AZƏrbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix09.02.2020
ölçüsü1,44 Mb.
#30412
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Folklor ve yazili edebiyyat-ll hisse


QAYNAQLAR: 
 
1.  Atif Zeynallı. Səməd Vurğun sənəti. Bakı, Elm, 1990 s. 237 
2.  Azad  Nəbiyev.  Azərbaycan  folklorunun  janrları.  Bakı,  BDU 
nəĢri, 1983 
3.  Azad  Nəbiyev.  Nəğmələr,  inanclar,  alqıĢlar,  adətlər.  Bakı, 
Elm, 1986. 
4.  Məmməd Arif. Səməd Vurğunun dramaturgiyası. Bakı, Azər-
baycan Elmlər Akademiyası NəĢriyyatı, 1964, 141 s. 
5.  Səməd Vurğun. Əsərləri. Bakı, Elm, 1988. 
6.  Səməd Vurğun. Əsərləri. Bakı, Azərbaycan Elmlər Akademi-
yası NəĢriyyatı, 1961. 
  

Folklor və yazılı ədəbiyyat 
108 
 
 
YENĠ ġEĠR ġƏKLĠ: LAYLA-ELEGĠYA 
 
Nizami MURADOĞLU 
filologiya üzrə fəlsəfə doktoru, 
AMEA Folklor İnstitutunun 
 “Folklor və yazılı ədəbiyyat” şöbəsinin 
 böyük elmi işçisi 
  
Azərbaycan yazılı ədəbiyyatı və Ģifahi xalq yaradıcılığının 
mövcud olan müxtəlif janr növlərinin sintezi nəticəsində  müasir 
ədəbi mühitdə özünə geniĢ yer alan bəzi Ģeir formalarının öyrə-
nilməsi  ədəbiyyatĢünaslıq  və  folklorĢünaslığımızda  aktual  bir 
problem  olaraq  qalmaqdadır.  Son  dövrlərdə  xalq  yaradıcılığı 
məhsulu  olan  layla  və  ağıların  yazılı  poeziyanın  müxtəlif  Ģeir 
Ģəkilləri  ilə  birlikdə  sintezi  Ģəklində  ortaya  çıxan  layla-elegiya-
ların  öyrənilməsi  iĢi  də  bu  aspektdən  mühüm  əhəmiyyət  kəsb 
edir.  Müasir  poeziyamızda  layla-elegiyalar  layla,  ağı  janrının 
yeni  bir  forması  olub  layla  və  ağı  elementlərini  özündə  ehtiva 
edən, lakin quruluĢuna, vəzninə, qafiyələnmə sisteminə görə də-
yiĢən  bir  Ģeir  Ģəklidir.  Bu  Ģeir  Ģəklinin  yaranması  Azərbaycan 
xalqının arzuolunmaz Qarabağ savaĢına cəlb olunmasından son-
ra Ģəhidlərin anımı ilə əlaqələndirilir. Layla-elegiyalarda ağı ki-
mi kədər, dərd-ələm, layla kimi əzizləmə, oxĢama kombinasiya-
ları  qarıĢaraq  hüzünlü  bir  Ģəkildə  təzahür  edir.  Layla-elegiya-
ların fərqli cəhətlərinə qısa bir nəzər salaq. 
Layla, adətən, anaların beĢik baĢında öz körpəsini sakitləĢ-
dirmək,  yuxuya  vermək  məqsədilə  oxunan,  əsasən,  altı  misralı 
Ģeir  növüdür.  Bəzən  laylaları  oxĢamalarla  qarıĢdıraraq  dörd  və 
beĢ misralı Ģeir Ģəklində də verirlər. Lakin laylalar öz məzmunu, 
ahəngi və formasına görə oxĢamalardan fərqlənir. Belə ki, oxĢa-
maların  əsas  fərqli  cəhətləri  uĢağın  oyaq  vaxtı  əzizlənməsi  və 
Ģeirin iki, dörd, beĢ misralı olmasıdır. 

Folklor və yazılı ədəbiyyat 
109 
 
Laylanın ilk dörd misrası bayatıda olduğu kimi (a, a, b, a) 
qafiyələnmə  sistemi  ilə  qurulur,  son  iki  misra  (5-6)  əzizləmə 
anlamında bir-birini təkrar edərək qafiyələnir: 
QuĢlar uçur havada, 
Balası var yuvada. 
Gözüm boy atmağında, 
Dilim sənə duada. 
Balam, laylay, a laylay, 
Gözüm laylay, a laylay (5, 244).  
PaĢa Əfəndiyev laylaların təsnifatını verərkən yazır: “Lay-
la  formasına  görə  də  bayatıdan  seçilir.  Bunlar  bəzən  “lay-lay” 
sözləri ilə baĢlayır, bəzən də “lay-lay” sözləri Ģeirin sonunda iki 
misrada məqsədəuyğun Ģəkildə təkrar olunur. Məsələn: 
Atıban tutdum səni, 
Əcəb ovutdum səni. 
Ömür üzdüm, cəfa çəkdim, 
ġükür böyütdüm səni. 
Balam lay-lay, a lay-lay, 
Gülüm lay-lay, a lay-lay” (2, 155).  
Layla-elegiyalarda  isə  laylalarda  olduğu  kimi  əzizləmə 
mənası  olsa  da,  burada  daha  çox  kədər,  dərd  ünsürləri  əsas  yer 
alır. Vaxtsız getmiĢ övlad acısının ana-bacı ürəyinə vurduğu ağır 
dərdin təzahürü layla-elegiyalarda  bəzən  bir  qədər də üsyankar-
casına verilir.  
Layla-elegiyalarda ağı elementlərinin təzahürü də əsas yer 
tutur.  Sədaqət  Nemətova  “Poetik  yaddaĢımızda  ağılar”  kitabına 
yazdığı  ön  sözdə  qeyd  edir  ki,  “Ağı  vahid  bir  poetik  formada 
gerçəkləĢən  janr  deyil.  Onun  poetik  ifadə  imkanları  geniĢdir. 
Belə  ki,  bizə  ağı  janrında  olan  müxtəlif  xalq  Ģeiri  Ģəkilləri  mə-
lumdur.  Bunların  içərisində  ağı-oxĢamalar,  ağı-laylalar,  ağı-
bayatılar və s.vardır”(13,9).  
Ağı-laylalar xalq yaradıcılığı nümunələridir, müəllifi yox-
dur,  layla-elegiyalar  isə  yazılı  ədəbiyyatın  müəllifli  Ģeir  nümu-

Folklor və yazılı ədəbiyyat 
110 
 
nələrindəndir. Layla-elegiyalar ağılardan fərqli olaraq yalnız yas 
mərasimlərində  söylənilmir,  eyni  zamanda  müxtəlif  ədəbi-bədii 
gecələrdə,  anım  mərasimlərində  ifa  olunur,  bəzən  səhnələĢdiri-
lərək tamaĢaya qoyulur. Layla-elegiyalar konkret müəlliflər tərə-
findən  ayrı-ayrı  fərdlərin  Ģücaət  və  qəhrəmanlıqlarının  nəticəsi 
olaraq onların Ģərəfinə və yaxud bir elin, yurdun tarixi faciəsi ilə 
bağlı olaraq yaradılır. Xocalı soyqırımı ilə bağlı yazılmıĢ layla-
elegiya  nümunələri  bu  qəbildəndir.  Layla-elegiyalara  musiqi 
yazılır, aktyorlar tərəfindən ifa olunur. 
Qeyd  etmək  lazımdır  ki,  qəsidə  janrının  növlərindən  olan 
mərsiyələr  də  ağı-elegiyalardan  fətqlənir.  Klassik  ədəbiyyatı-
mızda mərsiyələr, əsasən, müqəddəs Ģəxslərə, əhli-beytə ünvan-
lanır, həzrəti Hüseynin Ģəhadətinə həsr edilir, əruz vəznində ya-
zılırdı. Nizami Gəncəvi, Məhəmməd Fizuli, Seyid Əzim ġirvani 
mərsiyənin ən parlaq nümunələrini yaratmıĢdılar. Sovet dövrün-
də dini qadağalar bir növ mərsiyə janrının unudulmasına xidmət 
etsə  də,  tək-tək  hallarda  elegiya,  rekviyem  adları  ilə  yazılmıĢ 
Ģeirlərə rast gəlmək olur.  
Elegiya  mərsiyə  tərzində  yazılmıĢ qəmli, kədərli,  hüzünlü 
lirik Ģeirdir. Dünyasını dəyiĢən insanların xatirəsinə yazılmıĢ bu 
Ģeirlərdə  də  ağı  ünsürləri  əsas  yer  tutur.  Müasir  poeziyada  sər-
bəst  və  heca  vəznlərində  yazılan  elegialara  rast  gəlmək  olur. 
Xalq  Ģairi  Bəxtiyar  Vahabzadənin  ulu  öndər  Heydər  Əliyevin 
həyat  yoldaĢı, tibb elmləri doktoru, professor Zərifə  xanım Əli-
yevanın  vəfatı  münasibəti  ilə  yazdığı  mərsiyə-rekviyem  də  bu 
qəbildəndir: 
“GəlmiĢəm!” – səsləndi ölüm bir anda,  
Gözəl bir insana necə qıydı o?  
Sən bir arxaya bax!  
Böyük bir xalqa  
Arxa olan kəsin arxasıydı o (17). 
Bu  tip  elegiya  və  ya  rekviyemlər  sağlığında  ĢöhrətlənmiĢ 
insanlara  öləndən  sonra  yazılırdısa,  layla-elegiyalar  ölümü  ilə 

Folklor və yazılı ədəbiyyat 
111 
 
Ģöhrətlənən,  ölməzlik  qazanan  Ģəhidlər,  yerlər-yurdlar,  bununla 
bağlı  çiçəklər, güllər  haqqında  yazılır. Layla-elegiyalar heca və 
sərbəst  vəznlərdə  yazılır,  konkret  qəlibə  salınmır,  hətta  post 
modernist üsulda da bu Ģeir Ģəklinin izləri müĢahidə olunur.  
Əzizxan Tanrıverdi laylalarda “L” samitinin  əhəmiyyətini 
dəyərləndirərək  qeyd  edir  ki,  “L”  sonor  samitinin  alliterasiyası 
təkcə  musiqilik  və  ahəngdarlıq  yaratmır,  həm  də  “müəyyən  bir 
varlığı  həddən  çox  istəmə”  semantikasını  qüvvətləndirir.  Məhz 
bu baxımdan ahəngdarlıq, harmoniya və reallıqla sintez Ģəklində 
olan poetik məna anaların, nənələrin, ağbirçəklərin Ģirin zümzü-
mə ilə dediyi laylalar vasitəsi ilə körpələrin yaddaĢına köçürülür, 
onların  yaddaĢında  Ģüuraltı  olaraq  daim  –  ölənədək  yaĢayır 
(14,143).  
Bu  baxımdan  yanaĢdıqda  Ģairlərin  elegiyalara  layla  ele-
mentlərini  gətirmələri  tamamilə  təbii  qəbul  edilməlidir.  Ġstər 
Ģeirin ahəngdarlığının  və  harmoniyasının zənginləĢdirilməsi  ba-
xımından, istərsə də, qəhrəmanın sevildiyini və əzəmətini anlat-
maq baxımından bu təhkiyə üsulu uğurlu sayıla bilər.  
Ramazan Qafarlının laylalarla əlaqəli fikirləri də bu yanaĢ-
mada  orjinallığı  ilə  seçilir:  “ġeirdə  uĢağı  əyləndirən  nə  ananın 
canını  qurban  deməsidir,  nə  də  sorğusundakı  istəkdir,  əvvəldə 
“balam”  sözünün  təkrarı  və  misra  sonunda  qafiyələnən  kəl-
mələrlə ahəngdarlıq yaranmasıdır” (8, 195). 
Qeyd  edək  ki,  görkəmli  folklorĢünas  alim  M.H.Təhmasib 
“Məktəb”  jurnalında  folklora  münasibət  məsələsi”  adlı  məqa-
ləsində yazırdı: “Məktəb”in ən məhsuldar əməkdaĢlarından olan 
Abbas Səhhət jurnalın 1912-ci il 14-cü nömrəsində çap etdirdiyi 
“Ana  və  bala”  Ģeirində  uĢaq  folklorunun  ən  gözəl  nümunələ-
rindən  biri  olan  arzulamalardan  bir  neçə  bənd  vermiĢdir.  ġeir 
belə baĢlanır: 
   
 
OturmuĢ ana, 
   
 
BasmıĢ bağrına  
   
 
Nazlı körpəsin, 

Folklor və yazılı ədəbiyyat 
112 
 
   
 
Laylay deyir ona. 
   
 
UĢaq yatmayır,  
Baxıb ağlayır, 
Anası onu 
Bu cür oxĢayır: 
Dağda darılar, 
Sünbül sarılar, 
Qoca qarılar. 
Bu balama qurban!.. 
...Jurnalın bu tipli əsərləri çap etməkdə  məqsədi daha çox 
folklor  nümunələrini  verməkdən  ibarət  olmuĢdur.  BaĢqa  sözlə 
desək, bu nümunələr  əsərə  rövnəq vermək üçün bədii  vasitə ki-
mi deyil, əksinə, əsərlər həmin nümunələri nəĢr etmək, uĢaqlara 
çatdırmaq üçün bir növ vasitə rolunu oynamıĢdı” (15, 479). 
Müstəqillik dövrü poeziyasında layla və ağı elementlərin-
dən  istifadə  edilməsi  isə  Ģeirin  bədii  siqlətini  artırmaq,  onun 
emosional  təsir  mexanizmini  gücləndirmək,  bədiiliyinə  rəng 
qatmaq məqsədi daĢıyır.  
Əsasən müstəqillik dövrünün müəllifli məhsulu olan layla-
elegiya  janrının  milli-mədəni  irsimizin  tərkib  hissəsi  olması 
onun folklor və yazılı ədəbiyyat müstəvisində birgə araĢdırılma-
sı  və öyrənilməsi zərurətini də  gündəmə  gətirir. Belə ki,  indiyə 
qədər diqqətə alınmasa da, bu gün birmənalı Ģəkildə deyə bilərik 
ki,  layla-elegiyaların  ilkin  variantlarına  “Kitabi-Dədə  Qorqud”-
da rast gəlirik. “Baybörənin oğlu Bamsı Beyrək  boyu”nda Bey-
rək  əsir düĢəndən sonra bacılarının,  niĢanlısı  Banıçiçəyin  söylə-
dikləri  ağılar  bu  günkü  layla-elegiyaların  ilkin  formalaĢmaqda 
olan  nümunələrindəndir:  “Banıçiçək  qaralar  geydi,  ağ  qaftanını 
çıxardı. Payız alması kimi al yanağını dartdı, yırtdı. 
“Vay, al duvağım iyəsi!  
Vay, alnum-baĢım ümurı!  
Vay, Ģah yigidim, vay, Ģahbaz yigidim!  
Toyınca yüzinə baqmadığım, xanım yigit!  

Folklor və yazılı ədəbiyyat 
113 
 
Qanda getdin, beni yalnuz qoyıb, xanım yigit?! 
Göz açuban gördigim,  
Könül ilə sevdigim, 
Bir yasduqda baĢ qoduğım!  
Yolunda öldügim!  
Qurban olduğım!  
Vay, Qazan bəgin inağı!  
Vay, Qalın Oğuzun imrəngisi Beyrək!” (7, 58)  
Göründüyü  kimi,  bu  gün  Ģəhidlərə  deyilən  layla-elegiya-
ların  genetik  təzahürləri  insanlığın  yaranıĢından  bu  və  ya  digər 
formada mövcud olmuĢdur. Müasir zamanda hər hansı bir acının 
nəticəsi olaraq bu  folklor  janrı daha da geniĢ  yayıldı  və  hazırda 
formalaĢma prosesindədir.  
Burada bir daha Əzizxan  Tanrıverdinin  “L” sonor samiti-
nin  dinamikasının  insanın  körpəliyindən  ölənə  qədər  keçdiyi 
inkiĢaf  yolunu  izləməklə  laylaların  əslində  forma dəyiĢikliyi  ilə 
insanlığı  izlədiyinin  Ģahidi  oluruq:  “Bu  sıralanma,  bu  semantik 
dinamika  istər-istəməz  baĢqa  bir  məqamı da  yada salır:  “L” sa-
mitinin alliterasiyası bu dünya ilə vidalaĢma anlarını əks etdirən 
poetik  parçalarda  da  müĢahidə  olunur:  “Kitab”da  –  “Əcəl  aldı, 
yer gizlədi... Gəlimli, gedimli dünya, Son ucu ölümlü dünya”... 
(l-l-l-l-l-l); kədərli bayatılarda –  
   
 
Eləmi halım fələk, 
   
 
Dil bilməz zalım fələk. 
   
 
Kəsdin can bağçasından 
   
 
Ġki nihalım fələk” (14, 143). 
Layla-elegiyalar  daha  çox  20  Yanvar  və  Qarabağ  müha-
ribəsi Ģəhidlərinə  yazılır. Belə  ki, 20 Yanvar Ģəhidlərindən olan 
iki  sevgilini:  –  Ġlham  və  Fərizəni  xüsusi  olaraq  qeyd  etmək  la-
zımdır. Yanvarın 19-dan 20-nə keçən gecə mənfur sovet qoĢun-
larının qarĢısına əliyalın çıxıb sinəsi ilə öz azadlıq və  istiqlaliy-
yətini müdafiəyə qalxan Azərbaycanın igid övladlarından biri də 
Ġlham Əjdər oğlu Allahverdiyev  idi. Ġlham 1962-ci  ildə Ağdam 

Folklor və yazılı ədəbiyyat 
114 
 
rayonunda anadan olmuĢdu, Bakıdakı DadaĢ Bünyadzadə adına 
gəmiqayırma  zavodunda  tokar  iĢləyirdi.  (Ġndi  həmin  zavod  Ġl-
ham  Allahverdiyevin  adını  daĢıyır).  Həmin  gecə  Ġlham  Allah-
verdiyev  qəhrəmancasına  həlak  olur.  Fərizə  Çoban  qızı  Allah-
verdiyeva  həyat  yoldaĢı  Ġlhamın  qara  xəbərini  alanda  üzərinə 
neft töküb özünü yandırmağa cəhd edir. Lakin evdə olanlar ona 
kibriti alıĢdırmağa imkan vermirlər.  
Daha  bir  gün  keçir,  yanvarın  21-  i  səhər  saat  6-da  Fərizə 
yerindən qalxıb altı ay bundan öncə olmuĢ toy Ģəkillərini stolun 
üzərinə töküb doyunca baxır və bir parça kağıza bu sözləri yazır: 
“Mən onsuz yaĢaya bilmərəm. Siz məni”... (17) 
Fərizə sirkə dolu stəkanı baĢına çəkib özünü və bətnindəki 
körpəsini tələf edir. Ġlham və Fərizənin məzarı ġəhidlər xiyaba-
nında  yan-yan dəfn edilir. Bu faciə  eĢidib  bilən bütün insanları 
dərindən  sarsıdır.  Bu  böyük  eĢqin  gücünə  insanlar  bu  gün  də 
heyrət edirlər. Bu ucalıq və məhəbbət abidəsi böyük sədaqət, və-
fa, iradə, vətənpərvərlik və qeyrət simvoluna çevrilibdir.  
Hüseyn Əsgəroğlu “Ġlham-Fərizənin sevgi dastanı” əsərin-
də laylay deyərək bu sevgiyə münasibət bildirir: 
   
 
Dan sökülür, gün çıxır, 
   
 
Qar yağır, yağıĢ yağır. 
   
 
Küləklər uğuldayır, 
   
 
Yarpaqlar pıçıldayır. 
   
 
Fəqət ulu Tanrıdan 
   
 
Nə haray vardı, nə hay, 
   
 
Kim yanacaq halına 
   
 
Ġlham-Fərizəm, lay-lay (4, 440). 
ġəhidliklə  bağlı  olaraq  yaranan  layla  –  elegiyalardan  biri 
də Orxan PaĢanın Milli Qəhrəman Mübariz Ġbrahimovun xatirə-
sinə həsr etdiyi “ġəhid köynəyi lalələr” (12, 147) Ģeiridir. Orxan 
PaĢa  yeddi  bəndlik  bu  Ģeirini  mahnı-elegiya  adlandıraraq  kiçik 
bir dramatuji səhnə yaratmıĢdır. Əsərdə üç personaj iĢtirak edir: 
1.  Mübarizin anası 

Folklor və yazılı ədəbiyyat 
115 
 
2.  Kölgə ruh kimi Mübariz 
3.  Müğənni  
ġeirin birinci bəndində oğlunun hərbi xidmətdən qayıdaca-
ğı ümidi ilə  yolunu gözləyən ananın həsrəti, yanğısı ifadə olun-
muĢdur.  Altı  misralıq  bu  Ģeir  parçasının  əvvəlki  dörd  misrası 
bayatı  janrında  olub  nənələrimizin  dar  gündə,  ağır  zamanlarda 
çağırdığı ənənəvi ağılar xarakterlidir. Digər iki misra ananın hə-
lə də ümidlə yaĢadığına iĢarə verir. Oğlu Ģəhid olsa da, ana yenə 
də  oğlunun  yolunu gözləyir, onun nə  vaxtsa qayıdacağına ümid 
edir. ġeirin birinci bəndinin laylalarda olduğu kimi dörd misrası 
a, a, b, a - son iki misrası c,c Ģəklində qafiyələnmiĢdir.  
Dağların yastı yolu,  
Su gəlib basdı yolu. 
Balam getdi, gəlmədi, 
Yağılar kəsdi yolu. 
Nola balam gələydi, 
Gözlərim dincələydi!.. 
ġeirin  ikinci  və  üçüncü  bəndləri  Mübariz  Ġbrahimovun 
xəyali obrazının dili  ilə  verilmiĢ, Vətən-Oğul  vəhdətinin uğurlu 
poetik nümunəsi  yaradılmıĢdır, qafiyə  sistemi  isə dəyiĢilmiĢdir. 
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, layla-elegiyalar forma və 
qafiyələnmə baxımından sərbəstdir. 
Suya, torpağa dönmüĢəm, 
Çöl-çəmən olmuĢam, ana! 
Mən Qarabağa dönmüĢəm, 
Mən Vətən olmuĢam, ana!  
Mahnı-elegiya  müğənninin  ana-oğul  deyiĢməsi  fonunda 
oxuduğu nəğmənin nəqaratı ilə sonlanır. Vətən, el qeyrəti çəkən 
igid Mübarizin axan qızıl qanı lalə rəngli köynəyə çevrilib bay-
raqlaĢır.  Rəmzi  anlamda  bu  çevrilmədə  bayrağımızın  qırmızı 
rəngində  olan  Ģəhid  qanlarının  təcəssümü  müqəddəsləĢdirilmiĢ-
dir.  

Folklor və yazılı ədəbiyyat 
116 
 
Layla-elegiyalar  bəzən  qloballaĢaraq  daha  da  böyük  məz-
mun kəsb edir. Qarabağ savaĢlarının Ģiddətli zamanında, Laçının 
iĢğal edildiyi günlərdə ġam kəndində Sevda nənənin çəkdiyi ha-
ray  qulaqları  yandırırdı.  Güləmail  Murad  “Yandım,  ay  haray, 
yandım”  elegiyasında  Sevda  nənənin  harayını  belə  bədiiləĢdir-
miĢdir: 
Qarabağı aldılar, 
Yandım, ay haray, yandım. 
Bizi oda saldılar, 
Yandım, ay haray, yandım. 
Ağladı Sevda nənə, 
Göz yaĢı dərya nənə. 
Dünyada dünya nənə, 
Yandım, ay haray, yandım (11, 17). 
Layla-elegiyaların  tipik  nümunələrindən  biri  də  Yaqub 
Məğrurun  “Layla,  Xocalım,  layla”  əsəridir.  Müəllif  burada  Xo-
calı  faciəsini  bütün  dünyaya  çatdırmaq  istəyir.  Məlum  olduğu 
kimi  1992-ci  ilin  fevral  ayının  26-da  Ermənistanın  hərbi  bir-
ləĢmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı 
Ģəhərində  genosid  aktı  həyata  keçirmiĢdilər.  Dörd  aydan  artıq 
mühasirə Ģəraitində qalan Xocalıda bu qüvvələrin qarĢısında tab 
gətirəcək  qüvvə  qalmamıĢdı.  Erməni  daĢnakları  rus  Ģovinist 
qüvvələri  ilə  birlikdə  Xocalı  Ģəhərini  iĢğal  edib  dağıtmıĢ,  dinc 
əhaliyə  divan  tutmuĢdular.  Xocalı  soyqırımı  zamanı  613  nəfər 
öldürülmüĢ, 1000 nəfər müxtəlif yaĢlı dinc sakin aldığı güllə ya-
rasından  əlil olmuĢdu. Ölənlərdən 106-sı qadın, 63-ü uĢaq, 70-i 
ixtiyar  qoca  idi.  8  ailə  tamamilə  məhv  edilmiĢdi.  25  uĢaq  vali-
deynlərinin hər ikisini, 130 uĢaq birini itirmiĢdi. Faciə baĢ verən 
gecə Ģəhərin 1275 nəfər dinc sakini girov götürülmüĢdür ki, on-
lardan 150 nəfərinin taleyi hələ də məlum deyil. 
Azərbaycan  xalqının  Ümummilli  lideri  Heydər  Əliyev 
Xocalı  soyqırımına siyasi qiymət verərkən demiĢdi:  “1992-ci  il 
fevralın  26-da  Xocalıda  baĢ  verənlər  Azərbaycan  xalqının  yad-

Folklor və yazılı ədəbiyyat 
117 
 
daĢından  heç  vaxt  silinməyəcəkdir.  Çünki  həmin  vaxt  hansısa 
kiçik  cinayət  hadisəsi  deyil,  bütöv  Azərbaycan  xalqına  qarĢı 
soyqırım  aktı  həyata  keçirilmiĢ,  bəĢəriyyətin  ən  böyük  faciələ-
rindən biri törədilmiĢdir” (3).  
Bu  faciə  Azərbaycan  xalqına  qarĢı  aparılan  genosidin  ən 
ağrılı və ağırlarından biri idi. ġairlər bu haqda çoxlu Ģeirlər yaz-
dılar. Biz burada Yaqub Məğrurun layla-elegiyasından iki bəndi 
nəzərə çatdırmaq istəyirik:  
Yatdı baĢbilənlərin, 
Çox oldu ölənlərin, 
Girovdu gəlinlərin, 
Layla, Xocalım, layla. 
 
BaĢ əyirəm adına, 
Yetəmmədik dadına, 
Getdin namərd badına, 
Layla, Xocalım, layla (10, 30). 
Burada  Ģair  böyük  bir  yurdun  faciəsini  Ģəhərə  layla  de-
məklə  insanla  yer arasında  əlaqə  yaradır, Ģəhəri ĢəxsləĢdirir,  bu 
günə qədər ədəbiyyatda rastlaĢmadığımız bir Ģəkildə təqdim edir 
ki, bu da öz növbəsində  yeni bir Ģeir Ģəklinin;-  layla-elegiyanın 
hüdudları  daxilində  mərkəzləĢdiyinin  göstəricisi  hesab  edilə 
bilər.  
 Nüsrət Kəsəmənlinin “20 Yanvar” Ģeiri də bu səpgidə ya-
zılmıĢ  xalqımızın  dərdini,  kədərini  əks  etdirən  layla-elegiya-
lardandır.  ġair  sanki  Ģəhidə  əbədiyyət  aləmində  rahat  uyumaq 
üçün layla deyir, onun Ģəhidliyini toyu kimi qələmə verir, lakin 
bu  toy  digər  toylardan  fərqli  olaraq  “Ģivən”  qoparır,  insanları 
ağladır: 
Dağ üstə dağım mənim,  
Od tutur ağım mənim. 
Öldün, dedin yaĢasın 
Ana torpağım mənim. 

Folklor və yazılı ədəbiyyat 
118 
 
Torpağım, daĢım ağlar, 
Bacım, qardaĢım ağlar. 
Boyuna qurban oğul, 
Yanar göz yaĢım ağlar. 
Boyuna qurban, oğul, 
Boyunu yer aparır, 
Toyuna qurban, oğul, 
Toyun Ģivən qoparır (6, 245).  
90-cı  illərin  bir-birini  əvəz edən  faciələrinin  bədii  ədəbiy-
yatda  elegiyalarla  özünə  yer  alması  təsadüfü  deyildir.  Faciənin 
böyüklüyü, dərdin ağırlığı insanları sıxır, hətta bəzən ümidsizli-
yə  qədər  yol  açırdı.  20  yanvar  Ģəhidlərinin  yatdığı  məzarlığa 
sevgi və dərdə Ģərik olmaq anlamında qoyulan qərənfillər nahaq 
tökülən  Ģəhid  qanlarını  xatırladırdı.  Milyonlarla  qərənfillə  süs-
lənmiĢ  bu  məzarlıq  bir  hüzn  gətirir,  insanları  ağladırdı.  Sanki 
qərənfillər də ağlayırdı. Bu hüznlü, kədərli səhnəni görən Məm-
məd  Aslan  “Ağla,  qərənfil,  ağla”  layla-elegiyası  ilə  günahsız 
ölənlərə matəm tutur, yas saxlayırdı: 
   
 
Bu qara yazılara, 
   
 
Bu körpə quzulara. 
   
 
Quruyan arzulara 
   
 
Ağla, qərənfil, ağla. 
 
   
 
Xeyrə Ģər qalib gəldi, 
   
 
Ġniltili gün gəldi. 
   
 
Ağlamalı gün gəldi, 
   
 
Ağla, qərənfil, ağla (1, 88). 
Təbiətin bu və ya digər ünsürlərinə, xüsusilə də gülə, çiçə-
yə müraciətlə deyilən bayatılar, ağılar xalq yaradıcılığında geniĢ 
yer  alıbdır.  Sevgilisindən  ayrı  düĢmüĢ  aĢiq  gülə,  çiçəyə  müra-
ciətlə  bayatı  çağırır,  dərdini,  arzusunu  bu  vasitə  ilə  qarĢı  tərəfə 
çatdırmaq istəyirdi. Məmməd Aslan da qərənfilə müraciətlə xal-

Folklor və yazılı ədəbiyyat 
119 
 
qın dərdinə Ģərik olmaq, içini göynədən ağrını qərənfillərin qan 
rənginin arxasında ovutmağa çalıĢırdı.  
Müasir post-modernist cərəyanın nümayəndələrindən olan 
Ģair  Əhməd  QəĢəmoğlunun  “uĢaq  qəbrstanlığı”  Ģeirində  də  bu 
dəst-xəttə  rast  gəlirik.  UĢaq  qəbirstanlığının  zahiri  sakitliyi  Ģai-
rin qəlbini silkələyir, içindən gələn səslər Uca Yaradanla təmasa 
çağırır: 
...kim qorxudub onları? 
kim baĢdaĢı kimi yan-yana düzüb 
bu məsum insanları? 
az qalıram çaĢam, Allah! 
mən belə baĢdaĢı görməmiĢəm, Allah! 
hər insan canlı-canlı,  
üz-gözü suallı 
 öz ömrünün həyatda  
baĢdaĢı olarmıĢ, Allah! (9, 157) 
Layla-elegiyalar  yeni  yaranmaqda,  formalaĢmaqda  olan 
janr  olduğundan  onun  poetikası  haqqında  kifayət  qədər  araĢ-
dırma aparılmasa da, layla və ağılar haqqında yetərincə məlumat 
vardır. DüĢünürük ki, burada qısa Ģəkildə verdiyimiz məlumatlar 
layla-elegiyalar haqqında da müəyyən təsəvvür yarada bilər. 
Bu  Ģeir  Ģəklinin  müstəqillik  dövrü  poeziyamızda  özünə-
məxsus  yer  tutması  milli-mənəvi  dəyərlərimizin  xalqımız  tərə-
findən  düzgün  qiymətləndirilməsi,  Vətən  sevgisi,  Milli  qürur, 
türk  düĢüncə  tərzinin  inikası  ilə  birbaĢa  bağlı  özünü  dərketmə 
kompleksidir.   
 
 
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin