AZƏrbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu


Tükəzban:  Yurdunu atana dünya dar olsun.      Vidadi



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix09.02.2020
ölçüsü1,44 Mb.
#30412
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
Folklor ve yazili edebiyyat-ll hisse


Tükəzban: 
Yurdunu atana dünya dar olsun. 
   
Vidadi: 
YaxĢılıq insana bir sənət olsun, 
Dünya baĢdan-baĢa bir cənnət olsun! 

Folklor və yazılı ədəbiyyat 
95 
 
   
Vaqif: 
Sizdən ayrılmayır könlümün quĢu, 
Ellərdə görürəm hər qurtuluĢu, 
Dünya yaranmamıĢ ötərgi bir səs, 
GünəĢ qaranlıqda yaĢaya bilməz. 
Azərbaycan  Ģifahi  xalq  ədəbiyyatında,  xüsusilə  nağılları-
mızda rast gəlinən qarı surətini S. Vurğun da əsərlərində canlan-
dırmıĢdır. “Vaqif” pyesində Ģair sarayda baĢ verən fitnələr mən-
zərəsini  yaratmaq  üçün  qarı  surəti  yaratmıĢ  və  onun  əməllərini 
açıb  göstərmiĢdir.  Qarı  ilanı  yuvasından  çıxaran  bir  dillə  Xu-
ramanı yolundan azdırır, xəyanətə yuvarlayır.  
PaĢa  Əfəndiyev  ömrü  boyu  Azərbaycan  folklorunu  öyrə-
nən,  eyni  zamanda  öyrədən  folklorĢünas  alimimizdir.  O,  öz 
yaradıcılığı  ilə  Azərbaycan  folklorĢünaslığının  tarixində  silin-
məz  iz  buraxıb.  Onun  folklor  və  yazılı  ədəbiyyat  məsələlərinə 
dair tədqiqatları çox əhəmiyyətlidir.  
M. Həkimov, S. Rzasoy, “YaddaĢ və Ģəxsiyyət” kitabında: 
“PaĢa  Əfəndiyevin  fəaliyyəti,  sadəcə  olaraq  millətə  namusla, 
vicdanla xidmətindən baĢqa bir Ģey deyildir. O, folklora millətin 
mənəviyyatının daĢındığı, milli varlığın ən ülvi dəyərlərinin Ģif-
rələndiyi  müqəddəs  xəzinə  kimi  baxmıĢ,  ona  ehtiramla  yanaĢ-
mıĢ,  onunla  hörmət  və  izzətlə  rəftar  etmiĢdir.  Bu  baxımdan, 
onun toplayıb  nəĢr etdiyi  mətnlərdən qorxmadan, cəsarətlə, gü-
vənliklə istifadə etmək olar və edilir də.  
Böyük Ģairimiz Səməd Vurğunun xalq yaradıcılığına nə qə-
dər bağlı olduğunu, ondan necə məharətlə istifadə etdiyini profes-
sor PaĢa Əfəndiyev öz tədqiqatında aydın Ģəkildə təsvir etmiĢdir. 
 
QAYNAQLAR 
 
1.  M. Həkimov, S. Rzasoy “YaddaĢ və Ģəxsiyyət”. 
2.  P. Əfəndiyev “Səməd Vurğun və xalq yaradıcılığı”. 
3.  P. Əfəndiyev Azərbaycan Ģifahi xalq ədəbiyyatı. 

Folklor və yazılı ədəbiyyat 
96 
 
 
SƏMƏD VURĞUNUN “ FƏRHAD VƏ ġĠRĠN” 
DRAMINDA FOLKLOR MOTĠVLƏRĠ 
 
Aynur ĠBRAHĠMOVA 
filologiya üzrə fəlsəfə doktoru, 
AMEA Folklor İnstitutunun 
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin  
böyük elmi işçisi 
 
