yanlıĢ
doğru
mənbə
Ahi Qaraqəryəli,
Qarafəryəli
Səhi, Lətifi
Əhli Qəltəli
Qalatalı
Əhdi, Aşiq Çələbi, Qınalızadə,
Bəyani
Behişti Çurlu
Çorlu
Lətifi, Əhdi, Qınalızadə
Bəğayi Əzniki
Bəqai İzniki
Əhdi, Qınalızadə, Rza
Bürqi Əndəruni
Bərqi Əndəruni
Qınalızadə
Hüsami Tərəli
Tirəli
F.Kılıç
221
Xəlili Amədli
Amidi
Səhi, Lətifi, Aşiq Çələbi, Bəyani
Səmai Gəmiçəri
Yeniçəri
Əhdi, Aşiq Çələbi, Riyazi
Rumi Bağdadi
Ruhi Bağdadi
Əhdi
Şəme Paşa
Şəmsi Paşa
Aşiq Çələbi, Qınalızadə, Bəyani
Süni Gülbüvili
Gelibolulu
Səhi, Lətifi, Bəyani, Aşiq Çələbi
Səbri Qəltəli
Qalatalı
Qınalızadə
Safi Bəzəməli
Berqamalı
Faizi
Tüfeyli Amədi
Amidi
Əhdi
Əmidi
Ümidi
Faizi
Ələvi
Ülvi
Aşiq Çələbi
Əzmi Kəduzi
Geduzi
Qınalızadə
Əbdi Tərqani
Tokati
F.Kılıç
Aşiqi Üskülü
Üsküplü
Faizi
Füruği Rəduscikli
Rodoscuklu
Faizi, Riyazi
Qələndər Tövqatlı
Tokati
F.Kılıç
Vüsuli Busənəli
Bosnəvi
Faizi
Haşimi İskəndəri
Üsküdari
Faizi, Riyazi
Mətnşünaslıq nəzəriyyəsinə nəzər salsaq görərik ki, hər hansı
bir ixtisasa dair mənbələrin məhz həmin sahənin mütəxəssisi tərə-
findən nəşrə hazırlanması tövsiyə olunur. Bəzən təzkirələrdə katib
xətalarına rast gəlinir. Əsəri nəşrə hazırlayan mətnşünas mütləq
bunları nəzərə almalı, müqayisəli tədqiqat aparmalı, katib səhvini
220
Sadiq bəy Əfşar. Məcməül-xəvas. Bakı: Elm, 2008, s. 359-360.
221
Kılıç F. XVII yüzyıl tezkirelerinde şair ve eser üzerine değerlendirmeler.
Ankara: Akçağ, 1998.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
139
təshih etməli, əsəri müəllif iradəsinə uyğun, dürüst şəkildə elmi au-
ditoriyaya təqdim etməyi bacarmalıdır. Bu yanlışlıqların bəziləri
katib qüsurlarından irəli gəlsə də, bir sıra səhvlər məhz oxunuş xə-
tasından qaynaqlanmışdır. İstanbulun tanınmış məkanlarından olan
Qalata bölgəsinin adını Qəltə, Türkiyənin məşhur şəhəri İznikin
adını Əznik, Diyarbəkrin tarixi adı olan Amid (Hamid) ifadəsini
Aməd, Avropanın tanınmış ölkələrindən olan Bosna (Bosniya) di-
yarının adını “Busənə” kimi oxumaq, qədim Troya şəhərinin yer-
ləşdiyi və 1915-ci il Çanaqqala zəfərinin yaşandığını bölgə olması
səbəbindən bütün dünyada dillər əzbəri olan Gelibolu yarımadası-
nın adını Gülbüvili şəklində təqdim etmək, “Korloğlu” dastanında
dönə-dönə xatırlanması üzündən Azərbaycanda yaxşı tanınan To-
kat (Toqat) şəhərinin adını Tövqat kimi transfoneliterasiya etmək
məhz mətni nəşrə hazırlayan ədəbiyyatşünasın xətalarıdır.
Təzkirə struktur baxımından da müəyyən qədər Osmanlı təz-
kirələrinə yaxındır. Belə ki, əsərdə şairlər əlifba prinsipi əsasında
təqdim olunmuşdur. Amma Azərbaycan təzkirəçilərinin əsərlərinin
böyük bir qismi şairlərin çıxdıqları təbəqələrə görə “təbəqə” üsulu
ilə və ya coğrafi prinsip əsasında tərtib olunmuşdur
222
. Lakin əsə-
rin dili Osmanlı təzkirələri ilə eyni deyil.
Anonim müəllif tərəfindən qələmə alınmış bu təzkirə antolo-
giya xarakterlidir. Çünki burada şairlər haqqında məlumat çox qı-
sadır. Təzkirəçi şairin təxəllüsünü qeyd edir, adını vermir. Bundan
sonra isə hansı şəhərdən olduğu göstərilmiş, sənəti, ixtisası qeyd
olunmuşdur. Məsələn, Agahi – Vardardandır, qüzzatdandır; Əhli –
qalatalıdır, qazidir; İshaq Əfəndi – üsküplüdür, üləmadandır, Şam-
da qazı olmuşdur; Cəmali – istanbulludur, nişançı olmuşdur;
Hökmi – Rumidür, divan katiblərindəndir və s.
XVII əsr Osmanlı təzkirələri XVI əsrdə bu janrda tərtiblən-
miş əsərlərdən müəyyən cəhətlərinə görə fərqlənmişdir. Belə ki,
XVI əsr təzkirəçiləri öz dövrlərindən əvvəl yaşayan şairləri əsərlə-
rində xatırlamışdılar. Bu səbəbdən təzkirələrdəki bio-biblioqrafik
məlumat da çox geniş olurdu və bu təzkirələrin həcminə də təsir
222
Musalı V. XV-XVII əsrlər türk təzkirəçiliyi. Bakı: 2007, s. 29.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
140
etmişdir. XVII əsr təzkirəçiləri isə daha çox öz dövrlərində yaşa-
yıb-yaradan şairlərdən bəhs edir və bioqrafik informasiyanı çox
qısa verirdilər. Əvəzində isə şeirlərdən nümunələr artırılırdı. Belə-
liklə, qeyd olunan bu dəyişikliklər nəticəsində XVII əsrdən etiba-
rən Osmanlı təzkirəçiliyi tarixində antologiya xarakterli təzkirələr
tərtiblənməyə başladı. Faizi təzkirəsi də antologiya xarakterlidir.
Bu əsərdə XV əsrin ortalarından yazıldığı 1621-ci ilə qədər yaşa-
mış 14-ü qadın olmaqla 515 nəfər şair əlifba sırası ilə verilmiş-
dir
223
. Şairlərin həyatı haqqında məlumat bir-iki qısa cümlədən
ibarətdir. Faizi təzkirəsinə daxil etdiyi şairlərin vəfat tarixini
verməyə səy göstərmişdir. Anonim təzkirədə bəhs olunan
şairlərdən 112-sinin adına Faizi təzkirəsində də rast gəlirik. Amma
şair bioqrafiyaları fərqlidir və şeirlərdən nümunələr isə heç də tam
üst-üstə düşməməkdədir.
Bu təzkirədə iki maddeyi-tarix istisna olmaqla şairlərin vəfat
tarixlərini, həmçinin şairlərin əsərləri haqqında dəyərləndirmələri
də görmürük.
Təzkirədən şairlərin vəzifə, peşə və məsləkləri haqqında da
məlumat alırıq. Onların arasında divan katibi, danişmənd, dəftər-
dar, yeniçəri, qazısgər, qazi, nədimi-padşah, mülazimi-padşah, mü-
təvəlli, müdərris, mülazim, nişançı, sipahi və s. rast gəlirik.
Şairlərin əsərlərindən nümunələr isə 2 – 10 beyt arasında də-
yişir. Ən çox Baqi və Xəyalinin şeirlərindən nümunələr verilmişdir
(10 beyt). Osmanlı təzkirələrində fars dilində şeir nümunələrinə
təsadüf etsək də, bu təzkirədə farsça örnəklərlə rastlaşmadıq.
Araşdırdığımız bu əsərə ön söz və xatimə yazılmamışdır.
Türk təzkirəçiliyinə nəzər saldıqda məlum olur ki, təzkirəçilər
əsərlərinə ön sözlə başlayırlar. Burada təzkirəçi Allaha həmd, pey-
ğəmbərə dua etdikdən sonra, sözün əhəmiyyətinə diqqət yetirir,
şairlik haqqındakı fikirlərini, şairliyin uca mərtəbə olduğunu isbat
etməyə çalışır. Bəzən təzkirəçilər ön sözdə əsərlərini hansı mənbə-
lərdən istifadə edərək yazdıqlarını və oraya daxil etdikləri şairləri
necə seçdiklərini də qeyd edirdilər. Təzkirəçilər onlara qədər yazıl-
223
Musalı V. XV-XVII əsrlər türk təzkirəçiliyi. Bakı: 2007, s. 130.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
141
mış təzkirələri də ön sözdə xatırlayırlar. Bu anonim mənbədə isə
bu məlumatlardan heç birinə rast gəlmirik.
Ön sözdən sonra təzkirənin əsas hissəsi, yəni bio-biblioqrafik
məlumatları əhatə edən mətn verilir. Burada şairin adı, ləqəbi, tə-
xəllüsü, doğulduğu, yetişdiyi, vəfat etdiyi yer, təhsili, görünüşü,
əsərləri, şairin əsərini kimə ithaf etməsi, həcmi, janrı və başqa mə-
lumatlar verilir.
Təzkirələrin sonunda isə əsərin yekun bölməsi olan “xatimə”
verilir. Xatimədə təzkirəçi əsərini yazarkən qarşılaşdığı çətinliklər-
dən bəhs edir və əsərinin uğur qazanması, bəyənilməsi üçün Alla-
ha yalvarır. Anonim müəllif əsərinə xatimə də yazmamışdır.
Tədqiqat obyektinə çevirdiyimiz bu təzkirə əsasən XVI-XVII
əsr şairlərini əhatə etməkdədir. Burada haqqında məlumat verilmiş
Fəthi təxəllüslü şairin vəfat tarixi 1107/1695-ci ildir
224
. Digər şair-
lərin vəfat tarixləri isə daha əvvəllərə təsadüf edir. Bir çox Osman-
lı təzkirələrindən fərqli olaraq, burada qadın şairlər xatırlanma-
mışlar.
Təzkirədə haqlarında məlumat verilən şairlərdən 33 nəfərinin
doğulduğu şəhər göstərilməmişdir. Şairlərdən 19-u istanbullu, 14-ü
vardarlı, 12-si ədirnəli, 9-u bursalı, 6-sı amidli, 4 sarıxanlı, 3-ü
üsküplü, 2-si bağdadlı, 2-si aydınlı, 2-si gedizli, 2-si qaramanlı, 1-i
manisalı, 1-i berqamalı, 1-i rodoslu, 1-i trabzonlu, 1-i balıkəsirli-
dir. Təzkirədə adlarına rast gəldiyimiz şairlərdən 23-ü Rumi kimi
təqdim olunmuşdur. Şairlərin təqdim olunma şəkli də Osmanlı təz-
kirələrindən fərqlidir. Heç bir Osmanlı təzkirəçisi şairi təqdim
edərkən “Rumidür” ifadəsindən istifadə etməmişdir. Osmanlı təz-
kirələrində isə bu şairlərin doğum yeri olaraq Rum toponiminə rast
gəlmədik. Çünki zatən hamının “Rumi” olduğu Rum torpağında öz
əsərini qələmə alan Osmanlı təzkirəçisinin şairləri “Rumi” nisbəsi
ilə fərqləndirməsi məqsədəuyğun deyildi. Ona görə də Osmanlı
təzkirəçiləri heç bir zaman şairlərin fərqləndirici əlaməti kimi onun
Rumi olduğunu vurğulamamış, şairin doğulduğu, yaşadığı konkret
224
İpekten H., İsen M., Toparlı R., Okçu N. Tezkirelere göre divan edebiyatı
isimler sözlüğü. - Ankara, 1988, s. 142.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
142
bölgəni ön plana çıxarmışlar. “Sadiqi külliyyatı”ndakı anonim təz-
kirədə isə bir çox şairlərin Rumi kimi təqdim olunması, həmin təz-
kirənin Rumdan (Anadoludan) kənarda yazıldığı ehtimalını yara-
dır. Amma anonim müəllif Osmanlı ədəbiyyatının bilicisi olmuş,
digər təzkirələrlə tanış olub onlardan bəhrələnsə də, bir çox hallar-
da tamamilə orijinal məlumatlar və nümunələr təqdim etmişdir.
Araşdırdığımız bu anonim təzkirədə maraqlı məqamlar vardır
ki, elmi auditoriya üçün önəm kəsb edəcəyini nəzərə alaraq onları
ilk dəfə müqayisəli şəkildə verməyi məqsədəuyğun hesab edirik.
Osmanlı şairlərini əhatə edən bu təzkirədəki məlumat və nü-
munələri dörd başlıq altında sistemləşdirmişik:
1.
Digər Osmanlı təzkirələri ilə üst-üstə düşən şair
bioqrafiyaları və örnək beytlər;
2.
Bioqrafiyaların və nümunələrin qismən uyğun olduğu
maddələr;
3.
Digər təzkirələrdən məlum olan, ancaq anonim təzkirədə
orijinal beytləri təqdim olunan şairlər;
4.
Başqa təzkirələrdə xatırlanmayan şairlər.
Bu şəkildə sistemləşdirdiyimiz məlumatlardan nümunələrə
nəzər salaq.
Tədqiqata cəlb etdiyimiz bu əsərdə elə şairlər də vardır ki,
onlar haqqındakı məlumat və nümunələr müqayisə etdiyimiz təzki-
rələrlə üst-üstə düşür. Məsələn, Behiştinin nümunə kimi verilən 4
beytinə Əhdi Bağdadi təzkirəsində
225
də rast gəlirik:
Sarardup şirə döndürdi qəmün mən zərdsimayı,
Rəqibi-gavi göstər gəl bəri seyr et təmaşayı.
Bəzmə gəl bu gecə, ey aləmi-hüsnün mahi,
Yoxsa yerdən gögədək incinürüz vallahi.
225
Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin) / hazır.: S. Solmaz. Ankara:
2005, s. 226.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
143
Səgi-kuyunladur bənüm cəngüm,
Bilməzəm taşlarun niyə fırlar.
Tənə durna diyü məclisdə sürur itsən sən,
Başlar, ey ruhi-rəvan titrəməgə dir-dir tən.
İkinci və üçüncü beytlər Qınalızadə Həsən Çələbinin təzkirə-
sində də vardır
226
.
Əhməd paşa haqqında məlumat verən naməlum müəllif onun
“müsahibi-padşah” olduğunu yazır və üç beytini örnək olaraq
verir. Beytlərdən biri Səhi
227
, Qınalızadə
228
və Bəyani
229
təzkirələ-
rində verilmişdir:
Çini-zülfün miskə bənzətdim xətasın bilmədim,
Key pərişan söylədim bu yüz qərasın bilmədim.
İkinci beyt isə heç bir Osmanlı təzkirəsində öz əksini tapma-
mışdır:
Sərvi-qədin dügməsidir şaxi-güli-gülzardə.
Əşkimin pərvərdəsidir lalə gər kühsardə.
Üçüncü beyt Ənvəri təxəllüslü şairin Əhməd paşanın “Kə-
rəm” qəsidəsinə yazdığı təxmisdir. Təzkirəçi bu beyti yanlış olaraq
Əhməd paşanın şeiri kimi təqdim etmişdir:
İki dəstim dolu dəstimi sındırma bənim,
Tutalum iki əlüm qanda imiş, qanı kərəm?
226
Kınalızade Hasan Çelebi. Tezkiretü‟ş-Şu‟arâ / haz.: A.Eyduran. (e-kitap),
Ankara: s. 187.
227
Sehi Bey. Tezkire “Heşt-bihişt” / haz.: M. İsen. İstanbul: 1980, s. 55.
228
Kınalızade Hasan Çelebi. Tezkiretü‟ş-Şu‟arâ / haz.: A.Eyduran. (e-kitap),
Ankara: s. 113.
229
Beyani. Tezkiretü‟ş-şu‟arâ. / haz.: A.Eyduran. (e-kitap), Ankara: 2008, s. 16.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
144
Əhdi Bağdadi “Gülşəni-şüəra”nın Ənvəri maddəsində eyniy-
lə bu təxmisi verir və bununla bağlı əhvalatı nəql edir: “İttifaqən
bir gün iki dəsti şərab ilə ol rind xaneyi-xaraba gedərkən subaşıya
rast gəlür. Ənvayi-itab u ikaba müstəhaq olduqda həman bədihə bu
beyti okıyı virür. Bu əşari-abdarun yüzi suyına xilas bulur. Məzkur
beytin bir mısrai Əhməd paşanun “Kərəm” qəsidəsindəndür. Təz-
mini-xas vaqi olmışdur”
230
. Qınalızadə də təzkirəsində “mərhum
Əhməd paşanun bu misrasını xub təzmin etdi”yini bildirir, Lətifi
isə Ənvərinin bu təxmisinin birinci misrasını fərqli şəkildə təqdim
edir:
İki dəsti mey əlümdə sığma dəstümi urup,
Tutalum iki əlüm qanda imiş, qanı kərəm
231
.
Əslində Əhməd Paşaya aid (təxmis olunan) beytə Qınalızadə
və Bəyani təzkirəsində rast gəlirik və aşağıdakı kimidir
232
:
Qul günah etsə nola əfvi-şahənşah qanı,
Tutalum iki əlüm qanda imiş, qanı kərəm.
Üsküplü İshaq Çələbi (?-944/1537 və ya 948/1541) haqqın-
dakı məlumat da çox qısadır. Sadəcə Şamda qazı və üləmadan ol-
duğu qeyd edilmişdir. Bu təzkirədə İshaq Əfəndinin Şama qazı ol-
ması münasibəti ilə qələmə aldığı tarixi beytə rast gəlirik. Qeyd
edək ki, bu beyti Lətifi, Aşiq Çələbi, Qınalızadə
233
, Bəyaninin
234
əsərlərində də görürük:
230
Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin) / haz.: S. Solmaz. Ankara: 2005,
s. 221.
231
Latifi. Tezkiretü‟ş-Şu„arâ ve Tabsıratü‟n-Nuzamâ / haz.: R. Canım. Ankara:
2002, s. 181.
232
Kınalızade Hasan Çelebi. Tezkiretü‟ş-Şu‟arâ / haz.: A.Eyduran. (e-kitap),
Ankara: s. 112; Beyani - Tezkiretü‟ş-şu‟arâ. / haz.: A.Eyduran. (e-kitap), Anka-
ra: 2008, s. 16.
233
Kınalızade Hasan Çelebi. Tezkiretü‟ş-Şu‟arâ / haz.: A.Eyduran. (e-kitap),
Ankara, s. 129.
234
Beyani - Tezkiretü‟ş-şu‟arâ. / haz.: A.Eyduran. (e-kitap), Ankara, 2008, s. 18.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
145
Şəhri-zilhiccədə əzmüm səfəri-Şam oldı
Başladum yazmaga tarixini axşam oldı (h.942).
İshaq Çələbinin təzkirədə təqdim olunan ikinci beytini isə di-
gər Osmanlı təzkirələrində tapa bilmədik.
Sirişki-didə demişlər bəzmlə həmdəm ola,
Yetimdir hələ gəlsün ölüncə gözləyəlim.
Əmri təxəllüslü XVI əsr şairinin təzkirədə dörd beyti yazıl-
mışdır. Bu beytlərdən biri Əhdi təzkirəsində vardır
235
.
Gördüm ey dil minnət istər verməyə dünya murad,
Ana minnət etmədən qurtuldum, oldum namurad.
Digər üç beytə isə Osmanlı təzkirələrində rast gəlmədik.
Xallı Həsən kimi tanınan Ahi məxləsli şairi anonim müəllif
Qarafəryəli kimi təqdim edir. Qarafəryə Aliakmon çayının şimal
sahilinə yaxın, Selanikin cənub-qərbində yerləşir və Osmanlı dö-
nəmində Selanik sancağının bir qəzası olmuşdur
236
. Digər təzkirə-
çilər isə Ahinin Niğboluda anadan olduğunu, Qarafəryədə müdər-
rislik etdiyini yazırlar. Bu şairin təzkirədəki şeirlərini Osmanlı təz-
kirəçilərinin əsərlərində görmədik.
Dillərin kəssin bənim dərdi-dilimdən xamələr,
Bən qara yazıya hərf etməsinlər namələr.
Dərdilə yaxsın bəni bu qanlı-qanlı dağlər,
Qarşumə qucsun səni altun niklü camələr.
235
Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin) / hazır.: S. Solmaz. Ankara: 2005,
s. 195.
236
Kılıç F. XVII yüzyıl tezkirelerinde şair ve eser üzerine değerlendirmeler.
Ankara: Akçağ, 1998, s. 65.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
146
Darül-hədis mədrəsəsində mütəvəlli olan Bali təxəllüslü şair-
dən bəhs edən anonim müəllif, yanlış olaraq Rumelində Gevgeli
Kösteriye şəhərindən olan digər bir Bali təxəllüslü şairin şeirlərini
nümunə vermişdir
237
. Bunu təzkirələr üzərində apardığımız müqa-
yisəli tədqiqatlar üzə çıxardı.
Bağın güli və sünbüli, sərv ü bənövşəsi,
Yari gəlür, diyü kodılar gözci nərgisi.
Aldı xəbər səbadan və döndi, göz eylədi,
Yəni gəlir o gözləri ahu kəsün səsi.
Müştaq imiş bənövşə ki, payinə yüz sürə,
Miskinün uymuş çəmən içində bikəsi.
Bu təzkirədəki şairlər Qafzadə Faizinin “Zübdətül-əşar”ı ilə
müəyyən qədər üst-üstə düşür. Anacaq şairlərin həyatı, yaradıcılığı
və təqdim olunan nümunələrdə fərqliliklər var.
Məsələn, Safi təxəllüslü XVII əsr şairi haqqında məlumatı
yalnız Faizi təzkirəsindən alırıq. Faizi yazır: “Qaraca Əhmədzadə
qazı Əhməd Safi Bergamavi”
238
. Burada şairin bir beyti örnək ola-
raq verilmişdir:
Didim əglənməzmi heç yolunda canlar verdigüm,
Naz ilə güldü, dedi varın verən yad olmasun.
Anonim təzkirədə də çox qısa bilgi verilmişdir: “Safi –
qazıdır”. Təzkirədə yer alan beyt isə yuxarıdakı beytlə eyni deyil.
237
Kınalızade Hasan Çelebi. Tezkiretü‟ş-Şu‟arâ / haz.: A.Eyduran. (e-kitap),
Ankara, s. 172.
238
İpekten H., İsen M., Toparlı R., Okçu N. Tezkirelere göre divan edebiyatı
isimler sözlüğü. - Ankara: 1988, s. 410.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
147
İstəməm zərrəcə damanına toz qonduğunu,
Pakliklə səni sevərsəm əfəndiligə bən.
Tədqiq etdiyimiz bu təzkirədə Bərqi adlı istanbullu şairin ən-
dərundan və sipahi şairlərdən olduğu qeyd olunmuşdur. Şairin üç
beyti nümunə olaraq verilir:
Padşahım, bənim əqranım olan bəndələrin,
Kimi bəglərbəgi oldu, kimi əlan bəgdir.
Qəleyi-təndə çalır noubətini nalələrim,
Çağırır bürci-bədəndən könül Allah yekdir.
Gözüm yaşı gibi onlar çəməndə cüstücu eylər,
Kənar etmək dilər var isə ol sərvi-xuramanı.
Maraqlıdır ki, Bərqi barədə Osmanlı təzkirəçilərindən yalnız
Qınalızadə Həsən Çələbi məlumat verir: “Vücudi-pür-ləmü-bərqi
şəhri-İstanbuldan lame ü bariq olduqdan sonra zümreyi-sipahi-zə-
fər-pənahına layiq olmışdur”
239
. Bərqinin şeirlərindən örnəklər isə
yuxarıdakı beytlərdən fərqlidir:
Saqi bahar əyyamıdur gülzara əzm et sübhdəm,
Zövq ü səfa həngamıdur eyşi-müdam et dəm-bə-dəm.
Eylər səfada dəm-bə-dəm qismət bana dərdü ələm,
Əl-hükmülillah, ey sənəm, çün böylədür cəffül-qələm.
Zülfün bana sünbül yetər, rəngin yanağun gül yetər,
Naləm sana bülbül yetər, ey sərv-qamət gönçə-fəm.
239
Kınalızade Hasan Çelebi. Tezkiretü‟ş-Şu‟arâ / haz.: A.Eyduran. (e-kitap),
Ankara: s. 173.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
148
Bir dəm içində qərbivü şərqi,
Seyr edər yıldırım gibi Bərqi .
XVI əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi Bəsiri gəncli-
yində Ağqoyunlu Uğurlu Məhəmməd və Sultan Yaqubun yanında
olmuş, onlara qəsidələr təqdim etmişdir. H.892/1487-ci ildə Herat-
da Əlişir Nəvai, Cami, Mirzə Hüseyn Bayqara ilə görüşmüşdür.
Nəvai, Bəsirinin adına müəmma yazaraq, onu yeni mühitdə tanıt-
mışdır
240
. Bəsiri Azərbaycan şairi olduğu halda, bu təzkirədə Rumi
kimi təqdim olunmuşdur. Belə ki, bütün Osmanlı təzkirəçiləri Bə-
sirinin əcəmli olduğunu qeyd edirlər. Bəsirinin nümunə verilmiş
bu beyti Səhi
241
və Aşiq Çələbi
242
təzkirələrində təqdim olunmuş
beytlə eynidir:
Kiprigin sehr oxları, əbrulərindir yay ona,
Bir bənim kibi bəlakeş uğrar isə, vay ona.
Katib Mehmed (?-1008/1599) kimi tanınan Təliqizadə məş-
hur Molla Fənarinin ailəsindəndir. Şahnaməçi olmuşdur. “Rəva-
niyyə”, “Təbriziyyə” və “Şahnameyi-Humayun” adlı əsərlər qələ-
mə almışdır. Anonim müəllif şairi Təliqi təxəllüsü ilə təqdim edir,
Tirəli olduğunu qeyd edir. Ancaq Təliqizadə haqqında məlumat
verən Osmanlı təzkirəçilərindən Riyazi, Qafzadə Faizi və Rza Zəh-
rimarzadə şairin Lazkiyədən olduğunu yazırlar
243
. Təzkirədəki ör-
nək beyt də sözügedən əsərlərdə yoxdur.
Dilbərani-cəhani-siməndam,
240
Musalı V. Osmanlı təzkirələrində Azərbaycan şairləri. Bakı: 2009, s. 120.
241
Səhi Bəy. Həşt Behişt. İstanbul, 1980, s. 201.
242
Kılıç F. Meşairüş-şuara. İnceleme-tenkitli metin. Basılmamış Doktora Tezi.
Gazi Üniversitesi, SBE. Ankara, 1994, s. 194.
243
İpekten H., İsen M., Toparlı R., Okçu N. Tezkirelere göre divan edebiyatı
isimler sözlüğü. - Ankara, 1988, s. 280.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
149
Bibəqadır, nitəkim mali-həram.
Anonim təzkirədə Cəzmi təxəllüslü dərviş şairin bir beyti ve-
rilmişdir.
Mey üçün rəhnə qomağ canıma minnətdir, ey sufi,
Gerü alsa əgər piri-muğan təsbihü səccadə.
Divan ədəbiyyatına nəzər salsaq görərik ki, Cəzmi təxəllüsü
(?-1103/1694) ilə şeir deyən sadəcə bir şair var
244
. Müdərris və qa-
zı olmuşdur. Haqqında məlumatı XVIII əsr təzkirəçilərindən – Sa-
lim, Səfayi təzkirələrindən almaq mümkündür
245
. Amma təqdim
olunan beytə təzkirələrdə rast gəlmədik.
Təzkirədə Xəyali Vardarinin (?-964/1557) 10 beyti və vəfatı-
na Ərşi tərəfindən söylənmiş tarixi misrası verilmişdir.
Sözü dildə, Xəyali gözdə qaldı (h. 964).
Bu tarixi misra Qınalızadə Həsən Çələbi, Aşiq Çələbi, Bəya-
ni təzkirəsində də vardır. Qınalızadə bu mövzuda yazır: “Vəfatına
şüəra çok tarix dimişdür. Cümlədən Ərşi nam şairü müvərrix di-
mişdür”
246
.
Osmanlı təzkirəçiləri bu misradan əlavə, şairin vəfatına yazıl-
mış başqa beytləri də vermişlər. Məsələn, Günahi onun vəfatına
Aləmi-həsəddən Xəyali gitdi ah.
misrasını söyləmişdir.
244
Yenə orada, s. 92.
245
Mustafa Safayi Efendi. Tezkire-i Safayi / haz.: P. Çapan. Ankara, 2005, s.
148; Salim Efendi. Tezkiretüş-şüara. İnceleme-metin / haz.: A.İnce. Ankara,
2005, s. 270-271.
246
Kınalızade Hasan Çelebi. Tezkiretü‟ş-Şu‟arâ / haz.: A.Eyduran. (e-kitap),
Ankara: s. 295.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
150
Şiri Əli Çələbinin söylədiyi maddeyi-tarix aşağıdakı şəkildə-
dir:
Xəyali oldı hayfü‟l-hükmü‟lillah.
Osmanlı təzkirələrdə Xülusi təxəllüsü ilə yazan iki şairin adı
çəkilir
247
. Bunlardan biri XVI əsr, digəri isə XVIII əsrdə yaşayıb-
yaratmışdır. Anonim müəllif Xülusinin dərviş və namurad olduğu-
nu qeyd edir. Nümunə olaraq 3 beytini verir:
Pak edə aləmi ta zülmət səbəbidən xavər,
Aldı carub şüaın əlinə vəqti-səhər.
Bamdan vəqti-səhər uçdi əsafiri-nücum,
Çıxdı şahini-üfüq çü nuk açıb zərrin pər.
Var isə könlünü almaq dilədi bir mahin,
Kim səhər vəqti üfüq göstərər ağzından zər
248
.
İkinci beyt Əhdi Bağdadi təzkirəsindəki beytlə eynidir
249
.
Deməli, bu XVI əsrdə yaşamış Xülusidir. Amma dərviş olması
haqqında Əhdi heç bir bilgi vermir. Maraqlıdır, Xülusinin dərviş
olmasını anonim müəllif hansı mənbəyə əsasən yazmışdır?
Manastırlı Səbayi haqqında yeganə məlumatı Əhdi verir.
Amma Əhdinin verdiyi bilgi və beytlərlə bu təzkirədəkilər eyni de-
yil. Manastırlı Səbayinin dəftərdar olduğunu qeyd edən anonim
müəllif, nümunə olaraq şeirlərindən bir beyti yazmışdır.
247
İpekten H., İsen M., Toparlı R., Okçu N. Tezkirelere göre divan edebiyatı
isimler sözlüğü. Ankara, 1988, s. 215.
248
Sadiq bəy Sadiqi. Külliyyat. Təbriz nüsxəsinin fotosurəti. AMEA Əlyazma-
lar İnstitutu, FS– 412.
Külliyyatın AMEA Əlyazmalar İnstitutunda saxlanılan sürəti nömrələnməmiş-
dir.
249
Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin) / haz.: S. Solmaz. Ankara: 2005,
s. 293.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
151
Şəbi-möhnətdə olan macərayi-çeşmi-giryanı,
Sənə iki gözüm düşməzdimi kim, ağlayım bir gün.
XVI əsr şairlərindən olan Tüfeyli Diyarbəkirdə anadan ol-
muşdur. H.1000/1592-ci ildə Bağdad bəylərbəyisi Xızır paşa ilə
Bağdada getmiş və orada şairlərlə münasibət yaratmışdır. Tüfeyli-
dən sadəcə Əhdi bəhs etmiş və bir qəzəl, bir beytini örnək olaraq
vermişdir
250
. Araşdırdığımız təzkirədə isə Tüfeylinin Amiddən ol-
duğu yazılmış və bir beyti yer almışdır ki, bu beyt Əhdidə yoxdur.
Qəbqəbin çahi, əsirinə gəhi ərz et rüxin,
Xeyirdir, şahim, dirləmək sakini-rindanə şəm
251
.
Əsl adı Əbdülkərim olub, Bülbülçüzadə kimi tanınan və şeir-
lərini Fəthi təxəllüsü ilə yazan XVII əsr şairi haqqında məlumatın
yer aldığı bu təzkirədə onun istanbullu olduğu və müdərrislik etdi-
yi göstərilmişdir.
Fəramuş etməsin deyüb vəfavü əhdü peymanı,
Sərəngüşttə sordum o mahin rişteyi-canı.
Səfayi şairin h.1107/1695-ci ildə, Salim isə h. 1107/1695-ci
ildə vəfat etdiyini yazırlar
252
. Lakin onlar şairin başqa şeirlərinə
yer vermişlər.
Təzkirədə Qınalızadə təxəllüslü şairdən bəhs olunarkən onun
istanbullu olduğu (əslində Qınalızadə istanbullu deyil) və qazılıq
etdiyi qeyd olunmuş və iki beyti nümunə verilmişdir:
250
Yenə orada, s. 402.
251
Sadiq bəy Sadiqi. Külliyyat. Təbriz nüsxəsinin fotosurəti. AMEA Əlyazma-
lar İnstitutu, FS– 412.
252
Mustafa Safai Efendi. Tezkire-i Safayi / hazır.: P. Çapan. Ankara: 2005, s.
461; Salim Efendi. Tezkiretüş-şüara. İnceleme-metin / hazır.: A.İnce. Ankara,
2005, s. 541.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
152
Hər dilbər üçün sinədə bir yarəmi olsun?
Nitsün dili-sevdazədə, bin parəmi olsun?
Tişrə çıxsın, mədəd, ol yarilə vardır sözümüz,
Halımıza ağlaşalım, çıxsın ol iki gözümüz.
Ancaq Bəyani təzkirəsində yuxarıda qeyd etdiyimiz ilk beyt-
lər Hüdayi Oxçuzadəyə aid edilir
253
. Digər təzkirlərdə isə bu beyt-
lərə rast gəlmədik.
Adına Səhi bəyin “Həşt-behişt”ində rast gəldiyimiz Sevdayi
təxəllüslü şairin müdərris olduğu və Kırıkkilsə qazısı olarkən vəfat
etdiyi qeyd olunmuşdur
254
. Tədqiq etdiyimiz bu təzkirədə isə Sev-
dayinin sadəcə Rumi olduğu yazılmışdır və örnək şeirlər Səhi təz-
kirəsindəki nümunələr deyil.
Osmanlı təzkirəçilərinin əsərlərində xatırlamadıqları bəzi
şairləri bu əsərdə görürük. Bunlardan biri Hələbli Əhməd paşa-
dır
255
. Anonim müəllif onun Hələb paşası olduğunu qeyd edir və
bir beytini nümunə verir:
Uğramaz dairəmə, dəvətim əsla tutmaz,
Bənzər, ey dil, o pəri-peykəri əsma tutmaz.
Ayaz paşanın oğlu Fərhad bəy haqqında da verilən məlumatı
başqa təzkirələrdə görmədik. Burada qısaca olaraq onun üməradan
olduğu yazılmış və bir beyti verilmişdir
256
:
Asitanın məskən etməzsə, nigara, gül kibi,
Bağü-rağə meyl edərsə, bülbüli-şeyda quş əst.
253
Beyani - Tezkiretü‟ş-şu‟arâ. / haz.: A.Eyduran. (e-kitap). Ankara, 2008, s. 56.
254
Sehi Bey. Tezkire «Heşt-bihişt» / hazır.: M. İsen. İstanbul: 1980, s. 161.
255
Sadiq bəy Sadiqi. Külliyyat. Təbriz nüsxəsinin fotosurəti. AMEA Əlyazma-
lar İnstitutu, FS– 412.
256
Yenə orada.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
153
Süleyman bəy Vardari, Sirəti kimi şairlər haqqında da ilk
məlumat məhz bu təzkirədədir. Təzkirədə bəhs olunan XVI əsr
şairi Həlimi, Hüsami və Hilminin də şeirlərinə digər təzkirələrdə
rast gəlmədik.
Araşdırdığımız bu təzkirədə şairlərin şeirlərindən 288 beyt və
iki maddeyi-tarix nümunə verimişdir. Bu beytlərdən 69-u müqayi-
sə apardığımız təzkirələrdəki beytlərlə üst-üstə düşür.
Belə ki, bu əsərdə bəhs olunan şairlərdən 17-si Səhi, 34-ü
Lətifi, 69-u Aşiq Çələbi, 55-i Əhdi Bağdadi, 77-si Qınalızadə
Həsən Çələbi, 56-sı Bəyani, 87-si Riyazi, 112-si Faizi təzkirəsində
yer almışdır. Anonim müəllifin tərtib etdiyi bu əsər natamam olsa
da, orijinaldır və Osmanlı ədəbiyyatı tarixinin mənbələrindəndir.
“Məcməül-xəvas”ın əlyazmaları
Avstriya K/X. 626=pt. 270.
Yapı Kredi Sermet Çifter Araştırma K/X. 81.
Dostları ilə paylaş: |