AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix31.01.2017
ölçüsü3,29 Mb.
#7222
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

Lütfəli Bəy Azər. “AtəĢkədə” 
AMEA Əlyazmalar Ġnstitutu C-103

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
178 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
179 
 
ĠSHAQ BƏY ÜZRĠ BƏYDĠLĠ 
 
İshaq  bəy  Üzri  Bəydili  (?-h.1185/1771)  “Təzkireyi-İshaq” 
əsərinin  tərtibçisidir.  O,  Lütfəli  bəy  Azərin  qardaşıdır.  Haqqında 
məlumata “Atəşkədə” təzkirəsində rast gəlirik. Lütfəli bəy qardaşı 
haqqında yazır: “Şərəfli adı İshaq bəydir. Həqirin kiçik qardaşıdır. 
Həyalı  və  insaflı  bir  cavan  idi.  Könlü  eşq,  sevgi  rümuzundan  xə-
bərdar  və  təbi  çiçəklənmişdi.  Hərdən  qəzəl  və  rübai  yazardı.  H. 
1185-ci ildə ruhunun bülbülü behişt ağacına qondu”
285
. Daha sonra 
Səbahi təxəllüslü şairin Üzrinin vəfatına söylədiyi tarix qeyd olun-
muşdur: 
 
Səbahidən istədik ki, onun vəfat tarixini söyləsin, 
Dedi: əbədi behiştdə İshaq bəy olsun.  
 
İshaq bəyin “Təzkireyi-İshaq” adlı əsəri əslində şeirlər məc-
muəsi  və  ya  antologiyadır.  Buna  görə  də,  çox  sayda  nüsxələri  ol-
masına  baxmayaraq,  əksər  hallarda  kataloqlarda  cüng  kimi  qeydə 
alınmışdır.  Bu  məcmuə  Lütfəli  bəy  Azərin  təzkirəsindəki  şeirlər-
dən seçmələri əhatə edir. Dibaçəsi yoxdur. Əsər dörd fəsildən iba-
rətdir: 
 I fəsil qəsidələri,  
II fəsil qitələri,  
III fəsil qəzəlləri,  
IV fəsil isə rübailəri əhatə edir. 
Tərəfimizdən  təzkirənin  İran  Məclis  Kitabxanasında  (7261) 
saxlanılan nüsxəsi əldə edilmişdir. 
M.Məmmədova Üzrinin  7200 beytdən və  200 vərəqdən iba-
rət olan “Divan”ının yeganə əlyazma nüsxəsinin İranda Məclis ki-
tabxanasında saxlanıldığını qeyd edir. Əsər İshaq bəyin vəfatından 
                                                 
285
 Məmmədova  M.  Lütfəli  bəy  Azər  və  Azərbaycan  ədəbiyyatı.  Bakı,  2001,  s. 
113-114. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
180 
31  il  sonra,  1802-ci  ildə  dövrün  məşhur  xəttatı Məhəmməd  Möh-
sün Həmədani tərəfindən köçürülmüşdür
286
.   
 
Əlyazmaları  
 
Nemətullahi xanəgahının k/x. 422. 
Tehran Universiteti mərkəzi k/x 4764. 
İslami Şura məclisi K/x 7261. 
İran Milli K/x 1257. 
Şəhid Mütəhərri Ali Mədrəsəsinin k/x. 2716. 
Şəhid Mütəhərri Ali Mədrəsəsinin k/x. 2723. 
 
 
 
 
                                                 
286
 Məmmədova  M.  Lütfəli  bəy  Azər  və  Azərbaycan  ədəbiyyatı.  Bakı,  2001,  s. 
22. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
181 
 
 
Ġshaq Bəy Üzri. “Təzkireyi-Ġshaq” 
Ġran Məclis Kitabxanası 7261 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
182 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
183 
 