GiriĢ:  Folkor  və  folklorun  araĢdırma  obyekti.  Səməd 
Vurğunun həyat və yaradıcılığı. 
Əsas hissə: ”Fərhad və ġirin“ dramında folkor elementləri. 
Səməd Vurğun yaradıcılığı, folklor laboratoriyası kimi. 
Nəticə: Səməd Vurğun xalq ədəbiyyatının yaradıcısı kimi. 
Folk (xalq) və  lore (elm) sözlərinin birləĢməsi ilə yaranan 
Folklor  sözü  ilk  dəfə  olaraq  1846  cı  ildə  Ġngilis  alimi  Vilyam 
Tomas  tərəfindən  iĢlədilib.  Ən  qədim  elmlərdən  olan  folklor, 
toplumların özünəməxsus xüsusiyyətlərini araĢdırır, adət və ənə-
nələr elmi kimi tanınır. 
Hər  bir  etnosun,  millətin  tarixi,  təkamül  yolu,  mentaliteti 
fərqli,  özünəməxsus  olduğundan,  folklor  nümunələri  də  fərqli-
dir. Folklor xalqın  maddi  və  mənəvi  mədəniyyətini,  yaddaĢında 
olanları təhlil edir. 
Folklor olduqca  böyük  sahəni  əhatə  edir:  xalq  ədəbiyyatı, 
xalq musiqisi, xalq oyun və meydan tamaĢaları, dini ayinlər, xal-
qın mövsüm, mərasim, məiĢətlə, yaĢam tərzi və inancı ilə bağlı 
adət-ənənələri,  xalqın  maddi  və  mənəvi  mədəniyyət  nümunə-
lərini içərisinə alır və tətqiq edir.  
Folklorun tədqiqat obyekti olan, bu nümunələrin, material-
ların  incələnməsinin  və  tədqiqinin,  millətimizin  keçmiĢini,  tari-
xini iĢıqlandırmaqda əhəmiyyəti əvəzsizdir. 

Folklor və yazılı ədəbiyyat 
97 
 
Ədəbiyyatı  Ģifahi  və  yazılı  ədəbiyyata  ayırsaq  da,  yazılı 
ədəbiyyatın  Ģifahi  ədəbiyyat  nümunələrindən  qidalanma  teori-
yasını inkar edə bilmərik. 
Folklora  müraciət,  onun  motivləri  əsasında  əsərlər  yaz-
maq,  Azərbaycan  ədəbiyyatında  da  hər  zaman  prioritet  olmuĢ-
dur.  Azərbaycanın  ədib  və  Ģairləri  bədii  salnamələr  yaradır, 
onun  ayrı-ayrı  səhifələrinində  xalqımızın  rəvayətə,  nağıla  dön-
müĢ  maraqlı  tarixini  canlandırmıĢdır.  Bu  baxımdan  miflər,  əf-
sanələr,  folklor  nümunələri  süjet  və  qəhrəmanların  təsvirində 
ədiblərimizin çox köməyinə gəlmiĢdir. 
Canlı  xalq  dilinə  və  təfəkkürünə  əsaslanan  poeziyamızın 
janrlar, forma və vəzn keyfiyyətlərini zənginləĢdirən, fərdi yara-
dıcılıq  axtarıĢları  ilə  Azərbaycan  ədəbiyyatını  dünyaya  tanıt-
dıran və sevdirən böyük Ģairimiz Səməd Vurğun olmuĢdur. 
 O,  böyük  mübarizələr  meydanında,  böyük  hadisələr  ya-
radan Ģairdir. Azərbaycan ədəbiyyatını Səməd Vurğunsuz təsəv-
vür etmək mümkün deyildir. 
XX  əsr  Azərbaycan  poeziyasının  ən  görkəmli  nümayən-
dəsi, xalq Ģairi Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-
də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub.  
Balaca Səməd 6 yaĢında ikən anası Məhbub xanım cavan 
yaĢında vəfat edib. Atası Yusif ağanın və ana nənəsi AiĢə xanı-
mın  himayəsində  yaĢayıb.  ġair  uĢaqlıq  illərini  doğma  kəndində 
keçirib, ilk təhsilini kənd məktəbində alıb.  
1918-ci  ildə  görkəmli  ədəbiyyatĢünas  və  maarifçi  Firidun 
bəy  Köçərli Qori  müəllimlər seminariyasının  Azərbaycan Ģöbə-
sini  Qazaxa  köçürərək  Qazax  müəllimlər  seminariyasını  təĢkil 
edir.  Məktəbə  qəbul  olunan  kənd  uĢaqları  arasında  Səməd  və 
Mehdixan  Vəkilov  qardaĢları  da  var  idilər.  Firidun  bəy  Köçər-
linin  həyat  yoldaĢı  Badisəba  xanım  Vəkilova  (Köçərli)  Ģairin 
yaxın qohumu idi. 
Səməd Vəkilov təhsilə baĢladığı ilk günlərdən ondakı fitri 
istedad özünü göstərməyə baĢlayıb. Bu illərdə o, Vaqif, Vidadi, 

Folklor və yazılı ədəbiyyat 
98 
 
Zakir  və  Sabir  yaradıcılığı  ilə  yanaĢı,  A.S.PuĢkinin,  Y.M.Ler-
montovun və türk yazıçılarından Tofiq Fikrətin, Namiq Kamalın 
əsərləri ilə də tanıĢ olub. 
1922-ci  ildə  Ģairin  atası  Yusif  ağa,  bir  il  sonra  isə  nənəsi 
AiĢə  xanım  vəfat  edir.  Bundan  sonra  Səmədə  və  qardaĢı  Meh-
dixana onların bibisi qızı Xanqızı Vəkilova qayğı göstərir. 
Böyük  Ģair  ilk Ģeirlərini seminariyada oxuduğu  müddətdə 
qələmə  alıb.  Bunlar  xalq  poeziyası  formasından  biri  olan  lirik 
qoĢmalar idi və seminariyanın divar qazetində çıxırdı. 
ġairin  ilk  çap  əsəri  olan  «Cavanlara  xitab»  Ģeiri  1925-ci 
ildə Tiflisdə çıxan «Yeni  fikir» qazetində dərc olunub. Bu Ģeiri 
o, seminariyanı qurtarması münasibətilə yazmıĢdı. 
Seminariyanı  bitirdikdən  sonra  Səməd  Vəkilov  Azərbay-
canın  bir  sıra  kənd  və  rayonlarında,  o  cümlədən  Qazaxda,  Qu-
bada  və  dahi  Nizaminin  vətəni  Gəncədə  Azərbaycan  dili  və 
ədəbiyyatını tədris etməyə baĢlayıb. 
Poeziya  get-gedə  Ģairin  bütün  varlığına  hakim  kəsilir. 
Gənc  Ģair  öz  xalqını,  vətənini,  doğma  torpağının  əsrarəngiz  tə-
biətini sevdiyi üçün «Vürğün» təxəllüsünü götürür. 
 Sənətkar  yaĢadığı  regionun  folklor  mühitinə  tam  bələd 
olur. Bu onun daha sonralar, folklor motivləri ilə zəngin, dolğun 
əsərlər yaratmasında müstəsna rol oynayır. 
Səməd  Vurğun  əsərlərinin  özündən  doğan  aforizmlər  və 
müdrik  kəlamlar  xalqın  yaddaĢında  qalır.  “Fərhad  və  ġirin” 
əsərində təsvir etdiyi  zamanın  ictimai-siyasi, ədəbi-mədəni  mü-
hitini dərindən  bilən  Ģair  hadisələrin  təsvirində  xalq  yaradıcılığı 
ənənələrindən istifadə edir, xalq ədəbiyyatının janrlarını, folklor 
nümunələrini canlandıraraq onlara yaĢamaq haqqı verir. Bir çox 
xalq  yaradıcılığı  nümunələri  haqqında  informasiyanı  da  Səməd 
Vurğunun əsərindən almıĢ oluruq.  
Bildiyimiz  kimi  xalq  ədəbiyyatı  sadəcə  anonim  xalq  ədə-
biyyatından  ibarət  deyildir.  Səməd  Vurğun  özü,  xalq  ədəbiyya-

Folklor və yazılı ədəbiyyat 
99 
 
tının yaradıcılarından biridir. Böyük və bütöv olan Səməd Vur-
ğun yaradıcılığı, yazılı ədəbiyyatla folklorun kəsiĢdiyi yerdir. 
Azərbaycanın  ilk  xalq  Ģairi,  Səməd  Vurğun  1941-ci  ildə 
Nizaminin  “Xosrov  və  ġirin”  poemasının  motivləri  əsasında 
“Fərhad və ġirin” mənzum dramını yazır. 
 Müharibə  dövründə  yazılmıĢ  bu  dram  əsərində  böyük 
vətənpərvərlik  duyğuları  tərənnüm  edilir.  “Fərhad  və  ġirin”  bir 
növ milli köklərimizin baĢdan – binadan qəhrəmanlıq olduğunu, 
ən  yüksək  insani  və  qəhrəmanlıq  nümunələri  ilə  özünü  təsdiq 
etmiĢ olduğunu göstərirdi” (1, s. 237.)  
Dramın əsas mövzusu Nizamidən də əvvəl xalq içərisində 
cərəyan  edən  bir  əfsanə  ilə  bağlıdır.Nizaminin  qələmə  aldığı 
əfsanədən S.Vurğun sərbəst istifadə edərkən, oraya Azərbaycan 
motivləri  artırsa  da,  əsərə  tarixi  konkretlik  verməmiĢ,  əfsanəvi 
süjeti saxlamıĢdır . 
Qələmə aldığı hadisələri Azərbaycanın atəĢpərəstlik dövrü 
ilə bağladığından burada ZərdüĢt,  Hürmüz və Əhrimən adlarına 
tez-tez rast gəlirik. 
S.Vurğun Vaqif və Xanlardan sonra Fərhadı özünə qəhrə-
man  seçir, öz  xalqı  və  vətəni  ilə  möhkəm  bağlı  olan  qəhrəman 
surəti  yaradır.  Səməd  Vurğunun  Fərhadı  xalqın  oğludur,  xalq 
ona böyük ümidlər bəsləyir. 
S.Vurğunu  “Fərhad  və  ġirin”  dramında  ən  çox  maraqlan-
dıran  məsələ  xeyirlə  Ģərin,  iĢıqla  qaranlığın  mübarizəsidir. 
S.Vurğun bu məsələni fəlsəfi yüksəkliyə qaldırmıĢdır. 
Əsər baĢdan ayağa bərəkət və  iĢıq saçan Hürmüz Tanrıya 
xitabla, sitayiĢlə doludur: 
“Ulu Hürmüz ! GünəĢ parlat havada, 
Özün aĢiqləri yetir murada!” (5, s. 318) 
SitayiĢi  edən  isə  Azər  babadır,  Fərhadın  atası,  müdrik 
qoca. Azər adının müəllif tərəfindən seçilməsi təsadüfi deyildir. 
Azərbaycan  xalqı,  arzu  və  istəklərini  özünün  təmsilçisi,  elçisi 
Azər baba vasitəsilə çatdırır (3). 

Folklor və yazılı ədəbiyyat 
100 
 
Dövlətin baĢçısı, ġirinin anası sərkərdə Banu, Azər babaya 
böyük qiymət verir: 
“Sağ ol , Azər baba ! Əskik olma sən, 
Fərhad igidsə də , atası sənsən” (5, s. 319). 
Burada  Azər  baba-  xalqın  özüdür.  Dövlətin  sərkərdəsi  isə 
Banudur və xalqına böyük önəm verir. 
Əsərdə müəllif xalqı necə görmək istəyirsə, eləcə də təsvir 
edir. Xalq azaddır, Ģeirdən, qəzəldən ,musiqidən ilham alır. 
     Burda hər səhər 
     Dəstəylə gəziĢir atəĢpərəstlər. 
     Azadlıq sevəndir bu xalq əzəldən, 
     Bir də musiqidən,Ģerü qəzəldən 
     Burda ilham alır hər dünya görən (5, s.322). 
“Azər baba özündə xalq müdrikliyini, xalqın yaradıcı qüv-
vəsini, onun xoĢbəxtliyə, azadlığa olan güclü meylini ifadə edir. 
Onun, öz zamanına görə, bir qədər dini xarakter daĢiyan fəlsəfə-
sində  S.Vurğun  dünyəvi cəhətə, həyata,  insanların sadə və  təbii 
ehtiyaclarından irəli gələn etiqad və zehniyyətə üstünlük vermiĢ-
dir” ( 4, s. 141). 
Bir  zamanlar  atəĢə  tapınan,  atəĢi  doğrudan  doğruya  tanrı 
qəbul  edən  Azərbaycanlıların  atəĢə  sitayiĢ  âyinlərinin  izlərini gö-
rürük əsərdə. Xalq AtəĢin hərarətin həyat və varlıqlar üzərində çox 
böyük təsirini görür və həyatın özünü meydana gətirən bir qüvvə 
olaraq,  onu  ilahi  qüdrət  sayır.  AtəĢi  tanrı  qəbul  etməklə,  bunun 
yanında “dualist=iki tanrılı” bir inancın da varlığına inanırlar. Belə 
ki; bu fəlsəfi görüĢün icabı, bir olandan bir-birinə zidd olan xeyir 
ilə Ģər doğmaz. Bunların ikisi də əzəli, tək olan tanrılardır.  
Xeyir ilahisi, bir nurdur və yaxĢılığın qaynağıdır. ġər ilahi, 
qaranlığın  və  pisliyin  qaynağıdır.  Xeyir  ilahı  “Hürmüz”,  ġər 
ilahı isə “Ehriman”dır. Bunlar bir-biri ilə davamlı mübarizə apa-
rır. YaxĢılıq çoxaldığı zaman Hürmüz, Ģər çoxaldığı zaman Eh-
riman qalib gəlir.  
Xalq atəĢi xeyir, ilahı Hürmüz’ün bir simvolu qəbul edir. 

Folklor və yazılı ədəbiyyat 
101 
 
Xeyir – bərəkət tanrısı Hürmüzə əsər boyu müraciəti, sita-
yiĢi  görmüĢ  oluruq.  Azər  baba,  xalqının  dolanıĢığı,  güzəranı 
üçün Hürmüzə yalvarır: 
Yenə də Hürmüzə yalvardım ki, mən, 
Azacıq xoĢ keçsin bu ilki rüzgar, 
 
Yoxsa məhv olacaq yenə taxıllar.  
Çörəksiz bir ölkə hər vax tac olar, 
DüĢmənə daima o möhtac olar (5, s.334). 
AtəĢpərəstlərin  AtəĢgədə deyilən  və  həmiĢə  atəĢ  yanan 
müqəddəs  yerlərini  görürük  əsərdə.  Bu  atəĢ  heç  sönmür  və 
həmiĢə  yanır.  Heç  kimsə,  buna  toxuna  bilməz,  hətta  nəfəsi  ilə 
belə çirklədə  bilməzdi. Ona görə atəĢ yandıran rahibin əllərində 
əlcək  və  ağzı  örtülü  olurdu.  AtəĢpərəstlər,  atəĢ  yandığı  müd-
dətdə  Xeyir  ilahının  ġər  ilahıyə  galib  gələcəyinə  inandıqları 
üçün, atəĢin daima yanmasının vacib olduğuna inanırdılar.  
“(Ġgidlər  dəstə  ilə  hər  tərəfi  axtarırlar.  Fərhad  bir  tərəfdə 
külüngə  dayanaraq  pəriĢan  bir  halda  durur.Azər  baba  üzünü 
uzaqdakı atəĢgədələrə tutaraq,diz çöküb dua edir.) 
Ulu Hürmüz !.. Saxla bizi bəladan, 
Nələr çəkdi tarix boyu bu vətən….. 
Bu vətən ki, ZərdüĢtlərin yurdudur, 
Hər igidi bir yenilməz ordudur. 
Ulu Hürmüz !..Ayağa qalx səsimdən, 
Kömək üçün çağırıram səni mən” (5, s. 349) 
Qədim  türklərin  dini  əqidələrində  totem  görüĢlərinin  də 
mühüm yer tutduğunu bilirik. Totem dedikdə əcdadlarımızın bu 
və  ya  digər  heyvan,  yaxud  bitkiyə  inamı  nəzərdə  tutulurdu. 
Qədim  insan  seçdiyi  totemin  qəbilə  üzvlərini  qorumaq  iqtida-
rında olmasına inanırdı. Su mənĢəli sayılan Buğa – öküz qüvvət 
və qüdrət təcəssüm etdirən totemdir. Ay səcdəgahı sayılan Buğa 
surətni,  Səməd  Vurğun  əsərdə  çox  böyük  məharət  və  ustalıqla 
təsvir etmiĢ,əsərin gücünü bir az da artırmıĢdır. 

Folklor və yazılı ədəbiyyat 
102 
 
 “AtəĢgədə. Qürüb vaxtıdır. Sağ tərəfdə böyük və əzəmətli 
öküz heykəli. Öküzün qaĢqasında dümağ təpəli var. Əhali atəĢ-
gədəni  mühasirəyə  almıĢdır.  Azər  baba  öküz  heykəlinin  qarĢı-
sına gələrək baĢını sığallayır. 
Qolunda gücü var qara torpağın, 
Bərəkət gətirir sənin ayağın. 
Yerimi Ģumlayıb əkən də sənsən. 
Hər sirrin, yenidir, hər mənan dərin, 
Qəlbə mehribandır qumral gözlərin. 
Ġnsanlıq səninlə çatır çörəyə, 
Sən çarə tapırsan hər bir diləyə. 
Get, ulu Hürmüzə yalvar ki,bir də 
Ölüm və xəstəlik olmasın yerdə!” (5, s. 350.) 
Təkcə Azər baba deyil, Banunun da Hürmüzə müraciətinin 
Ģahidi oluruq; 
“Ulu Hürmüz…..söylə nədir günahım? 
Noldu balam, noldu mənim pənahım?” (5, s. 353.) 
Və yaxud; 
“Var olun, var olun. Igid balalar! 
YaxĢı yol göstərsin sizə ruzigar! 
DüĢmənlə qoç kimi durun üz-üzə, 
Sizi tapĢırıram ulu Hürmüzə” (s. 357.) 
ZərdüĢt,  bir  gün  dünyanın  sona  çatacağını,  qiyamətin 
qopacağını,  Cənnət  və  Cəhənnəmin  var  olduğunu, ölən  insanın 
ruhunun  hesaba  çəkiləcəyini,  özündən  əvvəl  gələn  peyğəmbər-
lərdən  və  ya gətirdiyi kitablardan  yaxud da onlara  inananlardan 
öyrənərək  qəbul  etmiĢdir.  Bununla  bərabər,  insanlara  dünya  və 
axirət səadətini öyrədən və doğru yolu gösdərən bir peyğəmbərə 
tabe olmaq səadətinə  qovuĢmadığı üçün, doğru yolu tam olaraq 
tapa bilməmiĢdir.  
Əsərin  sonunda  Fərhadın  günəĢə  xitabən  söylədiyi  son 
sözləri də çox təsiredicidir; 
 

Folklor və yazılı ədəbiyyat 
103 
 
“Dayan, ey külək!... 
Ağlama, ey tufan, çaxma ey ĢimĢək! 
AlıĢdı mum kimi, söndü varlığım, 
Söndü hər əməlim, bəxtiyarlığım. 
Ey günəĢ üzündən o pərdəni at! 
Matəmə dönməsin qurduğun büsat! 
Of beynim,…ürəyim!…., Çəkil ey bulut, 
Ah, nələr danıĢır bu sonsuz sükut…. 
Əlvida, əlvida, böyük təbiət! 
Əlvida qəlbimdə ölən məhəbbət!...” (5, s.449) 
Xalqımızın  ilkin  inam  və  etiqadları,  yaĢam  tərzi  ilə  bağlı 
olan  mifik təsəvvürlər  xalq  yaradıcılıq  nümunələri  ilə  günümüzə 
gəlib çatmıĢdır. Bu nümunələrin improvizə edilmiĢ forması “Fər-
had və ġirin” mənzum dramında öz əksini tapmıĢdır. Səməd Vur-
ğun mənzum dram vasitəsilə Ģifahi yaradıcılığımızın bir çox ilkin 
növlərini:  nəğmə,  əfsun,  alqıĢ, qarğıĢ,  inanc,  cadu, dua  və  baĢqa 
nümunələrini bizə çatdırmıĢ, maddi və mənəvi sərvətimizə çevir-
miĢdir. AtəĢpərəstliyə qədərki ənənələr, ya unudulmuĢ, ya da zər-
düĢtlük ayinləri ilə çarpazlaĢmıĢ adət-ənənələr təsvir olunmuĢdur. 
Xalq  məiĢətindən  ayrı  təsəvvür  etmədiyimiz  mövsüm, 
mərasim,  əmək nəğmələri, xalq törənləri ozanların  ifasında  əsə-
rin əvvəlində əks olunmuĢdur:  
 “Qədim  Azərbaycan.  Bərdə  padĢahlığı.  Uca  sənətkarlıqla 
iĢlənmiĢ qala. Bu qalanın tikilib qurtarması münasibətilə böyük 
xalq  bayramıdır. Ozanlar çalır,  qızlar,  oğlanlar rəqs edirlər”  (5, 
s. 315).  
“Türk  tayfalarının  ilkin  magik  təsəvvürlərinin  poetikləĢ-
məsi, Ģifahi bədii yaradıcılıqda əks olunması dövrünün məhsulu 
olan əfsunla, müəyyən mərhələdə  ibtidai insanın gündəlik həya-
tında,  həyatı  dərketmə  və  öz  bildiyi  kimi  ifadəetmə  prosesində 
mühüm mövqe tutmuĢdur. Zaman keçdikcə, təbiətin sirləri insan 
üçün  açıldıqca  əfsun-ovsun  təsəvvürləri  də  zəifləmiĢ,  bir  janr 
kimi arxaikləĢmiĢdir” (2, s.11).  

Folklor və yazılı ədəbiyyat 
104 
 
S.Vurğun sözün gücünə inamı əks etdirən bu arxaikləĢmiĢ 
folklor janrından da yararlanmıĢdır. Qəhrəmanının – ġirinin psi-
xikasına güclü təsir vasitəsi kimi inamın təntənəsinə nail olmuĢ-
dur. ġapur kahin libasına girərək (eyni zamanda cildə girmiĢ də 
olur) qızıl gülü ġirinə verir: 
“Al, qızım, bu gülü əlində saxla, 
Üç dəfə nəfəs al, sonar da qoxla! 
O vaxt döyüntülər qəlbindən gedər, 
Xəyalın göyləri ziyarət edər. 
Dünya gözlərində gülümsəyərək, 
Ney kimi dil açar hər gül,hər çiçək…” (5, s.347) 
Gülü  alaraq  üç  dəfə  qoxulayan,  ġirinin  qəlbində  günəĢ 
doğur,  gözlərində  dünya  gözəlləĢir,  ağaclar  çiçək  açır,  çöllərdə 
ceyran-cüyür qaçır. Ovsunun köməyi ilə ġirinin qəlbi ram edilir. 
Xeyir  və  Ģər  təsəvvürlərini  Ģəxsləndirərək,  xeyiri  alqıĢla-
maq, Ģəri isə qarğıĢlamaq anlayıĢlarından doğan, alqıĢ və qarğıĢ-
lar, xeyir-dua Fərhad və ġirin dramında geniĢ təsvir olunmuĢdur. 
Fərhad: 
Xeyir-dua ver! 
Ayağım altında titrəməsin yer, 
GünəĢ iĢığını məndən kəsməsin. 
BaĢımdan qara yel gəlib əsməsin. 
Gözümdən daima çəkilsin yuxu, 
Qəlbimə girməsin Ģübhə və qorxu. 
Gül dodaqlarınla xeyir –dua ver, 
Ayağım altında titrəməsin yer!... 
 
ġirin: 
Xeyir-duaçıyam sənə hər zaman! 
Get, zəfərlə qayıt bu imtahandan. 
DaĢlara dəyməsin oxun, kamanın, 
Sənin dostun olsun höküm zamanın, 
Hər insan qüvvəti, hər qaya, hər dağ 

Folklor və yazılı ədəbiyyat 
105 
 
QarĢında diz çöküb titrəsin zağ-zağ. 
Yazılsın alnına min zəfər səsi, 
Adınla fəxr etsin Odlar ölkəsi! 
Təbii  ki,  müəllif  bu  folklor  vasitələrdən  istifadə  edərək, 
qəhrəmanların  iç  dünyasının  açılmasında,  mükəmməl  nəticələr 
əldə etmiĢdir. 
Fərhad: 
Ata, bu dünyada böyüyüm sənsən, 
Bir sənin qarĢında baĢ əymiĢəm mən. 
Bil ki, alt-üst olub dönsə də cahan, 
Sənin duaların çıxmaz yadımdan! 
Səninlə fəxr edir varlığım bütün, 
Səni yad etməsəm, anmasam bir gün 
Göyün ildırımı baĢımda sönsün; 
Ahım dağlardakı dumana dönsün! (5, s. 440) 
ġifahi  söz sənətini aĢıq  yaradıcılığından kənarda  təsəvvür 
etmək mümkün deyil. Azərbaycan tarixən ozan-qopuz, daha so-
nralar  isə  aĢıq-saz  diyarı  kimi  tanınmıĢdır.  AĢıq-saz-söz  yara-
dıcılığı  ozan-qopuz  yaradıcılıq  ənənəsinin  davamı  və  varisidir. 
Ozan-aĢıq  keçidinin  əsas  mahiyyəti  ozan  sənətinin  tarix  səhnə-
sindən  çəkilərək  öz  yerini  aĢıq  sənətinə  buraxmıĢdır.  Əsərdə 
S.Vurğun Ozan obrazı  yaratmıĢ, ozan obrazını  –  aĢığ obrazı  ilə 
əvəzləməmiĢdir.  
Azər baba: 
Ġndi meydan açın bizim Ozana: 
Əlilə saz tutub Ģer yazana (s. 444.) 
Ozan:  
Sənin göstərdiyin bu böyük hünər 
Dastan olacaqdır uzun əsrlər (5, s. 442) 
Xalqımızın  tarixən  sınaqdan  çıxardığı,  zəngin  məzmun 
çalarlara  malik atalar sözü və  məsəllər də Səməd Vurğun yara-
dıcılığından yan keçmir.  

Folklor və yazılı ədəbiyyat 
106 
 
Formaca  kiçik  olan  bu  janrdan  müəllif  “Fərhad  və  ġirin” 
mənzum dramında istifadə etmiĢ, vətənpərvərlik, etibarlılıq, səda-
qət  kimi  yüksək  əxlaqi  keyfiyyətləri  tərənnüm  edən  atalar  söz-
lərinin köməyi ilə xarakterləri daha koloritli, orijinal etmiĢdir. 
Xosrov: 
Ata olan yerdə oğul danıĢmaz! (5, s. 324) 
Fitnə: 
Ağzının dadının nə bilir kiĢi, 
Cibə tökərlər ki, qara kiĢmiĢi….. (5, s. 326) 
Azər baba: 
Oğul arxadırsa, qız yaraĢıqdır….. (5, s. 351) 
 
Bu qoca dünyada bir adət də var: 
Qadın olan yerdə ədalət də var!.... (5, s. 352) 
Səməd  Vurğun  əsərlərinin  özündən  doğan  aforizmlər  və 
müdrik kəlamlar xalqın yaddaĢında qalır. “Fərhad və ġirin” əsə-
rində təsvir etdiyi zamanın ictimai-siyasi, ədəbi-mədəni mühitini 
dərindən  bilən  Ģair  hadisələrin  təsvirində  xalq  yaradıcılığı 
ənənələrindən istifadə edir, xalq ədəbiyyatının janrlarını, folklor 
nümunələrini canlandıraraq onlara yaĢamaq haqqı verir. Bir çox 
xalq  yaradıcılığı  nümunələri  haqqında  informasiyanı  da  Səməd 
Vurğunun bu əsərindən almıĢ oluruq. 
Azərbaycan  xalq  ədəbiyyatının  tarixi  köklərinə  baxdıqda 
bir  fakt  öz  möhtəĢəmliyi  ilə  diqqəti  çəkir;  türk  etnosuna  daxil 
olan xalqların - türkmənlərin, qazaxların, qırğızların, özbəklərin, 
istərsə  də  azərbaycanlıların  ağız  ədəbiyyatı  bir  çox  xalqların 
yazılı ədəbiyyatında öz izlərini buraxıb. 
Səməd  Vurğunun  əsərlərində  ənənəvi  biliklərin  çeĢidi  əl-
vanlığı  ilə seçilir. Tapmacalardan tutmuĢ xalq təbabətinədək bir 
çox  bilgilər  Ģairin  əsərlərində  əks  olunub.  Xalq  yaradıcılığına 
önəm verməsi, Vurğun əsərlərindəki misraların  bir çoxunu son-
radan atalar sözü statusunda təqdim olunmasına rəvac verib. 

Folklor və yazılı ədəbiyyat 
107 
 
Səməd  Vurğun  yaradıcılığında  onlarla  misralar  var  ki,  ar-
tıq xalq tərəfindən yüz illərdir ata sözü, müdrik kəlam kimi iĢlə-
dilir. Səməd Vurğunun mənəvi dünyası, bədii irs, yaratdığı əsər-
lər  folkloru  zənginləĢdirən  yaradıcılıq  aləmidir.  Azərbaycan  Ģi-
fahi və yazılı ədəbiyyatında Vurğun poeziyası və yaradıcılığının 
qüdrəti onun qədim və zəngin türk kulturoloji qaynaqları ilə əla-
qəsində, xalq yaradıcılığına dərindən bağlılığındadır.  
Səməd  Vurğun dramaturgiyası  vətənpərvərlik dramaturgi-
yasıdır. 
 
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin