiyyat
77
Xalq hikməti, nəsihətinin gələcək nəsillərin tərbiyəsindəki
rolu danılmazdır. ġair də bu təsirin müsbət tərəflərini aydın dərk
etdiyi üçün əsərlərinin mühüm bir hissəsini xalq hikməti kimi
dəyərli nəsihətlərinə ayırmıĢdır. Hansı ki, bu hikmət və nəsi-
hətlərdə gələcək nəsillərin sağlam ruhda böyüməsi, özünütərbi-
yə, məntiqi fikir yürütmə qabiliyyəti aĢılanır.
Məsələn, xalqın elm, təhsilinə xüsusi fikir verən klassik
ədəbiyyatın Nizami, Füzuli kimi nümayəndələri ilə yanaĢı Xa-
qani də xalqın çəkdiyi əzab-əziyyətdən, zülmdən çıxıĢ yolunu,
əsasən, elmdə, bilik əldə etməkdə görürdü. O, insana hər zaman
oxumağı, yeni Ģeylər öyrənməyi məsləhət görürdü. ġairin nəsi-
hətamiz fikirlərində insanların lovğalığı, özünü öyməsi, yalan
danıĢmaq, nadanlıq kimi keyfiyyətləri də pislənir və Ģair hər kəsi
sadəliyə, doğru sözə üstünlük verməyə, dediyi hər bir fikri
əsaslandırmağa, məntiqli fikirlər söyləməyə çağırırdı:
Cahildir özünü tərif edənlər,
"Çox bilirəm" demə, bilsən də əgər.
BoĢ söz insanların abrını tökür,
Yalan Ģirlərin də bağrını sökür.
Məntiqsiz, dəlilsiz yalan danıĢmaq
Nadan adamların iĢidir ancaq.
Əgər tavus kimi özünü öysən,
Xəcalət çəkərsən tavus kimi sən (3, 154-155).
ġair tez-tez əsərlərində dostluqla bağlı fikirlər irəli sürür.
Onun nəsihətamiz fikirləri içərisində bu mövzu xüsusi yerə ma-
likdir. Üzünü əsasən gəncliyə tutaraq əsl dostluqla bağlı həqiqi
məsləhətlər, nəsihətlər verir:
ÇalıĢ az dostluq et, etsən də əgər
Dostluqda möhkəm ol, sözdə mötəbər.
Dostun əkdiyi gül olsa da tikən,
Çıxarıb yerindən onu atma sən (3, 242).
Folklor və yazılı ədəbiyyat
78
Xaqani yaradıcılığı ilə bağlı xeyli tədqiqatlar aparılmıĢdır.
“Azərbaycan ədəbiyyatı tarixi” kitabında Xaqaninin ədəbi irsi
ətraflı tədqiq edilir. Burada göstərilir ki, Xaqani “Divan”ında
fərdin və cəmiyyətin dərmanını arayarkən onu el fəlsəfəsində
axtarır, ataların: “YaxĢılığa yaxĢılıq hər kiĢinin iĢidir, yamanlığa
yaxĢılıq ər kiĢinin iĢidir” – zərbi-məsəli ilə insanların və bütün
toplunun sağlamlaĢdırılması üçün “pislik qarĢısında yaxĢılıq et”
– deyən çoxmənalı bir “hikmət” irəli sürürdü (2, 449).
Həmçinin bu kitabda haqlı olaraq qeyd edilir ki, Xaqani
qadın və kiĢiyə bir gözlə baxmıĢ, üstünlüyü ancaq qadın və
kiĢilərin, ayrı-ayrı insanların bacarıq və ləyaqəti ilə ölçmüĢdür.
O, eldən, xalq yaradıcılığından gələn “aslanın erkəyi-diĢisi
olmaz!” hikmətini örnək götürmüĢdür. “Hakimiyyət günlərində
qadın və kiĢinin fərqi yoxdur. DöyüĢdə diĢi və erkək aslan birdir
– bir-birindən ayrılmır” (2, 451).
AraĢdırmadan da göründüyü kimi nəsihətamiz fikirlər Xa-
qani ġirvani yaradıcılığının mühüm bir hissəsini təĢkil edir. ġai-
rin bu mövzusuna həsr olunmuĢ əsərləri gəncliyin tərbiyəsi üçün
əhəmiyyətlidir. Məsələn, Ģair “Gənclərə nəsihət”ində deyir:
Fitnə törətmə, ey fitnəkar cavan!
Fitnədir elləri dərdlərə salan.
Hiylə – oğurluqdur, xoĢsa əvvəli,
Oğrunun axırda kəsilər əli.
Bu gün yoxdursa da kimsədə vəfa,
Vəsiyyət edirəm: olma bivəfa.
Bir kiçik adama nəvaziĢ etsən
Sənin böyüklüyün getməz əlindən (3, 241-242).
Göründüyü kimi, Xaqani ġirvani gəncliyə müraciət edərək
onları pis iĢlərdən, fitnəkarlıqdan uzaqlaĢmağa, yaxĢılığa, xoĢ
rəftara dəvət edir.
Folklor və yazılı ədəbiyyat
79
Xaqani ġirvani yaradıcılığından da göründüyü kimi, folk-
lordan bəhrələnərək yaradılan hər bədii nümunə insanların este-
tik cəhətdən zənginləĢməsində, qarĢılıqlı münasibətlərin düzgün
qurulmasında, oxucuda xoĢ əhvali-ruhiyyənin yaradılmasında
mühüm rol oynayır. Tarixdən də məlum olduğu kimi, dövlət-
lərarası bir sıra mürəkkəb məsələlər də bədii sözün gücü ilə
müsbət yöndə həll edilmiĢdir. Ümumiyyətlə, folklor və klassik
ədəbiyyat birgə fəaliyyət göstərərək oxucuda humanist prinsip-
lərin, yüksək idealların əsasını qoymuĢdur.
Folklorla yazılı ədəbiyyat arasındakı əlaqə dünya ədəbiy-
yatından da məlumdur. Ġstər dünya klassikləri, istərsə də müasir
dövr Ģair və yazıçıları folkloru əsərlərinin əsas məğzinə, mən-
bəyinə çevirmiĢlər. Bu, xalq mühitinə daha yaxından bələd olan,
onlar arasında yaĢayıb yaratmıĢ yazıçıların əsərlərində daha
parlaq Ģəkildə öz ifadəsini tapmıĢdır.
Dostları ilə paylaş: |