ƏBU TALĠB XAN TƏBRĠZĠ 
 
XVIII  əsr  Azərbaycan  təzkirəçilərindən  biri  də  Əbu  Talib 
xan  Təbrizidir.  Onun  həyat  və  yaradıcılığı  haqqında  məlumatı 
M.Tərbiyət  təzkirəsindən  alırıq.  Əbu  Talib  xanın  atası  Hacı  Mə-
həmmədbəy xan Təbrizi Nadir şah dövründə İsfahandan Hindista-
na getmiş və o, h.1165/1751-ci ildə Ləknəhur şəhərində anadan ol-
muş, orada boya-başa çatmışdır. “Töhfətül-aləm” əsərinin müəllifi 
Kəlküttədə  onunla  görüşüb,  təbinin  zənginliyini  və  sərbəst  yara-
dıcılığını tərifləmişdir: “Əbu Talib yaradıcılığa və ədəbiyyatşünas-
lığa böyük həvəs bəsləyir və tarixçilikdə misli-bərabəri yox idi. O, 
güclü hafizə sahibi olaraq, Xaqani, Ənvari kimi şairlərin çətin şeir-
lərini əzbər bilir və izah edirdi”. 
Mirzə Əbu Talib h.1206/1791-ci ildə “Xülasətül-əfkar” adlı 
təzkirə təlif etmişdir. Əsərdə nəzm, nəsr, inşa, risalə, əruz, qafiyə, 
musiqi, əxlaq və s. haqqında məlumat verilmişdir
287
.   
H.  1208-ci  ildə  tarix  və  coğrafyadan  bəhs  edən  “Lübbüs-si-
yər  və  cahannüma”  adlı  əsər  qələmə  almışdır.  Bu  əsərin  III  babı 
təzkirə xarakterli olub, şairlər və fazillər haqqındadır.  
Əbu Talib xan h.1221/1806-cı ildə vəfat etmişdir. 
                                                 
287
 Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı, 1987, s. 107. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
184 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
185 
 
SULTAN MƏHƏMMƏD MĠRZƏ BAHADIR XAN 
SƏFƏVĠ  
 
Səfəvi  nəslindəndir. Təxminən h. 1187 /  m.  1773-74-cü ildə 
anadan olmuşdur. Siyasi hadisələr səbəbi ilə h. 1205 / m. 1790-91-
ci ildə İrandan Sində qaçmış, h. 1210 / m. 1795-96-cı ildə Ləknə-
hurda  məskunlaşmışdır.  “Tülui”  təxəllüsü  ilə  şeirlər  yazmışdır. 
Əbülhəsən  ibn  İbrahim  Qəzvini  “Fəvaidi-Səfəviyyə”  əsərində  h. 
1217/1802-03-cü  ildə  onun  təxminən  30  yaşının  olduğunu  bildir-
miş, 5 min beytdən ibarət poeziyasının (qəzəl, rübai və qitə) oldu-
ğunu, həmçinin “Töhfətüş-şüəra”, “Töhfətül-əhbab”, “Töhfətüs-sə-
latini-Səfəviyyə”,  “Əxlaqi-Məhəmmədi”,  “Töhfətül-üşşaq”  kimi 
əsərlər yazdığını bildirmişdir
288
.  
Səfəvi  şahzadəsi  qədim  və  müasir  şairlər  haqqında  “Töhfə-
tüş-şüəra”  təzkirəsini  h.  1211-1216/1796-1801-ci  illərdə  Lütfəli 
bəy Azərin “Atəşkədə” təzkirəsinin təsiri  altında qələmə  almışdır. 
Təəssüf  ki,  bu  təzkirə  haqqında  daha  geniş  məlumata  malik  de-
yilik. 
 
 
 
                                                 
288
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 160-168. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
186 
 
 
 
 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
187 
 
 
XIX ƏSR TƏZKİRƏÇİLİYİ 
 

 
Məhəmməd Fazil xan Gorusi 

 
Əbdürrəzzaq bəy Dünbüli Azərbaycani 

 
Bəhmən mirzə Qacar 

 
Hülaku mirzə Qacar 

 
Xudaverdi xan Qacar 

 
Məhəmməd Bağır xan Qacar 

 
Məhəmməd Həsən xan Etimadüssəltənə 

 
Məhəmməd Saleh Şamlu 

 
Mahmud mirzə Qacar 

 
Heydərqulu mirzə 

 
Məhəmmədqulu mirzə Qacar 

 
Seyfüddövlə Sultan Məhəmməd Tağı 

 
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi 

 
Əli Rza mirzə Qacar 

 
Əbülqasım Möhtəşəm Şirvani 

 
Seyid Əzim Şirvani 

 
Ziyai 

 
Mir Möhsün Nəvvab 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
188 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
189 
 
ƏBDÜRRƏZZAQ BƏY DÜNBÜLĠ AZƏRBAYCANĠ  
 
Adı  Əbdürrəzzaq  bəy,  ədəbi  təxəllüsü  Məftundur.  Təbriz 
bəylərbəyisi Nəcəfqulu xanın oğludur. O,  atasından sonra istər-is-
təməz hökumət işini tərk edib, elm kəsb etmək, bu vilayətin alim-
ləri  ilə  həmsöhbət  olmaq  və  bilik  əldə  etməklə  vaxtını  keçirərək, 
elm və maarif sahəsində yüksək mərtəbəyə çatmışdır. Məftun ərəb 
və əcəm ədiblərinin və məşhur fəzilətli şəxslərin əsərlərini mütaliə 
edərək öyrənmiş və yüksək məfkurə sahibi olub, elm və ədəbiyyat 
sevən şəxslərin müraciət etdikləri bir şəxsiyyət olmuşdur. Deyilən-
lərə  görə,  o,  Bəndə  təxəllüslü  Mirzə  Rəzi  ilə  birlikdə  “Zinətüt-tə-
varix” əsərini yazmışdır. 
Əbdürrəzzaq bəy Dünbüli h.q.1176/1762-ci ildə Xoy şəhərin-
də anadan olmuşdur. O, on yaşında ikən atası onu böyük oğlu Fəz-
ləli  bəyin  əvəzinə  Şiraz  hökmdarı  yanına  girov  göndərmişdir.  əb-
dürrəzzaq bəy Şirazda on dörd il ev dustağı kimi qalmış, bu müd-
dətdə  elm  və  bilik  öyrənməklə  vaxtını  keçirmişdir.  əlimurad  xan 
Kərim xan Zəndin qardaşı Sadıq xanın əleyhinə qoşun çəkib, doq-
quz ay vuruşduqdan sonra Şirazı almış və Şirazda Azərbaycandan 
girov saxlanmış adamları İsfahana göndərmişdir. H.q.1199/1785-ci 
ildə Əlimurad xan vəfat etdikdən sonra Ağaməhəmməd şah İsfaha-
na  gedib,  Azərbaycandan  girov  alınmış  adamlara,  o  cümlədən 
Məftuna Azərbaycana qayıtmaq icazəsi vermişdir
289
.     
 Bir müddət Fətəli şahın böyük oğlu olan Azərbaycan hakimi 
Naibüs-səltənə Abbas mirzənin xidmətində çalışmışdır. Məftun h. 
1241/1825-ci ildə Məkkəyə gedib qayıtmış və h. 1243/1827-ci ildə 
Təbrizdə vəfat etmişdir. 
                                                 
289
Məhəmmədəli  Tərbiyət.  Danişməndani-Azərbaycan.  Bakı,  1987,  s.  204-208;  
Стори Ч.А. Персидская литература. Москва, 1972, ч. 3,  с. 944-947; Hüseyn 
Naxçıvani.  Əbderrəzzaq  bəy  Dünbüli  mütəxəllis  be  Məftun  //  Nəşriyyeyi-
Danişkədeyi-Ədəbiyyati-Təbriz.  Sali-dovvom,  şomareyi-əvvəl,  1328,  s.  1-13; 
Quliyev  A.A.  Görkəmli  Azərbaycan  alimi  Əbdürrəzzaq  bəy  Dümbüli  //  Azər. 
SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1966, N 3, s. 100-108. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
190 
Əbdürrəzzaq bəy fars və ərəb dillərində nəzm və nəsrlə əsər-
lər yaratmış, ərəb şairlərinin və rəvayətçilərinin yaradıcılıq incəlik-
lərini  öyrənmişdir.  O,  çox  vaxt  mütaliə  və  tədqiqatla  məşğul  ola-
raq, ömrünü kitablar və əsərlər yazmaqla başa çatdırmışdır. Tədqi-
qatçılar onun 16 əsərin müəllifi olduğunu bildirirlər
290

Məftun  təxəllüsü  ilə  tanınan  Əbdürrəzzaq  bəy  Dünbüli  üç 
təzkirə yazmışdır. Bunlar “Nigaristani-Dara”, “Təcrübətül-əhrar və 
təsliyyətül əbrar” və “Hədayiqül-üdəba” adlı əsərlərdir. 
 Əbdürrəzzaq  bəy  Dünbülinin  digər  bir  təzkirəsi  h. 
1228/1813-cü  ildə  qələmə  aldığı  “Təcrübətül-əhrar  və  təsliyyətül 
əbrar” adlı əsərdir. Təzkirə üç fəsildən ibarətdir.  
I qisim Dünbüli tayfası və onların 20 nəfər alimi və arifi haq-
qındadır; 
II qisim Zəndiyyə dövrünün 16 şairi haqqındadır; 
III qisim müəllifin həyat və yaradıcılığı və dövrün hadisələri 
haqqındadır. 
Əbdürrəzzaq  bəyin  üçüncü  təzkirəsi  h.1230/1814-cü  ildə 
yazdığı “Hədayiqül-üdəba”dır. Burada əvvəlcə cahiliyyət dövrün-
dən  etibarən  ərəb  şairlərindən  bəhs  olunmuş,  daha  sonra  Rudəki-
dən başlayaraq farsca yazan şairlər haqqında məlumat verilmişdir. 
Bu  təzkirəyə  Xaqani,  Nizami,  Əbülüla  Gəncəvi,  Fələki  Şirvani, 
Mücirəddin  Beyləqani  kimi  Azərbaycan  şairləri  də  daxil  edilmiş-
dir.  
Əbdürrəzzaq bəy Dünbüli h. 1241/1825-ci ildə “Nigaristani-
Dara” adlı təzkirəsini tərtibləmişdir. Bu təzkirə müəllifin müasiri 
olmuş  şairlərdən  bəhs  edir  və  Azərbaycan  hakimi  Abbas  mirzə 
Qacarın  göstərişi  əsasında  yazılmışdır.  Əsər  bu  bölümlərdən  iba-
rətdir: 
I nigarxana zəmanə xaqanı Fəthəli şah Qacara həsr edilmiş-
dir; 
II  nigarxana  Qacar  şahzadələrinə  və  böyük  əmirlərə  həsr 
olunmuşdur. Burada əvvəlcə şahzadələr yaşlarına görə, daha sonra 
isə əmirlər tutduqları mənsəblərə görə sıralanmışdır. 
                                                 
290
 Yenə orada. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
191 
III  nigarxana  şaha  və  şahzadələrə  yaxın  olan  şairlərdən, 
həmçinin şeir yazan saray xidmətçilərindən ibarətdir. 
IV fəsil isə müxtəlif vilayətlərin şairlərinə həsr olunmuşdur.  
Təzkirədə verilmiş şeir nümunələrinin çox hissəsi farsca olsa 
da, təzkirəçi xüsusi olaraq qeyd edir ki, o, şairlərin türkçə və ərəb-
cə  yazdıqları şeirlərdən də nümunələr vermişdir. Əsərdə təxminən 
200 şairdən bəhs olunmaqdadır.  
İran  alimi Ə.G.Məani tekstoloji müqayisələr nəticəsində sü-
but etmişdir ki, Əbdürrəzzaq bəy öz təzkirəsini qələmə alarkən bir 
sıra  şairlərin  tərcümeyi-hallarını  digər  bir  Azərbaycan  təzkirəçisi 
Məhəmməd Fazil xan Gorusinin “Əncüməni-Xaqan” təzkirəsindən 
köçürmüşdür.  Bu  fikri  hər  iki  təzkirənin  təxminən  eyni  struktura 
malik olması da təsdiq edir
291
.  
 
Əlyazmaları  
 
“Nigaristani-Dara”  
İran Məlik Milli Kitabxanası 4311.  
Ağayi Əbülfütuh Ələvinin kitabxanası. 
Britaniya Muzeyi Kitabxanası 123.  
 
“Təcrübətül-əhrar və təsliyyətül əbrar” 
İran Məclis Kitabxanası. 
Təbrizdə Cəfər Sultanül-Qürrayinin şəxsi kitabxanası. 
 
“Hədayiqül-üdəba”
 
Rüknəddin Hümayun Fərruxun şəxsi kitabxanası.
 
                                                 
291
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. II c., s. 393-401. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
192 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
193 
 
MƏHƏMMƏD FAZĠL XAN GORUSĠ RAVĠ  
 
Adı  Məhəmməd,  ləqəbi  Fazil  xan,  ədəbi  təxəllüsü  Ravidir. 
Müəllifin nisbəsindən belə görünə bilər ki, o, əzəli Azərbaycan tor-
paqlarından olan Zəngəzur mahalının Gorus bölgəsində doğulmuş-
dur. Lakin İran alimlərinin bildirdiyinə görə, Azərbaycan türkləri-
nin  məşhur  Bayandurlar  nəslindən  olan  Məhəmməd  Fazil  xan  h. 
1198-ci (m. 1783-84) ildə Həmədan vilayətinin Gorus məntəqəsin-
də dünyaya gəlmişdir. Gənc yaşlarında ikən Gorus hakimi ilə mü-
naqişəsi  üzündən  doğma  vətənini  tərk  edib  İranın  Rey  şəhərinə 
köçmək məcburiyyətində qalmış, daha sonra Tehrana gəlib, oraya 
yerləşmişdir. Bir müddət Mazandaranda yaşasa da, təkrar Tehrana 
dönmüşdür. Dövlət xidmətində çalışan bəzi tanışlarının köməyi ilə 
Qacarların  sarayında  işə  düzəlmiş,  vəzifə  pillələrində  tərəqqi 
edərək,  h.  1230  /  m.  1814-15-ci  ildə  çavuşbaşı  təyin  edilmişdir. 
Rəsmi  məclislərdə  tez-tez  iştirak  edərmiş.  Çox  güclü  hafizəyə 
malik  imiş.  Fars  və  ərəb  dillərinə  mükəmməl  dərəcədə 
yiyələnmişdir.  Həm  nəzm,  həm  də  nəsr  sahəsində  qələmini  sına-
mışdır. Lakin ədəbiyyat tənqidçiləri onun nəsrinin nəzmindən daha 
üstün olduğunu vurğulayırlar. Mahmud mirzə Qacarın “Səfinətül-
Mahmud” əsərində onun şeirlərindən 16 beyt örnək olaraq təqdim 
edilmişdir.  İran  şairlərindən  Mirzə  Abbas  Nişati  xan  Həzarcə-
ribinin  Məhəmməd  Fazil  xanı  həcv  etdiyi  bir  şeiri  məlumdur. 
Haqqında bəhs etdiyimiz azərbaycanlı təzkirəçi h. 1253-cü (1837-
38) ildə vəfat etmişdir. 
O, “Əncüməni-xaqan” adlı təzkirəsini h. 1234 / m. 1818-19-
cu  ildə  fars  dilində  qələmə  almışdır.  Əsərdə  müəllif  öz  müasir-
lərindən  bəhs  etmişdir.  Təzkirə  bir  müqəddimədən,  dörd 
əncüməndən və bir xatimədən ibarətdir.  
Müqəddimədə  əsərin  təlif  səbəbləri  göstərilmişdir.  Burada 
müəllif bildirir ki, bu əsrin və zəmanənin şairləri çoxdurlar, amma 
onların adları heç bir təzkirədə qeyd edilməyibdir. Məhz bu səbəb-
dən onun özü kimi bir “bəsirətli mütəxəssisin bu işə əl qoyması la-

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
194 
zım gəlmişdir”. O, qeyd edir ki, daha öncə gürcü mənşəli Əhməd 
bəy Əxtər və onun qardaşı Məhəmməd Bağır bəy Nişati bu işə tə-
şəbbüs göstərərək, “Əncümənara” adlı təzkirə tərtib etsələr də, bu 
sahədə  “əhliyyət  və  səlahiyyətləri  olmadığından,  işin  öhdəsindən 
layiqincə gələ bilməmişlər”.  
I  əncümən  “Ulu  Qacar  elinin  əsil-nəsəbinin  icmalı,  fələk 
kimi  iqtidarlı  olan  hökmdarın  vaqiəsinin,  onun  mübarək  cülusu-
nun,  məmləkətləri  idarə  etməsinin  zikri  və  sahibqiranın  uğurlu 
əsərlərindən və seçkin şeirlərindən örnəklər” adını daşıyır. Bu bö-
lüm əsas etibarilə Fətəli şah Qacara ayrılmışdır. 
II əncümənin adı “Şahzadələrin əhvalı, əfkarı və Qacar süla-
ləsinin böyüklərindən bəzilərinin haqqında”dır. Burada 15 şair xa-
tırlanmışdır.  
III əncümən şeir deyən saray xadimlərinə həsr edilmişdir və 
“Şahənşahlıq dərgahında şərəf tapanların həsəbi və nəsəbi haqqın-
da” adlandırılmışdır. Bu əncümən 42 şairi əhatə edir.  
IV  əncümən  “Əyalət  şairləri  haqqında”dır  və  118  şair  barə-
sində məlumatları ehtiva edir.  
Xatimədə isə “Müəllifın əhvalı və şeirləri” mövzusundan söz 
açılmışdır.  
Qeyd etməliyik ki, əsərin ilk iki əncüməni tamamilə türk əsil-
li Qacar xanədanından olan şairlərə həsr edilmişdir. Bundan başqa, 
III  əncüməndə  Bəndə  təxəllüslü  Mirzə  Məhəmməd  Rəzi  Təbrizi, 
Məftun  Azərbaycani,  Nəsrulla  xan  Qaragözlü,  IV  əncüməndə  isə 
Lütfəli bəy Azər Bəydili, onun oğlu Hüseynəli bəy Şərər Bəydili, 
Kəlbi-Hüseyn bəy Aşüftə  İrəvani, Mürtəzaqulu  bəy Pərişan  Qara-
gözlü,  Mirzə Məsum  Xavəri Kuzəkonani  Təbrizi,  Hacı  Süleyman 
Səbahi  Bəydili,  İshaq  bəy  Üzri  Bəydili,  Mehdiqulu  bəy  Azərbay-
cani və başqa azərbaycanlı şairlərin həyat və yaradıcılığına yer ve-
rilmişdir. 
 
 
 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
195 
Əlyazmaları  
 
İran Əsəd kitabxanası 2075. 
Lahor Pəncab Universitetinin kitabxanası. 
İran Məclis kitabxanası 892, 224, 3809. 
İran Məlik Milli kitabxanası 3795.  
Səltənət kitabxanası 191, 193, 184. 
İran Sipəhsalar kitabxanası 485. 
İran Astani-Qüdsi Kitabxanası 4201. 
Tehran Milli Kitabxanası 8, 126, 35, 71, 108, 1612. 
Mehdi Bəyaninin şəxsi kitabxanası. 
Əbdülhüseyn Bayatın şəxsi kitabxanası. 
Ustad Bədiüzzaman Firuzanfərinin şəxsi kitabxanası. 
Məhəmməd İsmayıl Rizvaninin şəxsi kitabxanası. 
Cəfər Sultan əl-Qürrayinin şəxsi kitabxanası. 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
196 
 
 
Məhəmməd Fazil xan Gorusi. “Əncüməni-xaqan” 
Ġran Məclis Kitabxanası  

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
197 
 
MAHMUD MĠRZƏ QACAR 
 
XIX  əsrdə  təzkirə  qələmə  almış  azərbaycanlı  müəlliflərdən 
biri  də  Fətəli  şah  Qacarın  oğlu  Mahmud  mirzədir.  O,  12  səfər 
1214/16  iyul  1799-cu  ildə  anadan  olmuşdur.  Dörd  yaşından  baş-
layaraq  sədri-əzəm  Mirzə  Məhəmməd  Şəfinin  təlim-tərbiyəsi  al-
tında  böyümüşdür.  H.1229/1814-cü  ildə  Nəhavənd  hakimi  təyin 
olunmuşdur.  Məhəmməd  şah  Qacar  zamanında  həbsə  alınmış  və 
İran Azərbaycanına sürgün edilmişdir. Təxminən 1852-53-cü illər-
də Təbrizdə vəfat etmişdir. 21 əsərin müəllifidir. Ən məşhur əsər-
ləri:  “Səfinətül-Mahmud”,  “Bəyanül-Mahmud”,  “Gülşəni-Mah-
mud”,  “Nüqli-məclis”,  “Təzkirətüs-səlatin”,  “Məqsudi-cahan”, 
səkkiz min beytdən ibarət “Divan”, “Tarixi-sahibqirani”
292
.
 
O,  h.1236/1820-ci  ildə  Qacarlar  xanədanının  şairlərinə  həsr 
edilmiş  “Gülşəni-Mahmud”  adlı ailə təzkirəsini yazmışdır. Bura-
da əvvəlcə Xaqan təxəllüslü Fətəli şahın, onun qızlarının (11 şairə) 
və oğullarının (45 şair, daha sonra 2-si də əlavə edilmişdir), Fətəli 
xanın  qardaşı  Hüseynqulu  xanın  övladlarının  (5  şair)  həyat  və 
yaradıcılıqları  haqqında  məlumat  verilmişdir.  Müəllif  əsərin 
sonunda özü haqqında bilgi verir
293
.    
Müəllif  h.1240/1824-cü ildə “Bəyanül-Mahmud” adlı digər 
bir təzkirə yazmışdır. Əsər bir müqəddimə və iki “qismət”dən iba-
rətdir. Müqəddimədə müəllifdən, təzkirənin təlif səbəbindən və şa-
hın mədhindən bəhs olunmuşdur. Birinci “qismət”də müasiri olan 
şairlərdən 300 nəfəri haqqında məlumat vermişdir. İlk növbədə Fə-
                                                 
292
 Стори  Ч.А.  Персидская  литература.  Москва,  1972,  ч.  2,  с.  951.;  Берже 
А.П. Фетх-Али-шах и его дети (исторический очерк) // «Русская старина», 
1886, № 6, с. 556. 
293
 Fətəli şahın 360 arvadının, 57 oğlunun, 44 qızının olduğu bəllidir. 1834-cü il-
də vəfat edərkən onun bütün övladlarının və nəvə-nəticələrinin ümumi sayı 935 
nəfər idi (А.П.Берже, göstərilən əsəri, s. 549-562). Bəzi şahzadələrin bu təzkirə-
yə daxil edilməməsinin səbəbi budur ki, təzkirənin yazıldığı ildə həmin şahzadə-
lər azyaşlı olduqları və ya şair kimi tanınmadıqları üçün bu  əsərə daxil edilmə-
mişlər. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
198 
təli şahdan bəhs edilmiş, daha sonra isə əlifba sırası ilə Əhməd Əli 
mirzədən Yusif Gürcüyə qədər digər müasir şairlər zikr edilmişlər. 
Bəzilərinin  sadəcə  adı,  təxəllüsü,  doğulduğu  və  yaşadığı  yerlər 
göstərildiyi halda, bəzilərin təxminən 20 sətir həcmində tərcümeyi-
halı verilmişdir. İkinci “qismət”də isə həmin şairlərin şeirlərindən 
nümunələr  (3500  beyt)  öz  əksini  tapmış  və  qəzəllərə  üstünlük 
verilmişdir
294
.  
Bu təzkirədəki  azərbaycanlı şairlərdən  Lütfəli bəy  Azər, Ül-
fət  Əfşar  (Məhəmədqulu),  Aşüftə  İrəvani  (Kəlbi-Hüseyn  bəy), 
Beyza  Qacar  (Allahverdi  mirzə),  Bəzmi  Bəydili  (Məhəmməd  Sa-
dıq), Bərqi Xoyi  (Abdulla), Cahanşah mirzə Qacar, Cüdayi Əfşar 
(Nəsrulla mirzə), Çeşmə  İrəvani (Rzaqulu xan), Hacib Qacar (Al-
lahyar xan), Xosrovi Qacar (Məhəmmədqulu mirzə), Xavər Qacar 
(Heydərqulu mirzə),  Dövlət  Qacar (Məhəmməd  Əli  mirzə), Dara-
yi-Qacar  (Abdulla  mirzə),  Ravi  Gorusi  (Məhəmməd  Fazil  xan), 
Sərvər Qacar (Təhmasib mirzə ibn Məhəmməd Əli mirzə), Şövkət 
Qacar (Məhəmməd Tağı mirzə), Şapur Qacar (Şeyxəli mirzə), Şə-
rər  Bəydili  (Hüseynəli  bəy),  Şövkət  Qacar  (Məhəmməd  Qasım 
xan),  Səbahi  Bəydili  (Hacı  Süleyman),  Toğrul  Qacar  (İbrahim 
xan), Tuti  Cavanşiri  (Əbülfəth), Adil Qacar  (Əlişah  Zillüssultan), 
İzzət Qacar (Süleyman xan), Üzri Bəydili (İshaq bəy), Qabil İrəva-
ni  (Hüseynəli  xan),  Mahmud  mirzə  Qacar,  Məsrur  Bəydili  (Mə-
həmməd  xan),  Minnət  Əfşar  (Məhəmməd  Kərim  xan),  Məftun 
Dünbüli  (Əbdürrəzzaq  bəy),  Mehdi  bəy  Şəqaqi  Azərbaycani,  Ni-
yaz Səfəvi (Əhməd mirzə), Nəsrulla xan Qaragözlü Həmədani, Ni-
şat Türkman (Mirzə Əbdürrəzzaq), Valayi-Qacar (Əlinağı mirzə), 
Valeh Dağıstani (Əliqulu xan), Hümayun mirzə Qacar  və başqala-
rının adlarını çəkə bilərik.  
Mahmud  Mirzə  Qacar  h.1241/1825-ci  ildə  qadın  şairlərdən 
bəhs  edən  “Nüqli-məclis”  adlı  təzkirə  tərtib  etmişdir.  Bu  təzkirə 
dörd fəsildən ibarətdir.  
I fəsildə Fətəli şahın şair qızları; 
II fəsildə şairlik edən digər saray qadınları; 
                                                 
294
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 137-149. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
199 
III fəsildə İranın başqa bölgələrinin şairələri; 
IV fəsildə isə keçmiş zaman şairələri xatırlanmışdır. 
 
Əlyazmaları 
 
“Gülşəni-Mahmud” 
Astani-Qüdsi-Rizəvi Kitabxanası. 
Britaniya Muzeyi Kitabxanası.  
Məlik Milli Kitabxanası. 
Tehran Milli Kitabxanası. 
Hacı Hüseynağa Naxçıvaninin Kitabxanası. 
AMEA Əlyazmalar İnstitutu M-262. 
 
“Bəyanül-Mahmud” 
Astani Qüdsi Rizəvi Kitabxanası 119, 120. 
Məlik Milli Kitabxanası 3665. 
Britaniya Muzeyi Kitabxanası 3077.   
 
“Nüqli-məclis” 
Britaniya Muzeyi Kitabxanası. 
Məlik Milli Kitabxanası. 
Tehran Milli Kitabxanası. 
Hacı Hüseynağa Naxçıvaninin kolleksiyası. 
 
 
 
 
 
 
 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
200 
 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin